Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Aladin
Aladin – Azərbaycan Respublikasının Zəngilan rayonunun Gilətağ kənd inzibati ərazi dairəsində kənd. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 30 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Tarixi == Aladin kəndi Dağlıq ərazidədir. 1826-28-ci illər, Rusiya-İran müharibəsindən sonra Cənubi Azərbaycanın Aladin kəndindən gəlmiş azərb. ailələr tərəfindən salınmışdır. Şərur r-nunda Aralıdağ yaxınlığındakı kənd xarabalığı da Aladin adlanır. Tədqiqatçılar bu oykonimin alan və dən sözlərindən ibarət olub, "hamar, düz yer" və "vilayət, dairə" mənasını ifadə etdiyini söyləyirlər. Lakin əslində bütün türkdilli xalqların toponimiyasında geniş yer tutan ala topokomponenti "müxtəlif rəngli; qonur rəng; böyük, geniş" mənalarını bildirir. 1917-ci ildə Lənkəran qəzasında Alabin kəndi qeydə alınmışdır.
Şamil Aladin
Şamil Aladin (d. 12 iyul 1912, Bağçasaray, Rusiya imperiyası – 21 may 1996, Simferopol, Ukrayna) – Krım tatarı olan yazıçı, şair, tərcüməçi və insan haqları aktivisti. Şeirlə başladığı ədəbiyyat həyatına daha sonra nəsr və qurğusal olmayan əsərlərlə davam etmişdir. Kamil Şamil Aladin 12 iyul 1912-ci ildə Rusiya imperiyasına tabe olan Bağçasarayın Mahuldur adlı tatar kəndində anadan olmuşdur. 21 may 1996-cı ildə Ukraynaya aid olan Simferopolda vəfat etmiş və Simferopoldakı Abdal məzarlığında dəfn edilmişdir. Baxçasarayda 7 illik təhsil görmüşdür. Ağməsciddə (Simferopol) Pedoqogika Tenxikomunu bitiridkdən sonra, Pedinstitutda təhsil almışdır. 1932-ci ilin sonunda Qırmızı Orduya çağırılmış, Qızıl Kazak Atlılar bölüyündə xidmət etmişdir. 1935-ci iıdə Qızıl qazaxın yırları adlı ikinci şer kitabı nəşr edilmişdir. 1937-ci ildə SSRİ Yazıçılar Birliyinə üzv kimi qəbul edilmişdir.
Abadan
Abadan (fars. آبادان‎) — İranın Xuzistan ostanında yerləşən liman şəhəri. Şəttülərəb çayı sahilində portdur. Əhalisi 415 min (2005) nəfər. Avtomobil yolları qovşağıdır, beynəlxalq aeroporta malikdir. Ölkənin iri neft emalı və neft-kimya sənayesi mərkəzidir. Tehran və İsfahan boru kəmərlərinin başlanğıc məntəqəsidir. Xam neft və neft məhsulları ixrac edilir. == Tarixi == Şəhər 8-ci əsrdən məlumdur. Abbasilər dövründə liman şəhəri kimi fəaliyyət göstərirdi.
Abadin
Abadin — İspaniyanın Qalisiya muxtar bölgəsinin Luqo vilayətində bələdiyyə. == Əhalisi == Abadin bələdiyyəsinin əhalisi 2005-ci ilin əhali siyahıyaalmasına görə 3201 nəfərdir. == Coğrafiyası == Abadín Terra Çanın şimal-şərqində yerləşir. Bələdiyyədən Serra do Xistral, Kordal de Neda, Labrada və Abadin çayları keçir. Orta hündürlüyü 500 m, ən yüksək nöqtəsi isə 1015 m olan Lombo Pequenodur. Abadinin kəndlərində Ouro, Labrada, Abadin, Pontiga, Santandrea, Pedrido, Anllo, Arnela və Fraga Vella çaylarının keçdiyi və dağlarla əhatə olunmuş münbit vadi üstünlük təşkil edir. Bunlar Cordal de Neda, Toxoso, Tremoal, Couto da Cal və A Fraga das Vigas'ın mühüm dağları və yaxınlıqdakı Costa do Sol və O Picouto dağlarıdır. == İqlimi == Orta illik temperatur təxminən 10°C-dir. Yağıntılar yüksəkdir, 1799 mm/il. Qışları soyuq və yağışlı, yayı isə quraq keçir.
Aladağ
Aladağ — Adana ilinin ilçəsi. Şərqində Kozan ilçəsi, cənubunda İmamoğlu ve Qaraisalı ilçələri, qərbində Pozantı ilçəsi və şimalında Niğdə ilə Kayseri illəri vardır. Ərazisi 1.347 km² olub əhalisi 2008-ci il əhalinin siyahıyaalınma məlumatına görə 18.249 nəfərdir. İlçənin inzibati mərkəzi Aladağ qəsəbəsidir. Əvvələr Karsantı adı ilə Qaraisalı ilçəsinə bağlı bir bucaq olan ilçə, 1987-ci ildə ilçə olmuşdur. İlçənin şimal hissəsində Tavr Dağlarının Aladağlar adı ilə tanın qismi mövcuddur. İlçə də adını bu dağlardan almaqdadır. İlçə coğrafi baxımdan dağlıq bir ərazidə olduğundan kənd təsərrüfatında məhsuldarlıq aşağıdır. İlçə, 6360 saylı qanunla Böyükşəhər ilçə bələdiyyəsi statusuna malik olmuş, 31 məhəlləsi vardır. Turizm baxımın ən məşhur yerləri; Akören Kilisəsi, Meydan Qalası, Ağacakisə Abidə Ağac, Simit Şəlaləsi, Eğner, Kapuzbaşı Şəlaləsi, Mazılıq Örən Qalası, Posyağbasan Qalası, Sandıqlı su ve Acı sudur.
Aladaş
Aladaş silsiləsi — Baş Qafqaz silsiləsinin cənub-şərq qolu. Aladaş dağı — Zəngilan rayonu ərazisində dağ; Aladaş dərəsi — Zəngilan rayonu ərazisində dərə.
Alanin
Alanin (Ala, A) (HO2CCH(NH2)CH3) eyni zamanda 2-aminopropanoik turşusu olaraq adlandırılır. Ən çox istifadə olunan aminturşulardandır. Proteinlərin təxminən %7.8'i alanin özülündən ibarətdir. D-alanin, bəzi bakteriyaların hüceyrə divarlarında və peptid antibiotiklərin formullarında da vardır.
Alaqur
Alavus
Alavus — Finlandiyanın Cənub Ostrobotniya bölgəsində yerləşən şəhər. Bölgənin cənub-şərqində yerləşir. Sahəsi 1 151 46 km²-dir və əhalisi 31 avqust 2017-ci il tarixində siyahıyalınmasına əsasən 11 746 nəfər təşkil edir. Alavusda kənd təsərrüfatı və meşəçilik təsərrüfatı əhalinin əhəmiyyətli bir hissəsinin fəaliyyət sahədisir və şəhərdəki sənayenin əksəriyyəti tikinti ilə bağlıdır. Alavusda ümumilikdə 324 km ərazisi olan 60 göl var.
Alazan
Alazan çayı — Kürün ən böyük sol qolu olan çay. Alazan (raket) — Kənd təsərrüfatı əkinlərinin dolu buludlarından qorunması üçün nəzərdə tutulmuş 82 mm çaplı sovet istehsalı raket.
Alaşan
Alaşan — Mərkəzi Asiya ərazisində (Çin), Qobi səhrasının bir hissəsini təşkil edir ("Alaşan Qobisi"). Səhra cənub-qərbdən Nanşan dağları, şimaldan Çin, Monqolustan sərhədi, cənub-şərqdən Xuanxe çayı əhatələnir. Burada Badln-Caran, Holalis, Tenqer və Ulanpuxo adlı qumlu massivlər yerləşir. Səhra ərazisində dünyanın ən hürndur barxanı yerləşir (39°53′09″ şm. e. 102°26′52″ ş. u.). Barxanın hündürlüyü 405 metr təşkil edir.
Alraun
Alraun (alm. Alraune‎) — Avropa xalqlarının mifologiyasında mandraqoranın köklərində yaşayan humanoid mifik varlıqlar. Onlar aşağı dərəcəli ruhlardır. == Xüsusiyyətləri == Ümumi olaraq, onlar insanlara qarşı mehribandırlar, lakin təxribat törədə də bilərlər. Alraunlar pişiklərə, qurdlara və kiçik uşaqlara çevrilərək formasını dəyişdirə bilirlər. Onlar daha qəddar xasiyyətə malik olan, mədənlərdə və aditlərdə yaşayan koboldlara bənzəyirlər. Müasir alraunlar demonoloqlar tərəfindən mandraqoralardan insan məskənlərinə köçürülmüşdür. Onların xüsusiyyətləri poltergeystlərə oxşardır. İnsanlar evlərindən zibil çıxarıb süd içməsələr, alraunlar orada məskunlaşırlar. Odur ki, insanların alraunlardan qurtulması faktiki olaraq mümkün deyil.
Aradan
Aradan — İranın Simnan ostanının şəhərlərindən və Aradan şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,959 nəfər və 1,380 ailədən ibarət idi.
Kalavun
Əbül-Məali əl-Məlikül-Mənsur Seyfəddin Kalavun əl-Əlfi əs-Salihi (d.1222 — ö. 1290)—Məmlük sultanı (1279–1290). == Həyatı == Qıpçaq türklərindən olub, həyatının ilk dönəmləri haqqında bilgi yoxdur. Monqolların 1244-cü ildə Dəşt-i Qıpçaqı istilası sırasında əsir düşdü. Bir kölə tüccarı tarafından Misirə götürülərək Əyyubi sultanı əl-Məlikül-Adilin məmlüklərindən Əmir Əlaəddin Ağsunqur əs-Sakiyə satıldı. Daha sonra Əyyubi sultanı əl-Məliküs-Salih Əyyuba satılan Kalavun (1249), azad edilərək Ravza adasındaki Bəhriyyə məmlükləri adı verilən yeni əsgəri birliyə daxil edildi. Mənsubu olduğu Bəhriyyə məmlüklərinin liderlərindən Farisəddin Aktayın Məmlük dövlətinin ilk sultanı İzzəddin Aybək tərəfindən öldürülməsi üzərinə bir qisim əmirlər, Baybars və diğər arxadaşlarıyla birlikdə Suriyaya qaçdı (1254). Suriya Əyyubi hökmdarı əl-Məlikün-Nasır Yusifin xidmətində gəçirdiyi üç ilin ardından Kərək hakiminin xidmətində çalışmağa başladı. 1259-cu ildə Suriya Elxanlılar dövlətinin hücumlarına uğrayınca arxadaşlarıyla bərabər Misirə dönüb yeni sultan Qotazın xidmətinə girdi. Kalavun daha sonra, Məmlük Sultanı Qotazı ortadan qaldırıb, taxta keçən I Baybars əl-Bundukdarinin yanında yer aldı.
Aldan
Aldan çayı — Rusiyada çay. Aldan (şəhər) Rusiyada şəhər.
Alden
Alden — Norveçin Askvoll məntəqəsində ada. Sahəsi 3.4 km² ada Sunfyord regionunun sahil ərazisi boyunca uzanır. Alden adası Dalsfyordenin fyordunun dənizə açılan hissəsindən bir neçə km qərbdə, Verlandet adasından 2 km şərqdə, Atloyna adasından isə təxminən 5 km qərbdə yerləşir. Sakinlər adanın cənub sahilində yaşayır. Aldendə yeganə nəqliyyat vasitəsi qayıqdır və daima adada dayanan bərələr yoxdur. Adaya ən yaxın bərə dayanacağı təxminən 2.2 km cənub-şərqdə Verlandet adasındadır. Verlandetdəki bərə Askvollun kəndinə çatmaq üçün şərqə doğru təqribən 20 km yol qət edir. Ada ən çox özünün 460 metr hündürlüyündəki Norskehesten dağı ilə diqqət çəkir. Dağ adanın sahil xəttlərinə dik görüntü verir. İnsanların məskunlaşa biləcəyi yeganə yer adanın cənub sahilindəki kiçik düzənlik ərazidir.
Laqun
Laqun (it. laguna, lat. lacus) rus. лагуна, ing. lagoon) – okeandan (dəniz-dən) bar, dil, mərcan rifləri ilə ayrılmış və nadir hallarda onunla dar boğazlarla birləşmiş dayaz su hövzəsi. Daha çox atollun daxilində rast gəlinir. — kiçik su tutarı olub dənizdən ensiz qumdan ibarət dil və ya mərcan rifi ilə ayrılır. Laquna tipik nümunə Venesiya şəhərinin yerləşdiyi ərazini göstərmək olar. İlk əvvəllər elə laqun adlanan termin Venesiyanın yerləşdiyi əraziyə şamil edilirdi. Sonradan bütün dünyada yerləşən bu tip coğrafi obyektlərə şamil olunmuşdur.
Plaun
Plaun (lat. Lycopodium) — bitkilər aləminin plaunopsidlər sinfinin plaunçiçəklilər dəstəsinin plaunkimilər fəsiləsinə aid bitki cinsi.
Euonymus alatus
Euonymus alatus (lat. Euonymus alatus) — bitkilər aləminin celastrales dəstəsinin celastraceae fəsiləsinin gərməşov cinsinə aid bitki növü.
Euseius alatus
Euseius alatus (lat. Euseius alatus) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin euseius cinsinə aid heyvan növü.
Haldun Taner
Haldun Taner — Türkiyə yazıçısı, jurnalist. == Həyatı == Haldun Tanerı 16 mart 1915-ci ildə İstanbulda anadan olmuşdur. Orta təhsilini 1935-ci ildə Qalatasaray Sultanisində bitirib məzun olandan sonra dövlət tərəfindən təhsilini davam etdirmək üçün Almaniyaya — Heidelberq Universitetinə göndərilib. 1938-ci ildə ağır vərəm xəstəliyinə görə təhsilini yarım qoyub vətəninə qayıdır. 1938–1942-ci illərdə Erenköy Sanatoriyasında müalicə olunur. Ali təhsilini 1950-ci ildə İstanbul Universiteti Ədəbiyyat Fakültəsi Alman Filalogiyası bölməsində tamamlamışdır. 27 may 1960-cı ildəki hərbi çevrilişi nəticəsində universitetdən uzaqlaşdırılan və 147-lər adlanan alimlər arasında idi. == Yaradıcılığı == Ədəbiyyat yaradıcılığına gənclik illərində yazdığı eskizlərlə başlamışdır. "Töhmət" adlı ilk hekayəsi 1946-cı ildə Yedigün jurnalında "Haldun Yağcıoğlu" təxəllüsü ilə çap edilmişdir. Yazıçılıqla yanaşı İstanbul Universiteti Qəzetçilik İnstitutunda, Ankara Universiteti Dil və Tarix-Coğrafiya Fakültəsində, İstanbul Universiteti Ədəbiyyat Fakültəsində ədəbiyyat, sənat tarixi ve teatr dərsləri verən Haldun Taner, Milliyət Qəzetində redaktor işləyərkən, 7 may 1986-cı ildə İstanbulda vəfat etmişdir.
Makbule Atadan
Makbulə Atadan (1885, Saloniki – 18 yanvar 1956, Ankara), Türk yazıçı və siyasətçidir. Mustafa Kamal Atatürkün bacısıdır. == Həyatı == 1885-ci ildə Salonikidə dünyaya gəlib. Balkan müharibələrindən sonra anası Zibeydə xanım ilə birlikdə İstanbula köçüb. Cümhuriyyətin elanından sonra Ankaraya getdi. Bir müddət qardaşı Mustafa Kamal ilə qaldıqdan sonra Çankaya Köşkü ərazisi içində onun üçün inşa edilən Camlı Köşkə yerləşdi. 1930-cu ildə Atatürkün istəyi ilə Fəthi Okyarın qurduğu Sərbəst Cümhuriyyət Firqəsinə girən Makbulə Xanım bir neçə ay sonra partiya bağlandıqdan sonra siyasətdən çəkildi. Atadan əslən Gümülcinəli bir fabrik sahibi olan Ədirnə millətvəkili Məcdi Boysan ilə evləndi və daha sonra boşandı. Qardaşı haqqında xatirələri Böyük Qardaşım Atatürk (1952) ve Qardaşım Mustafa Kamal (1952) adları elə yayımlandı. 18 yanvar 1956-cı il tarixində saat 12:55 də 71 yaşında Camlı Köşk, Ankarada vəfat etdi.
Qaladan-qalaya
Qaladan-qalaya – Ayrı-ayrı diaqonal üzrə tamaşaçılardan solda kişilər, sağda qadınların düzülməsi ilə ifa olunan yallının musiqisi çox məşhurdur və həmişə aşağıdakı oxuma ilə müşayiət olunur: Yallının xarakterik xüsusiyyətlərindən biri də odur ki, həm kişi, həm də qadın yallıbaşılar oyunun ifası məqamında əllərində taxtadan düzəldilmiş qılınc tuturlar. Rəqsin əvvəlində onlar həmin taxta qılıncları meydanın ortasına atırlar. Bir-birinin dirsəyindən tutaraq barmaqlarını çarpazlaşdırmış vəziyyətdə sıx duraraq sola hərəkət edilir. Hərəkətlər çox sadədir-sağa addım atmalı, sol ayağı sağın qarşısına çarpaz qoymaq lazımdır.
Aylabun qırğını
Alazan Baycan
Alazan Baycan və ya Hacı Həsənzadə ― azərbaycanlı mühacir şair və həkim. Qazax Müəllimlər Seminariyasında, Azərbaycan Dövlət Universitetində və İstanbul Universitetində təhsil alıb. Mühacir kimi Türkiyə və Almaniyada yaşayıb. 1943-cü ildən 1947-ci ilədək əsir düşərgələrində həkim və tərcüməçi kimi fəaliyyət göstərib. == Haqqında == Hacı Həsənzadə 1913-cü il may ayının 12-də Qazaxda anadan olub. Orta məktəbi Qazaxda bitirdikdən sonra Qazax Müəllimlər Seminariyasına daxil olub. 1929-cu ildə seminariyanı bitirib bir il müddətində Balakəndə müəllimlik edib. 1931-ci ildə Azərbaycan Dövlət Universitetinin Tibb fakültəsinə daxil olub. 1933-cü ildə universiteti ataraq əvvəlcə İrana, daha sonra isə Türkiyəyə keçib. 1934-cü ildə İstanbul Universitetinin Tibb fakültəsinə daxil olub.