Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Vtoroy adası (Karaqin rayonu)
Vtoroy adası — Rusiyanın Kamçatka diyarı ərazisində yerləşən ada. Kiniqa burnundan şimal-qərbdə, Konus və İviniçamandan şimal-qərbə, Podqarenaya çayının mənsəbindən şimal-şərqdə, Oxot dənizinə daxil olan Şelixov körfəzində, Kamçatka yarımadasının qərb sahilinin şimalında yerləşir.
Vtoroy adası (Penjin rayonu)
Vtoroy adası — Rusiyanın Kamçatka diyarı ərazisində yerləşən ada. Oxot dənizinə daxil olan (Şelixov körfəzi) Penjin körfəzində, Treti adası və Melkovodnı körfəzindən cənub-şərqdə, Elistratova burnu və yarımadasından cənubda, Kraynı adasından isə şimalda yerləşir. İnzibati baxımından Kamçatka diyarı Penjin rayonu ərazisinə daxildir.
Toros
Toros (rus. торос, ing. ice hummock) — su hövzələrinin dəniz , çay, göl buz örtüyündə, buz sahələrinin bir-birinə, eləcə də sahilə təzyiqi sıxılması və onların kənarlarının qırılması nəti-cəsində əmələ gəlmiş və üst-üstə toplanmış buz parçaları.
Voore
Voore - Estoniyada kənd. Əhalisinin sayına görə (320 nəfər) Yıgıva rayonunda ən böyük kənddir. Vooreda məktəb, qonaq evi və kitabxana var. 4-cü Vikmediya CEE görüşü Vooreda qonaq evində keçirilmişdir.
Staroe Çaplino
Staroe Çaplino — Çukot Muxtar Dairəsində vaxtı ilə mövcud olan yaşayış məntəqəsi. Burada Rusiya Federasiyasının sərhəd xidməti fəaliyyət göstərir. Çaplino burnunda yerləşir. == Tarixi == Yaşayış məntəqəsi Un’аzik’ olaraq adlanırdı və 19-cu əsrdə özünün ən pik dövrünü yaşayırdı.. Kənd əhalisinin əsas məşğuliyyəti balina və morj ovlanması olmuşdur. 1958-59-cu ildə Staroe Çaplino və bir sıra şayayış məntəqəsi fəaliyyət göstərir.
App Store
App Store — proqramlar mağazasıdır, iTunes Store onlayn-supermarketinin bölməsi, iPhone mobil telefonları, iPod Touch pleyerləri və iPad planşetləri üçün müxtəlif əlavələri özündə saxlayan mağazadır. Proqramların bir hissəsi ödənişli, bir hissəsi də pulsuzdur. == Mağaza haqqında == App Store - iPhone və iPod Touch üçün 900 mindən çox proqram təklif edir, iPad üçün təxminən 375 min (12 iyun 2013), ümumi yükləmələrin sayı 50 milyardı örtmüşdür. İstifadəçi bazası 575 milyon userdən ibarətdir. Proqramlar kateqoriyalardan təşkil olunub.
Cim Torpe
Cim Torp (tam adı: Ceyms Frensis Torpe, ing. James Francis Thorpe; ən tezi 22 may 1887 və ən geci 28 may 1888 – 28 mart 1953) — Amerikalı idmançı, müasir idman dünyasının çox istiqamətli atletlərindən biri sayılır. Olimpiadalarda "pentatlon" ve "dekatlon" (atletizmdə müsabiqə növləri) üzrə qızıl medal sahibi, eyni zamanda amerikan futbolunda kollec və peşəkar liqalarda ulduz oyunçu, Amerika milli beysbol liqasında oyunçu və basketbolda karyerası olan bir idmançıdır. Olimpiadalarda yarışmadan əvvəl ikinci beysbol liqasında iki mövsüm peşəkar olaraq oynadığı ortaya çıxanda həvəskar müsabiqə qaydalarına zidd olması səbəbindən medallarını itirmişdir. Ancaq ölümündən otuz il sonra 1983-cü ildə bu medallar ona təkrar verilmişdir. == İstinadlar == == Ədəbiyyat == The Best of the Athletic Boys: The White Man's Impact on Jim Thorpe, Jack Newcombe, 1975. Jim Thorpe, the Legend Remembered, Rosemary Kissinger Updyke, 1997 In the Matter of Jacobus Franciscus Thorpe, The 1912 Olympic Games — Results for All Competitors in All Events, with Commentary içinde, Bill Mallon and Ture Widlund, 2002. The Complete Book of the Summer Olympics (Sydney 2000 Edition) David Wallechinsky, 2000. Jim Thorpe: The World's Greatest Athlete Robert W. Wheeler, 2003 History Detectives: The Jim Thorpe Ticket PBS, 2005.
Hotaru Tomoe
Seylor Saturn (セーラーサターン, Sērā Satān) — Naoko Takeuçi tərəfindən yaradılmış "Seylor Mun" manqasından və animesindən personaj. Əsl adı Hotaru Tomoe (土萠 ほたる, Tomoe Hotaru) olan Seylor Saturn Günəş sistemini şər qüvvələrdən qorumaq üçün yaradılmış Seylor döyüşçüləri komandasının üzvüdür. Seylor Saturn "Seylor Mun" animesinin 3-cü mövsümündə və 5-ci mövsümünün bəzi seriyalarında yer almışdır. Gücləri dağıntı, ölüm və yenidən doğum ilə əlaqələndirilir. Gücləri o qədər güclüdür ki, bir planeti, hətta bütün Günəş sistemini məhv edə, bütün kainatı sıfırlaya bilər. == Profil == Hotaru seriyaya ilk əvvəl Çibiusanın dostu kimi daxil edilmişdir. Hotaru Çibiusa və Usaqi ilə rastlaşana qədər heç bir dostu olmamışdır. Animeyə görə Hotaru sinif yoldaşları tərəfindən sevilməmişdir. Sinif yoldaşları onun qəribə ürəktutmalarına və güclərinə görə ondan yan keçirdilər. Bunun səbəbi Hotarunun 5 yaşına qədər bədəninin içində şər varlıq olan Xanım 9-un yaşaması olmuşdur.
Play Store
Google Play — Google-nin Android üçün inkişaf etdirdiyi bir paket idarəçisi və elektronik platformasıdır. == Proqram təminatının hazırlanması == Android üçün proqramlar Dalvik virtual maşınında qeyri-standart bayt-kodda yazılmış proqramdır. Android üçün proqramların hazırlamasını Java (Java 1.6) dilində aparmaq olar. Eclipse üçün plaqin mövcuddur — Android Development Tools Eclipse 3.3 versiyası üçün nəzərdə tutulmuş (ADT) — 3.5. IntelliJ IDEA üçün də plaqin mövcuddur. (Android-proqramların hazırlmasını yüngülləşdirmək üçün nəzərdə tutulmuşdur). Mümkün kitabxanalar: Bionic — libc-lə uyuşmaz standart funksiyaların kitabxanasıdır. SSL — şifrləmə. Media Framework (PacketVideo OpenCORE, MPEG-4, H.264, MP3, AAC, AMR, JPEG, PNG). Surface Manager.
Tomoe Kato
Tomoe Kato (d. 27 may 1978) — keçmiş Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 114 oyun keçirib, 8 qol vurub.
Torre Cepsa
Torre Cepsa (ing. Cepsa Tower) — İspaniyanın Madrid şəhərindəki Cuatro Torres Business Areada yerləşən göydələndir. Hündürlüyü 248.3 m və 45 mərtəbədən ibarət olan bu Cuatro Torres Business Area kompleksindəki dörd binanın ikinci ən hündür binasidir. Torre de Cristaldan bir metrdən də artıqdır. İspaniyadakı ikinci ən yüksək bina və Avropa Birliyindəki 5-ci ən yüksək binadır. Lord Foster tərəfindən hazırlanmışdır. Qüllənin inşası zamanı Repsol gələcək qərargahının yerini dəyişdirmək qərarına gəldi və Caja Madrid maliyyə qurumu, binanı 2007-ci ilin avqustunda 815 milyon avroya satın aldı. 2016-cı ildə Avropanın ən varlı adamı və qlobal moda qrupunun qurucusu və Zara sahibi Inditex Amansio Orteqa tərəfindən satın alındı (ITX.MC), əmlak sərmayəsi qolu ilə İspaniyanın ən böyük əmlak şirkətlərindən biri olan Pontegadea Inmobiliaria vasitəsilə 90 milyon avro qarşılığında. == Qalereya == == Həmçinin bax == Avropanın ən hündür binalarının siyahısı Şüşəli qüllə Torre Espacio == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Torre Cepsa ilə əlaqəli mediafayllar var.
Torre Espacio
Torre Espacio — İspaniyanın paytaxtı Madriddə yerləşən, hündürlüyü 230 metr və 57 mərtəbədən ibarət olan göydələn, hal-hazırda Madridin dördüncü ən hündür binadır. 2014-cü ildəki siyahıya alınmaya görə Avropanın ən hündür binaları siyahısında 24-cü, İspaniyanın ən hündür binaları siyahısına görə isə 4-cü yerdə idi. == Xüsusiyyətləri == Maksimum hündürlük - 230 metr, dama qədər olan hündürlük - 224.15 metr binanın uzunluğu və eni - hər biri 46,2 metr mərtəbə hündürlüyü - 2.85 metr 56 yerüstü, 6 yeraltı mərtəbə sayı 27 lift sayı Binanın daxili sahəsi - 56 259 m² Tikinti dəyəri - 390 milyon avro Memar - Henri Kobb == Tikilişi == Binanın tikilişi 2004-cü ildə başlamışdır: bu göydələn dörd çoxmərtəbəli bina komleksindən birincisidir. Tikili hal-hazırda "Dörd qüllə" adlandırılır. 4 sentyabr 2006-cı ildə tikilməkdə olan göydələndə 42 və 43-cü mərtəbələrində yanğın baş verir, ölən və xəsarət alanlar olmur, bina isə bir qədər zərər görür. 2006-cı ilin noyabr ayında Torre Espacio hündürlüyü ilə Gran Hotel Bali göydələnini üstələdi və İspaniyanın ən yüksək binası oldu. Lakin bir neçə aydan sonra Torre Espacio - Torre PwC (236 metr), Şüşəli qüllə (249 metr) və Bank Tower (250 metr, 2008-ci ildən bu günə qədər İspaniyanın ən yüksək binası) inşası ilə əlaqədar olaraq bu üstünlüyünü itirdi. Binanın açılışı 20 mart 2007-ci il tarixində baş tutdu.
Torre PwC
Torre PwC — İspaniyanın Madrid şəhərindəki Cuatro Torres Ticarət bölgəsində yerləşən bir göydələn. Bina 236 metr hündürlükdə və 52 mərtəbəlidir. Göydələn 2004-2008 illəri arasında inşa edilmişdir. Binanın 60%-ni əhatə edən beşulduzlu Eurostars Madrid Tower-də 6 və 27-ci mərtəbələri arasında otaqlar və panoramik görünüşünü təqdim edən iki mərtəbəli yemək otağı var. Peşəkar xidmət firması PricewaterhouseCoopers (PwC) paytaxtdakı ofislərini (təxminən 2500 mütəxəssis) 2011-ci ilin iyul ayında on yeddi mərtəbəni alaraq 34 və 50 arasında olan, boş olan mərtəbələrə köçürdü. Eyni tarixdə, PwC loqotipi, binanın başında, İspaniyada ən yüksək loqotip halına gətirilib, təxminən 236 metr hündürlükdə quraşdırıldı. PwC ofislərinin göydələnə köçürülməsi ilə bina Torre Sacyr Vallehermoso yerinə Torre PwC adlandırıldı. Bütün ofis mərtəbələri eynidir 1.258.23 m² və üç sektora və ya seqmentə bölünmüşdür. 51-58-ci mərtəbələr qüllənin ümumi qurğuları və avadanlıqları üçün nəzərdə tutulub. Cüt dəri fasadlı yeganə qüllədir ki, lopa şəklində şüşə ilə tamamilə örtülmüşdür.
Vyore-Voruaz
Vöre-Voruaz (fr. Veurey-Voroize) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Fonten-Sassenaj kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38540. Kommunanın 2009-cu il üçün əhalisi 1 386 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 178 ilə 1 620 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 470 km cənub-şərqdə, Liondan 85 km cənub-şərqdə, Qrenobldan 13 km şimal-qərbdə yerləşir.
Şandor Vöröş
Şandor Vöröş (mac. Sándor Weöres; 22 iyun 1913, Sombatxey — 22 yanvar 1989, Budapeşt) — macar şair, tərcüməçi, yazıçı. == Həyatı == Sombatxeydə anadan olan Vöröş Çönqe qəsəbəsində böyümüşdür. Hələ 14 yaşında ikən ilk şeirlərini yazıb; həmin şeirlər nüfuzlu "Nyuqat" ("Qərb") jurnalının redaktoru, şair Mihay Babiçin qəbul etməsi ilə jurnalda nəşr olunub. Peç Universitetinə qəbul olan Vöröş ilk öncə hüquq, daha sonra coğrafiya və tarix ixtisası üzrə təhsilini başa vurur. Nəticədə o, fəlsəfə və estetika üzrə doktorluq dərəcəsi alır. Onun doktorluq dissertasiyası olan "Şeirin doğuşu" 1939-cu ildə nəşr olunmuşdur. 1937-ci ildə o, xaricə ilk səyahətlərini edir; ilk növbədə Manilaya gedərək Yevxaristiya konqresində iştirak edir, daha sonra isə Vyetnam və Hindistana səfər edir. İkinci Dünya müharibəsi dövründə Vöröş məcburi əməyə hazırlansa da, cəbhəyə göndərilmədi. Müharibə başa çatdıqdan sonra Çönqeyə qayıtdı və fermer kimi yaşamağa başladı.
Toros Toromanyan
Toros Arutyunoviç Toromanyan (həmçinin Toramanyan, erm. Թորոս Հարությունի Թորամանյան; 18 mart 1864 – 1 mart 1934, İrəvan) — erməni mənşəli Osmanlı və SSRİ memarı və arxeoloqu, Ermənistan memarlıq tarixinin tədqiqatçısı. Ermənistan SSR əməkdar elm xadimi (1933). == Həyatı == 1864-cü ildə Osmanlı imperiyasının Şapin-Karahisar şəhərində anadan olmuşdur. O, Konstantinopol Rəssamlıq Akademiyasını bitirdikdən sonra Konstantinopolda, sonra 1896-cı ildə köçdüyü Bolqarıstanda, həmçinin Rumıniyada şəxsi və ictimai binaların layihələndirilməsi ilə məşğul olmuşdur. 1902-ci ildə Toramanyan Aniyə ekspedisiyada iştirak etmək təklifini qəbul etmişdir. O, 1903-cü ildə buraya gəlmiş və Nikolay Marrın ekspedisiyasına qoşulmuşdur. 1904-cü ildə Toramanyan arximandrit Xaçik Dadyanın dəvəti ilə Zvartnots kilsəsinin qazıntılarına qoşulmuşdur. O, 1905-ci ildə tədqiqatının nəticələrini "Zvartnots məbədi" əsərində dərc etmişdir. 1921-ci ildə Ani Türkiyə ərazisinin bir hissəsi olduqdan sonra Toramanyan orada tədqiqat aparmaq imkanını itirmişdir.
Toros qurbağası
Toros qurbağası (lat. Pelophylax ridibundus) — Türkiyədə orta uzunluğu 6 sm-dən 7,5 sm-ə qədər olan Ranidae fəsiləsindən olan endemik qurbağa növüdür. Bundan əlavə, dünyada oxumayan yeganə qurbağa növü Toros qurbağasıdır. Orta Toroslarında yerləşən Bolkar dağlarında yalnız Çiniligöl (2600 m.) və Qaragöldə (2500 m.) yaşadığı düşünülürkən 2007-ci ildə aparılan araşdırmalar nəticəsində onun bu dağın 3000 m yüksəkliyində, Əyrigöl bölgəsində yaşadığı ilk dəfə müəyyən edilib. Bu növün morfoloji quruluşu arxa tərəfində sarı, yaşıl və qara naxışlarla müşahidə oluna bilər, qarın isə çəhrayı və ya sarımtıl rəngdədir. Onların əsas qidası göl kənarındakı çəmənliklərdə yaşayan böcəklər və digər buğumayaqlılardır. 1990-cı illərdə Toros qurbağasının kürü tökdüyü göllərə düşünülmədən gətirilən güzgü sazan balığı səbəbindən nəsli kəsilmək təhlükəsi ilə üzləşib. Toros qurbağalarının yaşayış yeri çox dardır, ona görə də onların nəsli təhlükə qarşısındadır. Bu qurbağaların məskəni olan dağ göllərinə gedən yolların uzadılmaması, düşərgəyə icazə verilməməsi və göllərə nəzarət edilməsi ilə növlərin qorunması mümkündür. 2007-ci ilin oktyabrında Niğdə Ekologiya və Meşə İl Müdiri Metin Süzgəç Toros qurbağalarının sayında əhəmiyyətli artım müşahidə etdiklərini açıqlamışdır.
Apple Store
Apple Store — "Apple Inc."a məxsus və onun tərəfindən idarə olunan pərakəndə mağazalar şəbəkəsi. Mağazalarda müxtəlif "Apple" məhsulları, o cümlədən "Mac" fərdi kompüterləri, "iPhone" smartfonları, "iPad" planşet kompüterləri, "Apple Watch" ağıllı saatları, "Apple TV" rəqəmsal media pleyerləri, proqram təminatı, "Apple" markalı və seçilmiş üçüncü tərəf aksesuarlar satılır. İlk "Apple" mağazaları 2001-ci ilin may ayında o vaxtkı baş icraçı direktor Stiv Cobs tərəfindən açılmışdır. İllərlə cəhd edilən mağaza daxilində mağaza konsepsiyası uğursuz olmuşdu və bu zaman iki mağaza açılmışdı. Şirkətin məhsullarının təkmilləşdirilmiş pərakəndə təqdimatına ehtiyac olduğunu görən Cobs 1997-ci ildə istehlakçılarla yaxşı əlaqələr əldə etmək məqsədilə pərakəndə satış proqramını yeniləmək üçün səy göstərməyə başlamışdı. O, 2000-ci ildə Ron Consonu işə götürmüşdü. Cobs 1997-ci ildə "Apple"ın onlayn mağazasını yenidən işə salmış və 2001-ci ildə ilk iki fiziki mağazanı açmışdır. Mətbuat əvvəlcə "Apple"ın iflasa uğrayacağı ilə bağlı fərziyyələr irəli sürmüşdü, lakin bu mağazalar çox uğurlu olmuş, yaxınlıqdakı rəqib mağazaların satış nömrələrini keçərək üç il ərzində illik satışı 1 milyard ABŞ dollarına çatmışdır. "Apple Store" bunu bacaran ən sürətli pərakəndə satıcı olmuşdur. "Apple" 15 iyun 2023-cü ildə Birləşmiş Krallıqda, Londonun Bettersi rayonunda ən son mağazasını açmışdır.
Melisa Toros
Melisa Toros (28 iyul 1986, İstanbul) — türkiyəli aktrisa və aparıcı. O, "S'nek" kanalında Fulya və Neşe ilə "əks cinsin casusları" adlı televerilişin aparıcısı olub. 2013-cü ildə "Show TV"də "Hər şey yolunda mərkəz" teleserialında rol alıb. O, çox gənc yaşlarından balet və musiqi təhsili alıb. Bir neçə ildir ki, aktyorluğa maraq göstərir. O, aktyorluq təhsili alıb, Beykent Universitetinin aktyorluq fakültəsinə daxil olub. Bu arada o, Anadolu Universitetində ictimaiyyətlə əlaqələr üzrə təhsil alır.
Store Koldevey adası
Store Koldevey adası (dan. Store Koldewey) — Qrenlandiyanın şimal-şərqində yerləşən nisbətən iri ada. Adanın sahəsi 615 km². == Coğrafiya == Ada şimaldan cənuba 50 mil uzunluğa malik olduğu halda, şərqdən qərbə eni 8 milə belə çatmır. Cənub qutaracağında Alf Trolle, şimalında isə Helqoland burnu yerləşir. Onun ərazisinin böyük hissəsini plato təşkil edir. Platonun hündürlüyü 2000 - 3100 fut arasında dəyişir. == Tarixi == Ada İkinci Alman Qütb Ekspedisiyası zamanı, 1869—1870-ci illərdə kəşf edilmişdir. Ada ekspedisiyanın rəhbəri olmuş Karl Koldeveyin şərəfinə adlandırılmışdır. Ekspedisiyanın xəritəsində 3 ada təsvir edilmişdir.
Torre de Cristal
Şüşəli qüllə (isp. Torre de Cristal) — İspaniyada yerləşən göydələn. Tikili 2004-2009-cu illərdə inşa edilmiş, 250 metr yüksəkliyindədir və 52 mərtəbədən ibarətdir. İspaniyanın ən hündür binası hesab edilir. Avropanın ən hündür binalarının siyahısına görə 16-cı yerdədir.
Torre del Qreko
Torre del Qreko (it. Torre del Greco) — İtaliyanın Kampaniya regionunda şəhər.
Chrome Web Store
Chrome Veb Mağazası Chrome veb brauzeri üçün Google-un onlayn mağazasıdır. 2022-ci ilə qədər Chrome Veb Mağazası təxminən 123.000 artırma və 29.000 mövzuya sahibdir. == Tarixi == Chrome Veb Mağazası 2010-cu ilin dekabrında ictimaiyyətə təqdim edildi və 11 fevral 2011-ci ildə Google Chrome 9.0 buraxılışı ilə açıldı. Bir il sonra o, "yükləmələr, istifadəçilər və tətbiqlərin ümumi sayı üzrə trafikdə böyük artımı kataliz etmək" üçün yenidən dizayn edildi. 2012-ci ilin iyun ayına olan məlumata görə, Chrome Veb Mağazasında yerləşdirilən məzmunun cəmi 750 milyon quraşdırması olmuşdur. Bəzi genişləndirmə tərtibatçıları öz genişləndirmələrini daha sonra reklam proqramlarını birləşdirən üçüncü tərəflərə satdılar. 2014-cü ildə bir çox istifadəçi arzuolunmaz pop-up reklamlardan şikayət etdikdən sonra Google Chrome Veb Mağazasından iki belə genişləndirməni sildi. Növbəti il Google etiraf etdi ki, öz veb-saytlarına edilən ziyarətlərin təxminən beş faizi reklam proqramları ilə genişləndirmələr tərəfindən dəyişdirilib. == Zərərli proqram == Zərərli proqram Chrome Veb Mağazasında problem olaraq qalır. 2018-ci ilin yanvar ayında ICEBRG təhlükəsizlik firmasının tədqiqatçıları 500.000-dən çox birləşmiş endirmə ilə dörd zərərli genişləndirmə aşkar etdilər.
Google Play Store
Google Play — Google-nin Android üçün inkişaf etdirdiyi bir paket idarəçisi və elektronik platformasıdır. == Proqram təminatının hazırlanması == Android üçün proqramlar Dalvik virtual maşınında qeyri-standart bayt-kodda yazılmış proqramdır. Android üçün proqramların hazırlamasını Java (Java 1.6) dilində aparmaq olar. Eclipse üçün plaqin mövcuddur — Android Development Tools Eclipse 3.3 versiyası üçün nəzərdə tutulmuş (ADT) — 3.5. IntelliJ IDEA üçün də plaqin mövcuddur. (Android-proqramların hazırlmasını yüngülləşdirmək üçün nəzərdə tutulmuşdur). Mümkün kitabxanalar: Bionic — libc-lə uyuşmaz standart funksiyaların kitabxanasıdır. SSL — şifrləmə. Media Framework (PacketVideo OpenCORE, MPEG-4, H.264, MP3, AAC, AMR, JPEG, PNG). Surface Manager.
Gökhan Töre
Gökhan Töre (20 yanvar 1992[…], Köln, Almaniya Federativ Respublikası) — Türk futbolçusu. "Beşiktaş" klubunun hücumçusudur.