BİKƏ

Bik (biy) qəbilə başçısına deyiblər, bikə “bəy arvadı”dır, mənası “xanım” (госпажа) deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

BİKAR
BİLAL
OBASTAN VİKİ
Süyüm bikə
Söyümbikə (tatar. Söyembikä, "Söyem" — Sevim, "Bikä" — xanım, tərcüməsi — Sevimli xanım) (1516–1557) — Qazan xanlığının hakimi. Kazan xanlığında Noğay xanı Yusif mirzənin gözəl qızı Söyümbikə 1516-cı ildə anadan olmuşdu. Gənc yaşda mirzələr tərəfindən evləndirilmişdi. İlk həyat yoldaşı Can Əli xan rus tərəfdarı imiş. Kazanlılar onu heç sevməzmiş və üsyan edib onu öldürüblərmiş. Sonra gənc yaşda dul qalan gözəl qadın Söyümbikə xan ilə Krım xanı Səfa Giray xan evlənirlər. Səfa Giray xanın oğlu Krım xanlığının varisi Bole xandan sonra Söyümbikə xandan da ikinci oğlu Ödəmiş xan dünyaya gəlir. Səfa Giray xan neçə dəfə Kazana göz dikən rusları döyüşdə darmadağın etmişdi. Ölümündən sonra vəsiyyətinə görə taxtı oğlu Ödəmiş xana qalmışdır.
Tuti Bikə
Tuti Bikə (Dərbənd – 1786, Dərbənd) — Quba xanı Fətəli xanın həyat yoldaşı, Qara-qaytaq hakimi Əmir Həmzənin bacısı, dövlət xadimi. 1776-cı ildə Dərbənd şəhərini idarə etmək Tuti Bikəyə tapşırılmışdı. O, ərinin döyüşdə öldürüldüyü haqqındakı şayiələrə inanmayaraq şəhəri axıra qədər müdafiə etmiş, 9 ay düşməni Dərbəndə yaxın buraxmamışdır. 1786-cı ildə vəfat etmiş, Dərbəndin Qırxlar qəbiristanlığında, səkkizguşəli məqbərədə dəfn olunmuşdur.
Bikəndi (Maku)
Bikəndi — İranın Qərbi Azərbaycan ostanında kənd.. == Coğrafi mövqeyi == Maku şəhristanının ətraf bölgəsinin Avacıq kəndistanında, Maku şəhərindən 34 km. şimal-qərbdədir.
Bikəs Ağayev
Bikəs Ağayev (21 fevral 1949, Bakı) — texnika üzrə fəlsəfə doktoru . AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda şöbə müdiri. Azərbaycanda "Elektron tullantılar" sahəsində ilk tədqiqatçılardandır 10-dan artıq ixtira və patentlərin müəllifidir. Respublikamızda ilk dəfə olaraq onun rəhbərliyi ilə lüminofor tərkibli plastmas jetonların hazırlanma texnologiyası işlənmişdir. == Həyatı == Bikəs Sayıl oğlu Ağayev 1949-cu ildə, Bakıda anadan olmuşdur. 1973-cü ildə Ç. İldırım adına Politexnik İnstitutunun "Avtomatika və telemexanika" fakültəsini bitirmişdir. Təyinatla Kibernetika İnstitutu yanında Avtomatlaşdırılmış İdarəetmə Sistemləri şöbəsində əmək fəaliyyətinə başlamışdır. Texnik, mühəndis, sektor müdiri, layihənin baş mühəndisi vəzifələrində işləmişdir. 1995-ci ildən institutda şöbə müdiri vəzifəsində çalışır. Müxtəlif təyinatlı texnoloji proseslərin avtomatlaşdırılması məqsədilə informasiya texnologiyalarının müasir sxemotexnik vasitə və metodlarının tədqiqi üzrə elmi-tədqiqat işləri ilə məşğul olur.
Hirkan bikəvəri
Molla Hüseyn Bikəs
Molla Hüseyn Bikəs — şair (XIX əsr) XIX əsr Ordubadda yaşayıb yaratmışdır.Əncüməni şüəra ədəbi məclisinin istedadlı üzvlərindən olmuşdur. Məclisin rəhbəri Fəqir Ordubadi ömrünün sonlarına yaxın gözləri tutulduğundan şeirlərini məclis üzvlərindən Məhəmməd Tağı Sidqiyə və Bilkəsə yazdırmışdır. Dini məzmunlu qəzəl və növhələrin, aşiqanə qəzəllərin, aşıq şeir tərzində lirik qoşmalar müəllifidir. Şeirlərindən nümanələr Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əylazmalar İnstitutunda saxlanan cünglərdə mühafizə olunmuşdur. Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 323. ISBN 5-8066-1468-9.

Значение слова в других словарях