Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Botnik dənizi
Botnik dənizi - Şimalda Botnik körfəzi ilə Şimali Kvarken boğazı, cənubda Aland dənizi və Arxipelaq dənizi ilə isə Cənubi Kvarken boğazı vastəsilə birrləşir. Bir çox mənbələrdə dəniz Botnik körfəzinin akvatoriyası hesab edilir və dəniz hesab edilmir. Şərqdə Finlandiyanın qərbi, qərbdə isə İsveçin şərq hissəsini yuyur. Dənizin sahəsi 79,000 km² təşkil edir. Maksimum dərinliyi 230 m, orta dərinlik 68 metrdir. Həcmi 4,340 km³, uzunluğu 350 km təşkil edir. Sahillərində Rauma və Rari (Finlandiya), Gövle və Sundsvall (İsveç) şəhərləri yerləşir. Ən iri limanları Umea (İsveç) və Vaasa (Finlandiya).
Kevin Mitnik
Kevin Mitnik (6 avqust 1963 – 16 iyul 2023, Las-Veqas, Nevada) — keçmiş haker, informasiya təhlükəsizliyi üzrə mütəxəssis. == Həyatı == Kevin Mitnik 6 avqust 1963-cü ildə Los-Ancelesdə anadan olmuşdur. İlk kompüter hakerlərindən olub onların ən məşhurudur. 15 fevral 1995-ci ildə FBI tərəfindən tutulmuşdur. Fujitsu, Motorolla, Nokia və Sun Microsystems kimi şirkətlərin kompüterlərinə icazəsiz olaraq girdiyinə görə 5 il həbs cəzası almışdır. Hətta, məhkəmə vaxtı hakimə qəhvə hazırlayan maşını belə proqramlaya biləcəyini söyləyən Mitnick həbsxanada qəhvə hazırlayan maşına yaxınlaşma qadağası almış hüquq tarixinin tək məhkumudur. Belə cəza almağının bir çox səbəbləri var. Həbsə girməsinə səbəb olan hakim və hüquqçuların başlarına oyunlar açmaq kimi. Məsələn, telefon öyrənmə nömrəsini hakimin nömrəsinə yönləndirmiş, başqasının telefonuna bir neçə min dollarlıq danışıq borcu göndərmiş və başqa sevmədiyi birinin telefonunu aylarla bağlatdırmışdı. == Kitabları == (2003) Aldatma sənəti(en) (2005) Müdaxilə sənəti(en) (2011) Naqillərdəki kabus: Dünyanın ən çox axtarılan hakeri kimi sərgüzəştlərim (ing.
Kseniya Sitnik
Kseniya Sitnik (rusca: Ксения Ситник; 15 may 1995, Mozir, Qomel vilayəti) — Belarus müğənnisi. 2005-ci il Avroviziya Uşaq Mahnı Müsabiqəsində Belarusu "Мы вместе" ("Biz birlikdə") mahnısı ilə təmsil etmiş və qalib olmuşdur.
Doqquz Bitik (kitab)
Doqquz Bitik — Firudin Ağası oğlu Cəlilovın 2014-cü ildə çap elədiyi bu əsər, Tarixi, fərqli bir baxış açısından ortaya qoymuş və türklərin mənşəsini araşdıraraq yeni bir idea yaratmışdır. Kitab 9 cilddə təlif olunmuş ki bunların üçü nəşr edilmişdir: 1- Azərbaycan türklərinin islamaqədər tarixi. Doqquz Bitik: Tarixi qaynaqlar. I Bitik. Bakı, Ağrıdağ, 2014. 367[1] 2- Azərbaycan türklərinin islamaqədər tarixi. Doqquz Bitik: Tarixi coğrafiya. II Bitik. Bakı Ağrıdağ 2014. 280 3- Azərbaycan türklərinin islamaqədər tarixi.
Bionika
Bionika (yun. βίον — həyat elementi, hərfi tərcümə — yaşayan) — canlı təbiətin təşkilinin, xüsusiyyətlərinin və strukturunun texniki qurğularda və sistemlərdə tətbiqi haqqında elmdir. Mövcuddur: bioloji bionika. Bioloji sistemlərdə gedən prosesləri ğyrənir; nəzəri bionika. Bu proseslərin riyazi modellərini yaradır; texniki bionika. Nəzəri bionikanın modellərini mühəndis vəzifələrinin həllinə tətbiq edir. == Ədəbiyyat == Моделирование в биологии, пер. с англ., под ред. Н. А. Бернштейна, М., 1963. Парин В. В. и Баевский Р. М., Кибернетика в медицине и физиологии, М., 1963.
Birlik
Birlik(film)
Bitlis
Bitlis — Türkiyənin Bitlis ilinin inzibati mərkəzi.
Botanik
Botanika — biologiyanın mühüm tərkib hissəsi olub, müstəqil bir elm kimi bitkilərin quruluşunu, təbiətdə yayılmasını, həyat tərzini, çoxalmasını, inkişafını, mənşəyini və s. tədqiq edən elm. Biologiya elmləri sisteminə daxildir. Botanikanın əsas bölmələri: sistematika (bitkiləri qohumluq baxımından qruplaşdırır və tarixini öyrənir), morfologiya (xarici görünüşü öyrənir), anatomiya (daxili quruluşunu öyrənir), embriologiya (mayalanma və toxum inkişafını öyrənir), biokimya (kimyəvi maddələr və kimyəvi prosesləri öyrənir) və s. == Tarixi == Botanika bir elm kimi qədim dövrlərdə yaranmışdır. Elmin meydana gəlməsi insan cəmiyyətinin bitkilərdən istifadə etməsi ilə əlaqədardır. E.ə 5–6-cı əsrlərdə yaşamış həkim Hippokrat 200-dən artıq dərman bitkisinə dair məlumat vermişdir. Qədim yunan alimləri Aristotel və Teofrast botanika elminin baniləri sayılır. E.ə. 4–3-cü əsrlərdə yaşamış filosof Teofrast 10 cildlik "Bitkilərin təbii tarixi" adlı əsərində 450 növ bitkini təsvir etmiş və onların təsnifatını vermişdir.
Titanik
Titanik (ing. RMS Titanic) — "Vayt Star Layn" (ing. White Star Line) şirkətinə məxsus buxar gəmisi. Transatlantik səyahətlər üçün tikilmiş "Olimpik" tipinə aid olan üç əkiz gəmidən biri. Suya buraxıldığı zaman dövrünün ən böyük sərnişin gəmisi. İlk səyahəti zamanı 14 aprel 1912-ci ildə Atlantik okeanında aysberqlə toqquşaraq 2 saat 40 dəqiqə sonra batmışdır. Göyərtəsindəki 1316 sərnişin və 908 heyət üzvündən yalnız 705 nəfər xilas ola bilmiş, 1514 nəfər həlak olmuşdur. Titanikin batması nəticəsində insan itkisinin bu qədər böyük olmasına illər boyu müxtəlif səbəblər göstərildi. Ancaq ən əsas səbəb kimi gəmidə olan qayıqların sərnişinlərin sayına hesablanmaması idi. Titanikdə sərnişin tutumunun 3547 olmasına baxmayaraq gəmidə 1178 insanı xilas edəcək sayda qayıq vardı.
Xirnik
Xirnik (Diospyros kaki) — Abnos fəsiləsinin xırnik cinsinə mənsub bitki. Meyvəsi yeyilir, şirin və ağızbüzüşdürücüdür. Iki növü yayılmışdır. Yabanı və ya Qafqaz xırniyi, Subtropik xırnik. == Ümumi məlumat == Subtropik xırnik yapon xurması da adlanır və mədəni halda becərilir. Yabanı xırnik Qafqazda, Orta Asiyada və Zaqafqaziyada yayılmışdır. Bu xırniklər hündürboylu düzböyüyən ağacdır, 20 m-dən hündür olur. Iri ağaclar Şəki-Zaqatala zonasında çoxdur. Xırnik mayın əvvəllərində yarpaqlar əmələ gəldikdən sonra çiçəkləyir. Çiçəkləmə dövrü 10-20 gün davam edir.
Bilik
Bilik — insanın özü və onu əhatə edən aləm və bu aləmin amilləri haqqında məlumat toplusu. Bilik müqəddəsliyi baxımından formallaşdırılmış informasiyadır. Bilik praktiki fəaliyyət və peşəkar təcrübə nəticəsində alınan predmet sahəsinin qanunauyğunluqları olub həmin sahədə mütəxəssislərə məsələ qoymağa və həll etməyə imkan verir. Bilik – yaxşı strukturlaşdırılmış verilənlər və metaverilənlərdir. Biliklərin saxlanılması üçün Biliklər bazası (BB) lazımdır. Daxili interpretasiya. EHM-in yaddaşında verilənlər elementi olan informasiya vahidi ilə birlikdə həmin informasiya vahidi ilə bağlı sistem adlarının saxlanılma imkanının olması. Sistem adları verilənə qoyulmuş fərdi adı və həmin verilənin daxil olduğu adlar çoxluğunu və ya adlar sinfini özündə birləşdirir. Məsələn, müəssisənin hər hansı əməkdaşı haqqında məlumatlar yığımı onun kadrlar şöbəsində şəxsi işinin nömrəsi, işlədiyi laboratoriyanın adı, bu laboratoriyanın daxil olduğu şöbənin adı və i.a. ilə qeyd edilir.
Bitki
Bitki (lat. Plantae və ya lat. Vegetabilia) — mamırlar, qıjılar, qatırquyruğular, plaunlar, çılpaqtoxumlular və çiçəkli bitkiləri özündə birləşdirən çoxhüceyrəli orqanizmlərin əsas qruplarından biri. Bəzi mütəxəssislər[kimlər?] yosunları bütünlüklə, bəziləri[kimlər?] isə onların bir qismini bitkilər qrupuna aid edirlər. == Ümumi məlumat == Botanika elminin tədqiqat obyekti olan bitkilər Yer kürəsində geniş yayılmışdır. Quru səthində hər il yaşıl bitkilər tərəfindən atmosferdən CO2 mənimsəməklə, günəş enerjisindən, torpaqdan daxil olan su və mineral birləşmələrdən istifadə etməklə 53 milyard ton biokütlə sintez edilir. Bu biokütlənin bir hissəsi kök və yerüstü qalıqlar şəklində təzədən torpağa qayıdır. Yaşıl bitkilər torpaqda üzvi maddələrin yeganə ilkin mənbəyidir. Onların torpaqəmələgətirici kimi əsas funksiyası maddələrin bioloji dövranı – torpaqdan qida elementlərinin və suyun mənimsənilməsi, üzvi kütlənin sintezi və həyat dövranı başa çatdıqdan sonra onun təzədən torpağa qaytarılmasıdır. Bioloji dövranın nəticəsi kimi – torpağın üst qatlarında potensial enerjinin və bitkilərin qida elementlərinin akkumulyasiyası torpaq profilinin tədrici inkişafını və torpağın əsas xassəsi olan münbitliyin inkişafını şərtləndirir.
Bitli
Bitli - İrəvan xanlığının Abaran mahalında kənd adı. XIX əsrin əvvəllərindən sonra mənbələrdə bu kəndin adı çəkilmir. == Toponimi == XIX əsrdə Kutais quberniyasındı Bit-Nağalı , Şimali Qafqazda Ter əyalətinin Nalçik dairəsində Bituktəpə, Azərbaycanda Yelizavetpol quberniyasında (Tovuz rayonunda) Bit-Tılı (Bitdili) və Fitdaq (İsmayıllı rayonu), Zaqatala rayonunda Bitdili çay adı və s. toponimlərlə eynidir. Mə'nası mə'lum deyil.
Bitti
Bitti (it. Bitti) — İtaliyanın Sardiniya regionunda şəhər. Əhalisi 2.837 nəfərdir. Nuoro şəhərindən 35 km șimal istiqamətində yerləşir. == Tanınmış şəxsləri == Canuario Karta – siyasətçi.
Butik
Butik (fr. Boutique) — şık geyim, zərgərlik və ya digər adətən lüks əşyaları satan kiçik mağaza.
İznik
İznik — Bursanın ilçəsi. == Tarixi == İzniklə bağlı əfsanələrdən ən ünlüsü gözəllər gözəli Nikeya ilə bağlıdır. Əfsanəyə görə, Sakarya çayı ilə Tanrıça Kibelanın qızları olan Nikeya, heç vaxt ərə getməməyə and içir. O, meşədə yaşayır və ov edirmiş. Bir gün Himnes adlı bir çobanla qarşılaşır gözəl Nikeya. Çoban bir könüldən min könülə ona aşiq olur. Fəqət Nikeya çobana üz vermir və onu oxla vuraraq öldürür. Məhəbbət tanrısı Eros bu davranışdan çox məyus olur və Nikeyadan intiqam almaq üçün şərab tanrısı Dionisə müraciət edir. İşə baxın ki, Dionis də gözəl Nikeyanı çayda çimərkən görür və ona aşiq olur. Öz aqibətinin də çoban Himnesinki kimi olacağından qorxan Dionis, Nikeyanın su içdiyi çaya şərab qarışdırır və sərxoş olan Nikeyanı yoldan çıxarır.
"Birlik" Studiyası
== Tarixi == "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərmişdir. Sənədli filmlər və cizgi filmləri istehsal etmişdir. Rəhbəri Firəngiz Qurbanovadır. == Filmoqrafiya == Ad günü (film, 1992) (cizgi filmi) ("Birlik" studiyası) İfritə Meymunə (film, 1992) ("Birlik" studiyası) Keşikçi (film, 1990) ("Birlik" studiyası) Kürən (film, 1989) ("Birlik" studiyası) Naməlum torpaq (film, 1992) ("Birlik" studiyası) Şahzadə qız (film, 1991) ("Birlik" studiyası) Yaramaz kral (film, 1990) ("Birlik" studiyası) Zəka yatarsa...
Aleksandr Bortnik
Aleksandr Bortnik (ukr. Олександр Миколайович Бортник; 18 oktyabr 1996) — ukraynalı qrosmeyster. 2016-cı il sentyabr ayında FIDE reytinqində 15-ci olub. 2014-cü ildə Bortnik 18 yaşadək Dünya Gənclər Şahmat Çempionatında qalib olub .
Amman (botanik)
İohann Amman (ing. Johann Amman; 22 dekabr 1707 – 4 dekabr 1741, Sankt-Peterburq) — Böyük Britaniya botaniki. == Elmi fəaliyyəti == İohann Amman toxumlu bitkilər üzrə ixtisaslaşmışdır. == Əsərləri == Stirpium rariorum in Imperio Rutheno sponte provenientium icones et descriptiones / Collectae ab Joanne Ammano, M. D. Acad. Imper. scient. membro et botanices professore, Regiae Societatis Londinensis sodali; Instar supplementi ad Commentar. Acad. scient. Imper.
Bentik orqanizmlər
Bentik orqanizmlər – su hövzələrinin dib çöküntülərində, torpağın içərisində və onun üstündə yaşayan canlılar. 2 böyük qrupa ayrılır: bentik bitkilər (fitobentos) və bentik heyvanlar (zoobentos). Bentik oqanizmləri ölçülərinə görə mikro- (mikronlarla ölçülənlər), mezo- (millimetrlərlə ölçülənlər) və makro- (sm-lə ölçülənlər) bentosa bölürlər. == Ədəbiyyat == 1. Axundov M.A., Mehrəliyev Ə.Ə., Əliyev A.R., Muradova E.Ə. Bioloji terminlər lüğəti. Bakı, 2005, 260 s.
Bianki adası
Bianki adası — Nordenşeld arxipelaqına daxil olan ada. Ada Kara dənizinin suları ilə yuyulur. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisinə daxildir. == Yerləşməsi == Arxipelaqın şərqində qərarlaşır. Şərq adaları qrupuna daxildir. Bu qrupun mərkəzində qərarlaşır. Şimaldan Salome adası, Tatris adası, Volna adası, Nord adası və Yevgeni Fyodorov adalarından Spokoynıy boğazı ilə ayrılır. Cənubunda Tırtov adası yerləşir. Şərq sahilində kiçik Kamenistı adası, qərbində isə Leskin adası qəralaşır. == Xüsusiyyətləri == Daxil olduğu qrupun və Nordenşeld arxipelaqının ən iri adalarından biridir.
Biotik faktorlar
Biotik faktorlar — orqanizmə ətraf mühitdən təsir edən canlı varlıqlar, yəni növdaxili və növlərarası əlaqələr. == Ədəbiyyat == R.Ə.Əliyeva, Q.T.Mustafayev, S.R.Hacıyeva. “Ekologiyanın əsasları” (Ali məktəblər üçün dərslik). Bakı, “Bakı Universiteti” nəşriyyatı, 2006, s. 478 – 528.
Birlik (Avurğazı)
Birlik (başq. Берлек, rus. Берлек) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd İbray kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Tolbazı): 13 km, kənd sovetliyindən (Novofyodrofka): 4 km. ən yaxın dəmiryol stansiyasından (Beloe Ozero stansiyası): 30 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə tatarlar (74%) üstünlük təşkil edir.
Birlik (Qarayazı)
Birlik — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Qarayazı rayonunun inzibati-ərazi vahidində kənd. == Əhalisi == 17-24 yanvar 2002-ci il Ümumgürcüstan əhali siyahıyaalınmasının rəsmi yekunlarına əsasən kənddə yaşayan 1.655 nəfər (793 nəfəri kişilər, 862 nəfəri qadınlar) əhalinin 98 %-i etnik azərbaycanlılardan ibarətdir.
Birlik (jurnal)
"Birlik" jurnalı — Azərbaycanın Türk Xalqları ilə Əməkdaşlıq Mərkəzinin mətbuat orqanı, çoxsəhifəli dövri nəşr olunmuş jurnal. Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) rəsmi orqanı olan "Birlik" dərgisinin ilk sayı 2008-ci ilin iyun ayında işıq üzü görüb. 2008-ci ilin aprelində rəsmi qeydiyyatdan keçən dərginin ilk sayının çapa hazırlanması 3 aya yaxın vaxt aparmışdır.2008–2009-cu illərdə "Birlik" jurnalının baş redaktoru Salman Vilayətoğlu olub.2009-cu il mayın 26-da Dünya türklərinin inteqrasiyasi, türk mədəniyyətinin və tarixinin geniş təbliği yönündəki əvəzsiz fəaliyyətinə görə "Birlik" jurnalının baş redaktoru Salman Vilayətoğlu (ölümündən sonra) mükafatlandırılmışdır. Ona təqdim olunacaq mükafat isə oğlu Baycan Salmanoğluna təqdim olunmuşdur.