Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sünni
Sünnilik (ərəbcə أهل السنة والجماعة — Əhl əs-Sünnə və əl-Cəmaat və ya qısa olaraq أهل السنة — Əhl əs-Sünnət) — İslamda ən böyük məzhəb və ya əqidə. Dünyada İslam dininə etiqad edənlərin 85-90%-ni sünni məzhəbinin nümayəndələri təşkil edir. Sünnə sözü ərəbcədən tərcümədə "yol" anlamına gəlir. Sünnilər bu adla Həzrəti Məhəmməd peyğəmbərin ﷺ yoluna sadiq olduqlarını bildirirlər. Sünniliyin 3 etiqadı, 4 fiqh məzhəbi var: Əşariyyə, Matüridiyyə və Əsəriyyə etiqadı, Hənəfi, Maliki, Şafii və Hənbəli isə fiqhi məzhəblərdir.
Sünni məzhəbi
Sünnilik (ərəbcə أهل السنة والجماعة — Əhl əs-Sünnə və əl-Cəmaat və ya qısa olaraq أهل السنة — Əhl əs-Sünnət) — İslamda ən böyük məzhəb və ya əqidə. Dünyada İslam dininə etiqad edənlərin 85-90%-ni sünni məzhəbinin nümayəndələri təşkil edir. Sünnə sözü ərəbcədən tərcümədə "yol" anlamına gəlir. Sünnilər bu adla Həzrəti Məhəmməd peyğəmbərin ﷺ yoluna sadiq olduqlarını bildirirlər. Sünniliyin 3 etiqadı, 4 fiqh məzhəbi var: Əşariyyə, Matüridiyyə və Əsəriyyə etiqadı, Hənəfi, Maliki, Şafii və Hənbəli isə fiqhi məzhəblərdir.
Sünni üçbucağı
"Sünni üçbucağı" — İraqda şərti ərazi. Bağdadın şimalında və qərbində yerləşir. İraq müharibəsi zamanı şöhrət qazanmışdır. == Adı == Bu ad 2003-cü ildə beynəlxalq koalisiya qüvvələrinin ölkəni işğal etməsindən əvvəl ortaya çıxmışdır. Ölkənin ərəb sünni əhalisinin üstünlük təşkil etdiyi ərazini bildirir. Onun şimalında əhalinin əhəmiyyətli bir hissəsini kürdlər, cənubunda isə şiə ərəblər təşkil edir. "Sünni üçbucağının" təxmini hüdudları Bağdad, Tikrit və Ramadi şəhərləridir.
Sünni İslam
Sünnilik (ərəbcə أهل السنة والجماعة — Əhl əs-Sünnə və əl-Cəmaat və ya qısa olaraq أهل السنة — Əhl əs-Sünnət) — İslamda ən böyük məzhəb və ya əqidə. Dünyada İslam dininə etiqad edənlərin 85-90%-ni sünni məzhəbinin nümayəndələri təşkil edir. Sünnə sözü ərəbcədən tərcümədə "yol" anlamına gəlir. Sünnilər bu adla Həzrəti Məhəmməd peyğəmbərin ﷺ yoluna sadiq olduqlarını bildirirlər. Sünniliyin 3 etiqadı, 4 fiqh məzhəbi var: Əşariyyə, Matüridiyyə və Əsəriyyə etiqadı, Hənəfi, Maliki, Şafii və Hənbəli isə fiqhi məzhəblərdir.
Vinni-Pux
Vinni-Pux (ing. Winnie-the-Pooh) — plüş ayı balası, Alan Aleksandr Milnin povest və şeirlərinin personajı, 20-ci əsrin ən məşhur ədəbi uşaq qəhrəmanı. 1960-1970-ci illər Boris Zaxoderin yenidən nağıl etməsi, daha sonra Leonovun səsləndirdiyi "Soyuzmultfilm" studiyasının filmləri Vinni-Puxu Sovet İttifaqında da məşhur etdi. 2009-cu ildə Böyük Britaniyada Vinni-Puxun birinci müəllifləşdirilmiş davamı çıxıb. == Adının əmələ gəlməsi == Milnin kitablarının digər əksər personajları kimi ayı balası Vinni də öz adını yazıçının oğlu Kristofer Robinin (1920-1996) həqiqi oyuncaqlarının birinin adından götürüb. Öz növbəsində, həmin oyuncaq 1920-ci illərdə London zooparkında saxlanılan Vinnipeq (Vinni) ləqəbli dişi ayının adıyla adlandırılıb. == Personajlar == Kristofer Robinə məxsus plüş Vinni-Pux indi Nyu-York kitabxanasının uşaq otağında yerləşir. O, Şepardın illüstrasiyalarında gördüyümüz ayıya az bənzəyir. İllüstratora model nümunəsi öz oğlunun "Growler" plüş ayısı olmuşdur. Təəssüflər olsun ki, o, rəssamın ailəsində yaşayan itin qurbanı olaraq qalmamışdır.
Vinni Cons
Vincent Peter Jones (5 yanvar 1965, Uotford, İngiltərə) — keçmiş ingilis futbolçusudur. Futboldan sonra onun aktyorluq karyerası başlamışdır. 2011-ci ildə çəkilmiş Cross (Azərbaycan dilində: Atışma) filmində rol almışdır. == Həyatı == O, 5 yanvar 1965-ci ildə Uotfordda Piter və Qlenda (Harris) Consun ailəsində anadan olub. 1994-cü ildə Tanya Terri ilə evlənmişdir. Tanyanın keçmiş həyat yoldaşından (Stiv Terri) Kayli (1987-ci il təvəllüdlü) adlı qızı və Vinni Consdan da Aaron (1991-ci il təvəllüdlü) adlı bir oğlu vardır. Oğlu Aaron Cons Kral Hərbi Kollecində oxumuşdur. O, 2008-ci ilin avqustunda məzun olmuş və Britaniya ordusunun Sahil Mühafizəsi bölməsində xidmət edir.
Şahnaz Munni
Şahnaz Munni (Benqalca শাহনাজ মুন্নী, 1969-cu ildə anadan olub) — Banqladeşli jurnalist, yazıçı və şair.
Sünni məscidi (Vladiqafqaz)
Muxtarov məscidi (rus. Мечеть Мухтарова, oset. Мухтаровы мæзджыт) və ya sadəcə Sünni məscidi (rus. Суннитская мечеть) — Rusiya Federasiyasında, Şimali Osetiya Respublikasının paytaxtı Vladiqafqaz şəhərində, Terek çayının sol sahilində tarixi məscid. == İnşa tarixi == 1900–1908-ci illərdə tanınmış Bakı milyonçusu Murtuza Muxtarov məscidin tikilməsinə maliyyə köməkliyi edir. "Priazovskiy kray" qəzetinin məlumatına görə 80 min rubla başa gələn məscidin 50 min rublunu məhz Bakı neft milyonçusu Murtuza ağa Muxtarov vermişdir. Bu səbədən məbədə Muxtarov məscidi adı verilmişdir. Məscidin layihə müəllifi polyak mənşəli memar İosif Ploşkodur. Məscidin tikintisi 14 oktyabr 1908-ci il tarixində tamamlanmışdır. == Memarlıq üslubu == Məscidin tikintisində layihə müəllifi İosif Ploşko qotik üslubundan istifadə etmişdir.
Benni
Benni — ad. Benni Urkides Benni Benson — Alyaska bayrağının yaradıcısı Benni Kristo — müğənni. Benni Devis — bəstəkar, musiqi yazıçısı, müğənni. Benni Cin Edkins — təqaüdə çıxmış Amerika Birləşmiş Ştatları Ordusunun əsgəri. == Həmçinin bax == Stefano Benni — italyan yazıçı-satirik, şair, dramaturq, kinodramaturq, jurnalist.
Cunci
Cunci — Yaponiya adı. Cunci Nişikava — keçmiş Yaponiya futbolçusu. Cunci Kavano — keçmiş Yaponiya futbolçusu.
Fungi
Göbələk (lat. Fungi) — mayalar və kiflər kimi mikroorqanizmlər və eləcə də geniş yayılmış papaqlı göbələklər kimi eukariot orqanizmlərin daxil olduğu geniş qrupdur. Göbələklər bitkilər, heyvanlar, bakteriyalar və protistlərdən fərqlənən və ayrıca bir aləm kimi Göbələklər adı altında birləşdirilən orqanizmlərdirlər. Xitindən təşkil olunan hüceyrə divarı göbələkləri bakteriyalar, bitkilər, heyvanlar və protistlərdən fərqləndirən başlıca əlamətdir(Protistlər və bitkilərdə hüceyrə divarı əsasən sellüozadan təşkil olunur). Əksər göbələklər mikotoksinlər adlanan bioaktiv birləşmələr əmələ gətirirlər. Göbələklər əsasən kosmopolitan orqanizmlərdirlər ki, onlara hər yerdə rast gəlmək mümkünür. Göbələkləri öyrənən elm mikologiya adlanır. Göbələklərin 100 000-ə qədər növü var. == Göbələklərin ortaq cəhətləri == Fərqli mühitlərdə göbələklərin funksiyası müxtəlif olsa da, onları birləşdirən bir çox cəhətlər vardır: Onların hamısı sporla çoxalır. Papağın alt hissəsində sporangilər yerləşir.
Gunnm
Battle Angel Alita (azərb. Döyüş mələyi Alita‎) və ya Yaponiyada tanınan adı ilə Gunnm (銃夢, Ganmu, azərb. Silah yuxusu‎) – Yukito Kişiro tərəfindən 1990-cı ildə yaradılmış və Shueisha nəşriyyatının "Business Jump" jurnalında nəşr olunmuş manqa seriyası. Yaponiyada 9 cildi buraxılmışdır. İki cildi əsasında iki seriyalıq OVA adaptasiyası çəkilmiş və Şimali Amerikada ADV Films, Avstraliya və Yeni Zelandiyada isə Manga Entertainment tərəfindən buraxılmışdır. Manga Entertainment animeni ingilis dilinə dublaj da etmişdir. "Alita: Döyüş mələyi" adlı ABŞ bədii film adaptasiyasının 21 dekabr 2018-ci ildə buraxılması planlaşdırılır. Manqa seriyasında hadisələr postapokaliptik dünyada baş verir və kibernetika həkimi tərəfindən tullantıların arasında yaddaşı itmiş halda tapılan və təmir edilən Alita adlı kiborqdan bəhs edilir. Alita tezliklə fərqinə varır ki, hər şeyi unutsa da, Panzer Kunst adlı döyüş texnikasını unutmayıb. Bunun sayəsində Alita ovçu-döyüşçüyə çevrilir.
Kunani
Kunani— İranın Luristan ostanının Kuhdəşt şəhristanının Kunani bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3,746 nəfər və 734 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti ləklərdən ibarətdir, lək dilində danışırlar və şiə müsəlmandırlar.
Mannı
Mannı və ya irmək, yarma buğdasının üyüdülməsi və ələnməsi nəticəsində əldə edilən qidadır. Mannı dənələri 125–140 mikrometr, sarı rəngli, parlaq və bucaqlıdır. Ümumiyyətlə sərt buğdadan mannı hazırlanmasında istifadə olunur Mannı, yüksək qida dəyəri olan bir qidadır. Tərkibində 73% karbohidrat var. 100 qram mannıda təxminən 360 kcal enerji var. Mannı makaronun əsas tərkib hissəsidir. Ayrıca, Türkiyə, Yunanıstan, İran, Hindistan və Pakistan kimi ölkələrdə mannı halvası və Ərəbistanda hazırlanan südlü mannı deserti, desert olaraq istehlak edilir.
Qunki
Qunki — Yaponiyada Kamakura dövrünün hərbi hadisələrini təsvir edən əsərlərin yazıldığı janr. == Haqqında == «Qunki» hərfi mənada «hərbi təsvir» deməkdir. Bu janrı Kamakura dövrünün hərbi hadisələrini təsvir edən əsərləri belə adlandırırdılar. «Qunkilərin» bir hissəsi O zamankı Heyyan dövründəkinə uyğun olaraq əsərin predmetinə, mövzusuna görə seçilir. (məs. Horen dövrünün povesti – Horen-monoqatari: Meyci dövrünün povesti, «Heyke-monoqatari», «tayra nəsli haqqında povesti) Deməli, «Qunki» ilə monoqatari arasında genetik əlaqə vardır. Bununla belə «Qunki»nin özünə məxsus fərqləndirici cəhəti vardır. Qunki ədəbi dilin yeni tipi ilə səciyyəvidir. Kitaizm burada yalnız leksik simada özünü göstərir, lakin elə sintaktik mənada da əsərin quruluşuna azca təsir göstərmişdir. «Qunki»də Heyyan ədəbiyyatının dil elementlərini görə bilinir və burada bir sıra xalq sözlərinin də şahidi olunur.
Acacia gunnii
Acacia gunnii (lat. Acacia gunnii) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü. == Sinonimləri == Acacia gunnii var. angustifolia Benth. Acacia gunnii var. hirsutior Benth. Acacia vomeriformis A.Cunn. ex Benth.
Agelescape dunini
Agelescape dunini — Çala hörümçəkləri sinfinə, Agelescape cinsinə aid növ. Azərbaycanın endemik canlısı. == Qısa məlumat == Orta ölçülü hörümçəkdir. Erkəklərin uzunluğu 8,55 mm, dişilərdə 11,2 mm olur. Baş-gövdə hissəsi erkəklərdə uzunluq 3,95 mm (eni 2,7 мм) olur. Dişilərdə 4,3 mm (eni 3 mm) — dir. Baş-gövdə qırmızı-sarı olur və boz naxışlı olur. Ayaqları qırmızı-qəhvəyi, qarın sarı-boz. Agelescape dunini növü ilk dəfə 2005-ci ildə Arаxnoloqlar, Elçin Hüseynov (Elchin F. Guseinov, Zoologiya İnstitutu AMEA, Bakı, Azərbaycan), Yuri М. Marusik (Институт биологических проблем Севера ДВО РАН, Maqadan, Rusiya) və Seppo Koponen (Seppo Koponen, Zoological Museum, University of Turku, Turku, Finlandiya) tərəfindən Agelescape caucasica, Agelescape levyi və Agelescape talyshica Guseinov, Marusik & Koponen, 2005 növləri ilə birlikdə aşkarlanmışdır. Agelescape dunini növü Agelescape affinis (Kulczynski, 1911), Agelescape gideoni Levy, 1996 və Agelescape livida (Simon, 1875) növləri ilə birlikdə Agelescape cinsinə daxil edilmişdir.
Albert Finni
Albert Finni (ing. Albert Finney; 9 may 1936[…] – 7 fevral 2019[…]) — kino aktyoru, kino prodüseri, kinorejissor, müğənni, teatr aktyoru, ssenarist, telerejissor və televiziya aktyoru. == Həyatı == Alis və Albert Finninin oğlu kimi İngiltərənin Lancashire əyalətinin Salford şəhərində anadan olmuşdu. Finni "Kral Dramatik Sənət Akademiyası"nda oxumuşdur. Finney 1963-cü ildə Toni Riçardson tərəfindən uyğunlaşdırılan Henri Fildinqin "Tom Jones" filmində rol aldı. Filmdəki roluna görə "Oskar" mükafatına namizəd olan Finni bu roluna görə "Tom Jones Venesiya Film Festivalı"nda (Volpi Kuboku) ən yaxşı aktyor mükafatına layiq görülmüşdür. Aktyor 1984-cü ildə "Paltar" filminə görə "Berlin Film Festivalı"nda "Ən Yaxşı Aktyor mükafatı"nı qazanıb. "Paltar" və "Vulkanın altında" filmlərinə görə "Ən Yaxşı Dəstəkləyici Aktyor Akademiyası Mükafatı"na namizəd oldu. Ceyn Venham (1957-1961), Anuk Emi (1970-1978) və Keyterin Ettson (1989-1991) ilə evlənmişdir. Aktyor Albert Finney 7 fevral 2019-cu ildə 82 yaşında vəfat etdi.
Aleks Denni
Aleksander Ceyms Denni (ing. Alexander James Denny; 12 aprel 2000) — yarımmüdafiəçi kimi çıxış edən peşəkar İngiltərə futbolçusu. == Klub karyerası == === Everton === Denni 6 dekabr 2017-ci ildə Avropa Liqasında Apollon Limassol klubuna qarşı oyun üçün əsas komandaya dəvət almışdır. O, öz peşəkar karyerasında debütünü bir gün sonra etmiş və 91-ci dəqiqədə meydana daxil olmuşdur. Həmin görüşdə Everton rəqibinə 3-0 hesabı ilə qalib gəlmişdir. == Milli karyerası == Denni İngiltərə U-17 millisi ilə debütünü 2016-cı ilin sentyabr ayında Xorvatiya U-17 millisinə qarşı oyunda etmişdir.
Bagz Banni
Baqz Banni və ya Dovşan Baqz (ing. Bugs Bunny) — Warner Bros. tərəfindən yaradılan cizgi filmi qəhrəmanıdır. Daffi Dakdan başqa cizgi filmlərinin bütün qəhrəmanları onu sevir. İlk dəfə 1938-ci ildə Bruklində Nyu-Yorkda yaradılmışdır. Əsası Teks Eyveri və animator Robert MakKimson tərəfindən qoyulmuşdur. Digər versiyalarda isə personajın yaradıcısını bu kampaniyanın animasiya studiyasında çalışan Çak Consu hesab edirlər. Baqs özündənrazı, laqeyd xarakteri ilə seçilən antromorfik, boz və ağ rəngli dovşandır. Zarafata çox meyillidir. Cizgi filmlərdə, televiziya verilişlərində, video oyunlarında, bir çox reklamlarda rol alıb.
Benni Benson
Con Ben "Benni" Benson (Oktyabr 12, 1913 – iyul 2, 1972) Alyaska bayrağının yaradıcısıdır. Benni 1927-ci ildə Alyaska ərazisi üçün bayrağın yaradıcısı kimi müsabiqənin qalibi olarkən 13 yaşı var idi ki, sonradan 1959-cu ildə Alyaska ABŞ-nin ştatına çevrilmişdir. == Həyatı == === Erkən illər === Con Ben Benson Alyaska ərazisinin Çiqnik şəhərində doğulmuşdur. O, Alyutik kimi isveç-amerikalı atanın və supik-rus olan anası Tatiana Şebolaynın övladı idi. Onun 3 yaşı olarkən anası vəfat etmiş və onların qayğısına qala bilmədiyi üçün atasından onu və qardaşı Karlı yetimxanaya qoymasına görə təzyiq edirdi. Benni Unalaşkada yerləşən Uşaqlar üçün Cessi Li evində və sonradan isə Sivardda böyümüşdür. === Tülkü ferması === 1932-ci ildə, kolleci bitirdikdən sonra Benni Cessi Li evini tərk etdi. O, atasının yanında, tülkü fermasında işləmək üçün Aleut adalarında fermanın yerləşdiyi Uqayuşak adasına geri qayıtdı. Kürk sahəsində işlər zəiflədiyi üçün Benni 1936-cı ildə Sietl şəhərinə köçdü. O, Alyaska bayrağı üçün keçirilən yarışda qazandığı 1000 $ məbləğlə Hemfil Dizel Mühəndislik Məktəbində Dizel mühərriki təmiri üzrə təhsili aldı.
Benni Devis
Benni Devis (21 avqust 1895, Nyu-York, Nyu-York ştatı – 20 dekabr 1979, Mayami, Florida) — bəstəkar, musiqi yazıçısı, müğənni. == Həyatı == Benni Devis 21 avqust 1895-ci ildə Nyu-Yorkda anadan olub. Əsasən mahnı bəstəçisi və vodevil müğənnisi kimi tanınıb. Bir çox filmlərə musiqi bəstələyib. 20 dekabr 1979-cu ildə Mayamidə vəfat edib. Devis, yeniyetmə ikən "vaudevill"də çıxış etməyə başladı. Blossom Seeley-də müşayiətçi işləyərkən mahnı yazmağa başladı. 1917-ci ildə Cek Yellen ilə "So Long Sammy" və C. Francis Reisner ilə "Good-bye Broadway. Hi Fransa"nı yazdı. İlk müvəffəqiyyəti Con Conrad və J. Russel Robinsonun musiqisi olan 1920-ci il "Margie" idi.
Benni Kristo
Ben Cristóvão (8 iyun 1987, Plzen) — müğənni. Pop və rap müğənnisi olan Benni Kristo 2020 Avroviziya Mahnı Müsabiqəsində Çexiyanı "Kemama" mahnısı ilə təmsil edəcəkdi.
Benni Urkides
Benni Urkides (ing. Benny Urquidez; 20 iyun 1952, Tarzana[d], Los-Anceles dairəsi) – ABŞ aktyoru, kikboksçusu və horeoqrafdır. Yarışmalarda aktivliyinə görə "Reaktiv" (ing. The Jet) ləqəbini qazanmışdır. == Həyatı == Benni Urkides 20 iyun 1952-ci il tarixində ABŞ-nin Kaliforniya ştatının Los-Anceles dairəsində dünyaya gəlmişdir. Benni Urkidesin anası peşəkar güləşçi, atası isə boksçudur. Valideynləri ispan və hindu əsillidirlər. Bacısı Lilli Rodriges kikboks üzrə məşqçidir. 1958-ci ildə ilk məşqlərinə başlayır. 1973–1993-cü illər kikboksinq yarışması üzrə bir çox döyüş keçirmişdir.
Bernardino Luini
Bernardino Luini (ən tezi 1481 və ən geci 1482 – 1532, Milan) — Yüksək İntibah dövrünün şimali İtaliya rəssamı, Leonardo da Vinçinin tələbəsi və epiqonu, ən tanınmış leonardesklərdən biridir. Onun bir çox əsərələrini Leonardonun fırçası kimi qələmə verirdilər. Yerli mənbələrə əsasən, Luini çox məhsuldar rəssam olmuş, çoxsaylı freska və əsərlər yaratmışdır. Belə bir nəticəyə gəlmək olar ki, sənətkar durmadan tərəqqi edən emalatxananın rəhbəri olmuşdur.