Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Aksi
Aksi, Akti (lat. Actium, yun. Άκτιον) — Yunanıstanın qərb sahilində, Arta körfəzindən İon dənizinə çıxan yerdə yerləşən burun. B.e.ə 31-ci il sentyabrın 2-də Oktavian (Avqust) Aksi yaxınlığında Antoni və Kleopatranın donanmasını məğlub etmişdir.
Aksi döyüşü
Aksi döyüşü — e.ə. 31-ci il sentyabrın 2-də Qədim Romada vətəndaş müharibəsi dövründə Aksi burunu yaxınlığında dəniz döyüşü. Oktavianın Aqrippanın komandanlığı altında döyüşən 260 gəmidən ibarət donanması həlledici vuruşda Antoni və Kleopatranın 230 gəmidən ibarət donanmasını əzmişdir. Döyüşün qızğın çağında savaşın uduzulduğunu zənn edən Kleopatra Misir donanmasına döyüşdən çıxmaq haqqında əmr verdi. Vuruşan gəmilər arasından sivişib qaçan 60 gəmi araya çaxnaşma saldı. Antoni Kleopatranın xəyanətinə inana bilmirdi. Antoni onun uğrunda vuruşub-ölən döyüşçüləri tərk edərək sürətli gəmiyə minib Kleopatranın ardınca getdi. Antoninin sərkərdəsiz qalmış donanması məğlubıyyətə uğradı və təslim oldu. Antoni ilə Kleopatra Misir İsgəndəriyyəsinə gəldilər.
Aksı rayonu
Aksı rayonu (qırğ. Аксы району) — Qırğızıstan Respublikasının Cəlalabad vilayətinin inzibati vahidi. İnzibati mərkəzi Kerben şəhəridir. == Tarixi == Bu rayon 29 oktyabr 1935-ci ildə Taş-Kumir rayonu olaraq qurulmuşdur. 16 noyabr 1942-ci ildə adı Cangi-Col rayonu olaraq dəyişdirilir və 6 mart 1992-ci ilə qədər bu adı daşıyır. 29 oktyabr 1958-ci ildə Karvan rayonu Cangi-Col brayonuna birləşdirilir. 1990-cı ilə qədər Oş vilayətinin bir hissəsi olur. == Coğrafiyası == Rayon vilayət mərkəzindən - Cəlalabad şəhərindən şimal-qərbdə, dəniz səviyyəsindən 1200 metr yüksəklikdə, Fərqanə vadisinin şimal kənarında yerləşir. Aksı rayonu Özbəkistanın Nəməngan vilayəti 4 rayonu (Yeni-Kurqan, Çartak, Uyçin və Üç-Kurqan) ilə həmsərhəddir. Aksı rayonunun Özbəkistan Respublikası ilə sərhədinin uzunluğu 142 km-dir.
Akaşi
Akaşi və ya Akasi (yap. 明石市) — Yaponiyanın Hyöqo prefekturada yerləşən şəhər.
Akri
Akri (port. Acre) — Braziliyanın şimal-qərbində yerləşən ştat. Şimalda Amazonas, şərqdə isə Rondoniya ştatı ilə sərhədlənir. Üstəlik cənub-şərqdən Boliviya, cənub-qərbdən isə Peru ilə sərhədə malikdir. Ştatın inzibati mərkəzi Riu-Brankudur. Ştatın adı Akri çayından götürülmüşdür. Akri Purus çayının əsas qollarındandır. Hindu dilində «Kaymanlar çayı» mənasını verir. == Coğrafiya == Ərazisi bütünlüklə Amazon hövzəsinə daxildir. Qərb sərhədində Serra-fu-Divizor dağı 609 metr hündürlüklə ştatın ın hündür nöqtəsidir.
Aksis
Aksis (lat. Axis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinə aid heyvan cinsi.
Aksiz
Aksiz — kütləvi istehlak mallarının bəzilərinə (duz, qənd, kibrit, tütün, spirtl i içkilər və s.), xidmətlərə (kommunal, nəql. və s.), həmçinin zinət əşyalarına (zərgərlik məmulatı) və mineral xammala onların qiymətlərinə daxil edilməklə qoyulan dolayı vergi növü. Aksiz vergisi yüksəkrentabelli məhsul istehsalından əldə olunan mənfəəti büdcə gəlirinə əlavə etmək məqsədilə qoyulur. Aksiz dərəcələri hökumət tərəfindən təsdiqlənir və bütün ölkə ərazisində vahid qaydada tətbiq olunur. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 246.
Aksu
Aksu (Ağsu) (Uyğurca: ئاقسۇ, Aksu shehiri, Çincə: 阿克苏/阿克蘇; Pinyin: Ākèsū) — Çin Xalq Respublikasının Sintszyan-Uyğur Muxtar Rayonunda bir şəhər. == Qəsəbə və kəndlər == Aksu şəhəri, beş məhəllə komitəsi (社区居民委员会; jūmínwěiyuánhùi), iki qəsəbə (镇 zhèn), beş küçə komitəsi (乡 xiāng), bir xüsusi məhəllə komitəsi, bir xüsusi bölgə və on dörd xüsusi küçə bölgəsi (虚拟乡) kimi yaşayış məntəqələrindən təşkil olunub. Ayrıca Bingtuan Ertuan (兵团二团; Bīngtuán Èrtuán) 1.2 km² yüzölçümünde Sintcan Məhsul və İnşaat Kolordusu (新疆生產建設兵團; Xīnjiāng Shēngchǎn Jiànshè Bīngtuán) bu bölgədə yerləşir. == Tarixi == Bu şəhərin çincə və ingiliscə digər adları: Aqsu New City, Akoso, New Aksu, A-k'o-su-hsien, A-k'o-su-hsin-ch'eng, Aqsu, Aksou, Ak Su Yangi Shahr, A-k'o-su, Aqsu Yangi Shahr, A-k'o-su-chen, Yangi-shahr ve Aksu New City. 502–550-ci illər arasında Hunlar, 552–648-ci illər arasında Göytürklər, 648–649-cu illər arasında Tan sülaləsi zamanında Çinlilər, təkrar 659-cu ildən etibarən 744-cü ilə qədər Göytürklər, 790 və 791 — təxminən 842-ci illər arasında Tibetlilər və 1006-cı ildən etibarən Qaraxanlılar 1032–1210-cu illər arasında Şərqi Qaraxanlılar, Şərqi Qaraxanlıları Qaraxitaylar yıxdıqdan sonra Qaraxitaylar, daha sonra; öncə 1227–1370-ci illər arasında Cığatay xanlığı daha sonra 1370–1514-cü illlər arasında Şərqi Cığatay xanlığı və yaxud Moğolustan bu bölgədə hegemonluq qurmuşdur. === Yarkənd xanlığı dönəmi === Şərqi Türkistanda 1514-cü və 1680-ci illər arasında Altışəhər (Altışəhr) olarak bilinən Xotan, Yarkənd, Yengihisar, Qaşqar, Ağsu və Üçturfan kimi şəhərləri əhatə edən bölgədə Yarkənd xanlığı, (mamlakati Yarkənd, məmləkati- Moğoliyə, məmləkəti-Səidiyə) hegemonluq qurmuşdur. XIX əsrin sonunadək, Aksu şəhəri geniş bazar-çarşıları və karvansarayları ilə bölgəsəl bir ticarət mərkəzi halına gəlmişdir. 1887-ci ildə Aksunu ziyarət eden Francis Younghusband, şəhər əhalisi 20,000, artı bir qarnizon və təxminən 2,000 nəfər əsgəri vardı,-deyə yazırdı. == İqtisadiyyat == Yeterincə su qaynaqları və ildə təxminən 200 günden artıq günəş işığı görən Aksu ətrafında taxılçılıq, əkinçilik, bağçılıq və bostançılıq çox inkişaf etmişdir. Bu səbəblə, Han Çinliləri 1980-ci illərdən bəri, yarıhərbi bir təşkilat olan Sincan Məhsul və İnşaat kolorduları qurmuş, məqsədi azlıq milliətlərin strateji sahələrini müstəmləkə halına gətirmək, işlənilməyən yerləri sömürmək üçün böyük mexanikləşdirilmiş dövlət fermaları və böyük bir sulama kanalı tikməyə başlamışdır.
Ansi
Ansi, həmçinin Annesi (fr. Annecy) – Fransanın şərqində şəhər. Yuxarı Savoyya departamentinin inzibati mərkəzi. Əhalisi 51 min (2005). Dəmir yolu qovşağı. Savoyya Alp dağlarının ətəklərində, Cenevrə–Qrenobl avtomobil yolu üstündədir. Elektrometallurgiya, diyircəkli yataq və ülgüc ləvazimatı istehsalı zavoddları, toxuculuq, kimya, kağız sənayesi müəssisələri var. İqlim kurortudur. Turizm inkişaf etmişdir.
Kaşı
Kaşı — keramika, daş, metal və hətta şüşə kimi davamlı materiallardan istehsal edilən parça.Kaşılar ümumiyyətlə dam, döşəmə, divar , duş və ya masa zirvələri kimi digər obyektləri örtmək üçün istifadə olunur.
Taksi
Taksi (fr. taximetre, lat. taxo — qiymətini müəyyən edirəm), taksomotor[mənbə göstərin] — getdiyi yolun haqqı taksometrə əsasən ödənilən sərnişin və ya yük avtomobili. Eyni zamanda həm yük, həm də sərnişin daşıyan taksilər də var. Taksi kimi seriya ilə buraxılan, həmçinin konstruksiyasında talsiyə məxsus xüsusiyyətlər nəzərə alınmış xüsusi avtomobillərdən istifadə olunur. İlk taksilər Londonda 1903-cü ildə işləməyə başlamışdır. Taksi dayanacaqlarında xüsusi işarələr qoyulur, bəzən dayanacaqlar rabitə vasitələri olan dispetçer məntəqələri və siqnalizasiya qurğuları ilə təchiz olunur. Marşrut taksiləri də var. Bəzi şəhərlərdə "ekspres-taksi" adlanan nəqliyyat hərəkəti təşkil olunur. Belə taksilər dayanacaqlara daxil olmur, şəhər daxilində hərəkət edərək sərnişinləri küçənin istənilən yerində maşına mindirir.
AKİS
Avtomatlaşdırılmış kitabxana informasiya sistemləri (AKİS) (ing. Integrated library system) — kitabxananın sifarişi və alınmasından tutmuş kitabxananın müştərilərinə kredit verilməsinə qədər kitabxana kolleksiyalarını izləmək üçün istifadə olunan kitabxana müəssisəsinin resurs planlaşdırılması sistemləri. Hər bir oxucu (ziyarətçi) və nümunə verilənlər bazasında AKİS-ə fəaliyyəti izləməyə imkan verən unikal identifikatora malikdir. Böyük kitabxanalar AKİS-dən kitabların və digər kolleksiyaların sifarişi və alışı, kataloqu, paylanması, materialların ehtiyatı və onların qaytarılmasını izləmək üçün istifadə edir. Kiçik kitabxanalar tez-tez bu xüsusiyyətlərdən bəzilərini istifadə edirlər. == Konsepsiyalar == Avtomatlaşdırılmış kitabxana informasiya sistemlərinin tərifi peşəkar vəzifələrin spektrinin aydınlaşdırılmasını tələb edir. Bu vəzifələrdən ənənəvi kitabxana texnologiyalarının avtomatlaşdırılmış texnologiyaları ilə əvəz edilməsi, əldə etməkdən başlayaraq müxtəlif istifadəçi xidmətləri ilə başa çatmaqda ön plana çıxır. Ənənəvi AKİS-in əsas elementi bütün funksiyaları ilə birlikdə elektron kataloqdur (EK). AKİS-də işləyərkən ənənəvi kitabxananın bütün xassələri çox dəyişmədən qorunur, ilk növbədə kolleksiyalar adi formada saxlanılır; EK-də tam mətnlərə, rəqəmlərə, audio və video materiallara keçidlər, həmçinin internet resurslarına keçidlər mövcuddur. Ənənəvi AKİS-nin əsas komponenti, konkret kitabxana baxımından istifadəçilərin kitabxana kolleksiyalarına ən rahat və adekvat çıxışını təmin edən kitabxana avtomatlaşdırma sistemidir (KAS).
AKŞ
Amerika Konfederativ Ştatları (həmçinin Konfederativ Ştatlar, Konfederasiya, AKŞ, ing. Confederate States of America, The Confederacy, CSA) — de-fakto müstəqil, tanınmamış dövlət. 1861–1865-ci illərdə ABŞ-nin quldarlıq tərəfdarı olan 11 cənub ştatının ABŞ-nin tərkibindən çıxdıqlarını elan edərək (sesessiya) yeni dövlətdə birləşmələri nəticəsində yaranmışdır. Həmin illəri əhatə edən vətəndaş müharibəsi nəticəsində məğlub olan Konfederativ Ştatların ərazisi ABŞ tərəfindən ələ keçirilərək 10 ildən artıq davam edən Cənubun rekonstruksiyası prosesindən sonra təkrarən ABŞ-nin tərkibinə qatılmışdır. == Tarixi == === Yaranması === Amerika Konfederativ Ştatları 1860-cı il prezident seçkilərində quldarlığın qatı əleyhdarı Avraam Linkolnun ABŞ prezidenti seçilməsinin təsdiqlənməsindən dərhal sonra, yəni 4 fevral 1861-ci ildə 6 cənub ştatı (Cənubi Karolina, Missisipi, Florida, Alabama, Corciya və Luiziana) tərəfindən elan olunmuşdur. Bu 6 ştat və martın 2-də onlara qoşulan Texas ABŞ-nin tərkibindən çıxdıqlarını və 1787-ci il Konstitusiyası ilə federal hökumətə həvalə edilən hüquqların ştatların öhdəsinə geri qaytarıldığını elan etdilər. Bu hüquqlara ştatların ərazisindəki hərbi obyektlər, limanlar və gömrüklər üzərində nəzarət, vergi və rüsumların yığılması daxil idi. AKŞ-nin yaranmasından bir ay sonra, martın 4-də ABŞ-nin 16-cı prezidenti Avraam Linkoln səlahiyyətlərinin icrasına başladı. Öz inauqurasiya çıxışında o, sesessiyanı hüquqi cəhətdən əsassız adlandırdı və cənub ştatlarına qarşı hərbi əməliyyatlara başlanmayacağını, lakin federal mülkiyyətin qorunması və vergi yığımı üzərindəki nəzarətin qorunması üçün güc tətbiq edilə biləcəyini bildirdi. 12 aprel 1861-ci ildə Cənubi Karolina ştatının qoşunları general Pyer Boreqarın rəhbərliyi altında ştatın ərazisindəki Çarlston limanında yerləşən Samter hərbi istehkamını bombalayaraq, buradakı qarnizonu təslim olmağa məcbur etdi.
Aki
Aki (yapon dilində 安芸国 Aki no Kuni) və yaxud Qeysyu (yap.芸州) — Yaponiyanın Honşu adasının qərbində yerləşən tarixi vilayət. Müasir dövrdə Hiroşima prefekturasının qərb hissəsini təşkil edir. Öncəki dövrlər vilayətin adı başqa iyeroqliflərlə 阿岐 yazılırdı. Müasir - 安芸 iyeroqliflərin qəbulu VII əsrdə baş vermişdir. Heyan dövrünün sonundan etibarən, Aki vilayətinin şöhrətini artıran amil, İsukusima məbədinin yerləşməsi olmuşdur. Məşhur sərkərdə Tayra no Kiyomori bu məbədə yeni binalar və dini mətn əlyazmaları hədiyyə etmişdir. İsukusima məbədi limana malik idi və vacib strateji əhəmiyyətli yer hesab olunurdu. Senqoku dönəmində Akidə Mori klanı hakim idi. 1555-ci ildə Mori Motonari İsukusima döyüşündə Sue Xaratukanı məğlub edərək, Honşu adasının bütün qərb hissəsini tamamilə əlinə keçirmişdir. Totoyami Xideyesinin öz oğlu üçün təyin etdiyi beş qəyyumdan biri olan Mori Terimoto, Sekiqahara döyüşündən öncə, İsida Misunarinin tərəfinə keçmiş və bununla da torpaqlarından çoxunu, o cümlədən də Aki vilayətini itirmişdir.
Asi
Asi (عاصی - üsyançı):
Ekşi Sözlük
Ekşi Sözlük — Türkiyədə qeydiyyatlı yazarların şərhləri olan bir sözlükdür. == Tarixi == 1999-cu ildə "sourtimes.org" saytının bir hissəsi olaraq Sedat Kapanoğlu tərəfindən yaradılmışdır. Şüarı "Müqəddəs məlumat mənbəyi" dir. Girilən ilk başlıq "pena" dır.[mənbə göstərin] daha sonra populyarlığının artması ilə sourtimes.org'un əsas parçasına çevrildi. Sedat Kapanoğlu bir çox çıxışında, "Otostopçu Qalaktika Bələdçisi " kitabının Ekşi Sözlükü qurmaq üçün bir ilham olduğunu bildirdi. 21 fevral 2023-cü ildə, Türkiyədə internet istifadəçilərinin sayta girişi Türkiyə İnformasiya Texnologiyaları və Kommunikasiya Qurumu tərəfindən bağlanıb. == Qaydalar == Müəlliflərin yazıları sözlük qaydaları daxilində yoxlanılır və uyğunsuz olduğu məqalələr moderatorlar və gammaz adı verilən könüllü lüğət üzvləri ilə birlikdə silinir. Ancaq on birinci nəsil satınalmalardan sonra gammizm statusu yalnız müəyyən bir müəllif qrupuna deyil, hər bir müəllifə verildi". == "Çaylak" lar == Ekşi Sözlükdə qeydiyyatdan keçdikdən sonra entry yazmaq olur. Çaylak statusuna sahib şəxslər uzun bir marafon ardından - bu 10 il də olabilər 10 ay da - bu şəxs ya yazar olur ya da passiv qalaraq heçnə olmur.
Helsinki aktı
Helsinki aktı — 1975-ci il avqustun 1-də Finlandiyanın paytaxtı Helsinkidə Avropanın 33 dövlətinin, ABŞ və Kanadanın dövlət və hökumət başçılarının müşavirəsi oldu. Onlar Avropada təhlükəsizlik və əməkdaşlıq haqqında Zirvə aktını imzaladılar. 1960-cı illərin sonu 70-ci illərin əvvəllərində sosialist və kapitalist ölkələri arasında münasibətlərin yaxşılaşması, NATO ilə Varşava Müqaviləsi Təşkilatı arasında hərbi-strateji tarazlığın yaranması beynəlxalq aləmdə "soyuq müharibə"dən gərginliyin zəiflədilməsinə doğru dönüş yaratmış oldu. 1970-ci ildə SSRİ-AFR, AFR-Polşa arasında müqavilələrin imzanlanması, 1971-ci ildə SSRİ, ABŞ, İngiltərə və Fransa arasında Qərbi Berlinə dair dördtərəfli sazişin bağlanması, 1972-ci ildə AFR və ADR arasında münasibətlərin normallaşması haqqında müqavilənin bağlanması gərginliyin zəiflədilməsinə güclü təkan verdi. Bu da Ümümavropa müşavirəsinin hazırlanması və çağırılmasına şərait yaratdı. 1969-cu ildə Vyanada təhlükəsizlik və əməkdaşlıq uğrunda Ümumavropa qeyri-hökumət konfransı keçirildi. Konfransda Avropanın 26 ölkəsinin və 23 beynəlxalq ictimai təşkilatı təmsil edən 300 nümayəndə iştirak edirdi. Onlar Ümumavropa təhlükəsizlik sisteminin yaradılması üçün Helsinkidə müşavirənin çağırılmasını müdadifə etdilər. 1972-ci ildə NATO ölkələri Ümumavopra müşavirəsini hazırlamaq üçün məslətələşmələrdə iştirak etməyi qərara aldılar. Çoxtərəfli məsləhətləşmələrdən sonra 1973-cü ildə "Mavi kitab" adı almış yekun tövsiyələri razılaşdırıldı.
Konstitusiya aktı
Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı — Azərbaycan Ali Sovetində aparılan müzakirələrdən sonra 18 oktyabr 1991-ci ildə qəbul edilmişdir. Bu Konstitutsiya Aktı ilə Azərbaycan Respublikasının dövlət müstəqilliyi bərpa edilmişdir. 1991-ci il dekabrın 29-da ümumxalq referendumunda məsələ müzakirəyə çıxarılıb və əhalinin 95%-i səsvermədə iştirak edərək ölkənin müstəqilliyinə, suverenliyinə və istiqlaliyyətinə səs verib. == Tarixi == 30 avqust 1991 — Ali Sovetin növbədənkənar sessiyasında gərgin müzakirələrdən sonra "Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında" Bəyannamə qəbul olundu. Sənəddə Azərbaycan Respublikasının 1918–1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu vurğulanırdı. Bununla yanaşı, parlament Azərbaycanın dövlət müstəqilliyinin konstitusion əsaslarını yaratmaq üçün ayrıca qanunun – Konstitusiya Aktının hazırlanması barədə qərar qəbul etdi. Bəyannamənin mətni belə idi: 1991-ci il oktyabrın 8-də Azərbaycan Ali Sovetinin işə başlanan növbədənkənar sessiyası 4 gün müzakirələr aparıb. Nəhayət, 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd — Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilib. Həmin vaxt aktın lehinə Ali Sovetin 360 deputatından 258-i səs verir, yerdə qalanlar ya sessiyaya qatılmayıb, ya da onun əleyhinə səs veriblər. Azərbaycan Respublikasının Ali Soveti Azərbaycan Milli Şurasının 1918-ci il mayın 28-də qəbul etdiyi İstiqlal Bəyannaməsinə, Azərbaycan Respublikasının demokratik prinsiplərinin və ənənələrinin varisliyinə əsaslanaraq və "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında" Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsini rəhbər tutaraq bu Konstitusiya Aktını qəbul etmiş və müstəqil Azərbaycan Respublikasının dövlət quruluşunun, siyasi və iqtisadi quruluşunun əsaslarını təsis etmişdir.
Kvebek aktı
Formal olaraq,Britaniyanın Şimali Amerika aktı kimi tanınan Kvebek aktı(1774),əyalətdə idarəetmə prosedurlarını müəyyənləşdirən Böyük Britaniya Parlamentinin aktı idi.Aktın əsas komponentləri bunlar idi: Protestant inama istinad sədaqət andından çıxarılırdı; Katolik məzhəbinin azad praktikasına icazə verilirdi; İngilis ümumi qanununa müvafiq olaraq,xüsusi hüquq məsələləri üzrə fransız mülki hüququnun istifadəsi bərpa edildi; İnzibati müraciətlər,məhkəmə proseduru və cinayət təqibi daxil olmaqla,ictimai hüquq məsələləri üzrə ingilis ümumi hüququ təsdiqləndi; Katolik kilsəsinin desyatinləri tətbiq etmək hüququnu bərpa etdi. Bu aktın 13 koloniyadakı kimi Kvebekin özündə də,genişmiqyaslı təsirləri vardı.Kvebekdə britaniya və cənubdan olan mühacirlər onun siyasi azadlığın aradan qaldırılması kimi gördükləri müddəalarına qarşı etiraz etdilər.Bu akt 13 koloniyada qəbul olunmuş 5 akta oxşar olan bir akt idi(5+1).Bunlar hamısı Britaniya Parlamentinin iclaslarında qəbul edilmişdi.Amerikalılar Kvebek aktını Katolik məzhəbinin yaradılması kimi şərh edirdilər.Amerikalılar Fransız-hindu müharibəsi zamanı ağır şəkildə mübarizə aparmışdılar və hazırda onlara bu aktda verilən müddəaları özlərinə təhqir kimi görürdülər.Yeddi illik müharibədən sonra sülh 1763-cü il Paris müqaviləsi ilə reallaşdı.Müqavilənin şərtlərinə görə,Fransa dəyərli bildiyi şəkər istehsalı olan Qvadelupa və Martinikanı saxlamaq əvəzini istəyərək,Yeni Fransanı güzəşt etdi.Britaniyaya Yeni Fransa az qiymətli hesab olunurdu.O zaman onun tək kommersiya məhsulu qunduz dərisi idi.Fransa tərəfindən Kanada adlandırılan Müqəddəs Lavrenti çayı ərazisi sonradan ingilislər tərəfindən Kvebek adlandırıldı.1774-cü il aktında Katolik dininin istifadəsinə icazə verilməsi ilk dəfə olaraq Fransız kanadalıların öz etiqadlarından imtina etmədən əyalət hakimiyyətində hüquqi cəhətdən iştirakına imkan verdi.Dayandırılmış desyatinlərin yığımını bərpa etdi və əyalətə qayıtmaq üçün yezuit keşişlərə icazə verdi.Akt həmçinin,əyalət hökumətinin hüquqlarını müəyyən etdi.Qubernator kral tərəfindən təyin olunurdu.O,qanunvericilik Şurasının köməyilə idarəçilik edirdi.Seçilmiş parlament Assambleyası üçün isə müddəalar yox idi.Torpaq bölgüsündə isə idarəedici vasitə kimi senyorial sistem bərpa edildi.Bu fransızların əyaləti idarə etdiyi sistem idi.Bu akt vətənpərvərləri qəzəbləndirdi və onlar tərəfindən bu akt dözülməz aktlardan biri adlandırıldı və amerikan inqilabının gəlməsinə də öz töhfəsini verdi.Kvebek aktı həmçini Kvebekin ənənəvi sərhədlərindən heç vaxt kənarda həyata keçirilmirdi.13 koloniyada isı mahiyyət ondan ibarəət idi ki,o vətənpərvərləri qəzəbləndirir və tacı dəstəkləyənləri təşvişə salırdı.
Maksi Lopez
Maksimiliano "Maksi" Qaston Lopez (3 aprel 1984[…], Buenos-Ayres) — Argentinalı keçmiş peşəkar futbolçu. Meydanda əsasən hücumçu mövqeyində oynayıb. Maksi Lopez həm Argentina, həm də İtaliya pasportuna malikdir. Futbolçu El Rubio ("Sarışın") və La Gallina de Oro ("Qızıl Toyuq") ləqəbləri ilə tanınır. == Klub karyerası == Lopez karyerasına 1997-ci ildə "River Pleyt" klubunda başlayıb. "River Pleyt"in heyətində 19 avqust 2001-ci ildə, 17 yaşında "Talleres de Kordoba" ilə oyunda debüt edir. Elə həmin mövsüm o, gənclər komandasında ilə beş mövsüm keçirdikən sonra rəsmi olaraq komandanın əsas heyətinə yüksəlir. Klub ilə 2002, 2003 və 2004-cü illərdə Torneo Klausuranın qalibi olur. Lopez 2005-ci ilin yanvarında İspaniya nəhəngi "Barselona" klubuna keçənə qədər klubda qalır. "River Pleyt"in heyətində 56 oyuna çıxaraq, 13 qol vurub.
Maksi Rodriges
25 yaşlı yarımmüdafiəçi 2002-ci ildən İspaniya çempionatında çıxış etsə də, DÇ-2006-dək Argentina millisində cəmi 13 oyun keçirmişdi və adıçəkilən ölkələrdən kənarda yaxşı tanınmırdı. Avropadakı karyerasına 2002-ci ildə «Saraqosa»da başlasa da, elə həmin il «Espanyol»a keçib və 2005-ci ilə kimi burada oynayıb. Həmin dövrdə klubda beş məşqçi dəyişsə də, onun əsas heyətdəki yeri toxunulmaz qalıb. 2004/05 mövsümündə «Espanyol»un heyətində İspaniya primerosunda 15 qol vuraraq ölkənin aparıcı klublarının diqqətini cəlb edib və ötən ilin yayında Madrid «Atletiko»suna keçib. Yeni komandasında isə ötən çempionatda 10 dəfə fərqlənib. O, 2005-ci ildə Argentina yığmasının heyətində Konfederasiyalar kubokunda hücumçu kimi yer alıb (2 oyun keçirib). DÇ-2006-da isə hücuma meylli yarımmüdafiəçi mövqeyində çıxış etməyinə baxmayaraq, məhsuldar oyun nümayiş etdirir. O, ilk 4 oyunda 3 qol vuraraq yarışın bombardirləri arasında qərarlaşıb. Bundan başqa, 1/8 finalda Argentina – Meksika (2:1) matçının ən yaxşı oyunçusu seçilib. 25 yaşlı futbolçu meydanda etibarlı oyunu ilə seçilir və məşqçinin tapşırıqlarını dəqiq yerinə yetirməyə çalışır.
Maqnitski aktı
Maqnitski aktı (ing. Magnitsky Act) — 2012-ci ildə ABŞ Konqresi tərəfindən qəbul edilmiş qanun, insan hüquqlarının pozulmasında günahkar olan şəxslərə tətbiq edilir. Sənəd Hermitage Capital Fondunun hüquqşünası Sergey Maqnitski Moskva təcridxanasında istintaq zamanı öldükdən sonra qəbul edilib. Hazırda Amerikanın siyahısına 18 nəfər daxildir. ABŞ Maliyyə Nazirliyi tərəfindən tərtib olunmuş siyahiya daxil edilən Rusiya və MDB dövlətlərindən olan 18 şəxsə qarşı maliyyə və viza qadağaları tətbiq edilib. == Zəmin == Sergey Maqnitski 2009-cu ildə Moskvanın istintaq təcridxanasında vəfat edib. Həbsindən əvvəl hüquqşünas çoxmilyardlıq büdcə vəsaitlərinin mənimsənilməsini araşdırıb. Hüquqşünasın təmsil etdiyi Hermitage Capital bildirib ki, Sergey Maqnitski oğurluqda suçladığı şəxslər tərəfindən şərlənərək məhbəsə atılmışdır. == Qanun == == Siyahı == Siyahıdakı ilkin 16 adam bilavasitə Hermitage Capital şirkətinin hüquqşünası Sergey Maqnitskinin ölümünə aidiyyətda şübhəli bilinən şəxslərdir. Siyahıda olanlardan biri — Artyom Kuznetsov 1975-ci ildə Bakıda anadan olub.
Ralf Bakşi
Ralf Bakşi (d. 29 oktyabr 1938) — Krımçak kökənli amerikalı film rejissoru. 1972-ci ildən 1994-cü ilə qədər beşini özünün yazdığı doqquz filmə rejissorluq etmişdir. Altı animasiya filmində kiçik səsləndirmələr ilə kameo etmişdir. Bakşi 1957 və 1968-ci illər arasında animasiya seriyalarında çalışmışdır. 1972-ci il tarixli "Fritz the Cat" ilə ilk dəfə rejissorluq etdi. "Fritz the Cat" Amerika Kino Filmləri Birliyindən "X sertifikatı" alan ilk animasiya filmi olmuşdur. Ardından Bakşi daha çox film istehsal edə bilmək üçün "Heavy Traffic", "Coonskin" ve "Hey Good Looking" adlı filmlərə rejissorluq etdi. Bakşi bundan əlavə, fantaziya janrındakı "Wizards", "Lord of Rings" və "Fire and Ice" adlı filmlərə rejissorluq etmişdir. Bakşinin son filmi Bred Pitt, Qabriel Bryne və Kim Basingerin oynadığı, 19922-ci ildə ekranlara gələn "Xəyal Dünyası"dır.
Sezen Aksu
Sezən Aksu (13 iyul 1954, Sarayköy, Dənizli vilayəti) — Türkiyə müğənnisi, bəstəkarı və söz yazarı. 2010-cu ildə adı Amerikan NPR radiosu tərəfindən təyin olunan "50 Böyük Səs" siyahısında yer almışdır. Sezən Aksunun musiqi karyerasında 23 albom nəşr olunmuşdur. Hər iki valideyni müəllim olan Aksu üç yaşında ailəsiylə İzmirə köçdü. Bu müddətdə üsyankar şəxsiyyəti ilə diqqət çəkən Aksu rəqqasə olma xəyalı qurmağa başladı. Sənətçi daha sonra bu müddət üçün "Allah atama ağrıdı da müğənni oldum" demişdir. Gəncliyində sənətin bir çox növünə maraq duyan Aksu 1970-ci ildə Həftə Sonu adlı jurnalın açdığı səs yarışmasında altıncı oldu. 1973-də Egey Universiteti Əkinçilik Fakültəsinə başlayan sənətçi 1974-də üç mahnısını bir val şirkətinə göndərdi. Eyni il Ali Əngin Aksu ilə evlənən sənətçi məktəbindən də ayrıldı. 1974-ün son aylarında val istehsalı üçün İstanbula getdi.
Sezən Aksu
Sezən Aksu (13 iyul 1954, Sarayköy, Dənizli vilayəti) — Türkiyə müğənnisi, bəstəkarı və söz yazarı. 2010-cu ildə adı Amerikan NPR radiosu tərəfindən təyin olunan "50 Böyük Səs" siyahısında yer almışdır. Sezən Aksunun musiqi karyerasında 23 albom nəşr olunmuşdur. Hər iki valideyni müəllim olan Aksu üç yaşında ailəsiylə İzmirə köçdü. Bu müddətdə üsyankar şəxsiyyəti ilə diqqət çəkən Aksu rəqqasə olma xəyalı qurmağa başladı. Sənətçi daha sonra bu müddət üçün "Allah atama ağrıdı da müğənni oldum" demişdir. Gəncliyində sənətin bir çox növünə maraq duyan Aksu 1970-ci ildə Həftə Sonu adlı jurnalın açdığı səs yarışmasında altıncı oldu. 1973-də Egey Universiteti Əkinçilik Fakültəsinə başlayan sənətçi 1974-də üç mahnısını bir val şirkətinə göndərdi. Eyni il Ali Əngin Aksu ilə evlənən sənətçi məktəbindən də ayrıldı. 1974-ün son aylarında val istehsalı üçün İstanbula getdi.
Adsız adası
Adsız adası — Bakı arxipelaqında Azərbaycana məxsus ada. Heç bir yaşayış əlaməti yoxdur. Maksimum uzunluğu 0,1 km təşkil edir. Sahildən 17,5 km uzaqlıqda yerləşir Ada Səngi-muğan və İqnat daşı (Daşlı adası) adasının arasında yerləşir.