AZOV

Bu, türk mənşəlidir, aşağı sözünün dəyişmiş formasıdır. Əvvəlcə söz aşlayu (aslayu, altlayu) kimi olub, “aşağı meyilli” mənasını əks etdirib, sonra -layu şəkilçisi -ov şəkilçisinə çevrilib (müqayisə et: oxlayu-oxlov). (Bəşir Əhmədov. Etimologiya lüğəti)

AZONALLIQ
AZUQƏ
OBASTAN VİKİ
Azov
Azov ya da Azaq (tatar. Azaq, başq. Аҙау, Аҙаҡ, türk. Azak, rusca köhnə adı: Азак [Azak]) — Rusiya Federasiyasında yerləşən şəhər Rostov vilayətinə daxildir == Tarixi == Azaq türk qalası – indiki Rostov vilayətində (Rusiya), Don çayı sahilində liman şəhəri kimi tanınan Azovdur. Şəhərin adı dənizin adı ilə əlaqədardır. Vaxtilə Skiflər bu dənizə Karqaluk, ərəblər Bəhrəl-Azov, türklər Assak, venesiya kolonizatorları Tana dənizi, yaxın çərkəzlər Azoğ, kalmıklar Uzak demişlər.1. Qıpçaq və bulqarlarda Azaq şəxs adına rast gəlinirdi. Məhz bu mənada dənizin tarixinin qıpçaq xanı Azaqın adı ilə bağlı olması və ya əksinə dənizin adının xanın adından doğması ehtimalı çox düşündürücüdür. Qara dənizin şimalında yerləşən qədim türk şəhəri Azaqdan 1067-ci ilə aid rus salnamələrində qıpçaq (türk) şəhəri kimi bəhs olunur. Övliya Çələbi "bu kədər şəhrinin" qalasının əvvəlcə balıq ovlamaq üçün nəzərdə tutulduğunu, get-gedə sağlam müdafiə qalası şəklinə düşdüyünü, indi gecə-gündüz kazaklarla və kalmık tatarları ilə şiddətli savaş etdiklərini göstərir.
Azov (alay)
"Azov" xüsusi təyinatlılar dəstəsi (ukr. Окремий загін спеціального призначення «Азов») — Ukrayna Milli Qvardiyasının Şərq Əməliyyat-Ərazi Birliyinin 3057 saylı hərbi hissəsinin tərkibində olan bölmə. Bölmə 2014-cü ilin may ayında Mariupolda könüllülərdən, ilkin olaraq Ukrayna Daxili İşlər Nazirliyinin Xüsusi Təyinatlı Polis Patrul Xidmətinin batalyonu kimi yaradılıb. 2014-cü ilin sentyabrında alaya çevrilib. 2014-cü ilin noyabrında Ukrayna Milli Qvardiyasının tərkibinə daxil olub. 2022-ci ildə Rusiyanın Ukraynaya hücumundan sonra alay Mariupolun mühasirəsi zamanı şəhərin müdafiəsindəki roluna görə yenidən diqqət çəkdi. == Yaradılma tarixi == 2014-cü il aprelin 13-də Ukraynanın daxili işlər naziri Arsen Avakov Ukrayna Daxili İşlər Nazirliyinin patrul xidmətinin “mülki birləşmələr əsasında” xüsusi bölmələrinin yaradılması barədə qərar qəbul edildiyini açıqladı. Batalyonun keçmiş rəhbərlərindən biri Yaroslav Qonçarın sözlərinə görə, Azov batalyonu mayın 4-də Mariupol şəhər şurasının deputatı Aleksandr Yaroşenko, Avromaydan fəalı Yaroslav Qonçar, Ukraynanın xalq deputatı Oleq Lyaşkonun, Sosialist Milli Assambleyasının mətbuat katibi İqor Mosiyçuk və siyasətçi Dmitri Korçinskinin iştirak etdiyi toplantıda fəaliyyətə başlayıb. İclasda iki qrupun - Avromaydan fəalları və Mosiyçukun "qara adamlar"ının (ultramillətçilər) birləşdirilməsi qərara alındı. Batalyonun tərkibində Kiyev ultrasları da var idi.
Azov (dəqiqləşdirmə)
Azov
Azov donanması
Azov donanması və ya Azov flotu (rus. Азовский флот) — Birinci Azov səfərindən sonra yaradılmış yelkənli hərbi donanma. Azov qalasının alınmasında həlledici rol oynamışdır. 1711-ci ildə Azovun türklərə qaytarılması ilə əlaqədar Prut səfərindən sonra məhv edilmişdir. Azov donanması rus nizami hərbi donanmasının əsasını qoymuşdur. == İstinadlar == == Əlavə ədəbiyyat == Елагин С. И. Исторія русскаго флота. Періодъ Азовскій. — Санкт-Петербург: Типография Гогенфельдена, 1884. Елагин С. И. История русского флота. Период Азовский = печатается по ксерокопии издания 1864 года.
Azov dənizi
Azov dənizi (Adıgeycə:Khı Mıvt'e/Хы Мыут1э;Meot dənizi) ya da Azaq dənizi (krımtat. Azaq deñizi, türk. Azak denizi) — Qara dənizin şimal-şərqində yerləşən dəniz. Sahəsi 37.700 km² olan Azov dənizinin uzunluğu 240 km, genişliyi isə 135 km-dir. Azov dənizi Kerç boğazı ilə Qara dənizə bağlanır. Azov dənizinin sahilləri alçaqdır. Don və Kuban çayları bu dənizə tökülür. Qenices boğazı və Arabat boğazı onu Sivaş körfəzi ilə birləşdirir. Çonqar boğazı isə körfəzi iki hissəsini birləşdirir. Duzluluq dərəcəsi aşağı olan Azov dənizi, dekabr ayından mart ayına qədər donur.
Azov flotu
Azov donanması və ya Azov flotu (rus. Азовский флот) — Birinci Azov səfərindən sonra yaradılmış yelkənli hərbi donanma. Azov qalasının alınmasında həlledici rol oynamışdır. 1711-ci ildə Azovun türklərə qaytarılması ilə əlaqədar Prut səfərindən sonra məhv edilmişdir. Azov donanması rus nizami hərbi donanmasının əsasını qoymuşdur. == İstinadlar == == Əlavə ədəbiyyat == Елагин С. И. Исторія русскаго флота. Періодъ Азовскій. — Санкт-Петербург: Типография Гогенфельдена, 1884. Елагин С. И. История русского флота. Период Азовский = печатается по ксерокопии издания 1864 года.
Azov oturacağı
Azov oturacağı — 1637–1642-ci illərdə Azov qalasına nəzarət uğrunda Osmanlı və Krım qüvvələri ilə Don kazakları arasında baş tutan münaqişə. == Tarixi == Rusiyanın cənub bölgələrinə basqınlar edən Krım və Noğay tatarları Osmanlı imperiyasının nəzarətində olan Azov qalasına arxalanırdılar. Qalanın dörd min nəfərlik əsgər və 200 topdan ibarət qarnizonu var idi. 1637-ci ilin yayında Krımda gedən daxili mübarizədən istifadə edən kazaklar Azovu ələ keçirmişdilər. 1641-ci il iyunun əvvəlində Osmanlı–tatar ordusu Azovu mühasirəyə almışdı. Bununla belə, təxminən 5,5 min nəfərdən ibarət Don kazakları qalanın müdafiəsində dözümlülük göstərərək osmanlıların çoxsaylı hücumlarını dəf etmişdilər. Ağır itkilər verən Osmanlı ordusu sentyabrın sonunda mühasirəni buraxmağa məcbur qalmışdılar. Qalanı müdafiə edən kazaklar Rusiya hökumətinə Azovu onların səlahiyyətləri altına verməyi təklif etmişdilər. Məsələni həll etmək üçün hökumət 1642-ci ildə Zemski soboru çağırmışdı. Burada deputatlardan bəziləri kazakların təklifinin lehinə çıxış etmişdilər, lakin Osmanlı imperiyası ilə müharibədən yayınmaq üçün Rusiya hökuməti Azovu tərk etmək qərarına gəlmiş və kazakları oranı tərk etməyə çağırmışdır.
Azov rayonu
Azov rayonu — Rusiya Federasiyasında, Rostov vilayətində inzibati-ərazi vahidi. Rayon mərkəzi Azov şəhəri rayon tərkibinə daxil deyil. == Coğrafiyası == Azov rayonu Rostov vilayətinin cənub-qərb hissəsində, Taqanrok körfəzinin Cənub sahilində yerləşir. Don çayının deltasında yerləşən rayonun sahəsi — 2966,0 km²-dir. Rayon ərazisi fərqli landşaft formaları ilə zəngindir. Ərazidə cənubi rus çölü, sahil rayonu, don deltasının qoruq ərazisi diqqəti cəlb edir. 1884-cü ildə rayon ərazisində Aleksandrovski meşəsi salınmışdır. == Tarixi == XVIII əsrin sonu, XIX əsrin əvvəllərində Azov dənizi sahilləri sürrətlə məskunlaşmağa başladı. Bölgə əhalisi əsasən Ukraynadan və Rusiyanın Mərkəzi quberniyasından gələnlərin hesabına artırdı. Çöl ərazilərində qısa zamanda çoxlu kəndlər və xutorlar formalaşdı.
Azov çömçəxulu
Azov çömçəxulu (lat. Benthophilus magistri) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin xulkimilər dəstəsinin xullar fəsiləsinin çömçəxul cinsinə aid heyvan növü. Əsasən Azov dənizinin Taqanroq körfəzi, Kerç boğazı, Mius və Yeva çayı deltaları və of Axtanizovski limanlarında yayılmışdır. Bu növə ancaq lilli estuari sularında rastlamaq olur.
Azov şişqarını
Alosa tanaica (lat. Alosa tanaica) — siyənəklər fəsiləsinin alosa cinsinə aid balıq növü. Azov dənizində və Qara dənizin şərq yarısında, qərbdən Qaradağa və cənubdan Batumiyə qədər yayılmış Xəzər şişqarınının alt növüdür. == Təsviri == Uzunluğu 20 santrimetrə qədər olsa da, adətən 14–16 sm olur. == Biologiya == Qışı Qara dənizin Qafqaz sahillərinə yaxın hissəsində keçirir. Bu, çayların aşağı axınında çoxalmış yarımkeçici balıqdır. Yazda, mart-aprel aylarında Kerç boğazından keçir, payızda isə yenidən qışlamağa gedir. Aprel ayında Don çayının aşağı axınlarında, Kuban çayında, qismən Donun ağzından əvvəl Taqanroq körfəzində kürü tökmək üçün daxil olur. Kürüləmə mayın əvvəlindən iyulun əvvəlinə qədər baş verir. Əksər halda iki yaşında, nadir hallarda isə bir yaşında yetkinlik yaşına çatır.
Azov hərbi donanması
Azov hərbi donanması (rus. Азовская военная флотилия/Азовская военно-морская флотилия) — Çar Rusiyası, Rusiyada vətəndaş müharibəsi, sonradan isə SSRİ-nin Azov dənizində əməliyyatlar üçün nəzərdə tutulmuş donanmasına verilən ad. == Tarixi == === Çar Rusiyası === Rusiya-Osmanlı müharibəsi zamanı çar I Pyotr tərəfindən Azov donanması yaradılmışdır. Bu donanma rus nizami hərbi donanmasının əsasını qoymuşdur. === Vətəndaş müharibəsi === Azov hərbi donanması 1920-ci ilin martında Rusiyada vətəndaş müharibəsi zamanı yenidən yaradılmışdır. Ağqvardiyaçı və müdaxiləçilərə qarşı vuruşmuşdur. Pyotr Vrangelin qoşunlarının məğlub edilməsində mühüm rolu olmuşdur. 1921-ci ildə ləğv edilmmişdir. === İkinci Dünya müharibəsi === Azov hərbi donanması 1941-ci ildə yenidən təşkil olunmuşdur. İkinci Dünya müharibəsi zamanı 1941-1942-ci illərdə baş tutmuş Kerç-Feodosiya desant əməliyyatında, 1943-cü ilin avqust-sentyabr aylarında baş tutmuş Cənub cəbhəsinin hücum əməliyyatında, 1943-cü ilin oktyabrında baş tutmuş Kerç-Eltigen desant əməliyyatında və s.
Azov kazak alayı
Azov piyada kazak alayı (rus. Азовский пеший казачий полк) — 1696-cı ildə Rusiya Azov qalasını fəth etdikdən sonra Don deltasındakı digər istehkamlar kimi onun qarnizonunun kazak hissəsi. == Tarixi == 1711-ci ildə Prut müqaviləsi bağlandıqdan və Azov qalası Osmanlıya qaytarıldıqdan sonra Çerkessk şəhəri yaxınlığında "Tranjement" qalası tikilmişdir. Qala qarnizonunun tərkibində Azov piyada kazak alayı da var idi. 1730-cu ildə "Tranjement" qalası Donun yuxarı axınına köçürülmüş və ona Müqəddəs Anna qalası adı verilmişdir. 9 yanvar 1737-ci ildə Müqəddəs Anna qalasının qarnizonundakı kazaklar Azov kazakları adı ilə Don kazaklarından ayrılmışdır. 1761-ci ildə Müqəddəs Anna qalası Don çayı ilə Rostov və Naxçıvan-na-Donu arasındakı əraziyə köçürülmüş və Rostovlu Müqəddəs Dimitri qalası (indiki Rostov-na-Donu) adlandırılmışdır. 9 sentyabr 1769-cu ildə Azov qalasında Don kazaklarından beş yüz Azov kazak süvari alayı yenidən yaradılmışdır. 22 iyun 1770-ci ildə Azovda piyada kazak alayı da təyin olunmuş, lakin bu həyata keçirilməmişdir. 25 iyun 1775-ci ildə Azov kazak süvari alayı ləğv edilmişdir.
Azov kazak qoşunu
Azov kazak qoşunu (ukr. Азовське козацьке військо, rus. Азовское Казачье Войско) — XIX əsrdə kazak qoşunları şurası. == Tarixi == 1828-ci ildə Zaporojya Seçinin dağıdılmasından sonra Osmanlı Türkiyəsinə köçən Zaporojye kazaklarının törəmələri burada Dunayyanı Seçini qurmuşdular. Onlar 1828–1829-cu illər Rusiya–Osmanlı müharibəsinin əvvəlində ataman Osip Qladkinin başçılığı ilə Dunayyanı Seçindən Rusiya boyunduruğuna qayıtmış və Osmanlı qüvvələrinə qarşı döyüşlərdə fəal iştirak etmişdilər. Dunayyanı kazaklarından 1831-ci ildə Azov kazak qoşunu olaraq adlandırılan Zaporijya qoşunu yaradılmışdır. Onlar Azov dənizinin şimal sahilində, Yekaterinoslav vilayətində dəniz ilə Berdey və Obitoçnaya çayları arasında məskunlaşmışdılar. 1830-cu illərin sonlarında Azov kazaklarının sayı ailələri ilə birlikdə təxminən altı min nəfər idi. Kazaklara 29 kiçik gəmidən ibarət silahlı flotiliyanın, habelə yüzlərlə 1,000 süvarinin köməyi ilə Qara dənizin şərq sahillərinə nəzarət etmək tapşırılmışdı. Ordu Novorossiya general-qubernatoruna tabe idi, daxili idarə Petrovskaya kəndində, sonra Mariupolda yerləşən ataman və hərbi idarənin əlində idi.
Azov kişi gimnaziyası
Kişi gimnaziyası — Azov şəhərində yerləşən gimnaziya binası. İki mərtəbədən ibarət olan bina regional əhəmiyyətli mədəni irs siyahısına daxil edilmişdir. == Tarixi == Azovda kişi gimnaziyası 1877-ci ildə II Aleksandrın əmrinə əsasən təsis edilmişdir. İnqilaba qədər gimnaziya və progimnaziyalar orta təhdil məktəbi olaraq götürülürdü. Sonrada bu progimnaxiyaya gimnaziya statusu verilmişdir. Bu təhsil müəssisəsinə əsasən 8-10 yaş arası uşaqlar təhsil alırdı. Gimnaziyada rus, fransiz, yunan, latın və alman dilləri, din, riyaziyyat, tarix, fizika və s fənlər keçilirdi.. Gimnaziyada oxiyan şagirdlərin mavi paltarları vardı ki, onunda üzərində gemüşü düymələr olurdu. Paltarın yaxalığında Azov gimnazoyasının baş hərfləri yazılmışdı - «AG». XIX əsin əvvəllərində Azovda qızlar gimnaziyası təşkil edilmişdir.
Kovalevin binası (Azov)
Kovalevin binası— Rostov vilayəti Azov şəhəri ərazisində yerləşən tarixi arxitektur bina. Bina Azov şəhəri Moskovskaya küçəsi ev 23 ünvanında yerləşir. Bina 1912-ci ildə inşa edilmişdir. Bina iki mərtəbədən ibarətdir. 1992-ci ilin 12 dekabr tarixli 302 saylı qərarla Azov şəhərinin regional əhəmiyyətli mədəni irsi siyahısına daxil edilmişdir. Üstəlik qoruma altına alınmışdır. == Tarixi == 1912-ci ildə Rostov vilayəti, Azov şəhəri, Moskovskaya küçəsində iki mərtəbəli bina inşa edilmişdir. Bina yaxınlıqda yerləşən binanın qarşı tərəfində yerləşirdi. Onun sahibi və inşa etdirəni Q. İ. Kovalyov olmuşdur. Binanın inşası başaçatdıqdan dərhal sonra burada Kovalyovun universal mağazası yerləşidi.
Azov (xətt gəmisi, 1826)
"Azov" (rus. Азо́в) — Rusiya donanmasının 74 silahlı yelkənli xətt gəmisi. == Tarixi == "Azov" 1826-cı ildə Arxangelskdə suya buraxılmışdır. Gəminin inşaatçısı İ. A. Kuroçkin olmuşdur. "Azov" 20 oktyabr 1827-ci ildə Navarin döyüşündə birinci dərəcəli kapitan Mixail Lazaryevin komandanlığı altında fərqlənmişdir. Gəmi öz atəşi ilə Osmanlı donanmasına aid beş gəmini, o cümlədən donanma komandirinin freqatını məhv etmişdir. "Azov" ən çox zərbəni almış və gəmidəki insan itkiləri Rusiya dənizçilərinin ümumi insan itkilərinin yarısını təşkil etmişdi. "Azov" Rusiya donanması tarixində ilk dəfə Müqəddəs Georgi nişanı və vımpeli ilə təltif edilmiş, Lazarevin rütbəsi artırılaraq kontr-admiral olmuşdur. Gəmi 1831-ci ildə sökülmüşdür. XIX–XX əsrlərdə "Azov"un xatirəsinə üç gəmi "Azov xatirəsi" adlandırılmışdır.
Azov səfərləri (1695–1696)
Azov səfərləri (rus. Азо́вские похо́ды) — 1686–1700-cü illərdə Rusiya–Osmanlı müharibəsi zamanı Azov dənizinə və Qara dənizə çıxmaq üçün I Pyotrun Azov qalasına hərbi səfərləri. 1695-ci ildə baş tutmuş birinci səfər ordunun pis təşkili və donanmanın olmaması üzündən müvəffəqiyyətsizliyə uğramışdır. 1696-cı ildə rus ordusu ikinci səfərə başlamışdır. Azov donanmasının, Don və Ukrayna kazaklarının köməyi ilə 19 iyunda Azov qalası alınmışdır. Azov səfərləri Rusiyanın dəniz dövlətinə çevrilməsinin başlanğıcı olmuşdur. == İstinadlar == == Əlavə ədəbiyyat == Гордон П. Дневник. 1690—1695 / Ред. М. Р. Рыженков. М.: Наука, 2014.
Azov-Sivaş Milli Təbiət Parkı
Azov-Sivaş Milli Təbiət Parkı (ukr. Азово-Сиваський національний природный парк) — Ukraynada Sivaş körfəzinin qərb hissəsinin şimalını və Ukraynanın Xerson vilayətinin ərazisindəki Biruçi adası dilini əhatə edən milli park. 25 fevral 1993-cü ildə yaradılmışdır. Sahəsi 52,154 hektardır. == Tarixi == 1923-cü ildə Çuryuk adası Askaniya-Nova qoruğunun bir hissəsi olmuşdur. 1927-ci ildə Askaniya-Nova qoruğunda Şimali Qara dəniz bölgəsinin, Sivaş körfəzi və Azov dənizinin ayrı-ayrı hissələrini əhatə edən Primorski dili qoruğu yaradıldı. 1933-cü ildə Primorski dili qoruğu müstəqil bir qurum olmuş, sonra 1937-ci ildə onun əsasında yeni qoruqlar yaradılmışdır: Qara dəniz və Azov-Sivaş. 1957-ci ildə Ukrayna SSR Nazirlər Sovetinin sərəncamı ilə Azov-Sivaş qoruğu Azov-Sivaş Dövlət Qoruğu və Ovçuluq Təsərrüfatı kimi yenidən təşkil edilmişdir. Bura Sivaş körfəzindəki adalar və adaların ətrafındakı su sahəsi, Biryuçi adasının ətrafındakı dəniz zolağı daxil idi. Azov-Sivaş Milli Təbiət Parkı Ukrayna Prezidentinin 25 fevral 1993-cü il tarixli 62 nömrəli Fərmanı ilə Azov-Sivaş Dövlət Qoruğunun və Ovçuluq Təsərrüfatının onun hüdudları daxilində yenidən təşkili yolu ilə yaradılmışdır.
Mərkəzi şəhər xəstəxana binası (Azov)
Mərkəzi şəhər xəstəxana binası — Rostov vilayəti Azov şəhəri ərazisində yerləşən tarixi arxitektur bina. Bina Azov şəhəri İzmaylov küçəsi ev 58 ünvanında yerləşir. Bina 1890-cı illərdə inşa edilmişdir. Bina şəhərin əsas görməli yerlərindən hesab edilir. == Tarixi == 1890-ci illərin sonları Azov şəhər duması burada xəstəxanaya olan ehtiyası görərək xəstəxana inşa etdirməyi qərarlaşdırır. Mühəndis Popovun layihəsinə müraciət edilir. Tikintiyə rəhbərlik tacir Sıratova həvalə edilmişdir. Sonradan bu fikir bəyənilmiş şəhər ətrafında da iki yeni xəstəxana inşa edilmişdir. Xəstəxalarda müalicə və müayinə pullu həyata keçirilirdi. Bununla belə bəzi istinalar belə müşahidə edilirdi.
Azovboyu yüksəklik
Azovboyu yüksəklik (ukr. Приазовська височина) — Ukraynanın cənub-şərqində yüksəklik. Hündürlüyü 326 metrə qədərdir (Mogila-Belmak). Səthi, əsasən, löss çöküntüləri ilə örtülüdür. Cənub qaratorpaqları geniş sahə tutur. == İstinadlar == == Əlavə ədəbiyyat == Бондарчук В. Г. Геоморфологія УРСР. — Х. : Радянська школа, 1949. — 246 с. Дмітрієв М. І. Геоморфологія УСРР. — Х. : Радянська школа, 1936. Заставний Ф. Д. Географія України. У 2-х кн / Ред.
Azovka çayı
Azovka (köhnə adı. Dkopinka) — Rostov vilayəti ərazisindən axan, Don çayının sol qolunu təşkil edən çay. Onun uzunluğu 11 km Bir qədər Azov şəhəri ərazisindən axır. Azovka çayı aşağı axarlarda dayazlıqda üzə bilən kiçik dəniz gəmilərinin hərəkəti üçün əlverişlidir. Yerli yaxt-klublar reqatlar təşkil edir == Axın == Çay öz başlanğıcını Kuleşovka kəndinin qərb hissəsindən götürür. İlk əvvəl çay şimala axır. Mənsəbə yaxın ərazidən Rostov-na-Donu - Azov avtomagisralı keçir. Kuleşokanın çıxacağında sağdan Lebyaje gölündən bəhrələnir. Sonradan süni şəkildə hazırlanmış kanallarla hərəkət edir. Lebyajo gölündən bəhrələndikdən sonra qərbə istiqamətlənir.
Azovka çayı üzərində asma körpü
Azovka çayı üzərində asma körpü — Rostov-na-Donu şəhəri rekreasiya zonası ilə birləşdirir. Rekreasiya zonası çayın sağ sahilində yerləşir. Şəhərin Bereqovoy küçəsini şəhər çimərliyi ilə birləşdirir. == Tarixi == Körpü 1967-ci ildə şəhərin 900 illiyi münasibətilə inşa edilmişdir. Körpü dörd beton dirəklər üzərində yerləşir. Əvvəllər isə bu yerdə taxta körpü olmuşdur. XX əsrin 80-ci illərində körpüdə əsaslı təmir işləri aparılmışdır. Bu zaman bir çox detallar tamaməm dəyişdirilmişdir. Bəzi detallar isə dəmirləri ilə əvəzlənmişdir. Bundan sonra körpüdə uzun zaman əsaslı təmir işləri aparılmamışdır.
Azovstal dəmir-polad zavodu
Azovstal dəmir-polad zavodu və ya Azovstal Metallurgiya Kombinatı (ukr. Mеталургійний Kомбінат Азовсталь , pronounced [ɐˌzɔu̯ˈstɑlʲ]) (PFTS: AZST) Ukraynanın ən böyük polad yayma şirkətlərindən biridir. Metallurgiya zavodu 2022-ci ildə Rusiyanın Ukraynaya hücumu və Mariupolun mühasirəsi zamanı Rusiyanın bombardmanı nəticəsində demək olar ki, tamamilə məhv edilib . == Tarix == === 20-ci əsr === ==== Yaradılması ==== Azovstal 1930-cu ildə Ukrayna SSR -in (Sovet İttifaqı) Mariupol şəhərində Xalq Təsərrüfatı Ali Soveti Rəyasət Heyətinin (SSRİ) qərarı ilə yaradılmışdır və 1933-cü ildə domna sobasında ilk dəmiri söndürəndə istehsala başlamışdır. 1935-ci ilin yanvarında Azovstalda Sovet İttifaqında ilk 250 tonluq əyilmə ocaq sobasının işə salınması ilə polad istehsalına başlandı. Sovet İttifaqı rəsmiləri onun Sovet İttifaqının ən müasir zavodlarından biri olduğunu, həm işçilər, həm də onların ailələri üçün fabrikdən kənarda tikilmiş konstruksiyalar olduğunu iddia edirdilər. Nasistlərin işğalından əvvəl burada 12.000-dən çox işçi evi, məktəblər, kinoteatrlar, xəstəxana və doğum klinikası və iki park olduğu bildirilir. Fabrikdə nüvə hücumuna tab gətirmək üçün nüvə bunkerləri və tunelləri var. ==== İkinci Dünya Müharibəsi ==== İkinci Dünya Müharibəsi zamanı 1941-ci ildə faşist Almaniyası Mariupolu işğal edəndə əməliyyatlar dayandırılmalı oldu . Alman İvan Proqramının bir hissəsi olaraq (1942–1943) fabrik 1942-ci ildən etibarən sursat istehsal etmək üçün istifadə edilmişdir.

Значение слова в других словарях