BƏŞ

BƏ’Ş

ə. zərər, ziyan.

BƏSÜLBƏLA
BƏŞARƏT
OBASTAN VİKİ
Eyyub Bəşirov
Eyyub Balaməmməd oğlu Bəşirov (12 dekabr 1925, Xol Qarabucaq, Salyan (indiki Neftçala – 7 noyabr 2017), Azərbaycan SSR, SSRİ) — Azərbaycan Heyvandarlıq Assosiasiyasının prezidenti; Rusiya Federasiyası Beynəlxalq Keyfiyyət Problemləri Akademiyasının həqiqi üzvü, Respublika Ağsaqqallar Şurası İdarə Heyətinin üzvü, bioloq-alim, akademik. == Həyatı == Eyyub Bəşirov 1926-cı ilin dekabrın 20-də Neftçala rayonunun Xol Qarabucaq kəndində anadan olmuşdur. Lakin özünün dediyinə görə əslində 1925-ci ilin 12 dekabrında doğulmuşdur. 1943-cü ildə Salyan Pedaqoji Texnikumunu əla qiymətlərlə bitirib müəllimlik fəaliyyətinə başlamışdır. 1945-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Zootexnika fakültəsinə qəbul olunan Eyyub Bəşirov iki il sonra əlaçı tələbə kimi K.A.Timiryazev adına Moskva Dövlət Kənd Təsərrüfatı Akademiyasının Zootexnika fakültəsinin üçüncü kursuna köçürülürmüşdür. Akademiyanı əla qiymətlərlə bitirən Eyyub Azərbaycana qayıdıb və doğma vətənində heyvandarlıq sahəsinin, aqrar elmin, xalq təbabətinin inkişafında misilsiz xidmətlər göstərmişdir. SSRİ məkanında yeganə damazlıq zavodu kimi tanınan, özünəməxsus tarixə, təsərrüfat və elmi-təcrübəvi baxımdan zəngin ənənələrə malik olan Daşüz camışçılıq təsərrüfatı Eyyub Bəşirovun yaradıcılığı ilə sıx bağlıdır. Eyyub Bəşirovun dünyada ilk dəfə elmə gətirdiyi süni mayalanmanın yeni metod və texnologiyalarının ilkin köklü sınaqları da burada aparılmışdır. 1961-ci ildə Hindistanın Heydərabad şəhərində alimin təklifi ilə "Ümumhindistan heyvandarlıq sərgisi" təşkil edilir. Bu sərgidə Eyyub Bəşirov Hindistanın 12 camış, 38 zebu cinslərinin genefondunu öyrənir.
Fikrət Bəşirov
Fəxrəddin Bəşirov
Hacı Bəşir Rzayev
Hacı Bəşir Rzayev — Qarabağın, Şuşanın məşhur Rzayevlər nəslindən olan, Şuşada “Tacirlər padşahı” kimi tanınan məşhur tacir. Bu nəslin ulu babası olan Həsənəli XVIII əsrin ikinci yarısında Şuşanın Gəlmələr məhəlləsində yaşamış və ticarətlə məşğul olmuşdur. == Erkən həyatı və təhsili == Bəşir Hacı Şükür oğlu Rzayev 1868-ci ildə Şuşa şəhərində doğulmuşdu. İbtidai təhsilini məhəllə mollaxanasında almışdı. Sonra Şuşa şəhər məktəbində təhsilini davam etdirmişdi. Ticarətlə məşğul olmuşdu. Hacı bəşir II Gildiya tacir idi. === Ailəsi === Hacı Bəşir Rzayev Rübabə xanımla ailə həyatı qurmuşdu. Onların bu nikahdan İsmayıl, Əli, Cəmil, Saleh adlı oğlanları, Həcər, Xurşid adlı qızları vardı. == Fəaliyyəti == Hacı Bəşir Rzayev Rusiyanın bir çox şəhərləri ilə, Iran və Osmanlı dövləti ilə ticarət edirdi.
Hakim Bəşirov
Hüseyn Bəşirzadə
II Bəşir
Bəşir əs-Sani əş-Şihabi (ərəb. بشير الثاني الشهابي‎; 2 yanvar 1767, Qəzir[d], Cəbəl Lübnan mühafəzəsi[d] – 1850[…], Konstantinopol) — 1788–1840-cı illərdə Cəbəli-Lübnan əmiri.
Kamil Bəşirov
Lamiyə Hacı Bəşər
Lamiyə Hacı Bəşər (ərəb. لمياء حجي بشار‎; 1998, Koço[d], Neynəvə mühafəzəsi) — yezidi əsilli İraq insan haqları fəalı. O, 2016-cı ildə Nadiya Murad ilə birlikdə Saxarov mükafatına layiq görülmüşdür. == Həyatı == Lamiyə Hacı Bəşər 1998-ci ildə İraqın Sincar şəhəri yaxınlığında yerləşən Koço kəndində anadan olmuşdur. O, 2014-cü ilin avqust ayında Nadiya Murad ilə birlikdə İraq Şam İslam Dövləti tərəfindən qaçırılmış və seksual köləliyə vadar edilmişdir. Terror təşkilatı onu intihar bombaçıları üçün jiletlər hazırlamağa məcbur edilmişdir. Lamiyə Hacı Bəşər 2016-cı ilin aprel ayında əsarətdən yerli qaçaqmalçılara ödəniş edən ailəsinin dəstəyi ilə qaça bilmiş, fəqət bu zaman minaya düşmüşdür. O, Almaniyada müalicə almağa göndərilir. 2016-cı ilin oktyabr ayında Lamiyə Hacı Bəşər Nadiya Murad ilə birlikdə Saxarov mükafatına layiq görülmüşdür. Mükafat mərasimi həmin ilin dekabr ayında keçirilmişdir.
Mir Bəşir Qasımov
Mir Bəşir Fəttah oğlu Qasımov (1879, Daşbulaq[d], Cənubi Azərbaycan – 23 aprel 1949, Bakı) — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri (1938–1949). Mirbəşir Fəttah oğlu Qasımov 1879-cu ildə Cənubi Azərbaycanın Daşbulaq kəndində anadan olmuşdur. 1898-ci ildən inqilabi işə qoşulmuşdu. Mirbəşir Qasımov 1905-ci ildə Balaxanı neft mədənlərində çalışırdı. M. Qasımov 1920-ci ilin aprelində Müsavat hakimiyyətinə qarşı üsyanın əsas təşkilatçılarından olub. 1921-ci ildən 1935-ci ilədək Azərbaycan hökumətinin sədr müavini, 1935–1937-ci illərdə Azərbaycan SSR xalq sosial təminat komissarı, 1938-ci ildə Azərbaycan SSR Ali Sovetinin rəyasət heyətinin sədri olub. Mirbəşir Qasımov 23 aprel 1949-cu ildə vəfat edib. 1949-cu ildə Mirbəşir Qasımovun vəfatından sonra onun xatirəsini əbədiləşdirmək məqsədilə Tərtər rayonunun tarixi adı dəyişdirilərək Mirbəşir qoyulmuşdur.
Rza Bəşirov
Rza Ənvər oğlu Bəşirov (16 may 1960, Bakı) — Professor, Şərqi Aralıq Dənizi Universitetinin incəsənət və elm fakültəsinin dekanı. Rza Bəşirov 1960-cı il mayın 16-da Bakı şəhərində anadan olub. 1982-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) tətbiqi riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1982–1984-cü illərdə Azərbaycan Elmlər Akademiyasının Kibernetika İnstitutunda işləyib. 1984–1986-cı illərdə Moskvada SSRİ EA-nın hesablama riyaziyyatı şöbəsində təcrübə keçib. 1990-cı ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetində "Yenilənən çoxkaskadlı kommutasiya şəbəkələrinin tikintisi" mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə edib. Sonra Azərbaycan Elmlər Akademiyasının Kibernetika İnstitutunda işə başlayıb. 1990-cı ildən baş elmi işçi, 1991-ci ildən isə Kibernetika İnstitutunda laboratoriya müdiri olub. 1990–1993-cü illərdə Bakı Dövlət Universitetinin riyazi kibernetika kafedrasında dərs deyib. 1993-cü ildən Şimali Kipr Türk Cümhuriyyətində yerləşən Şərqi Aralıq Dənizi Universitetində işləyir.
Rəhman Bəşirov
Sabir Bəşirov
Sabir Bəşirov (20 noyabr 1956-cı ildə Yardımlı r., Peştəsər k. – 21 sentyabr 2018 Yardımlı, Peştəsər) — görkəmli ziyalı, ədəbiyyatşünas, tənqidçi-esseist,filologiya üzrə fəlsəfə doktoru, Yazıçılar Birliyinin üzvü. Sabir Bəşirov 20 noyabr 1956-cı ildə Yardımlı rayonunun Peştəsər kəndində anadan olub. Orta məktəbi 1973-cü ildə bitirib. 1978-ci ildə BDU-nun filologiya fakültəsini, sonra AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun aspiranturasını bitirib. Fəlsəfə üzrə fəlsəfə doktorudur. Sabir Bəşirov 40 ilə yaхındır ki pedaqoji fəaliyyətlə məşğuldur. 1978-ci ildən Peştəsər kənd ümumi orta məktəbində müəllim işləyir. Sabir Bəşirov içərisində şəhid Şahlar Nəzərova, habelə yazıçı Anar və b. həsr edilmiş 15-dən çox kitabın, 100-ə qədər elmi məqalənin, çağdaş ədəbiyyatımızın nümayəndələri haqqında onlarla ədəbi-tənqidi məqalənin müəllifidir.
Sapiens: Bəşəriyyətin qısa tarixi
Sapiens: Bəşəriyyətin qısa tarixi Yuval Noy Hararinin 2011-ci ildə nəşr olunan və 2014-cü ildə ingilis dilinə, 2015-də isə türkcəyə çevrilən kitabıdır. Harari kitabında Jared Diamondun Tüfəng, Mikrob və Polad kitabının onun üçün ən böyük ilham mənbəyi olduğunu bildirmiş və bunun səbəbini çətin suallara elmi cavab vermənin mümkün olması kimi göstərmişdir. Sapiens: Bəşəriyyətin qısa tarixi, daş dövründən iyirmi birinci əsrə qədər qədim insan növlərinin təkamülünə diqqət ayırır. Müəllifin əsas ideyası, Homo Sapiensin iş birliyi bacarığı ilə dünyaya hakim olmasıdır. Bundan əlavə, Harari yazılı tarixdən əvvəlki Sapienslərin Neandertallar və digər insan növlərinə qarşı soyqırım həyata keçirdiyini və onları yer üzündən sildiyini bildirməsi ilə yanaşı, həmçinin Neandertalların və Homo Sapienslərin hər zaman mübarizə aparmadıqlarını və hətta cütləşdiklərini də vurğulamışdır. Kitabda Homo Sapiensin özünəməxsus tanrılar, millətlər, pul və insan hüquqları kimi uydurma şeylərə inanma qabiliyyəti sayəsində kütləvi şəkildə hərəkət edə bilmək qabiliyyəti olduğunu iddia etmişdir. Yazıçı, dinlərin, siyasi sistemlərin, ticarət şəbəkələrinin və hüququn qondarma olduğunu iddia edir. Pulun qarşılıqlı etimada əsaslanan bir sistem olması; kapitalizmin iqtisadi bir nəzəriyyədən çox dini bir fenomen olması; aqrar inqilabın rifah məqsədi ilə başlayıb və sonda insanların həyatını məhv etməsi; imperiya sisteminin son 2000 ilin ən yaxşı siyasi sistemi olması; pulun, imperatorluğun və dinlərin dünyanı birləşdirən qüvvələrə çevrilməsi iddiası; heyvanların əhliləşdirilməsinin tarixin ən böyük cinayətlərindən biri olduğu iddiası; bugünkü insanların qətiyyətlə keçmişdə yaşamış insanlardan daha xoşbəxt olmaması və insanların özlərini ilahiləşdirmə mərhələsinə keçirdikləri iddiası kitabdakı digər təəccüblü iddialar sırasındadır. 30-dan çox dilə tərcümə olunmuş kitab 2015-ci ildə Çin Milli Kitabxanasının Wenjin Kitab Mükafatını qazanmışdır.
Əyyub Bəşirov
Bəşir fondu
Elxan Bəşirov
Bəşir
Bəşir — , Aşıq Ələsgərin oğlu. == Həyatı == Bəşir Aşıq Ələsgərin bö­­yük oğ­lu­dur. 1867-ci ildə Göy­çə mahalının Ağ­­kil­sə kəndində anadan olmuşdur. Bəşir əvvəlcə öz kəndlə­rin­də, sonra isə Sarıyaqub kən­dindəki molla mək­tə­bin­də oxumuşdur. Saz çalıb, söz qoşmağı bacaran Bəşir aşıqlıq etməsə də, bu sənətin qə­dir-qiy­mə­tini bilirdi. O, yazdığı şeirləri nədənsə müha­fizə etmə­mişdir. At minməyi, şux geyinməyi sevən Bəşir həm də əla nişançı idi. O, ömrü boyu heç kəsdən qorxub-çəkinməmiş, bəylərə, ağalara, qlavalara, pristavlara baş əyməmişdir. 1915-ci ildə münaqişə zəmnində kəndin kovxasını güllə ilə vuran Bəşir çar hakimiyyəti yıxılana qədər qaçaq yaşamışdır. 1918-ci ildə ermənilərin törətdikləri milli vuruşma zamanı Bəşir Göyçənin müdafiəsində böyük şücaət göstər­miş, yağılara ağır zərbə vurmuşdur.
Bəşir Atalay
Bəşir Atalay (1 aprel 1947) – 2011–2014-cü illərdə Rəcəb Tayyib Ərdoğan hökumətində Türkiyə Baş nazirinin müavini olmuş türk siyasətçidir. O, əvvəllər 28 avqust 2007-ci ildən 14 iyul 2011-ci ilədək daxili işlər naziri olub. == Yaşamı və akademik karyerası == Bəşir Atalay Kırıkkale bölgəsinin Keskin rayonunda doğulub, Ankara Universitetinin hüquq fakültəsini bitirib və Ərzurumda yerləşən Atatürk Universitetində müəllim vəzifəsində çalışıb. O, daha sonra Dövlət Planlaşdırma Təşkilatında (DPT), Mərmərə Universitetində və YUNESKO-nun Türkiyə Milli Komissiyasında çalışıb. Atalay 1997-ci ildə Türkiyə hərbi memorandumundan sonra dövlətin maraqlarına zidd fəaliyyətlərdə iştirak etdiyi səbəbilə Ali Təhsil Şurası (YÖK) tərəfindən vəzifəsindən uzaqlaşdırılana qədər Kırıkkale Universitetinin təsisçisi və rektoru olub. == Siyasi karyerası == 2002-ci ilin ümumi seçkilərində o, AKP-dən Ankaranı təmsil edərək Türkiyə Böyük Millət Məclisinə deputat seçilib və Prezident Əhməd Necdət Sezərin Atalayın Təhsil naziri təyin edilməsi təklifinə veto qoymasının ardından Ərdoğanın ilk kabinetində Dövlət naziri olub. Daha sonra 2007-ci ilin avqustunda o, Daxili İşlər naziri təyin edilib, bu, həmin yay baş nazir Rəcəb Tayyib Ərdoğanın yenidən seçilməsindən sonra, həmçinin Sezərin prezidentlikdən təqaüdə çıxmasının ardından bir neçə kabinet dəyişikliyindən biri idi. 2011-ci ildə baş nazirin insan haqları və terrorizmlə mübarizə üzrə müavini təyin edilib və 2014-cü ilədək bu vəzifəni icra edib. == Şəxsi həyatı == Bəşir Atalay Ulduz Atalay ilə evlidir və üç övladı var. O, Nəqşibəndi təriqətinə bağlı bir türk sufi icması olan İskəndərpaşa İcmasının üzvüdür.
Bəşir Cəmayel
Bəşir Cəmayel (ərəb. بشير الجميّل‎; 10 noyabr 1947[…], Əşrəfiyyə[d] – 14 sentyabr 1982, Əşrəfiyyə[d]) — Livan siyasi və dövlət xadimi, "Kətaiblər"in liderlərindən biri. Vətəndaş müharibəsinin fəal iştirakçısı olan Cəmayel sağçı xristian düşərgəsinin aparıcı liderlərindən biri idi. O, "Kətaiblər" silahlı birləşmələrinə və Livan ordusuna komandanlıq etmişdir. Cəmayel sağçı xristian koalisiyasının radikal qanadı olan Livan Cəbhəsini təmsil edirdi. O, 1982-ci ildə Livan Prezidenti seçilmişdir, lakin vəzifəyə başlamazdan əvvəl öldürülmüşdür. Cəmayel Livan tarixində ən mübahisəli şəxs kimi təsvir edilir. O, "əzabkeş" və "ikona" kimi qəbul edildiyi maruni xristianları arasında populyar olaraq qalır. Bunun əksinə, Cəmayel hərbi cinayət iddialarına görə tənqid edilmiş və İsrail ilə münasibətlərinə görə vətənə xəyanətdə ittiham edilmişdir. == Həyatı == Bəşir Cəmayel 10 noyabr 1947-ci ildə Beyrut şəhərində anadan olmuşdur.
Bəşir İmanov
II Bəşir Şihab
Bəşir əs-Sani əş-Şihabi (ərəb. بشير الثاني الشهابي‎; 2 yanvar 1767, Qəzir[d], Cəbəl Lübnan mühafəzəsi[d] – 1850[…], Konstantinopol) — 1788–1840-cı illərdə Cəbəli-Lübnan əmiri.
I Bəşir Şihab
I Bəşir Şihab (ərəb. بشير_الأول_الشهابي‎) — XVIII əsrin əvvəllərində Cəbəl-Lübnanı idarə etmiş Livan hakimi. O, Şihab ailəsinin ikinci hakimi və ümumiyyətlə sülalənin banisi hesab edilir.
Bəşir ibn Əmr əl-Kindi
Bəşir ibn Əmr əl-Hədrami əl-Kindi (ərəb. بَشیر(بُشر) بن عَمرو الحَضرَمی الکِندی‎) — Kərbəla döyüşündə şəhid olan Hüseyn ibn Əlinin səhabəsi. == Nəsil == Atasının adı Əmr və ya Ömər kimi qeyd olunur. O, Kində qəbiləsindən olan Hadramautdan idi. == Hüseyn ibn Əlini müşayiət etməsi == Bəşir (və ya Buşr) və oğulları Məhəmməd Kərbəlada Hüseyn ibn Əliyə qoşuldular. Aşura günü Bəşirə dedilər ki, onun başqa bir oğlu Rey sərhəddində əsir düşüb. Cavab verdi: “Onun işini Allaha həvalə edirəm. Mən onun əsir olmasını, mənim sağ qalmağımı istəmərəm”. Hüseyn bunu eşidəndə ona dedi: “Allah sənə rəhmət eləsin! Sən mənim beyətimdən azadsan.
Ömər Bəşir
Ömər əl-Bəşir (tam adı: Ömər Həsən Əhməd əl-Bəşir, ərəb. عمر حسن أحمد البشير‎; 1 yanvar 1944, Hoş Bonnaqa[d], Nil vilayəti[d]) — Sudan dövlət və siyasi xadimi, 30 iyun 1989-cu ildən 11 aprelin 2019-cu ilədək Sudanın VII Prezidenti, 1996-cı ildən etibarən aparıcı "Milli Konqres" partiyasının sədri. 2019-cu ilin aprel ayında hərbi çevriliş nəticəsində hakimiyyətdən endirilmişdir. Ömər Əl-Bəşir 1944-cü ildə kəndli ailəsində dünyaya gəlib. Sudan Britaniya və Misir müstəmləkəçiliyindən azad olanda, o yeniyetmə idi. 16 yaşlı Ömər ordu sıralarına yazıldı, Xartum və Qahirədə təhsil aldı. 1973-cü ildə Misir ordusunun tərəfində İsrailə qarşı döyüşdü. Bundan sonra, əl-Bəşir ölkənin cənubunda ordu komandanı oldu, burada üsyançı qüvvələrlə mübarizəyə rəhbərlik etdi. Dünya Ömər əl-Bəşirin adını ilk dəfə 1989-cu il Sudan Nicat İnqilabı zamanı eşitdi. Bu inqilabın əsas simalarından biri Həsən əl-Turabi idi.