Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Henri Volles
Henri Volles (7 oktyabr 1888[…] – 18 noyabr 1965[…], Danberi[d]) — ABŞ-lı siyasətçi. Amerika Birləşmiş Ştatlarının 33-cü vitse-prezidenti.
Nattinq Volles
Nattinq Volles (17 noyabr 1861 - 19 iyul 1941) — Amerika Birləşmiş Ştatlarının dövlət katibi, eyni zamanda fotoqraf və rəssam. Onun atmosfer fotoşəkilləri Kolonial intibah memarlığı üslubunu canlandırmağa kömək etmişdir. == Həyatı == Albion və Elizabet Nattinqin ikinci övladı olan Nattinq Volles Massaçusets ştatının Rokbotom şəhərində 17 noyabr 1861-ci ildə anadan olmuşdur. Atası vətəndaş müharibəsində şəhid olmuşdur. Aile 1969-cu ildə İngiltərədən gələn və Massaçusets ştatının Qroton şəhərinə basqın zamanı hindular tərəfindən öldürülən Con Nattinqin nəslindəndir. Hindlilər Con Nattinqin başını kəsmiş və başqalarının ərazidə yerləşməsinə mane olamaq üçün onu dirəyə qoymuşdular. == Təhsil və şəxsi həyatı == Nattinq Volles Men ştatının Aqasta şəhərində orta məktəbi bitirib. Ekster Fillips Akademiyasında, Harvard Universitetində, Hartford İlahiyyat seminariyasında və Birlik İlahiyyat seminariyasında oxumuşdur. Harvard Universitetini 1887-ci ildə bitirmişdir. Nattinq 1893-cü ildə Vitman kollecindən ilahiyyat doktoru dərəcəsi qazanmışdır.
Vilyam Volles
Vilyam Volles (ing. Sir William Wallace; 3 aprel 1270 – 23 avqust 1305) — kral I Edvarın dövründə İngiltərəyə qarşı aparılan mübarizədə xalqa öndərlik edən şotland cəngavər. Şotlandiyanın ən böyük milli qəhrəmanlarından biri olan Vilyam Volles ölkənin ingilis asılılığından xilas olması üçün aparılan mübarizənin ilk illərində Şotland müqavimət qüvvələrinə rəhbərlik etmişdi. Tarixçilər Vilyam Vollesi soylu nəsildən gələn Robert Bryus kimi zadəganlara zidd şəxsiyyətlərdən biri hesab edirlər. Bəzi tarixçilər Vilyam Vollesin 1270-ci ildə anadan olduğunu iddia edir. XVI əsrə aid olan Vilyam Vollesin tarixi və şotland hadisələri (ing. History of William Wallace and Scottish Affairs) kitabında isə 1276-cı ildə anadan olduğu yazılmışdır. Dəqiq sübutlar olmadığı üçün Vilyam Vollesin doğum yeri və tarixi mübahisəlidir. Tarixi mənbələrə görə onun doğum yeri Renfevşirdəki Peysli yaxınlığındakı Eldirslidir. Buna baxmayaraq bəzi bioqraflar Vilyam Vollesin doğum yerinin Eyrşirdəki Kilmernok yaxınlığında olduğunu qeyd etmişlər.
Volles Hartli
Volles Henri Hartli (ing. Wallace Henry Hartley; 2 iyun 1878 – 15 aprel 1912) — Titanik gəmisinin musiqi qrupunun skripkaçısı və rəhbəri. O, gəminin 15 aprel 1912-ci ildə batması zamanı sona qədər musiqi parçaları ifa edən səkkiz nəfərlik qrupa rəhbərliyi ilə şöhrət tapmışdır. Hartli elə həmin gecə gəminin batması ilə həlak olmuşdur.
Volles xətti
Volles xətti—Volles xətti 1859-cu ildə İngilis təbiətşünası Alfred Russel Volles tərəfindən çəkilmiş və ingilis bioloqu Tomas Henry Huxley tərəfindən adlandırılmış və Asiya ilə Avstraliya arasında keçid zonası olan Asiya və Volles biocoğrafi aləmlərini ayıran fauna sərhəd xəttidir. Xəttin qərbində Asiya növlərinə aid orqanizmlərə rast gəlinir; şərqdə Asiya və Avstraliya mənşəli növlərin qarışığı mövcuddur. Volles XIX əsrdə Şərqi Hindistana səyahətləri zamanı bu aydın bölünməni fərq etdi. Xətt İndoneziyadan, Borneo və Sulavesi (Celebes) arasında və Bali ilə Lombok arasındakı Lombok boğazından keçir. Bali və Lombok arasındakı məsafə kiçikdir, təxminən 35 kilometr (22 mil). Bir çox quş növlərinin paylanması xətti müşahidə edir, çünki bir çox quş açıq okean suyunun ən qısa hissələrini belə keçmir. Bəzi yarasaların xətti keçən paylamaları var, lakin daha böyük yerüstü məməlilər ümumiyyətlə bu və ya digər tərəflə məhdudlaşır; istisnalara Sulavesidəki makakalar, donuzlar və tarsierlər daxildir. Digər bitki və heyvan qrupları fərqli naxışlar nümayiş etdirir, lakin ümumi nümunə diqqəti cəlb edir və kifayət qədər ardıcıldır. Flora fauna ilə eyni dərəcədə Wallace xəttini izləmir. Xətti keçməyən bitkilərin bir cinsi, təbii olaraq Filippinin Mindanao adasında baş verən bir növ, Eucalyptus deglupta istisna olmaqla, Avstraliya cinsi Evkaliptdir.
Karden Volles
Karden Kri Uolles (ing. Carden Crea Wallace; 1946) — Avstraliya bioloqu. O, 1987–2003 -cü illərdə Kvinslend Tropik Muzeyinin kuratoru və direktoru olmuşdur. Uolles mərcanlar üzrə mütəxəssisdir, 1984-cü ildə mərcanların reproduktiv sinxroniyasını kəşf edən komandanın bir üzvü olmuşdur. == Həyatı == Karden Uolles 1970-ci ildə Kvinslend Universitetini təbiətşünaslıq üzrə birinci dərəcə ilə bitirmişdir. Uolles 1970–1976-cı illərdə Kvinslend Muzeyində aşağı onurğalılar şöbəsinin kuratoru olmuşdur. O, doktorluq dissertasiyasını 1979-cu ildə Kvinslend Universitetində müdafiə etmişdir. Uolles bir müddət Avstraliya Dəniz Elmləri İnstitutunda çalışdıqdan sonra 1980-ci ildən Şimali Kvinslenddə yerləşən Ceyms Kuk Universitetində elmi işçi olmuşdur. == Şəxsi həyatı == 1970-ci illərdə Uollesin iki oğlu dünyaya gəlmişdir.
Devid Foster Volles
Devid Foster Volles (ing. David Foster Wallace; 21 fevral 1962[…], İtaka[d], Nyu-York ştatı – 12 sentyabr 2008[…], Klermont[d], Kaliforniya) — amerikalı yazıçı == Həyatı == Devid Foster Volles 1962-ci ilin 21 fevralında Nyu-Yorkda anadan olub. İllinoys Universitetində fəlsəfə professoru olan atasının və İngilis dili professoru olan anasının təsiri ilə uşaq yaşlarından etibarən fəlsəfəyə və ingilis dilinə marağı böyük olub. 1987-ci ildə Arizona universitetində ingilis dili üzrə təhsil almağa başlayan yazıçı həmin il ilk romanı olan "Sistemin süpürgəsi" (The Broom of the System) adlı əsərini bitirmişdi. Daha sonradan Harvard Universitetində fəlsəfə üzrə də təhsil alan Devid depresiyya, narkotik, tennis, sinema kimi bir-birindən fərqli mövzularda qısa hekayələr və məqalələr yazaraq adını eşitdirməyə bacarmışdı. 1996-cı ildə yazdığı "Sonsuz Zarafat" (Infinite Jest) adlı əsəri ilə olduqca uğur qazanmış, əsər "Time" jurnalı tərəfindən 1923-cü ildən bəri yazılmış ən yaxşı 100 ingilis romanı siyahısına əlavə edilmişdi. 2011-ci ildə yazıçının ölümündən sonra yayımlanmış "The Pale King" əsəri isə Pulitser mükafatına namizəd olmuşdu. == Ölümü == Devid Foster Volles həyatının böyük hissəsində ağır depressiyadan əziyyət çəkmişdi. Meditasiya üsulu və antidepresanlarla müalicə almağa çalışsa da, depressiyasından xilas ola bilməmiş, 2008-ci ildə iki səhifəlik intihar məktubu yazdıqdan sonra yaşadığı evdə özünü asaraq intihar etmişdi.
Tommi Li Volles
Tommi Li Volles (ing. Tommy Lee Wallace; 6 sentyabr 1949, ABŞ) — ABŞ kinorejisoru.
Voices (Tass mahnısı)
"Voices" (azərb. Səslər‎) — Konqo əsilli ifaçı Tusent Maykl Çayzanın(Səhnə adı ilə sadəcə-Tass) mahnısı. İsveç sayca 65-ci Avroviziya Mahnı Müsabiqəsində, məhz bu mahnı ilə uğurla təmsil olunmuşdur. == Mahnı == R&B, soul janrlı, Tass tərəfindən ifa edilən "Voices" mahnısının sözləri və bəstəsi, Anders Vrefav, Coy Deb, Cimmi "Coker", Lıneya Deb və Törnfelt tərəfindən ərsəyə gəririldi. Mahnının mövzusu və hədəf olaraq göstərdiyi əsas məqam, hər zaman uzaq və çətin coğrafiyalarda yaşayan insanları unutmamaq və uzaq məsafələri "Birgə oxumaqla" aradan qaldırmaqdır. İfaçı mövzuya təşbehlə başlayır. O, yağmuru atəşə bənzədir və nə qədər uzaqlarda olmasına baxmayaraq, insanların acısını hiss edə bilir. Sosial mediada, irqi ayrı-seçkiliyin qurbanı olaraq təhqirlərə məruz qalan Tass, "Voices" mahnısındakı "Hər zaman yardıma ehtiyacı olan biri var, bəs sən onun səsini eşidirsənmi?" sualı ilə, "Mənlik" duyğusunu qətiyyətlə rədd edir. "Voices" mahnısı İsveç Səsyazma Sənayesi Assosiasiyası tərəfindən, platin sertifikatına layiq görülmüşdür. == Buraxılış tarixi == == Beynəlxalq arenada == "Voices" mahnısı İsveçin ənənəvi musiqi yarışması olan Melodifestivalen 2021-də, Tass tərəfindən səsləndirilmiş və adıçəkilən seçim yarışmasının sayca 61-ci qalibi olmuşdur.
Dölcək
Dölcək (fars. دولجک خان‌محمدآباد‎) — İranın Qəzvin ostanının Qəzvin şəhristanının Aşağı Tarım bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 366 nəfər yaşayır (117 ailə).
Valdes
Valdes (ing. Valdez) — Amerika Birləşmiş Ştatlarının Alyaska ştatında yerləşən şəhər.
Volker
Volker — soyad. Pol Volker — Aktyor, Model. Corc Herbert Volker Buş — Corc Buş (ata) — ABŞ-nin 41-ci prezidenti. Corc Volker Buş — Corc Buş (oğul) — ABŞ-nin 43-cü prezidenti.
Volter
Volter (fr. Voltaire; d. 21 noyabr 1694, Paris — ö. 30 may 1778, Paris) — XVIII əsr Fransa maarifçilərinin görkəmli nümayəndəsi, şair, publisist, tarixçi, insan hüquqları müdafiəçisi. Əsl adı Fransua-Mari Aruedir. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib. == Həyatı == Volter üçüncü silkə məxsus olan ailədə anadan olmuşdur. O, feodal qaydalarına və katolik kilsəsinə qarşı çıxışları ilə şöhrət qazanmışdı. Volter yaradıcılığının əsas məqsədi maarifi yaymaq, xalqın beynindən dini xürafatları çıxarmaq vəzifəsini həyata keçirməkdən ibarət idi. Volter mövcud köhnəlmiş qaydaların dəyişdirilməsini inqilabda deyil, "maariflənmiş monarxdan" gözləyirdi.
Vulpes
Tülkü (lat. Vulpes) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin i̇tlər fəsiləsinə aid heyvan cinsi. == Təsviri == Canavarlardan fərqli olaraq, tülkülərin, uzunsov sifəti, böyük sivri qulaqları, vertikal oval şəkilli göz bəbəkləri var. Azərbaycanın bütün ərazilərində mövcuddur. Adi, ya da kürən tülküsü daha geniş yayılıb. Onların bədəninin uzunluğu 90 sm, quyruğu isə 60 sm çatır. Belinin rəngi kürən, qarnı ağ, hərdən qara olur. 14-15 yarımnöv mövcuddur, onların çoxluğu arealın böyük olmasıyla bağlıdır. Yalnız meşələrdə və dağlarda yox, o cümlədən açıq yerlərdə yaşayır və balalayırlar. == Həyat tərzi == Özü qazdığı ya da boş yuvalarda məskən salır.
Alces alces
Sığın (lat. Alces alces) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinin sığınkimilər cinsinə aid heyvan növü. Fəsiləyə daxil olan ən iri növ hesab olunur. Erkəyinin bədəninin uzunluğu 3 metrdək, süysününün hündürlüyü 2,3 metrədək, kütləsi 570 kq-dək olur. Dişisi erkəkdən nisbətən kiçikdir. Ayaqları uzun, dırnaqları ensiz və itidir. Başı uzun, burnu donqar, ətli üst dodaqı sallaqdır. Quyruqu qısadır. Erkayinin kürəşəkilli buynuzu var. Dişisi buynuzsuzdur.
Viləş
Viləş (əvvəlki adları: Nikolayevka; Kalinovka) — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2018-ci il tarixli, 1190-VQ saylı Qərarı ilə Masallı rayonunun Kalinovka kənd inzibati ərazi dairəsi tərkibindəki Kalinovka kəndi Viləş kəndi adlandırılmış, Kalinovka kənd inzibati ərazi dairəsi Viləş kənd inzibati ərazi dairəsi hesab edilmişdir. == Əhalisi == Əhalisi 2397 nəfərdir. == Toponimiyası == Keçmiş adı Nikolayevka olmuşdur. 1843-cü ildə Volqaboyundan köçüb gələn rus kəndlilərinin məskunlaşması nəticəsində yaranmış yaşayış məntəqəsi Sovet hakimiyyəti illərində sovet dövlət xadimi M.Kalininin şərəfinə Kalinovka adlandırılmışdır. == Tarixi == 5 mart 2013-cü ildə Öncəqala və Hüseynhacılı kəndləri Kalinovka kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Öncəqala kənd inzibati ərazi dairəsinə daxil edilmişdir. Kalinovka kəndi azərbaycan ərazisində ən qədim molokan kəndlərindəndir. Rusların ilk məskunları 1828-ci ildə İranla Rusiya arasında bağlanmış Türkmənçay sülh müqaviləsindən sonra Zaqafqaziyada qalan əsgərlərdən ibarət olub. Həmin yerlərdən biri də sonralar Kalinovka kimi tanınacaq ərazi olub. Həmin ərazi Xəzər dənizi sahilində, kəndi yaxınlığında poçt yolu kənarında olması güman edilir və Şamaxıdan 1833-cü ildə köçüb gəlmiş otuz malokan sakinlər burada məskunlaşıblar.
Volks
Volks (fr. Volx, oks. Vòus) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Şimali Manosk kantonuna daxildir. Kommunanın dairəsi — Forkalkye. INSEE kodu — 04245. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 2887 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 1815 əmək qabiliyyətli insanlar arasında (15-64 yaş) 1283 nəfər iqtisadi cəhətdən fəal, 532 nəfər hərəkətsizdir (fəaliyyət göstərici 70.7%, 1999-cu ildə 69.6%). Fəal olan 1283 nəfərdən 1116 nəfər (632 kişi və 535 qadın), 116 nəfər işsiz (50 kişi və 66 qadın) idi.
Volos
Veles və ya Volos (q.rus Велесъ, Волосъ) — slavyan mifologiyasının yüksək səviyyəsinə aid edilən, qədim slavyan tanrılarının adı. == Mifologiyası == Qədim Slavyan allahı Veles (Volos, vlas və s.) Perun kimi böyük əhəmiyyət daşısa da knyaz Vladimirin allahlar panteonuna daxil edilməmişdir. Lakin bütün hallarda Velesin bütü Kiyevdə olmuşdur. O knyaz şəhərində Poçaynı çayı yaxınlığında durudu. Bu fərq müəyyən sosial-siyasi məna daşıyırdı, Veles bütün rusiyanın (həmi dövrdəki Rusiya nəzərdə tutulur), Perun isə ancaq knyaz drujinası allahı hesab olunurdu. V.N.Toporov və V.V.İvanov "vol", "vel" sözünün məna əhəmiyyətini (semantikasını) öyrənərək belə bir qənaətə gəlmişlər ki, bu söz hind mifologiyasındakı iblis Valu adına yaxındır. İudaist və xristian mifologiyalarında Velial- iblis və şeytanı ifadə edir. O, iblisvari varlığı qeyri-varlıq yalan və dağıdıcılıq ruhu kimi məlumdur. "Zülmət övladları" İusus Xristosun rəqibi, İblisə (satan) bərabər, yunanca "dyavolos", rusca "çert" sözləri insan nəslinin düşmanı cəhənnəm padişahı, şeytanların hakim kimi nəzərə çatdırılır. Baltik mifologiyasında Veles (Velnyas) iblisi və şeytan kimi göstərilir.
Vələs
Vələs (lat. Carpinus) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin tozağacıkimilər fəsiləsinə aid bitki cinsi.
Alces
Alces (lat. Alces) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinə aid heyvan cinsi.
VoLTE
Voice over LTE (VoLTE)— mobil telefonlar və məlumat terminallarından istifadə edərək səsli zənglər üçün yüksək sürətli simsiz rabitə LTE standartı. VoLTE köhnə 3G UMTS-dən üç dəfəyə qədər və 2G GSM-dən altı dəfəyə qədər daha çox səs və məlumat tutumuna malikdir. VoLTE-nin paket başlıqları optimallaşdırılmamış VoIP/LTE-dən daha kiçik olduğu üçün daha az buraxılış zolağı enindən istifadə edir. VoLTE zəngləri adətən digər zənglər kimi eyni tariflə ödənilir. VoLTE zəngi edə bilmək üçün cihaz, onun bərkidilmiş proqramı (ing. firmware) və hər iki ucdakı mobil telefon provayderləri, eləcə də operatorlararası əlaqə bütün bu sahədə xidməti həyata keçirməli və birlikdə işləməyi bacarmalıdır. VoLTE bəzi operatorlar tərəfindən "HD Voice" kimi satışa çıxarılıb, lakin bu daha geniş anlayışdır. Bundan əlavə, HD+ (EVS) yalnız LTE-də istifadə olunur. HD Voice 3G-də də mövcud idi. == İcmal == VoLTE IP Multimedia Subsystem (IMS) memarlıq platformasına əsaslanır, nəzarət və media müstəviləri üçün xüsusi profillərə malikdir.
Albula vulpes
Albula vulpes (lat. Albula vulpes) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin albulakimilər dəstəsinin albulalar fəsiləsinin albula cinsinə aid heyvan növü.
Ferents Kölçei
Ferents Kölçei (mac. Kölcsey Ferenc; 8.08.1790 — 24.08.1838) — macar yazıçısı, Macarıstan milli marşının müəllifi. == Həyatı == Ferents Kölçei Transilvaniyadan olan aristokrat ailəsində anadan olmuşdur. Debreçendəki Protestant Kollecində hüquq təhsili almışdır. Valideynlərinin həyatdan erkən köçməsi F.Kölçenin xarakterinə ciddi təsir göstərir və keçirdiyi təbii çiçək xəstəliyindən sağ gözünü itirir. O, 16 yaşında ilk əsərlərini yazmağa başlamışdır, lakin onları məhv etmişdi. XIX əsrin əvvəllərində Macarıstan ədəbiyyatının ən əhəmiyyətli nümayəndələrindən biri hesab olunurdu. Dostu Ferents Kazintsi ilə birgə, macar ədəbiyyatının və macar dilinin canlanması üçün mübarizə böyük səylər göstərmişlər. Kölçenin poeziyasında harmonik bir şəkildə klassisizmi, fransız maarifçiliyi və alman romantizmi əks etdirmişdir. Kölçei də görkəmli tənqidçi və siyasi yazıçı idi.
Ferne-Volter
Ferne-Volter (fr. Ferney-Voltaire) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. == Tarixi == İlk olaraq Fernex adı ilə XIV əsrin tünd qırmızı sənədlərində qeyd edilmişdir. Uzun müddətdir əlçatmaz bir kənd olaraq qaldı, 1759-cu ilə qədər Ferninin yerləşdiyi ərazi Voltaire tərəfindən alınmadı. Kalvinist adətlərin sərtliyi və teatrın davam edən zülmü ilə məyus olan Cenevrədən ayrılan Voltaire, təkliyindən ləzzət ala biləcəyi, Fransa və Cenevrə hakimiyyətlərindən etibarlı ola biləcəyi və eyni zamanda qonaq qəbul etməsi və oyunlarını göstərmələri üçün bir həll yolu axtarırdı. Ferney bütün tələblərinə cavab verdi. Ferney-ni satın aldıqdan sonra Voltaire adın yazımını Ferneksdən Ferneyə dəyişdi: onun fikrincə yaxınlıqda adları x ilə bitən çox sayda şəhər var idi. Təxminən 20 il boyunca var-dövlətinin çiçəklənməsinə qayğı göstərdi: əhali 1000 nəfərə çatdı, təcrübəli sənətkarlar (əsasən dulusçu və gözətçi) Ferndə məskunlaşdı, əmlak və kilsə də daxil olmaqla yüzdən çox bina tikildi. Volter yarı zarafatla özünü "Ferney patriarxı" adlandırdı; bu istehza başlığı onun ləqəbi oldu.
Frensis Volley
Frensis Volley evi Amerika Birləşmiş Ştatları, Oak Park, İllinoys ştatının, Çikaqo şəhərciyində yerləşir. Ev 1893-cü ildə Amerikalı memar Frank Lloyd Rayt tərəfindən tərtib edilmişdir. Kraliça Anne stilindəki ev Raytın daha ucuz, daha əlverişli mənzil üçün ilk dizaynlarını əks etdirirdi. Evin dizaynı ncəsənət və sənətkarlıq hərəkatından çox təsirlənmişdi. Ev yerli və federal tarixi bölgəyə töhfə verən əmlak kimi siyahıya alınmışdır. == Tarixi == Memar Frank Lloyd Raytın tərtib etdiyi Frensis Volley evi ilk olaraq vəkil Fransis J. Volleyin adını almışdı. == Arxitekturası == Binanın dizaynı "Kraliça Anne əzəməti" adlandırılmışdır. Raytın digər əsərlərində olduğu kimi Volley evinin də dizaynı Prairie məktəbinin sonrakı nümunələri ilə müqayisədə daha ənənəvidir. Ev haqqında "The New York Times" qəzetinin 1996-cı ildəki məqaləsində "zamanın xalq memarlığı üçün dəbli damı olan iki mərtəbəli çərçivə ev" kimi fikir qeyd edilmişdir. Evin dizaynı Raytın müəllimi Jozef Silsbeni xatırladır və bu dizayn Raytın erkən, ucuz qiymətli yaşayış dizaynlarına xasdır.