BOŞLUQ
BOŞLUQ
OBASTAN VİKİ
Boşluq
Boşluq (ing. Vulnerability) − sistem təhlükəsizlik vasitələrində zəiflik, sistemin layihəsində, yaradılmasında, prosedurlarında və daxili nəzarətində səhvlər və ya zəifliklər nəticəsində meydana çıxır və sistemin təhlükəsizlik siyasətinin pozulması üçün istifadə edilə bilər. Zəifliklərdən kompüter sistemi daxilində imtiyaz sərhədlərini keçmək (yəni, icazəsiz hərəkətlər etmək) üçün hücumçu kimi təhlükə aktyoru tərəfindən istifadə edilə bilər. Zəiflikdən istifadə etmək üçün hücumçunun sistem zəifliyinə qoşula bilən ən azı bir tətbiq aləti və ya texnikası olmalıdır. Bu çərçivədə zəifliklər həm də hücum səthi kimi tanınır. Zəifliyin idarə edilməsi nəzəri cəhətdən dəyişən, lakin ümumi prosesləri ehtiva edən dövri təcrübədir: bütün aktivləri kəşf etmək, aktivləri prioritetləşdirmək, tam zəiflik skanını qiymətləndirmək və ya həyata keçirmək, nəticələr haqqında hesabat vermək, zəiflikləri aradan qaldırmaq, aradan qaldırılmasını yoxlamaq — təkrar etmək. Bu təcrübə ümumiyyətlə hesablama sistemlərində proqram təminatı zəifliklərinə aiddir. Çevik zəifliyin idarə edilməsi bütün zəiflikləri mümkün qədər tez müəyyən etməklə hücumların qarşısının alınmasını nəzərdə tutur. == Boşluqların aşkar edildiyi yerlər == Zəifliklər aşağıdakılarla bağlıdır və özünü göstərə bilər: sistemin fiziki mühiti personal (yəni işçilər, rəhbərlik) idarəetmə prosedurları və təhlükəsizlik siyasəti biznes fəaliyyəti və xidmət göstərilməsi periferik cihazlar daxil olmaqla aparat proqram təminatı (yəni binada və ya buludda) əlaqə (yəni rabitə avadanlığı və qurğuları) == Həmçinin bax == Computer Emergency Response Team İnformasiya təhlükəsizliyi Kibertəhlükəsizlik == İstinadlar == == Ədəbiyyat == İmamverdiyev Y. N, "İnformasiya təhlükəsizliyi terminlərinin izahlı lüğəti", 2015,"İnformasiya Texnologiyaları" nəşriyyatı,160 səh.
Boşluq (informatika)

Qırılmaz boşluq
Qırılmaz boşluq (non-breaking space) — mətn emalı proqramlarında və ya nəşriyyat sistemlərində: standart boşluq simvolunu əvəz edən, ancaq iki sözün bir sətirdə qalması üçün onları bir-birinə bağlayan, yəni onların sətirdən-sətirə keçirilməsinə icazə verməyən simvol. Məsələn, sətrin sonunda "M. F. Axundzadə" kimi ifadələrdə inisialların bir sətirdə qalması, soyadın isə yeni sətrə keçirilməsi arzuolunan deyil. Bəzi tətbiqi proqramlarda qırılmaz boşluğun ölçüsü dəyişməz olur, yəni hətta mətnin səhifənin qıraqlarına nəzərən düzləndirilməsi zamanı da o, dəyişmir. İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Sətirlərarası boşluq
Sətirlərarası boşluq (en. leading /ˈlɛdɪŋ/ LED-ing) – mətnin sətirləri arasındakı punktla (POINT) göstərilən boşluq; bir sətrin oturacağından (təməl xəttindən) növbəti sətrin oturacağına kimi götürülür. Ənənəvi mətbəə təcrübəsindən yaranıb, belə ki, o zamanlar mətnin metal literlərinin arasına nazik qurğuşun (ingiliscə “lead” – “qurğuşun”) zolaq qoyulurdu. Adətən, çap olunan mətnin sətirləri arasındakı məsafə şriftin ölçüsündən bir və ya iki punkt böyük olur. İsmayıl Calallı (Sadıqov). İnformatika terminlərinin izahlı lüğəti. Bakı: 2017, "Bakı" nəşriyyatı, 996 s.
Uzun boşluq
Uzun boşluq, uzun şpasiya – ölçüsü şriftin punktla ölçüsünə bərabər olan sözlərarası boşluq; məsələn: 12-punktlu şriftdə bu, eni 12 punkt olan boşluq olacaq. İngilis dilindəki adı (em space) onunla izah olunur ki, bəzi şriftlərdə belə boşluğun ölçüsü baş M hərfinin eninə bərabər olur ki, o da öz növbəsində şriftin punktla ölçüsünə bərabərdir.
Yazılararası boşluq
Yazılararası boşluq ( ing. inter-record gap (IRG) ~ ru. промежуток между записями ~ tr. kayıtlararası boşluk) – diskdə və ya lentdə yazılmış verilənlər blokları arasında istifadə olunmamış yer. Disklərdə və lentlərdə olan yazılarası boşluqlar qonşu verilənləri korlamadan yeni verilənlər yazmağa imkan verir. Disklərin və lentlərin sürəti sabit olmadığından, yeni verilənlər əski verilənlərin “düz üstünə” yazılmır. Yazılararası boşluqlar olmasa idi, yeni verilənlər qonşu verilənlərin bir hissəsinin üstünə düşə bilərdi. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
İncə boşluq
İncə boşluq – thin space ~ минимальный интервал ~ ince boşluk ~ şriftin ölçüsünün dörddə birinə (bəzən altıda birinə) bərabər olan sözlərarası boşluq; məsələn, ölçüsü 12-punkt olan şriftdə incə boşluq 3 punkt olur. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Boşluq (film, 1989)
Boşluq qısametrajlı sənədli filmi rejissor Xamis Muradov tərəfindən 1989-cu ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film görkəmli teatr və kino xadimi Adil İsgəndərova həsr olunub. == Məzmun == Film SSRİ Xalq artisti, SSRİ Dövlət Mükafatı laureatı, görkəmli teatr və kino xadimi, rejissor və aktyor, bacarıqlı təşkilatçı Adil İsgəndərovun həyat və yaradıcılığından söhbət açır. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Xamis Muradov Ssenari müəllifi: Xamis Muradov, Fəraməz Səfiyev Operator: Tofiq Sultanov Bəstəkar: Rauf Əliyev (Rafiq Əliyev kimi) == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Texnoloji boşluq nəzəriyyəsi
Texnoloji boşluq nəzəriyyəsinə uyğun olaraq, ölkələr arasında ticarət eyni istehsal amilləri ilə də baş verir və ticarət ölkələrindən birində hər hansı bir sənayedə baş verən texniki dəyişikliklər nəticəsində yarana bilər. Bunun səbəbi odur ki, texniki yeniliklər əvvəlcə bir ölkədə meydana çıxır, ikincisi üstünlük qazanır: yeni texnologiya daha az xərclə mal istehsalına imkan verir. Əgər innovasiya yeni məhsulun istehsalından ibarətdirsə, o zaman innovasiya edən ölkədə sahibkar müəyyən müddət ərzində “kvaziinhisar” adlanan vəziyyətə malikdir, başqa sözlə, yeni məhsulu ixrac etməklə əlavə gəlir əldə edir. Beləliklə, yeni optimal strategiya: nisbətən ucuz olanı deyil, hələ heç kimin istehsal edə bilmədiyi, lakin hamı və ya çoxları üçün zəruri olanı buraxmaq. Başqaları bu texnologiyaya yiyələnən kimi yeni və yenə başqaları üçün əlçatmaz bir şey istehsal edəcəklər. == Tarixi == Texnoloji boşluq nəzəriyyəsi 1961-ci ildə amerikalı iqtisadçı Maykl Pozner tərəfindən hazırlanmışdır. Beynəlxalq ticarətin təhlilində bu konsepsiyanın istifadəsi Hekşer-Ulin nəzəriyyəsinin bütün ölkələrdə eyni adlı malların istehsalı üçün eyni texnologiyadan istifadə edilməsi fərziyyəsinin rədd edilməsi demək idi. M.Pozner ondan çıxış edirdi ki, eyni texnologiya müxtəlif ölkələrdə həmişə eyni vaxtda istifadə olunmur və onun beynəlxalq miqyasda yayılması müəyyən vaxt tələb edir. Nəticədə bir ölkə bu və ya digər yeni texnologiyadan istifadə edə bilər, halbuki bu yenilik başqa ölkəyə hələ çatmayıb. Bundan əlavə, yenilikçi şirkət ən son texnologiyalarının tez bir zamanda ümumi mülkiyyətə çevrilməsində maraqlı deyil.
Yuxulu boşluq (film, 1999)
Yuxulu boşluq (ing. Sleepy Hollow) — 1999-cu ildə istehsal olunmuş ABŞ filmi. Film Vaşinqton İrvinqin "Yuxulu boşluq haqqında əfsanə" əsəri əsasında ekranlaşdırılmışdır. Bir çox məşhur filmlərin, o cümlədən, "Bitlcus", "Betmen" kimi filmlərin rejissoru olan Tim Börtonun bu filminin hekayəsi, mühiti və xarakterləriylə klassik sinematoqrafik istiqamətdən bir şah əsərə bənzəyir. Əllinci illərin fantastik qorxu filmlərindəki əksəriyyətlə qara ağ tonların ağırlıqlı olduğu havada olan "Yuxulu boşluq" filminin çəkilişləri üçün İngiltərədə hekayəyə uyğun kiçik bir kənd yenidən bərpa edilmişdir. Bu film ən çox ABŞ, Fransa və Böyük Britaniyada izlənmişdir. 1799-cu il, Nyu-York. İkabod Kreyn iyirmi dörd yaşında "Konsteybl" vəzifəsində çalışan kiçik gənc zabitdir. Onun zabit olmasına baxmayaraq bəzi qəribəliklərinə görə fərqlənir. İkabodun ölülərdən çəkinməməsinə baxmayaraq, balaca həşəratlardan bərk qorxur.
Çapayev və boşluq (roman)
Çapayev və boşluq — yazıçı Viktor Pelevinin 1996-cı ildə yazdığı roman 1996-cı ildə yazılmış "Çapayev və Pustota" romanı haqqında müəllifin özü deyir: "Bu əsər dünyada hadisələrin tamamilə boşluqda baş verdiyi ilk ədəbiyyat nümunəsidir". Əslində isə hadisələr 1919-cu ildə Çapayevin diviziyasında baş verir. Əsərin prataqonisti Pyotr Pustota bu diviziyada komissar olaraq xidmət edir və eyni zamanda bugünkü günlərdə və Pelevinin virtual fəzasında mövcudiyyətini sürdürərək "Kavabata", "Şvaşneqr" və "Sadəcə Mariya" ilə görüşür. Tənqidçilərin fikrinə görə, "Çapayev və Pustota" rus ədəbiyyatında ilk den-buddist romandır. Roman 2001-ci ildə ingiliscə tərcümədə - "The Clay Machine-Gun" ("Глиняный пулемет") Dublin ədəbiyyat mükafatının finalına çıxmışdır Mənim iradəmlə qürub edən günəşə doğru yarışa çıxmış atların üzünə və insanların sifətinə - ucsuz-bucaqsız canlı axıntıya baxa-baxa tez-tez düşünürəm: bəs bu axıntıda mən haradayam? – Çingiz xan Prinsip etibariylə roman iki hissədən ibarətdir: 1919-cu illərdə cərəyan edən hadisələr və 1990-cı illərin əvvəllərində psixiatrik klinikada cərayan edən hadisələr. Roman Vasili Çapayev və Pyotr Pustota kimi iki şəxsiyyətdən bəhs edir. Digər ikinci planda olan obrazlar, bilavasitə Rusiyanın gələcəkdə baş verəcək qərblə alximik nigahını simvolizə edən aspektlərdir. Romanda demiurq kimi motiv də yer alıb. Roman ilk cümlələrindən hiss olunur ki, Pyotr Pustota aydınlanmaq istəyən birisidir.

Значение слова в других словарях