Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ağuz
Ağuz — sağmal heyvanlar bala verdikdə ilk sağılan süd. Ağuz heyvanların ilk bala vermə anından - onlardan sağılan süddür. Lakin ağuz adi süddən sarı rəngi və qatılığı ilə seçilir. Ağuz qatı olduğundan süzmək olmur. Ona görə də sağılacaq heyvanın süd vəzləri (yelini və əmcəkləri) yaxşıca yuyulduqdan sonra sağılır. Ağuz bişirildikdə qatılaşır, çox dadlı olduğundan yavanlıq kimi istifadə olunur. Ağuz südündən suluq, qıyma çörəyi, kətəməz, şan-şan, bulama və s. hazırlayırlar.
Daquq
Daquq — İraqın Kərkük mühafazasıdə şəhər. Kərkükün cənubunda və Bağdad şossesi üzərində yerləşən Daquq şəhərinin əhalisi təxminən 50.000 nəfərdir. Mərkəzini əsasən türkmanlar təşkil edir və azlıq olaraq ərəblər də vardır.Daquqdakı türkmanlar şiə və azlığda olan ərəblər sünni məzhəbinə inanırlar. Daquq şəhərindən Qaradağdan gələn Daquq çayı keçir və Zab çayının bir qolu da keçir və bütün ərazilərin sulanmasını sağlar. İdari olaraq Daquqa 4 nahiyə bağlıdır (Tazexurmatu, Leylan, Rəşat və Geda). Daquqda çox sayda tarixi əsərlər vardır, bunların ən önəmlisi Daquq Ulu Minaresi (1600 üncü illərdə bir Osmanlı sultanı tərəfindən tikilmiş və eynisi Ərbil şəhərində inşa edilmişdir.
Aqul dili
Ağul dili — Qafqaz dillərindən biri. Dağıstanın Kurax və Ağul bölgələrində yayılmışdı. Təqribən 14 minə qədər adam bu dildə danışır. Genetik cəhətdən tabasaran dilinə yaxındır. 4 dialekti vardır: tipig, keren, burkihan və koşan. Yazısı rus qrafikası əsasında hazırlanmışdır.
Aqunq vulkanı
Aqunq vulkanı — İndoneziyanın Bali adasında yerləşən ən aktiv vulkanlardan biri. Bu stratovulkan Bali adasının ən yüksək zirvəsidir. Vulkan həm ətaraf mühitə, həm də iqlimə də təsir göstərir. Bali sakinləri inanırlar ki, Aqunq vulkanı Meru dağının surətidir. Əfsanəyə görə, Aqunq vulkanı ilk hindular tərəfindən Bali adasına gətirilən Meru dağının bir parçasıdır. Bali adasının ən mühüm məbədlərindən biri olan Pura Besakih Aqunq vulkanının yamacından daha yüksəkdə yerləşmişdir. Vulkanın tez-tez buludlarla əhatə olunmasına baxmayaraq, vulkanın zirvəsindən Lambok adasında yerləşən Rincani dağının zirvəsini görmək olar. == 1963–1964-cü il püskürməsi == 1963-cü il 18 fevralda yerli sakinlər yüksək partlayış səsləri eşitdilər və Aqunq vulkanın kraterindən yüksələn buludları gördülər. Nəticədə 24 fevralda lava növbəti 20 gün ərzində dağın şimal yamacı boyunca 7 km aşağı axmağa başladı.
Aqus Səlim
Aqus Səlim (8 oktyabr 1884, Bukittinqqi[d], Qərbi Sumatra – 4 noyabr 1954, Cakarta) — İndoneziyanın milli qəhrəmanı, İndoneziya siyasi xadimi. İndoneziyanın müstəqillik uğrunda mübarizənin fəal iştirakçısıdır. 1945-ci ildə İndoneziya Konstitusiyasının hazırlanmasında iştirak etmiş, 1947-ci ildən 1949-cu ilədək İndoneziyanın xarici işlər naziri vəzifəsində çalışmışdır. Sarekat İslam partiyasının liderlərindəndir.
Ağul dili
Ağul dili — Qafqaz dillərindən biri. Dağıstanın Kurax və Ağul bölgələrində yayılmışdı. Təqribən 14 minə qədər adam bu dildə danışır. Genetik cəhətdən tabasaran dilinə yaxındır. 4 dialekti vardır: tipig, keren, burkihan və koşan. Yazısı rus qrafikası əsasında hazırlanmışdır.
Ağul rayonu
Ağul rayonu – Rusiya Federativ Respublikasının subyekti olan Dağıstan Respublikasının rayonlarından biri . == Coğrafiyası == Rayonun sahəsi 812 km² , inzibati mərkəzi Tpiq kəndidir . == Əhalisi == 2002-ci ildə aparılmış rəsmi siyahıya almaya əsasən rayonun bütün yaşayış məntəqələrində 23,314 nəfər əhali yaşayırdı . 2010-da isə 11,290 nəfərdir. Rayonun ərazisinə 18 yaşayış məntəqəsi var və onların hamısı kənd tipli yaşayış məntələridir . Rayonun əhalisinə görə (2002-ci il siyahıya almasına əsasən) ən iri yaşayış məntəqəsi Tpiq (2.637 nəfər) kəndidir . 1989 – cu ildə aparılmış siyahıya almaya əsasən rayon əhalisininin 92%-ni ağullar təşkil edir .
Ağüz (Əbhər)
Ağüz (fars. اغور‎) — İranın Zəncan ostanı Əbhər şəhristanının ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Əbhərrud bölgəsinin Əbhərrud qəsəbəsindən 45 km cənubda, dağlıq ərazidədir. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 352 nəfər yaşayır (73 ailə).
Daquq qəzası
Daquq qəzası (ərəbcə: قضاء داقوق) — İraq Respublikasının Kərkük mühafazasında inzibati ərazi vahidi. Qəzanın inzibati mərkəzi Daquq şəhəridir. == Ərazisi == 2009-cu ilə olan rəsmi məlumata əsasən qəza 2.430 km² ərazini əhatə edir.
Steyr AUG
Steyr AUG Avstriya istehsalı hücum silahı. Steyr Mannlicher şirkəti tərəfindən istehsal olunur. AUG adı isə Armee Universal Gewehr yəni Universal Ordu Silahı.
Dalğa Beach-Aqua Park
"Dalğa Beach-Aqua Park" — Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən ailəvi istirahət mərkəzi. Ərazisinə görə bu, Azərbaycanda ən böyük Aqua Parkdır. “Dalğa Beach-Aqua Park” xidmətin müxtəlifliyi və quruluşunun cazibədarlığı ilə fərqlənir. “Dalğa Beach-Aqua Park”ın ümumi sahəsi 68 min kvadratmetrdir. Xəzər dənizinin sahilində yerləşən istirahət mərkəzi nəfis tərtibatda, orijinal üslubda inşa olunub. İstirahət kompleksində ümumi sahəsi 12 min kvadratmetr olan 7 hovuz yaradılıb. Bu hovuzlarda qonaqlar süni dalğalar vasitəsilə sörfinqlə məşğul ola bilərlər. Hovuzlarda 7 su attraksionu quraşdırılıb. Burada balacaların mənalı istirahəti üçün 700 kvadratmetr sahəsi olan hovuz və digər əyləncə qurğuları yaradılıb. İstirahət edənlərə xidmətin ən müasir səviyyədə təşkili üçün kompleksdə çoxlu sayda restoran və xidmət obyektləri inşa edilib.
Aanq
Avatar Aanq (ing. Aang; çin. 安昂, Ān Áng) — Avatar: Aanq haqqında əfsanə cizgi serialın və Axırıncı hava maqı filmin əsas personajı. Aanq — Avatar və dünyada axırıncı hava maqı. Avatar işıq və sülh ruhudur. Onun təcəssümü olaraq, Aanq dörd ünüsürün maqıdır və onun rolu dörd millət arasında sülhü saxlamaqdır. == Yaradılması və konsepsiyası == Aanq personajı Brayan Konietzko əvvəl keçəl başında ox təsvirli kişinin şəklindən başlayıb, sonra isə içan bizonlu oğlanın şəklinə inkişaf edilib. Maykl Dante DiMartino isə, o zaman Cənub qütbüdə tələyə düşən kəşfiyyatçılar haqqında sənədli film ilə maraqlanırdı və o, bu marağını Konietzkonun şəkilləri ilə birləşdirib: Biz fikirləşdik: "Orada hava oğlanı tək bu su adamları ilə qarlı çölünün duzdağda qalmışlar... Və bəlkə onları od adamları zülm edirlər..." Onların izah etdikləri məzmun nəticədə Avatar: Aanq haqqında əfsanə serialının birinci və ikinci seriyaları olub: su adamları (Katara və Sokka) hava oğlanı (Aanq) xilas edirlər, onlar qarlı çölünün duzdağda qalmışlar (Cənubi Su Tayfası) və onları od adamları zülm edirlər (Od Millətinin qoşunları ilə Zuko). === Xarakteri === Biz istəyirdik ki, Aanq ağılı da, güclü qabiliyyətləri ilə də problemləri çözsün və düşmənləri məğlub etsin.
Adaq
Adur
Adur – Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Kənd Qaraçayın sahilində, Yan silsiləsinin yamacında yerləşir. Türk dillərində adir/adır/adur "tepelik", "dağlıq yer", "düzən olmayan yer", "suvarıla bilməyən yüksəklik", "bir neçə təpədən ibarət meşəsiz yer", "dağ ətəyi" mənalarında işlənir. Dağlıq yerdə, alçaq təpəli ərazidə yerləşən kəndin coğrafi relyefi adın verilməsində əsas olmuşdur. Fərqanə vadisini əhatə edən təpəli dağətəyi sahələr adır adlanır. Altay toponimiyasında Adur, Türkiyə toponimiyasında Ədirnə oykonimləri bu sözlə əlaqədardır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 573 nəfər əhali yaşayır.
Afaq
Afaq — qadın adı və təxəllüs. Afaq Bəşirqızı - teatr və kino aktrisası Afaq Hüseynova - Azərbaycan rəssamı Afaq Gəncəli - televiziya aparıcısı və sənətçi. Afaq Məsud - yazıçı, dramaturq, əməkdar incəsənət xadimi Afaq Şıxlı - həkim, şairə, publisist, tərcüməçi Afaq Məlikova - Azərbaycan rəqqasəsi, Azərbaycan SSR-in xalq artisti Afaq Rüstəmova - fəlsəfə elmləri doktoru Afaq Sultanova - Azərbaycanlı para-cüdoçu Afaq Nəbiqızı - yazıçı.
Aqan
Aqan (rus. Аган) — Rusiyanın Tümen vilayətində çay. Tromqeyan çayının (Obun qolu) sol qoludur. Uzunluğu 544 kilometr, hövzəsinin sahəsi isə 32,200 km2-dir. Pur çayı ilə Ob çayının sağ qolları hövzələrinin bataqlığı suayırıcısından başlanır. Qərbi Sibir düzənliyinin mərkəzi hissəsi ilə axır. Suyunu, əsasən, qar və yağışdan alır. Oktyabrın axırlarından maya qədər donmuş olur.
Aqar
Aqar (Aqar-aqaroza)- ən möhkəm geləmələgətirmə qabiliyyətinə malik polisaxarid Bir çox polisaxaridlərin sulu məhlulları geləmələgətirmə qabiliyyətinə malikdirlər. Polisaxaridlərin bu xassəsi onların bioloji funksiyaları və praktiki əhəmiyyəti ilə bilavasitə bağlıdır. Polisaxaridlər əsasən okean yosunlarından alınır. Yosunlara okeanın sahilboyu zonalarında rast gəlinir. Qırmızı və qonur yosunlar təmiz "polisaxarid" hazırlayırlar. Onlar özlərində hüceyrələrarası maddə kimi spesifik turş polisaxaridlər saxlayırlar (qonur yosunlarda — algin turşuları, qırmızı yosunlarda- sulfatlaşdırılmış qalaktan turşuları vardır). Bu polisaxaridlərin hətta duru məhlulları möhkəm gel əmələ gətirirlər. Polisaxaridlərin gel əmələ gətirməsi üçün, özəklərdə həlledici (su) olmaqla zəncirvari molekulların fəza toru yaratması lazımdır. Polimerlərin geləmələgətirmə qabiliyyəti əsasən bu torun düyünlərinin təbiəti ilə bağlıdır. Bu zəncirlər arasında kovalent rabitə ola bilər: bu halda fəza toru böyük üçölçülü molekulu xatırladır.
Aqil
Aqil — Kişi adı.
Aqni
Aqni (sanskr. अग्नि) — qədim hind veda dinində od tanrısı. Ad sanskrit dilindədir. == İstinadlar == == Əlavə ədəbiyyat == Kramrisch, Stella; Burnier, Raymond. The Hindu Temple. Motilal Banarsidass. 1976. səh. 92. ISBN 978-81-208-0223-0.
Aqoy
Aqoy — Krasnodar diyarının Tuapse rayonunda kənd. Nebuq kənd qəsəbəsi icması tərkibinə daxildir. == Coğrafiyası == Kənd Qara dəniz sahilində, eyni adlı Aqoy çayının mənsəbində yerləşir. Tuapsedən 5 km şimal-qərbdə və Krasnodardan 101 km cənubda yerləşir. Qəsəbədən Tuapse-Novorossiysk avtomobil yolu keçir. Kəndin ərazisində, çay vadisində dənizə birbaşa bitişik "Aqoy" hərbi aerodromu yerləşir. Şimal-qərbdən Nebuq, şərqdən Agui-Şapsuq və cənub-şərqdən Tuapse yaşayış məntəqələri ilə həmsərhəddir. Kənd Qara dəniz sahilində, Baş Qafqaz silsiləsinin cənub yamacında yerləşir. Relyefi əsasən dağlıq və təpəlikdir. Sahil hissəsində və Aqoy çayının mənsəbində hündürlüyün dəyişməsi cüzidir.
Ağal
Ağan
Ağbuğa
Ağca
Ağca Qonbad (Bicar) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. Ağca Qala (Urmiya) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. Ağca xan — türk mifologiyasında əfsanəvi xaqan. Mehmet Əli Ağca — türk cinayətkar.
Ağdağ
Ağdağ (Göygöl) — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati ərazi vahidində qəsəbə. Ağdağ (Zəncan ostanı) — İranda dağ. Ağdağ (Marağa) — İranda kənd. Ağdağ (Göyçə) — İrəvan xanlığının Göyçə mahalında, indi Kəvər (Kamo) rayonunda dağ. Ağdağ — İrəvan quberniyasının İrəvan qəzasında, indi Vedi (Ararat) rayonunda dağ. Ağdağ — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor) rayonunda dağ. Ağdağ (Ordubad rayonu) — Ordubad rayonu ərazisində dağ. Ağdağ (Culfa rayonu) — Culfa rayonu ərazisində dağ. Aqtau — Qazaxıstanın Manqıstau (Manqışlaq) vilayətində liman şəhəri.
Ağgül
Ağçiçək (lat. Leucojum) — zanbaqçiçəklilər sırasının nərgizçiçəyikimilər fəsiləsinə aid bitki cinsi. == Təbii yayılması == Leucojum L. - cinsinin adı yunanca "süd kimi ağ" sözündən yaranmışdır. Bu bitkinin 10 növü Avropa və Şimali Afrikanın mülayim iqlim rayonlarında yayılmışdır. Gülçülükdə onların 2 növündən geniş istifadə olunur. Yaz ağgülü (L. vernum) enli, parlaq yarpaqlı, tək-tək, ağ, uzunsaplaqlı çiçəkləri olan çoxillik bitkidir. Çiçəyinin forması zəngiçiçəyinə bənzəyir. Bu bitkidən 1420-ci ildən gülçülükdə istifadə edilir. Yay ağgülünün (L.aestivum L.) çiçək saplağındakı çiçəklərin sayı 2-7 ədəd olub, yarpaqlarının forma və quruluşuna görə fərqlənir. Ağgüldə hər il 1-2 bala soğanaq əmələ gəlir.