Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Beş
Beş — say sistemində rəqəm və eyni zamanda ədədlərdən biridir. Dörddən sonra, altıdan əvvəl gəlir. == Ümumi məlumat == Saylar sırasında beşin məxsusi yeri və icra rolu vardır. Beş sayı sol əlin çeçələ, adsız, orta, şəhadət barmaqlarından sonra say saymaq vəzifəsini üzərinə alan baş barmaqla bağlıdır. Sözsüz ki, bu, məsələnin görünən tərəfidir. Burada görünməyən tərəf fərqli-fərqli mədəniyyətlər əhatəsində simvollaşan sakral-sehr koduna daxildir. Məsələ belədir ki, bəzi yerlərdə və bəzi hallarda barmaqları beş sayını göstərən əlin özü elə "beş" adı daşıyır. Xalqımızın təsəvvüründə beşin say olaraq həm müstəqim, həm də məcazi mənası vardır. Misal üçün, "Beş barmağın beşi də bir deyil", "Dünya beş gündür, beşi də qara", "Beş günlük dünyadı da", "Beş kişidən biri" və s. deyimlər, "Xəmsə" adı ilə beş saylı əsərlərin yazılması bu sıraya daxildir.
Bas (səs tipi)
Bas ( it. basso "aşağı") - səsin müvafiq tessiturasına malik olan ən aşağı kişi səsi. Böyük səs dərinliyi və dolğunluğu ilə fərqlənir. Qədim dövrlərdən bizim dövrümüzə qədər bas səsləri bəstəkarlar tərəfindən istifadə edilir. Xor və nəğmələr üçün bir çox kompozisiyalarda bas partiyası əsasdır. Həmçinin operada bir çox bas partiyaları ifa olunurdu. Baslar dərin bas profundo və melodik bas kantantasına bölünür. Bas diapazonu E-F (böyük oktavanın Mi-si, Fa-sı)-dan e1-g1-ə (Mi, Fa, Fa #, birinci oktavanın Sol-u), keçid notları: a-cis (Kiçik oktavanın La-sı - birinci aktavanın Do-diez-i). == Növlər == Yüksək bas, melodik bas (kantante), F2 (böyük oktavanın Fa-sı) ilə F4 (1-ci oktavanın Fa-sı) və bəzən F4, F#4, G4, Ab4 (Fa-diez, Sol və Birinci oktavanın la-bemolu) iş diapazonuna malikdir. Bu, bəzən bariton tembrini xatırladan yüngül, parlaq səsdir.
Altmış beş
Altmış beş — say sistemində ədədlərdən biridir. Altmış dörddən sonra, altmış altıdən əvvəl gəlir. == Riyaziyyatda == === Əsas hesablamalarda === Altmış beş ədədi —tək ədəddir və eyni zamanda mürəkkəb ədəddir. Belə ki, 1, 5, 13 və 65 ədədlərinə qalıqsız bölünür. === Say sistemində === == Elmdə == == Dində == Quranda "İnsan" sözü 65 dəfə işlənir. Maraqlısı odur ki, insanın yaradılış mərhələlərini ifadə edən sözlərin də birlikdə cəmi 65 dəfə səslənir. İnsanın yaradılış mərhələlərini ifadə edən sözlər isə bunlardır: "torpaq" (17 dəfə), "Nütfə" (12 dəfə), "Embrion" (6 dəfə), "Bir Tikə Ət" ifadəsi (3 dəfə), "Sümük" (15 dəfə), "Ət" (12 dəfə).
BES adaları
Karib Niderlandı (nid. Caribisch Nederland) — Karib dənizində Niderlanda aid 3 özəl bələdiyyədən ibarət ərazi. Müdafiə və beynəlxalq məsələləri Niderland Krallığının səlahiyyətlərindədir. Niderland Karibindəki 6 adadan 3-cü Karib Niderlandında birləşmişdir. Bunlar Boneyr, Sint-Estatius və Saba adalarıdır. Qanuni formada bu üç ada ayrıca BES adaları (adaların baş hərflərindən ibarət olan abbreviatura) olaraq da adlanırlar. == Statistika == == İqtisadiyyatı == === Pul vahidi === 1 yanvar 2011-ci ilə qədər Karib Niderlandına daxil olan 3 adanın hamısında Niderland Antilləri quldeni istifadə edilmişdir. Adalar bu tarixdən sonra Niderland Krallığında istifadə olunan avro və ya keçmiş Niderland Antil adalarına aid ərazilər olmuş Kürasao və Sint-Martenin istifadə etdikləri Karib quldeni əvəzinə ABŞ dollarını seçir. Hazırda da ölkənin pul vahidi ABŞ dollarıdır. == İqlimi == Karib Niderlandının adaları bütün il boyunca isti keçən tropikal iqlimin təsiri altındadır.
Beş Aqal
Beş Aqal - İrəvan quberniyasının Eçmiədzin qəzasında göl adı. == Həmçinin bax == Bakugöl Kari gölü Göyçə gölü == Ədəbiyyat == Budaqov B.Ə. Ermənistanın Azərbaycan mənşəli coğrafi adları. “Didərginlər” məcmuasi. Bakı, 1990.
Beş kurqan
Bəs-Normandi
Aşağı Normandiya (fr. Basse-Normandie) - Fransanın şimal-qərbində bir bölgədir. Ərazisinin sahəsi 17 589 km² təşkil edir, sahilin uzunluğu 470 kilometrdir. Meşələrin sahəsi 192 000 hektar təşkil edir.
Doxsan beş
Doxsan beş — say sistemində ədədlərdən biridir. Doxsan dörddən sonra, doxsan altıdən əvvəl gəlir. == Riyaziyyatda == === Əsas hesablamalarda === Doxsan beş ədədi —tək ədəddir və eyni zamanda mürəkkəb ədəddir.
Luis Bes
Luis Bes (25 dekabr 1891 — 1 yanvar 1961) — Fransalı keçmiş peşəkar velosiped yarışçısı. Luis Bes Fransanı 1912-ci ildə V Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Luis Bes birinci dəfə Olimpiya Oyunlarına 1912-ci ildə qatıldı. O, Stokholmda baş tutan V Yay Olimpiya Oyunlarında iki yarışda iştirak etdi. Yarışı sona qədər başa vura bilmədi.
On beş
On beş — say sistemində ədədlərdən biridir. On dörddən sonra, on altıdan əvvəl gəlir. == Riyaziyyatda == === Əsas hesablamalarda === === Say sistemində === On beş ədədi — mürəkkəb ədəd olmaqla yanaşı həm də tək ədəddir.
Otuz beş
Otuz beş — say sistemində ədədlərdən biridir. Otuz dörddən sonra, otuz altıdan əvvəl gəlir. == Riyaziyyatda == === Əsas hesablamalarda === === Say sistemində === Otuz beş ədədi — mürəkkəb ədəd olmaqla yanaşı həm də tək ədəddir.
Qırx beş
Qırx beş — say sistemində ədədlərdən biridir. Qırx dörddən sonra, qırx altıdan əvvəl gəlir. == Riyaziyyatda == === Əsas hesablamalarda === Qırx beş ədədi —tək ədəddir və eyni zamanda mürəkkəb ədəddir.
Qızılı beş
Qızılı beş (ing. The Figure 5 in Gold) və ya Qızılı beş gördüm (ing. I Saw the Figure 5 in Gold) — ABŞ rəssamı Çarlz Demut tərəfindən 1928-ci ildə çəkilmiş rəsm əsəri. Rəsm əsəri çəkilərkən kubizm və presizionizmdən təsirlənmişdir. Çarlz Demut rəsm əsərini dostu Vilyam Karlos Vilyamsa hörmət əlaməti olaraq çəkmişdir. Rəsm əsəri Vilyam Karlos Vilyamsın "Böyük rəqəm" şeirinə istinad edir. Bu şeirdə yağışlı gecədə şəhərin küçələri boyunca (güman ki, Nyu York şəhərində) bir yerə tələsən yanğınsöndürmə maşını təsvir edilmişdi. Rəsm əsəri adını bu şeirdə işlədilmiş bir ifadədən almışdır. == İstinadlar == == Xarici keçidlər == ABŞ Metropoliten muzeyinin katoloqunda rəsm əsəri.
Səksən beş
Səksən beş — say sistemində ədədlərdən biridir. Səksən dörddən sonra, səksən altıdən əvvəl gəlir. == Riyaziyyatda == === Əsas hesablamalarda === Səksən beş ədədi —tək ədəddir və eyni zamanda mürəkkəb ədəddir.
Yetmiş beş
Yetmiş beş — say sistemində ədədlərdən biridir. Yetmiş dörddən sonra, yetmiş altıdan əvvəl gəlir. == Riyaziyyatda == === Əsas hesablamalarda === Yetmiş beş ədədi —tək ədəddir və eyni zamanda mürəkkəb ədəddir.
İyirmi beş
İyiirmi beş — say sistemində ədədlərdən biridir. İyiirmi dörddən sonra, İyiirmi altıdan əvvəl gəlir. == Riyaziyyatda == === Əsas hesablamalarda === === Say sistemində === İyirmi beş ədədi — mürəkkəb ədəd olmaqla yanaşı həm də tək ədəddir.
Əlli beş
Əlli beş — say sistemində ədədlərdən biridir. Əlli dörddən sonra, əlli altıdan əvvəl gəlir. == Riyaziyyatda == === Əsas hesablamalarda === Əlli beş ədədi —tək ədəddir və eyni zamanda mürəkkəb ədəddir.
Afrikanın beş böyükləri
Afrikanın beş böyükləri — Afrika qitəsinə xas böyük heyvanların ən təhlükəliləri. Bu heyvanlar bir zamanlar çox qiymətli ovlar idi. İndi isə safarinin məqsədi onları tüfəng yerinə fotoaparatla tutmaq. Beş böyüklərdən kərgədan xaric heç birinin nəsili təhlükədə deyil (aslan və afrika fili savunmasızdır). Bu qrupdakı beş heyvan sırasıyla; Adi Afrika kəli (lat. Synceferus caffer) Bəbir (lat. Panthera pardus) Aslan (lat. Panthera leo) Afrika savanna fili (lat. Loxodonta africana) Qara kərgədan (lat. Diceros bicornis)5-ci sırada bəzən suayqırı (lat.
Beş qardaş (abidə)
Beş qardaş – tarixi abidə və mineral su mənbəyi. İranın Şimali Xorasan əyalətinin Bocnurd bölgəsində yerləşir. Bu abidə istirahət və tarixi turizm mərkəzi kimi fəaliyyət göstərir və Əl işləri və Turizm Təşkilatı tərəfindən milli irs siyahısına salınmışdır. == Yeri == Beş qardaş abidəsi Bocnurd-İsfərayen yolu üzərində, Bocnurddan 7 km məsafədə yerləşir. Abidə Qeri Canlu, Mehnan və Əsədli kəndlərinə yaxındır. == Tarixi == Abidənin adının kökü Xorasan Türklərinin mifologiyası ilə bağlıdır. Əfsanəyə görə zülmkar hökmdara qarşı üsyan edən 5 qardaş abidənin yerləşdiyi dağa sığınmış və sonradan yoxa çıxmışdır. Bndan sonra isə, bu yerdən 5 bulaq peydə olmuşdur.Qacarlar dövründə Nəsrəddin şah buranı ziyarət etmiş və Yar Məhəmməd xan Şadlıya əmr etmişdir ki, bulaqların üstündə abidə tiksin. Bundan sonra abidənin yanında tac formasında hovuz da tikilmişdir.
Beş yaxşı imperator
Antoninlər sülaləsi (və ya "Beş yaxşı imperator" (ing. Five Good Emperors) — termin E.Qibbsona məxsusdur; və ya "evladlığa götürülmüş imperatorlar") — təxminən iki yüz il hakimiyyətrə olmuş Qədim Roma sülaləsi. Onların hakimiyyəti zamanı (96–180) imperiya özünün ən stabil və çiçəklənən dövrünü yaşamışdır. Daxili siyasəti imperator-senat münasibətlərində barış mövqeyi, senatorlara qarşı represiya və torpaq müsadirəsi siyasəti aparılmaması ilə seçilir. Xarici siyasəti imperiya demək olar ki, Yaxın Şərqi tutmaqla ən böyük əraziyə malik olması ilə səciyyələnir. Hakimiyətin vərəsələnməsi demək olar ki, qan tökülmədən həyata keçirilirdi. Hər bir imperator sağlığında senatorlardan və ya hərbi komandirlərdən ən bacarıqlısını evladlığa götürərək öz xələfi elan edirdi. Ancaq Mark Avreli bu ənənəni pozaraq hakimiyyəti öz doğma oğluna — Kommoda tapşırmışdır ki, o da bacarıqsızlığı və əxlaqsızlığı səbəbindən sui-qəsd nəticəsində öldürülmüşdür.
Milanın beş günü
Milanın beş günü (it. Cinque giornate di Milano) — İtaliyanın birləşdirilməsi uğrunda müharibənin başlanğıcında Milanda baş verən 1848-ci il 18–22 mart hadisələri == Tarixi == Risorcimento salnaməsindəki qəhrəmanlıq səhifələrini Şimali İtaliyada Avstriya hakimiyyətə qarşı mübarizə aparan Milan sakinləri hazırladılar. 24 fevralda Parisdə, onun ardınca Vyanada mart inqilabı baş verdi. Hərəkat indi İtaliyanın digər bölgələri ilə müqayisədə Lombardo-Venesiya bölgəsində daha şiddətli idi. 17 martda Milanda Vyanadakı inqilabdan xəbər tutulduqda, üsyan üçün onsuz da hər şey hazırlanmışdı. Lombardiya-Venesiya hökumətinin sədr müavini Qraf O'Donnellin, İmperatorun Vyana hadisələrindən sonra Lombardlara konstitusiya verəcəyi xəbəri ilə kütlənin qəzəbini yatırtmaq cəhdləri də boşa çıxdı. Milan küçələrində "sabah saat 3-də hər kəsin Qullar Xiyabanına çıxsın" başlıqlı anonim elan yayımlandı. Martın 18-də Milan üsyançıları şəhərdə hakimiyyəti ələ keçirdilər. Bələdiyyə binası tutuldu və müvəqqəti hökumət rolunu oynayan hərbi məclis quruldu. Hətta uşaqların belə iştirak edə biləcəyi Milli Qvardiya yaradılmağa başlandı.
İslamın beş şərti
İslamın beş şərti. İslam dininin beş şərti bunlardır: Kəlməyi şəhadət (ərəb. الشهادة‎) Namaz (ərəb. الصلاة‎) Oruc (ərəb. الصوم‎) Həcc (ərəb. الحج‎) Zəkat (ərəb. الزكاة‎) == Kəlimeyi şəhadət == Bir insanın Müsəlman ola bilməsi üçün kəlmeyi-şəhadət gətirməsi lazımdır. Bu şahidliyin mənası belədir: "Allahdan başqa haqq məbud olmadığına, Həzrəti Məhəmmədin də onun qulu və elçisi olduğuna şahidlik edərəm." (ərəb. أَشْهَدُ أَنْ لاَ إِلَهَ إِلاَّ اللَّهُ وَ أَشْهَدُ أَنَّ مُحَمَّدًا رَسوُلُ اللَّهِ‎) == Namaz == Farsca "təzim etmək, ibadət üçün əyilmək" mənasını verən Namaz, lüğətdə "dua etmək, ibadət etmək, bağışlanma diləmək, yalvarmaq" mənasını verən ərəbcə salat (cəmi salavat) sözünün qarşılığıdır. Salat bir termin olaraq təkbirlə başlayıb salamla bitən müəyyən əməl və sözlərdən ibarət bədən ibadətini ifadə edir.
AES
Atom elektrik stansiyası — bir və ya daha çox nüvə reaktorunun yanacaq olaraq radioaktiv maddələri istifadə edərək elektrik enerjisi hasil etdiyi təsisat. Radioaktiv maddələr istifadə edildiyinə görə digər elektrik stansiyalarından fərqli olaraq AES-lərdə daha güclü təhlükəsizlik tədbirləri həyata keçirilir.
BSE
Böyük Sovet Ensiklopediyası və ya qısaca BSE — Sovet İttifaqında nəşr edilmiş ən məşhur və tam ensiklopediyadır. Məqalələrin sayı 100 mindir. BSE üç dəfə nəşr edilmişdir. Birinci nəşr: 65 cild və əlavə nömrəsiz cild — SSRİ, 1926-1947 İkinci nəşr: 49 cild və əlavə cild №50, №51, №52 — SSRİ, 1949-1960 Üçüncü nəşr: 30 cild və əlavə cild №24 — SSRİ, 1969-1978. "Əlifba üzrə adların göstəricisi" adı ilə 1981-ci ildə nömrəsiz əlavə cild nəşr edilmişdir.Hər 3 nəşr "Sovet ensiklopediyası" (rus. "Советская энциклопедия") nəşriyyatı tərəfindən nəşr edilmişdir.
BTS
BTS (Hanqıl: 방탄소년단; hança: Bangtan Sonyeondan) — 2010-cu ildə fəaliyyətə başlamış, 2013-cü ildə Cənubi Koreyanın Big Hit Intertainment (Hybe Corporation) agentliyi tərəfindən rəsmi olaraq çıxış etmiş 7 üzvdən ibarət olan hip-hop və K-pop qrupu.Əvvəlcə sadəcə hip-hop qrupu olan BTS, illər keçdikcə musiqi tərzlərini inkişaf etdirərək digər janrlarda da musiqilər yayımlamağa başladılar. Yazdıqları musiqi sözləri əsasən şəxsi və sosial şərhlərə yönəlmiş, zehni sağlamlıq, məktəb yaşlarındakı gənclərin problemləri, özünü sevmək və fərdiyyət mövzularına toxunur. Onların albomları, musiqi videoları və s. müəyyən bir konsepsiya və hekayə üzrə irəlileyir. 2013-cü il iyunun 13-ü "2 Cool 4 Skool" adlı ilk albomları ilə debüt etdikdən sonra 2014-cü ildə BTS ilk Koreya dilində "Dark & Wild" və Yapon dilində "Wake Up" studiya albomlarını yayımladı. Qrupun ikinci koreyaca studiya albomu "Wings" (2016) onların Cənubi Koreyada 1 milyon nüsxə satan ilk albomudur. 2017-ci ilə qədər, artıq BTS çoxsaylı satış rekordlarını qıran qlobal musiqi bazarına keçdi. Onlar Recording Industry Association of America (RIAA) -da "MIC Drop" mahnısı üçün sertfikat alan ilk koreyalı qrup, eyni zamanda "Love Yourself: Tear" (2018) studiya albomu ilə ABŞ Billboard 200 siyahısına yüksələn ilk koreyalı sənətçi oldular. BTS, The Beatles-dən sonra iki ildə az bir müddətdə dörd ABŞ nömrəli albom qazanan ən sürətli qrup oldu. 2020-ci ildə isə "Dynamite", "Savage Love (Laxed - Siren Beat)" remiksi və "Life Goes On" adlı mahnısı ilə Billboard Global 200 və ABŞ Billboard Hot 100-də birinci yerə çıxan ilk Cənubi Koreyalı sənətçi oldu.
Spişskа Nоvа Vеs
Spişskа Nоvа Vеs (slovak. Spišská Nová Ves, alm. Zipser Neudorf‎, mac. Igló) — Slovakiyanın şərqində şəhər. Koşitse bölgəsində yerləşir. Əhalisi 39 min nəfərdir. === Əhali === === Etnik tərkib === == Siyasət == 1989-cu ildən şəhər icra başçıları: 1989 – 1990 – Ján Borovský 1990 – 1994 – Rastislav Jacák 1994 – 2002 – Karol Mitrík 2002 – 2006 – Anna Fedorová 2006 – 2014 – Ján Volný, PhD. == Qardaşlaşmış şəhərlər == Almaniya Alsfeld (alm. Alsfeld‎) Çexiya Havliçkuv-Brod (çex. Havlíčkův Brod) Polşa Groets (pol. Grójec) Fransa Eql (fr.
Pa-dе-Kale (departament)
Pa-dе-Kale (fr. Pas-de-Calais) — Fransanın şimal-qərbində yerləşən, O-de-Frans regionun departamentlərindən biri. Sıra nömrəsi — 62. İnzibati mərkəzi — Arras. Əhalisi - 1.472.589 nəfər (departamentlər arasında 7-ci yer, 2014-cü ilin məlumatları). == Coğrafiyası == Nor departamenti O-de-Frans regiounun bir hissəsidir, Nor və Somma departamentləri ilə sərhəddir. Şimaldan Şimal dənizinin suları, qərbdən Pa-de-Kale boğazı tərəfindən yuyulur. Ərazisi — 6671 km². Departamentin əsas şəhərləri Kale, Bulon-sür-Mer, Arras, Lans, Lyeven və Sent-Omer. == Tarixi == Birinci Dünya müharibəsi dövründə Pa-dе-Kale də çox qanlı döyüşlər olmuşdur.