Ayxan Musayev
Ayxan Musayev (22 sentyabr 2000, Gəncə – 28 noyabr 2020, Şuşa) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
Ayxan Musayev Mehman oğlu 22 sentyabr 2000-ci ildə Azərbaycan Respublikasının Gəncə şəhərində anadan olmuşdur. Orta təhsilini Gəncə şəhər C.Cabbarlı adına 6 saylı tam orta məktəbdə almış, daha sonra Gəncə şəhər 1 saylı peşə məktəbində qaz-qaynaqçısı ixtisası üzrə təhsilini davam etdirmişdir.
Ayxan Musayev Subaydır. Atası vəfat etmişdir. Anası və 1 bacısı var.
2018-ci ildə Musayev Ayxan müddətli hərbi xidmətə yollanmışdır. Həqiqi hərbi xidmət zamanı "Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlim”də və "Azərbaycan uğrunda ən yaxşı bölük" adlı yarışda əldə etdiyi nailiyyətərə görə mükafatlandırılıb. Hərbi xidməti başa vurduqdan sonra, ehtiyatda olan əsgər kimi, 27 sentyabr 2020 - ci ildə başlayan İkinci Qarabağ müharibəsində fəal iştirak etmişdir. 1 oktyabr 2020 - ci il tarixində onurğasından və qolundan yaralanmış və hospitalda müalicə olunmuşdur.