Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ayxan Ayvaz
Ayxan Ayvaz (tam adı: Həsənov Ayxan Eyvaz oğlu; 1 aprel 1992, Tbilisi) — azərbaycanlı yazıçı və jurnalist. == Həyatı == Ayxan Ayvaz 1 aprel 1992-ci ildə Gürcüstanın paytaxtı Tiflis şəhərində anadan olub. Atası, yazıçı Eyvaz Əlləzoğlu 1996-1998-ci illərdə Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyində ikinci katib kimi fəaliyyət göstərmişdir. 1998-ci ildə ailə Bakıya gəlir və Ayxan Ayvaz da ilk təhsilini burada alır. 2009-ci ildə Bakı Slavyan Universitetinin pedaqoji fakültəsinin rus dili ixtisasına qəbul olunub, 2014-cü ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirib. 2011-ci ildə atası Eyvaz Əlləzoğlu insultdan dünyasını dəyişib. Həmin il yazıçının anası da vəfat edib. O illərdə yazıçı bir neçə yerdə aktiv jurnalistika fəaliyyəti ilə məşğul olur. Eyni zamanda ailəni dolandırmaq üçün qarovulçu kimi də çalışır. 2019-cu ilə ailə həyatı qurub.
Alvan
Alvan və ya Buquz/Buğuz - Xocavənd rayonunun Avdur kəndi ərazisində qala adı. Başqa adı olan Buquz / Buğuz XIX əsrdə Gürcüstanda (indi Kaxeti mxaresinin Axmeta munisipalitetində) Alvani-Samebo və Albani Kvemo, Batum əyalətinin Artvin dairəsində Alvanqala, Alvanikam, Alazan çayının aşağı axarında Alvan düzü və s. adlarla mənşəcə eynidir. XI-XII əsr rus mənbələrində Alban ölkəsinin adı Alvanya kimidir. Gürcüstanda Kvemo Alvani və Zemo Alvani (Axmeta rayonu) kənd adları ilə mənşəçə eynidir. 1006-cı ilə aid mənbədə Zəngəzurda Alvançay (ermənicə yazılışda Ağuanget) adı (Həkəriçayın qədim adı) da bu sıraya aiddir.
Aydan
Aydan — qadın adı. Aydan Salahova — Azərbaycan rəssamı. Aydan Höccətova — Azərbaycan şahmatçısı. Aydan Şənər — Türk maneken, aktrisa.
Ayran
Ayran - nehrədə yağı alınmış qatığın qalığı, yüksək kalorili qida məhsuludur. O qatığa su və duz əlavə etməklə də əldə edilir. == Tarixi == Ayranın yaranma tarixi çox maraqlıdır. Belə ki, Göytürklər zamanında turşumuş qatığın (yoqurdun) turşuluğunu azaltmaq məqsədilə ona su qatmışlar. Və belecə yeni içki növü, yəni ayran meydana çıxmışdır. == Ümumi məlumat == Hələ qədimdən yerli üsulla qatıqdan kərə yağı aldıqda, qatığın və xamanın nehrədə çalxalanmasından əldə edilən südəbənzər turşməzə maye, ayran adı ilə sərinləşdirici içki kimi istifadə edilmişdir. Tərkibində az miqdarada yağ, zülalal və 0,7- 0,8%- dək süd turşusu olur. Həzm orqanlarının fəaliyyətini yaxşılaşdırır, dovğa və kələkoş bişirmək, doğramac hazırlamaq, şor almaq və s. məqsədlər üçün istifadə edilir. Hazırda ayranı sənayedə xüsusi texnologiya ilə istehsal edirlər.
Ayxan
Ayxan — Kişi adı.
Ağvan
Ağvani və ya Ağvan — Ermənistanın indiki Sünik mərzində kənd. Ağvan (çay) — Şuşa rayonu ərazisində çay. Qarqar çayının qoludur.
Eyvan
Eyvan — İranın İlam ostanının şəhərlərindən və Eyvan şəhristanının mərkəzidir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 27,752 nəfər və 6,010 ailədən ibarət idi.
Qayvan
Qayvan (蓋碗/盖碗; hərfən— “qapaqlı qab”) – ənənəvi Çin çay mərasimində istifadə edilən çay dəmləmək üçün qab. Bəzən (蓋杯 gay bey — “qapaqlı fincan”) və ya 焗盅 (szyu çjun — “istiliyi saxlayan qab”) da adlandırırlar. == Tarixi == Qayvan — qabın müasir adıdır. O Min sülaləsi dövründə ixtira olunmuşdur. Min sülaləsi dövründən qabaq çay hazırlandığı qabdan fincanlara süzülürdü. Bu baxımdan qayvan çayın dəmləndiyi qabdan birbaşa fincana süzülməsinin qarşısını alan qab kimi ixtira edilmişdi. O dövrdə qayvanlar daha böyük idilər. Müasir qayvan- fincan (80-250 ml), qapaq və nəlbəkidən ibarət dəstdir. Nəlbəki torpağı, qapaq səmanı, fincan isə onların arasında olan insanı təcəssüm etdirir. == İstifadəsi == Qayvandan həm çaynik kimi, həm də fincan kimi istifadə etmək olar.
Tayvan
Tayvan və ya rəsmi adı ilə Çin Respublikası (çin. 中華民國, 中华民国 — Zhōnghuá Mínguó, Çjunxua Minqo, ing. Republic of China) – Şərqi Asiyada qismən tanınan dövlət. Qeyri-rəsmi, yerləşdiyi Tayvan adasının adına uyğun olaraq Tayvan adlanır Çin Respublikası çox ölkə tərəfindən tanınmayan, Tayvan adasında yerləşən və əksəriyyətlə bu adanın adı ilə xatırlanan uzaq şərq ölkəsidir. 1912-ci ildə bugünkü Çin Xalq Respublikası torpaqlarında qurulan ölkə Birləşmiş Millətlər Cəmiyyətinin üzvü idi. Tayvan da daxil olmaq üzrə ətraf adalarla birlikdə İkinci Dünya Müharibəsindən sonra sərhədlərini müəyyən etmişdir. 1949-cu ildə Çin Vətəndaş müharibəsində Çin Milli Partiyasının hakimiyyəti itirməsindən sonra ölkə Çin Kommunist Partiyası rəhbərliyinin əlinə keçir. Bunula da Çin Xalq Respublikası qurulur. Çin Milli Partiyasının lideri Chiang Kai Shek Tayvan adasına qaçmalı olur. Çin Respublikasının fəaliyyətinin buradan davam etdiyini dünyaya elan edir.
Avan
Avan (Ermənistan)
Ayan
Ayan — qadın adı. Ayan Mirqasımova — Azərbaycan teatr və kino aktrisası. Ayan Məmmədova — Azərbaycanlı sərbəst güləşçisi. Ayan Babakişiyeva — Azərbaycan müğənnisi. Ayan Allahverdiyeva — azərbaycanlı şahmatçı. Yaşayış məntəqələri Ayan (Salmas) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. Digər Ayan Palace — Azərbaycan Respublikasının Tovuz rayonunda yerləşən hotel.
Arvan dağı
Arvan dağı – Culfa rayonu ərazisində dağ (hünd. 1280,0 m). Müasir relyefda iki konusvari yüksəklik əmələ gətirir.
Aydan Höccətova
Aydan Höccətova (doğ. 6 aprel 1999, Bakı) — Azərbaycan şahmatçısı. Qadınlar arasında Beynəlxalq qrosmeyster (2018). == Erkən illəri == Aydan 1999-cu ildə aprelin 6-da Bakı şəhərində anadan olmuşdur. İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialında təhsil alıb. Televizorda şahmat haqqında veriliş gördükdən sonra onda bu oyuna maraq yaranıb.. Şahmat məşqçisi qrosmeyster Fərid Abbasovdur. == Şahmat karyerası == Aydan iki yaş yarımından şahmat oynamağa başlamış, üç yaşında dördüncü dərəcəli şahmatçı normasını yerinə yertirmişdir. Dörd yaşında artıq Bakı çempionatında iştirak etmişdir. Beş yaşında ikən Azərbaycanda ilk dəfə 10 yaşlı qızlar arasında Respublika çempionatına vəsiqə qazanmışdır.
Aydan Salahova
Aydan Salahova (25 mart 1964, Moskva) — Azərbaycan rəssamı. Məşhur rəssam Tahir Salahovun qızıdır, Moskvada yaşayır. 1992-ci ildə Rusiyada ilk müasir incəsənət qalereyalarından birini ("Aydan") açıb. Salahovanın əsərləri Tretyakov qalereyasında, Moskva Müasir İncəsənət Muzeyinin kolleksiyalarında, Roma və Nyu-York qalereyalarında saxlanır.
Aydan Şənər
Aydan Şənər — tatar əsilli türkiyəli aktrisa, maneken və 1981-ci il Türkiyə gözəli. == Həyatı == 1963-cü ildə Kilis ilində dünyaya göz açmışdır. Bir yaşında ailəsi ilə birlikdə Bursaya köçmüşdür. Orta məktəbi Bursada bitirmişdir. 1981-ci ildə Türkiyə gözəli seçilib. Həmin il Miss World dünya gözəllik yarışında Türkiyəni təmsil edib. Bir müddət maneken lik etdikdən sonra, 1983-cü ildə "Kiçik Ağa" serialı ilə aktyorluq karyerasına başlayıb. 1988-ci ildə Əcəm adında bir qızı olmuşdur. 1991-ci ildə həyat yoldaşı Ayxan Akbindən ayrılıb. Bir daha ailə qurmayıb.
Ayhan Haqverdiyev
Ayhan Akif oğlu Haqverdiyev (28 mart 2002, Daşkəsən, Azərbaycan — 4 oktyabr 2020, Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ayhan Haqverdiyev martın 28-i 2002-ci ildə Daşkəsən rayonunda anadan olub. Əslən Qərbi Azərbaycandandır. 2003-cü ildə ailəsi Bakı şəhərinə köçüb və Ayhan 2009-cu ildə Bakı şəhərində Cəbrayıl rayonu Əsgər Veysəlov adına Sirik kənd tam orta məktəbində təhsil alıb. == Hərbi xidmətləri == Ayhan 2020-ci ildə Binəqədi rayon hərbi komissarlığından həqiqi hərbi xidmətə çağırılıb. Ağcabədi rayonu N saylı hərbi hissəsində vətəni xidmətini yerinə yetirib. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Ayhan Haqverdiyev Füzulinin azad edilməsində savaşıb. O, Füzuli istiqamətində gedən döyüşlərdə, Qaraxanlı kəndində Üçtəpə deyilən ərazidə 30 sentyabr 2020-ci il tarixində ağır yaralanıb. Ayhan yaralandıqdan sonra təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılsa da, 4 gün komada qaldıqdan sonra 4 oktyabr tarixində şəhadətə qovuşub. Şəhidimiz Binəqədi qəsəbəsi qəbristanlığı ərazisində yerləşən Vətən Müharibəsi Şəhidlərinin Xiyaban Kompleksində böyük izdihamla dəfn edilib.
Aylan Kürdi
Aylan Kürdinin ölümü — 3 yaşlı, kürd əsilli suriyalı bir uşağın Suriya böhranı ilə əlaqədar olaraq Türkiyədən Yunanıstana gedərkən Aralıq dənizində anası və qardaşı ilə birlikdə ölümü. Aylan Kürdi 2 sentyabr 2012-ci il tarixində ailəsi ilə birlikdə botla Türkiyənin Bodrum şəhərindən Yunan adalarından olan Kos adasına sadəcə 2.5 dəniz mili məsafəli bir yolda olarkən bot çevrilmişdir. Qayıqda olanlardan heç birinin əynində təhlükəsizlik jileti olmamışdır. Kürdi Suriyanın şimalında yerləşən Kobani şəhərində dünyaya gəlmişdir. Ailəsi əvvəlcə Kanadanın Vankover şəhərinə getməyi planlaşdırmışdır. Lakin Kanada dövləti tərəfindən onların müraciəti rədd edilmişdir. Aylanın sahilə çıxmış cəsədinin şəklini DHA müxbiri, türk jurnalist Nilufər Dəmir çəkmişdir. Ailənin hər üç üzvü; ana Rihan, uşaqları; Aylan və Qalib kürdi 4 sentyabr 2015-ci il tarixində Türkiyədən Kobaniyə aparılaraq orada dəfn edilib. == Aylan Kürdinin ölüsünün şəkilləri == Şəkil bir çox dünya saytlarının və qəzetlərinin gündəminə gəlmişdir. == Şəklə reksiyalar == Şəkil yayımlandıqdan sonra 24 saat ərzində Qaçqın və Köçkünlərə Yardım Fonduna yardımda dalğalanma olmuş və yardımların sayı 15 dəfə artmışdır.
Ayman–Şolpan
Ayman–Şolpan (qaz. Айман-Шолпан) — XIX əsrin birinci yarısına aid qazax xalq lirik-epik poeması. Burada "cəsur və səxavətli qazax qızı"nın obrazı ucaldılır. "Ayman–Şolpan" qazax eposunun "Qozı Körpeş — Bayan Sulu" və "Qız-Jibek"lə yanaşı görkəmli əsərlərindən biridir. Burada qazax qızı Ayman obrazında xalq sənəti şərəf, ləyaqət, alicənablıq, hazırcavablıq, cəsarət kimi yüksək ideyanı poetikləşdirmişdir. "Ayman–Şolpan"ın süjeti üzrə musiqili dram yazılmışdır (libretto Muxtar Əvəzov, musiqisi Yevgeni Brusilovski). == İstinadlar == == Əlavə ədəbiyyat == Литературный энциклопедический словарь. М.: «Советская энциклопедия». под общ. ред.
Ayvar Cayever
Ayvar Cayever (5 aprel 1929[…], Bergen) — Norveç-Amerika fiziki. == Həyatı == Ayvar Cayever 1929-cu il aprelin 5-də Berqendə anadan olub. 1948-ci ildə Norveçin Tronxeym şəhərindəki Texnologiya İnstitutuna daxil olub, 1952-ci ildə mühəndis-mexanik diplomu ilə həmin institutu bitirib. Əmək fəaliyyətinə Raufossa hərbi zavodunda başlayıb. Kanadada yaşadığı dövrdə memar köməkçisi işləyib, sonra isə "General elektric" şirkətinin mühəndis proqramının reallaşmasında mühəndis-mexanik kimi iştirak edib. 1956-cı ildə Skenektadidə "General elektric" şirkətinin elmi-tədqiqat mərkəzində çalışıb və burada tətbiqi riyaziyyat sahəsində problemlərin həlli ilə məşğul olub. Burada o, bərk cisimlərin tədqiqatı ilə məşğul olan alimlər qrupuna daxil edilib. 1973-cü ildə o, Leo Esaki və Brayn Devid ilə birlikdə, bərk fiziki cisimlər sahəsində Nobel mükafatına layiq görülüb. Hazırda Cayever ABŞ-də yüksək texnologiyaların istehsalı ilə məşğul olan "Applied Biophysics" (Tətbiqi biofizika) şirkətinin prezidentidir.
Ayvaz Həsənov
Ayvaz Dursun oğlu Həsənov (2 may 1929, Məscidli Görarxı – 1990, Marneuli) — Gürcüstan SSR dövlət və partiya xadimi, Gürcüstan SSR Ali Sovetinin deputatı == Həyatı == Ayvaz Həsənov 1929-cu ildə mayın 2-də Marneuli rayonunun Meçidli Gorarxı kəndində doğulub. Ayvaz Dursun oğlu ali təhsil aldıqdan sonra, ilk dəfə vəzifə başında əmək fəaliyyətinə Qullar kəndindəki Atçılıq sovxozunda müdir kimi başlamışdır. O, 1958-ci ildən 1975-ci ilə qədər Qarayazı, Qaçağan, Marneuli, Alget kimi böyük təsərrüfatlara rəhbərlik etmişdir. 1975-ci ildə Ayvaz Həsənov Gürcüstan SSR Kənd Təsərrüfatı nazirinin müavini vəzifəsinə təyin olundu. 1981-ci ildə bu vəzifədən azad edilmişdir. 1989-cu ildə Ayvaz Həsənov Marneuli Rayonu İcraiyyə Komitəsinin sədri təyin etmişdir.
Ayvaz Xələfli
Xələfli Ayvaz Alı oğlu — coğrafiya elmləri doktoru, professor. == Həyatı == Ayvaz Xələfli 1942-ci ildə Göyçə mahalının Cil kəndində anadan olmuşdur. 1949-cu ildə Cil kəndində birinci sinifə getmiş, oranı bitirdikdən sonra 1959-cu ildə Ardanış kənd orta məktəbini bitirmiş, həmin ildə də təhsilini davam etdirmək üçün Bakıya getmiş və Bakı dövlət Universitetinin fizika fakültəsinə daxil olmuşdur. 1965-ci ildə təhsilini başa vurub, təyinatla öz kəndlərinə qayıdıb fizika müəllimi işləmişdir. 1965-ci ilin noyabrında hərbi xidmətə çağrılmış, bir ilik hərbi xidmətdən sonra Bakı şəhərinə qayıdıb Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya İnstititu nəzdində olan Yer fizikası bölməsində paleomaqnetizm və Yer maqnetizmi laboratoriyasında baş mühəndis vəzifəsinə işə qəbul olunmuşdur. Bir il işlədikdən sonra aspiranturaya daxil olub Leninqrad şəhərinə oxumağa getmiş, aspiranturanı bitirdikdən sonra Leninqrad şəhərində elmi tədqiqat institunda elmi işini davam etdirərək orada yaşamışdır. 1977-ci ilin noyabrına qədər orada yaşamışdır. Həmin ildə Leninqrad şəhərindən evini dəyişib Bakıya gəlmiş, akademyanın Geologiya İnstitutunda elmi işlərini davam etdirmişdir. Azəbaycanda aparılan paleomaqnit tədqiqatlarını davam etdirimş, ilk olaraq aparılan tədqiqatların nəticəsi olaraq Azərbaycan, eləcədə bütün Qafqaz ərazisinin qonşu ölkələrin ərazisində aparılan paleomaqnit tədqiqatların nəticələri ilə müqayisəli şəkildə paleotektonik bərpasını vermişdir. 100 çap vərəqi elmi iş yazmışdır, o cümlədən 6 monoqrafiya, 90 dan çox məqalə 15 elmi məruzə etmişdir.
Ayven Sazerlend
Ayven Sazerlend (ing. Ivan Edward Sutherland; 16 may 1938, Hastinqs[d], Nebraska) — kompüter elmləri sahəsində görkəmli alimlərdən biri. O, "Sketchpad" adlı ilk interaktiv qrafik proqramı yaratdığına görə 1988-də "Türinq" mükafatına layiq görülüb. Eyni zamanda ilk dəfə proqramlaşdırmaya obyektyönümlü yanaşma tətbiq etmişdir. O, 2012-ci ildə həmin hazırlamaya görə məşhur "Kioto" mükafatı ilə təltif edilmişdir. == Həyatı == Ayven Sazerlend 16 may 1938-ci ildə Nebraska ştatının Heystinqs şəhərində anadan olmuşdur. === Təhsili === O, Karnegi Texnologiya İnstitutunda (indi Karnegi Mellon Universiteti) elektrik mühəndisliyi ixtisası üzrə bakalavr təhsili alıb. Sonra Kaliforniya Texnologiya İnstitutunda magistr və 1963-cü ildə Massaçusets Texnologiya İnstitutunda kompüter mühəndisliyi üzrə elmlər doktoru dərəcələrinə layiq görülüb. == Fəaliyyəti == == Yaratdığı ilk interaktiv qrafik proqram == 1951-ci ildə Massacusets Texnologiya İnstitutunun mühəndisi Cey Forrester "Whirlwind I" adlı yeni kompüteri nümayiş etdirdi. Bu kompüterin çıxış qurğusu görüntünü elektron-şüa borusunun ekranında yaradırdı.
Ağvan (çay)
Ağvan — Şuşa rayonu ərazisində çay. Qarqar çayının qoludur. == Ümumi məlumat == Mənbəyini Çınqıldağın yamacından alır. Yerli əhalinin dilində Alvançay variantında işlənir. Keçmişdə Şuşa rayonunun Malıbəyli kəndi ərazisində Ağvan adlı yaşayış məntəqəsi də olmuşdur. Etnotoponimdir. Ağvanlar Azərbaycanın qədim türk mənşəli tayfalarından biri olmuşdur.
Ayxan Abbasov
Ayxan Fərzux oğlu Abbasov (rus. Айха́н Ферзу́х оглы́ Абба́сов; 25 avqust 1981, Bakı, Azərbaycan SSR, SSRİ) — Azərbaycan futbolçusu.
Ayxan Cəfərov
Ayxan Cəmaləddin oğlu Cəfərov (6 sentyabr 1997; Üçtəpə, Cəlilabad, Azərbaycan — 15 oktyabr 2020; Qubadlı, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgər'i, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ayxan Cəfərov 1996-ci ilin sentyabrın 6-da Cəlilabad rayonun Üçtəpə kəndində anadan olub. 2015-ci ilin iyul ayında hərbi xidmətə çağrılıb. Hərbi xidmətdə olduğu müddətdə kəşfiyyatçı ixtisası üzrə kurs keçib. == Hərbi xidmətləri == Ayxan 2016-ci ildə aprel döyüşlərində iştirak etmişdir. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Ayxan Cəfərli Cəbrayıl və Qubadlının azad edilməsində savaşıb. Füzulinin azad edilməsində snayper kimi iştirak edən Ayxan Cəfərov 15 oktyabr 2020-ci ildə düşmənlə üzbəüz döyüşdə qəhrəmancasına şəhid olub. İki gün sonra Cəlilabad rayoununun Üçtəpə kəndində dəfn edilib. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əmrah Cəfərli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ayxan Cəfərov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Ayhan Akman
Ayxan Akman (d. 23 fevral 1977, Bursa) — türk məşqçi və keçmiş milli futbolçudur. TRT Spor kanalında şərhçidir. == Klub karyerası == 1998–99 mövsümündə Con Toşakın istəyi ilə 8.750.000 dollar qarşılığında Beşiktaşla müqavilə imzaladı. Üç il ağ-qara klubda forma geyinən Ayhan Akman 81 matçda 19 qol vursa da, zədələri səbəbindən tədricən komandadan uzaqlaşıb. 2000–01 mövsümünün sonunda aldığı zədələr səbəbindən 3 ay müddətində heyətə düşə bilmədi. Zədələndiyi zaman komandanın başında olan və meydana dönə bilməyən alman məşqçi Kristof Daum Akmanın lazımsız olduğunu söylədi. "Beşiktaş"ın "Qaziantepspor" a 3–1 hesabı ilə uduzduğu matçda Ayxan Akmanın klubda gülməsinə əsəbiləşən azarkeşlər hava limanında Ayxanı döyürdülər və təhlükəsizlik qüvvələrinin müdaxiləsi ilə hadisələr daha da ciddiləşmədən qarşısı alınıb. Baş verənlərdən sonra Ayxanın ağzından bu ifadələr çıxdı: Eyni dövrdə Mirça Luçesku ilə yeni bir quruluşda olan Qalatasaray klubu, Gheorghe Hagi futbolu buraxdıqdan və Okan Buruk və Emre Belözoğlu İtaliyanın dünyaca məşhur klubu İnterə keçdikdən sonra yarımmüdafiəçi axtarışında Ayhanla maraqlanmağa başladı. Hadisələrdən sonra Beşiktaş klubu Ayxanı 500 min dollar qarşılığında Qalatasaray klubuna Ahmet Yıldırım və Mehmet Aksu ilə birlikdə verib.
Ayxan Akman
Ayxan Akman (d. 23 fevral 1977, Bursa) — türk məşqçi və keçmiş milli futbolçudur. TRT Spor kanalında şərhçidir. == Klub karyerası == 1998–99 mövsümündə Con Toşakın istəyi ilə 8.750.000 dollar qarşılığında Beşiktaşla müqavilə imzaladı. Üç il ağ-qara klubda forma geyinən Ayhan Akman 81 matçda 19 qol vursa da, zədələri səbəbindən tədricən komandadan uzaqlaşıb. 2000–01 mövsümünün sonunda aldığı zədələr səbəbindən 3 ay müddətində heyətə düşə bilmədi. Zədələndiyi zaman komandanın başında olan və meydana dönə bilməyən alman məşqçi Kristof Daum Akmanın lazımsız olduğunu söylədi. "Beşiktaş"ın "Qaziantepspor" a 3–1 hesabı ilə uduzduğu matçda Ayxan Akmanın klubda gülməsinə əsəbiləşən azarkeşlər hava limanında Ayxanı döyürdülər və təhlükəsizlik qüvvələrinin müdaxiləsi ilə hadisələr daha da ciddiləşmədən qarşısı alınıb. Baş verənlərdən sonra Ayxanın ağzından bu ifadələr çıxdı: Eyni dövrdə Mirça Luçesku ilə yeni bir quruluşda olan Qalatasaray klubu, Gheorghe Hagi futbolu buraxdıqdan və Okan Buruk və Emre Belözoğlu İtaliyanın dünyaca məşhur klubu İnterə keçdikdən sonra yarımmüdafiəçi axtarışında Ayhanla maraqlanmağa başladı. Hadisələrdən sonra Beşiktaş klubu Ayxanı 500 min dollar qarşılığında Qalatasaray klubuna Ahmet Yıldırım və Mehmet Aksu ilə birlikdə verib.