Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Tanka
Tanka (yaponca: qısa mahnı) Yapon poeziyasında janrlardan biri. Tanka 5 sətirdən və 31 hecadan ibarət olub, 5-7-5-7-7 heca sisteminə əsaslanır.
Banka
Vanna
Vanna və ya ləyən – yuyunmaq üçün nəzərdə tutulmuş su tutan konteyner. Vannalar, adətən, 2 üslubda olur: Qərb üslubunda – içindəndə uzanılan. Belə vannalar çox vaxt qayıq kimi yastı və uzun olur. Şərq üslubunda – içində oturulan. Belə vannalar qısa və dərin olur. Məsələn, Yaponiyada furo vannaları bu üsluba aiddir. Hazırkı dövrdə, əsasən, çuqun vannalardan istifadə olunur. Lakin, qranit və taxta vannalar da geniş yayılmışdır.
Vanqa
Vanqa (əsl adı Vangeliya Pandeva Quşterova (Surçeva), 3 oktyabr 1911, Strumitsa[d] – 11 avqust 1996 və ya 11 noyabr 1996, Sofiya) — Ekstrasens. 1911-ci ildə Makedoniya Respublikasında anadan olmuşdur. 1996-cı il 11 avqust tarixində vəfat etmişdir. …Rəfiqələriylə gəzişən Vanqa birdən göy üzünü iri qara bir buludun aldığını görür. Havanın dəyişdiyini görüb, kəndə tərəf qaçan qızların arasından Vanqanı qasırğa ağuşuna alır. Sonradan görücü özü bu haqda deyirmiş: "Qasırğa məni sararkən elə bil başıma kiminsə əlinin toxunduğunu hiss elədim. Sonra heç nə xatırlamadım. Bir də gözümü açdım ki, yerdəyəm, başımda, gözümdə dəhşətli ağrılar var…" Kəndlilər qızı daş-çınqılın, ağac budaqlarının arasından tapıb evə gətirirlər. Axşama yaxın gözləri qanla dolur, bir neçə gün sonrasa bəbəkləri ağarmağa başlayır. Xəstənin gözlərində iki dəfə əməliyyat keçirilsə də, nəticəsi olmur.
Sanka Zver
Sanka Zver (əsl adı: Cabir Əli (Pəncəli) oğlu Qasımov; 15 oktyabr 1920, Zığ, Bakı qəzası – avqust 1973, Bakı) — qanuni oğru. Cabir Qasımov 1920-ci ilin oktyabrın 15-də Bakı qəzasının Zığ qəsəbəsində anadan olub. İlk dəfə Bakıda erməni zabitini öldürdüyünə görə 1936-cı ildə həbs edilib. Sibirə etap olunub. Ömrünün çox hissəsini həbsxanalarda keçirib. Keçirilən "sxodka"da özündən fiziki cəhətdən güclü olan "Sanka" ləqəbli erməni qanuni oğrunu öldürüb. Oğrular ona Sanka Zver deməyə başlayıblar. Oğru Sanka Zver 1973-cü ildə dostu Lotu Kəbir tərəfindən güllələnərək öldürülüb. Doğulduğu Zığ qəsəbəsində dəfn edilib. Etibar adlı bir oğlu qalıb.
Anka
TAI Anka Türkiyə Silahlı Qüvvələrinin tələblərinə uyğun olaraq TAI şirkəti tərəfindən istehsal olunan pilotsuz uçuş aparatıdır. PUA-nın baza variantı olan Anka-A orta yüksəklikdə (3 km-dən 9 km-dək) uçuş həyata keçirmək məqsədilə dizayn olunmuşdur. == Tarixi == Hazırlanmasına TAI tərəfindən 30 dekabr 2010-ildə başlanılıb və 2013-cü ildə istismara verilib. Layihənin hazırlanma dəyəri 200 milyon ABŞ dolları olub. Türkiyənin Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri və Daxili İşlər Nazirliyi tərəfindən aktiv istifadə edilir. Anka 2000-ci illərin əvvəllərində taktiki kəşfiyyat missiyaları üçün nəzərdə tutulsa da, sonradan sintetik diafraqmalı radar və döyüş sistemlərinə inteqrasiya olunmuşdur. Bu PUA-nın adı əfsanəvi Simurq quşundan götürülmüşdür. 2019-cu ilin sonunda TAI tərəfindən verilən açıqlamada, əsas parametrlərdə havada uçma müddətinin 24 saat olaraq qeyd edilməsinə baxmayaraq, PUA-nın 26 saat 30 dəqiqə uçaraq yeni rekord qırdığı bildirildi. == Variantları == === ANKA-A === Əməliyyatlar başlayan zaman ANKA layihəsinin ilk konfiqurasiyası olan ANKA-A prototipləri Türkiyə Aerokosmik Sənayesinin öz resursları ilə Elazığda yerləşdirildi. === ANKA-S === ANKA-A-da qazanılan təcrübə fonunda sintetik radarları kimi yeni missiya avadanlıqlarını daşıyacaq və daha yüksək performansa sahib olacaq ANKA-S-nin ilk uçuşu 30 yanvar 2015-ci ildə həyata keçirilib.
Vaka
Vaka (gürc. ვაყა) — Gürcüstanın Xaşuri bələdiyyəsinin inzibati ərazi vahidində kənd. 2002 siyahıyaalmaya görə kəndin əhalisi 1423 nəfər idi. 2014-cü ildə 1160 nəfər yaşayırdı. Gürcüstan Sovet Ensiklopediyası, IV cild, səh.
Amblyseius wanka
Amblyseius wanka (lat. Amblyseius wanka) — phytoseiidae fəsiləsinin amblyseius cinsinə aid heyvan növü. == İstinadlar == Amblyseius wanka Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Mona Vanna
Mona Vanna (it. Monna Vanna) və ya Çılpaq Cakonda (fr. La Joconde nue) — bəzən "ikiqat erotika" da adlandırılan, 72,4 × 54 sm ölçülü ikiqat yapışdırılmış kağız üzərində kömürlə çəkilmiş çılpaq qadın portretidir. Əsər Uaza departamentindəki Şantiyi qəsrində yerləşən Konde muzeyində saxlanılır. Əsərin Leonardo da Vinçiyə aid edilməsinin mənşəyi kardinal Luici d'Aragonun yazarı Antonio de Betisin məlumatlarına əsaslanır. Onun sözlərinə görə, 10 oktyabr 1517-ci ildə kardinalın Klo-Lüse qəsrində Leonardonu ziyarət etməsi zamanı, rəssam ona II Culiano de Mediçinin sifarişi ilə "florensiyalı xanımın sağlığında çəkilmiş portretini" hədiyyə etmişdir. Ehtimal ki, rəssam sifarişi 1513–1516-cı illərdə Mediçinin himayəsində olduğu dövrdə almışdır. Bu əsər dövrümüə çatmasa da, onun eskizi saxlanmışdır. Ehtimal ki, qısa müddət sonra "La fornarina" əsərini işləyərkən Rafael Santi də məhz həmin portretdən ilhamlanmışdır, lakin bu nəzəriyyəni şübhə altına alan tədqiqatçılar Antonio de Betisin verdiyi məlumatda hazırda Luvrda saxlanan "Mona Liza"dan bəhs etdiyini və məlumatda istifadə edilən "au naturel" ifadəsinin "Mona Liza"ya aid edilə biləcəyini qeyd edirlər. Əsəri təsvir edən ikincə mənbə isə Leonardoya yaxınlığı illə seçilən onun tələbəsi Salaiyə məxsusdur: onun 21 aprel 1525-ci ildə ölümündən sonra tərtib edilmiş invertarında yarıçılpaq "Mona Liza" portreti də qeyd edilir.
Radoslav Vanko
Radoslav Vanko (1983, Jilinа) — tanınmış slovak Top-Model. Vanko fiziki tərbiyə və idman fakültəsini bitirmiş, müəllim və personal trener üzrə magistr dərəcəsi almışdı. Radoslav hakim qərb bazarları və "Valentino", "Dolce and Gabbana", "Giorgio Armani", "Gucci", "Pierre Cardin", "Louis Vuitton" və "Prada" kimi tanınmış brend kompaniyalar üçün çəkilmişdir. O həmçinin "Men’s Health" və "DNA" kimi populyar jurnalların üz qabığını da bəzəmişdi. İdmançı oğlan Vanko öz boş vaxtlarında velosiped sürməyi, tennis oynamağı və idman zalında məşq etməyi çox sevir. O həmçinin səyahəti sevir — yeni məkanları seyr etmək və çəklişlərdə iştirak etmək məqsədilə. O tanınmış fotoqraflar ilə çalışmışdı, onlar arasında Bryus Veberin adını xüsusi ilə qeyd etmək olar. Bu əməkdaşlığın bəhrəsi kimi, Radoslav keçən il Men's Health jurnalının alman dilində olan nəşrinin üz qabığını bəzəmişdi. Radoslav Vankonun anketi: Boyu : 1.85 sm Çəkisi : Sinə ətrafı : 98 cm Beli : 78 cm Omba genişliyi : 98 cm.
Vanda (kommuna)
Vanda (fr. Vendat) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Eskyurol kantonuna daxildir. Kommunanın dairəsi — Vişi. INSEE kodu — 03304. 2008-ci ildə əhalinin sayı 2192 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 1377 nəfər (15-64 yaş arasında) 1003 nəfər iqtisadi fəal, 364 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 73.4%, 1999-cu ildə 70.0%). Fəal 1003 nəfərdən 924 nəfər (488 kişi və 436 qadın) işləyir, 79 nəfər işsizdir (41 kişi və 38 qadın). Fəal olmayan 364 nəfər arasında 93 nəfər şagird və ya tələbə, 170 nəfər pensiyaçı, 101 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Vanda Maksimov
Qırmızı cadugər (ing. Scarlet Witch) — Marvel Comics tərəfindən 1964-cü ildə yaradılan mutant superqəhrəman. Əsl adı Vanda Maksimovdur. Qardaşı Pietro Maksimov da mutantdır və Civə adı ilə tanınır. "Əsrarəngiz Qisasçılar" komiksinin 4-cü sayına (2015) qədər atalarının Maqnito olduğu zənn edirdilər. Vanda və Pietro Maksimov Marvel dünyasında xəyalı olan və Qərbi Avropada yerləşən Transiyada anadan olur. Anaları Maqda ataları Maqnitodan qaçırdı və onun övladlarını tapmamasını istəyirdi. Buna görə uşaqları ölkədəki qaraçılara əmanət edərək qaçmağa davam etdi. Qısa müddət sonra öldü. Əkizlər böyüdükcə güclərini fərq etməyə başladılar.
Xanka gölü
Xanka — Çinin Xeylunszyan vilayəti və Rusiyanın Primorsk diyarı ərazisində yerləşən sərhər gölüdür. Ümumilikdə Xanka Uzaq şərqin ən iri şirinsulu gölüdür. Onun sahəsi 4070 km² təşkil edir. Uzunluğu 95 km, orta dərinliyi 4,5 m, ən dərin yeri isə 10,6 m olan göldür. Gölə 24 çay axır. Onlar arasında ən iriləri Melqunovka, İlistaya, Sunqaça, Komissarovka və Ussuri çaylarıdır. Gölün kənarında Turıy Roq, Novonaçalnik və Kamen-Rıbalov kəndləri yerləşir. Göldə Rusiya və Çinin təşkil etdiyi müştərək qoruq yaradılmışdır. Delilin 1706-cı il xəritəsində gölün adı Xinqon olaraq keçir və ondan çay axır. Bu çay iki adla göstərilir — Usurou və Ousuri İ. М. Хаsii (alm.
Zagrebačka banka
Zagrebačka banka (Zaqrebaçka banka, Zaqreb bankı) — Xorvatiyanın ən böyük bankı. UniCredit Maliyyə Korporasiyasının törəmə bankı. 1989-cu ildə tam özəlləşdirilən ilk Xorvatiya bankı və listinqlə birjaya (Zaqreb fond birjası, 1995-ci il) çıxan ilk Xorvatiya bankı. CROBEX adlı Xorvatiyanın əsas fond indeksinə daxil olan 25 şirkətdən biri. Bank 1914-cü ildə Zaqreb hakimiyyəti tərəfindən Gradska štedionica (şəhər əmanət bankı) adı ilə təsis edilmişdir. Bankın əsas vəzifəsi ilk öncə şəhər ictimai müəssisə və təşkilatlarını maliyyələşdirmək idi. Yarandığı gündən iki il sonra bank şəhərdə tramvay şəbəkəsi tikən Zaqreb Tramvay Şirkətini (ZET) maliyyələşdirməyə, eləcə də digər infrastruktur layihələrini kreditlərlə dəstəkləməyə başladı. İkinci Dünya Müharibəsindən sonra bankın adı Gradska štedionica Zagreb (Zaqreb Şəhəri Əmanət Bankı) oldu. 1977-ci ildə bir sıra yenidən qurulmadan sonra bank müəssisələrə kredit verməyə yönəlmiş Zaqrebačka banka və fiziki şəxslərə maliyyə xidmətləri göstərən Gradska štedionica bölündü. 1980-ci ildə onlar yenidən birləşdilər, lakin artıq Zagrebačka banka adı altında.
Çistaya Banka
Çistaya Banka (rus. Чистая Банка) — Xəzər dənizinin şimal-şərqində yerləşir. Züdev adasından 27 km cənubda, Volqa çayı deltasında yerləşir. Çistaya Banka adasının uzunluğu 6 km, eni isə 4 km təşkil edir. Ada inzibati cəhətdən Həştərxan vilayəti ərazisinə daxildir. Çistaya Banka adası ərazisində qədim İdil şəhəri mövcud olmuşdur. Tarixçi Konstantin Nikolayeviç kosmosdan baxış zamanı adada şəhər qalıqlarını aşkarlamışdır.
Şri-Lanka
Şri-Lanka, tarixi adı ilə Seylon və ya rəsmi adı ilə Şri-Lanka Demokratik Sosialist Respublikası — Cənubi Asiyada ada-dövlət. Şri-Lanka Hind okeanında Hindistandan 31 km cənubda eyni adlı adada yerləşir. Ada-dövlət 1972-ci ilə qədər Seylon olaraq bilinirdi. Ümumi sahəsi 65610 kvadrat kilometr, əhalisinin sayı 21 milyon nəfərdən çoxdur. Şri-Lanka həm də Hind okeanının incisi adlandırılır. Hökumət qüvvələri ilə Tamil İlam Azadlıq Pələngləri (digər adı ilə Tamil pələngləri) arasında baş verən vətəndaş müharibəsi 1983-cü ildən bu yana davam edir. Tamil pələngləri adanın şimalında və şərqində Tamil İlam adında müstəqil dövlət qurmaq üçün mübarizəsi 2009-cu ildə hökumət qüvvələrinin zəfəri ilə nəticələndi. Ümumilikdə 1,340 kilometrlik sahil xəttini malikdir. Hindistandan Polk boğazı vasitəsilə ayrılır. Dekabr və Mart ayları arasında tropik və şimal-şərq bölgəsi musson yağışlarının təsiri altında qalan iqlimi, İyun və oktyabr ayları arasında da cənub-qərb bölgəsi musson yağışlarının təsiri altında qalır.
Şri Lanka
Şri-Lanka, tarixi adı ilə Seylon və ya rəsmi adı ilə Şri-Lanka Demokratik Sosialist Respublikası — Cənubi Asiyada ada-dövlət. Şri-Lanka Hind okeanında Hindistandan 31 km cənubda eyni adlı adada yerləşir. Ada-dövlət 1972-ci ilə qədər Seylon olaraq bilinirdi. Ümumi sahəsi 65610 kvadrat kilometr, əhalisinin sayı 21 milyon nəfərdən çoxdur. Şri-Lanka həm də Hind okeanının incisi adlandırılır. Hökumət qüvvələri ilə Tamil İlam Azadlıq Pələngləri (digər adı ilə Tamil pələngləri) arasında baş verən vətəndaş müharibəsi 1983-cü ildən bu yana davam edir. Tamil pələngləri adanın şimalında və şərqində Tamil İlam adında müstəqil dövlət qurmaq üçün mübarizəsi 2009-cu ildə hökumət qüvvələrinin zəfəri ilə nəticələndi. Ümumilikdə 1,340 kilometrlik sahil xəttini malikdir. Hindistandan Polk boğazı vasitəsilə ayrılır. Dekabr və Mart ayları arasında tropik və şimal-şərq bölgəsi musson yağışlarının təsiri altında qalan iqlimi, İyun və oktyabr ayları arasında da cənub-qərb bölgəsi musson yağışlarının təsiri altında qalır.
İvanka Tramp
İvana Mari Tramp (30 oktyabr 1981, Manhetten, Nyu-York ştatı) — amerikalı biznes ledi və 2017–2021-ci illərdə ABŞ-nin 45-ci prezidenti olan Donald Trampın böyük qızı. Atasının prezidentliyi dövründə Prezident Administrasiyasında baş məsləhətçi, həmçinin İqtisadi Təşəbbüslər və Sahibkarlıq İdarəsinin direktoru olub. O, Trampın birinci arvadı İvananın qızıdır və yəhudi əri Jared Kuşnerlə evlənməzdən əvvəl musəviliyi qəbul etmiş, Amerikanın birinci ailəsinin ilk yəhudi üzvüdür. O, ailəyə məxsus Trump Təşkilatının icraçı vitse-prezidenti idi. O, həm də atasının "The Apprentice" televiziya şousunda iclas otağının hakimi idi. O, 2017-ci ilin mart ayında Tramp Təşkilatından ayrılaraq atasının prezident administrasiyasında Jared Kushnerlə birlikdə baş məsləhətçi vəzifəsinə təyin olundu. Onun federal işçi ilə eyni məhdudiyyətlərə məruz qalmadan məxfi materiallara çıxışı olması ilə bağlı etik narahatlıqlar qaldırıldıqdan sonra Tramp könüllü olaraq "federal işçilərdən tələb olunan maliyyə açıqlaması formalarını" təqdim etməyə və eyni etika qaydalarına riayət etməyə razılıq verdi. Ağ Evdə xidmət edərkən o, 2018-ci ilin iyul ayına qədər öz geyim brendi biznesini idarə etməyə davam edirdi, bu da etik narahatlıqları, xüsusən də maraqların toqquşmasını gündəmə gətirirdi. İvanka hələ Donald Tramp administrasiyasında rəsmi işçi olmamışdan əvvəl prezidentin yaxın çevrəsinin bir hissəsi hesab olunurdu.
Vania Muets
Wanja Mues (27 dekabr 1973, Hamburq) — (3 dekabr 1973, Almaniya, Hamburq) Wanja Mues 3 dekabr 1973-cü ildə Almaniyanın Hamburq şəhərində olub. O, The Pianist (2002), The Bourne Supremacy (2004) və Unsere Hagenbecks (1991) filmləri ilə tanınan aktyor və rejissordur. 2004-cü ildən Julia ilə evlidir. Onların iki övladı var. Aktyorluq karyerasına 1983-cü ildə "Storm, der Schimmelreiter" televizor filmi ilə başlamışdır. "Storm, der Schimmelreiter" filmində uğurlu çıxışından sonra 1984-cü ildə "Jokehnen" televizor serialında çəkilir. Beləcə peşəkar karyerasının əasını qoyur. Ümumilikdə 89 film və televizor seriallarında aktyorluq edir. Ən çox səs gətirmiş və tanınmağında pay sahibi olduğu işlər isə; The Pianist (2002), The Bourne Supremacy (2004) və Unsere Hagenbecks (1991) filmləri olmuşdur. Bunlardan əlavə 1996-cı ildə çəkilən "21/2 Minuten" televizor serialında uğurlu aktyorluğu sayəsində "Grimme" mükafatına layiq görülüb.
Vanda Metropolitano
Wanda Metropolitano (UEFA-nın turnirində La Peineta və Estadio Metropolitano kimi tanınan) İspaniyanın Madrid şəhərindəki bir stadiondur. 2017–18 mövsümünün əvvəlində "Atletiko Madrid" Visente Kalderon stadionundan məhz yeni arenaya köçdü. Atletiko Madrid bütün turnirlərdə ev oyunlarını bu stadiona keçirir. Stadion, San Blas-Canillejas sahəsində Rosas rayonunda yerləşir. Stadion əvvəllər "Estadio de la Comunidad de Madrid" (Madrid Community Stadium), Estadio Olímpico de Madrid (Madrid Olimpiya Stadionu) və daha çox Estadio de La Peineta (The Comb Stadium) ləqəbi ilə tanınırdı. Adlandırma hüquqlarını Çin şirkəti olan "Wanda Qrup" əldə etmişdir. UEFA sponsorluq qaydalarına görə stadion UEFA turnirlərində Estadio Metropolitano kimi tanınır. 1990-cı illərin əvvəllərində Madrid Cəmiyyətinin İdman Şurası şəhərin 1997-ci ildə Dünya Atletizm Çempionatına ev sahibliyi etməsini təklif etdi və Madridin şərqindəki Olimpiya stadionuna M-40 avtomobil yolunun yanında inşa etməyə başladı. Yeni stadionun tikintisi 1990-cı ildə başlamış və Kruz Ortiz tərəfindən təklif olunan bir dizayn əsasında qurulmuşdur. 1993-cü ildə tamamlanmış və açılış mərasimi 1994-cü ilin sentyabr ayında baş tutmuşdur.
Vanda Pignato
Vanda Pignato (16 fevral 1963, San Paulo) — Salvadorun birinci xanımı Vanda Guiomar Pignato 2009-cu ildə ölkənin birinci xanımı olub. 1953-cü il təvəllüdlü Vanda Pignato San-Paulo ştatında İtaliya əsilli bir ailədə anadan olub. 1980-ci illərdə o, "Mogi Das Kruzes" universitetin hüquq fakültəsində təhsil alıb. 2006-cı ildə San-Paulo şəhəri onu bölgədə insan hüquqları müdafiəsinə və Braziliya mədəniyyətini Mərkəzi Amerikada təşviq etdiyinə görə medal və mükafatlarla təltif edib, Salvador Konqresi isə ona "Salvadorun layiqli dostu" mükafatını verib. .
Vanda Yuknayte
Vanda Yuknayte (lit. Vanda Juknaitė; 28 noyabr 1949 və ya 1949) — Litva yazıçısı (nəsr yazıçısı, dramaturq). Vanda Yuknayte 1949-cu ildə Rokişkis rayonunun Papilyay kəndində anadan olub. Vilnüs Universitetində Litva filologiyası üzrə təhsil almışdır, sonra Klaypeda Konservatoriyasında, 1975-ci ildən isə Pedaqoji Elmlər Universitetində müəllimə idi. Sosial pedaqogika ilə də məşğul olurdu, kimsəsiz və əlil uşaqlar ilə işləyirdi. Adı "Kürən tülkü" (lit. Ugniaspalvė lapė) olan Yuknaytenin ilk kitabı 1983-cü ildə çap edildi. Onun ən əlamətdar əsərlərindən biri ilk dəfə 2002-ci ildə nəşr olunan "Mən təslim oluram. Səs: esselər, söhbətlər" (lit. Išsiduosi.
Vanda gölü
Vanda gölü — Antarktidanın Viktoriya Torpağı ərazisində, Rayt vadisində yerləşən göl. Gölə Oniks çayı tökülür. Gölün uzunluğu 5 km, maksimal dərinliyi 69 metr təşkil edir. Yeni Zelandiyaya məxsus Vanda stansiyası gölün sahilində 1968-ci ildən 1995-ci ilə qədər fəaliyyət göstərmişdir. Göl duzludur. Onun suyu dəniz suyundan on dəfələrlə duzludur. Hətta Ölü dənizini dəfələrlə üstələyir. Ola bilsin ki, dünyanın ən duzlu gölü olan Assal gölünü belə üstələyir. Suyunun temperaturunda təbəqələşmə müşahidə edilir. Alt təbəqədə 23 °C, orta təbəqədə temperatur 7 °C, üst təbəqədə 3–4 °C. Transantarktik dağları cərgəsində olan çoxlu sayda olan duzlu göllərdən biridir.
Vania Fernandes
Vânia Fernandes (d. 1985) — Portuqaliya musiqiçi. Serbiyanın paytaxtı Belqradda keçirilmiş 2008 Avroviziya Mahnı Müsabiqəsində Portuqaliyanı təmsil edib.
Vanna (müğənni)
Ivana Vrdoljak-Vanna (1 sentyabr 1970, Kоprivniçа) – daha çox səhnə adı ilə tanınan Vanna, xorvat pop müğənnisidir.
Astana
Astana (qaz. Astana, Астана; 1961-ci ilə qədər Aqmolinsk, 1961–1992-ci illərdə Selinoqrad, 1992–1998-ci illərdə Aqmola (Qazax dilindən tərcümədə "Ağ Qəbir"), 1998–2019-cu illərdə Astana (Qazax dilindən tərcümədə "Paytaxt"), 2019–2022-ci illərdə Nur-Sultan (Qazaxıstanın 1-ci prezidenti Nursultan Nazarbayevin şərəfinə) — Qazaxıstanın paytaxtı. Şəhər XIX əsrin 30-cu illərində İşim çayının sahilində salınıb. Əsası 1830-cu ildə qala kimi qoyulmuş, 1832-ci ildən isə şəhərdir. Burada 100-dən çox millətin nümayəndəsi yaşayır. İqlim kontinentaldır. Belə ki yayda həddindən artıq isti, qışda isə uzunmüddətli şaxtalı günlər müşayiət olunur. 1997-ci ilin dekabr ayının 10-dan Qazaxıstanın paytaxtıdır. Adı bir neçə dəfə dəyişdirilib. Belə ki, 1830-dan 1961-ə kimi Aqmolinsk, 1961-dən 1992-ə kimi Çelinoqrad, 1992-dən 1998-ə kimi isə Aqmola adlandırılmışdır.
Stanak
Stanak (həmçinin sabor, serb-xorv. Stanak, sabor ) — orta əsrlər Bosniyasında hökumətin ən yüksək məsləhət orqanı. Stanakda dövlətin həyatındakı ən vacib məsələlərə dair qərarlar verdilər: hökmdar seçirdilər, müharibə və sülh məsələlərinə və baştınların paylanmasına qərar verirdilər . Bosniya dövlət məclisinin mənasında ilk dəfə stanak termini 1354-cü ildən bəri Ban Tvrtko nizamnaməsində istifadə edildi. Bu termin Dubrovnikin yazılı mənbələrində də istifadə edilmişdir ( lat. , it. stanicho, stanach, stanagh, stanaz ). Xarici sənədlərdə buna zbor ( sborro, sborrum ) deyilirdi. Bosniya zadəganlarına və hökmdarlarına ünvanlanan sənədlərdə, Bosniya hökmdarı və ya stanak mənasını verən "bütün Bosniya" ifadəsi tez-tez istifadə olunurdu. "Bütün Bosniya Rusağı" ifadəsi ( serb-xorv.
Stavka
Stavka (rus. Ставка) - Rusiya imperiyasının (Birinci dünya müharibəsi) və SSRİ-nin (İkinci dünya müharibəsi) ümumi qərargahı. İkinci dünya müharibəsində, 23 iyun 1941-də Sovet Xalq Komissarlığı Şurası və Partiya Mərkəzi Komitəsinin əmri ilə Yüksək Sovet Hərbi Assambleya Təşkilatı oldu. Bu assambleyada Xalq Müdafiəsi Komissarı general Georgi Jukov, İosif Stalin, Vyaçeslav Molotov, marşal Kliment Voroşilov, marşal Semyon Budyonnı və xalq komissarı (narkom) və admiral Nikolay Gerasimoviç Kuznetsov vardı. Stavka Sovet Silahlı Qüvvələrinin bütün fəaliyyətlərini idarə edirdi, lakin bu idarə dövlət müdafiə komitəsinin göstlərişləri çərçivəsində gedirdi. Stavka ilə cəbhədə döyüşən komandirlər arasındakı əməkdaşlıq və əlaqə komandirlərin Stavkaya çağırılaraq məlumat verilməsi surətiylə reallaşırdı. Həmçinin, bu əlaqə bəzən assambleya təmsilçilərinin də şəxsən cəbhələrə gedərək yoxlanış və əməkdaşlıq etmələri ilə də təmin edilirdi.
Uşanka
Uşanka (rus. уша́нка) — rus papağı və ya qulaq papağı, rusların istifadə etdiyi xüsusi bir papaq növüdür. O, həm də hərbi formanın vacib hissəsidir. Soyuq havalarda baş, qulaq, boyun nahiyələrini qoruyur və isti saxlayır. Onlar xəzdən hazırlanır və soyuq bölgələrdə geniş istifadə olunur.
Onoto Vatanna
Vinnifred İton (ing. Winnifred Eaton; 21 avqust 1875 və ya 1877, Monreal, Kvebek – 8 aprel 1954) – Kanada yazıçısı. O, çinəsilli olmasına və heç vaxt Yaponiyada olmamasına baxmayaraq, yaponmənşəli Onoto Vatanna təxəllüsü ilə tanınmış və Yaponiya mövzusunda əsərlər yazmışdır. İton ədəbi karyerası boyunca 16 roman, eləcə də, yüzlərlə hekayə və məqalə yazmışdır. Onun 1899-cu ildə nəşr olunan "Yaponiyalı Nume xanım" adlı romanı Asiya mənşəli müəllifə məxsus olan ilk ABŞ romanı olmuşdur. Kalqari Universitetinin Riv Teatrı onun şərəfinə adlandırılmışdır. Vinnifredin atası Edvard İton ingilis tacir və rəssam idi, anası Qreys Trefusis isə çinli idi. Evard və Qreys Şanxayda tanış olmuş, İngiltərə və ABŞ-də yaşadıqdan sonra 1872-ci ildə Kanadanın Monreal şəhərinə köçmüşdürlər. Vinnifred 14 uşaqlı ailənin səkkizinci uşağı olmuşdur. İton uşaq yaşlarından etibarən ədəbiyyata maraq göstərməyə başlamışdır.
Vyara Vataşka
Vyara Vataşka (20 fevral 1980) — Bolqarıstanı təmsil edən bədii gimnast. Vyara Vataşka Bolqarıstanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində gümüş medalın sahibi olub.