ALAMANÇI
ALASİMAN
OBASTAN VİKİ
Alas
Alas – Yakutiyada çoxillik donmuş yeraltı süxurların əriməsi və ərazinin enməsi nəticəsində əmələ gələn hamar çökəklikdir. Alas ot bitkiləri ilə örtülü olur, burada dayaz göllər də olur. Örüş kimi istifadə olunur. .
Alas boğazı
Alas boğazı - Lombok adasını Sumbava adasından ayırır. Bu adalar İndoneziyanın Qərbi Nusa Tenggara vilayətinə aiddir. Boğazın əmələ gəlməsi 14000 il bundan əvvələ aiddir. Uzunluğu 75 km, eni 15–40 km arası dəyişir. Boğazın yaxınlığında Alor boğazı və Lombok boğazı vardır. Boğazda Lombok, Adonara, Sumbava, Flores, Sumbata, Solor və Konada adaları yerləşir. Hind okeanını Sakit okeanından ayırır.
Adi alasığırçın
Adi alasığırçın (lat. Pastor roseus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin tənbəlcüllütlər fəsiləsinin alasığırçın cinsinə aid heyvan növü. == Qısa təsviri == Lələklənməsinin əksəriyyəti çəhrayıdır. Başında kəkili vardır. Başı, boynu, qanadları və quyruğu qara rəngdə, metal parlaqlıdır. Cavan quşlarda kəkil olmur. Onların rəngi bozumtul-qonur, bədənin altı daha açıq rəngdədir. Sürü halında gəzirlər. Yerdə, ağaclarda və kollarda yemlənir. Çığırtısı və nəğməsi kəskin-cırıltılı və xırıltılı səslərdir.
Alasaqqal (Takab)
Alasaqqal (fars. الاسقل‎) - İranın Qərbi Azərbaycan ostanının Takab şəhristanı ərazisinə daxil olan kənd.
Alassan Uattara
Alassan Draman Uattara (fr. Alassane Dramane Ouattara; 1 yanvar 1942[…], Dimbokro[d]) — 2010-cu ildən etibarən Kot-d'İvuar Respublikasının Prezidenti olan siyasətçi. == Həyatı == Uattara 1 yanvar 1942-ci ildə Fransa Qərbi Afrikasının Dimbokro şəhərində anadan olmuşdur. O, Vattara İmperiyası olaraq da bilinən Konq İmperiyasının bir hissəsi olan Burkina-Fasonun müsəlman xalqlardan gəlir. Uattara müsəlmandır və Dyula xalqının üzvüdür. 1965-ci ildə Pensilvaniyada yerləşən Filadelfiya Drekael Texnologiya İnstitutunda elmi bakalavr dərəcəsi aldı. Uattara daha sonra 1967-ci ildə iqtisadiyyat üzrə magistr, 1972-ci iildə isə Pensilvaniya Universitetində iqtisad elmləri namizədi olmuşdur.Uattaranın amerikalı Barbara Jan-Devis ilə ilk evliliyindən Devid Draman Uattara və Fanta Katrin Uattara adlı iki övladı var. 1991-ci ildə yəhudi əsilli fransız katolik iş adamı Dominik Nuvian ilə evləndi. Onların toyu Parisin 16-cı dairəsinin bələdiyyə binasında keçirilib. == Maliyyə institutlarındakı fəaliyyəti == O, 1968–1973-cü illərdə Vaşinqtonda Beynəlxalq Valyuta Fondunda iqtisadçı kimi çalışıb, daha sonra 1973–1975-ci illərdə Qərbi Afrika Dövlətləri Mərkəzi Bankının Parisdəki müvəqqəti missiyasına rəhbərlik edib.
Alasığın
Artemisia alaskana
Artemisia alaskana (lat. Artemisia alaskana) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü.
Giuli Alasania
Qiuli Qivievna Alasaniya (gürc. გიული გივის ასული ალასანია; 11 noyabr 1946 -cı ildə Tbilisi, Gürcüstan SSR, SSRİ-də anadan olmuşdur) — SSRİ və Gürcüstan tarixçisi və türkoloqudur. Gürcüstanın orta əsr mədəniyyəti üzrə mütəxəssisdir. Tarix elmləri doktorudur. İctimai xadimdir. "Gürcüstan və Azərbaycan Dostluq Evi" ictimai birliyinin sədridir. Q. Alasaniya 2012-ci ildə yaradılan Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvüdür. Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin anasıdır. == Həyatı == Tbilisidə adi gürcü ailəsində anadan olub. Anası həkim, atası mühəndis idi.
Larix alaskensis
Amerika qara şamı (lat. Larix laricina) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin i̇ynəyarpaqlılar dəstəsinin şamkimilər fəsiləsinin qara şam cinsinə aid bitki növü. Vətəni Şimali Amerikadır. Tundra zonasında cənubda, Alyaska, Kanada və Pensilvaniya ştatlarında bitir. Şimalda çayların və göllərin sahillərində təmiz əkinlər əmələ gətirir və qara küknar, Kanada küknarı və kağız tozağacı ilə birlikdə qarışıq meşələrdə bitir. Hündürlüyü 25 m-ə qədər, çətiri ensiz-piramida formalı və ya konusvarı, budaqları aşağıya sallanmış, yarpağını tökən ağacdır. Gövdəsinin rəngi tünd qonurdan boz rəngə qədər dəyişir. Cavan zoğları qonur-narıncı, göyümtül çalarlıdır, çılpaq və ya seyrək tükcüklüdür. Uzunluğu 3 sm olan iynəyarpaqları yazda çox zəif, açıq yaşıl olur, sonradan tündləşir. İşıqsevən və yavaş böyüyən cinsdir.
Larix laricina subsp. alaskensis

Larix laricina var. alaskensis

Qiuli Alasaniya
Qiuli Qivievna Alasaniya (gürc. გიული გივის ასული ალასანია; 11 noyabr 1946 -cı ildə Tbilisi, Gürcüstan SSR, SSRİ-də anadan olmuşdur) — SSRİ və Gürcüstan tarixçisi və türkoloqudur. Gürcüstanın orta əsr mədəniyyəti üzrə mütəxəssisdir. Tarix elmləri doktorudur. İctimai xadimdir. "Gürcüstan və Azərbaycan Dostluq Evi" ictimai birliyinin sədridir. Q. Alasaniya 2012-ci ildə yaradılan Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvüdür. Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin anasıdır. == Həyatı == Tbilisidə adi gürcü ailəsində anadan olub. Anası həkim, atası mühəndis idi.
Zeki Alasya
Zəki Alasya (18 aprel 1943 – 8 may 2015, İstanbul) — əslən Kiprli, İstanbul doğumlu Türk teatr və film aktyoru. Kıbrıslı Mәhmәd Kamil Paşanın qardaşı oğludur. Zəki Alasya 8 may 2015-ci ildə müalicə olunduğu xəstəxanada qaraciyər xəstəliyindən vəfat etmişdir. == Karyerası == Robert Kolejidən məzun olan sənətçi sənət həyatına da 1959-cu ildə MTTB teatrında həvəskar olaraq başladı. Arena, Genar ve Ulvi Uraz teatrlarında çalışdıqdan sonra Haldun Taner, Metin Akpınar və Ahmet Gülhan ilə birlikdə Devekuşu Kabare Tiyatrosunun qurucuları arasında yer aldı. Film çevirməyə 1973-cü ildən sonra başladı. Metin Akpınar ile birlikdə Türk sinemasında yeni bir ikili təşkil etdilər. Bir çox filmdə yer aldı və 1998-ci ildə Türkiyə Mədəniyyət nazirliyinin Devlet Sanatçısı unvanı almışdır. Salak Milyoner (film), Köyden İndim Şehire, Güler Misin Ağlar Mısın, Nereye Bakıyor Bu Adamlar, Hasip ile Nasip kimi filmləriylə bir komediya ustası olaraq ün qazandı. Zəki Alasya ilk rejissorluq təcrübəsində önəmli yerə sahib olan 1977 və sonrası filmleri olan Aslan Bacanak, Sivri Akıllılar, Caferin Çilesi, Petrol Kralları, Doktor, Köşe Kapmaca, Vay Başımıza Gelenler ve Elveda Dostum yer alır.
Zəki Alasya

İrakli Alasaniya
İrakli Alasaniya (gürc. : ირაკლი ალასანია; 21 dekabr 1973, Batumi) 2012-ci ildən 2014 -cü ilə qədər Gürcüstanın müdafiə naziri vəzifəsində çalışan gürcü siyasətçi, əsgər və keçmiş diplomatdır. 11 sentyabr 2006 -cı ildən 4 dekabr 2008-ci il tarixinə qədər Gürcüstanın Birləşmiş Millətlər Təşkilatında səfiri olub. Əvvəlki vəzifələrinə Abxaziya Hökumətinin sədri və Gürcüstan Prezidentinin Gürcüstan-Abxaz danışıqlarında köməkçisi daxildir. İstefasından qısa müddət sonra Alasaniya Mixail Saakaşvili administrasiyasına qarşı çıxdı və 2009-cu ilin iyulunda Bizim Gürcüstan - Azad Demokratlar Partiyasını qurdu. Alasania 2012-ci ildən 2014-cü ilə qədər Müdafiə Naziri vəzifəsini icra edib. == Erkən həyat və karyera == İrakli Alasaniya Acarıstanın Batumi şəhərində anadan olub. Yetkin olmamasına baxmayaraq Abxaziya müharibəsinə qatılıb, ancaq müharibənin son günlərində atası General Mamia Alasaniyanın təzyiqi ilə Abxaziyada yaşamaq məcburiyyətində qaldı, atası Soxumi məğlub olduqdan sonra digər gürcü siyasətçiləri ilə birlikdə öldürüldü. İrakli Alasaniya 1995 -ci ildə Tbilisi Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsini bitirib. Eyni zamanda 1994-1996 -cı illərdə Gürcüstan Təhlükəsizlik Akademiyasında kurslar keçib.
Alasığırçın
Alasığırçın (lat. Pastor) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin tənbəlcüllütlər fəsiləsinə aid heyvan cinsi.

Значение слова в других словарях

аджи́ка вы́манить жнея́ кла́дка на восьмеры́х обмуро́вывание пококе́тничать туре́льный упрежда́ться бракосочета́ние закругля́ться ласт обновлённо пе́нни самодоста́точность ферула околесина ябеда hematemesis prefer screw-gear third hand звон крысоловка пионерка