Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Badə
Badə — haqq aşıqlarına və dastan qəhrəmanlarına röyada müqəddəslərin əli ilə ərməğan olunan rəmzi məcazi içki. İnanışa görə, üzərində ilahi aləmin nəzəri olan gənc bir adam (yetim bir oğlan, çoban, tacir oğlu, əkinçi və s.) yatıb yuxuya gedir və röyada ağ libaslı dərviş, Xızır və ya Həzrət Əli ona mey dolu badə təklif edir. Gənc adam əvvəlcə badədən imtina edib onun haram buyrulduğunu bildirir. Badə verən onu inandırır ki, bu, haram badələrdən deyildir. Gənc badəni içdikdən sonra badə verən müqəddəs ona haqq aşiqliyi verildiyini söyləyib qeyb olur. Gənc oğlan yuxudan ayılıb özünün başqa bir adama çevrildiyini görür. O, bədahətən söz demək, saz çalmaq, qayibdən xəbər söyləmək istedadı qazanır. Beləcə, haqq aşığına çevrilir və ona verilmiş butanın arxasınca yollanır.
Vader
Vader — 1983-cü ildə Olştında yaradılan Polşa metal musiqi qrupu. Adını "Ulduz müharibələri" filmindəki Darth Vaderdən almışdır. Qrupun üslubu daha çox sərt musiqi və vokaldan ibarətdir. 1989-cu ildə qrup özünün ikinci demo albomu "Necrolust" adlı albomu buraxaraq, 10.000 nüsxə buraxaraq metal üslubunda demo albom olaraq ən çox nüsxə satan Vader qrupu tarixə keçmişdir. Bu müvəffəqiyyət qrupa Earache Records albom şirkəti ilə müqavilə imzalayaraq, daha sonra qrup 1992-ci ildə ilk debüt "The Ultimate Incantation" adlı albomu buraxmışdır. 1995-ci ildə Impact Records albom şirkəti ilə müqavilə imzalayan qrup, həmin ildə De Profundis-i albomlarını buraxdılar, Future of the Past və Black to the Blind adlı albomları da buraxıldı. Daha sonra Vader qrupu əvvəlki demo albomlar olan Necrolust və Morbid Reich-in studio albomları buraxdı.1998-ci ildə Kingdom adlı EP albomlarını buraxaraq,həmən ildə Slayer qrupu ilə birgə Polşada konsertdə çıxış etmişdir. Bundan sonra qrup 2001-ci ildə albomlar və cover parçalar yazaraq Polşa, Ukrayna və Rusiya kimi ölkələr də albomları sürətlə satılmışdır.Avropa ölkələrin də konsertlər də çıxış edən Vader qrupu, Thrash'em All Festival-ında Krisun və Behemoth ilə yanaşı 10 polşalı death və black metal qrupları ilə konsert də çıxış etmişdir. 2011-ci ildə Welcome to the Morbid Reich adlı albomları son illərin ən yaxşı death metal albomlarından birinə imza atdı. Piotr "Peter" Wiwczarek: gitara, bas gitara, vokal (1983) Marek Pająk: gitara (2010) Tomasz "Hal" Halicki: bas gitara (2011) James Stewart: zərb alətləri (2011) Marcin "Ząbek" Gołębiewski – zərb alətləri (1999) Marcin "Martin" Rygiel – bas gitara (2008) Wacław "Vogg" Kiełtyka – gitara (2008–2009) Tomasz "Reyash" Rejek – bas gitara (2008–2011) Marco Martell – gitaraçı (2010) Jerzy "U." Głód – klavişli alətlər (2002) Krzysztof "Siegmar" Oloś – klavişli alətlər (2005, 2006, 2008, 2011) Zbigniew "Vika" Wróblewski – gitara (1983–1986) Robert Bielak – vokal (1984–1985) Piotr Tomaszewski (vəfat edib) – vokal (1985) Robert "Astaroth" Struczewski (vəfat edib) – bas gitara (1986) Grzegorz "Belial" Jackowski – zərb alətləri (1986–1987) Robert "Czarny" Czarneta – vokal (1986–1988) Jacek "Jackie" Kalisz – bas gitara (1988–1991, 1993) Krzysztof "Docent" Raczkowski (vəfat edib) – zərb alətləri (1988–2005) Piotr "Berial" Kuzioła – bas gitara (1991–1992) Jarosław "China" Łabieniec – gitara (1991–1997) Leszek "Shambo" Rakowski – bas gitara (1993–2001) Maurycy "Mauser" Stefanowicz – gitara (1997–2008) Konrad "Saimon" Karchut – bas gitara (2002–2003) Marcin "Novy" Nowak – bas gitara (2003–2008) Dariusz "Daray" Brzozowski – zərb alətləri (2004–2008) Paweł "Paul" Jaroszewicz – zərb alətləri (2008–2011) The Ultimate Incantation (1992) De Profundis (1995) Black to the Blind (1997) Litany (2000) Revelations (2002) The Beast (2004) Impressions in Blood (2006) Necropolis (2009) Welcome to the Morbid Reich (2011) Tibi et igni (2014) The Empire (2016) Solitude In Madness (2020) Live in Decay (1986) Necrolust (1989) Morbid Reich (1990) Sothis (1994) Kingdom (1998) Reign Forever World (2001) Blood (2003) Art Of War (2005) Lead Us !!!
Vadi
Vadi (rus. вади, ing. wadi — Şimali. Afrika və Ərəbistanın səhralarında quru və ya dövrü axımı olan dərələrin ərəbcə adı.
Vahə
Vahə — səhra və yarımsəhraların torpaqlarında intensiv əkinçilik rayonları, ağac, kol və ot sahələri. Vahənin əmələ gəlməsinə səbəb sahədə qonşu rayonlara nisbətən rütubətlənmənin (təbii rütubətlənmə yeraltı suların səthə yaxın olması, bulaq sularının təbii çıxışı, çayların vaxtaşırı daşması, süni rütubətlənmə isə çay, göl, kanal və quyu sularından suvarma ilə əlaqədardır) çox olmasıdır. Vahələrin sahəsi (Afrikada Nil çayı dərəsi, Orta Asiyada Fərqanə dərəsi, Amudəryanın aşağı axını və s.) onlarca hektardan on minlərlə km2 -ə qədər olur. Vahələr səhralarda əhalinin məskunlaşdığı, kənd təsərrüfatı ilə məşğul olduğu yerlərdir. Vahələrdə ərzaq bitkiləri, qiymətli texniki bitkilər (xüsusən pambıq), üzüm və s. becərilir. Afrika və Cənubi-Qərbi Asiyadakı vahələrin xarakterik bitkisi xurma ağacıdır.
Zadə
Şəxslər Lütfi Zadə — azərbaycanlı alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi. Toponim Zadə (Qabon) — Qabonda departament.
II Vaçe
II Vaçe — Qafqaz Albaniyası çarı. == Həyatı == Moisey Kalankatlının məlumatına görə Vaçe Sasani şahənşahı I Firuzun əmri ilə onun dövründə dövlətin paytaxtı olmuş Firuzabad (Partav -Bərdə) şəhərini saldırdı. Paytaxtın Qəbələdən Bərdəyə köçürülməsi xarici-siyasi dəyişikliklərlə bağlı idi; məhz bu, ölkənin mədəni-siyasi mərkəzinin Kürün sol sahilindən sağ sahilinə keçirilməsinə səbəb olur. II Vaçenin hakimiyyət illəri Sasanilər əleyhinə baş verən dini azadlıq hərəkatları ilə əlamətdar oldu. Bunlardan Cənubi Qafqaz xalqlarının 450–451-ci illərdə erməni sərkərdəsi Vardan Mamikonyanın başçılığı ilə qaldırdıqları üsyanı, eləcə də 457–463-cü illərdə II Vaçenin özünün rəhbərliyi ilə bilavasitə Albaniyada baş qaldıran azadlıq hərəkatını göstərmək olar. Albanları və başqa Qafqaz xalqlarını bu üsyana sövq edən əsas amil Sasanilərin iqtisadi, siyasi və mədəni-ideoloji boyunduruğu olmuşdu. Bundan əlavə Sasani imperiyasındakı ara müharibələri üsyanı şiddətləndirirdi. == Hakimiyyətdən getməsi == 457-ci ildə II Yezdəgird vəfat etdi; onun ölümü Sasani xanədanında hakimiyyət uğrunda mübarizəni kəskinləşdirdi. Bundan istifadə edən II Vaçe farslara qarşı çıxdı. Bu çıxış ilk növbədə özünü II Vaçenin məcburi surətdə qəbul etdiyi zərdüştçülükdən əl çəkməsində göstərdi.
I Vaçe
I Vaçe — sənədlərdə adı keçən ikinci Arşaki Qafqaz Albaniyası çarı. Haqqında çox məlumat yoxdur və böyük ehtimalla Sasanilər dövründə yaşamışdır. Onun hakimiyyət illərini dürüst demək çətindir lakin çarlar siyahısında olduğu dəqiqdir. == Roma-Sasani mübarizəsi == III-V əsrlərdə Ön Asiyada ağalıq uğrunda Roma ilə Sasanilər arasında mübarizə gedirdi. 260-cı ildə Sasani şahı I Şapur Roma imperatoru Valerianı məğlub edərək əsir aldı. Bu zaman Albaniya çarı I Vaçe Roma ilə ittifaqda idi .
Jade Ewen
Ceyd İven (24 yanvar 1988, London) – ingilis müğənnisi və aktrisası. == Həyatı == Ceyd İven 24 yanvar 1988-ci ildə Böyük Britaniyanın paytaxtı Londonda anadan olmuşdur. 2003-cü ildən sonra Böyük Britaniyada, eləcə də Avstraliyada məşhurlaşmışdır. 2005-ci ildə bir çox televiziya serialına çəkilmişdir. Həyatını işinə həsr edən Ceyd İven R&B qrupunu quraraq işinə davam edir. 31 yanvar 2009-cu ildə Böyük Britaniya milli seçmələrini qazanaraq 2009 Avroviziya Mahnı Müsabiqəsində Böyük Britaniyanı təmsil etmək hüququnu əldə etmişdir. Ceyd İven Böyük Britaniyanı My Time mahnısı ilə təmsil etmişdir və 173 xalla 5-ci olmuşdur.
Lütfi Zadə
Lütfi Zadə (ing. Lotfi Zadeh; əsl adı Lütfəli Rəhim oğlu Ələsgərzadə; 4 fevral 1921, Novxanı, Bakı qəzası və ya Bakı – 6 sentyabr 2017, Berkli, Kaliforniya, ABŞ) — azərbaycanlı ABŞ alimi, süni intellekt sahəsində müəssisəsinin ömürlük professoru seçilmiş yeganə şəxs. Amerikadakı Azərbaycan diaspor təşkilatlarının fəxri sədri. Lütfi Zadə bir çox xarici ölkə akademiyalarının üzvü olub. O, çoxlu sayda mötəbər cəmiyyətlərin və fondların mükafatlarına layiq görülmüş, medallarla təltif edilmişdir. Onlarla xarici dövlət və ictimai təşkilatların fəxri doktorudur. Lütfi Zadə dünyada əsərlərinə ən çox istinad edilən alimlərdən sayılır. Təkcə 1990–2000-ci illərdə onun əsərlərinə 36 mindən çox istinad edilmişdir. Kaliforniyanın Berkli şəhərində "İnformasiya Texnologiyaları üzrə Zadə İnstitutu" yaradılmışdır. Lütfi Zadə Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun "İnformasiya texnologiyaları problemləri" və "İnformasiya cəmiyyəti problemləri" jurnallarının fəxri baş redaktoru olmuşdur Lütfi Zadə Avrasiya Akademiyasının qurucu üzvlərinin biri olub.
Maykl Nade
Mikael Nade (4 mart 1999-cu ildə anadan olub) — Liqa 1 təmsilçilərindən olan Sent-Etyen AS klubunda müdafiəçi kimi çıxış edən peşəkar Fransa futbolçusudur. == Klub karyerası == Nade Nade Sent-Etyen AS akademiyası vasitəsilə inkişaf etmişdir. O, Liqa 1-də debütünü Sent-Etyen klubu ilə 20 may 2017-ci ildə Nansi klubuna qarşı oyunda etmişdir.
Rade Kruniç
Rade Kruniç (Bosnian pronunciation: [râːde krǔːnitɕ] ; 7 oktyabr 1993[…], Foça, Serb Respublikası) — Bosniyalı peşəkar futbolçu. İtaliyanın "Milan" klubu və Bosniya və Herseqovina milli komandasında yarımmüdafiəçi kimi çıxış edir. Kruniç peşəkar karyerasına 2011-ci ildə "Sutjeska Foçada" klubunda başlayıb. Daha sonra 2013-cü ildə "Donji Srem" klubuna keçir. Futbolçu 2014-cü ildə "Hellas Verona" klubuna transfer edilir və həmin ilin sonunda onu "Donji Srem" klubuna icarəyə verilir. 2015-ci ildə "Borats Çaçaka" klubuna keçir. Həmin ilin sonunda Kruniç "Empoli" klubu ilə müqavilə imzalayır. O, 2019-cu ildə "Milan"a transfer olunub.
Rade qonurdişi
Radə Abbas
Sadə efirlər
SADƏ EFİRLƏR — üzvi maddə olub, ümumi formulu: R-O-R, Ar-O-Ar -dır. Quruluşu: a. (simmetrik) nüm.: R-O-R / dimetil efiri, dipropilefiri və s. b. (qeyri simmetrik) nüm.: R-O-R’ / metiletilefiri, etilizopropilefiri və s. Fiziki xüsusiyyətləri: Sadə efirlər eyni sayda karbon atomu saxlayan spirtlərə nəzərən daha az ərimə — qaynama temperaturuna mailk olurlar. Buna əsas səbəb isə, onların tərkibində hidrogen rabitəsinin olmaması kimi izah olunur. Simmetrik efirləri adlandırmaq üçün R-qrupunun adından sonra "efir" sözü əlavə edilər: Məs., etil efiri (dietil efiri), propil efiri (dipropil efiri), fenil efiri (difenil efiri). Etil efirini çox vaxt sadəcə efir, yafud dietil efiri adlandırırlar. Qeyri-simmetrik efirləri adlandırarkən əvvəlcə kiçik radikalı sonra isə böyük radikalı adlandırıb efir sözünü əlavə edirlər: Məs., metil etil efiri, vinil propil efiri, metil fenil efiri.
Sadə islimilər
Sadə islimilər — kiçik ölçülü piçəklərin (spiralların) sonunda və böyük ölçülü piçəklərin çevrə gəzişində yerləşən butavari, sadə formalı (bəzəksiz) islimilərə deyilir.
Sadə simisifuqa
Sadə süjet
Sadə süjet — Sadə süjet (ES) nağıl mətninin süjet quruluşunun əsas vahidini təyin etmək üçün Litva folklorşünası Bronislava Karbelite tərəfindən gətirilən termindir. Alim bu terminin mənasını belə izah edir: "Elementar süjet, qəhrəman bir şeyə çatdıqda iki personajın və ya onların qruplarının bir toqquşmasını (bəzən — bir obrazın obyektiv şərtlərlə toqquşmasını) təsvir edən mətn parçaları və ya müstəqil mətnlərdir. Elementar süjetin qəhrəmanı taleyi özündə təsvir olunan xarakterdir; qəhrəmanın məqsədi toqquşmanın əldə olunan müsbət, yaxud mənfi nəticəsinə görə qurulur. Hər elementar süjetdə mütləq üç quruluş elementi mövcuddur — ilkin vəziyyət, qəhrəmanın hərəkəti və nəticə. Kerberlite, beş böyük elementar süjet qrupunu müəyyənləşdirmişdir: düşmənlərdən xilas olmağa və onlar üzərində hökmranlığa təşəbbüs; rahatlıq yaradan obyektlərin alınması; ailədə, cəmiyyətdə bərabər, yaxud yüksək mövqe əldə etməyə təşəbbüs; gəlin, yaxud kürəkən axtarışı; klanın və ya ailənin bütövlüyü, tamlığı uğrunda edilən təşəbbüs. Folklorşünaslar folklorun digər növləri üçün də müxtəlif və fərqli elementar süjet qrupları ayırd edə bilər. Məsələn, epik süjetlər üçün sadə epik süjetlərin 8 növünü fərqləndirmək mümkündür. Кербелите Б.П. — Историческое развитие структур и семантики сказок (на материале литовских волшебных сказок). Автореферат докторской диссертации. 1989 Кербелите Б.П. — Типы народных сказок.
Sadə ədəd
Sadə ədəd — 2-dən başlayaraq yalnız 2 böləni (1-ə və özünə bölünən) olan natural ədəddir. Sadə (əsli) ədədlər cədvəlini tərtib etmək işi ilə riyaziyyatçılar hələ çox qədim zamanlarda məşğul olmuşlar. Birinci belə işi riyaziyyatçı və coğrafiyaşünas Eratosfenin adına çıxırlar (bu alim bizim eradan əvvəl III əsrdə yaşamışdır). Eratosfenin üsulu ondan ibarətdir ki, natural ədədlər sırasından tədricən bütün mürəkkəb ədədlər pozulur. Əsli ədədlər cədvəli düzəltmənin bu üsuluna "Eratosfen xəlbiri deyirlər". Vahiddən başqa, ancaq birə və özünə bölünən hər bir natural ədəd sadə (əsli) ədəd adlanır. 1 ədədi nə sadə (əsli) ədəd və nə də mürəkkəb ədəddir. Sonu 0, 4, 6, 8 rəqəmləri ilə qurtaran sadə ədədlər olmadığı kimi, sadə ədədlər içərisində 2, 5 ilə qurtaran ancaq bir ədəd var ki, o da 2 və 5 özüdür. Deməli 2 və 5-dən başqa bütün qalan sadə ədədlərin sonu 1, 3, 7, 9 rəqəmləri ilə qurtarır. 2 yeganə cüt ədəddir ki, sadə ədəddir.
Tektonik vadi
Yer qabığının tektonik batıqlarında yerləşən vadidir (dərədir). Məsələn: Orta Dunay vadisi, Alazan dərəsi və s.
Sadə qarğaotu
Sadə qarğaotu (lat. Actaea simplex) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin qarğaotu cinsinə aid bitki növü.
Neqru Vode
Radu Neqru (rum. Radu Negru) və ya Neqru Vode (rum. Negru Vodă; bilinmir – 1265) — Rumıniya tarixinin, Rumıniya və Moldova folklorunun əsas simalarından biri. O, XIII əsrin sonlarında Kurtya-de-Arceş şəhərində hökmranlıq edən Valaxiya knyazlığının yarıməfsanəvi qurucusudur. Onun adı rumın dilindən "qara voyvoda" kimi tərcümə olunur.
Mikael Nade
Mikael Nade (4 mart 1999-cu ildə anadan olub) — Liqa 1 təmsilçilərindən olan Sent-Etyen AS klubunda müdafiəçi kimi çıxış edən peşəkar Fransa futbolçusudur. Nade Nade Sent-Etyen AS akademiyası vasitəsilə inkişaf etmişdir. O, Liqa 1-də debütünü Sent-Etyen klubu ilə 20 may 2017-ci ildə Nansi klubuna qarşı oyunda etmişdir.
Sadə firmiana
Sadə firmiana (lat. Firmiana simplex) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin əməköməcikimilər fəsiləsinin firmiana cinsinə aid bitki növü.
Vane adası
Vane (fr. Île Vanier) — Kanada Arktik arxipelaqının Kraliça Yelezaveta adaları ürupuna daxildir. Adada yaşayış yoxdur (2012). Ada Kanadanın general qubernatoru Jorj Vanenin şərəfinə (1959-1967) adlandırılıb. Sahəsi 1126 km², sahil xətdinin uzunluğu 169 km təşkil edir. Ada dairəri quruluşa malikdir. Uzunluğu (şərqdən qərbə) 53 km, maksimal eni (şimaldan cənuba) 28 kilometrdir. Hündürlüyü 200 m çatır. Vane adası — Aleksandr (ada), Messi (ada), Vane, Kameron adaları arasında ən irisidir.
I Made
I Made (azərb. Mən etdim‎) – Cənubi Koreya qız qrupu "(G)I-dle" tərəfindən buraxılmış ikinci minialbom. 26 fevral 2019-cu ildə buraxılmışdır. Minialbom əsas sinql "Senorita" daxil olmaqla, 5 trekdən ibarətdir. == Buraxılması == 10 fevral 2019-cu ildə "Cube Entertainment" 26 fevral 2019-cu ildə qrupun "I Made" adlı ikinci minialbomunun buraxılacağını açıqlamışdır. 13 fevralda minialboma daxil olan treklərin siyahısı yayımlanmışdır. Albomun əsas sinql "Senorita" daxil olmaqla 5 mahnıdan ibarət olduğu açıqlanmışdır. Qrup üzvü Minni ilk dəfə mahnı bəstələmədə iştirak etmişdir. 20 fevralda albom üçün tizerlər yayımlanmışdır. Albom 26 fevralda rəqəmsal olaraq, növbəti gün fiziki olaraq buraxılmışdır.
Аpе
Ape (latış. ‎) — Latviyada şəhər, əhalisi 1.8 min nəfərdir. Riqadan 177 km. şimali-şərqdə, Estoniya sərhəddinin yaxınlığındadır. Estonca adı Hopadır.