Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bərəğan
Bərəğan- İranın Əlburz ostanının Savucbulaq şəhristanının Çendar bəxşinin Bərəğan dehestanında yerləşən kənd. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, kəndin əhalisi 378 nəfərdən və 139 ailədən ibarət idi.
Arğac
Arğac - parçanın eni istiqamətində bir-birinə paralel saplar. Toxuma prosesində arğac sapları əriş saplarının arasından keçirilir. Tül pərdə, xalça, palaz və bir sıra trikotaj məmulatlarında da eninə saplar "arğac" adlanır. == İstinad == Azərbaycan Milli Ensiklopediyası, 2011, t.2.
Yasir Ərəfat
Yasir Ərəfat (ərəb. یاسر عرفات‎, tam adı Məhəmməd Əbdürəhman Əbdürauf Ərəfat əl-Qüdvə əl-Hüseyni; 4 avqust 1929 və ya 24 avqust 1929, Qahirə, Misir – 11 noyabr 2004[…]) — Fələstin milli muxtariyyətinin 1-ci sədri (1994-2004), Fələstin Azadlıq Təşkilatının (FAT) lideri (1969-2004) və Nobel Sülh mükafatı laureatı (1994). FƏTH siyasi partiyasının qurucu üzvü olmaqla bərabər, 1959-cu ildən 2004-cü ilə qədər bu partiyaya rəhbərlik etmişdir. Ərəb milliyətçiliyi ideologiyasına sadiq idi. Fələstinin azadlığı üçün İsrailə qarşı mübarizə aparmışdır. Əvvəllər, İsrailin bir dövlət kimi varlığına qarşı çıxmasına baxmayaraq, 1988-ci ildə BMT Təhlükəsizlik Şurasının 242 saylı qərarını qəbul edərək bu fikrini dəyişdirmişdir. Ərəfat 1960-cı illərin sonu 1970-ci illərin əvvəllərində FƏTH təşkilatı daxili mübarizə içərisində İordaniya ilə açıq şəkildə qarşı-qarşıya qaldıqda olduğu kimi tez-tez anlaşılmazlıqların ortasında qalmışdır. Çox çətinliklə İordaniyadan çıxarılan və Livana yerləşən Ərəfat və FƏTH təşkilatı ölkənin işğala məruz qaldığı 1978 və 1982-ci illər aralığında İsrailin hədəfi oldu. Siyasi baxışlarından asılı olmayaraq, fələstinlilərin çoxu Ərəfatı azadlıq döyüşçüsü kimi tanıyırdı. Bunun tam əksi olaraq, israillilərin əksər hissəsi isə təşkilatın mülki insanlara qarşı həyata keçirdiyi bir çox hərəkətinə görə onu terrorçu olaraq görməkdədir.
Ərəfat dağı
Ərəfat dağı (ərəbcə جبل عرفة) Məkkənin 21 kilometr Cənub Şərqində olan Harəm sərhədləri xaricində qalan ovalıq görünümlü bir yerdir. Ərəfat dağı 454 metr hündürlükdədir. Bu dağ din tarixində Adəm və Həvvanın cənnətdən qovulduqdan sonra görüşdükləri yer olaraq bilinir. Məhəmməd ölümündən (Miladi 632) əvvəl vida xütbəsini on minlərlə adama bu dağda etmişdir. Həcc ziyarətinin qaydasına görə, zilhiccə ayının 9-da zəvvarlar dağın ətrafındakı Ərəfat çölündə gün doğandan, şam azanına qədər qalmalıdır və bu müddət ərzində bir anlıq da olsa belə, ayaq üstə qalxmalıdır.
Ərdəğan (kanoner qayığı)
Ərdəhan — Çar Rusiyası, Azərbaycan Xalq Cümhuriyyəti və SSRİ-nin donanmasına daxil olan kanoner qayığı. 1919-cu ilin yazında Bakını tutmaqla Xəzər bölgəsində ingilislərin mövqeyi xeyli dərəcədə möhkəmlənmişdi. Bakının neft məhsullarını və əsas sənaye obyektlərini, həmçinin Xəzər hərbi və ticarət donanmasının 147 gəmisini "Britaniya neft müdiriyyətinə" tabe etdirərək, Xəzər dənizində öz hərbi-dəniz donanmasını yaratmaq üçün təcili tədbirlər görməyə başlamışdı. "Ərdəhan" və "Qars" gəmilərinin əsasən ruslardan komplektləşdirilmiş komanda heyəti həm ingilislərə, həm də ağqvardiyaçılara düşmən kimi baxırdı. 26 fevral 1919-cu ildə Xəzər dənizinin qərb sahillərindəki ağqvardiyaçı ordusunun komandanlığının əməliyyat məlumatında deyilirdi: "Ən böyük gəmilərdən "Ərdəhan" və "Qars" pis vəziyyətdədir". 1918-ci ilin əvvəllərində bu gəmilərin matrosları Bakı kommunistləri vasitəsilə Həştərxandakı sovet komandanlığına bir neçə dəfə xahişlə müraciət etmişdi: "Sovet hakimiyyətinə qayıtmaq üçün onların təhlükəsizliyi təmin edilsin". "Qara dəniz ordusu"nun baş komandanı general C. F. Milnin 1918-1920-ci illərdə öz komandanlığı altında olan ordunun Qafqaz və Xəzər ətrafındakı əməliyyatları haqqında məruzəsində qeyd olunduğu kimi, həmçinin 1921-ci ilin yanvarında İngiltərə hökumətinin "London" qəzetinin əlavəsində çap edildiyi kimi, Xəzər hərbi donanması gəmiləri heyəti (iki kanoner - "Ərdəhan" və Qars" gəmiləri, həmçinin bir neçə yardımçı gəmi) "bolşevizmə meyil etməsinə görə" 1 mart 1919-cu ildə torpeda katerləri tərəfindən batırılma qorxusu ilə ləğv edilmişdi. Beləliklə, matrosların "Qars" və "Ərdəhan" gəmilərini qaçırmağa göstərdikləri hər iki cəhdi ingilislər zərərsizləşdirmişlər. П. Веселов. «Карс» и «Ардаган» Arxivləşdirilib 2011-08-31 at the Wayback Machine Военно-морской флот России Алиев Н. А. Морская крепость на Каспии.
Ərğan (musiqi aləti)
Ərğan (musiqi aləti)- Hər hansı alətin yaranma tarixi nə qədər qədim olursa, o alət haqqında bir sıra ziddiyyətli fikirlər yaranır. Ərğan da belə alətlərimizdəndir. Təəssüf ki, bir sıra çalğı alətləri kimi ərğan da tarixin keşməkeşli yollarında itib-batmış, sıradan çıxaraq unudulmuşdur. Bəzən yanlış olaraq ərğan – ərğənun və hətta qanun alətləri ilə eyniləşdirilir. Halbuki ərğan düyməli (klavişli), körüklü nəfəs aləti, ərğənun telli, rudabənzər alət olmuş, qanun isə dövrümüzə gəlib çatan, diz üstündə qoyularaq, hər iki əlin şəhadət barmaqlarına taxılmış oymağabənzər mizrabla çalınan telli alətdir. Ərğan (mənbədə ərğənun yazılıb) alətini miladdan 300 il əvvəl Misirin İsgəndəriyyə şəhərində yaşamış yunan mexaniki Ktezibey icad edib . Tezliklə ərğan bir sıra Şərq ölkələrinə yayılıb, o cümlədən Azərbaycana da gətirilib. Qətran Təbrizinin XI əsrdə yaşadığını nəzərə alsaq, Azərbaycanda ərğandan ən azı bu dövrdən istifadə edildiyi məlum olur. Alət 2 cərgə bürünc (Ə.Marağalıya görə qalay) borulardan hazırlanırdı. Bəm səslənən borular uzun olub, zil səslənən qısa borulardan yuxarıda yerləşdirilirdi.
Yaser Ərəfat Beynəlxalq Hava Limanı
Freqat
Freqat ( it. frigata ) — qaleranın bir növü olub, Aralıq dənizinə məxsus, sərbəst hərbi əməliyyat apara bilən kiçik döyüş gəmisi.
Ərəgit
Ərəgit — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Kəndi Lahıc qəsəbəsindən kiçik bir çay ayırır. Kəndin əhalisi 891 nəfərdir. Əhali misgərlik, dəmirçilik, xalçaçılıq heyvandarlıq və bostançılıqla məşğul olur. Kənd elektrik enerjisi ilə təmin edilir. Kəndə ilboyu avtomobillə getmək olar. Kənddə yeməkxana fəaliyyət göstərir. İsmayıllı-Lahıc-Quba və İsmayıllı-Lahıc-Şamaxı turist marşrutları kəndin ərazisindən keçir. Kənd Lahıc turizm zonasında yerləşir. Ərəkit kəndində 887 nəfər əhali yaşayır ki, onun da 430 nəfəri kişi, 457 nəfəri isə qadındır.
Eleqaz açarı
Eleqaz açarı — elektrik qövsünün söndürülmə vasitəsi kimi eleqazdan istifadə olunan, enerjisistemdə normal və ya qəza rejimlərində əl ilə, məsafədən və ya avtomatik olaraq dövrə hissəsinin və ya elektrik avadanlığının operativ qoşulması və açılması üçün nəzərdə tutulmuş yüksək gərginlik açarlarının bir növüdür. == Giriş == Bu günkü gündə, eleqazın qövssöndürücü vasitə kimi istifadəsi sıxılmış hava və yağ ilə müqayisədə daha təsirlidir və yüksək və ultra yüksək gərginlikli dəyişən cərəyan açarlarının inkişafı üçün ən perspektivli və sürətlə inkişaf edən bir istiqamətdir. Eleqaz avadanlıqlarının əsas üstünlükləri eleqazın unikal fiziki-kimyəvi xüsusiyyətləri ilə müəyyən edilir. Düzgün istifadə ilə, eleqaz köhnəlmir və yağ kimi xüsusi qulluğa ehtiyac duymur. Eleqaz açarlarına aşağıdakılar xasdır: kompaktlıq; uzun müddətli istismarın mümkünlüyü; nominal gərginliklərin geniş diapazonu (6–1150 kV); yanğından təhlükəsiz olması və yüksək xidmət təhlükəsizliyi. Eleqaz açarları 1980-ci ildən bəri intensiv şəkildə inkişaf etdirilməyə başlandı və 110 … 1150 kV gərginliklərdə və 80 kA qədər cərəyanlarda böyük perspektivlərə malikdir. Texniki cəhətdən inkişaf etmiş ölkələrdə yüksək və ultra yüksək gərginlikli (110–1150 kV) eleqaz açarları demək olar ki, bütün digər aparatları əvəz etdi. Həmçinin, aparıcı xarici şirkətlər demək olar ki, 110 kV və daha yüksək gərginlik sinifləri üçün komplekt eleqaz tipli paylayıcı quruluşların və eleqaz açarlarının istehsalına tamamilə keçid etdilər. == Eleqaz açarının quruluşu == Konstruksiyasına görə sütunşəkilli və çənli açarlara bölünürlər. Sütunşəkilli olanlar az həcmli yağlı açarlarından görünüşü və ölçüsü ilə əsaslı şəkildə fərqlənmir.
Qaradəniz Ereğli
Qaradəniz Ereğli (türk. Karadeniz Ereğli) — Zonquldak ilinin ilçəsi. Türkiyənin şimalında, Qara dəniz regionunda yerləşir. Sahəsi 782 km²-dir. İlçədə 3 şəhər (Gülüç, Kandilli və Ormanlı) və 93 kənd yer alır. 31 məhəllə: Akarca, Bağlık, Balı, Belen, Yeni Belen, Bölücek, Dağlar, Elmatepe, Güldere, Göktepe, Hamzafakılı, Kavaklık, Kepez, Kestaneci, Kışla, Kırmacı, Kıycak, Kirmaner, Koca, Murtaza, Müftü, Orhanlar, Ömerli, Ören, Sarıkokmaz, Süleymanlar, Topçalı, Uzunçayır və Uzunmehmet ilçə sərhədləri daxilində yer alır. Gülüç mahalına 4 məhəllə bağlıdır: Gülüç mərkəz, Bekyeri, Çengelburnu və Örnəcik. Armudcuq mahalına 5 məhəllə bağlıdır: Armudcuq mərkəz, Geyikbeli, Şəhidlik, Uzunmehmet Yayla və Yeni Məhəllə. Ormanlı mahalına 4 məhəllə bağlıdır: Ormanlı mərkəz, Sarıkaya, Seyitahmetli və Sinitli. Göyçələr mahalına 5 məhəllə bağlıdır: Göyçələr mərkəz, Açıqhava, Qızılsu, Bazaryeri və Yeni Məhəllə.
Xalid Ərgənc
Xalid Ərgənc (türk. Halit Ergenç; 30 aprel 1970, İstanbul, Türkiyə)— Türkiyə aktyoru. Xalid Ərgənc Beşiktaş Atatürk Məktəbinin məzunudur. 1989-cu ildə İstanbul Texniki Universitetinin Gəmi İnşaatı və Dəniz Elmləri fakültəsində təhsil alarkən, təhsilini ikinci kursdan yarımçıq qoymuş, elə həmin il Memar Sinan Universitetinin Opera və Musiqili Teatr Aktyorluğu fakültəsinə daxil olmuşdur. Xoş sərsərilər Qara mələk Beləmi olacaq?
Erqaş Cümənbülbüloğlu
Erqaş Cümənbülbüloğlu (1870–1937) — cığatay (özbək) xalq şairlərindən biri. == Həyatı == O, 1868-ci ildə hazırda Nurata adlanan yerin Kurkan qışlağında anadan olmuşdur. Erqaşın atası Cümən və onun əmiləri Cassaq və Yarləqəb məşhur şairlərdən olub, xalq arasında böyük hörmət qazanmışdılar. Erqaş çox ağır həyat keçirmişdir. O vaxtki ictimai quruluşun təsiri altında şair tamamilə yoxsul vəziyyətə düşmüş, buna görə də yaşadığı qışlağı tərk etmək məcburiyyətində qalmışdır. Xalq ədəbiyyatının mahir bilicisi Erqaş Cümənbülbüloğlunun yazıya köçürdüyü "Gündoğmuş" dastanı lirik-fəlsəfi məzmunu ilə daim diqqət mərkəzində olmuşdur. Bundan başqa "Əlibəy və Balibəy", "Rövşənxan", "Gündüzlə ulduz", "Qızcıbəy" dastanları da onun qələmində yazıya köçürülmüşdür. Erqaş Cümənbülbüloğlu repressiya qurbanlarındandır, o, 1937-ci ildə həbs olunmuş və güllələnmişdir.
Tom Regan
Tom Reqan (ing. Tom Regan; 28 noyabr 1938, Pitsburq, Pensilvaniya – 17 fevral 2017, Roli) heyvan hüquqları nəzəriyyəsi ilə məşğul olan bir Amerika filosofu idi. 1967-ci ildən 2001-ci ildə təqaüdə çıxana qədər müəllimlik etdiyi Şimali Karolina Dövlət Universitetində fəlsəfə doktoru idi. Reqan, müasir heyvan hüquqları hərəkatına əhəmiyyətli dərəcədə təsir etmiş bir neçə araşdırmalardan biri olan Heyvan hüquqları fəlsəfəsi mövzusunda çox sayda kitabın, o cümlədən Heyvan hüquqları(The case of Animal Rights) (1983) kitabının müəllifidir. Bunlarda o, insan olmayan heyvanların insanlar kimi "həyatın subyektləri" adlandırılan şey olduğunu və əgər rasional varlıq olmaq qabiliyyətindən asılı olmayaraq bütün insanlara dəyər vermək istəyiriksə, ardıcıl olaraq, bunu qeyri-insanlar üçün də eyni şəkildə tərif etməliyik. 1985-ci ildən həyat yoldaşı Nensi ilə birlikdə "Heyvanlara müsbət bir qayğı ilə birləşdirilmiş intellektual və bədii səylərin böyüməsini dəstəkləməyi öhdəsinə götürən" qeyri-kommersiya təşkilatı olan Mədəniyyət və Heyvanlar Fondunun həmtəsisçisi və həmsədri kimi xidmət etmişdir. Veqan Cəmiyyəti onu "cəsur bir vegeterian və aktivist" olaraq xatırlayır. Reqan 1960-cı ildə Thiel kollecini, 1962-ci ildə magistr və 1966-cı ildə doktorluq dərəcəsini Virciniya Universitetindən alaraq bitirdi. O, 1967-ci ildən 2001-ci ilə kimi Şimali Karolina Dövlət Universitetində fəlsəfə müəllimi kimi işləmişdir. Reqan 1986-cı ildə VHS videokadrında mövcud olan "Biz hamımız Nuhuq"(We are all Noah) filmini çəkmişdir.
Tom Reqan
Tom Reqan (ing. Tom Regan; 28 noyabr 1938, Pitsburq, Pensilvaniya – 17 fevral 2017, Roli) heyvan hüquqları nəzəriyyəsi ilə məşğul olan bir Amerika filosofu idi. 1967-ci ildən 2001-ci ildə təqaüdə çıxana qədər müəllimlik etdiyi Şimali Karolina Dövlət Universitetində fəlsəfə doktoru idi. Reqan, müasir heyvan hüquqları hərəkatına əhəmiyyətli dərəcədə təsir etmiş bir neçə araşdırmalardan biri olan Heyvan hüquqları fəlsəfəsi mövzusunda çox sayda kitabın, o cümlədən Heyvan hüquqları(The case of Animal Rights) (1983) kitabının müəllifidir. Bunlarda o, insan olmayan heyvanların insanlar kimi "həyatın subyektləri" adlandırılan şey olduğunu və əgər rasional varlıq olmaq qabiliyyətindən asılı olmayaraq bütün insanlara dəyər vermək istəyiriksə, ardıcıl olaraq, bunu qeyri-insanlar üçün də eyni şəkildə tərif etməliyik. 1985-ci ildən həyat yoldaşı Nensi ilə birlikdə "Heyvanlara müsbət bir qayğı ilə birləşdirilmiş intellektual və bədii səylərin böyüməsini dəstəkləməyi öhdəsinə götürən" qeyri-kommersiya təşkilatı olan Mədəniyyət və Heyvanlar Fondunun həmtəsisçisi və həmsədri kimi xidmət etmişdir. Veqan Cəmiyyəti onu "cəsur bir vegeterian və aktivist" olaraq xatırlayır. Reqan 1960-cı ildə Thiel kollecini, 1962-ci ildə magistr və 1966-cı ildə doktorluq dərəcəsini Virciniya Universitetindən alaraq bitirdi. O, 1967-ci ildən 2001-ci ilə kimi Şimali Karolina Dövlət Universitetində fəlsəfə müəllimi kimi işləmişdir. Reqan 1986-cı ildə VHS videokadrında mövcud olan "Biz hamımız Nuhuq"(We are all Noah) filmini çəkmişdir.
Bayram Beqac
Bayram Beqay (alb. Bajram Begaj; 20 mart 1967, Rroqojina[d], Albaniya Xalq Sosialist Respublikası) — Bayram Beqay (20 mart 1967-ci ildə anadan olub) Albaniyanın prezidenti seçilmiş alban keçmiş hərbçi və siyasətçidir. O, 24 iyul 2022-ci ildə Albaniyanın 9-cu prezidenti kimi səlahiyyətlərinin icrasına başlayıb. Albaniya ordusunda uzunmüddətli karyerası olan Beqac 2020-ci ilin iyulundan 2022-ci ilin iyununa qədər Albaniya Silahlı Qüvvələrinin 26-cı Baş Qərargah rəisi vəzifəsində çalışıb. 3 iyun 2022-ci ildə Beqac hakim Sosialist Partiyası tərəfindən rəsmi olaraq seçkilərin dördüncü tura namizədliyi irəli sürülüb. Beqac Albaniyanın Ahmet Zoqu, Ramiz Alia, Alfred Moisiu və Bujar Nişanidən sonra hərbi keçmişi olan beşinci prezidentidir. == Həyatı və karyerası == Beqaj 20 mart 1967-ci ildə Rroqojinada anadan olub. 1989-cu ildə Tirana Tibb Fakültəsini bitirib, 1998-ci ildə aktiv feldşer olub. Peşəkar doktorantura təhsilini başa vurduqdan sonra Tibb üzrə "dosent" elmi adını almışdır. 31 illik hərbi karyerası ərzində Begac ABŞ-da Təhlükəsizlik və Müdafiə, Ali Tibb Məktəbi, Qastrohepatologiya üzrə Aspirantura İxtisaslaşması, Yunanıstanda Xəstəxana İdarəetmə Kursu və Strateji Tibbi Liderlik Kursu, İxtisas Tibb Kursu və Sağlamlıq Kursu üzrə çoxsaylı təlim, seminarlarda və kurslarda iştirak etmiş və bitirmişdir.
Həsən Rebaç
Həsən Rebaç (bosn. Hasan Rebac; sentyabr 1894, Mostar – 4 avqust 1953, Belqrad) — Bosniya əsilli Yuqoslaviya yazıçısı və siyasətçisi. == Həyatı == Həsən Rebaç 1894-cü ildə Mostarda anadan olmuşdur. O, 1921-ci ilin aprelində Serbiya yazıçısı Aniça Saviç ilə evlənmişdir. Rebaç 1930-cu ilin payızında həyat yoldaşı ilə birlikdə Şimali Makedoniyanın Skopye şəhərinə köçmüşdür. Onlar 1941-ci ildə Yuqoslaviyanın işğalına qədər orada qalmış, sonra Belqrada məcburi köçkün kimi getmişdilər. Rebaç 4 avqust 1953-cü ildə ağır xəstəlikdən vəfat etmişdir. Həmin gecə onun həyat yoldaşı Aniça biləklərini kəsərək intihara cəhd etmişdir, lakin uğursuz olmuşdur. O, iki ay sonra ürəyinə tapança ilə atəş açaraq intihar etmişdir.
Xərəqan-i Süfla
Xərəqan-i Süfla (fars. خرقان سفلي‎) — İranın Qəzvin ostanının eyniadlı şəhristanının Kuhin bəxşinin ərazisinə daxil olan kənd. 2006-cı ildə əldə edilən məlumatına görə, kənddə 67 nəfər yaşayır (20 ailə).
Erga omnes
Erga omnes — beynəlxalq hüquq konsepsiyası, ona görə beynəlxalq münasibətlərin iştirakçısı kimi hər hansı bir suveren dövlət ümumdünya xarakterli olan bütün dünya ictimaiyyəti qarşısında müəyyən sayda öhdəlik daşıyır və hər bir dövlətin maraqlandığını təmin edir. == Konsepsiyanın yaranması == Beynəlxalq hüququn müvəqqəti normalarının inkişafında keyfiyyətcə yeni bir mərhələ, beynəlxalq hüquq doktrinası olaraq geniş tanınan və beynəlxalq hüquq doktrinası kimi tanınan Barselona Traction işində BMT Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən hazırlanmış dövlət məsuliyyəti konsepsiyasının qəbul edilməsi ilə başladı, yəni bütövlükdə bütün icma qarşısında öhdəliklər erga omnes xarakteri ilə baş tutdu. Beynəlxalq Ədalət Məhkəməsinin qərarında aşağıdakılar qeyd edildi: "Xüsusilə, bir dövlətin bütövlükdə beynəlxalq ictimaiyyət qarşısında olan vəzifələri ilə diplomatik qoruma sahəsində başqa bir dövlətə nisbətən vis-à-vis (bir-birinə) qarşı ortaya çıxan vəzifələr arasında bir fərq qoyulmalıdır. Birincisi, təbiətinə görə bütün dövlətlərin işidir. Bu hüquqların vacibliyini nəzərə alaraq, bütün dövlətlər bu hüquqların qorunmasında qanuni bir maraq sahibi sayıla bilər; bunlar bütün öhdəliklərdir. Müasir beynəlxalq hüquqda bu cür öhdəliklər, məsələn, təcavüz və soyqırımı aktlarının qadağan edilməsindən, həmçinin köləlik və irqi ayrı-seçkilikdən qorunma da daxil olmaqla əsas insan haqları ilə əlaqəli prinsip və müddəalardan qaynaqlanır. ". Beləliklə, Məhkəmə beynəlxalq hüquq öhdəliklərinin müstəsna ikitərəfli xarakterini inkar etdi və əvvəlki məhkəmə hüququnu dəyişdirdi. Həqiqətən, hələ 1966-cı ildə, Cənubi Qərbi Afrika hadisəsində, Efiopiya və Liberiyadan Cənubi Afrikanın aparteid siyasətini yürütən Namibiyada varlığına qarşı şikayət vermək hüququ, bu məsələnin həllində tərəf olmayan üçüncü dövlətlər olaraq rədd edildi. Barcelona Traction qərarında, Beynəlxalq Ədalət Məhkəməsi, "bütün dövlətlərin işi" olan və bütün dövlətlərin qanuni mənafeləri olan, xüsusi əhəmiyyətə və ümumbəşəri əhəmiyyətə sahib hüquqları təsir etdikləri üçün qaydaların mövcudluğunu qəbul etdi.