Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Amun
Amon və yaxud Ammon, Amoun, Amun, Amen — qədim Misir dini-əfsanəsinə görə külək və bərəkət (məhsuldarlıq) tanrısı (ilahisi). Bu tanrı (allah) (ilahi) Ra — nın əlavə adı Ameni ilə səhv salınmamalıdır. == Mənşəyi == İlk olaraq Misirin mərkəzi əyalətində Amon tanrı kimi qəbul edilmişdir. XI sülalə dövründə Teben şəhərində əyalət tanrısı qəbul olunurdu. Hermontis ailəsi ölkə daxili çəkişməni öz xeyrinə həll etdikdən sonra Tebeni legitimləşdirir. XII sülalə düvründə yeni paytaxt Teben şimala köçürülür. Bundan sonra firon I Senusert Amon məbədi tikdirir. == Təsviri == Amon Amarna dövründən qabaq taclı və əsalı insan obrazında təsvir olunmuşdur. Ammarnadan sonrakı dövrdə isə mavi rəngdə olan tovuz quşu lələyindən ibarət olan qoşa tacla təsvir edilmişdir. Mavi dəri küləyi və yaranışı, lap qədim xalq inacına görə qoçu tərənnüm edirdi.
Aqan
Aqan (rus. Аган) — Rusiyanın Tümen vilayətində çay. Tromqeyan çayının (Obun qolu) sol qoludur. Uzunluğu 544 kilometr, hövzəsinin sahəsi isə 32,200 km2-dir. Pur çayı ilə Ob çayının sağ qolları hövzələrinin bataqlığı suayırıcısından başlanır. Qərbi Sibir düzənliyinin mərkəzi hissəsi ilə axır. Suyunu, əsasən, qar və yağışdan alır. Oktyabrın axırlarından maya qədər donmuş olur.
Arqun
Arqun (çay, Asiya)
Avun
Avun — Azərbaycan Respublikasıınn Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 2001-ci il tarixli, 191-IIQ saylı Qərarı ilə Yardımlı rayonunun Avun kəndi Çay Üzü kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Urakəran kəndi mərkəz olmaqla Urakəran kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Toponimikası == Yaşayış məntəqəsi adını ərazidəki eyniadlı çaydan almışdır. Toponim yerli əhalinin dilində Ovun kimi tələffüz edilir. Tədqiqatçıların bir qisminə görə, hidronim talış dilindəki ov (su) sözündən və həm məkan, həm də cəmlik bildirən -on şəkilçisindən ibarət olub, "sulu yer" deməkdir. Tədqiqatçıların digər qismi isə bu toponimi "ov, ovlaq" kimi izah edir. Əslində türk dillərində avun "sakitləşdirən, təsəlli verən, ovudan", "ram olan, sakitləşən" deməkdir. Deməli, Avun hidronimini "sakit çay" kimi qəbul etmək daha məqsədəuyğundur. Toponimikada Amur çayının adı da eyni məna ilə açıqlanır. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Viləşçayın sahilində, dağətəyi ərazidə yerləşir.
Aygün
Aygün — Azərbaycanda qız adı. Aygün Kazımova — Azərbaycan müğənnisi. Aygün Bünyadzadə — Azərbaycan uşaq yazıçısı.
Ağan
Ağin
Ağin — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Ağin (Ani) rayonunda kənd. == Tarixi == Gümrü şəhərindən 22–23 km cənub-qərbdə, Arpaçayın üstündə yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə Ağit kimi, Qafqazın 5 verstlik xəritəsində Ağin formasında qeyd edilmişdir. Toponim qədim türk dilində «uca, hündür, böyük» mənasında işlənən ağ sözü ilə qədim türk dilində «daxma, koma, mağara» mənasında işlənən in sözünün birləşməsindən əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 12.X.1961-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Ani qoyulmuşdur. == Əhalisi == Kəndin köklü sakinləri azərbaycanlılar olmuşdur. XIX əsrin əvvəllərində azərbaycanlılar tarixi torpaqlarından qovulmuş, 1829-30 - cu illərdə Türkiyənin Muş, Alaşkert, Basin vilayətlərindən, 1877-78-cı illərdə Qarsdan ermənilər köçürülüb burada yerləşdirilmişdir.
Ağuz
Ağuz — sağmal heyvanlar bala verdikdə ilk sağılan süd. Ağuz heyvanların ilk bala vermə anından - onlardan sağılan süddür. Lakin ağuz adi süddən sarı rəngi və qatılığı ilə seçilir. Ağuz qatı olduğundan süzmək olmur. Ona görə də sağılacaq heyvanın süd vəzləri (yelini və əmcəkləri) yaxşıca yuyulduqdan sonra sağılır. Ağuz bişirildikdə qatılaşır, çox dadlı olduğundan yavanlıq kimi istifadə olunur. Ağuz südündən suluq, qıyma çörəyi, kətəməz, şan-şan, bulama və s. hazırlayırlar.
Laqun
Laqun (it. laguna, lat. lacus) rus. лагуна, ing. lagoon) – okeandan (dəniz-dən) bar, dil, mərcan rifləri ilə ayrılmış və nadir hallarda onunla dar boğazlarla birləşmiş dayaz su hövzəsi. Daha çox atollun daxilində rast gəlinir. — kiçik su tutarı olub dənizdən ensiz qumdan ibarət dil və ya mərcan rifi ilə ayrılır. Laquna tipik nümunə Venesiya şəhərinin yerləşdiyi ərazini göstərmək olar. İlk əvvəllər elə laqun adlanan termin Venesiyanın yerləşdiyi əraziyə şamil edilirdi. Sonradan bütün dünyada yerləşən bu tip coğrafi obyektlərə şamil olunmuşdur.
Gün
Gün və ya sutka – zaman ölçü vahidi. Bir Yer günü 24 saata bərabərdir.
Acun Ilıcalı
Acun Ilıcalı (29 may 1969, Ədirnə, Ədirnə ili) — mənşəcə azərbaycanlı olan türkiyəli televiziya prodüseri və aparıcısı. "Acun Medya"nın və Exxen platformasının yaradıcısı və sahibidir. == Həyatı == Ailəsi Ərzurumun Ilıca mahalında yaşayıb. Ata tərəfdən əslən azərbaycanlıdır. İlk və orta təhsilini "Edirne İstiklal İlköğretim Okulu"nda alıb, "Kadıköy Maarif Koleji"nin orta bölümündə tamamlamışdır. "Kadıköy Anadolu Lisesi"ni bitirdikdən sonra "Gazi Üniveristesi"nin ingilis dili müəllimliyi fakültəsinə qəbul olunmuşdur. Lakin universitetdə oxumayıb, televizyanı seçmişdir. 19 yaşında evlənmiş və bu evlilikdən Banu adında qızı dünyaya gəlmişdir. 20 yaşında ikən qızı anadan olduqdan 9 ay sonra ailəsini itirmişdir. Daha sonra ilk həyat yoldaşından boşanmışdır.
Acun Medya
Acun Medya – 27 sentyabr 2006-cı ildə qurulan media sektorunda fəaliyyət göstərən bir şirkət. Ticarət otağı qeydlərinə görə şirkət Acun Ilıcalı, Esad Yöntunç, Çaykun Ərtan, Alpay Kazan, Mustafa Kazan və Evrən Çağlar tərəfindən 3.060.000 TL sərmayə ilə quruldu. Şirkətin sahibi Acun Ilıcalıdır və şirkət daxilində əksər televiziya proqramlarına da ev sahibliyi edir. Şirkətin telelayihələrinə TV8 də daxildir. Acun Medya daha çox yarış proqramları istehsal edir. İlk dövrdə layihələrin çoxu Show TV-də yayımlandı, bundan sonra bir çox istehsal Acun Medyaya məxsus TV8-ə köçürüldü. Fear Factor, Survivor-Nəhənglər Liqası, Var Mı San Yox Mu San, İstedad Sizsiniz Türkiyə, O Səs Türkiyə proqramlarının təqdimatını da Acun Ilıcalı özü edirdi. Bundan əlavə, Uğur Dündarın apardığı Bu, yoxsa yuxudur? və Bəhzad Uyğurun apardığı Söylə Söyləyə Bilirsənsə kimi proqramları Acun Medya tərəfindən istehsal edilmişdir. Acun Medya, Türkiyədəki proqramlarla yanaşı, Yunanıstandakı Survivor Greece, The Voice of Greece, Ellade Exeis Talento ve Power of Love kimi proqramları da istehsal edir.
Agin rayonu
Ağin rayonu (1961–1995-ci illərdə Ani rayonu) — Ermənistan SSR-da və Ermənistan Respublikasında inzibati ərazi vahidi olmuşdur. Qərbi Azərbaycanın tarixi Şörəyel mahalı (Şirək-el) ərazisində yerləşirdi. == Tarixi == Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 12 oktyabr 1961-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Ani qoyulmuşdur. Ərazisi 429 kv. km-dir. Rayon mərkəzi şəhər tipli Molla Göyçə (03.01.1935-dən Marlik) qəsəbəsi idi. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 100 km-dir.
Ajun Kurtər
Ajun Kurtər - türk coğrafiyaçısı, dəniz tədqiqatçısı və iqlimşünasdır. 1930-cu ildə İstanbulda anadan olmuşdur. Həmin şəhərdə orta məktəbə getmişdir. Sonra İstanbul Universitetinin Coğrafiya fakültəsinə daxil olub və 1955-ci ildə həmin fakültənin məzunu olmuşdur. Sonrada Coğrafiya ixtisasının aspirantı olmuşdur. İstranca dağlarının morfologiyası üzrə doktorluq dissertasiyasını müdafiə etmişdir. 1963-cü ildə coğrafiya üzrə elmlər doktoru olmuşdur. 5 ildən sonra isə "Kasqamo dairəsinin fiziki coğrafiyası" adlı dosentlik dərəcəsini almışdır. 1976-cı ildə professor, Coğrafiya fakültəsinin dekanı, fiziki coğrafiya kafedrasının isə rəhbəri olmuşdur. 1983-cü ildə İ.Ü.Dəniz Bilimləri və Coğrafiya İnstitutunundə dənizin fiziki və kimyası rəhbəri olmuşdur.
Akun adası
Akun (aleut. Akungan, ing. Akun Island) — Aleut adaları qrupuna, Tülkü adalarına daxil olan ada. İnzibati baxımından Alyasaka ştatı, Qərbi Aleut adaları rayonuna daxildir. Umnak adasından şimalda yerləşir. Əhalisi yoxdur. == Tarix == Bu ad 1830-cu ildə Veniaminov və Fyodor Litke tərəfindən verilmiş, hidroqraf Tebenkov 1852-ci ildə bu adı xəritəyə qeyd etmişdir. 1928-ci il mayın 22-də axşam saatlarında adanın sahillərində "Folklend ulduzu" yelkənli gəmisi qəzaya uğramışdır. Gəmi duman içində sahil daşlarına çırpəımışdır. Ertəsi gün sahil mühafizə gəmisi "Hayda" və "Kedr" mayak xidmət gəmisi qəzada zərərçəkənlərə yardım etmək üçün köməyə gəlir.
Aleksandr Agin
Aleksandr Alekseyeviç Agin (rus. Алекса́ндр Алексе́евич А́гин; 1817[…] – 1875[…]) — Rusiya qrafika rəssamı. O, Rusiya realist illüstrasiyasının banilərindən biri olmuşdur. == Həyatı == Aleksandr Agin 1817-ci ildə Rusiya imperiyasında, Pskov quberniyasının Novorjev qəzasında anadan olmuşdur. O, 1834–1839-cu illərdə Peterburq Rəssamlıq Akademiyasında oxumuşdur. Agin burada Karl Bryullovdan dərs almışdır. O, Yevgeni Qrebenka, İvan Panayev, İvan Turgenev və başqalarının əsərlərinə illüstrasiya çəkmişdir. Onun 1846–1847-ci illərdə Nikolay Qoqolun "Ölü canlar" romanına çəkdiyi 104 illüstrasiya Aginin ən yaxşı işi hesab olunur. Agin senzura tərəfindən təqib olunduğundan 1853-cü ildə Kiyev şəhərinə köçmüşdür. Onun əsərlərində ictimai kəskinlik, prixoloji xarakteristika, plastika, kompozisiya bütövlüyü və s.
Kayum (laqun)
Kayum — Kamçatka yarımadasının şimal-şərqində, Berinq dənizi akvatoriyasında yerləşir. İnzibati baxımından Kamçatka diyarı Karaqin rayonu ərazisinə daxildir. karaqin körfəzinin bir hissəsini təşkil edir. Laquna Kayum və Qıtkatkinvayam çayları tökülür. çuk. Ӄуйым çukotkaçadan tərcümədə «buxta» mənasını verir. == Su reestrinin məlumatı == Rusiya dövlət su reyestrinin məlumatına əsasən Anadır-Kolıma hövzə dairəsinə daxildir. Dövlət su reyestrindəki obyekt kodu — 19060000315320000000446.
Nurcerən Akgün
Nurcerən Akgün (d. 20 iyun 1992) — Türkiyəni təmsil edən həndbolçu. Nurcerən Akgün, Türkiyə yığmasının heyətində 2017-ci ildə baş tutan IV İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb. Nurcerən Akgün, 2017-ci ildə Türkiyə yığması ilə birgə IV İslam Həmrəyliyi Oyunlarına qatıldı. Yarışların həlledici, final görüşündə Türkiyə yığması, gərgin oyunun sonunda Azərbaycan yığmasına 26:28 hesabı ilə məğlub oldu və IV İslam Həmrəyliyi Oyunlarının gümüş medalına sahib oldu.
Ogün Samast
Ogün Samast (28 iyun 1990, Üsküdar, İstanbul ili) — 19 yanvar 2007-ci ildə, İstanbulun Osmanbey bölgəsinin Halaskarqazi küçəsində yerləşən "Agos" qəzeti binasının qarşısında jurnalist Hrant Dinki öldürən şəxs. Samast Türkiyənin Trabzon şəhərində dünyaya gəlmişdir.Valideynləri bir-birindən ayrı yaşayan Ogün Samast orta məktəb məzunudur. 19 Yanvar 2007 tarixində Hrant Dinki iş yerinin qarşısında silahla 3 dəfə atəş açaraq öldürmüşdür. Ogünün atası Əhməd Samast televizorda oğlunun cinayət şübhəlisi olduğunu görəndə polisə zəng edərək oğlunu şikayət etmişdir.Cinayəttən 36 saat sonra Ogün Trabzona gedərkən jandarm tərəfindən saxlanılır və həbs olunur.
Oqun ştatı
Oqun ştatı (ing. Ogun State) — Nigeriyanın Cənub-qərbi geosiyasi zonasında ştat Ştatın adı onun ərazisində axan Oqun çayından gəlir.
Qarabulaq (Ağin)
Qarabulaq — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Ağin(Ani) rayonunda kənd. Arpaçayın yaxınlığında yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Erməni, rus mənbələrində kəndin başqa bir adının Qazarabad olduğu qeyd edilir. Kəndin adı kənddəki bulağın adından götürülmüşdür. «Keyfiyyətsiz, içməyə yararlı olmayan» mənasını bildirən qara və bulaq sözlərindən əmələ gəlmişdir. Hidrotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Erm. SSR AS RH-nin 30.VI.1945-ci il kəndin adı dəyişdirilib İsahakyan (erməni yazıçısı Avetik İsahakyanın familiyası) adlandırılmışdır.
Yunus Akgün
Yunus Akgün (7 iyul 2000, Küçükçekmece, İstanbul ili) — Super Liqada Türkiyənin "Lester Siti" klubunda cinah yarımmüdafiəçisi kimi çıxış edən türk peşəkar futbolçu. Akgün futbol karyerasına 2011-ci ildə Qalatasaray gənclər akademiyasına qatılaraq başlayıb. O, "Qalatasaray"da peşəkar debütünü 2018-ci il avqustun 5-də Türkiyə Super Kubokunda "Akhisar Bələdiyyəspor"a qarşı keçirilən və penaltilər seriyası nəticəsində 1–1 (5–4) hesabı ilə uduzduğu matçda edib. Akgün 29 yanvar 2019-cu ildə "Boluspor"la keçirilən Türkiyə Kuboku matçında het-trik edib və 4:1 hesabı ilə qalib gəlib. 6 sentyabr 2021-ci ildə Adana Dəmirspor ötən mövsüm oynamış Akgünü "Qalatasaray"dan yenidən icarəyə götürdü. O, 2017-ci ildə UEFA U-17 Avropa Çempionatında və 2017-ci ildə FIFA U-17 Dünya Kubokunda Türkiyə U-17-ni təmsil edib.
Ağın içinə
Ağın içinə (ing. Into the White) — 2012-ci ildə Petter Næss tərəfindən müharibə janrında çəkilmiş film. Filmin ssenarisi Ole Meldgaard, Dave Mango və Petter Næss tərəfindən yazılmışdır. Filmin baş rollarında Rupert Qrint, Florian Lukas kimi aktyorlar iştirak ediblər. == Məzmun == Filmdə baş verən hadisələr real həyatdan götürülmüşdür. İkinci dünya müharibəsi zamanı 1940-cı ilin 27 aprel tarixində Luftvaffe pilotu Hornst Şkops idarə etdiyi Heinkel He 111 tipli bombardımançı təyyarəsi ilə Norveçin daxili bölgələrindən olan Qrontil yaxınlarında vurulur. Alman təyyarəsi, ingilis pilotun idarə etdiyi Blackburn Skua markalı təyyarə tərəfindən vulur. Alman təyyarəsində olan dörd pilotdan bir nəfəri həlak olsa da, digər üç nəfər yaxınlıqda yerləşən ovçu komasına sıxınır. Vurulmuş ingilis təyyarəsinin iki pilotuda almanların qaldığı ovçu komasını tapır və buraya gəlirlər. Alman əsgərlər ilk öncə ingilisləri ovçu komasına qəbul etməsələrdə, sonradan onların komanının kiçik bir bölməsində yaşamalarına icazə verirlər.
Aygün Hümmətova
Aygün Aydın qızı Hümmətova və ya səhnə adı ilə Aygün Bəylər (22 avqust 1975, Bakı – 6 yanvar 2024, Ankara) — azərbaycanlı müğənni, Azərbaycan Respublikasının əməkdar artisti (2002). == Həyatı == Aygün Hümmətova (Bəylər) 22 avqust 1975-ci ildə Bakıda anadan olub. Ailədə 6 uşaq olublar. İlk musiqi təhsilini Səttar Bəhlulzadə adına mədəniyyət sarayının musiqi məktəbində nağara sinfi üzrə alıb. Uşaqlıq dostu olan Rəsul Vilayətlə nikahda olub. 2009-cu ildə Canan adlı qızı dünyaya gəlib. === Ölümü === 6 yanvar 2024-cü ildə ölümü ilə bağlı xəbərlər yayılsa da, Mədəniyyət Nazirliyi bu xəbərləri təkzib edib. Vəziyyətinin ağır olduğu, saat 22:50-də Ankara-Bakı reysi ilə Azərbaycana gətiriləcəyi açıqlanıb. Bir neçə saat sonra Mədəniyyət Nazirliyi Aygün Bəylərin Ankara şəhərində vəfat etdiyini təsdiqləyib. Faktı Aygün Bəylərin prodüseri də qəbul edib.
Aygün Quliyeva