Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Vals
Vals (fr. valse; alm. Walzer – fırlanmaq) – alman, çex və avstriya xalq rəqslərindən yaranmış rəqsdir. Xarakter cəhəti ¾ ölçüdə müşayiətin, özünəməxsus bərabər həcmli ritmik quruluşdan – birinci vurğuda bas , ikinci, üçüncü vurğularda akkord – ibarətdir ki, bu da müxtəlif xarakterli melodiyalar üçün plastik fon yaradır. Vals müxtəlif sürətlə ağır və ya tez tempdə ifa olunur. Rəngarəng obrazları və hissələri təcəssüm etdirmək imkanlarına malikdir. XIX əsrin 30-40-cı illərindən rəqs musiqisi və konsert janrı kimi geniş yayılmış, hətta simfonik musiqiyə daxil olmuşdur. Vals qısa vaxt ərzində Iohann Ştraussun musiqisinin təsiri ilə Viyanada və 1822-ci ildə etibarəndə İngiltərədə geniş yayılmışdır, Aristokrasiyanın bəyənməsi ilə baloların imtina edilməz əyləncəsinə çevrilrişdir. Günümüzdə vals "Viyana valsı" və "Modern vals" olmaqla iki fərqli kateqoriyadan və ritmdə dünya rəqs literaturadında yer almaqdadır.
Asta vals
Asta vals (ing. Slow Waltz, alm. Langsamer Walzer) - 3/4-taktlı bal və turnir rəqsidir. Asta vals klassik standart rəqs sayılır. Bu rəqs təxminən dəqiqədə 30 takt icra etməklə ifa olunur. == Tarixçəsi == 1870-ci ildə ABŞ-də Vyana valsının asta forması kimi Boston adı ilə yaranmışdır. Vyana valsına xarakterik olan hərəkətlərə malik olub lakin asta templə ifası ilə fərqlənir. 1920-ci ildən isə İngiltərədə "Asta vals" adı ilə məşhurlaşmışdır. Onu "İngilis valsı" da adlandırırlar. Bəzi mənbələrdə onun Lender (alm.
Kennet Vals
Kennet Nil Wals (ing. Kenneth Neal Waltz; 8 iyun 1924, Ann-Arbor, Miçiqan – 12 may 2013, Vaşinqton) — ABŞ politoloqu. O, həm Kaliforniya, Berkli və Kolumbiya Universitetlərində fakültənin üzvü, həm də bir beynəlxalq münasibətlər sahəsində ən görkəmli alimlərdəndir. Vals həm İkinci Dünya müharibəsi, həm də Koreya müharibəsi veteranı olmuşdur. Vals beynəlxalq münasibətlər nəzəriyyəsində neorealizmin və ya struktural realizmin ilkin yaradıcılarından biri hesab olunur. O, sonralar müdafiə neorealizmi məktəbi ilə əlaqələndirilmişdir. Valsın nəzəriyyələri beynəlxalq münasibətlər sahəsində geniş müzakirə edilmişdir. Onun 1979-cu ildə yazdığı "Beynəlxalq siyasət nəzəriyyəsi" kitabı ABŞ universitetlərində Beynəlxalq Münasibətlər üzrə magistr hazırlığında ən çox tapşırılan kitabdır. == Dissertasiya mükafatı == Kennet Vals Dissertasiya mükafatı Amerika Siyasi Elmlər Assosiasiyası tərəfindən beynəlxalq təhlükəsizlik və silahlara nəzarətin öyrənilməsi üzrə ən yaxşı müdafiə olunmuş dissertasiyaya verilən illik mükafatdır. Ölkənin hər yerindən gələn tələbələrə sənədlərini dörd üzvdən ibarət komitəyə təqdim etməyə icazə verilir.
Valaş
Valaxş Karen — Sasani generalı, Karen sülaləsinin nümayəndəsi. == İlkin həyatı == Məşhur Karen sülaləsindən olub Azər Valaxşın nəvəsi idi. 665-ci ildə Təbəristanı işğal edərək Fərruxzad Bavəndini oldürmüşdü. Fərruxzadın oğlu Söhrab Mazandarana qaçaraq 673-cü ildə Təbəristana qayıtmış və atasının intiqamını almışdı. == Mənbə == Pourshariati, Parvaneh (2008). Decline and Fall of the Sasanian Empire: The Sasanian-Parthian Confederacy and the Arab Conquest of Iran. London and New York: I.B. Tauris. ISBN 978-1-84511-645-3.
Valf
Valf — cihaz. Onunla (qazlar, mayelər, bərkilmiş mayelər, duru məhlullar) axını, yönünü bağlanıb açılmasınan tənzim və idarə etmək olar. Adətən, axıcı təzyiqinin mühüm əhəmiyyət kəsb etdiyi sistemlərdə təzyiqin yüksəlməsi halında sistemdən kənara axıcı azad edərək təzyiqi salan və ya təcili bir vəziyyətdə axıcı əlaqəni kəsən təhlükəsiz vasitədir. Hidravlik sistemlərdə xüsusən təyyarələrdə olduğu kimi tək bir hidravlik sistemlə müxtəlif nəzarətlər idarə edilən hidravlik sistemlerde- şərtə bağlı olaraq hidravlik təzyiqin hansı idarəyə çatdıracağı da valfler vasitəsilə müəyyən olunur.
Vans
Vans (fr. Vence, oks. Vença, Vènço) — Provans-Alp-Kot-d'Azür regionunun, Fransanın cənub-şərqində yerləşən kommun, Dənizkənarı Alplar departamenti, Qras dairəsi, Vans kantonu . Kommunanın sahəsi — 39,23 km², əhalisi — 18 931 nəfərdir (2006) artım tendensiyası ilə: 19 241 nəfər (2012), əhalinin sıxlığı 490,5 nəfər / km²-dir. == Əhalisi == 2011-ci ildə əhalinin sayı — 19 160 nəfər təşkil edirdi, 2012-ci ildə isə — 19 241 nəfər.
Vals-d-Alkoy
Vals-d-Alkoy (kat. Valls d'Alcoi) — İspaniyada yerləşən rayon.
Vals (film, 2007)
Valzer — rejissor Salvatore Mairanin filmi.;
Val
Val — sadə fomalı fırlanma səthinə malik olan maşın hissəsi olub fırlanma hərəkətini və qüvvəni ötürmək və həmçinin fırlanan hissələrə dayaq vermək üçün təbiq olunur. == Təsnifatı == eksentrik (dirsəkli) vallar fırlanma hərəkətini irəli-geri hərəkətə çevirmək üçündür.Onlar əsasən mühərriklərdə tətbiq olunurlar. çevik vallar iş zamanı fırlanan element bir başa əl çatmaz yerdədirsə istifadə olunurlar(məsələn, diş həkiminin alətini fırladan val və ya taxometrin valı). hamar vallar üzərindəki hissənin hərəkətli oturmasını təmin edirlər. pilləli vallar müxtəlif ölçülü hissələri götürmək və çəkini azaltmaq baxımından tətbiq olunurlar. işi boş və ya dolu vallar ötürüləcək yükdən asılı olaraq möhkəmlik baxımından tətbiq olunurlar.
Coşua Vays
Dora Vass
Dora Vass — 1991-ci ildə anadan olmuşdur. Macarıstanlı bədii gimnastdır. Macarıstanı 2015 Avropa Oyunlarında təmsil etmişdir. == Həyatı == Dora Vass 1991-ci ildə anadan olmuşdur. == Karyerası == Dora Vass 2015-ci ildə Macarıstanı 2015 Avropa Oyunlarında təmsil etdi.
Frans Hals
Frans Hals (1591, 1582 və ya ən tezi 1582 və ən geci 1583, Antverpen, Brabant hersoqluğu[d][…] – 26 avqust 1666[…], Harlem[d][…]) — holland rəssam, holland rəssamlığının qızıl dövrünün nümayəndəsi. == Yaradıcılığı == Hals daha çox üç dəfə çəkdiyi Piter van den Broeke və İsaak Massa kimi varlı vətəndaşların portretləri ilə məşhurdur. O, həmçinin yerli vətəndaş mühafizəçiləri və yerli xəstəxanaların regentləri üçün böyük qrup portretləri çəkmişdir. O, radikal şəkildə azad yanaşma ilə realizm tətbiq edən rəssam idi. Onun rəsmləri cəmiyyətin müxtəlif təbəqələrini təsvir edir: zabitlərin, gildiyaların, bələdiyyə başçılarından tutmuş katiblərə qədər yerli şura üzvlərinin, səyyar oyunçu və müğənnilərin, cənabların, balıq arvadlarının və meyxana qəhrəmanlarının ziyafətləri və ya yığıncaqları. 1627-ci ildə Müqəddəs Adrian Milis Şirkətinin Zabitlərinin Ziyafəti kimi qrup portretlərində Hals hər bir personajı fərqli şəkildə çəkir, sifətlər ideallaşdırılmır və aydın şəkildə seçilir, şəxsiyyətlər müxtəlif pozalarda və üz ifadələrində aşkarlanır. Hals gün işığını və gümüşü parıltını sevirdi, Rembrandt isə ölçüyəgəlməz qaranlıqda zəif işığın süni kontrastlarına əsaslanan qızıl parıltı effektlərindən istifadə edirdi. Hals nadir intuisiya ilə təbəələrinin həyatında bir an ələ keçirdi. Təbiətin o anda göstərdiklərini o, incə bir rəng miqyasında və hər bir ifadə formasında ustalıqla təkrarladı. O, məşhur portret rəssamı oldu və xüsusi hallarda Haarlem varlılarını çəkdi.
Mixail Vaks
Mixail Vaks (18 iyul 1993-cü ildə anadan olub) — ATP Çelencer Turunda iştirak edən və Rusiya Davis Kuboku komandasının üzvü olan Rusiyalı tennis oyunçusudur. 19 avqust 2013-cü ildə o, Dünya ATP reytinqində 743-cü sırada qərarlaşaraq rekorduna imza atmışdır.
Ouşen Fals
Ouşen-Fols (ing. Ocean Falls) — Kanadanın Britaniya Kolumbiyası əyalətində yerləşən keçmiş şirkət şəhərciyi. Ouşen-Folsda mövsümi olaraq 50 nəfər yaşadığı üçün tam olaraq kabus şəhər hesab olunmamaqdadır. Buna baxmayaraq bir çox mənbələr tərəfindən kabus şəhər kimi təqdim edilir. Şəhər XX əsrin əvvəllərində Crown Zellerbach şirkətinin ərazidəki su dəyirmanlarında çalışan işçilərin yaşaması üçün salınmış və obyekt fəaliyyətinin zamanla azalmasına görə şəhər tərk edilmişdir. Ouşen-Folsa Britaniya Kolumbiyasının digər şəhərindən quru yolu ilə getmək mümkün deyil. Şəhərə kiçik gəmilərlə 6 saatlıq səfərdən sonra çatmaq mümkündür. Şəhər yağışın bolluğu ilə seçilir - hər il təxminən 4,390 millimetr (172,8 düym) həcmində yağıntı olur. XX əsrin ortalarında şəhər sakinləri Yağış insanlar mənasına gələn (ing. Rain People) təxəllüsündən istifadə edirdilər.
Peter Vays
Peter Vays (alm.
Reyçel Vays
Reyçel Hanna Vays (ing. Rachel Hannah Weisz; 7 mart 1970[…], Vestminster[d], İngiltərə, Birləşmiş Krallıq) — İngilis aktrisa.
VALL-İ
VALL-İ (ing. WALL-E) — "Pixar" studiyası tərəfindən istehsal olunmuş və "Walt Disney Pictures" tərəfindən buraxılmış 2008-ci il istehsalı elmi-fantastik, romatik animasiya filmi. Endrü Stentonun rejissorluğu və Cim Morrisin prodüserliyi ilə çəkilmiş filmin ssenari müəllifi Stenton və Cim Rerdondur. Filmdə 2805-ci ildə yaşayış üçün yararsız, kimsəsiz Yer kürəsində zibilləri təmizləmək üçün tərk edilmiş VALL-İ adlı tənha robotdan bəhs edilir. O, Aksiom ulduz gəmisindən göndərilən İV adlı robota aşiq olur. "VALL-İ" filmi çox az dialoqlara malikdir və filmdəki xeyli sayda personaj ünsiyyət qurmaq üçün bədən dilindən və ya robotik səslərdən istifadə edir. Filmdə insanın dünyaya verdiyi zərər, ətraf mühitin çirklənməsi, pis həyat tərzi və s. bir sıra mesajlar verilir. "VALL-İ" filminin büdcəsi o dövrdə bir animasiya filmi üçün rekord qıran məbləğdə idi, film 180 milyon dollar büdcə ilə çəkilmişdi. "Pixar" ənənəsinə sadiq qalaraq filmi "Presto" adlı qısametrajlı filmlə yanaşı yayımlandı.
Vale Tudo
Vale Tudo — 1920-ci ildə Braziliyada yaranıb. === Tarixi === Mənası Portuqaliya dilində -"vali tudu",İngilis dilindən tərcümədə-"hər şey gedir" deməkdir.Müasir qarışıq hərbi döyüş sənəti kimi populyar olmuş Vale Tudo tək mübarizlik,silahsız özünü müadfiə məqsədi ilə yaradılmışdır.XXI-əsrdə dünyada keçirilən Qaydasız Döyüş yarışlarında(UFC,MMA,Pro FC) Vale Tudonun texnikalarında çox istifadə edilir.1990-cı ildən başlanılaraq Vale Tudo üzrə dünya çempionatıda keçirilir.
Vall dili
Valli dili — Kelt dillərindən biridir. Bu dil əsas Böyük Britaniyada Uelsdə və Argentinanın Çubut ərazisində yayılmışdır. 2006-cı ilin siyahı alınmasına görə dunyada bu dilin daşıyıcısı 750.000 nəfərdən çoxdur. Uelsdə şimalı və cənubi Valli dilinin dialektləri vardır. == Ədəbiyyat == Arwyn Watkins T. Welsh // Ball, MJ, Fife, J (ed.) The Celtic Languages. London, N. Y., 1993 King G. A Comprehensive Grammar of Modern Welsh. London, N.Y., 1994 Morris-Jones J. An Elementary Welsh Grammar. Oxford, 1931. Morris-Jones J. A Welsh Grammar. Historical and Comparative.
Vats küçəsi
Vats küçəsi (mac. Váci utca) — Budapeşt mərkəzində yerləşən tarixi Belvaros mahalı əsas küçəsi. Şəhərin əsas ticarət küçəsi sayılır, turistlərlə çox məşhurdur. Küçədə dükanların yanında bir çox kafe və restoran mövcuddur. Bina bir çox fasad dəmir bəzək və mozaika ilə işlənilib. Küçə Vöröşmarti meydanında başlayır və Fövam meydanında (mərkəzi bazarın yaxınlığında) bitir. Dunay çayının qədər təxminən 200 metr məsafədə şimal-şərqdən cənub-şərqə paraleldir. Küçənin uzunluğu 1,2 km.
Vaxş çayı
Vaxş (Surxob; tac. Вахш; fars. وخش‎, qırğ. Кызылсуу) — Tacikistan və Qırğızıstanda çay. Pənc çayı ilə birləşir və Amudəryanı formalaşdırırlar. Çayın uzunluğu — 524 km, su toplayıcı hövzənin sahəsi — 39 100 km²-dir. Orta illik su sərfi aşağı axarlarda 666 m³/s-dir. Vaxş toponimi mövcud versiyalardan birinə görə qədim tacik sözü olan vaxş — «çiçəklən, artan su», və ya «müqəddəs su» mənasını verir. == Ümumi məlumat == Vaxş hövzəsində ümumi sahəsi 1737 km² olan 569 dağ gölü var. Göllər əsasən 2800–3500 m yüksəkliklərdə yerləşir.
Vays Siti
Vays Siti (ing. Vice City) — Rockstar Gamesin yaratdığı Grand Theft Auto seriyasında istifadə edilən uydurma bir şəhər. Real həyatdakı Mayami şəhərinin parodiyasıdır. Vays Siti bir neçə adadan ibarət olan böyük bir şəhərdir. Ətrafı dəniz ilə çevrələnmişdir. Şəhərdə qərb yaxası və şərq yaxası olmaqla iki böyük ada vardır. İki yaxanın arasında iki kiçik ada olan Starfiş və Praun adaları var. Şəhər qərb yaxasının cənubunda yerləşir. Varlılar Starfiş adasında, orta sinif şərq yaxasında, kasıblar isə qərb yaxasında yaşayırlar. Praun adasında isə sadəcə Strit Vannabe qrupuna aid evlər var.
Ville Valo
Ville Valo əsl adı Ville Hermani Valo 1976-cı il noyabrın 22-də Finlandiyada doğulub.HIM (His Infernal Majesty) qrupunun vokalistidir. O, gitara və zərb alətlərində ifa edə bilir. Ville musiqini uşaqlıqdan sevməyə başlamışdı. 9 yaşına gəldiyində Helsinkidə olan pop və jazz konservatuvarına qatıldı. Anası və atası onun musiqiyə olan maraq və qabiliyyətini hiss edərək onu Tapio Rautavaara və Raul Badding Somerjoki kimi məşhur Fin musiqiçilərlə tanışdırdılar. Qohumu Villeni daha ağır musiqi qrupları Kiss, Black Sabbath və Iron Maiden ilə tanış etdi. Artıq Ville peşəkar bir musiqiçi idi. 1991-ci ildə Ville, Mikko Lindström ve Mikko Paananen ilə HIM qrupunu yaratdılar.
Vyana valsı
Vyana valsı (alm. Wiener Walzer) — standart bal və turnir rəqslərindən olub, bir dəqiqədə 60 taktla ifa olunanaraq dünya rəqs poqramına daxil olan ən cəld rəqsdir. == Tarixcəsi == Sonralar Vyana valsı kimi məşhurlaşmış fransız valsı modern tipli ən qədim bal rəqsi olub, ilk dəfə 1770-ci illərdə komediya ifaçısı Bernardo Feliks tərəfindən təqdim edilmişdir. Sonradan Böyük Fransa inqilabından əvvəl məşhurlaşmış və saray aristokratlarına məxsus "Menuet" rəqsini sıxışdıraraq onun yerini tutmuşdur. Valsın alman xalq rəqsi əsasında və ya müstəqil şəkildə ona paralel olaraq yaranması haqqında çoxlu mübahisələr mövcuddur. İlk əvvəllər valsa qadının topuğu görsəndiyinə, cütlüyün bir-biri ilə sıx təmasda olmasına görə əxlaqsız rəqs kimi baxılırdı. Qisa bir müddətdə vals sərbəst və canlı xarakter alaraq ədəb rəqsinə çevrilmiş olur. 1805-ci ildə bal və aristokratik rəqs yalnız "Menuet" sayılırdı. 1814–1815-ci illər Vyana konqresi Vyanada rəqs, libas, maskarad ballarını canlandırmışdır. Bu isə öz növbəsində vals rəqsini aktuallaşdıraraq onu ictimailəşdirmişdir.
Əl-Vali
Əl-Vali (ər. الوالي) — Allahın adlarından biri.