Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bancul
Banjul (ing. Banjul, 1973-cü ilədək Baterst) — Qambiyanın paytaxtı. Əhalisi 2003-cü ilin hesablamalarına görə 34 828 nəfər, şəhər ətrafı ilə birlikdə 357 238 nəfərdir. Şəhər Qambiya çayının Atlantik okeanına töküldüyü yerdə, Müqəddəs Məryəm adasında yerləşir. == Tarixi == Şəhərin əsası 1816-cı ildə ingilislər tərəfindən liman şəhəri kimi qoyulmuş və o vaxtkı Böyük Britaniya Müharibə və Koloniyalar naziri Henri Baterstin şərəfinə Baterst adlandırılmışdır. 1973-cü ildə şəhərin adı dəyişdirilərək indiki adını almışdır.
Banjul
Banjul (ing. Banjul, 1973-cü ilədək Baterst) — Qambiyanın paytaxtı. Əhalisi 2003-cü ilin hesablamalarına görə 34 828 nəfər, şəhər ətrafı ilə birlikdə 357 238 nəfərdir. Şəhər Qambiya çayının Atlantik okeanına töküldüyü yerdə, Müqəddəs Məryəm adasında yerləşir. == Tarixi == Şəhərin əsası 1816-cı ildə ingilislər tərəfindən liman şəhəri kimi qoyulmuş və o vaxtkı Böyük Britaniya Müharibə və Koloniyalar naziri Henri Baterstin şərəfinə Baterst adlandırılmışdır. 1973-cü ildə şəhərin adı dəyişdirilərək indiki adını almışdır.
Batial
== Batial çöküntülər == Dəniz və okeanların batial zonasında (sahəsində) çökən vulkanik lillərdən, dərinlik qumlarından və çınqıl daşlarından ibarət, əsasən göy, yaşıl, qırmızı və boz rəngli çöküntülər. Batial çöküntülərin tərki­bində terrigen materiallar üstünlük təşkil edir. Batial çöküntülər dünya okeanı dibi sahəsinin 15,4%-ni örtür, əsasən materik yamaclarında yayılmışdır. Batial çöküntüləri - əksərən materik yamac hüdudunda, qismən isə şelfin daha dərin hissələrində, 200 m-dən 2000 m-ə qədər dərin­likdə toplanan dəniz çöküntüləri. == Batimetrik xəritə == Batimetrik xəritə-izabatın köməyi ilə tərtib edilən sualtı relyefi əks etdirir. Sualtı relyefin rəngləri dərinlik pillələri üzrə verilir. == Batimetriya == Batimetriya-(yun. bathus dərin+metreo - ölçürəm) - xüsusi cihazlarla (lota, exolota və digər dərinlik ölçənlərlə) dəniz və okeanlann dərinliyinin ölçülməsi. == Batimetrik vilayət == Batimetrik vilayət okean və ya dənizlərin dib hissəsi və ona qovuşan su qatları. Ayrı-ayrı batimetrik vilayət adətən (bəzən şərti olaraq) aşağıdakı dərinliklərlə səciyyələnirlər: şelf 0-200 m (500-600 m-ə qədər), qitə yamacı (batial vilayət) 200-500m-dən 2000-3000 m və daha artıq, hemipelagik 2000 m-dən 4000-5000 m qədər, abissal 4000-5000 m-dən 6000 m qədər, ultraabissal 6000m-dən dərin.
Babül
Babül — İranın Mazandaran ostanının şəhərlərindəndir. Həm də Babül şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 976 nəfər və 287 ailədən ibarət idi.
Batum
Batumi (gürc. ბათუმი; 1936-cı ilə qədər Batum) və ya Batum— Gürcüstanın Qara dəniz limanı və Acarıstan Muxtar Respublikasının paytaxtı. Şəhərin əhalisi 152 839 nəfərdir (2014). Turizm mərkəzi olan Batuminin əhalisi yay aylarında 400 000 min nəfərə çatır. Batumi Cənubi Qafqaz dəmiryolunun və Bakı neft boru xəttinin qurtardığı əhəmiyyətli liman və ticarət mərkəzidir. Türkiyə sərhədindən 12 kilometr məsafədə yerləşir. Subtropik iqlimə malikdir, sitrus meyvələri və çay yetişdirilir. Neftayırma zavodu və gəmiqayırma sənayesi ilə tanınır. == Tarixi == Batumi sözü bu ərazidə yerləşən qədim yunan koloniyası Batisin (Batis – "dərin", Batis limen – "dərin liman") adı ilə bağlıdır. Şəhər orta əsrlərə qədər gürcü knyazlıqlarının idarəsində olmuşdur.
Batur
Batur — türk, altay və monqol mifologiyasında, monqol/moğol mənşəli bator/baatar Türkcə "bat" sözünün kökündən gəlir, monqolcada olduğu kimi başqa Türk dillərində də dəyişik formaları var, əfsanələrdə, nağıllarda ümumi olaraq qəhrəman mənasında istifadə edilən söz. Batır, Bağatur, Bogatur, Bagatır, Batar, Bağatar, Bahadır olaraq da deyilir. Vuruşçu, igid adam. Monqolustanın Paytaxtı Ulan-Bator (Ulağan Bağatur)un adının mənası "Qırmızı Qəhrəman" deməkdir. Bu ad hər nə qədər sosialist dövlət tərəfindən qoyulmuş olsa da, monqol tarixi ilə də əlaqəlidir. Qəhrəmanlıq anlayışı bəşəriyyətin və insan olmağın ortaq nəticələrindən biridir. == Etimologiya == Türkcə (Bat/Mat) kökündən törəmişdir. Yıxmaq mənası vardır. Böke köküylə də əlaqəlidir. Böke, daim qazanan deməkdir.
Abdullah Battal
Abdullah Bəttal (ərəb. عبدالله البطال‎; VIII əsr – 740, Afyonkarahisar) — Əməvilər xilafətinin Bizans imperiyasına qarşı başlatdığı bir neçə yürüşdə iştirak edən müsəlman sərkərdə. Bəttalın həyatı ilə bağlı tarixi faktlar azdır, kakin onun ölümündən sonra ətrafında psevdo-tarixi və əfsanəvi ənənə geniş şəkildə böyümüşdür və Seyyid Bəttal Qazi kimi həm ərəb, həm də sonrakı dövrlərdə yaranmış türk epik ədəbiyyatında məşhur bir şəxsiyyətə çevrilmişdir. == Həyatı == Abdullah Bəttalın mənşəyi və ya erkən həyatı barədə heç bir şey məlum deyil. Çox sonrakı illərə aid olan məlumatlar onun əslən Antakya və ya Şam şəhərindən olduğunu, həmçinin Əməvilər ailəsinin mövlası olduğunu iddia edir. Əlavə olaraq, ona Əbü Məhəmməd, Əbü Yəhya və ya Əbü Hüseyn kimi adətən tanındığı müxtəlif günyələr verilir. Qəbilə mənsubiyyəti əvəzinə Əntəqi, yəni antioxiyalı nisbəsinin istifadəsi onun ərəb mənşəli olmaya biləcəyini göstərir. Buna görə də Abdullah adı onun islamı daha sonralarda qəbul etməsi ehtimalını daha gücləndirir. Çünki bu ad ərəb dilindən tərcümədə "Allahın qulu" mənasını verir və erkən islam dövründə tez-tez dini yeni qəbul edənlərə verilirdi. Xalid Yəhya Blekinşip irəli sürür ki, o, Bizans salnaməçisi Övliya Feofan 727-ci ildə gerçəkləşmiş Nikeyanın mühasirəsində qeyd etdiyi "Əmr" adlı şəxs ola bilər.
Batail zona
Batdal Bayraxtarov
Batial zona
Batial zona və ya matеrik yamacı — mеylliyi daha yüksək, kifayət qədər parçalanmış, pilləvari, sualtı dağlar, tirələr, yüksəkliklər və çökəkliklərdən ibarət оlub, dünya okeanının 12%-i təşkil еdir. Zоna suyun zəif hərəkəti, tеmpеraturun aşağı оlması, qaranlıq оlması, özünəməхsus hеyvanat aləminin оlması ilə хaraktеrizə оlunur. == Batial fauna == Batial fauna - 500-3000 m də­rin­likdə dibdə və ya dəniz və okeanların su qatında məskunlaşan fauna. Batial fauna ümümi biokütləsi və növ müxtəlifliyi sublitoral şelf faunasına nisbətən az, abissal faunadan isə çoxdur. Batialın az meyilli qitə yamaclarında makrobentosunda detrityeyənlərin, dik yamaclarında isə sestonyeyənlərin biosenozları üstün­­lük təşkil edir. Fossil halda əsasən ikitayqabıqlı molyusklardan Tellinidae və Nuculani­dae qabıqları və süngərlərdən Tetra­xonida dəstəsinin silisium oksidli spikulları, habelə aqlylü­tiniv və sekresion foraminiferlər tapılır. == Həmçinin bax == Dəniz Okean Fauna == Mənbə == БСЭ. Статья "Батиаль". Автор О. К. Леонтьев. Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press.
Battal (Uçalı)
Battal (başq. Баттал, rus. Батталово) — Başqırdıstan Respublikasının Uçalı rayonunda yerləşən kənd. Kənd Mindyak kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Uçalı): 87 km, ən yaxın dəmiryol stansiyasından (Ural-Tau stansiyası): 39 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (100 %) üstünlük təşkil edir.
Battal Bayraqdarov
Battal Qazi
Bəttal Qazi (690, Malatya – 740) — Xalq qəhrəmanı. == Həyatı == Bəttal Qazi və ya Seyid Bəttal Qazi, VIII əsrdə yaşadığı təxmin edilən və haqqında müxtəlif inanclar buraxmış bir xalq qəhrəmanıdır. Malatya Sərdarı Hüseyn Qazinin oğludur. Anası Səidə Xatun türk əsllidir. Bəttal Qazi Malatyada doğulmuşdur. Doğulduğu və yaşadığı evin yeri hələ də mövcuddur. xarabalıq halında qorunur. Uzun illər xalqa yemək paylanan xeyriyyə yeri kimi istifadə olunmuşdur. Haqqında Övliya Çələbinin Səyahətnamə əsərində bəhs edilmişdir. Malatyada doğulduğu yerə öz adı verilmişdir.
Baykul gölü
Baykul gölü (tatar. Байкү́л, Карамалы күле) — Tatarıstanın Kamsk-Ustinski rayonu ərazisində yerləşən göl. Tatarıstan SSR Nazirlər Sovetinin 10 yanvar 1978-ci il № 25 və Tatarıstan Respublikası Nazirlər Kabinetinin 29 dekabr 2005-ci № 644 saylı qərarı ilə yerli əhəmiyyətli təbiət abidəsi elan edilmişdir == Coğrafiya == Bolşoe gölü karst məşhəllidir. Tatarıstanın Laişevski rayonunda, Malıy Karmalı kəndindən 0,8 km cənub-qərbdə yerləşir. Su tutarı dairəvi formaya malikdir. Uzunluğu 340 metr, maksimal eni isə 130 metrdir. Su səthinin sahəsi 3,93 ha-dır. Orta dərinliyi 3 metr təşkil edir. == Hidrologiya == Su tutarının həcmi 100 m³-dir. Yeraltı sularla qıdalanır.
Battal evrak
Battal evrak — Osmanlı yazışma sistemində köhnəlmiş qeydlər. Bu, sənədin bir küncündən digər tərəfinə böyük formatda "battal" yazılmış və "şərh" əlavə edilməklə həyata keçirilir. Bu proses battal çəkmək adlanırdı.
Atıl-batıl
Atıl-batıl (lat. Zosima) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == === Heterotipik sinonimləri === Pichleria Stapf & Wettst. == Növləri == Yovşanyarpaq atıl-batıl (Zosima absinthiifolia (Vent.) Link) Zosima gilliana Rech.f. & Riedl Zosima korovinii Pimenov Zosima radians Boiss. & Hohen.
Euseius batus
Euseius batus (lat. Euseius batus) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin euseius cinsinə aid heyvan növü.
Gəlugah (Babül)
Gəlugah — İranın Mazandaran ostanının Babül şəhristanının Şərqi Bəndpey bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,512 nəfər və 644 ailədən ibarət idi.
Osman Batur
Osman Batur (qaz. Оспан батыр (Оспан Исламұлы) və ya وسپان باتىر (çin.); bəzən Uthmān/Osman Bātūr, Osman Batir və ya Osman Batur adlandırılırdı İslambay oğlu; 1899, Göktoğay[d], Tzin sülaləsi – 29 aprel 1951, Urumçi) — Şərqi Türkistanda fəaliyyət göstərmiş inqilabçı. Osman Batur müstəqillik mücadiləsinə 1911-ci ildə 22 yaşında başlayıb. Əsl adı Osman İslamoğludur və Qazax türküdür. 1899-cu ildə Altayın Göktoğay bölgəsində dünyaya gəlib. Kiçikkən babasından dini təhsil alıb. Hələ 12 yaşında ikən at minməsi, silah tutmasıyla diqqətləri çəkib. O dönəmin qəhrəmanlarından olan Böke Batur onu dəstəsinə götürüb. II dünya müharibəsi dönəmində çinlilər Şərqi Türkistana təzyiqlərini artırıblar. Məscidlərə hücum edib, insanları haqsız yerə küçələrdə güllələyiblər.
Tatul Akopyan
Tatul Aşıği Akopyan (erm. Թաթուլ Աշիկի Հակոբյան; 29 dekabr 1969, Balakənd, Noyemberyan rayonu) — Ermənistan müxbiri və müstəqil siyasi analitiki. Tatul Akopyan 29 dekabr 1969-cu ildə, SSRİ respublikalarından olan Ermənistan SSR-nin şimal-şərqində, Azərbaycan SSR ilə sərhəd yaxınlığındakı Balakənd kəndində anadan oluşdur. O, İrəvan Dövlət Universitetində təhsil almış və 1995-ci ildə həmin universitetin Jurnalistika fakültəsindən məzun olmuşdur. Akopyan həmçinin, Gürcüstanın paytaxtı Tbilisi şəhərindəki Gürcüstan İctimaiyyətlə Əlaqələr İnstitutunun məzunudur. Akopyan əvvəllər "Ankakhutyun" (1991–1995), "Yerkir" (1998–2000), "Azg" (2000–2006), "Aztag" (2005–2016) və "The Armenian Reporter" (2008–2009) qəzetlərində müxbir, o cümlədən Ermənistan İctimai Radiosunun "Radiolur" xəbər proqramının regional məsələlər üzrə müşahidəçisi (2004–2008) kimi çalışmışdır. O, 2009-cu ildən 2021-ci ilin fevralına qədər müstəqil "Sivilitas fondu"nun (CivilNet) müxbiri və analitiki olaraq çalışmışdır. Akopyan 2014-cü ildən İrəvanda yerləşən "ANİ Erməni Araşdırmaları Fondu"nun direktorudur. O, hal-hazırda Tbilisidə yerləşən "Aliq Media" erməni xəbər agentliyinin köşə yazarıdır. Akopyan ailəlidir və iki oğlu var.
Tatul Krpeyan
Tatul Krpeyan (erm. Թաթուլ Կրպեյան; 21 aprel 1965, Pirmələk, Talin rayonu – 30 aprel 1991, Çaykənd, Xanlar rayonu) — erməni döyüşçüsü. Tatul Krpeyan 21 aprel 1965-ci ildə Ermənistan SSR-ində yerləşən Talin rayonunun Areq kəndində anadan olmuşdur. İbtidai və orta təhsilini Talin rayon mərkəzində yerləşən məktəbdə alan Tatul orta məktəbi bitirdikdən sonra mexanika texnikumuna daxil olur. SSRİ ordusunda hərbi xidməti bitirdikdən sonra İrəvan Dövlət Universitetinin tarix faklütəsinə daxil olur. Tələbəlik illərində Erməni Azadlıq Hərəkatına qatılır. Yuxarı kurslarda təhsil aldığı müddət ərzində Miatsum hərəkatının liderlərindən birinə çevrilir. Tatul 1990-cı ilin senytabr ayında vəziyyətin gərgin olduğu Dağlıq Qarabağa gəlir. Burada Miatsum hərəkatı əsnasında yerli azərbaycanlılara qarşı silahlı mübarizə aparmaq barədə qərar qəbul edir. Çaykənd ərazisində silahdaşları ilə birlikdə Daşnaktsakanner adlı silahlı dəstə yaradır.
Zuvka Batur
Zuvka Batur və ya Zavka Sabitoğlu (1869 – 1929) — Türkistanın müstəqilliyi üçün mübarizə aparmış olan milli müqavimət hərəkatının lideri. Çinlilərin Türkistandakı zülmlərinə qarşı müqavimət göstərən önəmli rəhbərlərdən biridir. Tanınmış alim prof.dr. Abdülvəhab Qara Zuvka Baturun əsl adının ərəbcədəki Süha sözündən gəldiyini və bu sözün Türkistan türkcəsindəki şəkli olduğunu bildirir. "Batur" ona qəhrəman, cəsur mənasında yerli millətin verdiyi ünvandır. Zuvka Batur Sabitoğlu 1866-cı ildə indiki Şərqi Qazaxıstan oblastının Zaysan bölgəsinin Kendirlik kəndində anadan olmuşdur. Zuvkanın atası Sabit molla olmuşdur. Ulu əcdadı Nurməhəmməd Hafizdir. Zuvka Baur haqqında son illərdə Çində iki tarixi roman yazılmışdır. Onun biri Batırxan Kuşbeginin "Zuqa Batır" romanı, ikincisi 45 il həbsdə olmuş Kaçığumar Şabdanulının "Pana" romanıdır.
Betül Kaçar
Betül Kaçar (1983, İstanbul) — Türk astrobioloq və professor. Yer üzündə mikro ölçülü canlıların bioloji quruluşunu araşdıran Betül Kaçar laboratoriyada canlandırdığı keçmişin bioloji həyatını günəş sistemi və onun xaricindəki planetlərdən əldə etdiyi məlumatlarla müqayisə edən bir elm adamıdır. O, 2021-ci ildən Viskonsin-Medison Universitetində təhsilini davam etdirir. O, eyni zamanda elementlərin Yer planetindəki həyatla qarşılıqlı əlaqəsini öyrənən NASA Mərkəzinin direktorudur. == Həyatı == Betül Kaçar 1983-cü ildə İstanbulda anadan olub. Giresunlu bir ailənin övladı olaraq uşaqlığı Giresunun Bulancak ilçəsində keçib. Çavuşoğlu kollecini bitirdikdən sonra ali təhsilini 2004-cü ildə Mərmərə Universitetinin kimya fakültəsində almışdır. 2003-cü ildə Mərmərə Universitetində tələbə olarkən Amerika Howard Hughes Tibb İnstitutuna müraciət etdiyi layihə ilə bakalavr tələbələri üçün olan yay təqaüdü qazanaraq ABŞ-də tədqiqatlarına başlamışdır. Kolleci bitirdikdən sonra ABŞ-nin Corciya ştatının inzibati mərkəzi olan Atlantadakı Emori Universitetində doktorluq təhsilinə başlamışdır. O, Emory Universitetinin Kimya fakültəsində və Emori Tibb Məktəbində Parkinson və Altsheymer xəstəliyinə səbəb olan zülallar üzərində tədqiqatlar aparmışdır.
Batil inanc
Mövhumat və ya batil inanc (ərəb fəhm — fal, ovsun) yaxud xurafat — qorxu, psixi pozuntular və sosial bərabərsizlikdən yaranan, heç bir duyma orqanı ilə tanınmayan və deməli əslində maddi mənada mövcud olmayan proseslərə, qüvvələrə, şəxslərə inam. Mövhumat məişət səviyəsində, ilk baxışda heç bir məntiqi mənası olmayan hərəkətlərlə müşayət olunan müxtəlif ayinlərin yerinə yetirilməsi, təkrar olunan sözlərin ifadə edilməsi ilə səciyələnir.
Batum müqaviləsi
Batum müqaviləsi — 4 iyun 1918-ci ildə Batumda Osmanlı imperiyası ilə üç Zaqafqaziya dövləti — Birinci Ermənistan Respublikası, Azərbaycan Xalq Cümhuriyyəti (AXC) və Gürcüstan Demokratik Respublikası arasında imzalanmış müqavilə. Bu, Birinci Ermənistan Respublikası ilə AXC-nin ilk müqaviləsi idi və 14 maddədən ibarət idi. == Zəmin == 5 dekabr 1917-ci ildə ruslar və osmanlılar arasında Ərzincan barışığı imzalandı və beləliklə Rusiya ilə Osmanlı imperiyası arasında Fars cəbhəsində və Birinci Dünya müharibəsində Orta Şərq cəbhəsinin Qafqaz cəbhəsində silahlı qarşıdurmalara son qoyuldu. Ərzincan barışıq müqaviləsinin ardınca 3 mart 1918-ci ildə Rusiyanın Birinci Dünya müharibəsindən çıxması ilə bağlı Brest-Litovsk sülh müqaviləsi imzalandı. 1918-ci ilin 14 mart-aprel tarixləri arasında Osmanlı imperiyası ilə Zaqafqaziya Seymi nümayəndə heyəti arasında Trabzon sülh konfransı keçirildi. Ənvər Paşa danışıqların sonunda Brest-Litovskda Şərqi Anadolu vilayətlərinin Osmanlı tərəfindən yenidən ələ keçirilməsinin tanınması müqabilində Qafqazdakı bütün ambisiyalarından çəkilməyi təklif etdi. Aprelin 5-də Zaqafqaziya nümayəndə heyətinin rəhbəri Akaki Çxenkeli Brest-Litovsk müqaviləsini daha çox danışıqlar üçün əsas kimi qəbul etdi və idarəetmə orqanlarını bu mövqeyi qəbul etməyə çağırdı. Tiflisdə hökm sürən əhval-ruhiyyə çox fərqli idi. Ermənilər respublikaya təzyiq göstərərək, Osmanlı imperiyası ilə öz aralarında müharibə vəziyyətinin olduğunu bildirirdilər. Döyüşlər yenidən başladı və Osmanlı qoşunları şərqdə yeni torpaqları ələ keçirərək müharibədən əvvəlki sərhədlərə çatdı.