Ayhan Akif oğlu Haqverdiyev (28 mart 2002, Daşkəsən, Azərbaycan — 4 oktyabr 2020, Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.[1]
Ayhan Haqverdiyev | |
---|---|
Ayhan Akif oğlu Haqverdiyev | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Daşkəsən, Azərbaycan |
Vəfat tarixi | (18 yaşında) |
Vəfat yeri | Füzuli, Azərbaycan |
Vəfat səbəbi | Şəhid |
Dəfn yeri | Binəqədi qəsəbəsi Vətən Müharibəsi Şəhidlərinin Xiyaban Kompleksi |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Füzulinin azad edilməsi • Hadrutun azad edilməsi • Cəbrayılın azad edilməsi |
Təltifləri | 2020, 2020 |
Ayhan Haqverdiyev martın 28-i 2002-ci ildə Daşkəsən rayonunda anadan olub. Əslən Qərbi Azərbaycandandır. 2003-cü ildə ailəsi Bakı şəhərinə köçüb və Ayhan 2009-cu ildə Bakı şəhərində Cəbrayıl rayonu Əsgər Veysəlov adına Sirik kənd tam orta məktəbində təhsil alıb.[2][3]
Ayhan 2020-ci ildə Binəqədi rayon hərbi komissarlığından həqiqi hərbi xidmətə çağırılıb. Ağcabədi rayonu N saylı hərbi hissəsində vətəni xidmətini yerinə yetirib.[4]
2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Ayhan Haqverdiyev Füzulinin azad edilməsində savaşıb. O, Füzuli istiqamətində gedən döyüşlərdə, Qaraxanlı kəndində Üçtəpə deyilən ərazidə 30 sentyabr 2020-ci il tarixində ağır yaralanıb. Ayhan yaralandıqdan sonra təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılsa da, 4 gün komada qaldıqdan sonra 4 oktyabr tarixində şəhadətə qovuşub. Şəhidimiz Binəqədi qəsəbəsi qəbristanlığı ərazisində yerləşən Vətən Müharibəsi Şəhidlərinin Xiyaban Kompleksində böyük izdihamla dəfn edilib.[5][6]
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ayhan Haqverdiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[7]
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Ayhan Haqverdiyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.[8]