Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Apus apus
Qara uzunqanad (lat. Apus apus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin uzunqanadkimilər dəstəsinin uzunqanadlar fəsiləsinin uzunqanad cinsinə aid heyvan növü. Avropada, Asiyada və Afrikada yayılıb. Natamam sinantropdur. Köçəri növdür, ölkəmizdə yazda bala çıxarmaq üçün gəlir və qışı Afrikada keçirmək üçün payızda köçür. Bu quşlar ömrünün böyük əksəriyyətini (ilin 10 ayını) havada keçirirlər. Havada olarkən qidalanır, su içir, yatır və hətta havada cütləşir. Yerdən havalana bilmirlər. Belə olan halda onları yüksək bir yerdən buraxmaq və ya havaya atmaq lazımdır. Yalnız balalamaq üçün yuvalarına "qonurlar".
Apas rayonu
Apas rayonu (tatar. Apas rayonı, Апа́с районы́) — Rusiya Federasiyası, Tatarıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. Respublikanın cənub-şərqində yerləşir. İnzibati mərkəzi şəhər tipli qəsəbə olan Apasdır. == Coğrafiyası == Respublikanın cənub-qərbində yerləşir. Bua, Təteş, Kama Tamaqı, Yuxarı Oslan, Kaybiç rayonları və Çuvaşıstan (Yalçikski rayonu) ilə həmsərhəddir. Relyefi təpəli düzənliklərdən ibarətdir. Ən böyük çay Sviyadır. Rayonun ərazisi tamamilə onun hövzəsinə aiddir. Digər böyük çayları (ümumi uzunluğu 30 km-dən çox): Bula, Ulema, Suxaya Ulema, Biya, Çeremşan, İmelli.
APDS
Zireh dağıdan sabot mərmi (ingiliscə: Armor piercing discarding sabot — APDS) zirehli hədəfləri məhv etmək üçün yivli lüləli silahlardan atılan kinetik enerji mərmisinin bir növüdür. APDS mərmiləri silahın nominal kalibrindən daha kiçik və fırlanaraq sabitləşən mərmini lülədən çıxan kimi mərmini tərk edən sabotlarla birlikdə daşıyır. Sabot, mərminin lülənin ortasında qalmasını təmin edir və yanan barıtın yaratdığı qazın mərmini itələməsini təmin edir. 1980-ci illərin əvvəllərinə qədər böyük çaplı tank silahlarında geniş şəkildə istifadə olunurdu, lakin bu gün zireh dağıdıcı finlə sabitləşdirilmiş sabot (APFSDS) mərmiləri ilə əvəz edilmişdir. Yivsiz toplarda istifadə olunan mərmilər səthdə sabitlənmiş bir zireh deşən alt mərmini daşıyır. Bununla birlikdə, APDS mərmiləri hələ də kiçik və ya orta çaplı silah sistemlərində geniş yayılmışdır. Müəyyən bir kalibr üçün bu tip sursat, bir silahın zireh nüfuzunu, zireh dağıdıcı (AP), zireh deşən, qapaqlı (APC) və ya zireh deşən, kapüşonlu, ballistik başlı (APCBC) mərmilərlə müqayisədə iki dəfə artırır. Sabotlu yüngül zireh dağıdıcı (SLAP) konsepsiyası bu texnologiyanı kiçik çaplı silahlara tətbiq edir.
Abas
Abas — Xəzər tayfalarından birinin adı. Abas tayfa adının abaz forması da vardır. Q. Qeybullayev Abaslı tipli toponimlərin əsasında abas(abaz) tayfa adının durduğunu qeyd etmişdir(89, 139). Ərəb dilindən olan Abbas antroponimi əsasında yaranmış toponimlər də istisna edilə bilməz. Bir çox hallarda bu iki tip toponimin bir-birindən fərqləndirilməsi müəyyən çətinlik törədir. Göstərilən çətinliyin yaranma səbəblərindən birini belə toponimlərin qeydə alınması və rəsmiləşdirilməsi zamanı orfoqrafik səhv buraxılması ilə əlaqələndirmək mümkündür. Yəni toponim yanlış olaraq Abbas və Abas şəkillərindən birində yazıla bilərdi. Sözdə bir b və ya geminatın olmasını təyin etmək isə mürəkkəbdir və daha çox tarixi faktlar əsasında müəyyənləşdirilə bilər. Tayfa adının ilkin variantı abaz şəklində olmuş və bu da ab+az formasında parçalana bilər. Qeyd etmək lazımdır ki, Qarapapaqlarda da bir tayfanın adı abas olmuşdur.
Alas
Alas — Yakutiyada çoxillik donmuş yeraltı süxurların əriməsi və ərazinin enməsi nəticəsində əmələ gələn hamar çökəklikdir. Arktikanın daimi donmuş ərazilərinin ərimə və təkrar yenidən donma prosesi səbəbi ilə çökməsi nəticəsində əmələ gəlir. Alas ərimiş suyun çökəkliyi doldurması nəticəsində əvvəlcə dayaz bir göl kimi inkişaf edir, daha sonra isə göl quruyur və yerini ot bitkiləri tutur. Alaslar örüş kimi istifadə olunur. == Nümunələr == Alas Arktikanın başqa yerlərində tapılan termokarst çökəkliklərindən ona görə fərqlidir ki, buradakı göl müvəqqəti xarakter daşıyır və Yakutiyanın quraqlığı səbəbindən gölün aşağısındakı buz tükəndikdən sonra quruyur. Dünyadakı ən böyük Alas Ust-Aldan ulusunda yerləşən Myuryudur. Alaslar həm də böyük mədəni əhəmiyyətə malikdir. Yakutların ənənəvi Yeni il bayramı olan Ihıax festivalı zamanı yayda 20 000-ə yaxın insan Yakutsk şəhərinin yaxınlığındakı alasa toplaşır. Saxa Respublikasında yerləşən başqa bir alasda digər kiçik bayramlar keçirilir.
Anas
Çay ördəyi (lat. Anas) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi.
Apis
Apis (münbitlik allahı) — münbitlik allahı. Apis (arı) — bal arısı cinsi. Apis (şəhər) — şəhər. Apis (Yunan mifologiyası) — Yunan mifologiyası.
Apus
Uzunqanad (lat. Apus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin uzunqanadkimilər dəstəsinin uzunqanadlar fəsiləsinə aid heyvan cinsi.
Araş
Araş — kişi ad. Araş (müğənni) — müğənni. Araş Firdovsi — Dryu Hyuston ilə birlikdə "Dropbox" xidmətinin banisi.
Avaş
Avaş — Azərbaycan Respublikasıınn Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Yardımlı rayonunun Avaş kəndi Kürəkçi kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Avaş kənd Soveti yaradılmışdır. == Toponimikası == XIX əsrin ortalarında Pirembel kəndindən çıxmış ailələrin Avaş adlanan yerdə məskunlaşması nəticəsində bu kənd yaranmışdır. Türk dillərində və monqol dilində ablav (aş) sözü "qoruq", "uzaq", "yaşayış məskənindən kənar", "boş yer" və "sakitlik" kimi izah olunur. XIX əsrin əvvəllərində İrəvan xanlığının Göyçə mahalında Abaş kəndi də mövcud idi. Avaş eyni zamanda Həbəşistanda dağ dərəsinin və çayın adıdır. == Coğrafiyası və iqlimi == Kənd Viləşçayın sahilində yerləşir.
Ayaş
Ayaş - Ankarada mahal. Ankaranın 55 km qərbindədir. Mərkəzdəki bir neçə evdən sonra ümumiyyətlə çöldür. Əkinçiliyə əlverişlidir, bəzi fermalar burada yerləşir.Çeşmələri ilə məşhurdur. Ayaşın uzun bir tarixi vardır və Övliya Çələbinin əsərləri ilə folklor mahnılarında da adı keçər. Ayaş, Eyvaz, Ayas.Ayaz adını xatırladar. Ayaşa yerləşənlər Oğuz boylarıdır və müxtəlif kənd adlarının Bayat, Əfşar, Pəçənək, Qıpcak və Qarğın olması da bundandır. 1554-də, Ayaş Bayraq mərkəzi, və 1864-də Ankaranın Qəzası oldu. Osmanlı dövründə, təhsil olaraq Ayaş irəli idi. 1900-də, 8 Mədrəsə, 2 İbtidai məktəb və 1 Rüşdiyə vardı.
Tapas
Tapas (isp. Tapa) — İspaniya mətbəxində yer alan qəlyanaltı çeşidi. Soyuq və isti növləri mövcüddur. İspaniyanın seçilmiş restoranlarında tapas mürəkkəb bir yeməyə çevrilmişdir. Mərkəzi Amerika ölkələrində bokas kimi tanınır. Meksikada isə buna bənzər yeməklər botana adlanır.
APA
Azəri-Press Agentliyi və ya qısa olaraq APA — 2004-cü ildən fəaliyyət göstərən Azərbaycan dövlətinin/hökumətinin nəzarətində olan hakimiyyətyönümlü informasiya agentliyi. "APA Group" media holdinqinin tərkibinə daxildir. == Haqqında == "Azəri-Press" Agentliyi MMC 2004-cü il yanvarın 8-də Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş və həmin il noyabr ayının 16-da fəaliyyətə başlamışdır. "APA" Azərbaycan, rus və ingilis dillərində xəbər xidməti göstərir. Agentliyin Azərbaycanın bütün bölgələrində, eləcə də Türkiyə, Rusiya, Gürcüstan, Böyük Britaniya və İranda fəaliyyət göstərən ofisləri vardır. "APA"-nın tərkibində xüsusi olaraq iqtisadiyyatla bağlı "APA-Economics" bölməsi də fəaliyyət göstərir. İqtisadiyyatın sənaye-energetika, aqrar-sənaye kompleksi, maliyyə, informasiya-kommunikasiya texnologiyaları, infrastruktur, sosial və digər sahələr üzrə xəbərlər, təhlillər bu bölmədə öz əksini tapır. "APA" informasiya agentliyi Azərbaycan Mətbuat Şurasına üzv təşkilatdır.
Pas
Pas – suyun və ya hava nəminin katalitik iştirakı ilə dəmir və oksigenin reaksiyası nəticəsində əmələ gələn qırmızı-qəhvəyi dəmir oksidi.
Hiram Abas
Mustafa Hiram Abas (1932, İstanbul — 26 sentyabr 1990, İstanbul). 1932-ci ildə İstanbulda doğuldu. 1957-ci ildə Ankara Universiteti Siyasi Məlumatlar Fakültəsini bitirdi. Müfəttişlik vəzifəsindən sonra ehtiyat zabit olan və M İ T-də işə başlayan Hiram Abas 12 mart dövründə M İ T-də böyük vəzifələrdə olan Abbas, 1978-ci ildə Namiq Kamal Ersun'un tasfiyesiyle əlaqəli olaraq öz istəyiylə təqaüdə ayrıldı. 1983-cü ildə ikinci dəfə Milli İstihbarat Təşkilatına dönən Abbas, 1988-ci ildə nümayiş olunan MİT hesabatı hadisəsində məsul görülərək, hesabatı qələmə alan Mehmet Eymür'le passiv vəzifəyə alınmaq tələb edilib, ikinci dəfə təşkilatdan öz istəyi ilə ayrıldı. Qorqud Eken ilə abi qardaş, köhnə M İ T məsləhətçisi və general-leytenant Mehmet Fuad Doğu ilə ata oğul əlaqəsi içində olduğu müxtəlif kitablarda belrtilmiştir. Amerika silah firmalarının Türkiyə nümayəndəliyini edən bir şirkətdə çalışarkən 26 sentyabr 1990 səhəri işinə getmək üçün yola çıxdığında uğradığı sui-qəsddə həyatını itirdi. Evinin yaxınlığında, bələdiyyə işçisi kimi geyinmiş insanların açdığı çarpaz atəşin ortasında qalan Abas, hadisə yerində öldü. Cinayəti DEV-SOL üstlense də, Hiram Abasın faili məchul iddiası tozlu rəflərdə çürüyüb getmişdir. Kurtlar Vadisindəki köhnə xarakterlərdən Aslan Akbeyin (Aslan Amca-serialdakı gerçək adı: Abbas Ustaoğlu) Hiram Abası təmsil etdiyi irəli sürülür.
Jas Alaş
Jas Alaş — 1921-ci ildə təsis edilmiş, Qazax dilində gündəlik dərc olunan siyasi qəzetdir. Sovet dövründə " Лениншіл жас" ("Lenin Gəncliyi") adı altında nəşr olunurdu. == İlk illəri == Qəzet, 1921-ci il martın 22-də Türkistan Muxtar Sovet Sosialist Respublikasının (Türkistan MSSR ) Komsomol təşkilatı liderlərindən biri olan Gəncə Muratbayev tərəfindən respublikanın paytaxtı Daşkənddə təsis edilib və nəşrin baş redaktoru olub. Altı ay ərzində qəzet Sovet hakimiyyəti orqanları tərəfindən bağlanıb və bu nəşrin millətçi, demokratik və anti-bolşevik "Alaş" hərəkatından təsirləndiyini hesab edilirdi. Türkistan Sovet Sosialist Respublikasının Qazaxıstan gəncləri üçün (Qazaxıstanın cənubu) və Türkistan Komsomol təşkilatının əsası kimi xidmət edən nəşri, 1922-ci il sentyabrın 1-də "Jas Kayrat" qəzetinin yayımına başlandı (redaktor E. Aldonqarov ). Qəzet təxminən 1 il nəşr edildi və 1924-cü ildə eyni ad altında jurnal buraxıldı. Bununla belə, 3 fevral 1925-ci ildən 30 oktyabr 1926-dək Orenburqda, daha sonra isə Qızılordada "Jas Kayrat" adı altında həftəlik qəzetin nəşri bərpa olundu. Təkrar dərcini bərpa edən qəzet oxuculara ölkədə və xaricdə olan xəbərləri təqdim etdi. "Qazaxıstan Gəncliyi" bölməsində yerli gənclər təşkilatlarının fəaliyyəti barədə məqalələr dərc edilmişdir. "sağlam bədən – sağlam ruh" başlığı tibb və idmana həsr edilmişdir.
Katolikos Abas
Katolikos Abas (erm. Աբաս, bilinmir, Mets-İrank, Arsak – 596) — Alban katolikoslarından biri. Katolikoslar siyahısında adı 13-cü yerdə çəkilir. == Həyatı == Onun dövründə Alban Həvari Kilsəsinin mərkəzi Çoladan Bərdəyə köçürülmüşdür. Onun haqqında Moisey Kalankatlı yazır: O, erməni təqviminin başlanğıcında katolikos kürsüsünü Çoladan Bərdəyə köçürmüşdür.O, Böyük Arran yepiskopluğundan çağırılıb, 44 il katolikos olmuşdur. Onun vaxtında adəti üzrə məktublar üzərində "Albaniyanın, Lpinanın və Çolanın katolikosu" yazırdılar. Dəbil Kilsə Qurultayından ona yazdılar ki, o, gərək İsanın ilahi və insani təbiətinin birliyini qəbul edib "Müqəddəs Allah" sözlərinə "Ölməz və Çarmıxa çəkilmiş" sözlərini əlavə etsin. Çünki bunu onlar Konstantinopol patriarxı Prokldan öyrəniblər. Axı müqəddəs Üç Uqnum Efes Kilsə Qurultayında iki yüz müqəddəs keşişlərə təyin edilmiş, sonra Mesopotomiya yepiskopu Yaqubun vasitəçiliyi ilə imperator Anastasinin hüzuruna gəlmiş,İskəndəriyyə patriarxı Timofey və Antikiyalı Pytor onu təsdiq etmişlər. Onların hamısı şərtləşdilər ki, provaslav dindarlar da "Çarmıxa çəkilmiş ölməz" deməlidirlər.
Nurəddin Aras
Nüreddin Aras (6 mart 1954, İğdır) — "Tərəqqi" medalı laureatı (2006). Nüreddin Aras 1954-cü il martın 6-da İğdır şəhərində anadan olmuşdur. Nurəddin Aras əslən Qərbi Azərbaycanın Göyçə mahalındandır. 1914-cü ildə erməni zülmündən İğdıra köçən Aras ailəsi hazırda şəhərin ən böyük ailələrindən biridir. İlk, orta və lisey təhsilini İğdırda almışdır. Liseydən sora Almaniyaya getmiş və Hote İnstitutunda dil təhsili almışdır. Sonra Erlanqen Universitetinin İdman Akademiyasında təhsilini davam etmişdir. İstanbul Universiteti Ədəbiyyat fakultəsinin coğrafiya bolumundə təhsil almışdır.1980-ci ildə İğdırda coğrafiya müəllimi təyin olunmuşdur. 1999 və 2004-cü illərdə keçirilən seçkilərdə qalib gələrək 10 il İğdır Bələdiyyə sədri olmuşdur. 2011-ci ildə keçirilən Türkiyə Ümumi Seçkilərində Ədalət və İnkişaf Partiyasından II nömrəli millət vəkili namizədi olaraq göstərilmişdir.
Nüreddin Aras
Nüreddin Aras (6 mart 1954, İğdır) — "Tərəqqi" medalı laureatı (2006). Nüreddin Aras 1954-cü il martın 6-da İğdır şəhərində anadan olmuşdur. Nurəddin Aras əslən Qərbi Azərbaycanın Göyçə mahalındandır. 1914-cü ildə erməni zülmündən İğdıra köçən Aras ailəsi hazırda şəhərin ən böyük ailələrindən biridir. İlk, orta və lisey təhsilini İğdırda almışdır. Liseydən sora Almaniyaya getmiş və Hote İnstitutunda dil təhsili almışdır. Sonra Erlanqen Universitetinin İdman Akademiyasında təhsilini davam etmişdir. İstanbul Universiteti Ədəbiyyat fakultəsinin coğrafiya bolumundə təhsil almışdır.1980-ci ildə İğdırda coğrafiya müəllimi təyin olunmuşdur. 1999 və 2004-cü illərdə keçirilən seçkilərdə qalib gələrək 10 il İğdır Bələdiyyə sədri olmuşdur. 2011-ci ildə keçirilən Türkiyə Ümumi Seçkilərində Ədalət və İnkişaf Partiyasından II nömrəli millət vəkili namizədi olaraq göstərilmişdir.
Orxan Aras
Orxan Aras (türkcə:Orhan Aras) (1966, Quzugüdən) — Türkiyənin mühacir yazıçısı, tərcüməçisi və publisisti; Almaniya Yazarlar Birliyinin üzvü, Azərbaycan Yazıçılarlar Birliyi fəxri üzvü. Orhan Aras 1966-cı ildə Türkiyənin Iğdır şəhərinin Quzugüdən kəndində anadan olmuşdur. Yazıçının mənsub olduğu Quzugüdənli əşirəti Prof. Faruq Sümərə görə, Səlcuqlularla birlikdə Anadoluya gəlmiş, Səfəvilər dönəmində Təbrizə köçmüş, 1560-cı illərdə təkrar Anadoluya geri dönmüşlər. Akademik Ziya Bünyadovun “İrəvannın icmal dəftəri” adlı araşdırmasında isə quzugüdənlilərin İrəvan əhalisi olaraq qeydə alındığı göstərilmişdir. Yazar ilk təhsilini Quzugüdən kəndində, orta təhsilini Iğdırda, internat məktəbini isə Ərzurum tamamlamışdır. 1982-ci ildə Almaniyaya mühacirət edən Orhan Aras öncə Bochum Universitesində Prof. Herman Varinin Türkoloji dərslərinə qatılmış, daha sonra İqtisadiyyat fakültəsini bitirmişdir. Əsərlərini almanca yazan Azərbaycan yazıçısı Əsəd bəy (Qurban Səid) haqqında Berlində apardığı araşdırmalar və türkcə və almanca nəşr etdirdiyi “Əsəd bəyin həyatı və jurnalistliyi” adlı araşdırmasıyla 2016-cı ildə filologiya üzrə fəlsəfə doktoru adını almışdır. 2009-ci ildə “Platform” dərgisinin düzənlədiyi şeir yarışmasında “Ağlama nə olursun” şeiri ilə birincilik ödülü alan Orhan Aras, 2020-ci ildə Avropanın ən önəmli qurumlarından olan POYAD tarafından ilin yazıçısı seçilmişdir.
Sibel Alaş
Sibel Alaş (13 fevral 1975, Türkiyə) — türk müğənni.
Spas rayonu
Spas rayonu (tatar. Спас районы) — Rusiya Federasiyası, Tatarıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. Rayon respublikanın cənub-qərbində yerləşir. Respublikanın Alekseyevsk, Əlki rayonları və Ulyanovsk vilayəti ilə (Staromainski və Melekesski rayonları) quru sərhədi var. Volqa (Kuybışev su anbarı) sahili boyunca Təteş və Kama Tamaqı rayonları ilə, Kama (Kuybışev su anbarı) hövzəsi ilə Layiş rayonu ilə həmsərhəddir. Rayonun inzibati mərkəzi Bolqar şəhəridir. Kuybışev su anbarının yaranması nəticəsində rayon torpaqlarının xeyli hissəsi su altında qalmışdır. Ən böyük çayları: Volqa, Kama, Bezdna və Aktay. Rayonun ərazisi 1920-ci ilə qədər Spas qəzasının bir hissəsi idi. 1920-1930-cu illərdə Spas kantonunda daxil olur.
Abas Şahbazov
Alaş Orda
Alaş Orda — 1917–1920-ci illər arasında qazax və qırğızların birgə hərəkatının və nəticədə elan etdikləri dövlətin adıdır. Rəsmi olaraq 1928-ci ilə qədər mövcud olmuşdur. Alaş Orda 1905-ci ildə Alaş hərəkatı ilə meydana çıxmış və 1912-ci ildə qurulan siyasi Alaş Partiyası ilə güclənmişdir. Bu partiya siyasi fəaliyyətlərini 1928-ci ildə dayandırsa da əslində 1937-ci ilə qədər mövcud olmuşdur. 1980-ci illərin sonunda, təsir dairəsi Qazaxıstan və Qırğızıstan olan eyni adlı yeni bir milliyyətçi partiya qurulmuşdur. == Söz açımı == Qazaxıstanın rəsmi açıqlamasına görə Alaş adı Qazaxların əfsanəvi babası Alaş Xandan götürülmüşdür. Alaş Xan Orda xanın digər bir adıdır, lakin Orta Asiyanın digər Türk dillərində alaşa — at mənasına gəldiyinə görə Alaş Ordanın izahının Atlı Ordusu olduğu daha məntiqli hesab olunur. == Tarixi == 1905-ci ildə Mustafa Çokay tərəfindən təşkil edilib "Hamımız Alaşın oğullarıyıq!" başlığı altında Daşkənddə baş tutan Türküstan Müsəlmanları Konqresində, nəcabətli ailələrdən olan Qazax və Qırğız rəhbərləri Alaş adı altında birləşmişdi. Bu hərəkata Qazax və Qırğız ziyalıları də qatılmışdı. Bu yeni hərəkatın başlıca hədəfləri bunlar idi: Orta Asiyada İslamı çağdaşlaştırmaq Qazaxların və Qırğızların ənənəvi köçəri mədəniyyətlərini yenidən azad şəkildə yaşamasını təmin etmək (yəni, Rus Çarlarının daha əvvəllər başlatdıqları köçəri xalqları oturaq həyata məcvuretmə qanunlarını ləğv etmək) Türküstan bölgəsinə yerləşən rusları buradan uzaqlaşdırmaq Alaş Hərəkatı Mustafa Çokay tərəfindən qurulmuş olan Türküstan Müsəlmanları Komitəsi ilə möhkəm ortaqlığa malik idi.
Özünlə apar
Özünlə apar — Azərbaycan müğənniləri Fahree və İlkin Dövlətov tərəfindən 2024-cü ildə ifa edilmiş mahnı. Fahree də daxil olmaqla, mahnının yazılmasına altı müəllif iştirak etmişdir. Mahnı, 2024 Avroviziya Mahnı Müsabiqəsində Azərbaycanı təmsil edir. "Özünlə apar" mahnısının musiqi və sözləri Fahree, Edqar Ravin, Həsən Haydər, Mila Miles və Mado Salikh tərəfindən yazılmışdır. Mahnının sözlərində həm ingilis, həm də Azərbaycan dilləri istifadə olunmuşdur ki, bu da onu, Azərbaycan dilində təqdim olunan ilk Avroviziya mahnısı edir. 7 mart 2024-cü ildə Azərbaycanın 2024 Avroviziya Mahnı Müsabiqəsində Fahree tərəfindən təmsil olunacağı elan edilmişdir. Mahnı 15 mart 2024-cü ildə təqdim edilmiş, elə həmin gün mahnının səhnə performans videosu yarışmanın rəsmi YouTube kanalına yüklənmişdir. Növbəti gün mahnı qlobal strim-servislərdə təqdim olunmuşdur. Azərbaycanın 2024 Avroviziya Mahnı Müsabiqəsində iştirakı İctimai TV tərəfindən 14 iyul 2023-cü ildə təsdiqlənmiş, 30 sentyabr 2023-cü ilə kimi isə iştirakçı mahnılar qəbul edilmişdir. Aralarında Fahree-nin də olduğu iştirakçının canlı dinləmələri 29 oktyabr 2023-cü ildə baş tutmuşdur.
Аfаk
Vələsyаrpаq аzаt
Şöbə / Division: Maqnoliyakimilər – Magnoliophyta Sinif / Class: Maqnoliopsidlər-Magnoliopsida Sıra / Order: Urticales Fəsiə/ Family: Dağdağankimilər – Celtidaceae Link. Elmi adı / Scientific name: Celtis caucasica Willd. “Nəsli kəsilmək təhlükəsində olanlar” kateqoriyasına aiddir –EN B1ab(i, ii, iii, iv, v)c(iii) + 2b(i) c (ii,iii). Azərbaycanın nadir növüdür. 20(15)-25(35) m hündürlükdə ağacdır, oduncağı 2 m diametrində, boz-qonurumtul rəngdədir. Budaqlarının yarpaqları yumurtavari, (1,5) 2-3,5 (4,6) sm uzunluqda, sivri, qaidədə qyeri –bərəabəryanlı, aşağıda damarlar boyunca qısA, yumşaqtüklü , oturaq və ya 0,5 (1) mm uzunluqda saplaqı, kənarları küt dişlidir. Dişicikli çiçəkləri zəngçiçəyi quruluşunda, yaşılımtıl –ağ və ya qonurdur. Fındıqcığı küncvari, qısa yumşaq tüklü və ya çılpaq, qırılı, yaşılımtıl, birtoxumlu, buruncuğu fındıqcığın təpəsinin altında yerləşir Çiçəkləməsi mart, meyvə əmələgətirmə dövrü avqust-sentyabr aylarıdır. Toxum və vegetativ yolla çoxalr, mezofitdir, arandan orta dağ qurşağına kimi, meşələrdə Parrotia persica, Carpinus caucasica, Quercus castaneifolia, Mespilus germanica, Ulmus foliaceae bitkilərindən təşkil olunmuş senozlarda komponent kimi iştirak edir]. Dekorativ bitkidir.
Adak adası
Adak adası (ing. Adak Island, aleut. Адаҳ) — Aleut adaları qrupuna daxil olan Andreyanov adaları qrupunun ən böyük adasıdır. Ada inzibati cəhətdən ABŞ-nin Alyaska ştatının tərkibinə daxildir. 2010-cu il əhalinin siyahıya alınma məlumatlarına əsasən adanın əhalisi 326 nəfərdən ibarətdir. == Coğrafiyası == Adak adasının ümumi sahəsi 711,18 km²-dir. Sahəsinin böyüklüyünə görə ada ABŞ-nin ən böyük 25-ci adasıdır. Adak adasının uzunluğu təxminən 54,5 km, eni isə 35 km-dir. Adanın ən yüksək nöqtəaı (Moffett dağı) dəniz səviyyəsindən 1196 m hündürlükdə yerləşmişdir. Dağ adanın şimal-qərb qurtaracağında yerləşib.
Adams adası
Adams (ing. Adams) — yaşayışı olmayan, Oklend adalarının cənubunda yerləşən ada. Yeni Zelandiyaya məxsusdur. UNESCO Ümumdünya irsi siyahısına daxildir == Coğrafiya == Adanın şərqdən qərbə uzunluğu 17 km, şimaldan cənuba edi 9 km, sahil xəttinin uzunluğu 61,3 km, sahəsi — 97,3 km². Ən hündür nöqtəsi Dik zirvəsidir 668 metrdir. Oklend adasından eni 2,3–0,57 km olan boğaz ayırır. Adada çoxlu sayda endemik canlılar yaşayır: Oklend çay ördəyi, Oklend Snipe Auckland Shag və Auckland Rail.
Abbas-Abad briqi
"Abbas-Abad" (rus. «Аббас-Абад») — Rus donanmasının "Erivan" (rus. «Эривань») tipli 12 toplu briqi, bu tipli dörd briqlərdən biri. Ruslar bu adı Abbasabad qalasının 1827-ci il iyulun 6-da zəbt edilməsinin xatirəsinə görə qoyub. == Tarixi == Briqin əsası 4 (16) oktyabr 1824-cü ildə qoyulub. 16 (28) avqust 1827-ci ildə suya buraxıldı və Xəzər donanmasının tərkibinə daxil edildi. "Abbas-Abad" iki müharibədə iştirak etmişdir — Rusiya-İran müharibəsi (1826-1828) (kreyser xidməti göstərirdi) və Rusiya-Osmanlı müharibəsi (1828-1829) (Həştərxandan vəsaitlərin və qoşunların fəaliyyət göstərən orduya çatdırılmasını təmin edirdi). Müharibələr bitəndən sonra briq 1830–1832-ci və 1834–1836-cı illər ərzində Xəzər Dənizində istifadə olunurdu, Həştərxan — Bakı marşrutu, Kürün mənsəb hissəsi və Sara adasına yük daşıyırdı. 1837-ci ildə briq Həştərxanda söküldü. == Komandirləri == "Abbas-Abad" briqin komandirləri müxtəlif vaxtlarda aşağıdaki şəxslər olmuşdur: 1827–1828 — Y. D. Mandrika 1829–1830 — A. P. Doroxov 1832 — A. T. Aleksandrovskiy 1834 — iyul 1836 — V. T. Alenikov с июля 1836 — S. S. Palitsin == Ədəbiyyat == Чернышёв А. А. Российский парусный флот.