Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Alkan
Alkanlar (Doymuş karbohidrogenlər və ya Parafinlər) — yalnız karbon (C) və hidrogen (H) elementlərindən təşkil olunmuş və CnH2n+2 formuluna cavab verən doymuş karbohidrogenlərdir. Məsələn bir karbonu olan metanın formulu CH4Alkanlardan bir hidrogen çıxarılması ilə əldə edilən grupa alkil grupu (radikal qrup) deyilir ve 'R' ilə göstərilir. Məsələn metandan bir hidrogen çıxarılırsa metil (CH3), etandan bir hidrogen çıxarılırsa etil (C2H5) əldə edilir. Bu molekullar daha bir rabitə yaradaraq karbohidrogen zəncirinə bağlanır. CnH2n+2 kimi yazılır. Alkanların şaxələnməsi üçün, formuldakı n ədədi 3-dən böyük (n>3), halqalı (tsiklo) halında ola bilməsi üçünsə 2-dən böyük olmalıdır (n>2). == Alkanlarda izomerlik == Üç karbondan artıq karbonu olan alkanlarda izomerilik xüsusiyyəti vardır. Ən sadə izomer, şaxələnməmiş olan normal (n-) izomerdir. Bu izomer şaxələnərək çox saylı izomerlər yarada bilər. Karbonun sayı artdıqca şaxələnmə növü və sayı artdığından izomer sayı da artar.
Alzas
Elzas (fr. Alsace, IPA: [al.zas]) Fransanın şimal-şərqində bir region, Almaniya və İsveçrə ilə həmsərhəddir. Paytaxtı Strasburq şəhəridir.
Talkas
Talkas gölü (başq. Талҡаҫ) — Ural dağlarının şərq ətəklərində yerləşən şirinsulu göl. Göl inzibati cəhətdən Başqırdıstanın Baymak rayonu ərazisinə daxildir. == Coğrafiyası == Göl şirinsulu olub, tektonik məşəllidir. Talkas gölü iki dağ arasında ensiz sahəni tutur. İrendık silsiləsinin qərb enişində qərarlaşır. Göl Tubinski kəndindən 4 km cənub-şərqdə qərarlaşır. Cənub sahilində qədim yaşayış məntəqəsi olan İsranovo yerləşir. Şimal və cənub sahilləri düzəndir. Bu ərazilər bataqlıqlıqlaşmışdır.
Alas
Alas – Yakutiyada çoxillik donmuş yeraltı süxurların əriməsi və ərazinin enməsi nəticəsində əmələ gələn hamar çökəklikdir. Alas ot bitkiləri ilə örtülü olur, burada dayaz göllər də olur. Örüş kimi istifadə olunur. .
Almas Muradova
Almas Cəlil qızı Muradova — AMEA A.Bakıxanov adına Tarix İnstitutunun "Azərbaycanın müasir tarixi" şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru. == Həyatı == Almas Cəlil qızı Muradova 1941-ci il martın 14-də Füzuli şəhərində anadan olmuşdur. O, 1950-1960-cı illərdə Füzuli şəhərinin rus orta məktəbində oxumuşdur. 1963-1968-ci illərdə Dağıstan Dövlət Universitetinin tarix fakültəsində oxumuşdur. 1968-ci ilin dekabrında Azərbaycan EA-nın Tarix İnstitutunda "Azərbaycanın sovet dövrü tarixi" şöbəsində baş laborant vəzifəsində işə başlamışdır. 1969-cu ilin noyabrında kiçik elmi işçi, 1993-cü ildə böyük elmi işçi vəzifəsinə keçirilmişdir. 2004-cü ildən aparıcı elmi işçi vəzifəsində çalışır. Almas Muradova işlədiyi müddətdə bir sıra kollektiv monoqrafiyaların çapa hazırlanmasında iştirak etmişdir. Onun iştirakı ilə nəşr olunan əsərlərdən "Zaqafqaziyada Sovet hakimiyyətinin qələbəsi uğrunda mübarizə", "Azərbaycanda kənd təsərrüfatının kollektivləşdirilməsi", "Azərbaycanda sosialist sənayeləşdirilməsi" (II hissə) sənədlər külliyyatını və s. göstərmək olar.
Almas Yıldırım
Almas İldırım (əsl adı Əbdülhəsən Almaszadə) (24 mart 1907, Qala, Bakı qəzası – 14 yanvar 1952, Elazığ) — Azərbaycanın mühacir şairi. == Həyatı == Uşaqlıqdan onu babasının adı ilə — Almas çağırırdılar. Şeirlərini Almas imzasıyla dərc etdirdiyindən bu adla da tanınmış və məşhurlaşmışdır. Almas İldırım 1907-ci il mart ayının 25-də Bakının Qala kəndində anadan olmuşdur. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Almas İldırımın bəy nəsli sovet totalitar rejimi tərəfindən həyata keçirilən cəza tədbirlərinin hədəfinə çevrilir. Varlı tacir oğlu olduğuna görə o, Azərbaycan Dövlət Universitetinin Şərq ədəbiyyatı fakültəsindən xaric edilir. 1926-cı ildə şair Süleyman Rüstəm ilə birlikdə "Dün bu gün" adlı şeir məcmuəsini çap etdirir. 1928-ci ildə şeirlərində ifadə olunan millətçi ismarıclarına görə Dağıstana sürgün olunur. Sürgündə "Dağlardan xatirələr", "Ləzgi elləri", "Krımda axşamlar", "Səlimxan" və "Günah kimdədir?" adlı şeirlərini yazır. 1930-cu ildə Bakıya qayıdıb "Dağlar səslənərkən" şeirlər məcmuəsini nəşr etdirir.
Almas İldırım
Almas İldırım (əsl adı Əbdülhəsən Almaszadə) (24 mart 1907, Qala, Bakı qəzası – 14 yanvar 1952, Elazığ) — Azərbaycanın mühacir şairi. == Həyatı == Uşaqlıqdan onu babasının adı ilə — Almas çağırırdılar. Şeirlərini Almas imzasıyla dərc etdirdiyindən bu adla da tanınmış və məşhurlaşmışdır. Almas İldırım 1907-ci il mart ayının 25-də Bakının Qala kəndində anadan olmuşdur. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Almas İldırımın bəy nəsli sovet totalitar rejimi tərəfindən həyata keçirilən cəza tədbirlərinin hədəfinə çevrilir. Varlı tacir oğlu olduğuna görə o, Azərbaycan Dövlət Universitetinin Şərq ədəbiyyatı fakültəsindən xaric edilir. 1926-cı ildə şair Süleyman Rüstəm ilə birlikdə "Dün bu gün" adlı şeir məcmuəsini çap etdirir. 1928-ci ildə şeirlərində ifadə olunan millətçi ismarıclarına görə Dağıstana sürgün olunur. Sürgündə "Dağlardan xatirələr", "Ləzgi elləri", "Krımda axşamlar", "Səlimxan" və "Günah kimdədir?" adlı şeirlərini yazır. 1930-cu ildə Bakıya qayıdıb "Dağlar səslənərkən" şeirlər məcmuəsini nəşr etdirir.
Almaş (Şaran)
Almaş (başq. Алмаш), rus. Алмаш) — Başqırdıstan Respublikasının Şaran rayonunda yerləşən kənd. Kənd Bazqıya kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Şaran): 21 km, kənd sovetliyindən (Bazqıya): 4 km. ən yaxın dəmiryol stansiyasından (Kandrı stansiyası): 20 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (74 %) üstünlük təşkil edir.
Alnas FK
Alnas FK — Almetyevskdən futbol komandası. 1967-ci ildən 2008-ci ilədək peşəkar futbol klubu kimi fəaliyyət göstərmişdi. 2006-cı ildə Rusiyanın ikinci liqasında ən yaxşı nəticəsi 4-cü yer olmuşdur. 2008-ci ildə komanda dağılmışdır.
Alxas Yunusov
Alxas Mirxas oğlu Yunusov (18 yanvar 1986, Cəlilabad – 27 sentyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Alxas Yunusov 1986-cı il yanvarın 18-də Cəlilabad şəhərində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun giziri olan Alxas Yunusov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Alxas Yunusov sentyabrın 27-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Cəlilabad şəhərində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Alxas Yunusov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Alxas Yunusov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Alxas bulağı
Alxas bulağı — Xınalıqda bulaq. Alxas bulağı Xınalığın sirli bulaqlardan biridir. Bulağın suyu iki mənbədən gəlir: həm qayaların arasından süzülür, həm də yerin altından qaynayıb çıxır. Bu suyu içəndə adamın dişini göynədir. Bulağın bir sirri də var. Təkcə yayda çobanlar yaylaqda məskən salandan-salana suyu olur.
Arkas (kənd)
Arkas — Dağıstanın Buynaksk rayonunda kənd. == Haqqında == Arkas kəndi Buynaksk rayon mərkəzindən 19 km cənubda yerləşir. Kənd orta əsr Nərgiz yaşayış məskəni yaxınlığında yerləşir. Kənd Əmir Teymurun yürüşünə qədər mövcud idi. Həmin vaxt əhalisi monofizitlik təriqətinə itaət edirdi. 1860-cı ildə çar administrasiyası Arkasda qunibliləri (avarları) bu ərazidə məskunlaşdırır. Avarlar indiyə qədər bu ərazidə yaşayır. Ümumrusiya siyahıyalınmasının məlumatlarına görə 2010-cu ildə əhalisinin 98%-i avarlardan ibarət idi.
Arkas VK
Arkas İdman Kişi Voleybol Komandası, 2001-ci ildə qurulan və İzmirdə fəaliyyət göstərən Arkas İdman Klubunun voleybol komandası. Başçısı Lucien Arkas, voleybol şöbə məsulu Bernard Arkasdır. Rəngləri göy, mavi və ağdır. Kişilər Türkiyə 1. Liqasında mübarizə etməkdədir. Liqa matçlarını 5000 azarkeş tutumuna malik Karşıyaka İdman Salonunda oynamaqdadır. == Tarixçə == Körfəz İdman Klubu, 2001-ci ildə Saint Cozef İdman Klubu, 2003-cü ildə isə Arkas Saint Cozef adını aldı. 2005-ci ildə edilən ümumi yığıncaqda klubun adı Arkas İdman Klubu olaraq dəyişdirildi. Əsl fəaliyyət sahəsi voleybol olan klub, ayrıca yelkən və briç budaqlarında da fəaliyyət göstərir. Klubun Türkiyə 1.
Lüsyen Arkas
Lüsyen Arkas (türk. Lucien Arkas; 1 yanvar 1945, İzmir) — Türkiyə biznesmeni, "Arkas Holding"in İdarə Heyətinin sədri. == Həyatı == Lüsyen Arkas 1945-ci ildə Türkiyənin İzmir şəhərində anadan olmuşdur. O, İzmir Müqəddəs İosif Fransa Liseyinin məzunudur. İzmirdə yaşayan, Marsel və levanti mənşəli babası Qabriel C. B. Arkasın gənc yaşlarında təsis etdiyi idxal şirkətinin rəhbəri olmuşdur. Lüsyen Arkas baş ofisi İzmirdə yerləşən "Arkas Holding"in və ona bağlı 61 şirkətin qurucusu və baş meneceridir. O, dəfələrlə Türkiyənin gəlir vergisi rekordçuları siyahısına daxil olmuş və İzmir vilayəti üzrə vergi rekordçusu olmuşdur.Arkas evlidir. Onun Bernard Arkas adlı bir oğlu, Kler Kristin Arkas və Dian Arkas Göçməz adlı iki qızı var.Lüsyen Arkas 900 milyon dollarlıq sərvətlə "Forbes Türkiye" jurnalının 2017-ci ildə tərtib olunmuş "Ən zəngin 100 türk" siyahısında 33-cü yerdədir.
Rəhim Alxas
Rəhim Alxas (xın. Раьхıим Алхас; tam adı: Rəhim Xəlfə oğlu Alxasov; 20 mart 1937, Xınalıq, Quba rayonu – 20 sentyabr 2003, Xınalıq, Quba rayonu) — xınalıqlı şair, aşıq, publisist, poliqlot, pedaqoq. == Həyatı və yaradıcılığı == Rəhim Alxas 20 mart 1937-ci ildə Quba rayonunun Xınalıq kəndində anadan olmuşdur. Məşhur xınalıqlı şair Rəhim Alxasın yaradıcılıq dövrü XX əsrin ikinci yarısına aiddir. Beş dildə – Azərbaycan, xınalıq, özbək, tatar və türkmən dillərində şeirlərin müəllifi və Xınalıq kənd orta məktəbinin müəllimi olmuş Rəhim Alxas xınalıq dili barədə xeyli tədqiqat işi aparmış və müəyyən etmişdir ki, Xınalıq dilində fellər həm cinsə, həm də insan və heyvana görə fərqlənir. Məsələn, "gəlir" sözü qadın, kişi və heyvana görə müxtəlif tərzdə səslənir. Şairin öz doğma kəndinə sıx bağlılığını əks etdirən bir şeir belədir: Onun yazılarından da xınalıqlıların Allaha necə inandıqları bir daha aydın görünür: Rəhim Alxas Xınalıqda Xıdır Nəbi məscidində imamlıq etmişdir. Bütün şahdağlıların fəхri, görkəmli xınalıqlı şair Rəhim Alxas doğulub, boya-başa çatdığı doğma Xınalıq kəndində 2003-cü il sentyabr ayının 20-də vəfat etsə də, həmin gün onun cənazəsi ailəsinin məskunlaşdığı Quba rayonunun Vladimirovka (Gülüstan) kəndinə gətirilmiş, sentyabr ayının 21-də həmin kəndin qəbiristanında dəfn edilmişdir. == Kitabları == Vətən təranələri. Bakı, "Elm", 1990 (az.) «Хыналыкъ» (Шеирдир.
Turqun Almas
Turqun Almas(30 oktyabr 1924, Qaşqar şəhəri — 11 sentyabr 2001) — Uyğur şairi, dramaturqu. == Həyatı == Turqun Almas 30 oktyabr 1924-cü ildə Qaşqar şəhərində doğulmuşdu. İlk təhsilini doğulduğu şəhərdə alan şair sonra Qulca şəhərinə gedərək orada oxuyur. Urumçi şəhərindəki Darülmuəllimini bitirən Almas Qaraşəhərə müəllim işləməyə göndərilir. 1947-ci ilin mayında Turqun Almas və dostları Kaşqarda mitinq təşkil edirlər. Mitinqin təşkilatçılarını həbs edirlər. 1948-ci ilin aprelin 8-də xalqın təzyiqi altında Turqun Almas və yoldaşlarını həbsdən buraxmaq məcburiyyətində qalırlar. Həbsdən çıxan şair həmin il Qulca şəhərinə gedərək orada "Alma" qəzetində işə girir. Sora da isə Urumçi şəhərindəki "Tarım" jurnalında əmək fəaliyyətini davam etdirir.1990-cı ildə Aktu rayonunun Barın kəndində baş verən silahlı toqquşmalardan sonra senzor nəzarəti artır və yazıçı, şair, jurnalistlər və sənət adamlarına qarşı təqiblər başlayır. 1991-ci ilin fevralından sonra tanınmış uyğur alimi, yazıçı Turqun Almasın "Uyğurlar", "Hun tarixi", "Əski uyğur ədəbiyyatı" kitabları tənqid hədəfinə çevrilir, oradakı faktların təftişinə başlanılır.
Banu Alkan
Banu Alkan (1 aprel 1958, Dubrovnik) — xorvat əsilli türk aktrisa və müğənnidir. Türkiyə səhnəsinin Afroditası sayılır. == Həyatı == "Afrodita" ləqəbli Liz Remka Rebronja 1958-ci il iyulun 1-də (o zaman Yuqoslaviya) Xorvatiyanın Dubrovnik şəhərində anadan olub. 1966-cı ilin dekabrında ailəsi ilə birlikdə Balıkəsir vilayətinin Edremit mahalına köçdü. Rebronja ailəsi Türkiyə vətəndaşlığını qəbul edərək "Alkan" soyadını götürərək xorvatca "yabanı gül" mənasını verən Remka əvvəl Yaprak, sonra isə adını Banu olaraq dəyişmişdir. İstanbula köçüb Kartalda yaşayıblar və təhsilinə Kartal Maltəpə Liseyində başlayıb. Gəncliyində arzusu olan modelliyə 16 yaşında LCC kurslarına qatılaraq başlayıb. Daha sonra Vakkodan təlim aldı. Aydan Adan — Füsun Özben Model Agentliyinin heyətinə qatılaraq bəzi reklamlarda rol alıb. 1976-cı ildə "Səs" jurnalının təşkil etdiyi 8-ci Kino Artistləri Müsabiqəsində iştirak edib.Sənətçi 17 yaşında varlı iş adamı Gürbüz Həniflə görüşməyə başlayıb.
Alaş Orda
Alaş Orda — 1917–1920-ci illər arasında qazax və qırğızların birgə hərəkatının və nəticədə elan etdikləri dövlətin adıdır. Rəsmi olaraq 1928-ci ilə qədər mövcud olmuşdur. Alaş Orda 1905-ci ildə Alaş hərəkatı ilə meydana çıxmış və 1912-ci ildə qurulan siyasi Alaş Partiyası ilə güclənmişdir. Bu partiya siyasi fəaliyyətlərini 1928-ci ildə dayandırsa da əslində 1937-ci ilə qədər mövcud olmuşdur. 1980-ci illərin sonunda, təsir dairəsi Qazaxıstan və Qırğızıstan olan eyni adlı yeni bir milliyyətçi partiya qurulmuşdur. == Söz açımı == Qazaxıstanın rəsmi açıqlamasına görə Alaş adı Qazaxların əfsanəvi babası Alaş Xandan götürülmüşdür. Alaş Xan Orda xanın digər bir adıdır, lakin Orta Asiyanın digər Türk dillərində alaşa — at mənasına gəldiyinə görə Alaş Ordanın izahının Atlı Ordusu olduğu daha məntiqli hesab olunur. == Tarixi == 1905-ci ildə Mustafa Çokay tərəfindən təşkil edilib "Hamımız Alaşın oğullarıyıq!" başlığı altında Daşkənddə baş tutan Türküstan Müsəlmanları Konqresində, nəcabətli ailələrdən olan Qazax və Qırğız rəhbərləri Alaş adı altında birləşmişdi. Bu hərəkata Qazax və Qırğız ziyalıları də qatılmışdı. Bu yeni hərəkatın başlıca hədəfləri bunlar idi: Orta Asiyada İslamı çağdaşlaştırmaq Qazaxların və Qırğızların ənənəvi köçəri mədəniyyətlərini yenidən azad şəkildə yaşamasını təmin etmək (yəni, Rus Çarlarının daha əvvəllər başlatdıqları köçəri xalqları oturaq həyata məcvuretmə qanunlarını ləğv etmək) Türküstan bölgəsinə yerləşən rusları buradan uzaqlaşdırmaqAlaş Hərəkatı Mustafa Çokay tərəfindən qurulmuş olan Türküstan Müsəlmanları Komitəsi ilə möhkəm ortaqlığa malik idi.
Alaş Partiyası
Alaş Partiyası — Qazaxların partiyası. == Tarixi == Alaş XX əsrin əvvəlində milli liberal hərəkatın liderləri tərəfindən qurulmuş olan ilk Qazax siyasi partiyasının adıdır. Qurulduğu dönəmdə Rusiyanın Qazaxıstanı müstəmləkə durumuna gətirməsindən doğan iqtisadi və sosial problemlər kritik bir nöqtəyə çatmış idi. Qazax çöllərinin müstəmləkələşdirilməsi könüllü Slavyan köçmənlərinin, əsasən Rus kazaklarının və kəndlülərin verimli Qazax otlaqlarına əl qoyması şəklində tanımlana bilər. Bu müddət 1731-ci ildə Kiçik Jüzün ilhaqı ardından başlamış; Qazax ərazisi rəsmən dövlət mülkü elan edilmiş və 1868-ci ildəki Keçici Nizamlara görə qazaxların ortaq istifadəsinə verilmişdi.Rus kəndlərinin köç etməsi özəlliklə 1905-ci il Rus inqilabının ardından Pyotr Stolıpin torpaq islahatının (1906–1917) həyata keçdiyi sırada kritik bir hal almışdı. Bu islahat Rus çöl icmasının yox edilməsi və yerinə güclü və müstəqil ailə mülklərinin meydana gətirilməsini hədəfləyirdi. Rus hökuməti bu torpaqların alış-satışına müsaidə edən bir siyasət izləyərək bu torpaqların xoşgüzar kəndliləri olan kulakların əllərində olmasına şərait yaratmış və fəqir kəndlilərin Rusiya imperiyasının digər əyalətlərinə, özəlliklə Orta Asiya və Sibirə köç etməsini təşviq etmişdir. Fəqir kəndlilər torpaqlarını satdıqdan sonra topdan köç etmişdilər. Rusiya dövləti köçmənləri qorumuş idi: bütün vergilərdən (15 il müddət ilə) və bütün vəzifələrdən (25 il müddət ilə) məaf tutulmuşlar; hər ailəyə 100 manatliq bir hissə verilmiş və hər ailə rəisi 30 desyatinlik torpaq almış idi. Stolipinin köç kampaniyası ilk etapda Rus kəndlilərinin yenidən yerləşmələrinə yönəlikdi, torpaqlarına sadəcə keçici olaraq sahib olan qazaxlara ərazi təhsis etməyi planlamamışdı.
Alaş Xan
Alaş xan və ya Alaşa xan — qazax mifologiyasında əfsanəvi padşah. Alaş boyunun qurucusu və qazaxların atası olaraq qəbul edilir. Digər türk boylarında da ona böyük hörmət göstərilir. İslam öncəsi türklərin döyüşərkən "Alaş! Alaş!" deyə bağırdıqları bilinməkdədir. Alaş Xanın oğlunun adı Qazax Xandır. Alaş Xan haqqında bir çox rəvayət vardır. Bunlardan ən çox bilinəni, yüzlərlə il əvvəl otuz iki qəbiləyə hakim olan Arıstan Xan ilə əlaqədardır. Bu xan döyüşdə əsir düşmüş gözəl bir qıza aşiq olur və evlənər. Ondan bədəni alaca rəngli bir uşağı olduğu üçün bunu pis bir vəziyyət olaraq qəbul edər.
Alaş hərəkatı
Alaş hərəkatı — indiki Qazaxıstanda, XX əsrin birinci rübündə Rusiya imperiyasının müstəmləkəçilik siyasətinə qarşı milli azadlıq hərəkatı. XIX əsrdə qazaxların milli ərazisinin çox hissəsi Rusiya dövlətinin mülkiyyətinə keçmiş, qaçqınların sayı kəskin şəkildə artmış, yerli əhali məskunlaşan torpaqlardan zorla sıxışdırılıb çıxarılmışdır. Çarizm siyasətinə qarşı mübarizəyə milli ziyalılar rəhbərlik etmiş, Rusiyada 1905–1907-ci illər inqilabı sonra onlar Alaş hərəkatını yaratmışdılar. Karkaralı petisiyası (1905) Alaş hərəkatının proqramı olmuşdur. Demokrat-maarifçilər Əlixan Bökeyxan, Əhməd Baytursunov və Mustafa Şokay qazax cəmiyyətinin tərəqqisi yollarını axtarır, Dövlət Dumasında müsəlman fraksiyalarının işinə rəhbərlik edirdilər. Onların təşəbbüsü ilə "Aykan" jurnalı (1911), "Birlik mıu", "Sarı-Arka", "Akjol" qəzetləri təsis edilmişdir. Bu qəzetlərdə maarifləndirmə işləri aparılırdı. Alaş hərəkatının məqsədi qazax xalqının özünü idarə etməsi, xalqın müstəqil dövlət, dövlət yaratmaq hüququ, Rusiyanın daxili bölgələrindən qazax torpaqlarına əhalinin köçürülməsini məhdudlaşdırmaq idi. Alaş hərəkatının nümayəndələri toalipionik heyvandarlığın qorunub saxlanmasının, kənd təsərrüfatının, sənayenin və ticarətin inkişafının tərəfdarı idilər. Beləliklə, onların proqramında milli mədəniyyətin, təhsilin və qazax dilinin inkişafı yer tuturdu.
Alaş işi
Alaş işi — 1928-ci ildən Alaş Partiyasının üzvlərinə qarşı kütləvi repressiyalar. Həbs edildikdən sonra onlara sovet hakimiyyətini devirmək üçün ona qarşı silahlı mübarizədə iştirak etməkdə, milliyətçi təbliğat aparmaqda, SSRİ-yə qarşı mübarizə aparan xarici dövlətlərlə əlaqədə olmaq ittihamı irəli sürülmüşdür. 1930-cu ilin aprelində təqribən 40 nəfər müxtəlif müddətə azadlıqdan məhrum edilmiş, ölüm cəzasına məhkum edilmişdir. Bunlardan Əhməd Baytursunov, Miryaqub Dulatov, Mirəzağalı Espolov, Xalil Qabbasov, Qasımbek Birimjanov və başqaları var. Xalel və Jaxanşa Dosmuxamedov, Maqjan Jumabayev, Yeldos Omarov, İbrahim Satbayev, Abuali Adilov, Abdolla Uzakbayev sürgünə göndərilmişdir. Sonradan azadlığa buraxılan Muxtar Auezov, Ualixan Ömərov, Bilal Suleyev, Alimjan Yermekov, Daniyal İskakov istintaqa cəlb edilmişdir.
Alaş milisi
Alaş milisi (qaz. Алаш милициясы) — Alaş Ordanın xalq milisi, 5–13 dekabr 1917-ci ildə Orenburqda keçirilən 2-ci Ümumqazax Konqresinin qərarı ilə yaradılmış Alaş muxtariyyətinin silahlı ordusu. Vəzifəsi Alaş muxtariyyətini qorumaq olmuşdur. Xalq milisləri sıralarına 20–35 yaşlarında hərbi xidmətə yararlı kişilər çağırılırdı. Alaş Orda Milli Fondu polisi silah və sursatla idarə edirdi. Alaş Ordanın qərb diviziyalarının rəhbərləri Jaxanşa Dosmuxamedov və Xalel Dosmuxamedov Komuç diviziyası (Samara), Torqay diviziyasından 600 tüfəng və bir pulemyot – 300 tüfəng və 20 min patron aldılar. Orenburq qazax qoşunlarının atamanının köməyi ilə A. İ. Dutov, Kostanay və Qırğız mahallarında iki süvari alayı yaradılmışdır. Qızıl Orduya qarşı müharibədə Alaş milisində vuruşanların sayı 5 min nəfərə çatmışdır. Alaş muxtariyyəti ləğv edildikdən sonra Alaş milisi ləğv edilmişdir.
Alaş muxtariyyəti
Alaş muxtariyyəti (qaz. Алаш автономиясы; 1917—1920) — XX əsrin əvvəllərində müasir Qazaxıstan ərazisində, "Alaş-Orda" adlı hökumətin nəzarəti altında mövcud olan qazaxların muxtar dövlət quruluşu. Alaş muxtariyyəti, Alaş partiyası tərəfindən elan edilmiş və 5-13 dekabr 1917-ci il tarixlərində Orenburqda Ümumqırğız (Ümum-Qazax) Konqresi tərəfindən qurulmuşdur. 5 mart 1920-ci ildə Qırğızıstan Bölgəsinin işğal edilməsi ilə Bolşevik Hərbi İnqilab Komitəsi tərəfindən ləğv edilmişdir. Sovet hökuməti onun yerində 17 Avqust 1920-ci ildə Qırğızıstan Muxtar Sovet Sosialist Respublikası, 1925-ci ildə onun adını dəyişdirərək Qazaxıstan Muxtar Sovet Sosialist Respublikası, 1936-cı ildə isə Qazaxıstan Sovet Sosialist Respublikası təşkil etdi. == Tarixi == === İkinci Ümumqırğız Qurultayı (İkinci Ümumqazax Qurultayı) === Qazaxlar arasında, Alaş Orda partiyasının yeganə siyasi rəqibi, hədəfləri olduqca qəribə olsa da, Alaş partiyasının hədəflərindən çox da fərqlənməyən, lakin qısa müddətdə bolşeviklərin müttəfiqlərindən birinə çevrilən və 1917-ci ilin dekabrında təsis məclisinə namizədliyini irəli sürən "Uç Jüz" partiyası idi. Bu namizədlərdən biri də Saken Seyfullin idi. Sarı-Arka qəzeti bu seçkilərin nəticələrini dərc etdi. Petropavlovsk uyezdində Alaşa 26.814 səs verildi, "Uç Juz" yalnız 36 səs aldı. Semipalatinsk bölgəsində Alaş 58.300, "Üç Juz" - yalnız 1, Omsk uyezdində də nəticələr oxşar idi - Alaşa 16.200 və 300 səs - "Üç Juz" üçün verilmişdi.
Alas boğazı
Alas boğazı - Lombok adasını Sumbava adasından ayırır. Bu adalar İndoneziyanın Qərbi Nusa Tenggara vilayətinə aiddir. Boğazın əmələ gəlməsi 14000 il bundan əvvələ aiddir. Uzunluğu 75 km, eni 15–40 km arası dəyişir. Boğazın yaxınlığında Alor boğazı və Lombok boğazı vardır. Boğazda Lombok, Adonara, Sumbava, Flores, Sumbata, Solor və Konada adaları yerləşir. Hind okeanını Sakit okeanından ayırır.
Alces alces
Alces alces (lat. Alces alces) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinin alces cinsinə aid heyvan növü. Fəsiləyə daxil olan ən iri növ hesab olunur. Erkəyinin bədəninin uzunluğu 3 metrdək, süysününün hündürlüyü 2,3 metrədək, kütləsi 570 kq-dək olur. Dişisi erkəkdən nisbətən kiçikdir. Ayaqları uzun, dırnaqları ensiz və itidir. Başı uzun, burnu donqar, ətli üst dodaqı sallaqdır. Quyruqu qısadır. Erkayinin kürəşəkilli buynuzu var. Dişisi buynuzsuzdur.