Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Van Man
Van Man (çin. 王莽, pinyin: Wáng Măng; şəxsi adı Çzyuyçzyun (çin. 巨君, pinyin: Jùjūn); -45.. — 23.10.6) — 9 - 23 cü illərdə Çin imperatoru. Lyu sülaləsinin banisi, Xin xanədanının qurucusu. Çin tarixində o, uzurpator kimi tanınır.
Çan Van Çan
Nquyen Çan (ing. Nguyễn Chấn) və ya Çan Van Ça (Trần Văn Trà; 1918 – 20 aprel 1996, Hoşimin) — Vyetnam hərbi xadimi. O, Vyetkonq komandiri olmuşdur. Çan Van Ça 1960–1982-ci illərdə Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin üzvü, Şimali Vyetnam ordusunda general-leytenant, 1964–1976-cı illərdə Cənubi Vyetnam üzrə Mərkəzi İdarənin Hərbi Məsələlər Komitəsinin sədri olmuşdur. == Vyetnam müharibəsi == Vyetnam müharibəsi zamanı Cənubi Vyetnam və ABŞ-yə qarşı mübarizədə iştirak etmişdir. O, 1968-ci ildə Tet hücumü zamanı Sayqona hücuma rəhbərlik və Pasxa hücumunda B-2 cəbhəsinə komandanlıq etmişdir. 1974-cü ildə Hanoyda Şimali Vyetnam hərbi liderlərinin görüşü zamanı Ça gələn il üçün planlaşdırılan mühafizəkar strategiyaya qarşı çıxmış və həm Cənubi Vyetnam, həm də ABŞ hərbi reaksiyasını sınamaq üçün Cənubi Vyetnamın Fuklonq vilayətinə hücum edilməsini təklif etmişdir. Hücum uğurlu alınmış və ABŞ hərbi cəhətdən cavab verməmişdir. Bu, daha böyük, daha aqressiv kommunist əməliyyatlarına səbəb olmuşdur. Ça 1975-ci ilin aprelində Cənubi Vyetnam hökumətinin süqutuna səbəb olan Bahar hücumunda baş general Van Tyen Zunq rəhbərliyindəki A75 qərargahının komandir müavini olmuşdur.
Çan Van Hıonq
Çan Van Hıonq (vyet. Trần Văn Hương, tı-nom 陳文香) (1902, Vinlonq[d] – 27 yanvar 1982, Hoşimin) — Vyetnam Respublikasının (Cənubi Vyetnam) hərbi və siyasi lideri, Vyetnam Respublikasının prezidenti və baş naziri. == Həyatı == İki dəfə Sayqonun meri seçilmişdir. 1960-cı ildə Nqo Din Zyemin prezidentliyi dövründə dövlət başçısını tənqid edən Karavel Manifestini imzaladığına görə həbs olunmuşdur. Bununla belə, o, prezident Nqonun öldürülməsi nəticəsində çevrilişin iştirakçılarını da tənqid edərək, bunu həyata keçirən generalların heç bir istedadı, mənəvi keyfiyyətləri və siyasi dəstəyi olmadığını qeyd etmişdir.1965-ci ildə ABŞ-nin təzyiqi ilə prezident Nquyen Khan Ali Milli Şuranı çağırmış, burada Hıonq Vyetnam Respublikasının Baş naziri vəzifəsinə təsdiq edilmişdir. Bu zaman Sayqon və Vaşinqton Şimali Vyetnama qarşı genişmiqyaslı bombardman kampaniyası planlaşdırırdılar, lakin bu, cənubda sabitlik tələb edirdi. 1965-ci ilin yanvarında hökumət hərbi xidmətə çağırış müddətini uzatmış və bu, tələbələr və buddistlər arasında kütləvi etirazlara səbəb olmuşdu. Nəticədə hökumət könüllü olaraq istefa vermiş və hakimiyyəti Fan Hui Kuatın başçılıq etdiyi kabinetə vermişdir. O, 1967-ci il prezident seçkilərində 10% səs toplamışdır. == İstinadlar == == Əlavə ədəbiyyat == Corfield, Justin.
Ban Çan
Ban Kristofer Çan və ya səhnə adı ilə Bang Chan (3 oktyabr 1997, Seul) — 2018-ci ildə JYP Entertainment tərəfindən yaradılan Cənubi Koreyalı oğlan qrupu "Stray Kids"-in lideri, vokalı, repçisi və prodüsseridir. 3Racha mahnı yazan triosunun üzvüdür.Koreya Musiqi Müəllif Hüquqları Assosiasiyasının (KOMCA) məlumatına görə, o 124 mahnının müəllifidir. == İlk İllər == === Həyatı === Ban Çan 3 oktyabr 1997-ci ildə Cənubi Koreyada Seul şəhərində anadan olub.Hannah adında bacısı və Lucas adında qardaşı var. Kiçik yaşlarında bir müddət Avstraliyanın Sidney şəhərində yaşamışdır. Çan Avstraliyada ikən "Newtown" Liseyində oxudu. Cənubi Koreyaya köçdükdə "Chungdam" Liseyində oxudu. Kiçik yaşlarında modern rəqs və balet rəqsi üzrə təhsil almışdır. == Karyera == === Stray Kids === 11 aprel 2011-ci ildə JYP Entertainment-ə qatıldı. 800 namizəd arasından tək o seçilmişdir. 7 il stajçı olub.
Van
Van(türk. Van, erm. Վան, kürd. Wan) — Van ilinin mərkəzi, Türkiyədə şəhər. == Tarixi == “Van və Bitlisdə müsəlman əhalisinin cəmi 10 faizi sağ qalmışdı. Maddi dəlillər bizi belə bir ümumi faktlar həqiqətinə gətirib çıxarır ki, ermənilər müstəsna qəddarlıqla geniş miqyasda müsəlmanları qırmışlar. Nəticədə əhalinin dörddə bir qismi ancaq sağ qalmışdı. Ölkə dağılmışdı . Van Türkiyənin şərqində yerləşən bir şəhərdir. Tarixi eramızdan 7 min əvvələ gedib çıxır.
Jan-Klod Van Damm
Jan-Klod Van Damm (ing. Jean-Claude van Damme; 18 oktyabr 1960, Berkem-Sent-Aqat[d]) — Belçika (flamand) mənşəli ABŞ aktyoru, ssenaristi, prodüseri, montajçısı, bodibilderi, döyüş sənəti ustası və yazıçısı. Döyüş sənəti aksiyon filmləri ilə məşhurdur. == Gənclik illəri == Jan Klod Van Damm 18 oktyabr 1960-cı ildə Belçikanən paytaxtı Brüsseldə holland (flamand) əsilli ailədə anadan olmuşdur. Onun atası mühasib olmaqla bərabər, həm də gül dükanının sahibi idi. 10 yaşından başlayaraq karateyə gedir. Stilləri Shōtōkan Karate və Kikboksinqdən ibarət idi. 18 yaşında Avropa çempionu olaraq qara kəmər qazanır. 16 yaşından başlayaraq əlavə olaraq, beş il baletə məşğul olmağa başladı. Van Damm 1978-1979-cu illərdə Peşəkar Avropa Karate Federasiyasının orta çəki üzrə çempionu olmuşdur.
Kan Hi-Çan
Kanq Hi-Çan (10 may 1970) — Cənubi Koreyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Kanq Hi-Çan Cənubi Koreyanı 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci pillənin, cüt turnirdə isə bürünc medalın sahibi olub. Daha sonra Kan Hi-Çan Cənubi Koreyanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 5-ci pillənin sahibi olub.
Von Han-Na
Von Han-Na (d. 22 noyabr 1989) — Cənubi Koreyanı təmsil edən həndbolçu. == Karyerası == Von Han-Na Cənubi Koreya yığmasının heyətində 2012-ci ildə London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarına qatıldı. Bürünc medal uğrunda oyunda İspaniya yığmasına 32:30 hesabı ilə məğlub olan Cənubi Koreya yığması, London Olimpiadasını 4-cü yerdə başa vurdu. Daha sonra Von Han-Na Cənubi Koreya yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan beş oyunun üçündə məğlub olan Cənubi Koreya yığması, Rio-de-Janeyro Olimpiadasını 10-cu yerdə başa vurdu.
Von Lu Ven
Vonq Lu Venq (12 mart 1950) — Honq Konqu təmsil edən stolüstü tennisçi. == Karyerası == Vonq Lu Venq Honq Konqu 1988-ci ildə Seul şəhərində baş tutan XXIV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü, cüt turnirdə isə 21-ci pillənin sahibi olub.
Çan Kon Vah
Çan Kon Vah (31 avqust 1961) — Honq Konqu təmsil edən stolüstü tennisçi. == Karyerası == Çan Kon Vah Honq Konqu 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 9-cu pillənin sahibi olub.
İvan İvanov-Vano
İvan Petroviç İvanov-Vano (rus. Иван Петрович Ивонов-Вано; d. 8 fevral 1900, Moskva, Rusiya imperiyası - ö. 25 mart, 1987, Moskva, Rusiya) — sovet kinorejissoru, rəssam və ssenari müəllifi. SSRİ Xalq Artisti (1985). == Mükafatları == SSRİ Xalq Artisti (1985) RSFSR xalq artisti (1969) Vasilyev qardaşları adına RSFSR dövlət mükafatı (1970) "Lenin" ordeni "Oktyabr inqilabı" ordeni iki dəfə "Qırmızı əmək bayrağı" ordeni == Filmoqrafiya == Üç muşketyor (cizgi filmi, 1938) Moydodır (cizgi filmi, 1939) Qış nağılı (cizgi filmi, 1945) Qazlar və qu quşu (cizgi filmi, 1949) Qar qızı (cizgi filmi, 1952) Meşə konserti (cizgi filmi, 1953) Cəsur dovşan (cizgi filmi, 1955) On iki ay (cizgi filmi, 1956) Dostluq haqqında mahnı (cizgi filmi, 1957) Buratinonun macəraları (cizgi filmi, 1959) Sehrli göl (cizgi filmi, 1979) Çar Sultan haqqında nağıl (cizgi filmi, 1984) == Mənbə == Сергей Капков. Энциклопедия отечественной мультипликации. М: Алгоритм, 2006. Иванов-Вано Иван Петрович. Советская энциклопедия.
Bora Van
Bora Van (9 aprel 1987) — Türkiyəni təmsil edən stolüstü tennisçi. == Karyerası == Bora Van Türkiyəni 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci pillənin sahibi olub.
Cekson Van
Jackson Wang (çincə:王 嘉爾); kor. 왕 잭슨; 28 mart 1994, Honkonq) Honq Konqdan olan repçi, müğənni, modelyer və rəqqasdır. Team Wang səsyazma etiketinin qurucusudur və Team Wang Design moda markasının yaradıcı direktoru və baş dizayneridir. Çində solo sənətçi və televiziya aparıcısı kimi fəaldır. Cənubi Koreyalı Got7 oğlan qrupunun üzvü və eyni zamanda Çinli Panthepack hip hop qrupunun üzvüdür. Honq Konqda doğulub böyüyən Van, Honq Konq qılıncoynatma komandasının üzvü idi. 2010 Yay Gənclər Olimpiadasında on birinci oldu və 2011-ci ildə Qılıncoynatma üzrə gənclər və yeniyetmələr arasında Asiya Çempionatında birinci yeri qazandı. Musiqi dinləməsindən keçdikdən sonra 2011-ci ilin iyul ayında K-popda karyera qurmaq üçün Cənubi Koreyanın Seul şəhərinə köçdü.2014-cü ilin yanvar ayında, iki ildən çox məşq etdikdən sonra, Cekson "Girls Girls Girls" adlı single ilə Got7 üzvü olaraq debüt etdi. == Şəxsi həyatı == Çində, Koreyada və dünyanın qalan hissəsində əyləncə sənayesində çalışdığı üçün, Cekson bir çox dilləri bilir; Mandarin, Kanton, Koreya və İngilis dillərini mükəmməl bilir və başa düşür. 2019-cu ilin avqust ayında Van, Çin bayrağının bir fotoşəkilini yüklədi və 2019–20-ci illərdə Honq Konq etirazları zamanaı Çin bayrağı çıxarılaraq Victoria Limanına atıldıqdan sonra rəsmi Weibo hesabında özünü "Çin bayrağının 1,4 milyard qəyyumundan biri" elan etdi.
Cenvey Van
Cenvey Van (20 oktyabr 1995) — Çin aktyorudur. Karateçi uşaq (film, 2010) filmindəki Çenq rolu ilə tanınıb. == Bioqrafiya == Cenveyin ailəsi əslində Handandandır, lakin yaxşı təhsil onları Pekinə gəlməyə vadar edir. Onun 4 yaşı olanda "Pekin Şiçahai Həvəskar İdman Məktəbi"nə gedir. O məktəbə gedəndə zəif və xəstə idi. O, burada Kunq Funu öyrənməyə başlayır. Burada çox çətinliyə dözür, heç bir çətinlikdən şikayətlənmirdi. Onun yaşı az olmağına baxmayaraq, milli yarışlarda çox mükafat aldı. Üç il sonra onun atası onu Haidan Gimnaziyasına göndərdi və o, milli uşunu öyrənməyə başladı. İki il sonra onun 10 yaşı olanda, milli uşu komandası yeni üzvlər axtaranda o, 57 rəqibi üstələyir və B-Mannskaft milli uşu komandasına müvəffəqiyyətlə daxil olur.
Kim Van
Kim Van (27 mart 1961) — Cənubi Koreyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Kim Van Cənubi Koreyanı 1988-ci ildə Seul şəhərində baş tutan XXIV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 25-ci, cüt turnirdə isə 4-cü pillənin sahibi olub.
Timoti Van
Timoti Van (17 avqust 1991) — Birləşmiş Ştatları təmsil edən stolüstü tennisçi. == Karyerası == Timoti Van Birləşmiş Ştatları 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 65-ci pillənin sahibi olub.
VAN əməliyyatı
Van əməliyyatı — ASALA terror təşkilatının 24 sentyabr 1981-ci ildə Parisdə Türkiyə konsulluğuna qarşı keçirdiyi terror aktı. 4 nəfərdən ibarət əslən Livan ermənisi olan terrorçu qrup konsulluğun binasına daxil olaraq konsul Kaya İnalı və təhlükəsizlik xidmətinin əməkdaşı Cəmal Özəni ağır yaralamışdır. Terrorçular konsulluqdakı 56 nəfəri girov götürərək 15 saat ərzində konsulluq binasını girovlarla birgə öz nəzarətlərində saxlamışlar. Terrorçular – dəstənin başçısı Vazgen Sislyan, onun əlaltıları Gevork Güzelyan, Akop Culfayan, Aram Basmacyan binanı tam ələ keçirdikdən sonra öz tələblərini irəli sürürlər. tələbləri isə Türkiyədə həbsdə olan bir neçə erməni və kürd terrorçusunun azad edilməsi idi. Lakin Türkiyə hökuməti bu tələbə rədd cavabı verir, bundan sonra terrorçular təslim olur və Fransa hökumətindən siyasi sığınacaq tələb edir. == Məhkəmə prosesi == Parisdə terrorçuların məhkəmə prosesində Fransadakı erməni diasporasının qabaqcıl nümayəndələri iştirak edir. Məhkəmə zamanı terrorçuların vəkili sonradan Fransa senatının üzvü və Fransanın sənaye naziri olmuş Lekler idi. Məhkəməyə hər tərəfdən təzyiqlər var idi Fransadakı erməni təşkilatları və buradakı ermənipərəst güvvələr də bunda iştrak edirdilər. Parisdə terrorçulara dəstək olaraq nümayişlər və yürüşlər keçirilirdi.
Van (dəqiqləşdirmə)
Van — Türkiyədə şəhər. Van (rayon) — Van (titul) — Qədim Çində titul.
Van (rayon)
Van (fr. Vannes) — Fransanın Bretan regionun rayonlarından (fr. Arrondissement) biri . Departamenti — Morbian. Suprefektura — Vann. Rayonun əhalisi 2006-cı ildə 276 862 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 94 nəf / km² . Rayon ərazisi — 2935 km².
Van (titul)
Van — e.ə. XVI əsrdən Qədim Çin hökmdarlarının adı. Xan sülaləsi dövründən "van" anlayışı yüksəkmənsəbli əyanların titulunu bildirir və hökmdar ailəsi üzvlərinə, xüsusi xidməti olan məmurlara verilirdi. Koreyanın qədim və orta əsrlər dövlətlərində də hökmdarlar "van" tituluna malik idilər.
Van Damm
Jan-Klod Van Damm (ing. Jean-Claude van Damme; 18 oktyabr 1960, Berkem-Sent-Aqat[d]) — Belçika (flamand) mənşəli ABŞ aktyoru, ssenaristi, prodüseri, montajçısı, bodibilderi, döyüş sənəti ustası və yazıçısı. Döyüş sənəti aksiyon filmləri ilə məşhurdur. == Gənclik illəri == Jan Klod Van Damm 18 oktyabr 1960-cı ildə Belçikanən paytaxtı Brüsseldə holland (flamand) əsilli ailədə anadan olmuşdur. Onun atası mühasib olmaqla bərabər, həm də gül dükanının sahibi idi. 10 yaşından başlayaraq karateyə gedir. Stilləri Shōtōkan Karate və Kikboksinqdən ibarət idi. 18 yaşında Avropa çempionu olaraq qara kəmər qazanır. 16 yaşından başlayaraq əlavə olaraq, beş il baletə məşğul olmağa başladı. Van Damm 1978-1979-cu illərdə Peşəkar Avropa Karate Federasiyasının orta çəki üzrə çempionu olmuşdur.
Van Hao
Van Hao (1 dekabr 1983) — Çini təmsil edən stolüstü tennisçi. == Karyerası == Van Hao Çini 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə gümüş medalın, cüt turnirdə isə 9-cu pillənin sahibi olub. Daha sonra Van Hao Çini 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə gümüş, Komanda turnirində isə qızıl medalın sahibi olub. Van Hao Çini 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə gümüş, Komanda turnirində isə qızıl medalın sahibi olub.
Van Heurck
Henri Van Herk (nid. Henri-Ferdinand Van Heurck; 1838, Antverpen – 1909, Antverpen) — Belçika botaniki. == Elmi fəaliyyəti == Henri Van Herk toxumlu bitkilər, qıjıkimilər, yosunlar üzrə ixtisaslaşmışdır. == Əsərləri == Van Heurck, H.; De Beucker, J. I. Antwerpsche analytische flora. — Antwerpen, 1861. — 192 p. Van Heurck, H.; Wesmael, A. Prodrome de la flore du Brabant. — Louvain, 1861. — 96 p. Van Heurck, H.; Guibert, V. Flore médicale belge.
Van Hoq
Vinsent Villem van Qoq (nid. Vincent Willem van Gogh; 30 mart 1853[…], Zyundert[d], Şimali Brabant – 29 iyul 1890[…], Over-syür-Uaz) — holland postimpressionist rəssam. O, ölümündən sonra qərb incəsənət tarixinin ən görkəmli simalarından birinə çevrildi. Rəssamın 10 il ərzində yaratdığı təxminən 2100 sənət əsərinə peyzaj, natürmort, portret və avtoportretlər daxildir. O, 860 yağlı boya rəsminin əksəriyyətini ömrünün son iki ilində çəkib. Aydın rəng çalarları və Vinsentin fırçadan özünəməxsus istifadə tərzi ilə xaraterizə olunan bu rəsm əsərləri müasir incəsənətin təməl daşları hesab olunur. Bütün bunlara baxmayaraq, rəssam həyatı boyunca daim maddi çətinlik içində yaşadı, uzun illər ruhi xəstəlik, depressiya və yoxsulluqdan əziyyət çəkdikdən sonra 37 yaşında vəfat etdi. Yuxarı-orta təbəqəyə mənsub bir ailədə dünyaya gəlmiş Vinsent ciddi, sakit və düşüncəli bir uşaq idi. Uşaqlığında şəkil çəkməklə məşğul olan Vinsent gənclik illərində tez-tez səyahət etdi və incəsənət dileri kimi fəaliyyət göstərdi. Londona transfer olunduqdan sonra depressiyaya düşdü, daha sonra, dinə üz tutdu və cənubi Belçikada vaxtını protestant missioner olaraq keçirdi.
Van Houtte
Luiz Van-Hutt (fr. Louis van Houtte; 29 iyun 1810 – 9 may 1876, Gent) — Belçika botaniki. == Elmi fəaliyyəti == Luiz Van-Hutt toxumlu bitkilər və qıjıkimilər üzrə ixtisaslaşmışdır. == Əsərləri == L’Horticulteur Belge (1833—1838). Flore des serres et des Jardins de l'Europe (1845—1883).
.қаз
.қаз (punycode: .xn--80ao21a; Қазақстан Республикасы) — Qazaxıstan Respublikası üçün yuxarı səviyyəli milli domenidir. Kiril əlifbasında olan üçüncü domendir (birinci .рф, ikinci .срб). .рф və .срб domenlərin əsas fərqi hərfin qazax əlifbasında olmasıdır. == Tarix == 2012-ci ilin martında Qazaxıstan .қаз yuxarı səviyyəli milli kiril domenini fəaliyyətə buraxdı. Fəaliyyətin yoxlaması üçün test saytı ТЕСТ.ҚАЗ yaradılmışdır. == Domenin fəaliyyətə verilməsı == Qeydiyyat bir neçə mərhələdə oldu. Birinci mərhələ (2012-ci il aprelin 1-dən 30-dək) — hökumət orqanları və dövlət təşkilatları, qeydiyyat şöbəsinin texniki ehtiyacları üçün domen qeydiyyatı. İkinci mərhələ (1 may-30 iyul 2012-ci il tarixləri arasında) — 31 dekabr 2011-ci ilə qədər Qazaxıstan Respublikası qanunvericiliyə uyğun olaraq qeyd edilmiş ticarət markalarının və firma adlarının sahibləri üçün domen adlarının prioritetli qeydiyyatıdır. Üçüncü mərhələ (2012-ci ilin 15 avqustundan) — domen adlarının qeydiyyatı azad şəkildə aparıldı. .қаз domen zonasında domen adlarının qeydə alınması təyin edilmiş registratorlar vasitəsilə olar.
Dаn yeri Оrtа əsr qəbirstаnlığı
Dan yeri Orta əsr qəbirstanlığı — Yaşayış yerinin yаxınlığında yerləşir. Əsas hissəsinin izləri itmişdir. Bir neçə sinə daşları-sənduqələr dövrümüzədək qalmışdır. Düzbucaqlı forması sənduqənin yalnız bir üzü istisna edilməklə digər tərəfləri zəngin bəzədilmişdir. Cızma, döymə və oyma üsulu ilə zəngin nəbati təsvirlərlə bəzədilmiş sənduqənin üzərinə ərəb əlifbası ilə yazı həkk edilmişdir. Kitabə Quran ayələrindən və mərhumun adı, olum və ölüm tarixinə aid məlumatlardan ibarətdir.
Oton (Эн)
Oton (fr. Chavornay) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01097. == Coğrafiyası == Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 70 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 199 nəfər təşkil edirdi. == İqritisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 131 nəfər (15-64 yaş arasında) 93 nəfər iqtisadi cəhətdən, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71.0%, 1999-cu ildə 68.8%). Fəaliyyət göstərən 93 sakindən 90 nəfəri (40 kişi və 50 qadın), 3 nəfər işsiz (3 kişi və 0 qadın) idi.
Sen-Jermen-аn-Le (rayon)
Sen-Jermen-ан-Le (fr. Saint-Germain-en-Laye) — Fransanın İl-de-Frans regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — İvelin. Suprefektura — Sen-Jermen-ан-Le. Rayon əhalisi 2006-cı ildə 546 627 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 1603 nəf / km². Rayon sahəsi — 341 km².
Sen-Julyen-de-Rа
Sen-Jülyen-de-Rа (fr. Izeaux) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Vuaron kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38407. Kommunanın 1999-cu il üçün əhalisi 443 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 405 ilə 700 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 470 km cənub-şərqdə, Liondan 80 km cənub-şərqdə, Qrenobldan 19 km şimal-qərbdə yerləşir.
Аş-Şаmiyyə
Şamiyyə (ərəb. الشامية‎) — İraqın Qədisiyyə mühafəzəsində şəhər.
В.G.Timiryasov adına Kazan İnnovativ Universiteti
В. G. Timiryasov adına Kazan İnnovativ Universiteti (rus. ВГ Тимирясова, ИЭУП) Kazandakı bir universitetdir. 22 iyul 1994-cü ildə qurulmuşdur. == Ad == Qanundakı dəyişikliklərlə əlaqədar olaraq universitet bir neçə dəfə rəsmi adını dəyişdirdi. Qurucusu və ilk rektoru V.G. Timiryasovun adını daşıyır. 1994–1996-cı illərdə İqtisadiyyat, İdarəetmə və Hüquq Universitetinin, 1996–2016-cı illərdə İqtisadiyyat, İdarəetmə və Hüquq İnstitutunun və 2016-cı ildən VG Timiryasov adına Kazan İnnovasiya Universitetinin (IEUP) adını daşıyır. == Tarix == Universitet 1994-cü ildə Tatarıstan Respublikası Təhsil Nazirliyinin və Tatarıstan Respublikası Ali Sovetinin Xalq Təhsili Daimi Komitəsinin təşəbbüsü ilə bazar iqtisadiyyatı və hüquq sahəsində ixtisaslı kadrların ehtiyaclarını ödəmək üçün yaradılıb. 1998–2002-ci illərdə universitetin Almetyevsk, Bugulma, Zelenodolsk, Naberezhnye Chelny, Nizhnekamsk və Chistopol filialları yaradıldı və təhsil fəaliyyətlərinə davam etdilər. 2014-cü ilin mayından bəri Rusiya tərəfindən birləşdirilən Krımda təhsil fəaliyyətinə başlayan ilk rus universitetlərindən biridir. Universitet Dünya Tatarları Konqresinin və Krım Respublikasının bələdiyyə başçılarının təlimi üçün birgə bir layihə həyata keçirir.
ПМА "В-1" və ПМА "В-2" aşqarları
ПМА «В-1» və ПМА «В-2» - polimetakrilat tipli özlülük aşqarları olub molekul kütlələri 3000-4300 (ПМА «В-1») və 12000—17000 (ПМА «В-2»)-dir. == Xassələri == ПМА «В-1» aşqarı mexaniki destruksiyaya qarşı yüksək davamlılığa və nisbətən aşağı molekul kütləyə görə orta dərəcədə qatılaşdırıcılığa malikdir. ПМА «В-2» aşqarı ПМА «В-1» aşqarı ilə müqayisədə daha yaxşı qatılaşdırıcılıq qabiliyyətinə malikdir, lakin mexaniki destruksiyaya qarşı davamlılığa görə ondan geri qalır. == Alınması == ПМА «В-1» və ПМА «В-2» metakrilat turşusunun СН2=С(СН3)СООН monomerinin sintetik yağ spirtlərinin C7-C12 (ПМА «В-1») və С8-С13 (ПМА «В-2») fraksiyaları ilə efirlərləşməsindən alınan polimerlərin yağda məhlullarıdır. ПМА «В-1» aşqarı ТУ 6-01-979—84 üzrə alınır və polimetakrilatların МС-8 yağında 58-65%-li məhlulundan ibarətdir. ПМА «В-2» aşqarı ТУ 6-01-692—77 üzrə alınır və yüksək keyfiyyətli aşqar polimetakrilatların И-20А yağında 30-35%-li məhlulundan ibarətdir. == Tətbiqi == ПМА «В-1» və ПМА «В-2» aşqarları duru yağların özlülüyünü və özlülük indeksini artırmaq üçün istifadə edilir. ПМА «В-1» aşqarı motor, transmissiya və hidravlik yağlarda 18% qatılığa qədər istifadə olunur. ПМА «В-2» aşqarı motor yağlarında və hidravlik sistemlərin işçi mayelərində 6% qatılığa qədər tətbiq olunur. == Mənbə == Электронная библиотека: Топлива, смазочные материалы, технические жидкости. www.bibliotekar.ru/5-toplivo-smazka/43.htm Синтез и исследование функциональных свойств комплексных полифункциональных присадок.