Abas Cavad oğlu Şahbazov (13 noyabr 1996, İmişli rayonu – 5 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi.
Abas Şahbazov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 13 noyabr 1996(1996-11-13) |
Doğum yeri | |
Vəfat tarixi | 5 oktyabr 2020(2020-10-05) (23 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Daxili İşlər Nazirliyi |
Qoşun növü | Daxili Qoşunlar |
Xidmət illəri | 2020 |
Rütbəsi | Çavuş |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Cəbrayılın azad edilməsi • Füzulinin azad edilməsi |
Təltifləri |
Abas Şahbazov 1996-cı il noyabrın 13-də İmişli rayonunun Qulubəyli kəndində anadan olub.[1][2][3][4]
Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının çavuşu olan Abas Şahbazov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Abas Şahbazov oktyabrın 5-də Füzulinin azad edilməsi zamanı şəhid olub. İmişlidə dəfn edilib.[5][6]
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Abas Şahbazov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[7]
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Abas Şahbazov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.[8]