Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Boşluq
Boşluq (ing. Vulnerability) − sistem təhlükəsizlik vasitələrində zəiflik, sistemin layihəsində, yaradılmasında, prosedurlarında və daxili nəzarətində səhvlər və ya zəifliklər nəticəsində meydana çıxır və sistemin təhlükəsizlik siyasətinin pozulması üçün istifadə edilə bilər. Zəifliklərdən kompüter sistemi daxilində imtiyaz sərhədlərini keçmək (yəni, icazəsiz hərəkətlər etmək) üçün hücumçu kimi təhlükə aktyoru tərəfindən istifadə edilə bilər. Zəiflikdən istifadə etmək üçün hücumçunun sistem zəifliyinə qoşula bilən ən azı bir tətbiq aləti və ya texnikası olmalıdır. Bu çərçivədə zəifliklər həm də hücum səthi kimi tanınır. Zəifliyin idarə edilməsi nəzəri cəhətdən dəyişən, lakin ümumi prosesləri ehtiva edən dövri təcrübədir: bütün aktivləri kəşf etmək, aktivləri prioritetləşdirmək, tam zəiflik skanını qiymətləndirmək və ya həyata keçirmək, nəticələr haqqında hesabat vermək, zəiflikləri aradan qaldırmaq, aradan qaldırılmasını yoxlamaq — təkrar etmək. Bu təcrübə ümumiyyətlə hesablama sistemlərində proqram təminatı zəifliklərinə aiddir. Çevik zəifliyin idarə edilməsi bütün zəiflikləri mümkün qədər tez müəyyən etməklə hücumların qarşısının alınmasını nəzərdə tutur. == Boşluqların aşkar edildiyi yerlər == Zəifliklər aşağıdakılarla bağlıdır və özünü göstərə bilər: sistemin fiziki mühiti personal (yəni işçilər, rəhbərlik) idarəetmə prosedurları və təhlükəsizlik siyasəti biznes fəaliyyəti və xidmət göstərilməsi periferik cihazlar daxil olmaqla aparat proqram təminatı (yəni binada və ya buludda) əlaqə (yəni rabitə avadanlığı və qurğuları) == Həmçinin bax == Computer Emergency Response Team İnformasiya təhlükəsizliyi Kibertəhlükəsizlik == İstinadlar == == Ədəbiyyat == İmamverdiyev Y. N, "İnformasiya təhlükəsizliyi terminlərinin izahlı lüğəti", 2015,"İnformasiya Texnologiyaları" nəşriyyatı,160 səh.
Buslar
Buslar – Midiya tayfa ittifaqına daxil olan tayfalardan biri. E. A. Qrantovskiyə görə, bu tayfanın adı İran dillərində buza – bihuşedici içki(pivə) sözündəndir. Q. Qeybullayev isə qeyd edir ki, buza sözü farsca yox, qədim türkcədir. "Müəllif fikirləşməmişdir ki, buza (pivə, şərab) adından heç vaxt etnonim yaranmaz. Buza düzəldən bu tayfanın adı yoxdumu? Əslində Herodotun bus kimi yazdığı etnonim qədim yunan dilində ç və ş səsləri olmadığına görə buş və ya buç olmuşdur. Qıpçaqlarda erkən orta əsrlərdə buşman, indiki başqırdlarda və özbəklərdə buçman, keçən əsrdə Sibir türklərində buzman adlı tayfalar məlumdur. Onların adları buz, buç, buş komponentindən və bəzi qədim türk etnonimləri (məsələn, qaraman, nayman, türkmən və b.) üçün səciyyəvi -man şəkilçisindən ibarətdir." Yaqut Həməvi Cənubi Azərbaycan ərazisində Muşil toponimini qeyd edir. Ehtimal ki, bu ad türk dilləri üçün səciyyəvi b – m əvəzlənməsinə görə bus etnonimindən və el, il – el, tayfa sözlərindən ibarətdir. Cənubi Azərbaycanın Üskiyə mahalında Çiraqil (çiraq tayfasının adından və el, il sözündən), Orta əsrlərdə indi Ermənistan adlanan ərazidə Şirakel (Şirak tayfasının adından və el sözündən) yaşayış məntəqələri məlumdur.
Buzluq
Buzluq — buz qatı və ya təbəqəsi ilə örtülmüş ərazi. Buzluq (Goranboy) — Goranboy rayonunda kənd. Buzluqçay — Goranboy rayonu ərazisində çay, Kürəkçayın sağ qolu. Buzluq dağı — Kəlbəcər rayonu ərazisində dağ.
Bulud
Bulud – atmosferdə üzən su buxarı kondensasiyası məhsulunun toplantısı. Bulud diametri bir neçə mikron olan su damcılarından, buz kristalcıqlarından və ya bunların qatışığından əmələ gəlir. Bulud başlıca olaraq troposferdə toplanır. Buludu təşkil edən elementlər iriləşdikcə ağırlaşır və yağıntı əmələ gəlir. Planetimizin çox hissəsini dənizlər və okeanlar tutduğu üçün onların səthində daim buxarlanma prosesi baş verir. Buxarlanmış su damlaları buludları əmələ gətirir. Küləklərin qovduğu bu buludlar atmosferin soyuq layları ilə toqquşduqda buxarın kondensasiyası başlayır və yağış damlaları əmələ gəlir. == Buludluluq == Buludluluq göy üzünün buludlarla örtülmə dərəcəsidir və 10 ballıq şkala ilə ölçülür. Buludluluq sıfır bal olduqda göy üzü buludsuz, 10 bal olduqda isə tamamilə buludla örtülü olur. Ərazinin yerləşdiyi coğrafi mövqedən, iqlimdən asılı olaraq buludluluq dərəcəsi dəyişir.
Üslub
Boşluq (informatika)
Boşluq (ing. Vulnerability) − sistem təhlükəsizlik vasitələrində zəiflik, sistemin layihəsində, yaradılmasında, prosedurlarında və daxili nəzarətində səhvlər və ya zəifliklər nəticəsində meydana çıxır və sistemin təhlükəsizlik siyasətinin pozulması üçün istifadə edilə bilər. Zəifliklərdən kompüter sistemi daxilində imtiyaz sərhədlərini keçmək (yəni, icazəsiz hərəkətlər etmək) üçün hücumçu kimi təhlükə aktyoru tərəfindən istifadə edilə bilər. Zəiflikdən istifadə etmək üçün hücumçunun sistem zəifliyinə qoşula bilən ən azı bir tətbiq aləti və ya texnikası olmalıdır. Bu çərçivədə zəifliklər həm də hücum səthi kimi tanınır. Zəifliyin idarə edilməsi nəzəri cəhətdən dəyişən, lakin ümumi prosesləri ehtiva edən dövri təcrübədir: bütün aktivləri kəşf etmək, aktivləri prioritetləşdirmək, tam zəiflik skanını qiymətləndirmək və ya həyata keçirmək, nəticələr haqqında hesabat vermək, zəiflikləri aradan qaldırmaq, aradan qaldırılmasını yoxlamaq — təkrar etmək. Bu təcrübə ümumiyyətlə hesablama sistemlərində proqram təminatı zəifliklərinə aiddir. Çevik zəifliyin idarə edilməsi bütün zəiflikləri mümkün qədər tez müəyyən etməklə hücumların qarşısının alınmasını nəzərdə tutur. == Boşluqların aşkar edildiyi yerlər == Zəifliklər aşağıdakılarla bağlıdır və özünü göstərə bilər: sistemin fiziki mühiti personal (yəni işçilər, rəhbərlik) idarəetmə prosedurları və təhlükəsizlik siyasəti biznes fəaliyyəti və xidmət göstərilməsi periferik cihazlar daxil olmaqla aparat proqram təminatı (yəni binada və ya buludda) əlaqə (yəni rabitə avadanlığı və qurğuları) == Həmçinin bax == Computer Emergency Response Team İnformasiya təhlükəsizliyi Kibertəhlükəsizlik == İstinadlar == == Ədəbiyyat == İmamverdiyev Y. N, "İnformasiya təhlükəsizliyi terminlərinin izahlı lüğəti", 2015,"İnformasiya Texnologiyaları" nəşriyyatı,160 səh.
Büllur gecə
Büllur gecə və yaxud Sındırılmış şüşələr (vitrin) gecəsi (alm. Kristallnacht‎) — 10 noyabr 1938-ci ildə Üçüncü Reyx tərəfindən yəhudilərə qarşı başlanılmış talan. Yəhudilərə qarşı talanlar Almaniya, Avstriyanın bir hissəsində, Sudet əyalətində və Dansiq azad şəhərində noyabrın 9–10 arasında hərbiləşmiş SA bölmələri və mülki şəxslər tərəfindən həyata keçirilmişdir (bir sıra əlaqəli hücumlar). Polis bu hadisələrə göz yummuş və mane olmaqdan çəkinmişdir. Hücumlar nəticəsində yəhudilərə məxsus dükanların, binaların və sinaqoqların sındırılmış şüşələrinin parçaları küçələrə səpilmişdi. Talanlara səbəb Gebbelsin çıxışında Parisdə yaşayan polyak yəhudisi Herşel Qrinşpan tərəfindən Alman diplomatı Ernst fom Ratın güllələnməsindən sonra beynəlxalq yəhudilərin Almaniyaya və fürerə hücumu kimi dəyərləndirməsi olmuşdur. Büllur gecədən sonra yəhudilərə qarşı iqtisadi və siyasi təqiblər gücləndi. Bu hadisə tarixçilər tərəfindən Nasist Almaniyasının irqi siyasətinin bir hissəsi olaraq qəbul edilir və yəhudi məsələsinin son həll yolunun və Xolokosta başlanğıc olaraq qəbul olunur. == Tarixi == Ümumalmaniya əhalisinin siyahıya alınmasına görə 1933-cü il iyulun 16-sı tarixinə qədər Almaniyada 503,900 yəhudi yaşayırdı. Onlardan da təxminən 70%-i şəhərlərdə yaşayırdı.
Büllur məscid
Büllur məscid (malay Masjid Kristal) — Malayziyada Trenqanu sultanlığının Kuala Trenqanu şəhərində yerləşən məscid. Məscid Van Man adasında İslam İrsi Parkında yerləşir. Unikallığı ilə çox populyar olan Büllur məscid Malayziyada ən məşhur turizm yerlərindən biri kimi tanınır. Məscid 2006 və 2008-ci illər aralığında tikilib. Məscidin rəsmi açılışı Trenqanudan 13-cü Yanq di-Pertuan Aqonq olan Sultan Mizan Zaynal Abidinin iştirakı ilə 8 fevral 2008-ci ildə keçirilmişdir. Məsciddə eyni vaxtda 1500-dən çox dindar ibadət edə bilər. Büllur məscidin tikintisində polad, büllur, şüşədən istifadə edildiyinə görə belə adlandırılır. Bu unikal struktur mavritan və qotik memarlıq elementlərin tətbiq edildiyi müasir üslubda yaradılıb. Böyük büllur çilçıraq əsas ibadət zalının mərkəzində yerləşir. Gecə vaxtı məscidin günbəz və minarəsi müxtəlif rəngli işıqların təsirindən rəngini dəyişir.
Fəxri Müslüm
Quliyev Fəxri Müslüm oğlu (10 aprel 1948, Düzrəsullu, Gədəbəy rayonu) — Azərbaycanlı şair, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü (2003), Prezident mukafatçısı (2010–2011), Azərbaycan Jurnalistlər Birliyinin üzvü (2003), iqtisad üzrə fəlsəfə doktoru (2012), Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının dosenti (2015) == Həyatı == Quliyev Fəxri Müslüm oğlu 10 aprel 1948-ci ildə Gədəbəy rayonunun Şınıx bölgəsinin Düz Rəsullu kəndində anadan olmuşdur. Düz Rəsullu kənd orta məktəbində 8-ci sinifə qədər həmin məktəbin dəyərli müəllimlərindən dərs almış, sonradan təhsilini Tovuz rayonunda A. S. Puşkin adına şəhər orta məktəbində davam etdirmiş və 1966-cı ildə həmin məktəbi bitirmişdir. 1967–1969-cu illərdə hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra 1971-ci ildə Bakı Yeyinti Sənaye Texnikumunu bitirmişdir. 1976-cı ildə Azərbaycan Xalq Təsərrüfatı (hal-hazır ki, Azərbaycan Dövlət İqtisad Universiteti) insitututnun maliyyə fakültəsini bitirmişdir. Fəxri Müslüm, Tovuz rayonunun Yekallar kəndinin sakini, XIX əsrin axırlarında Xankəndinin pristavı olmuş Tanrıverdi kişinin qız nəvəsidir. Uşaqlıq dövrünün əksər hissəsini Yekallarda Tanrıverdi kişinin qardaşı (Tanrıverdi kişi 1913-cü ildə dünyasını dəyişmişdir) Qulam kişinin, eləcə də onun oğlu Həmid Suleymanovun evində keçirmişdir. == İş fəaliyyəti == Fəxri Müslüm Quliyev, əmək fəaliyyətinə Bakı Yeyinti Sənaye Texnikumunda oxuyarkən 1970-ci ildən gözətçi vəzifəsilə başlamışdır. O,1971–1973-cü illərdə Bakı Tütün Kombinatında "Texnoloq", 1973–1977-ci illərdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Naziriyinin Normativ Tədqiqat İdarəsində "Böyük iqtisadçı", 1977–1997-ci illərdə Azərbaycan Respublikası Əmanət Bankında "Təftişçi", "Böyük təftişçi", "Kassalarla hesablaşma şöbəsinin rəisi", "Nağdsız hesablaşmalar və yığım idarəsinin rəis müavini", "Pul dövriyyəsi və kassa əməliyyatı idarəsinin rəisi", 1997–1999-cu illərdə "AZAL" Səhmdar Kommersiya Bankında şöbə rəisi, 1999–2005-ci illərdə Azərbaycan Hava Yolları QSC-də müfəttiş-mühasib və baş mühasib vəzifələrində çalışmışdır. == Pedaqoji fəaliyyəti == Fəxri Müslüm Quliyev pedoqoji fəaliyyətə 2005-ci ildən Milli Aviasiya Akademiyasının "Beynəlxalq İqtisadi Münasibətlər" kafedrasının müəllimi kimi başlamışdır.
Muğancıq Müslüm
Muğancıq Müslüm — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun inzibati ərazi vahidində kənd. Şərur rayonunun Qarxun i.ə.v. də kənd . Düzənlikdədir.Yaşayış məntəqəsi Müslüm adlı şəxsin başçılığı ilə muğanlı tayvasına məxsus ailələrin məskunlaşması nəticəsində yaranmışdır.Oykonim "Müslümə məxsus muğanlılar" və ya "Müslümə məxsus muğanlılardan bir barça" mənasindadır. Əhalisi 888 nəfərdir.(2009 - cu il) Naxçıvanda Şərur rayonunun Muğancıq kəndi üç tayfadan (Çölməkçi, İrzalı, Məşədiməmmədli) ibarət olmuşdur.
Müslüm Eldarov
Müslüm Ömər oğlu Eldarov (1956, Bakı – 2003) — Heykəltəraş, rəngkar, qrafik ustası. Londonda Azərbaycan Mədəniyyət Mərkəzi və onun tərkibində "Humay" qalerayasının (1997) təsisçisi. Müslüm Eldarov 1956-cı ildə Bakı şəhərində anadan olub. 1971–1975-ci ilərdə Ə. Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbində təhsil almış, 1975–1981-ci illərdə Rusiya Rəssamlıq Akademiyasında(Sankt-Peterburq şəhərində) təhsilini davam etdirmişdir. 1982–1986-cı illərdə SSRİ xalq rəssamı, heykəltaraş M. K. Anikuşinın aspiranturasında oxumuşdur. Bundan əlavə, Müslüm 80-ci illərin ortalarında vüsət almış yaradıcı gənclərin geniş hərəkatının ən parlaq nümayəndələrindən idi. O, Azərbaycan ziyaları üçün yeni ideya mənbəyinə çevrilimiş, 1986-cı ildə açılmış Azərbaycanda ilk qeyri-formal mədəniyyət təşkilatının – Yaradıcı Gənclər Assosiasiyasının yaradılmasında iştirak etmiş və sonralar rəhbərlərindən biri olmuşdur. Müslüm Eldarov nəinki Azərbaycanda, həm də onun hüdudlarından kənarda milli mədəniyyətimizin tanınmasında böyük işlər görmüşdür. 1995-ci ildə Londonda Azərbaycan Mədəniyyət Mərkəzini və onun tərkibində "Humay" qalerayasını (1997) təsis etmişdir. Müslüm Eldarov Avrasiya məkanında enerji sahəsinə həsr olunmuş ən sanballı nəşrlərdən hesab olunan Beynəlxalq regional "Caspian" jurnalının (1995) nəşrinə başlamışdır.
Müslüm Gürsəs
Müslüm Gürsəs (türk. Müslüm Gürses; 7 may 1953, Halfeti[d], Şanlıurfa ili – 3 mart 2013, İstanbul, Türkiyə) — Türkiyəli musiqiçi. 5 İyul 1953-cü ildə Şanlıurfanın Halfeti ərazisinin Fıstıqözü kəndində kərpic bir evdə dünyaya gelmişdir.Anasının adı Əminədir.Atası Mehmet Ağbaş rəncbərlik edər, türkü söyləməyi sevər, bağlama çalardı. Ağbaş cütlüyünün Müslümdən sonra Əhməd adında bir oğlan, Zeyno adında bir qız uşaqları oldu. Müslüm Gürsəsin uşaqlığının ilk illəri Şanlıurfada keçib. Gürsəs üç yaşında ikən iqtisadi səbəblərdən ötrü ailəsi ilə Adanaya köçüb. Müslüm Gürsəs müğənniliyə 1965-ci ildə, kiçik yaşda Adanada bir çay baxçasında musiqilər söyləyərək başladı, eyni zamanda Xalq evinə də getdi. Dərzi köməkçiliyi edirdi, o illərdə bir restoranda səhnəyə çıxdı. Ayrıca ibtidadi məktəbdən məzun olduqdan sonra 14 yaşında ikən, 1967-ci ildə Adana Ailə Çay Baxçasında hazırlanmış yarışmaya qatıldı və birinci oldu. Səsiylə uşaq yaşlarında diqqət çəkən Gürsəs özü ilə edilmiş bir reportajda o zamanla bağlı bunları söyləmişdir: Soyadını da orada işləyərkən “Gürsəs“ olaraq dəyişdirdilər.
Müslüm Hacimətov
Müslüm Məmməd oğlu Hacımətov - Müslüm Məmməd oğlu Hacımətov 1931-ci ildə Qusarda anadan olmuşdur. Qırmızı Əmək Bayrağı" ordeni, SSRİ-nin Əlaçı neftçisi fəxri adı, Azərbaycan Republikası Prezidentinin fərdi təqaüdü ilə mükafatlandırılmışdır. Müslüm Məmməd oğlu Hacımətov 1931-ci ildə Qusarda anadan olmuşdur. Orta məktəbin 8-ci sinfini və Bakı şəhərində 1li sənət məktəbini bitirmişdir. 1951—1968-ci illərdə Gürganeft trestinin Qazma İdarəsində (indiki Neft Daşları DQİİ) qazmaçı köməkçisi, qazmaçı-buruq ustası işləmişdir. 1968—1971-ci illərdə Suriya Ərəb Respublikasında buruq ustası, 1971—1978-ci illərdə Neft Daşlan DQİİ-də buruq ustası, 1978—1981-ci illərdə İraq Ərəb Respublikasında buruq ustası, 1981—1996-cı illərdə Neft Daşları DQİİ-də və 1996-2004-cü illərdə Bayıl limanı Qİİ-də buruq ustası işləmişdir. Müslüm Hacımətov qiyabi olaraq 1961-ci ildə fərqlənmə diplomu ilə Bakı neft texnikumunu, 1976-cı ildə Azərbaycab Dövlət Neft və Sənaye Universitetini (indiki ADNA) bitirmişdir. Dünyada ilk dəniz şəhərinin, Neft Daşlarının bünövrəsini qoyanlardan, onun ilk fatehlərindən biri olan məşhur buruq ustası Müslüm Hacımətovun sinəsi tarixdir, ensiklopediyadır, dəniz şəhərinin 55 illik tarixi onun yaddaşındadır. 1951-ci ildə Neft Daşlarına ilk gələn cəsurlar arasında 1 saylı sənət məktəbinin məzunu Müslüm Məmməd oğlu Hacımətov da var idi. O, ilk əmək fəaliyyətinə Neft Daşlarında yeddinci dərəcəli qazmaçı kimi başlamışdı.
Müslüm Hacımətov
Müslüm Məmməd oğlu Hacımətov - Müslüm Məmməd oğlu Hacımətov 1931-ci ildə Qusarda anadan olmuşdur. Qırmızı Əmək Bayrağı" ordeni, SSRİ-nin Əlaçı neftçisi fəxri adı, Azərbaycan Republikası Prezidentinin fərdi təqaüdü ilə mükafatlandırılmışdır. Müslüm Məmməd oğlu Hacımətov 1931-ci ildə Qusarda anadan olmuşdur. Orta məktəbin 8-ci sinfini və Bakı şəhərində 1li sənət məktəbini bitirmişdir. 1951—1968-ci illərdə Gürganeft trestinin Qazma İdarəsində (indiki Neft Daşları DQİİ) qazmaçı köməkçisi, qazmaçı-buruq ustası işləmişdir. 1968—1971-ci illərdə Suriya Ərəb Respublikasında buruq ustası, 1971—1978-ci illərdə Neft Daşlan DQİİ-də buruq ustası, 1978—1981-ci illərdə İraq Ərəb Respublikasında buruq ustası, 1981—1996-cı illərdə Neft Daşları DQİİ-də və 1996-2004-cü illərdə Bayıl limanı Qİİ-də buruq ustası işləmişdir. Müslüm Hacımətov qiyabi olaraq 1961-ci ildə fərqlənmə diplomu ilə Bakı neft texnikumunu, 1976-cı ildə Azərbaycab Dövlət Neft və Sənaye Universitetini (indiki ADNA) bitirmişdir. Dünyada ilk dəniz şəhərinin, Neft Daşlarının bünövrəsini qoyanlardan, onun ilk fatehlərindən biri olan məşhur buruq ustası Müslüm Hacımətovun sinəsi tarixdir, ensiklopediyadır, dəniz şəhərinin 55 illik tarixi onun yaddaşındadır. 1951-ci ildə Neft Daşlarına ilk gələn cəsurlar arasında 1 saylı sənət məktəbinin məzunu Müslüm Məmməd oğlu Hacımətov da var idi. O, ilk əmək fəaliyyətinə Neft Daşlarında yeddinci dərəcəli qazmaçı kimi başlamışdı.
Müslüm Maqomayev
Müslüm Maqomayev (bəstəkar) — Azərbaycan bəstəkarı, müğənni Müslüm Maqomayevin babası. Müslüm Maqomayev (müğənni) — müğənni, bəstəkar Müslüm Maqomayevin nəvəsi.
Müslüm Məmmədov
Müslüm Məmmədov (deputat) — Azərbaycan Respublikası Milli Məclisinin V çağırış deputatı.
Müslüm Oğuz
Müslüm Oğuz— Müslüm Oğuz –Türkiyə yazıçısı, publisisti və ictimai xadimi, Türkiyə Yazarlar Birliyinin və və İLESAM-ın üzvü. Müslüm Oğuz 1951-ci ildə Türkiyə Cümhuriyyətinin Iğdır qəzasının Araz çayı sahilindəki Hakmehmet kəndində anadan olmuşdur. Atası Hacı Bəhram xırda ticarətlə məşğul olmuşdur. İbtidai təhsilini doğulduğu kənddə almış, Iğdır liseyini (1968), daha sonra İstanbul Universitetinin Ədəbiyyat fakültəsinin tarix bölümünü bitirmişdir (1974). İznik (1976–1979), Babaeski (1979–1982) və Qarsda (1982–1987) tarix müəllim kimi fəaliyyət göstərmişdir. Bir müddət Qars Milli Təhsil şöbəsinin müdiri, Qars Xalq Təhsili başqanı (1984) vəzifəsini icra etmişdir. Qars (1987) və Manisa (1989) şəhərlərində Kültür ve Turizm müdiri vəzifələrində çalışmışdır. 2003-cü ilin sentyabr ayından təqaüdə çıxmışdır. Yaradıcılığa universitet illərində başlayan yazarın şeir, hekayə və məqalələri Türkiyənin "Hergün", "Bursa Hakimiyet", "Tohum", "Yeni Nesil, "Doğuş Edebiyat", "Hüryurt" "İlimiz" "Nilüfer" (Elazığ), "Yeşil Iğdır" kimi dərgi və qəzetlərində yayınlanmışdır. Elmi araşdırmaları içərisində 1920–1921-ci illərdə Türkiyədə köç və köçmən məsələləri ilə bağlı yazılar xüsusi yer tutur.
Müslüm Vəliyev
Müslüm İbrahimov
İbrahimov Müslüm Azad oğlu — dosent, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin idarə heyətinin üzvü. 1974-cü ildə Azərbaycan Respublikası Bakı şəhərində anadan olmuşdur. 1991-ci ildə Baki şəhəri orta məktəbini, 1997-ci ildə K.A.Timiryazev adına Rusiya Dövlət Aqrar Universitetini və orada 2000-ci ildə aspiranturanı biritmişdir. Iqtisad elmləri namizədidir. Aspiranturada təhsil alan zaman Azərbaycan Respublikasının səfirin təhsil məsələləri üzrə müşavirin köməkcisi kimi fəaliyyət göstərib. 2001-ci ildə Baki şəhər Icra Hakimiyyətinin "Bakimühəndistikinti" 32 nömrəli trestin direktorun iqtisadi məsələlər üzrə müavini işləmişdir. 2002-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Iqtisadiyyat Institutunun böyük elmi işcisi sonra isə 2003-cü ildə Azərbaycan Milli Elmər Akademiyasının şöbə və sektor müdürləri vəzifələrinə kecirilən seckilərlə əlaqədar olaraq "Sənaye və investisiya siyasəti" şöbəsinin müdiri, "Beynəlxalq iqtisadi münasibərlər" kafedrasının baş müəllimidir və eyni zamanda Universitetin Elmi-Metodiki şuranın və Elmi Seminarın üzvü secilmişdir. Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin idarə heyətinin üzvüdür. Elmi-tədqiqat maraqları: milli iqtisadiyyatla beynəlxalq iqtisadiyyatın dialektikası, aqrar-sənaye kompleksinin problemlərinin araşdırılması, stoxastik iqtisadi-riyazi modellərin iqtisadi münasibətlər sferasında tədbiqi problemləri və sair. 50-dən cox elmi məqalələr və məruzənin tezislərin o cümlədən Rusiya Federasiyasında cap olunmuş iki monoqrafiyasının müəllifidir.
Qırılmaz boşluq
Qırılmaz boşluq (non-breaking space) — mətn emalı proqramlarında və ya nəşriyyat sistemlərində: standart boşluq simvolunu əvəz edən, ancaq iki sözün bir sətirdə qalması üçün onları bir-birinə bağlayan, yəni onların sətirdən-sətirə keçirilməsinə icazə verməyən simvol. Məsələn, sətrin sonunda "M. F. Axundzadə" kimi ifadələrdə inisialların bir sətirdə qalması, soyadın isə yeni sətrə keçirilməsi arzuolunan deyil. Bəzi tətbiqi proqramlarda qırılmaz boşluğun ölçüsü dəyişməz olur, yəni hətta mətnin səhifənin qıraqlarına nəzərən düzləndirilməsi zamanı da o, dəyişmir. İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Saleh Müslüm
Saleh Müslüm Məhəmməd (kürd. Salih Muslim Mihemed‎; ərəb. صالح مسلم محمد‎‎, translit. Ṣāliḥ Muslim Muḥammad) — Şimali və Şərqi Suriya Muxtar Administrasiyasının (Rojava) əsas partiyası olan Demokratik Birlik Partiyasının (PYD) keçmiş həmsədri. Demokratik Dəyişikliklər üzrə Milli Koordinasiya Komitəsinin koordinator müavini olaraq, Suriyadakı vətəndaş müharibəsi dövründə ən öncül kürd nümayandə olmuşdur. Suriya vətəndaşı olan Saleh Müslüm Məhəmməd 1951-ci ildə Kobani şəhərinə yaxın bir kənddə anadan olmuşdur. O, Suriyada təhsil aldıqdan sonra 1970-ci ildən 1977-ci ilə qədər İstanbul Texniki Universitetinin Kimya Mühəndisliyi fakültəsində təhsil alır. Qısa bir müddət Londonda, 1978–1990 illərdə isə Səudiyyə Ərəbistanında çalışır və 1993-cü ildə Hələbdə mühəndislik ofisi açır. Saleh Müslüm 1998-ci ildə İraqdakı Kürdüstan Demokratik Partiyasının (KDP) Suriya qolu olan Suriya üzrə Kürdüstan Demokratik Partiyasına (KDP-S) qoşulur. O, partiyanın hədəflərini yerinə yetirməməsindən məyus olması səbəbindən 2003-cü ildə partiyanı tərk edir.
Sətirlərarası boşluq
Sətirlərarası boşluq (en. leading /ˈlɛdɪŋ/ LED-ing) – mətnin sətirləri arasındakı punktla (POINT) göstərilən boşluq; bir sətrin oturacağından (təməl xəttindən) növbəti sətrin oturacağına kimi götürülür. Ənənəvi mətbəə təcrübəsindən yaranıb, belə ki, o zamanlar mətnin metal literlərinin arasına nazik qurğuşun (ingiliscə “lead” – “qurğuşun”) zolaq qoyulurdu. Adətən, çap olunan mətnin sətirləri arasındakı məsafə şriftin ölçüsündən bir və ya iki punkt böyük olur. İsmayıl Calallı (Sadıqov). İnformatika terminlərinin izahlı lüğəti. Bakı: 2017, "Bakı" nəşriyyatı, 996 s.
Uzun boşluq
Uzun boşluq, uzun şpasiya – ölçüsü şriftin punktla ölçüsünə bərabər olan sözlərarası boşluq; məsələn: 12-punktlu şriftdə bu, eni 12 punkt olan boşluq olacaq. İngilis dilindəki adı (em space) onunla izah olunur ki, bəzi şriftlərdə belə boşluğun ölçüsü baş M hərfinin eninə bərabər olur ki, o da öz növbəsində şriftin punktla ölçüsünə bərabərdir.
Yazılararası boşluq
Yazılararası boşluq ( ing. inter-record gap (IRG) ~ ru. промежуток между записями ~ tr. kayıtlararası boşluk) – diskdə və ya lentdə yazılmış verilənlər blokları arasında istifadə olunmamış yer. Disklərdə və lentlərdə olan yazılarası boşluqlar qonşu verilənləri korlamadan yeni verilənlər yazmağa imkan verir. Disklərin və lentlərin sürəti sabit olmadığından, yeni verilənlər əski verilənlərin “düz üstünə” yazılmır. Yazılararası boşluqlar olmasa idi, yeni verilənlər qonşu verilənlərin bir hissəsinin üstünə düşə bilərdi. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
İncə boşluq
İncə boşluq – thin space ~ минимальный интервал ~ ince boşluk ~ şriftin ölçüsünün dörddə birinə (bəzən altıda birinə) bərabər olan sözlərarası boşluq; məsələn, ölçüsü 12-punkt olan şriftdə incə boşluq 3 punkt olur. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.