Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Lətafət
Lətafət — Qadın adı. Lətafət Ələkbərova — televiziya və radio aparıcısı, aktrisa və müğənni. Lətafət Əlizadə — həkim-ginekoloq. Lətafət Məmmədova — rəssam.
Ətalət
Ətalət – cismə başqa cisimlərin təsiri olmadıqda sürətin saxlanması hadisəsinə deyilir. Ətalət hadisəsi nəticəsində çox qısa müddətdə cismin sürətini artırmaq və sürətlə hərəkət edən cismi ani olaraq dayandırmaq qeyri-mümkündür. Cismin Nyutonun birinci və ikinci qanunlarını ödəyən xassəsidir. Kütlə cismin ətalət ölçüsüdur.
Lətafət Məmmədova
Lətafət Məmmədova (1954, Bakı) — rəssam. == Həyatı == Lətafət Hafiz qızı Məmmədova 1954-cü ildə Bakıda anadan olmuşdur. O, əməkdar incəsənət xadimi Hafiz Məmmədovun qızıdır. Lətafət Məmmədova Əzim Əzimzadə adına Rəssamlıq məktəbini və Azərbaycan Dövlət İncəsənət Universitetini bitirmişdir. Lətafət Məmmədova bir müddət Azərbaycan Dövlət Pedaqoji Universitetinde kafedra müdiri vəzifəsində işləmişdir. O, 2001-ci ildə Türkiyə dövlətinin dəvəti ilə İstanbulun müxtəlif sənət qurumlarında dərs demişdir. 2005-ci ildə İstanbulun Yeşilkoy səmtində öz sənət emalatxanasını yaratmışdır. Türkiyədə təşkil etdiyi sərgilərdə əsərlərim auksioniarda satışa çıxarılmış, bir çöx əsərləri Türkiyənin muzeyləri tərəfindən satın alınmışdır. Lətafət Məmmədova Türkiyədə 10 fərdi sərgi açmışdır. Onun əsərləri Rusiyanın, Avropanın, ABŞ-nin muzey və kolleksiyalarında saxlanılır.
Lətafət Əlizadə
Lətafət Əlizadə (tam adı: Lətafət Məmməd qızı Əlizadə; 1942, Kirovabad – 2018, Bakı) — həkim-ginekoloq. == Haqqında == Lətafət Məmməd qızı Əlizadə 1942-ci ildə Gəncə şəhərində ziyalı ailəsində anadan olub. 1968-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini bitirib. 1969-cı ildən Ana və Uşaqların Mühafizəsi ETU-nda kiçik elm işçi kimi çalışıb. Yasamal rayonu 2 saylı qadın məsləhətxanasında Əmək Veteranları Komitəsinin sədri, Yasamal rayonu Ağbircəklər Cəmiyyəti İdarə Heyətinin üzvü olub. 1992-ci ildən 1999-cı ilədək Təhsil Nazirliyinin nəzdində Tələbə və Müəllimlərin Xeyriyyə Fondunda sədr müavini işləyib. 2000-ci ildən Azərbaycan Respublikası Qadın Xeyriyyə Fondunda sədr müavini vəzifəsində ictimai fəaliyyətlə məşğul olub. Lətafət xanım Əlizadə Müharibə Veteranları Hərbçilər İctimai Birliyinin üzvü, ehtiyatda olan fəxri böyük leytenantdır. == Mükafatları == Lətafət Məmməd qızı Əlizadə Prezident İlham Əliyevin Azərbaycan Respublikasının ictimai həyatında səmərəli fəaliyyətlərinə görə "Tərəqqi" medalı ilə təltif edilib. == Ölümü == Lətafət Əlizadə 2018-ci ildə ürək çatışmazlığından vəfat edib.
Lətafət Ələkbərova
Lətafət Ələkbərova (tam adı: Lətafət Nadir qızı Ələkbərova) (21 iyul 1976, Bakı) — televiziya və radio aparıcısı, aktrisa və müğənni (1996-cı ildən). == Həyatı == Lətafət Nadir qızı Ələkbərova Bakıda doğulmuşdur. Orta təhsilini Nərimanov rayonu 39 saylı məktəbdə almışdır. Məktəb illərində çox fəal olan Lətafət məktəbdə keçirilən ictimai tədbirlərdə aparıcılıq etmiş, önəmli tədbirlərdə, şeir müsabiqələrində, olimpiyadalarda şəhər birinciliyi əldə etmişdir. Qarabağ müharibəsi illərində yaralı əsgərlərlə, veteranlarla görüşlərin keçirilməsində daim fəal iştirak etmişdir. 90-cı illərdə ölkənin ən populyar qəzetlərində vətənpərvərlik mövzularında məqalə və şeirləri dərc olunmuşdur. Bir övladı var (Rəna Cəfərzadə, 2007) == Təhsili == 1993 – 1997-ci illərdə yüksək nəticələrlə Bakı Slavyan Universitetinin Filologiya fakultəsinə qəbul olunaraq təhsilni davam etdirmişdir. Təhsil aldığı dövrlərdə müəllimləri SSRİ Xalq Artisti, Beynəlxalq Televiziya və Radio Akademiyasının Akademiki, Azərbaycan Respublikası Prezidentinin Fərdi təqaüdçüsü, Xalq Artisti Sabir Ələsgərovun, Əməkdar İncəsənət Xadimi, alim, Teleradio Akademiyasının rektoru Etibar Babayevin və Xalq Artisti, "Şöhrət" ordenli Vasif Babayevin rəğbətini qazanmışdır. Bütün bunların nəticəsi olaraq 1996-cı ildə o dövrdə ölkədə məşhur olan Sara TV-də aparıcı kimi fəaliyyətə başlamış, 1996 – 1999-cu illərdə bir çox televiziya və radio proqramlarında aparıcılıq etmişdir. 2003 – 2005-ci illərdə Bakı Slavyan Universitetinin Filologiya ixtisası üzrə magistr təhsili almış və fərqlənmə diplomu ilə bitirmişdir.
Estafet
Estafet (fr. estafette - elçı, mesajçı) — komanda üzvlərinin müəyyən bir yarış marşrutunun hissələrini tamamladığı yarışmadır. Estafet yarışları peşəkar yarışlar və həvəskar oyun forması kimi keçirlir. Estafet zamanı qaçış, oriyentasiya, üzgüçülük, xizək sürmə, biatlon və ya konkisürmə geniş yayılmışdır. Olimpiya Oyunlarında yüngül atletikanın bir hissəsi olan bir neçə növ estafet yarışları mövcuddur. Əksər estafetlərdə komanda üzvləri bərabər məsafələri əhatə edir: həm kişilər, həm də qadınlar üçün olimpiada tədbirlərində məsafə 400 metr (4 × 100 metr) və 1600 metr (4 × 400 metr)-dir. Bəzi qeyri-olimpiada estafetləri 800 m, 3200 m və 6000 m məsafələrdə keçirilir. == İdman yarışlarında estafet == === Üzgüçülük === Dörd üzgüçüdən ibarət üzgüçülük estafeti adətən bu strategiyanı izləyir: ikinci ən sürətli, üçüncü ən sürətli, ən yavaş, sonra ən sürətli (lövbər). Bununla belə, ya ikinci yarıqda ən yavaş üzgüçünün yarışmasını (ən sürətli ikinci, ən yavaş, üçüncü ən sürətli və daha sonra ən sürətli sıralama yaratmaq) və ya ən yavaşdan ən sürətliyə (ən yavaş, üçüncü ən sürətli, ikinci ən sürətli, ən sürətli).[sitat lazımdır] FINA qaydaları tələb edir ki, gələn komanda yoldaşı divara toxunarkən (və ondan əvvəl) ikinci, üçüncü və ya dördüncü üzgüçünün ayağı platforma ilə təmasda olmalıdır; başlanğıc üzgüçü artıq hərəkətdə ola bilər, lakin bu, adi startla müqayisədə 0,6-1,0 saniyəyə qənaət edir. Bundan əlavə, bir çox üzgüçülər komanda ruhu atmosferi sayəsində estafetdə fərdi yarışdan daha yaxşı çıxış edirlər.
Etiket
Etiket (fr.etiquette – mərasim, təşrifat) — 1)ictimai yerdə, başqa şəxslərin yanında, onlarla ünsiyyətdə olduqda davranış qaydaları; 2)malın, eksponatın və s.-nin üstünə yapışdırılan, üzərində onun adını, qiymətini və digər parametrlərini göstərməklə malı müşayiət edən yarlıq; 3)monarxların saraylarında diplomatik dairələrdə və s.-də qəbul edilmiş davranış qaydaları; 4)hər hansı bir cəmiyyətdə qəbul edilmiş davranış və nəzakət forması; 5)özünü necə aparmaq barədə qoyulmuş ciddi və möhkəm qaydalar. == Ədəbiyyat == R. Əliquliyev, S. Şükürlü, S. Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Etügen
Əbülfət
Əbülfət — ad. Əbülfət Mədətoğlu — şair, publisist. Əbülfət Misiroğlu — yazıçı-publisist, nasir Əbülfət Cavadov — Biologiya elmləri doktoru, professor.
Ətalət Naviqasiya Sistemi
INS (Inertial Navigation System; Ətalət Naviqasiya Sistemi) sürətölçən və bucaqölçən sensorlarından istifadə edərək hərəkət edən bir nəqliyyat vasitəsinin (təyyarə, raket, sualtı qayıq və s.) mütləq mövqeyini təyin edir. Tamamilə müstəqil olmaq xüsusiyyətinə malikdir və heç bir elektromaqnit şüa yaratmadan işləyir. Əməliyyat prinsipi istinad olan bir başlanğıc nöqtəsindən etibarən (ilk məlum/müəyyən edilmiş mövqedən) davamlı sürət, sürətləndirmə və bucaq hərəkətlərini ölçməklə əldə edilən nöqtədəki mövqeyi müəyyənləşdirir. Ümumiyyətlə yerləşmə (GPS) sisteminlərini dəstəkləmək üçün istifadə olunur. Çox dəqiq nəticələr verir.
Ətalət hesablama sistemi
Ətalət hesablama sistemi — Nyutonun mexanika qanunlarının ödənildiyi hesablama sistemi. Bu sistemə nəzərən düzxətli bərabərsürətli irəliləmə hərəkəti edən hesablama sistemi də ətalət hesablama sistemidir. Bu səbəbdən sonsuz sayda ətalət hesablama sistemi ola bilər. Nyutonun ikinci qanunu, hərəkət miqdarının saxlanması, hərəkət miqdarı momenti və ətalət mərkəzinin hərəkət qanunları xarici təsirlərə məruz qalmayan ixtiyari ətalət hesablama sistemində doğrudur. Hesablama sistemi həmişə bir cisim (məsələn, Yer, gəmi, təyyarə) ilə bağlanır. Belə sistem müəyyən xəta ilə ətalət hesablama sistemi qəbul edilə bilər. Oxları üç ulduza yönəldilmiş və başlanğıcı Günəşdə yerləşən sistem dəqiq ətalət hesablama sistemidir. Bu, göy mexanikası və kosmonavtikada işlədilir. Bir çox texniki məsələnin həllində yüksək dəqiqlik tələb olunarsa, başlanğıcı Yerin mərkəzində yerləşən, oxları isə üç ulduza yönəldilmiş ətalət hesablama sistemindən istifadə edilir. Bir ətalət hesablama sistemindən digərinə keçdikdə koordinatlar və zaman fəzası üçün Nyutonun klassik mexanikasında Qaliley çevirmələrindən, relyativist mexanikada isə Lorents çevirmələrindən istifadə olunur.
Rüfət
Rüfət — kişi adı. Rüfət Məmmədli — Rüfət Quliyev (deputat) — III, IV, V və VI çağırış Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Rüfət Hüseynov — Azərbaycanı təmsil edən boksçu. Rüfət Axundov — Azərbaycanlı estrada müğənnisi.
Etiket - Azerflex
Etiket (fr.etiquette – mərasim, təşrifat) — 1)ictimai yerdə, başqa şəxslərin yanında, onlarla ünsiyyətdə olduqda davranış qaydaları; 2)malın, eksponatın və s.-nin üstünə yapışdırılan, üzərində onun adını, qiymətini və digər parametrlərini göstərməklə malı müşayiət edən yarlıq; 3)monarxların saraylarında diplomatik dairələrdə və s.-də qəbul edilmiş davranış qaydaları; 4)hər hansı bir cəmiyyətdə qəbul edilmiş davranış və nəzakət forması; 5)özünü necə aparmaq barədə qoyulmuş ciddi və möhkəm qaydalar. == Ədəbiyyat == R. Əliquliyev, S. Şükürlü, S. Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Əbülfət Cavadov
Əbülfət Cavadov (Cavadov Əbülfət Kalvalı oğlu) — Biologiya elmləri doktoru, professor. Tədris Elmi‑İstehsalat Kompleksi ‑ Dövlət Universitetinin Mtsensk filialının kimya, ekologiya və yer quruluşu kafedrasının müdiri və professoru. Cavadov Əbülfət Kalvalı oğlu 1956-cı il iyunun 12-də Azərbaycan Respublikasının Xanlar rayonunun (indiki Göygöl rayonu) Ziyadlı kəndində anadan olub. 1979-cu ildə S.Ağamalıoğlu adına Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu (indiki Azərbaycan Dövlət Aqrar Universiteti) bitirib və Şəki quşçuluq sovxozuna işləməyə göndərilib. Lakin quşçuluq sovxozunda baş baytar ştatının ləğvi ilə əlaqədar olaraq Ə.Cavadov işə götürülməyib və Azərbaycan Respublikası Quşçuluq Sənayesi idarəsi rəhbərliyinin icazəsi ilə RSFSR-in qeyri-qaratorpaq zonasına ixtisası üzrə işləməyə gedib və Kaluqa vilayətinin Jukov rayonunun “Zarya” kolxozunda baş veterinar işləyib. İşdə yüksək göstəricilərə görə kolxozun və Jukov rayonunun rəhbərliyi Ə.Cavadovun Ümumrusiya Elmi-Tədqiqat Kənd Təsərrüfatı Heyvanlarının Fiziologiyası, Biokimyası və Qidalanması İnstitutunda gələcək işinə və təhsilinə mane olmayıb. Ə.Cavadov 1982-ci ildən baş veterinar, 1984-cü ildən Ümumrusiya Elmi-Tədqiqat Kənd Təsərrüfatı Heyvanlarının Fiziologiyası, Biokimyası və Qidalanması İnstitutunda birləşdirici mübadilə laboratoriyasında baş veterinar işləyib. Ə.Cavadov “Rasionda yemin fiziki forması ilə əlaqədar buzovların orqanizmində fosfolipidlərin mübadiləsi” mövzusunda namizədlik dissertasiyasını yazıb və 1986-cı ildə müdafiə edib. Ə.Cavadov 1987-ci ildə Sumı Kənd Təsərrüfatı İnstitutuna (Ukrayna) işə dəvət edilib. 2000-ci ilədək Sumı Dövlət Aqrar Universitetinin daxili qeyri-yoluxucu xəstəliklər və farmakologiya kafedrasının dosenti vəzifəsində işləyib və doktorluq dissertasiyasının müdafiəsinə hazırlaşıb.
Əbülfət Misiroğlu
Əhmədov Əbülfət Misir oğlu (d. 23 dekabr 1946-v.10 dekabr 1998, Azərbaycan Respublikası, Ağcabədi rayonu) — yazıçı-publisist, nasir, 1988-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. Əhmədov Əbülfət Misir oğlu 1946-cı il dekabrın 23-də Ağcabədi rayonunda Salmanbəyli kəndində anadan olmuşdur. Burada kənd orta məktəbini bitirmişdir (1963). 1966-cı ildə indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təhsil almışdır.Sonra Moskvada Maksim Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun nəsr şöbəsində təhsilini qiyabi davam etdirmişdir (1969-1976). Əmək fəaliyyətinə Bakı zavodlarında başlamışdır (1964-1965). Azərbaycan LKGİ Ağcabədi Rayon Komitəsində şöbə müdiri, sonra ikinci katib olmuşdur (1965-1968). Əmək müqaviləsi ilə "Azərbaycan gəncləri" qəzeti redaksiyasında xüsusi müxbir işləmişdir (1968-1969).Eyni zamanda Bakı şəhər İcraiyyə Komitəsi idarələrində müxtəlif vəzifələrdə çalışmışdır.1971-1972-ci illərdə "Beyləqan" qəzetində işləyib.1972-1975-ci illərdə Ə.Misiroğlu Azərbaycan Dövlət Televiziyasının "Gənclər" redaksiyasında müxbir,1986-1991-ci illərdə böyük redaktor vəzifəsində çalışmışdır."Yüksəliş" rayon qəzeti redaksiyasının (1975-1977), Ç.İldırım adına Azərbaycan Dövlət Politexnik İnstitutu (indiki Azərbaycan Texniki Universiteti) "Politexnik" qəzeti redaksiyasının əməkdaşı (1977-1984) olmuşdur. Sonra Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində "Gənclik" baş redaksiyasının böyük redaktoru işləmişdir. Bədii yaradıcılığa 60-cı illərdən başlamışdır.
Əbülfət Mədətoğlu
Əliyev Əbülfət Mədət oğlu (1 yanvar 1959, Tuğ, Hadrut rayonu) - şair, publisist. Əbülfət Mədətoğlu (Əliyev Əbülfət Mədət oğlu ) 1959-cu il yanvarın 1-də Dağlıq Qarabağın Xocavənd rayonunun Tuğ kəndində anadan olmuşdur. 1966-1976 cı illərdə Tuğ kənd orta məktəbində təhsil almışdır. Orta məktəbi bitirdikdən sonra 1976-1978 ci illərdə Tuğ kənd Oktyabr sovxozunda fəhlə işləmişdir. 1978-1980-ci illərdə Sovet ordusunda xidmət etmişdir. Ordudan tərxis olduqdan sonra "Təşviqatçı" jurnalında korrektor işləmişdir (1980-1985). İşlədiyi müddətdə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsində təhsil almışdır (1980-1986). Eyni zamanda həmin dövürdə (1982-1984) Jurnalist Sənətkarlığı İnstitutunu bitirmişdir. "Araz" qəzetində şöbə müdiri (1986-1988), "Qarabağ" qəzetində (1988-1990) və "Azərbaycan ordusu" qəzetində (1990-1992) müxbir vəzifələrində işləmişdir. Hazırda "Ədalət" qəzetinin baş redaktor müavinidir (1992-ci ildən).
Əbülfət Məmmədov
Əbülfət Heydər oğlu Məmmədov (1898, Bakı quberniyası – 1957, Bakı) — Azərbaycan SSR Xalq Əkinçilik komissarı, SSRİ Ali Sovetinin (millətlər palatasının) birinci çağırış deputatı, siyasi repressiyalara uğramış şəxs. Stalin və Bağırov repressiyalarının qurbanı olmuşdur. 1938-ci ilin iyul ayında "Ehtiyatda olan sağ-troskiçi mərkəzinin əksinqilabi milliyətçi təşkilatının" rəhbərindən biri olduğu ittihamı ilə həbs olunmuşdur. İttiham əvvəldən axıra kimi Mir Cəfər Bağırovun başçılıq etdiyi Azərbaycanın o zamanki ali hakimiyyəti və onların əlaltıları tərəfindən saxtalaşdırılmışdır. Bu iş üzrə keçən başqa məhbuslar kimi işgəncələrə məruz qalaraq ittihamı etiraf etməyə məcbur edilmişdir. Ancaq başqa məhbuslarla birlikdə 1939-cu ildə öncəki ifadələrindən imtina etmişdi. Bundan sonra işi üzrə bir neçə dəfə istintaq aparılmışdır. Nəhayət 1941-ci ildə məhkəmənin hökmü ilə əmlakının müsadirə edilməsi ilə 10 il müddətinə azadlıqdan məhrum edilmişdir. 1955-ci ildə SSRİ Ali Məhkəməsinin Hərbi Kolleqiyasının qərarı ilə bəraət edilmişdi. 1957-ci ildə Bakıda vəfat etmişdir.
Əbülfət Pələngov
Əbülfət Qulam oğlu Pələngov – pedaqogika üzrə elmlər doktoru, professor, Azərbaycan Dövlət Pedaqoji Universiteti, FD 02.061 Müdafiə Şurası yanında elmi seminarın sədridir. 1959-cu ildə Azərbaycan respublikasının Lerik rayonunun Züvüç kəndində anadan olmuşdur. 1976-cı ildə qardaşı Bunyadəli Qulamoğlu adına Züvüç kənd orta məktəbini əla qiymətlərlə bitirmişdir. 1974 və 1976-cı illərdə riayziyyatdan keçirilən Respublika olimpiadasının qalibi , həmin illərdə SSRİ - Umumittifaq riyaziyyat olimpiadasının mükafatçısı olmuşdur. 1977-1981-ci illərdə Azərbaycan Pedaqoji İnstitutunu (indiki ADPU) riyaziyyat fakültəsini, riyaziyyat müəllimi ixtisası üzrə bitirmişdir. 1981-1982-ci illərdə təyinat üzrə Puşkin (indiki Biləsuvar) rayonunun Nərimanovka kəndində ixtisası üzrə müəllim işləmişdir. 1982-1990-cı illərdə həmin rayonun Səmədabad qəsəbə orta məktəbində riyaziyyat müəllimi işləmişdir. Orta məktəbdə işlədiyi illərdə hazırladığı şagirdlər hər il respublika riyaziyyat olimpiadasının qalibi olduğu üçün 1986-cı ildə AMEA-nın riyaziyyat institutunun diplomu və fəxri fərmanı, həmin ildən də o vaxtkı Maarif Nazirinin əmri ilə “Baş müəllim” adı verilmişdir. 1990-cı ildən ADPU-da əmək fəaliyyətini proqramçı-riyaziyyatçı vəsifəsində davam etdirmişdir. 1993-1996 illərdə ADPU-nun dissertantı olmuş “Ölçmə xarakterli praktik və laborator işləri şagirdlərin həndəsi biliklərini formalaşdıran vasitə kimi” adlı namizədlik dissertasiyasını tamamlamış ADPU-nun nəzdindəki 13.00.02 ixtisas şurasında (Riyaziyyatın tədrisi metodikası ixtisası üzrə) müdafiə etmişdir.
Əbülfət Təbrizi
Əbülfət Təbrizi (XV əsr). İsmayil Mirzə Səfəvinin (vəfatı 1557) - İran saray həkimi. Tibbi məharətinə görə şöhrət qazanmışdı. Boyu kiçik olduğuna görə xalq ona "Kiçik Həkim" ləqəbini vermişdi. İsmayıl Mirzənin ölümündən sonr o, Təbrizin valisi Əmir xan Türkmanın sarayında həkim işləmişşdi.
Əbülfət Vəli
Əbülfət bəy Məmmədhəsən bəy oğlu Vəliyev (1871-1918) — azərbaycanlı aktyor. Əbülfət bəy Məmmədhəsən bəy oğlu 1871-ci ildə Şuşa şəhərində anadan olub. Şuşa realnı məktəbini bitirmişdi. Əbülfət Vəli yüksək istedadlı, mütərəqqi düşüncəli bir aktyor, bacarıqlı rejissor və təşkilatçı idi; xalq arasında teatr sənətinin təbliği sahəsində böyük əhəmiyyətə malik iş görürdü. XIX əsrin sonlarından başlayaraq 1918-ci ilə qədər Azərbaycan teatrının göstərdiyi tamaşaları Əbülfət Vəlisiz təsəvvür etmək qeyri-mümkündür. Həmin illərin dövri mətbuatı məlumat verir ki, Əbülfət Vəli teatr truppasının, demək olar ki, bütün tamaşalarında iştirak etmiş, müxtəlif, bir-birindən həm janr, həm də xaraktercə fərqlənən obrazlar yaratmış, gənc, həvəskar aktyorların yetişməsində böyük zəhmət çəkmiş, eyni zamanda da bir rejissor kimi gərgin fəaliyyət göstərmişdir. Məşhur faciə aktyorumuz Hüseyn Ərəblinskinin istedadının üzə çıxarılmasında, onda mütərəqqi ideyalara meylin güclənməsində Əbülfət Vəlinin də böyük xidməti olmuşdur. H. Ərəblinskinin bir sənətkar kimi yetişməsində Əbülfət Vəlinin təsiri həmişə duyulmuşdur. Əbülfət Vəli və Hüseyn Ərəblinski həmişə yekdil olmuşlar. Qəzet səhifələrində "Ərəblinski, Ə. Vəli… cənabları "Nicat" cəmiyyətindən üz döndərib yeni teatr truppası yaradıblar", "…Ə. Vəlizadə, Ərəblinski birgə tamaşa göstərdilər", "Bu tamaşada Ərəblinski və Ə. Vəli yerli həvəskarlarla birlikdə çıxış etdilər" və s.
Əbülfət İslam
Əbülfət İslam (Mahmudov Əbülfət Məhəmməd oğlu) — Publisist, şair, yazıçı. Əbülfət İslam(Mahmudov Əbülfət Məhəmməd oğlu)20 oktyabr, 1950-ci ildə Tovuz rayonunun Bozalqanlı kəndində qulluqçu ailəsində anadan olmuşdur. Uşaq yaşlarında “keratit” göz xəstəliyindən əziyyət çəkdiyi üçün 1959-cu ilə qədər məktəbə gedə bilməmişdir. 1959-1960-cı dərs ilində Bozalqanlı kənd yeddiillik məktəbinin birinci sinfinə qəbul edilmişdir. 6-cı sinifdə oxuduğu vaxtlar məktəbdə fəaliyyət göstərən dram dərnəyinə getmişdir. Onda bu sahəyə maraq oyadan məktəbin müəllimləri və fəal şagirdlərinin tamaşaya qoyduqları və daim anşlaqla qarşılanan S.Vurğunun “Vaqif” , M.F.Axundovun “Hacı Qara” və s. əsərlərinin tamaşaları olmuşdur. Qısa zamanda dram dərnəyinin ən fəal üzvünə çevrilmiş, S.S.Axundovun “Laçın yuvası” əsərində Cahangir ağa, Ə.Haqverdiyevin “Ağac kölgəsində” pyesində Mustafa bəy, Ü.Hacıbəyovun “Arşın mal alan”ında Süleyman bəy, S.Vurğunun “Vaqif”ində Qacar, C.Məmmədquluzadənin “Ölülər” komediyasında Kefli İsgəndər və onlarla başqa rolları tamaşaçıların alqışları ilə mükafatlandırılmışdır. A.S.Puşkin adına şəhər orta məktəbindən məzun olduqdan sonra M.Əliyev adına İncəsənət İnstitutuna sənədlərini verəcəyini qətiləşdirsə də, atasının istəyi ilə sənədlərini Ç.İldırım adına Azərbaycan Pedaqoji İnstitutunun Nəqliyyat fakultəsinə verir və bu institutun “Körpü, tünel və metro inşaatı” ixtisasına qəbul olur. Lakin sonradan teatra olan yatmış sevgisi oyanır və yazıçı Az.Pedoqoji İnstitutunun rektoru R.Bədəlova institutdan xaric olunması ilə bağlı rəsmi müraciət edir.
Əbülfət Əliyev
Əbülfət Əsəd oğlu Əliyev (30 dekabr 1926, Şuşa, DQMV – 27 dekabr 1990, Bakı) — muğam və opera müğənnisi, Azərbaycan SSR xalq artisti (1964). İlk ifalarını Seyid Şuşinski, Xan Şuşinski və Musa Şuşinski kimi sənətkarlar dinləyib. 19 yaşında Bakıya gəlir. Azərbaycan Dövlət Filarmoniyasının solisti olur və dövrün tanınmış müğənniləri ilə birlikdə konsertlər verir. Repertuarında "Dinə bilmədim", "Bu qala, daşlı qala", "Ay Pəri", "Endim bulaq başına", "Bülbüllər gəzər bağı", "Tel nazik", "Saçları burma", "Gəl-gəl", "Xal yanağında", "Qara gözlüm" kimi ümumilikdə 400-dən artıq xalq və bəstəkar mahnısı yer alıb. 1971-ci ildə Moskvada keçirilən Ümumdünya Musiqi Konqresində iştirak edən xanəndə yüksək ifaçılıq bacarığına görə UNESCO-nun döş nişanına və diplomuna layiq görülüb, ifası ümumittifaq radiosu ilə yayımlanıb. Əbülfət Əsəd oğlu Əliyev 30 dekabr 1926-cı ildə Şuşa şəhərində dünyaya göz açıb. Şuşalı musiqiçilər ilin yaz və yay aylarında şəhərin Cıdır düzü, Bazarbaşı məkanlarında toplaşar və məclislər qurarmışlar. Əbülfətin uşaqlıq illəri də belə məclislərin əhatəsində keçib. O, Seyid Şuşinski, Xan Şuşinski və Musa Şuşinski kimi sənətkarları məhz ilk dəfə bu məclislərdə görüb, onların bənzərsiz ifalarına qulaq asıb.
Etiket normaları
Etika (yunanca: ἠθικόν, qədim dilində isəŞ ἦθος — əxlaq, ənənə mənalarını verir. Fəlsəfənin ən böyük hissələrindən biri olub insan mənəviyyatını əhatə edir. Çiçero (3 yanvar, b.e.ə. 106; † 7 dekabr b.e.ə. 43) ilk dəfə olaraq "etikanı" tərcümə edərək öz dövründə "fəlsəfə mənəviyyatı" anlayışını daxil etmişdir. Etika – [yun. ethika, ethos – adət, xasiyyət] İctimai şüur formalarından biri kimi əxlaq, tərbiyə və mənəviyyat haqqında fəlsəfi nəzəriyyə. Məsələn, materialist etika, Hegel etikası. Hər hansı sinfin, cəmiyyətin, ictimai təşkilatın əxlaq qaydaları. Etika və ondan yaranan fənlər (hüqüq, dövlət və sosial fəlsəfə) praktiki fəlsəfə qrupuna daxil edilirlər.
Etiket qaydaları
Etika (yunanca: ἠθικόν, qədim dilində isəŞ ἦθος — əxlaq, ənənə mənalarını verir. Fəlsəfənin ən böyük hissələrindən biri olub insan mənəviyyatını əhatə edir. Çiçero (3 yanvar, b.e.ə. 106; † 7 dekabr b.e.ə. 43) ilk dəfə olaraq "etikanı" tərcümə edərək öz dövründə "fəlsəfə mənəviyyatı" anlayışını daxil etmişdir. Etika – [yun. ethika, ethos – adət, xasiyyət] İctimai şüur formalarından biri kimi əxlaq, tərbiyə və mənəviyyat haqqında fəlsəfi nəzəriyyə. Məsələn, materialist etika, Hegel etikası. Hər hansı sinfin, cəmiyyətin, ictimai təşkilatın əxlaq qaydaları. Etika və ondan yaranan fənlər (hüqüq, dövlət və sosial fəlsəfə) praktiki fəlsəfə qrupuna daxil edilirlər.
Əbülfət Atamoğlanov
Rüfət Aslanlı
Aslanlı Rüfət Cəbrayıl oğlu — Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin Direktorlar Şurasının sədri. Rüfət Aslanlı 1970-ci ildə Bakı şəhərində anadan olmuşdur. Azərbaycanlıdır, ali təhsillidir. 1993-cü ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu fərqlənmə diplomu ilə bitirmişdir. Əmək fəaliyyətinə 1993-cü ildən Aqrar Sənaye bankında mühasibat uçotu idarəsində iqtisadçı vəzifəsində başlamış və 1994-cü ilin iyul ayından dekabr ayınadək aparıcı iqtisadçı vəzifəsində davam etdirmişdir. 1994-cü ilin dekabr ayından Azərbaycan Respublikası Milli Bankının Baş pul-kredit siyasəti və valyutanın tənzimi idarəsində aparıcı iqtisadçı, 1995-ci ildən baş iqtisadçı, 1998-ci ildən isə həmin idarənin valyuta nəzarəti şöbəsinin rəisi vəzifələrində çalışmışdır. 2000-ci ilin iyul ayından Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin direktoru, 2001-ci ilin dekabr ayında Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Azərbaycan Republikası Milli Bankı İdarə Heyətinin üzvü seçilmişdir. 2006-cı ildə Milli Bankın Baş direktoru vəzifəsinə təyin edilmişdir. 2006-cı ilin dekabr ayında ikinci dəfə Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Azərbaycan Respublikası Milli Bankı İdarə Heyətinin üzvü seçilmişdir. 2007-ci ilin fevral ayında Azərbaycan Respublikası Milli Bankı İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin edilmişdir.
Rüfət Axundov
Rüfət Rafiq oğlu Axundov (30 avqust 1979, Bakı; Bakı şəhəri)— Azərbaycanlı estrada müğənnisi. Rüfət Axundov 30 avqust 1979-cu ildə Bakı şəhərində anadan olmuşdur. Orta təhsilini 1986–1991-ci illərdə Bakı şəhər 169 saylı orta məktəbdə, 1991–1996-cı illərdə Bakı şəhər 80 saylı orta məktəbdə almışdır. Ali təhsilini 1996–2000-ci illərdə Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində almışdır. O, aktyor Yaşar Nurinin bacısı oğludur. Karyerasına orta məktəb yaşlarından başlamışdır. Ilk dueti Aynur Dadaşova ilə olmuşdur. Daha sonra Rəqsanə İsmayılova, Xatun Əliyeva, Röya Ayxan, Niyam Salami ilə duetləri olmuşdur. Rüfət Axundov həm aktyor, həm müğənni kimi fəaliyyət göstərir. 2017-ci ilin fevral ayında Rüfət Axundov Müdafiə Nazirliyinin Mərdəkan Hərbi İstirahət Evinin bölmə rəisi təyin olunmuşdur.