Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Spaun (personaj)
Spaun (ing. Spawn) — ABŞ-nin Image Comics nəşriyyatı tərəfindən yaradılmış antiqəhrəman personaj. 1992-ci ildə Image Comics-in komiksçisi Todd Makfarleyn tərəfindən yaradılmışdır və eyniadlı komiksin ilk sayında debüt etmişdir. Spaun "Wizard" jurnalının "Bütün dövrlərin Top 200 komiks personajı" siyahısında 60-cı yerdə, "Empire" jurnalının "Ən böyük 50 komiks personajı" siyahısında 50-ci yerdə, 2011-ci ildə IGN-nın "Top 100 Komiks qəhrəmanı" siyahısında 36-cı yerdə göstərilmişdir. 1997-ci ildə personaj haqqında film çəkilmişdir, 1997–1999-cu ildə ona həsr edilmiş cizgi serialı efirə buraxılmışdır. Yaponiyada personajdan bəhs edən "Shadows of Spawn" manqası işıq üzü görmüşdür. Polkovnik Albert Fransis "El" Simmons CIA-nın gizli əməliyyatlarında iştirak edən ağıllı və bacarıqlı əsgərdir. El yaraşıqlı, xarizmatik və həyat yoldaşı Vanda ilə yaşayan xoşbəxt adamdır. Böyüklərinin gizli işlər çevirdiyini düşünən El CIA-nın pozulduğunu anlayır və ayrılmağa qərara verir. Rəisi Ceyson Uin ondan son bir tapşırığı yerinə yetirməyi xahiş edir, El bunu qəbul edir, amma son tapşırığında bunun tələ olduğunu anlayır və Uin tərəfindən öldürülür.
Alpan
Alpan — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Eyniadlı bələdiyyənin tərkibindədir. == Tarixi == Alpan kəndi Quba rayonunda yerləşir. Alpan Azərbaycanın ən qədim kəndlərindən biri hesab olunur. Tarixçilərə görə Alpan adının mənşəyi qədim Albaniyanın adı ilə bağlıdır. Kənddə 2000-də artıq ev var. Həmçinin Alpanda qədim qəbirstanlıqlar, XVI əsrə aid Subaba türbəsi və Qalacıq kimi tarixi abidələr var. Kəndin əhalisi etnik olaraq əsasən türk mənşəlidir. Kəndin qədimdən bu günümüzə qədər gələn özünəməxsus adət-ənənələri var. Novruz bayramı ərəfəsində son çərşənbə axşamı ("Şamqoyulan" günü) kənd əhalisi tərəfindən özünəməxsus qaydada – pirləri ziyarət edərək, yaxınlarının qəbirləri yanında şam yandırmaqla, xüsusən də gənclərin pirlərdəki ələm ağaclarına ələm bağlaması, onların ətrafında 7 dəfə dövrə vurmaqla murad tutmaları şəklində qeyd olunur.
Alraun
Alraun (alm. Alraune‎) — Avropa xalqlarının mifologiyasında mandraqoranın köklərində yaşayan humanoid mifik varlıqlar. Onlar aşağı dərəcəli ruhlardır. == Xüsusiyyətləri == Ümumi olaraq, onlar insanlara qarşı mehribandırlar, lakin təxribat törədə də bilərlər. Alraunlar pişiklərə, qurdlara və kiçik uşaqlara çevrilərək formasını dəyişdirə bilirlər. Onlar daha qəddar xasiyyətə malik olan, mədənlərdə və aditlərdə yaşayan koboldlara bənzəyirlər. Müasir alraunlar demonoloqlar tərəfindən mandraqoralardan insan məskənlərinə köçürülmüşdür. Onların xüsusiyyətləri poltergeystlərə oxşardır. İnsanlar evlərindən zibil çıxarıb süd içməsələr, alraunlar orada məskunlaşırlar. Odur ki, insanların alraunlardan qurtulması faktiki olaraq mümkün deyil.
Amanu
Amanu (fr. Amanu) — Tuamotu arxipelaqına daxil olan kiçik atoll (Fransa Polineziyası). Hao atolundan 15 km şimalda yerləşir. == Coğrafiya == Ada dairəvi formaya malikdir. Atollun uzunluğu 29 км, eni — 10 km, quru sahəsi isə 9,6 km²-dir. Daxilində böyük laqun vardır. Laqunun sahəsi 240 km²-dir. Qərbdən laqun okeanla kiçik boğazlarla birləşir. == İnzibati bölgüsü == İnzibati baxımından Hao kommunasına daxildir. == Əhali == 2007-ci il məlumatına görə adada 163 nəfər yaşayır.
Amoun
Amon və yaxud Ammon, Amoun, Amun, Amen — qədim Misir dini-əfsanəsinə görə külək və bərəkət (məhsuldarlıq) tanrısı (ilahisi). Bu tanrı (allah) (ilahi) Ra — nın əlavə adı Ameni ilə səhv salınmamalıdır. == Mənşəyi == İlk olaraq Misirin mərkəzi əyalətində Amon tanrı kimi qəbul edilmişdir. XI sülalə dövründə Teben şəhərində əyalət tanrısı qəbul olunurdu. Hermontis ailəsi ölkə daxili çəkişməni öz xeyrinə həll etdikdən sonra Tebeni legitimləşdirir. XII sülalə düvründə yeni paytaxt Teben şimala köçürülür. Bundan sonra firon I Senusert Amon məbədi tikdirir. == Təsviri == Amon Amarna dövründən qabaq taclı və əsalı insan obrazında təsvir olunmuşdur. Ammarnadan sonrakı dövrdə isə mavi rəngdə olan tovuz quşu lələyindən ibarət olan qoşa tacla təsvir edilmişdir. Mavi dəri küləyi və yaranışı, lap qədim xalq inacına görə qoçu tərənnüm edirdi.
Apata
Apata (yun.
Apaçe
Apache HTTP Server və ya qısa olaraq Apache Linux, Unix, Windows, Mac, Solaris və digər müasir əməliyyat sistemləri üçün nəzərdə tutulmuş veb serverdir. Hal-hazırda internet saytların əksəriyyəti bu server ilə işləyir. Geniş imkanlara malikdir və elədə də açıq kod olduğundan hamı tərəfindən pulsuz istifadə oluna bilir. Apache veb serveri Apache Software Foundation tərəfindən işlənilir.
Apium
Kərəviz (lat. Apium) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinə aid bitki cinsi.
Apton
Apton (Kvebek)
Arjun
Arjun — Hindistanın milli tankı. İlk öncə tanka 105 mm-lik top taxılmış və sınaqlarına başlanılmış 40 tonluq əsas döyüş tankı modifikasiyaların hesabına 58.5 tonluq 120 mm-lik topa sahib tanka çevrilmişdir. Bu tankın istehsalı olduqca yavaş getmiş və problerlə dolu olmuşdur. Hindistanın Quru Qoşunları 37 illik hazırlıq proqramı başa çatdırılmış "Arjun"u 2011-ci ildə əsas döyüş tankı qismində qəbul edib. Hindistan Ordu Təchizatının çap etdirdiyi bir məqalədə 1971-ci ildə baş vermiş Hindistan-Pakistan müharibəsində ordunun ölkənin şimal-qərb hissəsində olan Pakistan sərhədləri boyunca uzanan çətin səhra şəraitinə uyğun olan tanka ehtiyacı olduğunu bildirmişdir. Beləcə 1974-cü ildə MBT-80 (daha sonra Arjun) layihəsi həyata keçirilməyə başlanıldı. Əvvəllər ordu tankın 52 ton və ya daha yüngül ayrıca isti, quru və tozlu şəraitdə işləyə biləcək gücdə olmasını istəyirdi. Əsas silah olaraq 120 mm-lik yivli top düşünülmüşdü. Şossedə 72 km/saat, yol olmayan yerlərdə isə 40 km/saat sürətlə hərəkət edən “Arjun” 120 mm çaplı top, tankvuran raketlər, 12,7 mm və 7,62 mm-lik pulemyotlar, habelə lazer nişangah və gecəgörmə cihazı ilə təchiz olunub. Hindistan hökuməti yerli məhsul olan “Arjun” Mk2 tankının kütləvi istehsalına başlanması ilə bağlı qərar verib.
Arqun
Arqun (çay, Asiya)
Asuan
Əsvan bəndi — Misir ərazisində Nil çayı üzərində tikilən bənddir. Tikilməsinə 1960-cı ildə başlanmış və 10 dekabr 1970-ci ildə başa vurulmuşdur.
Avarn
Avarn (q.yun. Αβαρνεσ) — Anadoluda qədim Bizans şəhəri. Kayseri yaxınlığındakı Kültəpə (Kaniş) və Əlişarda (Ankuva) tapılan, Assuriya dövrünə aid mixi yazı ilə yazılmış kitabələrdə adı qeyd olunur. Ehtimal olunur ki, bu, eyniadlı parçanın toxunma mərkəzidir. Bəzi tarixçilərə görə şəhər indiki Çərmik ərazisində yerləşirdi.
Aygün
Aygün — Azərbaycanda qız adı. Aygün Kazımova — Azərbaycan müğənnisi. Aygün Bünyadzadə — Azərbaycan uşaq yazıçısı.
Aykun
Laprün
Laprün (fr. Laprugne) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Le-Meye-de-Montan kantonuna daxildir. Kommunanın dairəsi — Vişi. INSEE kodu — 03139. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 360 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 228 nəfər (15-64 yaş arasında) 138 nəfər iqtisadi cəhətdən, 90 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi - 60.5%, 1999-cu ildə bu 63.8%). Fəal olan 138 nəfərdən 118 nəfər (77 kişi və 41 qadın), 20 nəfər işsiz (2 kişi və 18 qadın) idi. 90 hərəkətsiz 14 nəfər arasında şagird və ya tələbə, 42 nəfər təqaüdçü, 34 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Plaun
Plaun (lat. Lycopodium) — bitkilər aləminin plaunopsidlər sinfinin plaunçiçəklilər dəstəsinin plaunkimilər fəsiləsinə aid bitki cinsi.
Tapan
Tapan (Daşkəsən) — Azərbaycan Respublikasının Daşkəsən rayonunun inzibati ərazi vahidində kənd. Tapan — Tapanlı kəndinin digər adı.
Adauş
Adauş — e.ə. IX əsrdə adı çəkilən Assuriya ərazisi. Aratsani çayının cənubunda və Van gölünün qərbində olduğu güman edilir. Alternativ olaraq Böyük Zab üzərində yerləşir. Kirruri ərazisinin bir hissəsidir. III Salmanasar bir kitabədə deyir: "Adauş ölkəsi mənim qüdrətli döyüşümün başlamasından qorxdu və onun sakinləri quşlar kimi qaçaraq evlərini dərələrə və dağlara buraxdılar; ağam Aşurun izzəti onları kədərləndirdi və onlar enib ayaqlarımın dibində dayandı". II Assurnasirpal qeyd edir: "Mən yıxdım, qazdım və yandırdım, Nimme ölkəsini tərk edərək Kirruri ölkəsinə enərək Kirruri, Simesi, Simera, Ulmaniya şəhəri və Adauş, muqriyalılar və murmiyalılar ölkələrindən xərac götürdüm. Atlar, qatırlar, öküzlər, qoyunlar, şərablar və dolu mis küplər onların xəracını təşkil edirdi. Mən onların üzərində bir vali təyin etdim. Mən Kirruridə olarkən öldürdüm və ağam Aşurun izzəti Qozan və Xupuşka (ehtimal olunur ki, bura Gilzan və Xubuşkiyadır) əhalisini kədərləndirdi.
Apalus
Blennosperma (lat. Blennosperma) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == === Heterotipik sinonimləri === Apalus DC. Coniothele DC. == Növləri == Blennosperma bakeri Heiser Blennosperma chilense Less.
Yapan
Yapan (mont. Јапан) – Monteneqronun Andriyevitsa bələdiyyəsində yerləşən kənd. Yaponiya ilə olan ad oxşarlığı səbəbilə məşhurlaşmışdır. Kənd Komovi dağının cənub-şərq yamacında, Andriyevitsadan 13 kilometr uzaqlıqda yerləşir. Kəndin adının mənşəyi mübahisəlidir və bununla bağlı bir neçə rəvayət mövcuddur. Bir versiyaya görə 1904-cü ildə Rus-yapon müharibəsi zamanı kənd əhalisinin bir qismi Rusiyanı dəstəkləmiş, bir qismi tərəfsiz qalmışdır. Bu səbəbdən kənd Yapan adını almışdır. Digər versiya Birinci Dünya müharibəsində Avstriya-Macarıstan imperiyasına qarşı döyüşmüş, kəndin sakini olmuş Samilo Fatiçlə bağlıdır. Fatiç Monteneqro kralı I Nikola tərəfindən medalla təltif olunarkən ondan kəndə su çəkilməsini xahiş etmişdir. I Nikola kəndin yerini soruşanda "çox uzaqda, Yaponiya qədər uzaqda" cavabını vermişdir.
Aban
Aban – qədim türk mənşəli tayfanın adıdır. Aban sözünün e.ə. VII əsrdə sakların tərkibində qarqarlarla yanaşı gəlmiş tayfanın adı olması elmi ədəbiyyatda diqqət mərkəzinə çəkilir Qarqarların şimal-qərbi Albaniyada hələ qədim dövrdən məskunlaşması barədə e.ə. 65-ci ildə Pompeyin Albaniyaya yürüşü haqqında məlumat verən antik tarixçilər qeyd etmişlər. Onların əsərlərində Albaniya ərazisindəki Avant çayı və onun yaxınlığında Abant əyalətinin olması (Plutarx, Pompey, Dion Kassiy) göstərilmişdir. Moisey Kalankatlı Albaniyada Abant adında iki yaşayış məntəqəsinin olduğunu bildirmişdir. Q. Qeybullayev yuxarıda qeyd olunan məlumatlara və digər faktlara istinadla belə bir qənatə gəlir ki, Abant/Avant adları abant tayfasının adı ilə bağlıdır və onlar qarqarlarla birgə bu əraziyə gəlmişlər == Aban sözü ilə bağlı coğrafi adlar == Abant tayfalarının Azərbaycan və Ermənistan ərazisində məskunlaşma tarixi çox qədimdir. Tayfanın dəqiq adı çox güman ki, aban olmuşdur. Sözün sonundakı t səsi cəmlik bildirən –at şəkilçisinin qalığı ola bilər. Ermənistan ərazisində əsasında aban tayfasının adı duran toponimlər qeydə alınmışdır.
Eva Braun
Eva Braun (tam adı – Eva Anna Paula Braun; 6 fevral 1912[…], Münxen – 30 aprel 1945[…], Fürerbunker) — Adolf Hitlerin sevgilisi, sonralar isə həyat yoldaşı.
Ezra Paund
Ezra Veston Lumis Paund (30 oktyabr 1885[…] – 1 noyabr 1972[…], Venesiya) — Amerikalı sürgün edilmiş şair, tənqidçi və ilk modernist hərəkatının böyük şəxsiyyətlərindən idi.
Fəxrəddin Altun
Fəxrəddin Altun (11 sentyabr 1976, Ştutqart) — Türk bürokrat, akademik və sosiologiya professoru. == Həyatı == 11 sentyabr 1976-cı ildə Almaniyanın Ştutqart şəhərində anadan olub. 1998-ci ildə İstanbul Universitetinin Sosiologiya Bölməsini bitirib. 2014 ilə 2018 arasında SETA İstanbul Baş Koordinatoru və Baş Koordinator Köməkçisi vəzifələrini icra etmişdir. İbn Xaldun Universitetinin Rabitə fakültəsinin dekanı olmuşdur.