Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Veto
Veto — (lat.- veto — qadağan edirəm) == Haqqında == Veto — müasir dövlətlərdə hər hansı hakimiyyət orqanlarının qərarını dayandıran və ya onun qüvvəyə minməsinə yol verməyən hüquqi aktdır. Mütləq və nisbi vetolar fərqləndirilir. Dövlət başçısının parlament tərəfindən qəbul edilmiş qanunu dayandırmaq hüququ olduğu halda o, mütləq veto, dövlət başçısı qanunun qüvvəyə minməsini dayandırdıqda o, nisbi veto sayılır. Bu zaman parlamentə ikinci dəfə səs verməklə bu qanunu qəbul etməyə icazə verilir. Azərbaycan Respublikası Konstitusiyasının 110-cu maddəsində də bu hal öz hüquqi əksini tapmışdır. Müasir dövrdə veto anlayışının digər bir izahı hər hansı bir qanunun qəbul edilməsinə maneçilik törədən yekdilliyin olmamasıdır. (Məsələn, BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvünün veto hüququ vardır). Qədim Romada respublika dövründə xalq tribunları veto hüququndan istifadə etmək hüququna malik idilər. Onlar Roma senatının və ya konsulların plebeylərin mənafeyinə aid hər hansı bir qanununu qadağan edə bilərdilər. Qanunun fəaliyyətini dayandırmaq üçün xalq tribununun veto deməsi kifayət idi.
Mətə-mətə
Mətə-mətə - Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər fəsillərdə əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. == Ümumi məlumat == Bəzən bu oyunu "Mətə qorudu"də adlandırırlar. == Oyunun qaydaları == Bir neçə uşaq bir yerə cəm olub sanama üsulu ilə "işçi" seçirlər. İşçi seçildikdən sonra düzəngah bir yerdə 15-20 sm dərinlikdə, 12-18 sm diametirlikdə mətə (çala) qazılır. Mətənin ətrafında mətədən 1 metr radiusda dairə cızılır. Çəkilmiş cızıq üzərində oyunçuların (işçidən başqa) sayına uyğun bir-birindən eyni məsafədə aralı, diametri 25 sm olan dairələr cızılır. Mətədən ən azı 3-4 metr aralıda isə işçi üçün diametri 25 sm-lik dairə cızılır. Oyunçuların (işçidən başqa) sayına uyğun bir ucu əyri dəyənək və işçi üçün 5-7 sm uzunluğunda çilik (taxta və ya ağac parçası) düzəldilir. Bundan sonra oyun başlayır. Oyunçular ağaclarını götürüb mətə ətrafında öz yerlərini (cızılmış dairəyə bir ayağnı qoymaq) tutur.
Beta
Beta (ß) — yunan əlifbasının ikinci hərfi, elektron şüalanmasının adı. Alfadan sonra, qammadan əvvəl gələn hərfdir.
FETÖ
Gülənçilik (türk. Gülen hareketi) və ya "Gülən camaatı" (türk. Gülen cemaati) və ya "Xidmət hərəkatı" (türk. Hizmet hareketi) — fəaliyyətini Türkiyə və digər ölkələrdə həyata keçirən dini-ideoloji cərəyan. == Tarixi == Gülənçilik Fətullah Gülənin başçılığı ilə 1960-cı ilin sonlarında Türkiyə Respublikasının İzmir şəhərində ortaya çıxmış, sonradan fəaliyyətlərini bütün Türkiyə ərazisində və bir sıra digər ölkələrdə həyata keçirməyə başlamışlar. Gülənçilər klassik nurçuluq içərisində meydana çıxsa da, daha sonra onlardan ayrılmış bir qoldur. Bəzən neo-nurçu cərəyanı kimi də tanınırlar. Türkiyədə baş vermiş 15 iyul hadisələrindən sonra 65-ci Türkiyə hakimiyyəti tərəfindən terror təşkilatı (Fəthullahçı terror örgütü - FETÖ) olaraq elan edilmişdir. == Mahiyyəti == Fətullah Gülən klassik nurçuların içində yetişməsinə baxmayaraq, özünü nurçu adlandırmır və bu addan da narahatlığını gizlətmir. Eyni zamanda, onun camaatı özünü "Xidmət hərəkatı" kimi təqdim edir, Səid Nursinin əsərlərindən daha çox "xoca əfəndi" adlandırdıqları Fətullah Gülənin kitablarını oxuyurlar.
Feta
Feta (yun. Φέτα — dilim, hissə) — Yunan pendiri, keçi südünün əlavə olunduğu qoyun südündən hazırlanmış ənənəvi ağ yunan pendiri. Duzlu pendir növüdür. Brınza pendiri kimi Feta pendiridə Azərbaycanda "Ağ Pendir" kimi tanınır. == Tarixi == Yunanıstanda qoyun və ya keçi südündən pendir hazırlanmasına aid sənədlər, eramızdan əvvəl 8-ci əsrə aiddir. Bizans dövründə prósphatos (Yunanca: πρόσφατος "son" və ya "təzə") adı altında qeydə alınmış və kiritlilər və fessallilər tərəfindən hazırlanmışdır. XV əsrin sonlarında Kandiyaya gələn İtalyan qonaq Pyetro Kasola burda feta pendirinin ticarətini və duzlu suda saxlaması haqqında məlumat verib. == Hazırlanması == Pendirin yaşlanma müddəti ən azı 3 aydır. Yağ tərkibi% 30 ilə% 60 arasındadır. Oxşar pendirlər Cənub-Şərqi Avropada — Yunanıstan, Bolqarıstan, Serbiya, Bosniya, Xorvatiya, Rumıniya, Aralıq dənizi ölkələrində, Orta Şərqdə — Türkiyə, İsrail və Misirdə (əsasən inək südündən hazırlanır) hazırlanır.
Fetq
Yırtıq (ing. Hernia) ― toxumanın və ya bir orqanın normal yerləşdiyi boşluğun divarından anormal formada bayıra çıxması halı.
FƏTH
Əl-Fətih (Hərəkat əl-Tahrir əl-Vətəni əl-Fələstini, Fələstin Milli Qurtuluş Hərəkatı), Yasər Ərafatın öndərliyində 1959-da qurulan Fələstin mənşəli müqavimət təşkilatı və Fələstin Milli Rəhbərliyindəki iqtidar partiyası. 1968-ci ildəki Karaməh müqavimətiylə önə çıxan və Fələstin Qurtuluş Təşkilatı içində təsirli olan təşkilatdır. El-Fətihin içindən 1971-də Əbu Əli Əyadın öldürülməsi üzərinə qopan Qara Sentyabr adındakı qrup, 1972-ci ildə edilən Münhendə keçirilən Olimpiada Oyunlarında əsir götürdükləri 11 İsrailli idmançı Almaniyanın səhv əməliyyatı əsnasında ölmüşdür.
Geta
Aşağı Güləver — Gürcüstan Respublikasının Bolnisi rayonunda kənd. == Tarixi == == Mədəniyyəti == Yuxarı Güləverdə ilk məktəb 1930-cu ildə yaradılıb. Hazırda Yuxarı Güləverdə bir baza məktəbi, Aşağı Güləverdə bir orta məktəb var. == Coğrafiyası və iqlimi == Güləver kəndi Gədi çayının sol sahilində, rayon mərkəzindən 17 km qərbdə, dəniz səviyyəsindən 810 m hündürlükdə yerləşir. Bulqarların Qıpçaq tirəsi Kollarla, Alban tayfası Kellərlə, Qıpçaq-Qarapapaqlar içindəki Kul tayfası ilə bağlılığını düşünmək mümkündür. Kənd iki yerə bölünür: Yuxarı Güləver (Cipor) və Aşağı Güləver (Gədi-Qeta). == Əhalisi == 1870-ci ildə Yuxarı Güləverdə 7 ailədə 47 nəfər, Aşağı Güləverdə 7 ailədə 47 nəfər, 1918-ci ildə Yuxarı Güləverdə 155 nəfər, Aşağı Güləverdə 218 nəfər, 1926-cı ildə Yuxarı Güləverdə 39 ailədə 231 nəfər, Aşağı Güləverdə 28 ailədə 153 nəfər, 2002-ci ildə Yuxarı Güləverdə 117 ailədə 522 nəfər, Aşağı Güləverdə 173 ailədə 698 nəfər, 2006-cı ildə Yuxarı Güləverdə 117 ailədə 500 nəfər, Aşağı Güləverdə 150 ailədə 781 nəfər.
IETF
IETF(Internet Engineering Task Force; azərb. İnternet mühəndisliyi üzrə xüsusi komissiya‎) – İnternetin arxitekturası və protokolların inkişafı ilə məşğul olan layihəçilərin, şəbəkə operatorlarının və provayderlərin açıq beynəlxalq cəmiyyəti. 1986-cı ildə IAB (Internet Architecture Board) tərəfindən yaradılıb. Bütün texniki işlər IETF-in konkret mövzularla (məsələn, marşrutlama, verilənlərin nəqli, təhlükəsizlik və s. məsələlərlə) məşğul olan işçi qruplarında həyata keçirilir. Əsas işlər poçt göndərişləri vasitəsilə aparılır, ancaq ildə üç dəfə IETF-in toplantısı keçirilir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Keta
Keta (lat. Oncorhynchus keta) — Qızılbalıqkimilər dəstəsindən balıq növü. Sakit okean sümüklüsü fəsiləsinə daxil olan növlər arasında Qorbuşadan sonra ən tez böyüyən və geniş arealda yayılmış balıqdır. Qiymətli sənaye balığı sayılır. == Təsviri == İndiyənə kimi qeydə alınmış ən uzun balıq 100 sm uzunluğa və 15,9 kq çəkiyə sahib olmuşdur. Ömür müddəti 7 ildir. Digər məlumata əsasən Alyaskada 109 sm uzunluğa və 20,8 kq çəkiyə sahib balıqlar aşkarlanmışdır. == Areal == Bu balıqlar Sakit okean qızılbalıqları arasında ən böyük aereala malik olanlarıdır. Şimal Buzlu okeanda onlar Kolıma, İndigirka, Yana və Lena çaylarına girirlər. Kamçatka, Saxalin, Kuril adaları, Kanadada Makkenzi çayı, Kaliforniyada Monterey körfəzində yayılmışdır.
Kətə
Kətə və ya Əhər şirnisi — Şərqi Anadolu və Cənubi Azərbaycan mətbəxlərinə xas, bir növ xəmir işidir. Edilən bölgəyə görə fərqliliklər göstərməkdədir. Ərzurum da edilən açma Kətə un, yağ, duz, bir az şəkər, yaş maya və su ilə yoğurulduqdan sonra bir saat qədər gözlədilməsi və dinlən/istirahət edən xəmirdən alınan bezələrin oxlov köməyi ilə orta incəlikdə bir kövrək halında açılaraq, üzərinə əridilmiş marqarinin sürtülməsi və rulo halında sarılıb, kiçik parçalara kəsilməsi, daha sonra kəsilən bu parçaların iki dənəsi birləşdirilmək şərtiylə arasına istəyə görə qoz, un qovurması, pendir (istənsə şokolad) qoyulması və çox xəmirlə oynamadan yağlanılmış nimçəyə qoyularaq yüksək nizamlı sobaya verilərək bişirilməsi şəklində edilməkdədir. Kayseri kimi fərqli bölgələrdə içi boş və daha sərt şəkildə edilməkdədir. Posofda isə halvalı (içli Kətə) olaraq növləri vardır.
Meta
Meta — soyad. Ermal Meta — Alban mənşəli İtaliya müğənnisi və bəstəkarı. İlir Meta — alban siyasətçi.
Metr
Metr ( q.yun. μέτρον — ölçü; işarəsi: m) — BS-də uzunluq vahidi. 1 metr işığın vakuumda 1 299 792 458 {\displaystyle {\frac {1}{299\,792\,458}}} 1 saniyə müddətində qət etdiyi yolun uzunluğudur. 1m = 1000000mkm = 1000mm = 100 sm = 10 dm =39,37in (39,37007874015748dyüm) = 3,28in(3,280839895013123) Metrdən ilk dəfə XVIII əsrdə Fransada istifadə olunmağa başlamışdır.
Mets
Mets (fr. Metz) — Fransa Respublikasında Lotaringiya bölgəsində respublika tabeli şəhər. == Tarix == Bir çox orta əsrlərə aid və 15–16-cı illərə aid olan "Alman qapıları" bu ərazidə yerləşir. 511-ci ildə "Avstraziya"nın paytaxtı olmuşdur. 1871–1919-cu illərdə Almaniya imperiyasının idarəsi altında olub. == İqtisadiyyat == Heyvandarlıq, kağız, ayaqqabı, silah mərkəzləri şəhərin əsas iqtisadi strukturunu təşkil edir.
Mətn
Mətn (lat. textus "parça; hörülmə, əlaqə, uyğungəlmə") — bir qrup cümlənin uyğun halda və məntiqli əlaqəsi. “Mətn” anlayışının iki əsas şərhi var: immanent (genişlənmiş, fəlsəfi yüklü) və reprezentativ (daha özəl). İmmanent yanaşma mətnə ​​muxtar reallıq kimi münasibəti, onun daxili strukturunun açılmasına diqqəti nəzərdə tutur. Nümayəndə - mətnin mətnin xarici reallığı haqqında məlumatın təqdim edilməsinin xüsusi forması kimi nəzərdən keçirilməsi. Dilçilikdə “mətn” termini şifahi nitq nümunələri də daxil olmaqla geniş mənada işlənir. Mətn qavrayışı mətn dilçiliyi və psixolinqvistika çərçivəsində öyrənilir. Beləliklə, məsələn, I. R. Qalperin mətni belə müəyyənləşdirir: “Bu, yazılı sənəd şəklində obyektivləşdirilmiş, müxtəlif növ leksik, qrammatik və məntiqi əlaqələrlə birləşən bir sıra ifadələrdən ibarət, müəyyən bir xüsusiyyətə malik olan yazılı bir mesajdır. mənəvi xarakter, praqmatik münasibət və buna uyğun olaraq ədəbi işlənmişdir". Mətn oxuyan zaman hər bir hərf beyinə ayrıca siqnal vahidi kimi göndərilir.
Neto
Neto (Tam adı: Norberto Murara Neto, (port. Norberto Murara Neto) — "Barselona" klubunun braziliyalı qapıçısı, Braziliya yığmasının üzvü. == Klub karyerası == Neto karyerasına Kruzeyro gənclər komandasında başladı, lakin bir il sonra ilk peşəkar müqaviləsini imzaladığı Atletiko Paranenseyə keçdi. Birinci komanda üçün Neto 17 Avqust 2009-cu ildə Gremio Barueri ilə debüt etdi və ilk matçındda gənc qapıçı qol buraxmadı, komandası isə qalib gəldi (3:0). 2009-cu ildə Neto, Botafoqoya qarşı Atletiko bazasında başqa bir oyun keçirdi və yenə də gənc braziliyalı qapısını toxunulmaz saxlaya bildi. 2010-cu ildə Neto Atletiko Paranensenin əsas qapıçısı oldu və onun üçün 34 matç keçirdi.
Rətl
Rətl— çəki ölçü vahidi. == Ümumi məlumat == Adına tibbi və digər mənbələrdə rast gəlinən, lakin məişətdə az işlənən kiçik çəki vahidlərindən biri də rətldir. Rətl 40,6 q-a bərabər olmuşdur. == Mənbə == Azərbaycan etnoqrafiyası, Bakı-2007, "Şərq-Qərb" nəşriyyatı. Üç cilddə. III cild. səh. 464.
Səth
Səth — həndəsənin əsas anlayışlarından biri. Bu anlayış cismin sərhədi və ya hərəkət edən xəttin izi kimi sadə təsəvvürlərin riyazi mücərrədləşməsidir. Səthin sadə hissəsi üçölçülü fəzanın elə D {\displaystyle D} çoxluğudur ki, o, E 2 {\displaystyle E^{2}} kvadratı ilə homeomorfdur. D {\displaystyle D} və E 2 {\displaystyle E^{2}} çoxluqları arasında homeomorfluq <center x = x ( u , v ) , y = y ( u , v ) , z = z ( u , v ) {\displaystyle x=x(u,v),y=y(u,v),z=z(u,v)} funksiyaları ilə verilir. Burada u , v {\displaystyle u,v} E 2 {\displaystyle E^{2}} kvadratının daxili nöqtələrinin koordinatları, x , y , z {\displaystyle x,y,z} isə ( u , v ) {\displaystyle (u,v)} -yə uyğun nöqtənin koordinatlarıdır. u {\displaystyle u} və v {\displaystyle v} ədədlərini D {\displaystyle D} çoxluğunda əyrixətli koordinatlar adlandırırlar. Səthin sadə hissəsi ilə müqayisədə düzgün səth daha ümumi anlayışdır. Düzgün səth fəzanın elə nöqtələri çoxluğudur ki, bu çoxluqda hər bir nöqtənin kiçik ətrafı səthin sadə hissəsi olsun. Bu tərif üçölçülü fəzada ikiölçülü həndəsi obrazların tərifi ilə eynidir. Bu tərifi də, məsələn, kənarı olan səth ödəmir.
Teti
Teti (e. ə. XXIV əsr – təq. e.ə. 2300) — Köhnə Padşahlıqnın VI sülalənin ilk hökmdarı.Təxminən e.ə 2347-2337 illər aralığında hökmdarlıq etmişdir. == Adları və ünvanları == Şəxsi ad: Teti Horus adı: Hr Sehetep Tavi Nebti adı: Sehetep Nebti Qızıl Horus: Hr nebu sema Yunan dilində adı: Othoes == Sülalə == Teti, kralın anası Seşeşetin oğludur.
Têtu
Têtu (fr. inadkar) — fransız aylıq, homoseksual auditoriyaya nəzərdə tutulmuş brend jurnal. Fransada buraxılan jurnallar içərisində ən oxunulan və ən populyarlardan biridir. Aylıq tiraj 2009-cu ildə 40 000 nüsxə oldu. Jurnal, 1995-ci ildə, iyul ayında Paskal Lube və Didye Leystreyd tərəfindən təsis edilmişdi. 2009-cu ildə jurnalın rəsmi 2 veb saytı açılmışdı: tetu.com homoseksuallar üçün və tetue.com lesbiyanlar üçün. 2013-cü ilin yanvar ayında, Têtu jurnalını Prezident Fransua Ollandın yaxın dostu Jan-Jak Ojye adlı biznesmen 1 avroya almışdı. «Haffinqton Post»un məlumatına əsasən jurnal 2013-cü ilə əsasən ildə yarım milyon avro itki gətirir.
Qətl
Adamöldürmə — "Öldürmə" anlayışı insanın həyatı və ölümü ilə ayrılmaz surətdə bağlıdır. Məlum olduğu kimi, insanın həyatı bioloji baxımdan maddələr mübadiləsi, qidalanma və ifrazatdan ibarətdir. Qeyd edilən funksiyanın bitməsi ilə insan həyatı da sona çatır. Bioloji mənada insan həyatı anlayışının verilməsinin insan həyatının sərhəddini müəyyən etmək üçün əhəmiyyəti vardır. Həyat doğum prosesi ilə başlayır. Həyatın təbii və labüd sonu orqanizmin qocalması nəticəsində fizioloji ölüm hesab edilir. ==== Ölümün baş vermə anı ==== Ölümün baş vermə anı haqqında məsələ tibbi ədəbiyyatda mübahisəlidir. Müəlliflərin bir qisminin fikrincə, insanda ürək döyüntüsünün və tənəffüsün dayanması anından ölüm baş verir. Başqa qrup müəlliflərin fikrincə, ürəyin döyünməsini həyatın mövcudluğunu mütləq təsdiq edən dəlil hesab etmək olmaz, lakin beyində və mərkəzi əsəb sistemində üzvi dəyişikliyin baş verməsi hamılıqla mübahisəsiz həyatın sonu kimi qəbul edilir. Belə dəyişiklik gedənə qədər baş verən ölüm insanın klinik ölümü hesab edilir.
Aqostinyo Neto
Aqostinyo Neto (Antonio Aqostinho Neto; 17 sentyabr 1922[…] – 10 sentyabr 1979[…], Moskva, SSRİ) — Anqolanın məşhur şairi, Afrika milli azadlıq hərakatı xadimi, Anqolanın ilk dövlət başçısı (1975-1979). Ölkəsinin qurtuluş savaşına öndərlik edən lider. Ad günü Anqolada Milli Qəhrəmanlar Günü olaraq qeyd edilir. == Həyatı == Aqostinyo Neto 17 sentyabr 1922-ci ildə Anqolanın Luanda əyalətinin Kakikan kəndində anadan olub. Luandada lisey təhsili almışdır. 1954-cü ildə Portuqaliyada Lissabon Coimbra Universitetinin tibb fakültəsinə daxil olmuş, təhsilini 1958-ci ildə bitirmişdir. 1959-cu ildə ölkəsinə dönərək bir müddət doğulduğu şəhərdə həkimlik etmişdir. Anqola xalqının milli azadlıq mübarizəsində fəal iştirakına görə dəfələrlə həbs edilmişdir. 1955-ci ildə həbsxanada olarkən Anqolanın Azadlığı Uğrunda Xalq Hərakatı (MPLA, 1956) partiyasının yaradılmasına rəhbərlik etmişdir. 1959-cu ildə ölkəsinə qayıtmış lakin 1960-cı ildə yenidən iki il müddətinə həbs edilmişdir.
Autenik mətn
Autenik mətn — Hansısa bir sənədin orijinal mətni. Beynəlxalq hüquqda beynəlxalq müqavilənin mətninin qəbul olunmasına prosesi autenik mətnin müəyyən edilməsi adlanır.
Avet Avetisyan
Avet Markosoviç Avetisyan (rus. Аве́т Маркосо́вич Аветися́н; əsl soyadı Voskanyan; 12 (24) noyabr 1897, Tiflis – 29 mart 1971, İrəvan) — Ermənistan-sovet aktyoru, SSRİ xalq artisti. == Həyatı == Avet Markosoviç Avetisyan 25 noyabr 1897-ci ildə Rusiya imperiyasının bir hissəsi olan Tiflis şəhərində anadan olmuşdur. O, 1922-ci ildən İrəvanda yerləşən Qabriel Sundukyan adına teatrın yaradıcılarından olmuşdur. Avetisyanın yaratdığı obrazlarda milli xüsusiyyətlər və yumor güclüdür. Əsas rolları: Zambaxov ("Xatabala", Qabriel Sundukyan), Saqatel ("Şərəf naminə", Aleksandr Şirvanzadə), Balabəy ("Təcrübə tarlası", Nairi Zaryan), Kuligin ("Tufan", Aleksandr Ostrovski), Dostiqayev ("Dostiqayev və başqaları", Maksim Qorki). 1926-cı ildən kinoya çəkilmişdir ("Pepo", "Zəngəzur" və s.). O, 1942-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü. Avetisyan 29 mart 1971-ci ildə Ermənistan SSR-nin paytaxtı İrəvan şəhərində vəfat etmişdir. == Təltif və mükafatlar == Avet Avetisyan 1941-ci ildə SSRİ Dövlət mükafatına, 1962-ci ildə isə SSRİ xalq artisti adına layiq görülmüşdür.
Bett Deyvis
Bett Deyvis (ing. Bette Davis, Betti Deyvis, tam adı Rut Elizabet Deyvis, ing. Ruth Elizabeth Davis; 5 aprel 1908[…], Louell[d], Massaçusets – 6 oktyabr 1989[…], Nöyi-sür-Sen, Fransa) — amerikalı aktrisadır.