Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
.biz
.biz — biznes-strukturlar üçün yuxarı səviyyəli ümumi domendir. Domen .com domenini yüngülləşdirmək məqsədi ilə 2001-ci ildə yaradılmışdı. Domenin adlandırması zamanı 3-dən 63-ə qədər simvol olmalıdır. BIZ domeni öz adının mahiyyətini ingilis dilində olan business (biznes, iş, kommersiya fəaliyyəti) sözündən götürmüşdür. BIZ domen zonası COM, NET və ORG zonalarının həddən artıq yüklənməsini qarşısını almaq üçün yaradılmışdır.
BAK
Böyük adron sürətləndiricisi və ya Böyük adron kollayderi (ing. Large Hodron Collider, LHC) Avropa nüvə tədqiqatlar şurasının CERN (fr.Conseil Europeen pour la Recherche Nucleaire) hazırladığı dünyanın ən böyük proton sürətləndiricisidir. BAS-nin yaradılması ilk dəfə 1984-cü ildə nəzərdə tutulsa da onun reallaşması 2001-ci ildə həyata keçdi. Böyük adron sürətləndiricisində protonlar 14 TeV (14 teraelektronvolt- 14•10x12 elektronvolt) enerji ilə toqquşması nəzərdə tutulub. BAS Fransa ilə İsveçrə sərhəddində 26.7 km uzunluğu olan və 100 dərinlikdə bir sahəni əhatə edir. BAS-da proton dəstəsinin tutulması və korreksiyası üçün uzunluğu 22 km-i əhatə edən 1624 maqnitdən istifadə olunub. Maqnitlər absolyut 0-dan 1.9K yüksək, -271C temperaturda işləyəcək. BAS-da 4 detektorun işləyəcəyi bildirilir. ATLAS ( A Toroidal LHC- ApparatuS), CMS (Compact Muon Solenoid), LHCb (The Large Hadron Collider beauty experiment) və ALICE (A Large Ion Collider Experiment). ATLAS və CMS Hiqqsin bozonları və "standart olmayan fizika"-nı öyrənmək üçün təyin edilib.
BOK
Beynəlxalq Olimpiya Komitəsi (ing. International Olympic Committee (İOC); fr. Comité international olympique,) — müasir Olimpiya hərəkatının ali rəhbər orqanı. 23 iyun 1894-cü ildə Parisdə Beynəlxalq konqresdə Fransa ictimai xadimi Pyer de Kubertenin təşəbbüsü ilə Olimpiya Oyunlarının dirçəldilməsi və təşkil olunması məqsədilə yaradılmış beynəlxalq təşkilat. == Məlumat == Təşkilatın mənzil-qərargahı İsveçrənin Lozanna şəhəridir. Rəsmi dilləri isə ingilis və fransız dilidir. BOK-un 20-dən çox komissiyası (o cümlədən idman, mədəniyyət və Olimpiya təhsili, etika, inkişaf, maliyyə, marketinq, hüquq, tibb, mətbuat, radio, televiziya və s.), 3 təşkilati, həmçinin icraedici, antidopinq komitələri var. BOK nəinki ölkələrin, həmçinin ayrı-ayrı coğrafi ərazilərin Olimpiya komitələrinin tanınması imkanlarını nəzərdən keçirir; Olimpiya bayrağının, rəmzinin və devizinin (lat. "Citius, altius, fortius" – "Daha sürətlə, daha yüksək, daha güclü") hüquqi qorunmasına görə məsuliyyət daşıyır, hər hansı idman növünün, həmçinin üsul və qaydalarının Olimpiya proqramına daxil edilməsini müəyyənləşdirir, bir sıra beynəlxalq təşkilatlarla müxtəlif formalarda əməkdaşlıq edir; Olimpiya hərəkatının inkişafında göstərilən xidmətləri Olimpiya ordeni (qızıl, gümüş, bürünc), Olimpiya diplomu və s. ilə mükafatlandırır.
BiP
BiP Turkcell tərəfindən iOS və Android istifadəçiləriüçün hazırlanmış mesajlaşma tətbiqidir və pulsuz istifadə edilə bilər. BiP; App Store, Google Play və Huawei AppGallery- dən pulsuz yükləyə bilərsiniz..Tətbiqdə itirilmiş mesaj, yumor yaratmaq, hər kəslə ünsiyyət qurma, qrup mesajlaşma və yer paylaşımı, oyunlar, pul köçürməsi kimi xüsusiyyətlərə malikdir.Tətbiq ilə istifadəçilər birbirinə mesaj, rəsim, video, və ses göndərəbilərlər. İtirilmiş mesaj xüsusiyəti ilə vaxtla silinən mesaj göndərə bilərlər. Tətbiqi işlətməyənlərə tətbiqdən SMS göndərməq mümkündür. Caps yəni yumor (mem) yaratma xüsusiyəti ilə insanlar şəkillərlə Caps yaradıb, paylaşabilir.
Bia
Biansa Miquela Landrau (ing. Bianca Miquela Landrau; 16 avqust 1990, Medford[d], Massaçusets) — əsasən Bia ləqəbi ilə tanınan ABŞ musiqiçisi. == Həyatı == Bia 16 avqust 1991-ci ildə Massaçusets ştatının Medford şəhərində anadan olmuşdur. Əslən Porto-Rikalı və italyandır. Qısa müddət kollecdə oxusa da, buranı tərk edib musiqi karyerasına addım atmışdır. 2017-ci ildə Los-Ancelesə köçdü.
Bil
Bil (ing. Biel/Bienne) — İsveçrənin şimal qərbində, Bern kantonunda şəhər. == Əhalisi == Əhalisi 51,6 min (2011; şəhərətrafı ilə təqribən 75 min). == Coğrafiyası == Yura dağ massivinin şərq ətəyində, Aare çayı sahilindədir. İri nəqliyyat qovşağı. Bil Sürix–Lozanna, Bern–Bazel, Bil–Le-Lokl mühüm dəmiryol xətlərinin kəsişdiyi yerdədir. Şəhərdən Sürix–Zolo turn–Nevşatel–Bezanson (Fransa) və Bern–Bil avtomobil magistralları keçir. Bil gölü sahilində yerli əhəmiyyətə malik portdur. == Tarixi == 1230-cu ildən məlumdur. == İqtisadiyyatı == İqtisadiyyatında xidmət sektoru üstünlük təşkil edir (turizm, rabitə və nəqliyyat, işgüzar xidmətlər).
Bin
Bin, Ben — İranın Çahar-Mahal və Bəxtiyari ostanının Şəhrikürd şəhristanının Bin bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 11,699 nəfər və 3,141 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir, azərbaycan dilində danışırlar və şiə müsəlmandırlar.
Bio
Bio — Azərbaycan Respublikasının Astara rayonunun inzibati ərazi vahidində kənd. == Etimologiyası == Oykonimin düzgün adı Biəov olmalıdır. Yaşayış məntəqəsinin adı talış dilindəki biə «soyuq» və ov «su» sözlərindən yaranmışdır (Soyuqsu kəndi).Biu Astara rayonunun Siyaku inzibati ərazi vahidində kənd. Lənkəran ovalığındadır. Kənd öz adını yaxınlıqdakı mineral su bulağının adından almışdır. Əsli Büyəov olan bu hidronim Talış dilindəki buy (iy, qoxu) və ov (su) sözlərindən ibarət olub, "iyli, qoxulu su" mənasındadır.
Bir
Bir — say sistemində rəqəm və eyni zamanda ədədlərdən biridir. Saymağa birdən başlayırıq. Bir ikidən əvvəl gəlir. == Riyaziyyatda == Bir ədədi riyaziyyatda bir çox hallarda vahid adlanır. Vahidin aşağıdakı xassələri var: İstənilən ədədi vahidə vurduqda həmin ədəd özü alınar. Vahidi istənilən ədədə vurduqda həmin ədəd özü alınar. İstənilən ədədi vahidə böldükdə həmin ədəd özü alınar. Vahid tək ədəd hesab edilir. 1 ədədi nə sadə ədəd, nə də ki, mürəkkəb ədəddir. == İnam və etiqadlarda == Mənəvi və maddi mədəniyyətin tərkib hissələrindən bilinən ümumsay kompleksində həm də "tək", "vahid" adları daşıyan çoxmənalı bir sayı mifoloji dünya modelində "Tanrı", "Kosmos" anlayışı ilə hər hansı hadisə və işin, əşyanın ilkliyi, başlanğıcı təsəvvürünü yaratmaqla düşüncəyə, məişətə daxil olmuşdur.
Bit
Bit (ing. binary digit) — minimal informasiya vahidi olub 0 və ya 1 rəqəmlərindən (ikilik kod) hansısa biri deməkdir. Bit "binary digit" sözlərinin qısaltmasıdır və kompüterdəki ən kiçik informasiya vahididir. Bu termin ilk dəfə 1946-cı ildə Con Taki tərəfindən istifadə edilmişdir. Bir baytın tək qiyməti 0 və ya 1-dir. Bir çox kompüter sistemlərində 8 bit bir baytdır. Bəzi sistemlərdə səkkiz bit bir bayt yerinə oktet olaraq istifadə edilir. Bir baytın yarısı (dörd bit) nibbl adlandırılır. Əsas informasiya vahidi bayt, minimal informasiya vahidi isə bitdir. 1 bit = 1 dərəcə (0 və ya 1); 1 bayt = 8 bit; 1 kilobayt = 1024 bayt; 1 meqabayt = 1024 Kbayt; 1000 000 bayt = 106 bayt 1 giqabayt = 1024 Mbayt; 1000 000 000 bayt = 109 bayt 1 terabayt = 1024 Gbayt.
BİM
Birləşmiş Mağazalar ASC və ya qısaca BİM — Türkiyədə satış yapan diskaunter mağaza. Mağaza sayına görə 2-ci, illik gəlir baxımından Türkiyənin ən böyük pərakəndə marketidir.BİM şirkətinin xalis mənfəət 2013-cü ildə 3,5%, 2014-cü ildə 2.7% və 2015-ci ildə 3.3% idi. 2013 413 milyon, 2014 395.3 milyon, 2015 583.1 milyon Türk lirəsi təşkil etmişdir. == Tarixçə == 1995-ci ildə 21 mağaza ilə fəaliyyətə başlayan BİM Birləşik Mağazalar ASC-nin əsas prinsipi əsas ərzaq və istehlak məhsullarını ən yaxşı qiymətə və ən yüksək keyfiyyətlə istehlakçıya çatdırmaqdır. Diskaunt tipli Türkiyədəki ilk nümayəndəsi olan BİM, məhdud sayda məhsulla, lakin yüksək keyfiyyətlə daim xidmətdədir. 1997-ci ildə Türkiyənin ilk xüsusi marka məhsulu olan Dost Süd BİM-in məhsuludur. 2000-ci ildə 599 mağazaya, 2005-ci ildə 1,194 mağazaya çatan BİM ASC, 2016-ci ilin dekabr ayı etibarilə Türkiyə daxilində 5.580 mağazası var. Şirkət 2005-ci ilin iyul ayında BIMAS kodu ilə Borsa İstanbulda siyahıya alındı. 2016-cı ilin dekabr ayına olan məlumata görə, səhmlərin 71,02 faizi açıq şəkildə satılır.Mərakeşdəki fəaliyyətinə 11 aprel 2009-cu ildə, eyni gündə Kasablanka şəhərində 10 mağaza açaraq başladı. Hazırda şirkətin Mərakeşdə 478 mağazası var.
Bıx
Bıx — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (indi Ermənistanın Qafan r-nunda) kənd. XIX əsrin əvvəllərindən kəndin əhalisi azərbaycanlılardan və ermənilərdən ibarət olmuşdur. 1918-ci ildə azərbaycanlılar qovulmuşlar. XIX əsrdə Şimali Qafqazın Ter əyalətində Bık dağı və Bıkova (əsli Bıkoba) kəndi (yenə orada), Azərbaycanda Qax r-nunda Zərnə kəndində Fıqlar obası toponimləri ilə mənşəcə eynidir. Ehtimal ki, türk dillərində buk «meşə sahəsi», «cəngəllik» sözündəndir. Altayda buk «çayın axarı boyu dağlar arası vadi» mənasındadır.
Nik
Ləqəb — İnsanlara öz adından sonra xitab edilən amil. Nik (ing. nickname /nık/neım — "ləqəb", orta əsr üngilis dilində an eke name — "digər ad", "a nick name"). Həmçinin internetdə istifadəçilərin bloq, veb-forumlarda, çatlarda və digər yerlərdə istifadə etdikləri şərti ad.
Pik
Pik - İtiuclu dağ zirvəsidir
Bık (Samara çayının qolu)
Bık — Ukraynada çay, Samara çayının sol qolu == Haqqında == Bık çayı - Donetsk vilayərinin şimal-qərbindən və Dnepropetrovsk vilayətinin şərqindən axır. Bık çayı şəhər tipli qəsəbə olan Petpopavlovka yaxınlığında Samara çayına tökülür. Çayın uzunluğu 108 km, hövzəsi 1430 kv. km.-dir. Bık çayı Samara-Dnepr-Qara dəniz su sisteminə daxildir. Çayın cənubunda və onun yuxarı hissəsində Dobropolye şəhəri yerləşir. Şəhər tipli qəsəbələr olan Svyatoqorovka, Petropavlovka qəsəbələri, Qanevka, Krivorojye, Slavyanka, Troitsa kəndləri Bık çayının sahillərində yerləşir.
Bir kəmər, bir yol
Kəmər və Yol Təşəbbüsü (abr. KYT; ing. Belt and Road Initiative; abr. BRI və ya B&R), əvvəlki adı ilə Bir kəmər, bir yol (çin. 一带一路; ing. One Belt One Road; abr. OBOR) — Çin hökumətinin 2013-cü ildə 70-ə yaxın ölkəyə və beynəlxalq təşkilata sərmayə yatırmaq məqsədilə qəbul etdiyi qlobal infrastruktur inkişaf strategiyası. Bu, Çin Kommunist Partiyasının (ÇKP) baş katibi və Çinin rəhbəri Si Tszinpinin xarici siyasətinin mərkəzi hissəsidir. O, təşəbbüsü ilk olaraq 2013-cü ilin sentyabrında Qazaxıstana rəsmi səfəri zamanı strategiyanı "İpək Yolu İqtisadi Kəməri" adı ilə elan etmişdir."Kəmər" sözü "İpək Yolu İqtisadi Kəməri"nin qısaltmasıdır. Bu ad Qərb vilayətlərinin Mərkəzi Asiyadan keçən məşhur tarixi ticarət yolları boyunca davam edəcək olan avtomobil və dəmir yolu nəqliyyatı üçün təklif olunan quru yollarına istinaddır.
Haməd bin Abdullah bin Səud bin Xudeyr
Haməd bin Abdullah bin Səud bin Xudeyr (4 noyabr 1966, Ər-Riyad) — Səudiyyə Ərəbistanının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (2018–2023) == İstinadlar == == Xarici keçidlər == H. E. Dr.
Altmış bir
Altmış bir — say sistemində ədədlərdən biridir. Altmışdən sonra, altmış ikidən əvvəl gəlir. == Riyaziyyatda == === Əsas hesablamalarda === Altmış bir ədədi —tək ədəddir və eyni zamanda sadə ədəddir.
AİK FK
AİK və ya AİK Solna — İsveçin peşəkar futbol klubu.
AİK Solna
AİK və ya AİK Solna — İsveçin peşəkar futbol klubu.
Biak adaları
Biak adaları (ind. Kepulauan Biak, ing. Schouten Islands) — İnzibati baxımından İndoneziyanın Papua vilayətinə daxil olan, elə də böyük olmayan arxipelaq. Arxipelaq Yeni Qvineyadan şimalında, Çerdravasix körfəzinin daxilində yerləşir. == Coğrafiyası == Üç iri: Biak (1746 km²), Supiori (659 km²), Numfor (335 km²) və bir necə kiçik adadan ibarətdir. Ümumi sahəsi 2602 km²-dir. Adalar ekvatorial iqlim qurşağında yerləşir. İl ərzində orta illik temperatur 27 °C-dir. İllik yağıntının miqdarı 2850 mm-dir. == Əhalisi == Əhalinin əsas etiqad etdiyi din xristianlıqdır.
Biak adası
Biak adası (ind. Pulau Biak) — Biak adalarının ən böyük adası. İnzibati baxımından İndoneziyanın Papua vilayətinə daxildir. Ada Yeni Qvineyadan cənub-şərqdə, Supiori adasından cənub-şərqdə, Çerdravasix körfəzinin daxilində yerləşir. Adanın sahəsi 1904,3 km²; sahil xətdinin uzunluğu 230,8 km-dir. Adanın cənub sahillərində Biak şəhəri yerləşir. Əhalisinin əksəriyyətini melayneziyalılar təşkil edir. Əhali xristian dininə etiqat edir. Adada Frans Kaisiepo hava limanından Cayapura və Cakartaya bir başa reyslər təşkil edilir. == Tanınmış şəxsləri == Frans Kaisiepo (1921–1979) — indoneziyalı dövlət və siyasi xadim.
Big Fun
Big Fun (azərb. Böyük əyləncə‎) – C. C. Catch-in 1988-ci ildə çıxardığı musiqi albomudur. Bu albom Diter Bolenin C. C. Catch üçün çıxardığı sonuncu albomudur..
Big Time
Big Time (azərb. Böyük vaxt‎) – C. C. Catch tərəfindən 1989-ci ildə ifa edilmiş mahnıdır.
Bil Geyts
Bill Geyts (ing. Bill Gates; 28 oktyabr 1955[…], Sietl, Vaşinqton) — Microsoft şirkətinin yaradıcısı (Pol Allen ilə birlikdə), milyarder, filantrofist. 2008-ci ilin iyun ayında şirkətin İdarə Heyəti sədrliyindən istefa vermişdir. Uilyam Henri Qeyts III (William Gates III (tam adı)) dünyanın ən zəngin insanlarından biri, kompüter maqnatı, Microsoft korporasiyasının banisi və sahibidir. == Həyatı == Billa Qeyts 1955-ci il oktyabr ayının 28-də Vaşinqton ştatının (ABŞ) Sietl şəhərində korporativ vəkil Uilyam Henri Qeyts II və First Interstate Bank, Pacific Northwest Bell və United Way milli şurasının direktorlar şurasının üzvü Meri Maksvelin ailəsində doğulub. Bill Qeyts ibtidai təhsilini bələdiyyə ibtidai məktəbində alıb, 12 yaşında isə onu Sietl şəhərinin ən imtiyazlı məktəbinə keçirirlər. O, orada məktəb minikompüterində öz proqramlaşdırma bacarıqlarını inkişaf etdirə bilir. Qeyts qrammatika, vətəndaşşünaslıq və digər elmlərdə uğur əldə edə bilmirdi, lakin riyaziyyatdan ən yüksək qiymətlər alırdı. Bu təvəzökar, hətta utancaq və azca yöndəmsiz uşaq riyaziyyat professoru olmağı arzu edirdi və atasına heç bənzəmirdi. Ona görə də riyaziyyatda və məntiqdə unikal qabiliyyətlərinə baxmayaraq, Bill Qeyts valideynlərinə xas olan lider qabiliyyətləri göstərmirdi.
Что было дальше?
Sonra nə oldu? — rusdilli yumoristik bir internet şousu. Komediyaçılar dəvət olunan qonağın hekayəsini dinləyir və sonra hekayə necə başa çatdığını təxmin etməyə çalışırlar. == Şounun sxemi == Dəvət olunmuş məşhur qonaq hekayəni danışır və şou iştirakçıları qonağın hekayəsinin necə başa çatdığını təxmin etməyə çalışırlar. == Şounun tarixi == Şou üçün ideya müəllifi Maksim Morozovdur. Şounun orijinal adı "Və sonra ən gülməli şey oldu."-dur.
Мир ПК
"PC World" — ABŞ aylıq kompüter texnologiyası jurnalı. Jurnal 1983-cü ildən 2013-cü ilə qədər "International Data Group" tərəfindən nəşr olunmuşdur. 2013-cü ilin avqust ayından başlayaraq jurnalın çap versiyası dayandırılmış və onun redaksiya heyəti tamamilə onlayn formata keçmişdir. Jurnalın məqalələri fərdi kompüterlər, serverlər və iş stansiyaları üçün aparat və proqram təminatının işlənib hazırlanması, onların həm istehlakçı şəraitində, həm də müəssisələrdə tətbiqi məsələlərinin geniş spektrini əhatə edirdi. Publikasiyanın məzmunu müxtəlif ixtisaslara malik olan oxuculara yönəlmişdir == Tarixi == Jurnal 1982-ci ilin noyabrında "COMDEX"də elan edilmiş və ilk növbədə "Personal Computer World" adlandırılmışdır. Jurnal "VNU" və "Ziff Davis Publishing" daxil olmaqla naşirlər tərəfindən bir neçə dəfə yenidən satılmışdır.1999-cu ilin fevralında jurnal rekord tirajla 1 milyon nüsxə ilə nəşr olunmuşdur. Bu, o zaman belə rəqəmlərə nail olan ilk və yeganə kompüterlə bağlı jurnal idi.2013-cü ildə jurnalın sahibi "International Data Group" şirkəti "PC World" jurnalının 30 il davam etmiş nəşriyyatının dayandırıldığını elan etmişdir. 2013-cü ilin avqust nömrəsi "PC World" jurnalının çap olunan sonuncu nömrəsi idi. Jurnalın redaktorları fəaliyyətlərini onlayn formatda davam etdirmişdir.