Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Paj
Paj (fr. page) — orta əsrlərdə qərbi Avropada qrafın şəxsi qulluğunda olan zadəgan əsilli kənc oğlan. Odövrdə bu cür qulluq ya xidmət adətən cəngavər rütbəsinə aparan ilk xidmət pilləsi sayılırdı. Hər bir əsilzadə 7-10 yaşlı oğlan uşağı ənənəyə görə hər hansı bir qrafın ya adlı-sanlı cəngavərin yanında qulluğa götürülürək tərbiyə alırdı. Burada o, odlu silahdan istifadə etməyi, at sürməyi, qadınlarla davranmağı, onlara diqqət yetirməyi, bir sözlä cəngavər ədəb-ərkanı öyrənməklə yanaşı ağasının qulluğunda dururdu. Ağasını müşayət etmək onun ümdə vəzifələrindən biri sayılırdı. 14 yaşına çatan paj rütbəsi qaldırılırdı.
VAX
VAX – (Virtual Address eXtension) 1978-ci ildən 1990-cı ilədək keçmiş Digital Equipment Corporation şirkəti tərəfindən istehsal olunmuş 32-mərtəbəli minikompüterlərin populyar ailəsi. VAX sistemlərində bir neçə əməliyyat sistemi: OpenVMS, Ultrix, VAXeln və ya BSD UNIX işləyə bilər. Bəzi VAX maşınlarında bu gün də Linux, NetBSD və OpenBSD əməliyyat sistemləri işləyir. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Vah
Vah (slovak. Váh) — Slovakiyanın ən uzun çayı, Dunayın sol qolu. Çayın adı latın dilindən olan vagus (gəzib dolanan) sözündən yaranıb, belə ki, çay öz məcrasını tez-tez dəyişirmiş. Vah çayı Kralyova Leqota çayı yaxınlığında, mənsəbini Vısokiye Tatrı və Nizkiye Tarı dağlarından götürən Çernı Vah və Belı Vah çaylarının birləşməsi nəticəsində yaranır. Vah çayının uzunluğu — 433 km, çay səthinin sahəsi — 19 600 km²-dir. İllik su sərfi 152 m³/saniyədir. Vah çayı üzərində Vajsk silsiləsi yaradan 20 su-elektrik stansiyası vardır. Çayın suyu suvarma və su təchizatı üçün istifadə edilir. Çay mənbəyindən Sered şəhərinə qədər gəmiçilik üçün istifadə edilir.
Val
Val — sadə fomalı fırlanma səthinə malik olan maşın hissəsi olub fırlanma hərəkətini və qüvvəni ötürmək və həmçinin fırlanan hissələrə dayaq vermək üçün təbiq olunur. eksentrik (dirsəkli) vallar fırlanma hərəkətini irəli-geri hərəkətə çevirmək üçündür.Onlar əsasən mühərriklərdə tətbiq olunurlar. çevik vallar iş zamanı fırlanan element bir başa əl çatmaz yerdədirsə istifadə olunurlar(məsələn, diş həkiminin alətini fırladan val və ya taxometrin valı). hamar vallar üzərindəki hissənin hərəkətli oturmasını təmin edirlər. pilləli vallar müxtəlif ölçülü hissələri götürmək və çəkini azaltmaq baxımından tətbiq olunurlar. işi boş və ya dolu vallar ötürüləcək yükdən asılı olaraq möhkəmlik baxımından tətbiq olunurlar.
Van
Van(türk. Van, erm. Վան, — Van ilinin mərkəzi, Türkiyədə şəhər. “Van və Bitlisdə müsəlman əhalisinin cəmi 10 faizi sağ qalmışdı. Maddi dəlillər bizi belə bir ümumi faktlar həqiqətinə gətirib çıxarır ki, ermənilər müstəsna qəddarlıqla geniş miqyasda müsəlmanları qırmışlar. Nəticədə əhalinin dörddə bir qismi ancaq sağ qalmışdı. Ölkə dağılmışdı . Van Türkiyənin şərqində yerləşən bir şəhərdir. Tarixi eramızdan 7 min əvvələ gedib çıxır. Əhalisi təqribən 1,2 milyon nəfər, ərazisi 19 min km²-dır.
Var
Var (Xoy)
Var.
Müxtəliflik — botaniki adlandırmalarda var. (lat. varietas sözünün qısaldılmış forması) növdən də kikik taksonomik vahidi göstərir və bu zaman həmin taksonomik vahid 3 adın köməyilə yazılır.
Vağ
Vağlar (lat. Ardeidae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin leyləkkimilər dəstəsinə aid heyvan fəsiləsi. Qayıq dimdikli vağ (Cochlearius cochlearius) Cins Tigrisoma Meksika pələng vağı (Tigrisoma mexicanum) Tigrisoma fasciatum Pələng vağı (Tigrisoma lineatum) Afrika pələng vağı (Tigriornis leucopha) Zonerodius heliosylus Zebrilus undulatus Xırda balaban (Ixobrychus minutus) Ixobrychus dubius Ixobrychus novaezelandiae (nəsli tükənib 1890) Ixobrychus cinnamomeus Ixobrychus involucris Ixobrychus exilis Ixobrychus sinensis Ixobrychus eurhythmus Ixobrychus sturmii Ixobrychus flavicollis Botaurus lentiginosus Adi balaban (Botaurus stellaris) Botaurus pinnatus Botaurus poiciloptilus Gecə vağı (Nycticorax nycticorax) Nanken gecə vağı(Nycticorax caledonicus) Nyctanassa carcinocatactes (nəsli 17-ci əsrdə tükənib.) Sarı taclı gece vağı (Nyctanassa violacea) Gorsachius leuconotus Gorsachius magnificus Gorsachius goisagi Gorsachius melanolophus Butorides virescens Butorides sundevalli Yaşıl arxalı balıqcıl (Butorides striata) Agamia agami Pilherodius pileatus Ardeola grayii Adi vağ (Ardeola ralloides) Ardeola bacchus Ardeola speciosa Ardeola idae Ardeola rufiventris Misir vağı (Bubulcus ibis) Böyük mavi vağ (Ardea herodias) Boz vağ (Ardea cinerea) İri vağ (Ardea goliath) Ardea cocoi Ardea pacifica Ardea melanocephala Ardea humbloti Ardea insignis Ardea sumatrana Erquvani vağı (Ardea purpurea) İri ağ vağ (Ardea alba) Ardea picata Fit çalan vağ (Syrigma sibilatrix) Xırda ağ vağ (Egretta garzetta və ya Ardea garzetta) Qar vağı (Egretta thula) Qızılı vağ (Egretta rufescens) Egretta vinaceigula Qara vağ (Egretta ardesiaca) Louisiana vağı (Egretta tricolor) Egretta novaehollandiae (və ya Ardea novaehollandiae) Xırda mavi vağ (Egretta caerulea) Egretta sacra (ya da Ardea sacra) Sahil vağı (Egretta gularis) Egretta dimorpha Egretta eulophotes Mesophoyx intermedia Azərbaycanda 8 növü yaşayır: Erquvani vağı (Ardea purpurea) Boz vağ (Ardea cinerea) Xırda ağ vağ (Egretta garzetta və ya Ardea garzetta) İri ağ vağ (Ardea alba) Misir vağı (Bubulcus ibis) Adi vağ (Ardeola ralloides) Gecə vağı (Nycticorax nycticorax) Adi balaban (Botaurus stellaris) 2023-cü ildə adətən su hövzələrində rast gəlinən vağ quşları qeyri-adi hal kimi Masallı rayonunun Viləş kəndindəki meşə zolağında məskən salmışlar.
Anqkor Vat
Anqkor Vat və ya Anqkorvoat — Kambocada yerləşən və tanrı Vişnuya həsr edilmiş nəhəng hinduizm məbəd kompleksi. Dünyanın vaxtilə yaradılmış mədəni tikilisi və arxeoloji abidələrindən biri sayılır. XII əsrin I yarısında kral II Suryavarmanın hakimiyyəti dövründə tikilmişdir. Bu abidə kompleksi UNESCO-nun ümumdünya irsi siyahısına salınmışdır. Anqkor Vat abidəsi Kambocanın Siem reap əyalətinin Siemreap şəhərindən 5,5 km aralıda yerləşərək özündə khmerlərin qədim paytaxtları olan Ankqorda məbəd kompleksini birləşdirir.Anqkor 200 km² əraziyə malik olduğu bilinsə də, son tədqiqatlar nəticəsində buranın ərazisinin 3000 km² çox olduğu və əhalisinin sayının yarımmilyona çatdığı aşkar olunmuşdur. İlk əvvəl tanrı Vişnaya həsr olunduğundan arxitektura nöqteyi-nəzərindən özündə induizmdəki tanrıların məskəni olan mifik Meru dağını nümayiş etdirən dağ-məbədləri birləşdirir. Məbəd mərkəzə doğru getdikcə hündürlüyü artan 3 konsentrik düzbucaqlı tikililər formasından ibarət olmaqla,3,6 km uzunluğa və 190 m enə malikdir. Daxili tikililər lotos formasında 5 qüllədən təşkil olunmuşdur. Mərkəzdəki qüllə ibadətgahdan 42 m hündürlüyündə, ümumilikdə yerdən isə 65 m hündürlüyündədir. XV əsrdə istifadə olunmamağa başlamış və atılıb qalmışdır.
Kim Van
Kim Van (27 mart 1961) — Cənubi Koreyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Kim Van Cənubi Koreyanı 1988-ci ildə Seul şəhərində baş tutan XXIV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 25-ci, cüt turnirdə isə 4-cü pillənin sahibi olub.
Kürən vağ
Kürən vağ (lat. Ardea purpurea) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qutankimilər dəstəsinin vağlar fəsiləsinin əsl vağ cinsinə aid heyvan növü. == Qısa təsviri == Leylək formalı iri quşdur. Ayaqları, boynu və dimdiyi uzundur (10 sm). Dimdiyi düz və ucu biz kimidir. Bel tərəfi boz-qonur, qarın tərəfi qaramtıldır. Başı, boynu və döşü kürəndir. Qanadları çirkli-boz, amma ucları qaradır. Ayaqları və dimdiyi sarımtıl-bozdur. == Statusu == Nadirdir.
La Val
La Val— Bolzano şəhərindən təxminən 45 kilometr şimal-şərqdə İtaliyanın şimalındakı Cənubi Tirol əyalətində bir bələdiyyə. == Coğrafiyası == 30 noyabr 2010-cu il məlumatına görə əhalisi 1307 nəfər və ərazisi 39,0 kvadrat kilometrdir. == Tarixi == Emblem bir əyri budaqdan ibarətdir, iki yarpağı ilə əyilmiş formada təsvir edilmiş, Rü ailəsinin emblemidir. Emblem 1969-cu ildə qəbul edilmişdir. == Cəmiyyət == 2011-ci il əhalinin siyahıya alınmasına əsasən, əhalinin 97.66%-i Ladino dilində, 1.53%-i italyan dilində və 0.81%-i alman dilində birinci dil kimi danışırlar. == İqtisadiyyat == === Turizm === Turizm mərkəzlərində də insanlar ingilis dilində danışırlar. Dini Roma Katolikidir. Kənd turizmin (yürüyüş, alpinizm, dağ velosipedi) və kənd təsərrüfatla yaşayır. Ərazidə xizək turizmi yoxdur, lakin qış servis avtobusları Alta Badia kimi yaxınlıqdakı xizək mərkəzlərinə turistlər gətirir. Qışda yaydan daha çox turist qonaq olur.
Martin Val
Martin Val (dan. Martin Vahl, 10 oktyabr 1749, Bergen – 24 dekabr 1804, Kopenhagen) — Danimarka (Norveç) botaniki və zooloqu. == İstinadlar == Christensen, Carl (1932) Martin Vahl, pp. 85–88 in: Meisen, V. Prominent Danish Scientists through the Ages. University Library of Copenhagen 450th Anniversary. Levin & Munksgaard, Copenhagen. == Xarici keçidlər == Flora Danica. The Royal Copenhagen Porcelain Manufactory’s page on the Flora Danica dinner set. Facsimile of Enumeratio plantarum, Hauniae, 1805–1806.
Paylayıcı val
Paylayıcı val qazpaylayıcı mexanizmin əsas hissəsi olub, daxili yanma mühərrikində qazın verilməsini və çıxışını, həmçinin işçi taktını sinxronizə etməyə xidmət edən dirsəkli valdır. Müasir avtomobillərdə paylayıcı val silindr blokunun üst tərəfində yerləşdirilir və dirsəkli valla qayış və ya zəncirlə əlaqələndirilir. Paylayıcı vallar dirsəkli vala nisbətən iki dəfə kiçik sürətlə fırlanır, çünki dirsəkli valın iki dövrü bir iş tsiklini yaradır (dördtaktlı mühərriklərdə). Valın üzərində yerləşən dirsəklərin sayı sorma və xaricetmə klapanların sayına bərabərdir. Beləliklə hər klapana bir dirsək uyğun gəlir, hansı ki, klapan itələyicilərinin dəstəklərinə toxunaraq onu açır. Dirsək klapanı sətbəst buraxdıqda o, güclü geriyə itələmə yayların köməyi ilə sürətlə qapanır. Paylayıcı val mühərrik boyu uzanır. Sorma və xaricetmə dirsəklərində əlavə olaraq, hər silindrdə püskürtmə nasosunu işə salan yanacaq dirsəyi nəzərdə tutulur. İki istiqamətdə fırlanan mühərriklərdə hər bir istiqamət üçün nəzərdə tutulmuş paylayıcı vallar yanaşı yerləşdirilir. Valı şaquli istiqamətdə hərəkət etdirməklə lazımı valı işə salmaq olur.
Qara vağ
Qara vağ ( Egretta ardesiaca ) leyləkkimilər(Ardeidae) fəsiləsininə aid quşdur. Afrikada yaşayır.
VAN əməliyyatı
Van əməliyyatı — ASALA terror təşkilatının 24 sentyabr 1981-ci ildə Parisdə Türkiyə konsulluğuna qarşı keçirdiyi terror aktı. 4 nəfərdən ibarət əslən Livan ermənisi olan terrorçu qrup konsulluğun binasına daxil olaraq konsul Kaya İnalı və təhlükəsizlik xidmətinin əməkdaşı Cəmal Özəni ağır yaralamışdır. Terrorçular konsulluqdakı 56 nəfəri girov götürərək 15 saat ərzində konsulluq binasını girovlarla birgə öz nəzarətlərində saxlamışlar. Terrorçular – dəstənin başçısı Vazgen Sislyan, onun əlaltıları Gevork Güzelyan, Akop Culfayan, Aram Basmacyan binanı tam ələ keçirdikdən sonra öz tələblərini irəli sürürlər. tələbləri isə Türkiyədə həbsdə olan bir neçə erməni və kürd terrorçusunun azad edilməsi idi. Lakin Türkiyə hökuməti bu tələbə rədd cavabı verir, bundan sonra terrorçular təslim olur və Fransa hökumətindən siyasi sığınacaq tələb edir. Parisdə terrorçuların məhkəmə prosesində Fransadakı erməni diasporasının qabaqcıl nümayəndələri iştirak edir. Məhkəmə zamanı terrorçuların vəkili sonradan Fransa senatının üzvü və Fransanın sənaye naziri olmuş Lekler idi. Məhkəməyə hər tərəfdən təzyiqlər var idi Fransadakı erməni təşkilatları və buradakı ermənipərəst güvvələr də bunda iştrak edirdilər. Parisdə terrorçulara dəstək olaraq nümayişlər və yürüşlər keçirilirdi.
VAZ-1111
"Oka" ВАЗ (СеАЗ, КамАЗ) – 1111 — SSRİ və Rusiyanın birinci dərəcəli şəhər minik avtomobili. Avtomobil Voljsk Avtomobil Zavodunda işlənib, 1988–2008-ci illərdə AvtoVAZ, Kamaz və SeAZ-da buraxılıb. Bütün zavodlarda 700 min ədəd buraxılıb. 2004-cü ilin dekabırında Gəncə Avtomobil Zavodu işə düşüb və müəssisədə yığımdan keçən ilk avtomobil "Oka" işıq üzü görüb. 2013-cü ildə AvtoVAZ “Oka” avtomobilinin buraxılışını bərpa etmək istəyini bildirib.
VAZ-2106
VAZ-2106 (rus. Жигули 2106, ing. Lada 1600) — sedan tipli banı olan, arxa aparıcı təkərlərə malik SSRİ/Rusiya istehsalı olan avtomobil. VAZ-2103 modelinin bazasında yaradılıb və 1975-cı ildən istehsal olunur. 2000-cı ildən avtomobil İjevskdə yerləşən "İjavto" zavodunda istehsal olunur. İnkişaf VAZ-2106 Voljsk avtomobil zavodu mütəxəssislərin hazırlanması bir "layihəsi 21031" kimi 1974-cü ildə başladı.
Yeqen Van
Yeqen Van (13 noyabr 1985) — Kanadanı təmsil edən stolüstü tennisçi. Yeqen Van Kanadanı 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və Komanda turnirində 9-cu pillənin sahibi olub. Daha sonra Yeqen Van Kanadanı 2016-cı ildə Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci pillənin sahibi olub.
Yoaxim Vax
Yoaxim Vax (25 yanvar 1898[…], Xemnits, Saksoniya – 27 avqust 1955[…]) — professor, sosioloq, din tarixçisi, ilahiyyatçı Yoaxim Vax 25 yanvar 1898-ci ildə Almaniyanın Chemnitz şəhərində dünyaya gəlmişdir. Həm ana, həm də ata tərəfindən məşhur olan Mendelssohn ailəsindən, həm filosof Moses Mendelsshon, həm də bəstəkar Felix Mendelsshonun nəslindən idi. Buna görə o, həm də musiqini çox sevirdi. Bəzi qaynaqlara görə onun bəzi musiqi əsərləri də mövcud olmuş və yadigar kimi saxlanılırmış. Yəhudi əsilli, alman alimi olan Joachim Wach’ın əsil adı Joachim Emst Adolf Felix Wach olmuşdur. 1915-ci və 1916-cı illərdə Birinci Dünya Müharibəsi zamanı alman ordu sıralarına qoşularaq müharibədə iştirak etmişdir. Dediyimiz kimi yəhudi əsilli olan Wach və ailəsi sonralar yəhudilikdən xristianlığa keçmişdir. Buna görə də 1930-cu illərin əvvəllərində nasistlər tərəfindən müəllimlik postundan qovulmuşdur. Bu səbəblə Wach nasistlərin dövründə Amerikaya müraciət ərək oraya köçmüşdür. Lüterian kimi tərbiyə almasına baxmayaraq, Amerikaya gəldikdən sonra Yepiskop olmuş və bu səbəblə ona 1946-cı ildə Amerika vətəndaşlığı verilmişdir.
Ağ vağ
Ağ vağ (lat. Egretta) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qutankimilər dəstəsinin vağlar fəsiləsinə aid heyvan cinsi.
VAP (şirkət)
VAP, Inc (株式会社バップ, Kabushiki gaisha Bappu) və ya Video and Audio Project — Yaponiya şirkəti, audio və video qeyd leyblı. Şirkətin ofisi Tokioda yerləşir. Şirkət 24 yanvar 1981-ci ildə təsis edilmişdir və 2009-cu il tarixində 161 işçisi var idi. Şirkətin kapitalı 500 milyon yen və ya təxminən 5,6 milyon ABŞ dollarıdır (2009).
Van-Myeu
Ədəbiyyat Məbədi — Vyetnamın Hanoy şəhərində məbəd. Məbədin əsası 1070-ci ildə imperator Li Than Tonq tərəfindən qoyulmuşdur. Məbəd Çin alimi Konfutsiyə həsr edilmişdir. 1076-cı ildə Ədəbiyyat Məbədinin ərazisində Kral, dövlət qulluqçuları, zadəgan və digər elit təbəqəyə məxsus ailələrin övladlarının təhsil alması məqsədilə universitet - İmperial Akademiya yaradılmışdır. Bu, Vyetnamın ilk milli universiteti hesab olunur. Dövlət imtahanlarında yüksək nəticələr əldə etmiş şəxslərin adları məbədin həyətindəki xüsusi daş lövhələrin üzərində qeyd olunurdu. Həmin daş lövhələrdən 82-si hazırda məbədin həyətində nümayiş etdirilir. Ümumi sahəsi 54 min kvadratmetr olan kompleksin ərazisində Ədəbiyyat gölü, park və s. vardır. Tran sülaləsinin hakimiyyəti dövründə (1225-1400-cü illər) məbəddə yenidənqurma işləri aparılmışdır.
VAZ-21099
VAZ-21099 "Sputnik" — kiçik sinif II qrup Sovet və Rusiya minik avtomobili, Voljski Avtomobil Zavodunun ilk ön ötürücülü sedanıdır. Lada Sputnik ailəsindəki ən tam ölçülü modeldir. Maşın 1990-cı ilin martında konveyer istehsalı üçün hazırlanmışdı, lakin əlaqədar müəssisələrdən komponentlərin tədarükü gecikdiyi üçün istehsalın başlanması ləngidi. 22 dekabr 1990-cı ildən 30 iyun 2004-cü ilə qədər AvtoVAZ zavodunda seriyalı istehsal edilmişdir.
Van Muzeyi
Van Muzeyi ( türk. Van Müzesi ) — Türkiyənin şərqində Van şəhərində yerləşən muzey. Muzey Şərqi Anadolunun Daş dövründən bu günə qədər Van gölü bölgəsində insan həyatı və mədəni inkişafının böyük arxeoloji və etnoqrafik tapıntılarını nümayiş etdirir. Van şəhəri bir çox sivilizasiyaların kəsişməsində yerləşir. Bura zəngin mədəni irs, minlərlə qiymətli abidələri ilə tanınır. E. ə. IX-cu əsrdə bölgəyə gələrək Van şəhərini paytaxt seçən urartulular memarlıq, texnologiya və mədəniyyəti inkişaf etməyə bacarmışdılar. Van şəhəri və ətrafında aparılan arxeoloji qazıntılar zamanı aşkar edilən tapıntılarla paralel olaraq urartuların incəsənəti, sosial həyatı və mədəniyyəti haqqında hər cür məlumat əldə etmək mümkündür. Roma, Bizans, Səlcuqlu, Akqoyunlu, Qaraqoyunlu və Osmanlı İmperatorluqlarının hər dövründə Van şəhəri mühüm strateji yaşayış məntəqəsi olaraq qalmışdır. Van Muzeyi 13 min kv.m.
.қаз
.қаз (punycode: .xn--80ao21a; Қазақстан Республикасы) — Qazaxıstan Respublikası üçün yuxarı səviyyəli milli domenidir. Kiril əlifbasında olan üçüncü domendir (birinci .рф, ikinci .срб). .рф və .срб domenlərin əsas fərqi hərfin qazax əlifbasında olmasıdır. == Tarix == 2012-ci ilin martında Qazaxıstan .қаз yuxarı səviyyəli milli kiril domenini fəaliyyətə buraxdı. Fəaliyyətin yoxlaması üçün test saytı ТЕСТ.ҚАЗ yaradılmışdır. == Domenin fəaliyyətə verilməsı == Qeydiyyat bir neçə mərhələdə oldu. Birinci mərhələ (2012-ci il aprelin 1-dən 30-dək) — hökumət orqanları və dövlət təşkilatları, qeydiyyat şöbəsinin texniki ehtiyacları üçün domen qeydiyyatı. İkinci mərhələ (1 may-30 iyul 2012-ci il tarixləri arasında) — 31 dekabr 2011-ci ilə qədər Qazaxıstan Respublikası qanunvericiliyə uyğun olaraq qeyd edilmiş ticarət markalarının və firma adlarının sahibləri üçün domen adlarının prioritetli qeydiyyatıdır. Üçüncü mərhələ (2012-ci ilin 15 avqustundan) — domen adlarının qeydiyyatı azad şəkildə aparıldı. .қаз domen zonasında domen adlarının qeydə alınması təyin edilmiş registratorlar vasitəsilə olar.
Dаn yeri Оrtа əsr qəbirstаnlığı
Sen-Jermen-аn-Le (rayon)
Sen-Jermen-ан-Le (fr. Saint-Germain-en-Laye) — Fransanın İl-de-Frans regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — İvelin. Suprefektura — Sen-Jermen-ан-Le. Rayon əhalisi 2006-cı ildə 546 627 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 1603 nəf / km². Rayon sahəsi — 341 km².
Sen-Julyen-de-Rа
Sen-Jülyen-de-Rа (fr. Izeaux) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Vuaron kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38407. Kommunanın 1999-cu il üçün əhalisi 443 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 405 ilə 700 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 470 km cənub-şərqdə, Liondan 80 km cənub-şərqdə, Qrenobldan 19 km şimal-qərbdə yerləşir.
Аş-Şаmiyyə
В.G.Timiryasov adına Kazan İnnovativ Universiteti
ПМА "В-1" və ПМА "В-2" aşqarları