Ayxan Ayvaz

Ayxan Ayvaz (tam adı: Həsənov Ayxan Eyvaz oğlu; 1 aprel 1992, Tbilisi) — azərbaycanlı yazıçıjurnalist.

Ayxan Ayvaz
Ayxan Eyvaz oğlu Həsənov
Təxəllüsü Ayxan Ayvaz
Doğum tarixi (32 yaş)
Doğum yeri Tiflis, Gürcüstan
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Atası Eyvaz Əlləzoğlu
Təhsili Bakı Slavyan Universiteti
Fəaliyyəti yazıçı, jurnalist
Fəaliyyət illəri 2006 - günümüz
Əsərlərinin dili azərbaycan dili
İstiqamət hekayə, esse, roman
Janrlar hekayə, esse, roman
Tanınmış əsəri Buri
Mükafatları Ədəbi Azadlıq müsabiqəsinin nəsr qalibi

Ayxan Ayvaz 1 aprel 1992-ci ildə Gürcüstanın paytaxtı Tiflis şəhərində anadan olub. Atası, yazıçı Eyvaz Əlləzoğlu 1996-1998-ci illərdə Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyində ikinci katib kimi fəaliyyət göstərmişdir. 1998-ci ildə ailə Bakıya gəlir və Ayxan Ayvaz da ilk təhsilini burada alır.

2009-ci ildə Bakı Slavyan Universitetinin pedaqoji fakültəsinin rus dili ixtisasına qəbul olunub, 2014-cü ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirib. 2011-ci ildə atası Eyvaz Əlləzoğlu insultdan dünyasını dəyişib.[1] Həmin il yazıçının anası da vəfat edib.[2]

O illərdə yazıçı bir neçə yerdə aktiv jurnalistika fəaliyyəti ilə məşğul olur. Eyni zamanda ailəni dolandırmaq üçün qarovulçu kimi də çalışır.

2019-cu ilə ailə həyatı qurub.[3] Dilək adlı bir qızı var. [1] Arxivləşdirilib 2021-06-24 at the Wayback Machine

2008-ci ildə Mədəniyyət NazirliyiAzərbaycan Yazıçılar Birliyinin nəzdindəki Gənc Ədiblər Məktəbindəki fəallığına görə Azərbaycan Yazıçılar Birliyinə üzv seçilib. O, Azərbaycan Yazıçılar Birliyinin ən gənc üzvlərindən biri olmuşdur. 2011-ci ildə Mərkəz qəzetində fəaliyyət göstərib, qəzetin ədəbiyyat səhifəsini aparıb, dövrün tanınmış yazıçılarından müsahibələr alıb, eyni zamanda köşə yazıları ilə çıxış edib. Həmin illərdə Ekspress qəzetində də işləyib, maraqlı yazıları ilə diqqəti cəlb edib.

Daha sonra Publika.az, Teleqraf.com, Qafqazinfo.az saytında aktiv jurnalistika fəaliyyətinə başlayıb, yazdığı yazıları, aldığı müsahibələri ilə jurnalist kimi tanınıb.[4]

2013-cü ildə Azərbaycan Yazıçılar Birliyində demokratik prinsiplərin pozulduğuna və yazıçı Şərif Ağayarın qurumdan çıxarıldığına görə AYB üzvlüyündən imtina edib.[5]

Həmin ili ev növbəsinə yazılan yazıçının bu addımı sensasiya ilə qarşılanıb. Ev növbəsinin şərtlərinə görə təzədən birliyə üzv olmaq məcburiyyətində qalan yazıçı Yeni Müsavat qəzetinə müsahibə verib və Azərbaycan Yazıçılar Birliyindəki ədalətsizlikdən danışıb.[6]

Müsahibədən sonra AYB rəhbərliyi yazıçıya sərt cavablar verib[7] və həmin ili onu Azərbaycan Yazıçılar Birliyinin sıralarından çıxardıblar. O dönəmlərdə işsiz qalan yazıçı sosial şəbəkədə işsizliyi ilə bağlı çağırış edir[8] və bu çağırış ciddi reaksiya doğurur.[9]

APA Holdingin rəhbəri Vüsalə Mahirqızı onu Kulis.az mədəniyyət portalında çalışmağa dəvət edir.[10] Yazar Kulis.az saytında çalışdığı dövrlər daha çox populyarlıq qazanır, yazdığı reportajlara görə böyük rezonans doğurur. Bakı metrosunda baş verən hadisə haqqında (Mingəçevir SES-də baş verən qəzada ölkədə enerji təchizatı dayanmışdı. Həmin vaxtlar Bakı metrosu qəfil fəaliyyətini dayandırmış, sərnişinlər metro tunelində əlacsız qalmışdılar) yazdığı reportaj səs-küy doğurmuş, günlərlə Azərbaycan mediasında, eləcə də sosial şəbəkələrdə trend olmuşdur.[11]

Yazıları və səsləndirdiyi fikirlərə görə bir neçə dəfə gündəmə gəlmiş və söhbət mövzusuna çevrilmişdir.[12] Bir müddət Ədalət qəzetində fəaliyyət göstərib, daha sonra yenidən Kulis.az saytında çalışıb, hazırda da həmin saytla əməkdaşlıq edir.[13]

2018-ci ildə sosial şəbəkələrdə başlamış və tez bir zamanda trendə çevrilmiş Hər yer ədəbiyyat hərəkatının ideya müəllifi və rəhbəri olmuşdur. Bir çox yazıçının da qoşulduğu bu hərəkatın əsas məqsədi Azərbaycanın yerli müəlliflərini tanıtmaq və ölkədəki kitab bazarını dirçəltmək idi.[14][15]

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Çox erkən yaşda Ulduz jurnalında ilk hekayəsi çap olunur. Daha sonra tez-tez Kiçikbəy, sonra isə Ayxan Ayvaz imzası ilə hekayələri Ulduz, Azərbaycan, Alatoran jurnallarında, Proloq, Ədəbiyyat qəzeti, oxuzali.az, Kulis.az, qaynar.info, qafqazinfo.az və başqa qəzet-jurnallarda, sayt və portallarda dərc olunur.

2011-ci ildə çap edilən Mən necə Polat Alemdar oldum komik romanı yazıçının ilk qələm təcrübəsi hesab olunur. Həmin ili ölkənin ən çox satılan kitabları siyahısına düşən roman indi də tez-tez müzakirə edilir.[16]

2017-ci ildə Buri adlı hekayələr kitabı Qanun nəşriyyatı tərəfindən çap olunmuş və ciddi müzakirələrə səbəb olmuşdur. Buri (gürc. პური) gürcücə çörək deməkdir. Yazıçı təqdimat günü kitabla bərabər oxuculara bir dilim çörək də verərək maraqlı bir performans sərgiləyib. Kitabın tirajı həmin ili satılıb qurtarıb.[17]

Hekayələri haqqında yazıçı Əlibala Hacızadə, Əkrəm Əylisli, Seyran Səxavət, Səfər Alışarlı, Şərif Ağayar, Mirmehdi Ağaoğlu, Kənan Hacı, Qismət Rüstəmov, Qan Turalı, Mina Rəşid, Orxan Həsəni, Tural Cəfərli, tənqidçi Əsəd Cahangir, Elnarə Akimova, Nərmin Cahangirova və başqa tanınmış qələm adamları yazılar yazıb, fikirlər söyləyib.[18][19][20][21]

Yazıçının hekayələri türk, rus, ingilis, gürcü dillərinə çevrilib, bir çox xarici ölkənin almanaxlarında dərc olunub.[22]

Eyni zamanda yazıçı tərcümə fəaliyyəti ilə də məşğul olub. Onun tərcüməsində məşhur Nobel mükafatlı yazıçı Fransua Moriakın Qurbanlıq quzu romanı və məşhur yəhudi əslli yazıçı Stefan Sveyqın novellalarından ibarət Bir ürəyin qürubu kitabı çap edilib.

2022-ci ildə "Pəncərəsiz" adlı romanı işıq üzü görüb. Roman qeyri-adi tələbənin intihar niyyətindən, ölkədə intiharların qadağan olunmasından və "İntihara Azadlıq Təşkilatı"nın yaranmasından bəhs edir. Digər nəşriyyatlar intiharı təbliğ ittihamı ilə bu romanın çapından imtina edib.[23]

2008-ci ildə dövri-mətbuatda çap olunan hekayələrinə görə Mahmud Kaşğari adına diplomla təltif olunub. 2009-cu ildə Mədəniyyət və Turizm Nazirliyinin keçirdiyi şeirhekayə müsabiqəsində nəsr nominasiyasına[24] , 2010-cu ildə Nəsimi Milli Mükafatında hekayəsinə görə ilk üçlükdə yer alıb.[25]

Monoton hekayəsinə görə 2013-cü ildə Azadlıq Radiosunun təşkil etdiyi Ədəbi Azadlıq şeir-hekayə müsabiqəsində üçüncü yerə layiq görülüb. 2016-cı ildə Yaradıcılıq Fondunun təşkil etdiyi Quran motivləri əsasında hekayələr müsabiqəsi”ndə Qaranlıq və işıq hekayəsi mükafat qazanan hekayələrdən olub.[26]

Yazıçının 2017-ci ildə Qanun nəşriyyatı tərəfindən çap edilmiş Buri adlı hekayə kitabı. Buri (gürc. პური) gürcücə çörək deməkdir. Kitabda yazıçının müxtəlif mövzularda qələmə aldığı 10 hekayə toplanmışdır. Hekayələrdə müasir dövrün reallıqları yumoristik, təsirli şəkildə təsvir olunmuşdur. Bu hekayələr saf insanların düşdüyü qəribə situasiyaları özündə əks etdirir.
  • Monoton
  • Kökənin dadı
  • Sarı göyərçinlər
  • Evimizdən gecə reportajı

Digər yazıları

[redaktə | mənbəni redaktə et]
  • Bu yazarlardan özünüzü qoruyun
  • Sevdiyimiz və nifrət etdiyimiz Seymur Baycan
  • Atamın üç portreti
  • Bir kafemiz belə yox...
  1. Elçin Hüseynbəyli. "Bir neçə gün əvvəl maraqlı, bənzərsiz bir yazıçımızı itirdik. Bu, sadə kitab cümlələri deyil, həqiqətdir, doğrudan da itirdik. "İtən tapılmaz, ölən dirilməz". Görünür, bu sözləri heç nə ilə əvəz olunmayan itkilər barədə deyiblər" (azərbaycanca). 525-ci qəzet. 01.03.2011. 2020-04-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-04-25.
  2. Azadlıq radiosunun azərbaycanca xidmətinin Oxu zalı bölməsi. "Yazıçı Eyvaz Əlləzoğlunun ailəsində ikinci faciə" (azərbaycanca). Azadlıq radiosu. 04.03.2011. 2020-04-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-25.
  3. Kulis yazarı. "Ayxan Ayvaz ailə qurdu" (azərbaycanca). Kulis mədəniyyət portalı. 20 Oktyabr 2019. 2020-04-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-04-25.
  4. Qismət Rüstəmov. "Hörmətli xanımlar və cənablar, dəyərli tədbir iştirakçıları, qarşıdan gələn qurultay öncəsi "Gənclərin poeziya və prozası" mövzusunda məruzəmin adını "Xoş gəldin, XXI əsr" qoymuşam. İcazənizlə bu məruzəni diqqətinizə çatdırım" (azərbaycanca). Ədəbiyyat qəzeti. 28.01.2011. 2020-04-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-25.
  5. Mia.az saytının xəbər xidməti. "Yazıçılar Birliyindən istefa" (azərbaycanca). Mia.az xəbər portalı. 05.06.2013. 2020-04-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-25.
  6. Sevinc Telmanqızı. ""Anar mənə qalib gəldi, bir gənci sındırdı"" (azərbaycanca). Yeni Müsavat. 20.01.2015. 2020-04-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-25.
  7. Kulis portalının xəbər xidməti. "Çingiz Abdullayevdən 25 min manat açıqlaması" (azərbaycanca). Kulis.az portalı. 23.01.2015. 2020-04-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-25.
  8. "Gənc yazardan ürəkdağlayan müraciət" (azərbaycanca). İnterPress xəbər portalı. 12.01.2016. 2020-04-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-25.
  9. Moderator.az xəbər portalı. "Fikrət Qoca iş axtaran gənc yazara qəzəbləndi "İş yoxdur, neyləyək?"" (azərbaycanca). 13.01.2016. 2020-04-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-25.
  10. "Vüsalə Mahirqızıdan gənc yazara böyük dəstək" (azərbaycanca). Moderator.az xəbər portalı. 13.01.2016. 2020-04-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-25.
  11. "İşıq sönən zaman metroda qalan jurnalist başına gələnlərdən yazdı" (azərbaycanca). Sonxeber.az portalı. 04.07.2018. 2020-04-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-25.
  12. Pia.az xəbər portalı. "Sabir üçün çox uşaqsan, Ayxan" (azərbaycanca). Pia.az. 25.01.2018. 2020-04-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-25.
  13. Kulis.az. "Azərbaycan dilinin imkanlarının zəif olduğundan çox danışılır. Çoxları hesab edir ki, bu dildə şedevr yaratmaq az qala mümkün deyil. Nədənsə, dil məsələsi üzərində çox dartışılır, müzakirələr aparılır. Ancaq bunların hamısı onu göstərir ki, əslində mövzu heç də düzgün qoyulmayıb" (azərbaycanca). Kulis.az xəbər portalı. 13.03.2020. 2020-04-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-25.
  14. Sevinc Telmanqızı. "Bu günlərdə "Hər yer ədəbiyyat" kampaniyası ədəbi çevrələrdə geniş rezonans doğurub. Yazarlar Aysel Əlizadə və Ayxan Ayvaz canlı yayımda bu kampaniyanın məqsədi, ədəbiyyata verəcəyi töhfə və digər mövzular ətrafında danışıblar" (azərbaycanca). Yeni Müsavat TV. 08.10.2018. 2020-04-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-25.
  15. Mədəni Adam. ""Belə hoqqalarımız çox olacaq" – Ayxan Ayvaz #heryeredebiyyat-dan danışdı" (azərbaycanca). Aznews.az xəbər portalı. 05.10.2018. 2020-04-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-25.
  16. Rəvan Cavid. "Oxucuları əlimin içi kimi tanıyıram" (PDF) (azərbaycanca). Kaspi qəzeti. 14.09.2019. 2020-04-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-25.
  17. Məhəmməd Türkmən. "Ayxan Ayvazın imza günü keçirildi: "Yazmaq intihardan xilas edir"" (azərbaycanca). Yeni Müsavat qəzeti. 02.04.2017. 2020-04-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-25.
  18. Tural Cəfərli. "Dalaşdığım yazıçının çörəkli kitabı - Kulis.az gənc yazar Tural Cəfərlinin "Çörək ətirli kitab" yazısını təqdim edir" (azərbaycanca). Kulis mədəniyyət portalı. 19.07.2017. 2020-04-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-25.
  19. Şərif Ağayar. "Ayxan Ayvazın bu günlərdə çap olunan "Evimizdən gecə reportajı" ilk olaraq oxucunu başlıqdakı cümlə ilə silkələyir" (azərbaycanca). Avanqard mədəniyyət portalı. 12.12.2013. 2020-04-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-25.
  20. Ayxan Ayvaz. "Yadıma maraqlı bir xatirə düşdü. Təzə yazmağa başladığım günlərin birində mənə zəng gəldi ki, bəs gənc yazıçı (Allah saxlasın!) kimi sizi AzTv-yə dəvət edirik" (azərbaycanca). Lent.az xəbər portalı. 28.08.2019. 2020-04-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-25.
  21. Əsəd Cahangir. "Əsəd Cahangir: – "Ədəbi gənclik nə istəyir?"" (azərbaycanca). 29.08.2019. 2020-04-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-25.
  22. Kulis.az. "Azərbaycan yazarları gürcü jurnalında çap olunub. Gürcüstan Yazıçılar Birliyin Azərbaycan bölməsinin "Körük" və ikidilli "Şəfəq-Sxivi" ədəbiyyat və sənət jurnallarının ilk sayları işıq üzü görüb" (azərbaycanca). Kulis.az ədəbiyyat portalı. 30.04.2019. 2020-04-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-25.
  23. ""Ayxan Ayvazın başıbəlalı romanı çap olunur - Foto"" (az.). www.kulis.az = 2022-05-18. 2022-05-16. 2023-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-18.
  24. Sara. "Yazıçı Yaşarın gənc ədiblərlə görüşü olub" (azərbaycanca). 525-ci qəzet. 04.05.2010. 2020-04-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-25.
  25. Milli.az Mədəniyyət şöbəsi. "II Nəsimi Milli Ədəbiyyat Müsabiqəsinin qalibləri açıqlandı" (azərbaycanca). Milli.az. 15.04.2010. (#cite_web_url); (#accessdate_missing_url)
  26. Kulis.az saytının xəbərlər xidməti. "Kulis.Az Ayxan Ayvazın "Quran motivləri əsasında hekayələr" müsabiqəsi"ndə mükafata layiq görülən "Qaranlıq və işıq" hekayəsini təqdim edir" (azərbaycanca). Kulis mədəniyyət portalı. 13.05.2016. 2020-04-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-25.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]

- Yazılar

- Müsahibələr və çıxışlar