Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Aqarak
Əkərək, Aqarak — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 18 km məsafədə yerləşir. Erməni mənbələrində, Qafqazın 5 verstlik xəritəsində Aqarak formasında qeyd edilmişdir. Toponim türk mənşəli əkər etnoniminə -ək şəkilçisinin artırılması yolu ilə əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir.
Ağarak
Ağaran danaqıran
Qaram masala
Qaram masala (hind. गरम मसालाdən, garam ("isti") və masala (ədviyyələr qarışığı)) — Şimali Hindistan və digər Cənubi Asiya mətbəxlərində yayılmış olan döyülmüş (üyüdülmüş) ədviyyat qarışığı.
Abaran
Abaran, əvvəlki adı: Baş Abaran — Ermənistan Respublikasında şəhər. Abaran rayonunun mərkəzi. == Tarixi == Abaran şəhərinin ilk adı Baş Abaran kəndi olub. Kənd İrəvan quberniyasının Eçmiədzin qəzasına aid olmuşdur. X əsrdən mənbələrdə adı çəkilir. Toponim Azərbaycan dilində "əsas" mənasında işlənən baş sözü ilə cəmlik bildirən -an şəkilçisi qəbul etmiş apar türk etnonimi əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. 1728-ci ildə İrəvan əyalətinin Karbi nahiyəsində kənd adı olmuşdur.Qədim türk mənşəli Abaran tayfasının adnı əks etdirir. Erm.
Afarar
Afarar — çox nazik yuvarlanmış xəmirdən müəyyən içliklə hazırlanmış məşhur ləzgi milli yeməyi. Afarar ən çox sevilən ləzgi yeməklərindən biridir. Bir çox cəhətlərinə görə çudu və osetin piroqlarına bənzəyir.. == Resepti == Afarlar müxtəlif içliklərlə bişirilir. Afarlar ənənəvi olaraq, ləzgilərin tarixi dağlıq və dağətəyi ərazilərində bitən otlardan hazırlanır (belə otların 50-dən çox növü məlumdur). Afararın içi: çuğundur yarpaqlarından tutmuş gicitkənə qədər müxtəlif otlar ilə doldurula bilər. Balqabaq afarları populyarlıq baxımından bitki tərkibli afarlardan daha az populyardır, bu yəqin, dağlarda əkin sahələrinin az olması ilə əlaqədardır, hansı ki, burada çox geniş sahələrdə tərəvəz yetişdirmək mümkün olardı. Əksinə, dağlarda daha çox ot yetişir. Afarlar turpdan da hazırlanır. Ancaq bütün tərəvəz növlü afarlar arasında kartoflu afararıar daha çox yayılmışıdır.
Amaras
Amaras — Azərbaycan Respublikasının Xocavənd rayonunun inzibati ərazi vahidində mövcud olmuş kənd. Tarixi Amaras şəhəri iqtisadi baxımdan əlverişli olan Bərdə-Ərdəbil ticarət yoluna yaxın, üç yanı dağ yamacları ilə yörələnmiş dərədə salınmışdır. Qrbdən şərqə axan kiçik Amaras çayı şəhəri iki hissəyə ayırmışdı. Amaras dərəsi doğuya uzanaraq Qarabağ düzənliyi ilə birləşir. Beləliklə də Amaras şəhəri Qarabağın düzənliyi ilə dağlığının kəsişdiyi yerdə salınmışdır. Bəzi xristian dindarlara görə Qriqorinin qəbri də Amarasdadır. Hələ XIII əsrdə Amaras bağları ad qazanmışdır. XII-XIII əsrlərə aid nişan daşları üzərində memarlıq bəzəyi kimi istifadə edilmiş üzüm, nar, müxtəlif ağac şəkilləri yerli təsərrüfat sahələrinin sənətkarlığa güclü təsirini göstərir. Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən 1992-ci ildə işğal edilmişdir. Kənd ləğv edilib.
Anqara
Anqara — RF-nin İrkutsk vilayətində və Krasnoyarsk diyarında çay. == Adın etimologiyası == Adı buryat dilində "oyuq", "yarğan", "dərə", habelə "açıq", "aralanmış" mənalarını verən "anqa" sözündən götürülmüşdür. Tarixi mənbələrdə ilk dəfə XIII əsrdə Ankara-Muren adı ilə xatırlanır. == Ümumi mməlumat == Yeniseyin ən çoxsulu sağ qolu. Mənbəyini Baykal gölündən götürür. Orta Sibir yaylasının cənub hissəsindən keçərək Yeniseysk şərqindən yuxarıda Yenisey çayına tökülür. Uzunluğu 1779 km, hövzəsinin sahəsi - 1 040 min km², Baykal gölünün hövzəsini çıxmaqla 468 min km². İrkutsk, Bratsk və Ust-İlim SES-lərinin tikilməsi nəticəsində Anqaranın yuxarı axını su anbarına çevrilmişdir. Su anbarları arasındakı sahədə Anbarının dərəsi asimmetrik quruluşludur. Mənsəb hissəsində Yenisey təpəliyini kəsir və astana əmələ gətirir.
Aparat
Aparat (lat. apparatur – avadanlıq) 1)cihaz, texniki qurğu, alət, tərtibat; 2)idarə orqanlarının məcmusu; 3)hər hansı təşkilatın və ya birliyin işçilərinin hamısı – bütün işçiləri: idarə, müəssisə və ya təşkilatın ifrat tərkibi; 4)tədqiqat üzrə əlavə məlumat; 5)hər hansı bir idarəetmə və yaxud təsərrüfat sahəsinə xidmət edən bir və ya bir neçə müəssisə; 6)müəssisənin ştat tərkibi; 7)elmi əsərə, seçilmiş əsərlərə əlavə edilən qeydlər, göstəricilər və digər köməkçi məlumatlar; 8)tədqiqat üsulu, metodu; 9)idarə və ya təsərrüfatın müəyyən sahəsində xidmət edən müəssisələrin məcmusu; Məsələn, dövlət aparatı, bir idarənin və ya təşkilatın bütün işçiləri, ştatı. == Ədəbiyyat == Əliquliyev R.M., Şükürlü S.F., Kazımova S.İ., Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər // Bakı. İnformasiya Texnologiyaları nəşriyyatı. 2009. 201 s.
Aqarta
Aqarta — Tibet və Mərkəzi Asiya mədəniyyətlərində qeyd olunan Asiyada yerləşən sıra dağlardakı əfsanəvi yeraltı dünyası. Aqartaya məxsus tunellərin ABŞ, Braziliya və Türkiyədə yerləşdiyi irəli sürülür. Aqartaya inanan insanların düşüncələrinə görə aqartalılar bizdən daha yüksək texnologiyaya sahibdirlər və UFO-ları da əslində onlar hazırlayıblar. Həmçinin Hitler bu mövzu üzrə araşdırmalar etmişdir. == Yaranışı == Aqarta teosoflara görə Mu və Atlantidadan köç edən rahiblər tərəfindən qurulub və sonralar gizli qalmaq üçün dağ və mağaranın içərilərinə çəkilmişdir. Bəziləri Aqartaya qarşı qurulmuş Şambala adlı varlığın mövcudluğunu irəli sürsələr də Aqartanın Tibet mədəniyyətindəki digər adı Şambaladır.
Ararat
Ararat — ermənilərin Ağrı dağına verdiyi ad. Ararat rayonu — Vedi rayonunun indiki adı. Ararat (şəhər) — Ermənistanda şəhər. Ararat (kənd) — İrəvan quberniyasının İrəvan qəzasında, indi Vedi (Ararat) rayonunda kənd.
Asarum
Çobandüdüyü (lat. Asarum) — bitkilər aləminin i̇stiotçiçəklilər dəstəsinin zəravəndkimilər fəsiləsinə aid bitki cinsi.
Avaran
Avaran (Qusar) — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd.
Avarim
Avarim — İordaniyada dağ silsiləsi. İordan çayının şərq sahilində, keçmiş Moav torpağında, israillilərin səhrada 40 illik səfərinin sonunda düşərgə saldıqları yerdədir. Bu silsilənin Nevo adlanan zirvələrindən birində Musa ölümündən əvvəl dayanmış və son dəfə İsrail torpaqlarını seyt etmişdir. O, orada vəfat etmiş və ərazidəki vadidə basdırılmışdır.
AzAtaM
Azərbaycanda Atatürk Mərkəzi və ya qısaca AzAtaM — Mustafa Kamal Atatürkün irsinin, onun türkdilli xalqların tarixində tutduğu yerin, ümumiyyətlə, türk tarixi və mədəniyyətinin daha dərindən öyrənilməsi və təbliğ olunması məqsədilə yaradılmış elmi araşdırmalar və mədəniyyət təşkilatı. Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində yerləşir. Mərkəzin müdiri Nizami Cəfərovdur. == Tarixi == Azərbaycanda Atatürk Mərkəzi türk dünyasının böyük öndəri, Türkiyə Cümhuriyyətinin banisi və ilk prezidenti Mustafa Kamal Atatürkün türk xalqlarının tarixində tutduğu mühüm yeri nəzərə alaraq, Atatürk irsinin, ümumiyyətlə türk tarixi və mədəniyyətinin daha dərindən öyrənilməsi və təbliğ olunması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 9 mart 2001-ci il tarixli, 641 nömrəli Sərəncamına əsasən yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 13 avqust 2001-ci il tarixli, 555 nömrəli Fərmanı ilə Mərkəzin Əsasnaməsi təsdiq edilmişdir. 2004-cü il aprelin 10-da Azərbaycanda Atatük Mərkəzinin təntənəli açılış mərasimi olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, həmçinin bir sıra xarici qonaqlar – Türkiyə Cümhuriyyətinin dövlət naziri Bəşir Atalay, Atatürk Yüksək Qurumunun başqanı, professor Sadıq Tural, türkdilli ölkələrin Bakıdakı səfirləri həmin mərasimdə iştirak etmişdir. == Fəaliyyəti == Mərkəz öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, habelə bu Əsasnaməni rəhbər tutur. Mərkəz Azərbaycan Respublikasının elmi-mədəni mərkəzləri ilə, digər türkdilli dövlətlərin analoji qurumları ilə, eləcə də dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən elmi mərkəzlərlə əməkdaşlıq şəraitində fəaliyyət göstərir. == Əsas vəzifələri və funksiyaları == Mərkəzin əsas vəzifəsi Türkiyə Cümhuriyyətinin banisi və ilk prezidenti Mustafa Kamal Atatürkün türkdilli xalqların tarixində tutduğu mühüm yeri, onun xalqlarımızın inkişafındakı rolunu, ümumiyyətlə, türkdilli xalqların tarixi və mədəniyyətinin fundamental şəkildə hərtərəfli tədqiqi və onların zəngin irsinin təbliğ olunmasıdır.
Ağabaş
Ağabaş-İrəvan əyalətinin Sisyan nahiyəsində kənd adı. == Toponimik izah == Ağabaş — 1590-cı ildə İrəvan əyalətinin Sisyan nahiyəsində kənd adı. Ehtimal ki, Ağa şəxs (yaxud seyid) adından və farsca bəş — əkin yeri sözündəndir. Ermənistanda ağ və ağa sözləri ilə başlayan çoxlu yaşayış məntəqə adları ilə əlaqədar bir məsələni nəzərdə tutmaq lazımdır. Tədqiqat göstərir ki, toponimlərdə ağa formasını kəsb etmiş söz bəzi hallarda əslində əxi (ərəbcə qardaş) sözündən ibarətdir. Orta əsrlərdə Şərqi Anadoluda, Ermənistanda və Azərbaycanda çoxlu əxi dini cəmiyyətləri və zaviyələri vardı. Əxilər şeyxlər idilər. Onların cəmiyyətləri feodal zülmünə qarşı çıxır və sənətkarların mənafelərini müdafiə edirdilər. XV əsrdə Anadoluda əxi (dərviş) cəmiyyətləri geniş yayılmışdı. Şeyxlər vasitəsilə əxilər Yaxın Şərqin dərviş və sufi ordenləri ilə əlaqə saxlayırdılar.
Ağakar
Ağakar — Tiflis quberniyasının Borçalı qəzasında dağ adı. == Toponimkası == Azərbaycan dilində Ağa (şəxs adı ya titul) və türk dillərində qar "alınmaz (sıldırım mənasında) qaya" sözlərindəndir. Cənubi Qafqazda bir sıra qaya və dağ adlarında qar (kar) sözünü erməni tədqiqatçıların erməni dilində kar — "daş", "qənbər", "qaya" sözü hesab edərək nə vaxtsa oralarda ermənilərin yaşadıqlarını yazmaları tamamilə səhvdir. Azərbaycanda ikinci komponenti qar, kar sözündən ibarət çoxlu dağ adı vardır: Buzuduxqar (Kəlbəcər rayonu), Kəçələqar (yenə orada) Qoşqar, Qoşunaqar (Gədəbəy rayonu), Qoşunkar (Oğuz rayonu), Ləzgiqar (Şəmkir rayonu), Lölükqar (Daşkəsən rayonu), Çinqar (Xanlar rayonu), Çoxqar (Şəki rayonu), Şıxqar (Kəlbəcər rayonu), İnqar (İsmayıllı rayonu) və s. XIX əsrda Borçalı bölgəsində Babakar, Yastıqar, Əyriqar, Tünkar, Qazax qəzasında Siskar və Şarkar dağ adları vardı. Qazaxıstanda Zanqar, Türkmənistanda Qızılqar və b. dağ adları da bu sıraya aiddir. Ola bilsin oronim ərəbcə əxi (Sufi ordeninə mənsub dərviş və s.) və qar "mağara" sözlərindən ibarətdir.
Ağalar
Ağalar — Gürcüstanın Bolnisi rayonunda kənd. == Tarixi == == Mədəniyyəti == Qarapapaklar yaşayır.
Ağaçay
Ağaçay — Qubadlı rayonu ərazisində çay. == Toponimikası == Qubadlı rayonu ərazisində çay. Bazarçayın qoludur. Yerli məlumata görə, çay vaxtilə oradakı yaylaq yurdundan istifadə edən Ağa adlı pirani bir seyidin adını daşıyır. Hidronim ağa (böyük, enli, güclü) və çay (hidrokomp.) sözlərindən düzəlib, "böyük çay, güclü çay" deməkdir.
Ağdara
Ağdara — (gürc. აღდარა), — Gürcustanın Abxaziya bölgəsinin Suxumi ərazisində (yuxarı eşeri icması), Qumista çayının sağ sahilində, Abxaziyanın dağətəyi ərazisində. Dəniz səviyyəsindən 360 m, Qara dənizdən 7 km, Suxumidən 18 km. yuxarı eşerdən 7 km məsafədə yerləşən kəntdir. Sovet dövründə sitrus meyvəçiliyi inkişaf etmişdir. Rusiya Federasiyası tərəfindən işğal edilmişdir. == Ədəbiyyat == ენციკლოპედია „საქართველო“, ტ. 1, თბ., 1997. — გვ. 261.
Ağdaraq
Ağdaraq (Ərdəbil)
Fagara
Zanthoxylum (lat. Zanthoxylum) — sədokimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == == İstinadlar == Zanthoxylum:The Plant List saytında takson barədə məlumat.
Mağara
Mağara və ya Köhül — yerdə təbii oyulma nəticəsində əmələ gələn çuxur və ya girinti. Min illər boyu insanlar tərəfindən sığınacaq və məzar yeri kimi istifadə edilmişdir. Dünyanın bir çox mağaralarında qədim mədəniyyətlər və sivilizasiyalar haqqında dəyərli məlumatlar verən mağara rəsmləri və qayaüstü incəsənətin digər növləri tapılıb. Mağaralarda kristallar, qiymətli daşlar və filizlər kimi qiymətli mineral yataqları ola bilir. Mağaralar qış yuxusuna gedən heyvanlar üçün əlverişli yerdir. == Geomorfoloji termin == Mağara — (rus. пещера, ing. cave) yer qabığının üst qatında boşluq, yer sət-hinə bir, yaxud bir neçə çıxışlarla açılır. Əsasən suda asan həll olan süxurların (əhəng daşı, dolomit, gips və b.) yuyulması və həll olması, həmçinin suffoziya, abraziya və başqa proseslər nəticəsində əmələ gəlir. Ən böyük mağaralar — karst mağaralarıdır; mürəkkəb sistemli keçidlər və zallardan ibarət olur, ümumi uzunluğu bəzən bir neçə 10 km-ə çatır (məs: ABŞ-də Flint-Mamont mağaralar sisteminin uzunluğu , RF-də Optimistik mağarasının uzunluğu).
Nağara
Nağara - Azərbaycanın qədim milli zərb alətidir. Şərq xalqları və Qafqazda geniş yayılıb. Əvvəllər onun üzərinə qurd dərisi çəkilərmiş. Nizami Gəncəvi nağaranı belə təsvir etmişdir: Coşdu qurd gönündən olan nağara, Dünyanın beynini gətirdi zara. "Nağara" ərəbcə "vurmaq" deməkdir " Nağara 5 hissədən ibarətdir: Sağanaq: Nağaranın sağanağı torpaq (saxsı), ağac (qoz, tut, fıstıq), kardon və fonerkadan düzəlir. Dəri: Nağaranın dəridisi keçi, dana, dəvə dərisi və plastikdən düzəlir. İp (kəndir): Nağaranın 7 metr ipi olur. Sağanağın ölçüsü böyüdükdə ip metri də artır. Çəmbər (üzük): Çəmbərin ölçüsü nağaranın diametrinə görə dəyişir. Qırmaq (aşıq): Nağaranın 7 aşığı olur.
Qavram
Anlayış — predmet və hadisələrin ümumi, mühüm əlamətlərini əks etdirən fikirdir, təfəkkür formasıdır. O, real gerçəkliyin dərkində əsas rol oynayır. Obyektiv gerçəkliyin özündə anlayış yoxdur, bunlar insan şüurunda meydana gəlir və gerçəklikliyin predmetlərini, hadisə, proseslərini əvəz edir, insan təbii ünsiyyət dilinin və formallaşmış dillərin köməkliyi ilə əldə olunmuş bilikləri sistemləşdirir, nəsildən-nəslə keçirir, inkişaf etdirir. Məntiq tarixində anlayışlara münasibətdə iki cür ifratçılığa yol verilmişdir. Bir çox məntiqçilər anlayışları gerçəklikdən təcrid edərək ona qarşı qoyurdular, gerçəkliklə anlayışların üzvi əlaqəsini izah edə bilmirdilər. Digər qrup alimlər isə anlayışlarla gerçəkliyi eyniləşdirirdilər, anlayışlarların dərin keyfiyyət fərqini, onun spesifikliyini anlamırdılar. Bu proses insan təfəkkürünün təşəkkül tapmasının və inkişafının obyektiv qanunauyğunluğudur. Təfəkkürümüzdə anlayışların meydana gəlməsi və mövcudluğunun obyektiv əsasını bizi əhatə edən gerçəkliyin predmetli xarakter kəsb etməsidir, başqa cür desək, gerçəklikdə keyfiyyət müəyyənliyinə malik olan ayrı-ayrı predmet və hadisələrin olmasıdır. Məsələn, bitki, canlı, Yer, Günəş, planetlər, kosmik səma, çaylar, dağlar və i. a.
Agalma
Sonchus (lat. Sonchus) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.