Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Alov
Alov (film, 1979)
Ardov
Azov
Azov ya da Azaq (tatar. Azaq, başq. Аҙау, Аҙаҡ, türk. Azak, rusca köhnə adı: Азак [Azak]) — Rusiya Federasiyasında yerləşən şəhər Rostov vilayətinə daxildir == Tarixi == Azaq türk qalası – indiki Rostov vilayətində (Rusiya), Don çayı sahilində liman şəhəri kimi tanınan Azovdur. Şəhərin adı dənizin adı ilə əlaqədardır. Vaxtilə Skiflər bu dənizə Karqaluk, ərəblər Bəhrəl-Azov, türklər Assak, venesiya kolonizatorları Tana dənizi, yaxın çərkəzlər Azoğ, kalmıklar Uzak demişlər.1. Qıpçaq və bulqarlarda Azaq şəxs adına rast gəlinirdi. Məhz bu mənada dənizin tarixinin qıpçaq xanı Azaqın adı ilə bağlı olması və ya əksinə dənizin adının xanın adından doğması ehtimalı çox düşündürücüdür. Qara dənizin şimalında yerləşən qədim türk şəhəri Azaqdan 1067-ci ilə aid rus salnamələrində qıpçaq (türk) şəhəri kimi bəhs olunur. Övliya Çələbi "bu kədər şəhrinin" qalasının əvvəlcə balıq ovlamaq üçün nəzərdə tutulduğunu, get-gedə sağlam müdafiə qalası şəklinə düşdüyünü, indi gecə-gündüz kazaklarla və kalmık tatarları ilə şiddətli savaş etdiklərini göstərir.
Qdov
Qdov — Rusiya Federasiyasında yerləşən şəhər Pskov vilayətinə daxildir
Alov-alov (teleserial, 2020)
Alov-alov — Ay Yapım yaradıcılığı, Türkiyə istehsalı olan teleserial. Fransa istehsalı Le Bazar de la Charite teleserialından uyğunlaşdırılmışdır.
Alov Alov (teleserial, 2020)
Alov-alov — Ay Yapım yaradıcılığı, Türkiyə istehsalı olan teleserial. Fransa istehsalı Le Bazar de la Charite teleserialından uyğunlaşdırılmışdır.
Alov–alov (teleserial, 2020)
Alov-alov — Ay Yapım yaradıcılığı, Türkiyə istehsalı olan teleserial. Fransa istehsalı Le Bazar de la Charite teleserialından uyğunlaşdırılmışdır.
Alov dilləri
Alov qüllələri (ing. Flame Towers) — Bakı şəhərində bina. Hündürlüyü 182 m-dir. Xarici görünüşü ilə bu tikinti alov dillərini xatırladır. == Layihə == Flame Towers — üç çoxmərtəbəli binalardan ibarət kompleksdir. Bura yataqxanalar, mənzillər və ofislər daxildir. Tikilinin ümumi sahəsi 235 min kv.metrdir. Binanın tikilişinə 2007-ci ilin oktyabr ayından başlanmışdı və bu işi Azərbaycan-Türk kompaniyası "DİA Holding" yerinə yetirmişdir. Binaların tikintisinin başa çatdırılması 2010-cu ilə planlaşdırılırdı. Amma əlverişsiz hava şəraitinə görə bu vaxt 2012-ci ilə qədər uzadıldı və məlumata görə 2013-cü ildə inşası başa çatmışdır.
Alov qüllələri
Alov qüllələri (ing. Flame Towers) — Bakı şəhərində bina. Hündürlüyü 182 m-dir. Xarici görünüşü ilə bu tikinti alov dillərini xatırladır. == Layihə == Flame Towers — üç çoxmərtəbəli binalardan ibarət kompleksdir. Bura yataqxanalar, mənzillər və ofislər daxildir. Tikilinin ümumi sahəsi 235 min kv.metrdir. Binanın tikilişinə 2007-ci ilin oktyabr ayından başlanmışdı və bu işi Azərbaycan-Türk kompaniyası "DİA Holding" yerinə yetirmişdir. Binaların tikintisinin başa çatdırılması 2010-cu ilə planlaşdırılırdı. Amma əlverişsiz hava şəraitinə görə bu vaxt 2012-ci ilə qədər uzadıldı və məlumata görə 2013-cü ildə inşası başa çatmışdır.
Alov zavodu
Alov zavodu — Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tabeliyindəki müəssisə. == Tarixi == "İskra" zavodu 1975-ci ildə SSRİ müdafiə sənayesi nazirinin əmrinə əsasən Azov Optika-mexaniki zavodun filialı kimi yaradılmış və 1978-ci ildən fəaliyyətə başlamışdır. 1993-cü ildən Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən "İskra" zavodu Azərbaycan Respublikası Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tərkibində fəaliyyətini davam etdirmişdir. 2006-cı ildən "İskra" zavodu Müdafiə Sənayesi Nazirliyinin tabeliyinə verilmişdir. 2008-ci ildən "Alov" zavodu adı altında fəaliyyət göstərir.
Azov (alay)
"Azov" xüsusi təyinatlılar dəstəsi (ukr. Окремий загін спеціального призначення «Азов») — Ukrayna Milli Qvardiyasının Şərq Əməliyyat-Ərazi Birliyinin 3057 saylı hərbi hissəsinin tərkibində olan bölmə. Bölmə 2014-cü ilin may ayında Mariupolda könüllülərdən, ilkin olaraq Ukrayna Daxili İşlər Nazirliyinin Xüsusi Təyinatlı Polis Patrul Xidmətinin batalyonu kimi yaradılıb. 2014-cü ilin sentyabrında alaya çevrilib. 2014-cü ilin noyabrında Ukrayna Milli Qvardiyasının tərkibinə daxil olub. 2022-ci ildə Rusiyanın Ukraynaya hücumundan sonra alay Mariupolun mühasirəsi zamanı şəhərin müdafiəsindəki roluna görə yenidən diqqət çəkdi. == Yaradılma tarixi == 2014-cü il aprelin 13-də Ukraynanın daxili işlər naziri Arsen Avakov Ukrayna Daxili İşlər Nazirliyinin patrul xidmətinin “mülki birləşmələr əsasında” xüsusi bölmələrinin yaradılması barədə qərar qəbul edildiyini açıqladı. Batalyonun keçmiş rəhbərlərindən biri Yaroslav Qonçarın sözlərinə görə, Azov batalyonu mayın 4-də Mariupol şəhər şurasının deputatı Aleksandr Yaroşenko, Avromaydan fəalı Yaroslav Qonçar, Ukraynanın xalq deputatı Oleq Lyaşkonun, Sosialist Milli Assambleyasının mətbuat katibi İqor Mosiyçuk və siyasətçi Dmitri Korçinskinin iştirak etdiyi toplantıda fəaliyyətə başlayıb. İclasda iki qrupun - Avromaydan fəalları və Mosiyçukun "qara adamlar"ının (ultramillətçilər) birləşdirilməsi qərara alındı. Batalyonun tərkibində Kiyev ultrasları da var idi.
Azov (dəqiqləşdirmə)
Azov
Azov donanması
Azov donanması və ya Azov flotu (rus. Азовский флот) — Birinci Azov səfərindən sonra yaradılmış yelkənli hərbi donanma. Azov qalasının alınmasında həlledici rol oynamışdır. 1711-ci ildə Azovun türklərə qaytarılması ilə əlaqədar Prut səfərindən sonra məhv edilmişdir. Azov donanması rus nizami hərbi donanmasının əsasını qoymuşdur. == İstinadlar == == Əlavə ədəbiyyat == Елагин С. И. Исторія русскаго флота. Періодъ Азовскій. — Санкт-Петербург: Типография Гогенфельдена, 1884. Елагин С. И. История русского флота. Период Азовский = печатается по ксерокопии издания 1864 года.
Azov dənizi
Azov dənizi (Adıgeycə:Khı Mıvt'e/Хы Мыут1э;Meot dənizi) ya da Azaq dənizi (krımtat. Azaq deñizi, türk. Azak denizi) — Qara dənizin şimal-şərqində yerləşən dəniz. Sahəsi 37.700 km² olan Azov dənizinin uzunluğu 240 km, genişliyi isə 135 km-dir. Azov dənizi Kerç boğazı ilə Qara dənizə bağlanır. Azov dənizinin sahilləri alçaqdır. Don və Kuban çayları bu dənizə tökülür. Qenices boğazı və Arabat boğazı onu Sivaş körfəzi ilə birləşdirir. Çonqar boğazı isə körfəzi iki hissəsini birləşdirir. Duzluluq dərəcəsi aşağı olan Azov dənizi, dekabr ayından mart ayına qədər donur.
Azov flotu
Azov donanması və ya Azov flotu (rus. Азовский флот) — Birinci Azov səfərindən sonra yaradılmış yelkənli hərbi donanma. Azov qalasının alınmasında həlledici rol oynamışdır. 1711-ci ildə Azovun türklərə qaytarılması ilə əlaqədar Prut səfərindən sonra məhv edilmişdir. Azov donanması rus nizami hərbi donanmasının əsasını qoymuşdur. == İstinadlar == == Əlavə ədəbiyyat == Елагин С. И. Исторія русскаго флота. Періодъ Азовскій. — Санкт-Петербург: Типография Гогенфельдена, 1884. Елагин С. И. История русского флота. Период Азовский = печатается по ксерокопии издания 1864 года.
Azov oturacağı
Azov oturacağı — 1637–1642-ci illərdə Azov qalasına nəzarət uğrunda Osmanlı və Krım qüvvələri ilə Don kazakları arasında baş tutan münaqişə. == Tarixi == Rusiyanın cənub bölgələrinə basqınlar edən Krım və Noğay tatarları Osmanlı imperiyasının nəzarətində olan Azov qalasına arxalanırdılar. Qalanın dörd min nəfərlik əsgər və 200 topdan ibarət qarnizonu var idi. 1637-ci ilin yayında Krımda gedən daxili mübarizədən istifadə edən kazaklar Azovu ələ keçirmişdilər. 1641-ci il iyunun əvvəlində Osmanlı–tatar ordusu Azovu mühasirəyə almışdı. Bununla belə, təxminən 5,5 min nəfərdən ibarət Don kazakları qalanın müdafiəsində dözümlülük göstərərək osmanlıların çoxsaylı hücumlarını dəf etmişdilər. Ağır itkilər verən Osmanlı ordusu sentyabrın sonunda mühasirəni buraxmağa məcbur qalmışdılar. Qalanı müdafiə edən kazaklar Rusiya hökumətinə Azovu onların səlahiyyətləri altına verməyi təklif etmişdilər. Məsələni həll etmək üçün hökumət 1642-ci ildə Zemski soboru çağırmışdı. Burada deputatlardan bəziləri kazakların təklifinin lehinə çıxış etmişdilər, lakin Osmanlı imperiyası ilə müharibədən yayınmaq üçün Rusiya hökuməti Azovu tərk etmək qərarına gəlmiş və kazakları oranı tərk etməyə çağırmışdır.
Azov rayonu
Azov rayonu — Rusiya Federasiyasında, Rostov vilayətində inzibati-ərazi vahidi. Rayon mərkəzi Azov şəhəri rayon tərkibinə daxil deyil. == Coğrafiyası == Azov rayonu Rostov vilayətinin cənub-qərb hissəsində, Taqanrok körfəzinin Cənub sahilində yerləşir. Don çayının deltasında yerləşən rayonun sahəsi — 2966,0 km²-dir. Rayon ərazisi fərqli landşaft formaları ilə zəngindir. Ərazidə cənubi rus çölü, sahil rayonu, don deltasının qoruq ərazisi diqqəti cəlb edir. 1884-cü ildə rayon ərazisində Aleksandrovski meşəsi salınmışdır. == Tarixi == XVIII əsrin sonu, XIX əsrin əvvəllərində Azov dənizi sahilləri sürrətlə məskunlaşmağa başladı. Bölgə əhalisi əsasən Ukraynadan və Rusiyanın Mərkəzi quberniyasından gələnlərin hesabına artırdı. Çöl ərazilərində qısa zamanda çoxlu kəndlər və xutorlar formalaşdı.
Azov çömçəxulu
Azov çömçəxulu (lat. Benthophilus magistri) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin xulkimilər dəstəsinin xullar fəsiləsinin çömçəxul cinsinə aid heyvan növü. Əsasən Azov dənizinin Taqanroq körfəzi, Kerç boğazı, Mius və Yeva çayı deltaları və of Axtanizovski limanlarında yayılmışdır. Bu növə ancaq lilli estuari sularında rastlamaq olur.
Azov şişqarını
Alosa tanaica (lat. Alosa tanaica) — siyənəklər fəsiləsinin alosa cinsinə aid balıq növü. Azov dənizində və Qara dənizin şərq yarısında, qərbdən Qaradağa və cənubdan Batumiyə qədər yayılmış Xəzər şişqarınının alt növüdür. == Təsviri == Uzunluğu 20 santrimetrə qədər olsa da, adətən 14–16 sm olur. == Biologiya == Qışı Qara dənizin Qafqaz sahillərinə yaxın hissəsində keçirir. Bu, çayların aşağı axınında çoxalmış yarımkeçici balıqdır. Yazda, mart-aprel aylarında Kerç boğazından keçir, payızda isə yenidən qışlamağa gedir. Aprel ayında Don çayının aşağı axınlarında, Kuban çayında, qismən Donun ağzından əvvəl Taqanroq körfəzində kürü tökmək üçün daxil olur. Kürüləmə mayın əvvəlindən iyulun əvvəlinə qədər baş verir. Əksər halda iki yaşında, nadir hallarda isə bir yaşında yetkinlik yaşına çatır.
Yuri Abov
Yuri Georgiyeviç Abov (rus. Ю́рий Гео́ргиевич А́бов; 7 noyabr 1922, Tuapse – 28 fevral 2021) — SSRİ və Rusiya eksperimental fiziki. O, 1991-ci ildən Rusiya Elmlər Akademiyasının müxbir üzvü olmuşdur (1987-ci ildən SSRİ Elmlər Akademiyasının müxbir üzvü), 1974-cü ildə "Lenin" mükafatına layiq görülmüşdür. 1947-ci ildə Moskva Dövlət Universitetini bitirmişdir. Elmi fəaliyyətin əsas istiqamətləri aşağı enerjilər sahəsində fundamental nüvə fizikası tədqiqatları, beta-NMR spektroskopiyasıdır. Nüvələrdə nuklonların zəif qarşılıqlı təsirini kəşf etmişdir. Elmlər Akademiyasının Nəzəri və Eksperimental Fizika İnstitutunun laboratoriya müdiri, "Yadernaya fizika" jurnalının baş redaktoru olmuşdur. Kotlyakovski qəbiristanlığında dəfn edilmişdir. Биографический очерк Arxiv surəti 28 fevral 2021 tarixindən Wayback Machine saytında Историческая справка Arxiv surəti 19 may 2021 tarixindən Wayback Machine saytında Статьи Юрия Георгиевича Абова (и о нём) Arxiv surəti 8 dekabr 2010 tarixindən Wayback Machine saytında в журнале «Успехи физических наук» К 90-летию Ю. Г. Абова Arxiv surəti 17 oktyabr 2017 tarixindən Wayback Machine saytında // «Ядерная физика», 2012, т. 75, № 11, с.
Zoli Adok
Zoli Adok (Macarca:Zoltán Ádok; 22 mart 1976, Seqed) — Macarıstan müğənnisi. Zoli Adok 1976-cı il martın 22-də Macarıstanın Szeged şəhərində anadan olmuşdur. Macarıstanı 2009 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. “Dance with Me” (Azərbaycanca:"Mənimlə rəqs elə") adlı mahnı ilə Avroviziyada iştirak edən müğənni yarımfinalda cəmi 16 xal toplayaraq finalda iştirak etmək imkanını itirmişdir. 2008-ci ildə “Tanclepes” adlı albomu buraxan müğənni öz ölkəsində həmçinin aktyor kimi də tanınır.
Üç alov
Üç alov (rus. Три огня) — Azərbaycan rok qrupu. 1967-ci ildə ADNA-nın tərkibində Çingiz Ədibin rəhbərliyi ilə yaradılıb. Qrup üzvləri "Beatles" qrupu tərzində bir qrup yaratmaq istəyirdilər. Lakin həmin dövrdə onların musiqi texnikası olmadığı üçün həmin qrupu təqlid etmək asan deyildi. Qrupa məşqlər üçün verilən yerin isə təmirə ehtiyacı var idi. Onlar çətinliklə olsa da, oranı təmir etdirdilər və demək olar ki, yenidən qurdular. Qrup Bakının üç alov simvolu ilə əlaqəli olaraq "Üç alov" ("Tri oqnya") adlandırıldı. Qrupun üzvləri Çingiz Ədib (solo gitara, vokal), Rüfət Kərimov (bass gitara), Pərviz Bayramov (orqanola), Pərviz Ədib (zərb alətləri) idi. Çingiz Ədib qrupun yeni fəaliyyət vaxtlarını belə xatırlayır: "Ansamblımızı təşkil edəndən sonra biz sakitcə işləməyə başladıq.
İslambəy Dadov
İslambəy Dadov (20 yanvar 1997) — Azərbaycanı təmsil edən güləşçi. İslambəy Dadov 1997-ci il yanvarın 20-də anadan olub. İslambəy Dadov 2014-cü ildə gənclər arasında Avropa Çempionatının qalibi oldu. İslambəy Dadov 2014-cü ildə Nancin şəhərində (Çin) baş tutan Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında mübarizə apardı. İslambəy Dadov qrup mərhələsinin birinci görüşündə Özbəkistan nümayəndəsi Abubahr Alimov ilə üz-üzə gəldi. Həmin görüşdə İslambəy Dadov rəqibinə 5:0 hesabı ilə qalib gəldi. Qrup mərhələsinin növbəti görüşündə onun rəqibi Qazaxıstan nümayəndəsi Yevgeni Polivadov oldu. Bu görüşdə də İslambəy Dadov rəqibinə 5:0 hesabı ilə qalib gəldi. Qrup mərhələsinin sonuncu görüşündə onun rəqibi Misir nümayəndəsi Ömər İbrahim oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə İslambəy Dadov rəqibinə 2:0 hesabı ilə qalib gəldi.
Alov adası
Alovlu ada (火燒 島; İsland of Fire) — film 1990-cı ildə çəkilmişdir. Film döyüş, detektiv, dram janrındadı. Filmin rejissoru Zhu Yanpinqdir. == Məzmun == Polis zabiti Andi (Tony Leung Kafai), Taypeydən gəldikdə, bir hakimin — sevgilisi Sallinin atasının öldürülməsinin şahidi olur. Tapılan dəlillər qatilin Zinq triadasının üzvü Karl Çanq adlı bir məhbus olduğunu göstərir. Qatilin işi barədə məlumat gözlənilməz bir nəticə verir: Çanq iğtişaş cəhdinə görə bir əsgər-əsgəri tərəfindən həbs edilir.Tapılan dəlil nəinki işə kömək etmədi, əksinə onu daha da qarışdırdı, Andi məhkumların etimadını qazanmaq və qatili tapmaq üçün uydurma bir iş üzrə həbsxanaya getməyə qərar verir. Bu zaman vəhşi hadisələr də baş verir:həvəskar bilyard oyunçusu Stiven Park (Jackie Chan) Honq Konqun dəstə patronu Boss Li (Andi Lau) ilə əlaqəli bir adamla matçda qalib gəlir, sevgilisinin hücumuna məruz qalır və o, ağır yaralanır.
Anatoli Ado
Anatoli Vasilyeviç Ado (rus. Анато́лий Васи́льевич Адо́; 8 yanvar 1928, Kazan – 14 may 1995, Moskva) — SSRİ və Rusiya tarixçisi, Fransa tarixi üzrə mütəxəssis. == Həyatı == Anatoli Vasilyeviç Ado 8 yanvar 1928-ci ildə Kazanda anadan olmuşdur. Atası Vasili Ado, Kazan Universitetlərində tarix fənnindən dərs demişdir. O, Fransanın müasir tarixi üzrə mütəxəssisdir. Ado 1970-ci ildən Moskva Dövlət Universitetinin professorudur. O, ilk dəfə olaraq Fransa arxivlərinin sənədləri əsasında XVIII əsrin sonlarında Fransa inqilabı dövrünün kəndli üsyanlarının ümumi mənzərəsini vermiş, kəndliliyi inqilabın ən mühüm hərəkətverici qüvvəsi kimi göstərmişdir. Əsas əsərləri: "XVIII əsrin sonlarında Böyük burjua inqilabı zamanı Fransada kəndli hərəkatı", (1971), "Kəndlilər və Böyük Fransa inqilabı. 1789–1794-cü illərdə Kəndli Hərəkatı" (1987; fransızca nəşr – 1996). == İstinadlar == == Əlavə ədəbiyyat == Бовыкин Д. Ю. А. В. Адо, профессор Московского университета // Французский ежегодник 2002.