Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
ПМА "В-1" və ПМА "В-2" aşqarları
В.G.Timiryasov adına Kazan İnnovativ Universiteti
Lad (musiqi)
Lad (rus. lad, ing. mode) – müxtəlif yüksəklikdə yerləşən səslərin bir birinə tərəf meyl edərək, eyni zamanda bir sabit səs tonika ətrafında birləşməsi; o cümlədən, həmin səsdən qurulan interval və ya akkord (adətən tonika üçsəslisi) ətrafında cəmlənməsi. == Anlayışlar == Ladı əmələ gətirən səslər pillə adlanır və tonikadan (I pillə) başlayaraq, yuxarıya doğru artan sıra ilə rum rəqəmləri ilə işarə olunur. Ladın hər bir pilləsi müəyyən funksiya (vəzifə) daşıyır. Ladlar bir-birindən səssırasının quruluşuna görə fərqlənir, yəni səslər arasındakı intervalın kəmiyyəti və keyfiyyəti, həmçinin ayrı-ayrı pillələr arasındakı qarşılıqlı münasibət ladın səssırasının quruluşunu müəyyən edən amildir - bu, ladın quruluş formulu adlanır. Tonika ladın sabit, baş pilləsi olub, digər pillələri öz ətrafında cəmləşdirir.Qısa yazılış şəkli: T. Şərq musiqisində tonikaya "mayə" deyilir. Ladı təşkil edən səslərin yüksəklik üzrə tonikadan sonrakı oktavanın tonikasına qədər düzülüşü qamma (ladın səs sırası) adlanır. == Avropa musiqisində ladlar == Qərb musiqisində əsasən iki lad – major və minor ladları geniş yayıldığından tədrisdə də buna müvafiq olaraq major və minor qammalarından istifadə olunur. Tədrisdə major qammasının yalnız natural növündən, minor qammasının isə natural, harmonik və melodik növlərindən istifadə edilir.
V
V — Latın qrafikalı Azərbaycan əlifbasında 30-cu hərf, 23 samitdən biri. Cingiltili samitdir, kar qarşılığı f samitidir. Finikiya əlifbasında mıxa oxşadığı üçün "vav" ("mıx") adlanırdı. Kiril qrafikalı əlifbada rast gəlinən "B" Yunan əlifbasındakı "β" "beta" hərfi əsasında qurulmuşdur.
Bad
Bad (sinql) — Maykl Cekson tərəfindən ifa olunmuş mahnı. Bad (Quba) — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd.
Klad
Klad — əcdadın və nəslin davamçılarının təşkil etdiyi qrupdur. == Xarici keçidlər == Evolving Thoughts: Clade DM Hillis, D Zwickl & R Gutell. "Tree of life". An unrooted cladogram depicting around 3000 species.
LAN
Lokal şəbəkə yaxud LAN (ing. Local Area Network) — yaşayış yeri, məktəb, laboratoriya, universitet şəhərciyi və ya ofis binası kimi məhdud sahədə kompüterləri birləşdirən kompüter şəbəkəsi. Əksinə, genişmiqyaslı şəbəkə (WAN) sadəcə daha böyük coğrafi məsafəni yox, həm də ümumiyyətlə icarəyə götürülmüş telekommunikasiya sxemlərini əhatə edir. Ethernet və Wi-Fi lokal şəbəkələr üçün istifadə edilən ən çox yayılmış iki texnologiyadır. Tarixi şəbəkə texnologiyalarına ARCNET, "Token Ring" və "AppleTalk" daxildir. == Topologiyalar == === Şin topologiyası === Şin topologiyalı lokal şəbəkələr ən sadə struktura malikdirlər. Bu topologiyada bütün kompüterlər paralel olaraq şinə qoşulurlar. Şin, kompüterləri bir-birinə bağlayan kabel sistemidir. İnformasiya paketlər şəklində şinlə hər iki tərəfə ötürülür. İnformasiya göndərmək istəyən kompüter (şəbəkə adapteri) şinin boş olub-olmamasını (yəni şinlə digər kompüterlərin informasiya göndərib-göndərməməsini) yoxlayır.
LAPD
Los-Anceles Polis Departamenti — Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərinin polis təşkilatı. On mindən çox məmuru və üç mindən çox vətəndaş personalı var. 3.8 milyonluq əhali və 1.290 km²-lik sahədən məsul olan bu təşkilat; Amerika Birləşmiş Ştatlarındakı ən böyük hüquq mühafizə orqanlarndan biridir. Tarixi boyunca saysız filmdə və televiziya seriallarında mövzu edilən LAPD, bir çox dəfə irqçilik və sui-istifadə iddialarına məruz qaldı və mübahisəli müzakirələrə gətirib çıxardı. Ümumi birləşmiş xilasetmə xidməti olan 911 fəaliyyət göstərir,bu xidmət yanğın,cinayət,xilasetmə fəaliyyətlərin yerinə yetirir.
LCD
LCD və ya maye kristal monitor (en. Liquid crystal display) — artıq təsvir texnologiyası kimi nəzərə alınmır. Yalnız düz kvadrat deyil, eyni zamanda nazik, daha parlaq və katod şüalı elektron lampalarına nisbətlə daha az enerji sərf edir. == Tarixi == LCD`nin kəşfi adi bir kök`ə qədər uzanır. 1888-ci ildə Avstriyalı botanik və kimyagər Friedrich Reintzer kökdən xolestrini çıxardıqdan sonra, xolestrinin maraqlı bir xüsusiyyətə malik olduğunu kəşf etdi: Xolestrin nə maye, nə də qatı kristallara malik idi, ikisinin arasında bir yerdəydi. Reinitzer, xolestrinin qəribə bir formada iki ərimə nöqtəsinin olduğunu və işığı qəribə formalarda əks etdirtdiyini gördü. Bu kəşf elm adamları arasında bir tufan qopartdı, amma hələ heç kəs xolestrinin faydasının istifadə edilə biləcəyi bir sahə tapa bilmirdi. 1900-cü illərin əvvəllərində bəzi elm adamları maye kristallarını istifadə edərək onları incə lövhələrin arasına axıdırdılar. Lakin ilk praktiki tətbiqi tapmaq böyük bir şirkətə nəsib oldu. 1936-cı ildə maye kristalın potensialının əhəmiyyətini görən Marconi Kabelsiz Teleqraf Şirkəti "maye kristal işıq valfı"nın patentini aldı.
LED
LED (ing. Light Emitting Diode) (Tərcüməsi: İşıq Yayan Diod) yarım-keçirici, diod əsaslı, işıq yayan bir elektronik cihazdır. 1920-ci illərdə Rusiyada icad edildi və 1962-ci ildə Amerikada praktik olaraq tətbiq oluna bilən elektronik komponent halına gətirildi. Oleg Vladimirovich Losev adlı bir radio texniki radio qəbuledicilərində istifadə olunan diodların işıq yaydığını gördü və 1927-ci ildə bir Rus qəzetində LED haqqında kəşflərini nəşr etdi. İlk əvvəllər yalnız zəif qüvvətli qırmızı işıq verə bilirdilər amma müasir LEDlər, ultrabənövşəyi, infraqırmızı kimi müxtəlif dalğa ölçülərində, yüksək parlaqlıqda işıqverə bilir. Çox az enerji istifadə etməsi, uzun ömrü, möhkəmliyi, kiçik ölçüsü və sürətli açılıb bağlana bilinməsi kimi ənənəvi işıq qaynaqlarına görə bir sıra üstünlüklərə malikdir. LED, müxtəlif sahələrdə tətbiq olunur. == Tarix == Bərk dioddan işıq emissiyası haqqında ilk məlum hesabat 1907-ci ildə Marconi Laboratoriyasının britaniyalı eksperimentatoru Henry Round tərəfindən hazırlanmışdır. Aparatın katodunda sarı, yaşıl və narıncı parıltının göründüyünü qeyd etmişdir. Daha sonra, 1923-cü ildə məlum oldu ki, bu maddələrdən elektrik cərəyanı keçərsə, işıq meydana gələcək.
LSD
Lizergin turşusu dietilamidi (LSD və ya lisergid) – halüsinogen təsirə malik psixoaktiv maddədir. LSD güclü halusinojen təsirə malikdir və kiçik dozalarda belə təsiri hiss olunur. İlk dəfə 1938-ci ildə İsveçrə kimyaçısı Albert Hofman tərəfindən sintez edilmişdir. LSD tibbdə psixi pozğunluqların müalicəsində istifadə edilmiş, lakin sonradan onun istifadəsi qadağan edilmişdir. == Tarixi == LSD ilk dəfə 1938-ci ildə İsveçrənin Bazel şəhərində yerləşən "Sandoz" şirkətinin laboratoriyasında Albert Hofman tərəfindən çovdar sporlarından sintez edilmişdir. Hofman bu maddənin güclü halüsinogen təsirə malik olduğunu təsadüfən özü üzərində sınaqdan keçirərkən kəşf etmişdir. 1943-cü ilin 19 aprel tarixində Hofman qəsdən 250 mikroqram LSD qəbul etmiş və bununla da ilk dəfə planlı şəkildə LSD təcrübəsi aparılmışdır. Hofman bu təcrübə zamanı velosipedlə evə qayıdarkən güclü halüsinasiyalar yaşamışdır. Bu hadisə tarixə "Velosiped Günü" kimi düşmüşdür. 1947-ci ildə "Sandoz" şirkəti LSD-ni "Delysid" ticarət adı ilə psixoterapiya və psixiatriyada istifadə üçün buraxmışdır.
Lab
Lab və ya Laap, Lap, Laab (laosca ລາບ; tail. ลาบ) Laos mətbəxinə məxsus salat növü. Tailandın laosluların üstünlük təşkil etdiyi İsan bölgəsində geniş yayılmışdır. Bu salat orada ət yeməyi kimi təqdim edilir.
Lada
LADA ("Lada") — "AvtoVAZ" ASC tərəfindən istehsal edilən avtomobil markaları.
Ladi
Ladi (rus. лади, ing.
Ladı
Ladı - xovsuz xalça növü. Bu texnika da palaz texnikasının bir növü hesab edilə bilər. Lakin bu texnika palaz toxunma texnologiyasında xeyli fərqlənir. Ladının toxunuşu zamanı hər dəfə arğac-ərişlərin arasından müəyyən say əsasında keçirilir. Ladını toxumaq üçün yer hanasından (sadə toxucu dəzgah) istifadə edirlər. Digər xalça növlərindən fərqli olaraq şəddə və xalça məmulatı olan örkən kimi ladı da əvvəllər evdə deyil həyətdə torpağın üstündə yer hanasını üfüqi vəziyyətdə uzatmaqla toxunurdu. Ladının ənənəvi mərkəzləri Qazax və Xızı hesab olunur. Bu gün ladının əsas istehsal mərkəzləri Yardımlının, Lerikin, Astaranın dağ kəndlərində yerləşir. Ladı rəngli arğac sapların müəyyən hesabla ərişdən keçirilməsi yolu ilə hazırlanır. Nəticədə məmulatın daralan və genişlənən naxışlar şəklində bədii xüsusiyyətləri üzə çıxır.
Lak
Laklar (lak. лак, гъази-гъумучи) — Şimali Qafqazda yaşayan xalq. Laklar tarixən Mərkəzi Dağlıq Dağıstan ərazisində yayılmışlar. Lakların etnik-mədəni ərazisi Lakiya adlanır. == Etimologiya == === Endomin === «Lak sözü lakların öz-özlərini adlandırmasıdır. «Ju lak buru» — biz laklarıq; «ju lakral xalk buru» — biz lak xalqıyıq; «lakssa» — lak, laklar; «lakkuçu» — lak kişi, laklı; «lakku maz» — lak dili; «lakku bilayət» — Lak ölkəsi; «Lakkuy» — Lakiya; «lakral rayon» — lak rayonu; «lakral kıanu» — lak yeri; «lak naççaxıluq» — lak dövləti. Laklar "lak" adını etnonim və toponim kimi istifadə edirlər. Lak dilində «lak» sözü «laxsaa» (yüksək) və «laq» (qala) sözlərinə yaxındır. === Ekzomin === Lakları digər xalqlar müxtəlif adlarla adlandırırlar. Avarlar laklara tumal, qumeq; darginlər — vuluquni, vuleqi, suluquni; ləzgilər — yaxular, yaxulşu; qumuqlar — qazıqumuqlar; çeçenlər — qıazıumki; ruslar — laklar, qazıqumuxlar adlandırırlar.
Lam.
Jan-Batist Lamark (fr. Jean-Baptiste Pierre Antoine de Monet, Chevalier de Lamarck; 1 avqust 1744[…], Bazentin[d], Pikardiya[d], Fransa krallığı – 18 dekabr 1829[…], Paris, Burbon restavrasiyası) — Fransa alim-təbiətşünası. J. Lamark canlı dünyanın təkmil təkamül nəzəriyyəsini yaratmağa çalışırdı. Sonradan bu nəzəriyyə Lamark nəzəriyyəsi adlandırıldı. Öz dövründə diqqəti çəkməsə də sonradan müasir dövrədək qızğın mübahisə predmetinə çevrildi. Lamark indiyə qədər müasirliyini itirməyən "Zoologiyanın fəlsəfəsi" (1809) kitabının müəllifidir. == Həyatı == Jan-Batist Lamark varlı olmayan zadəgan ailəsində anadan olub. Ordu sıralarında döyüşlərdə iştirak edib, zabit rütbəsinə qədər yüksəlib. Parisdə tibb elmini öyrənib və təhsil dövründə təbiət elmlərinə, xüsusilə də botanikaya böyük maraq göstərib. 1778-ci ildə o üç cildlik "Fransız təbiəti" adlı kitab nəşr etdirir.
Land
Lar
Lar — İranın Fars ostanının şəhərlərindən və Laristan şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 51,961 nəfər və 12,891 ailədən ibarət idi.Əhalisinin əksəriyyəti Əçomi xalqından ibarətdir, Açomi dilində danışırlar və müsəlmandırlar.
Lat.
Latın dili — Hind-Avropa dillərinə daxil dillərdən biri. Qədim Roma ərazisində işlədilmişdir. Əksər elmi terminlər bu dildən götürülmüşdür. Məsələn, "hydro" — su, "ferrium" — dəmir, "vita" — həyat deməkdir. Hazırda Vatikanda latın dili dövlət dilidir. == Tarixi == Latın dili hind-avropa dil ailəsinin italyan dil qrupunun bir üzvüdür. Latın dilinin əlifbası qədim italyan əlifbası əsasında yaranıb və kökləri daha qədimə yunan və finikya əlifbasına qədər gedir. Latin dilinin tarixi bizim eradan öncəsinə aiddir və Tiber çayı ətrafındakı Latium bölgəsinin əsas istifadə etdiyi dil olub. Eyni zamanda Latium bölgəsi hazirdada böyük bir coğrafiyada öz təsirini göstərən roman sivilizasiyasının (Cənubi Avropa, Latın Amerikası və.s) ilk inkişaf etdiyi bölgə olub. Günü gündən Romada elit təbəqənin istifadə etdiyi dilə çevrilən latin dili b.e.ə I və b.e I əsrləri arasinda şimaldan gallarin, etruryalıların, liquriyalıların, venediklilərin və cənubdan yunan dilli xalqların təsiri ilə latın xalqı tarix səhnəsindən çıxmış və bununla da bu dilin məişət həyatında istifadəsi mümkünsüz olmuşdur.
Lay
Lay (təbəqə)
Lod
Lod (ivr. ‏לוד‏‎; ərəb. اللد‎ əl-Lidd, əl-Ludd; latın: Lydda, Diospolis, qədim yunan dili: Λύδδα / Διόσπολις – Zevs şəhəri) — İsraildə şəhər, Tel-Əvivdən 20 km cənub-şərqdə yerləşir. Milli Aerokosmik Sənayesi Mərkəzi; onun yaxınlığında ölkənin ən böyük David Ben-Qurion adına hava limanı yerləşir. == Əhalisi == İsrail Mərkəzi Statistika Bürosunun məlumatına görə, 2018-ci ilin əvvəlində əhali sayı 74.604 nəfər idi.
Pad
Pad (rus. падь, ing. pad) — dərin, adətən meşə ilə örtülmüş dağ dərəsi və ya müvəqqəti (bəzən daimi) axarı olan yarğan. Uzaq Şərqdə və Şərqi Sibirdə işlədilən ad.
Sad!
"Sad!" (böyük hərflərlə) — amerikalı repçi XXXTentacion-un ? albomunda səslənən mahnısı. Mahnı, albomun aparıcı sinqlı olub, 2 Mart 2018 tarixində çıxdı. Parça John Cunningham tərəfindən hazırlanmış və XXXTentacion tərəfindən yazılmışdır. Mahnı, XXXTentacion-un ABŞ-dakı ən çox dinlənən mahnısıdır, 18 iyun 2018-ci ildə, ölümündən sonra Billboard Hot 100-də bir nömrəyə çatdı. Mahnının musiqi videosu vəfatından sonra iyunun 28-də, YouTube kanalında yayımlandı.
Şad
Şad (Əski türkcə: 𐱁𐰑) - Qədim türk titullarından biri. Adətən hökmdarın ailəsindən olan şəxsə verilirdi. Yabqudan bir pillə yuxarıda dayanırdı. Türgişlər dövlətində şad şərq torpaqlarını, yabqu isə qərb torpaqlarını idarə edən hakim idi. Movses Kalankatlı Bağa Şadın oğlu Böri Şaddan bəhs edir.
IAD
Integrated access device (azərb. İnteqrasiya edilmiş giriş cihazı‎) və ya qısaca IAD — geniş ərazi şəbəkələrinə və İnternetə çıxışı təmin edən müştəri tərəfindən təchiz edilmiş avadanlıq. O xüsusilə daşıyıcı və ya provayder PoP-u ilə paylaşılan keçid vasitəsilə səs və məlumat da daxil olmaqla bir çox məlumat kanallarını birləşdirir. Giriş bağlantısı T1 xətti, DSL bağlantısı, kabel (CATV) şəbəkəsi, genişzolaqlı simsiz əlaqə və ya metro-Ethernet bağlantısı ola bilər. PoP-də müştərinin ümumiləşdirilmiş məlumatı adətən müştərilərlə əsas şəbəkə arasında oturan mürəkkəb və bahalı qurğular olan ADM və ya MSPP-yə (multiservis təminat platforması) yönəldilir. Onlar müştərilərdən gələn trafik axınlarını idarə edir və həmin axınları ictimai telefon şəbəkəsinə və ya müvafiq genişmiqyaslı şəbəkələrə (ATM, Frame Relay və ya İnternet) yönləndirirlər. IAD bəzən müştərinin qoşulmaq istədiyi provayder tərəfindən quraşdırılır. Bu provayderə giriş bağlantısının xüsusiyyətlərini idarə etməyə və istifadə zamanı onun əməliyyatını idarə etməyə imkan verir. Rəqabətli provayderlər indi simsiz optik (yəni Terabeam) və metro-Ethernet şəbəkələri də daxil olmaqla müxtəlif giriş texnologiyaları üzərindən xidmətlər təklif edirlər. Köhnə telekommunikasiya protokolları və nəqliyyat üsulları (T1 xətləri və vaxt bölgüsü multipleksasiyası) əsas daşıma üçün uyğun olan giriş metodları ilə əvəz olunur.
Lav
Lav — soyad. Ərcümənd Behzad Lav — Türkiyə şairi. Aleksis Lav — ABŞ modeli və pornoaktrisası. Cennifer Lav Hyuitt — ABŞ aktrisası və müğənnisi. == Həmçinin bax == LAV 3 — yüngül piyada döyüş maşını.
.қаз
.қаз (punycode: .xn--80ao21a; Қазақстан Республикасы) — Qazaxıstan Respublikası üçün yuxarı səviyyəli milli domenidir. Kiril əlifbasında olan üçüncü domendir (birinci .рф, ikinci .срб). .рф və .срб domenlərin əsas fərqi hərfin qazax əlifbasında olmasıdır. == Tarix == 2012-ci ilin martında Qazaxıstan .қаз yuxarı səviyyəli milli kiril domenini fəaliyyətə buraxdı. Fəaliyyətin yoxlaması üçün test saytı ТЕСТ.ҚАЗ yaradılmışdır. == Domenin fəaliyyətə verilməsı == Qeydiyyat bir neçə mərhələdə oldu. Birinci mərhələ (2012-ci il aprelin 1-dən 30-dək) — hökumət orqanları və dövlət təşkilatları, qeydiyyat şöbəsinin texniki ehtiyacları üçün domen qeydiyyatı. İkinci mərhələ (1 may-30 iyul 2012-ci il tarixləri arasında) — 31 dekabr 2011-ci ilə qədər Qazaxıstan Respublikası qanunvericiliyə uyğun olaraq qeyd edilmiş ticarət markalarının və firma adlarının sahibləri üçün domen adlarının prioritetli qeydiyyatıdır. Üçüncü mərhələ (2012-ci ilin 15 avqustundan) — domen adlarının qeydiyyatı azad şəkildə aparıldı. .қаз domen zonasında domen adlarının qeydə alınması təyin edilmiş registratorlar vasitəsilə olar.
2009 год
== Hadisələr == Azərbaycan Respublikasında "Uşaq ili". 1 aprel - Xorvatiya və Albaniyanın NATO-ya qəbul edilməsi. 21 iyun — Danimarkanın keçmiş müstəmləkəsi Qrenlandiyanın öz müstəqilliyini elan etməsi. A-Team adlı rep-qrupu yaradılmışdır. 18 fevral - "Bakı İslam mədəniyyətinin paytaxtı – 2009" tədbirlərinin təntənəli açılışı . 18 mart - Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklər haqqında əlavə və dəyişikliklər edilməsinə dair referendum keçirilməsi. 18-24 mart - Bakıda "Muğam aləmi" Beynəlxalq musiqi festivalının keçirilməsi. 30 aprel — Azərbaycan Dövlət Neft Akademiyasında terror hadisəsi 4 may - Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya"nın və "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında sərəncamın imzalanması. 9 sentyabr — Azərbaycan və Tuvalu dövlətləri arasında diplomatik əlaqələrin qurulması haqqında Birgə Kommünike imzalanması. 6 dekabr — Bakı şəhərində Azərbaycan Vikipediyası istifadəçilərinin ilk görüşünün keçirilməsi.
2011 год
== Hadisələr == Azərbaycan Respublikasında "Turizm ili". 1 yanvar Estoniya avro pul vahidinə keçir, Avro Bölgəsinin 17-ci üzvü olur. Macarıstan Avropa Birliyi Şurasının sədri oldu. 3 yanvar Arnold Şvartsenegger Kaliforniya ştatın qubernator yerini buraxıb. 4 aprel — Cartoon Network (Türkiyə) Loqosunu dəyişmişdir. 11 fevral – Misirdə uzun sürən etirazlardan sonra ölkə prezidenti Hüsnü Mübarək istefa verir. 11 mart – Yaponiyada 8.9 bal gücündə dağıdıcı zəlzələ baş verir. Zəlzələ nəticəsində sunami fəlakəti yaşanır, Fukusima atom stansiyasında qəza baş verir. 15 sentyabr — Moskvada Müslüm Maqomayevin Mədəni-Musiqi İrsi Fondunun dəstəyilə hazırlanmış Müslüm Maqomayevin abidəsinin təntənəli açılış mərasimi olmuşdur 24 oktyabr — Azərbaycan Respublikası ilk dəfə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişdir. 31 oktyabr — Dünya əhalisinin sayı 7 milyard olmuşdur.
Dаn yeri Оrtа əsr qəbirstаnlığı
Gərdək-i Sepiyan (Piranşəhr)
Gərdək-i Sepiyan (fars. گردكسپيان‎) - İranın Qərbi Azərbaycan ostanının Piranşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 640 nəfər yaşayır (100 ailə).
Gəz-i Bərməkan
Gəz-i Bərməkan (fars. گزبرمکان‎) — İranda, Xuzistan ostanında, Həftkel şəhristanının Rüğeyvə bəxşinin Gəzin dehestanında kənd. İran ordusu Qərargahının Coğrafiya İdarəsi (fars. دايره جغرافيايي ستاد ارتش‎) tərəfindən toplanmış məlumatlar əsasında general–leytenant Hüseyn Əli Razmaranın (fars. حسین علی رزم آرا‎; ing. Hossein Ali Razmara) redaktorluğu ilə 1949–1953–cü illərdə 10 cild şəklində nəşr edilmiş "İranın coğrafiya lüğəti"ndə (ing. Geographical Dictionary of İran; fars. دیکشنری جغرافیایی ایران‎ Fərhəng-i cuğrafiya-yi İran) verilən rəsmi məlumata əsasən Altıncı ostanda, Əhvaz şəhristanının Həftkel bəxşinin Nəft Sefid dehestanına daxil olan Gəz-i Bərməkan kəndinin farsca – türkcə danışan və şiə olan əhalisi 110 nəfərdən ibarət idi. 2011–ci il siyahıyaalınmasına əsasən kənddə əhali yaşamır.
Gəzvar-i Süfla
Gəzvar-i Süfla (fars. گزورسفلي‎) — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 80 nəfər yaşayır (14 ailə).
Gəzvar-i Ülya
Gəzvar-i Ülya (fars. گزورعليا‎) — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 132 nəfər yaşayır (31 ailə).
H
Latın qrafikalı Azərbaycan əlifbasında 11-ci hərf. Azərbaycan əlifbasında cingiltili qarşılığı olmayan yeganə kar samitdir. Boğaz samitidir.
H-110 Sarir
H-110 "Sarir" (fa: سریر, mənası "Taxt") PUA-ları İİKK tərəfindən verilən sifarişlə 2011-ci ildə hazırlanmağa başlayıb və 2013-cü ilin aprelində keçirilən təntənəli mərasimlə silahlanmaya qəbul edilib. Elektro-optik və infraqırmızı sensorlardan istifadə edən "Sarir" kəşfiyyat və müşahidə vəzifələrini yerinə yetirmək üçün optimallaşdırılıb. İran KİV-lərinin məlumatına görə PUA "hava-hava" tipli raket silahları daşıya bilir. Bu cihaz İran silahlı qüvvələrində geniş yayılıb. H-110 "Sarir" pilotsuz vasitəsi ərazinin kəşfiyyatı, potensial düşmənin gizli hərəkətini aşkar etmək, ölkənin hava sərhədlərinə nəzarət etmək və hava hədəflərinə hücum üçün fəal istifadə olunur. İran təyyarə istehsalçılarının H-110 "Sarir" pilotsuz uçuş aparatının dizaynına kifayət qədər ixtisaslı yanaşması sayəsində iki ildən az müddətdə planlaşdırılan layihəni başa çatdırmaq mümkün oldu. Dəyəri çox da yüksək olmayan PUA çox sayda hərbi hissəni bu vasitələrlə təchiz etməyə imkan verdi. Bundan əlavə, 2015-ci ildə digər ölkələr, o cümlədən Venesuela və Kolumbiya da İrandan H-110 "Sarir" dronlarının alınmasına maraq göstərdilər. İranın H-110 "Sarir" pilotsuz uçuş aparatı üç növ kamera, o cümlədən elektro-optik gündüz kamerası ilə təchiz edilir. Əlverişsiz və ya qeyri-kafi görünmə şəraitində ərazini izləmək üçün infraqırmızı kameradan istifadə edilir.
H.Eichler
Hansjorq Eyçler (ing. Hansjörg Eichler; 1 aprel 1916, Ravensburq[d] – 22 iyun 1992, Berlin) — Avstraliya botaniki. == Elmi fəaliyyəti == Hansjorq Eyçler toxumlu bitkilər üzrə ixtisaslaşmışdır. == Əsərləri == == Şərəfinə adlandırılmış taksonlar == Atriplex eichleri Aellen, 1965 Bassia eichleri Ising, 1961 [syn. Sclerolaena holtiana (Ising) A.J.Scott, 1978] Chionogentias eichleri L.G.Adams, 1995 [syn. Gentianella eichleri (L.G.Adams) Glenny, 2004] Euphrasia eichleri W.R.Barker, 1982 Gomphrena eichleri J.Palmer, 1998 Haloragis eichleri Orchard, 1975 Millotia eichleri P.S.Short, 1995 Naravelia eichleri Tamura, 1986 [syn. Clematis menglaensis M.C.Chang, 1980] Picris eichleri Lack & S.Holzapfel, 1993 Ptilotus eichlerianus Benl, 1970 Ranunculus eichlerianus B.G.Briggs, 1960 Tribulus eichlerianus K.L.Wilson, 1992 Xanthosia eichleri J.M.Hart & Henwood, 1998 Zygophyllum eichleri R.M.Barker, 1998 [syn. Roepera eichleri (R.M.Barker) Beier & Thulin, 2003] == İstinadlar == == Ədəbiyyat == Orchard, A.E. A History of Systematic Botany in Australia // Флора Австралии = Flora of Australia. — 2. — 1999 —.
H.Karst.
Hermann Karsten (ing. Gustav Karl Wilhelm Hermann Karsten (6 noyabr 1817, Stralsund – 10 iyul 1908, Zoppot) — Almaniya botaniki.
H.O.S.T
H. O. S. T (digər adla H.O.S.T. Alliance) — 2007-2012-ci illərdə fəaliyyət göstərmiş, 8 musiqiçidən - AiD, Dərviş, Feck, Felon De Jure, ErranT, Jamal Ali, Qaraqan və Prometedən ibarət rep qrupu. H.O.S.T adı Hava, Od, Su, Torpaq sözlərinin qısaltmasıdır. Qrup 2007-ci ilin fevral ayında Bakı şəhərində yaranmışdır. Azərbaycanda alternativ musiqi mədəniyyətinin formalaşması və kütləviləşməsində bayraqdarlardan biri sayılır. == Tarixi == === Yaranma === Qrupun yaranma tarixinə qədər də, üzvlər ayrılıqda rep fəaliyyəti ilə məşğul olub, konsertlərdə çıxış edib. Promete, Qaraqan, Jamal Ali, Felon De Jure daha öncə ayrı-ayrılıqda və ya birgə rep və beatmakerlik fəaliyyəti məşğul olublar. 2005–2006-cı illər ərzində əsası qoyulan Baku Clan uşaqlıq dostlarını özündə birləşdirib. Baku Clan'ın "Sənsiz (Love Story)" adlanan ilk hiti məhz o dövrdə yazılıb. Elə həmin dövrdə Baku Clan üzvləriylə yaxın dostluq əlaqələrinə malik olan PRoMete də SRB-nin (Sumqayıt Rep Birliyi) nəzdində çıxış edirdi. Birliyin yaradıcısı bir neçə konsert verməklə bərabər Baku Clan'la da bir sıra tracklər yazdırır.
H.O.S.T.
H. O. S. T (digər adla H.O.S.T. Alliance) — 2007-2012-ci illərdə fəaliyyət göstərmiş, 8 musiqiçidən - AiD, Dərviş, Feck, Felon De Jure, ErranT, Jamal Ali, Qaraqan və Prometedən ibarət rep qrupu. H.O.S.T adı Hava, Od, Su, Torpaq sözlərinin qısaltmasıdır. Qrup 2007-ci ilin fevral ayında Bakı şəhərində yaranmışdır. Azərbaycanda alternativ musiqi mədəniyyətinin formalaşması və kütləviləşməsində bayraqdarlardan biri sayılır. == Tarixi == === Yaranma === Qrupun yaranma tarixinə qədər də, üzvlər ayrılıqda rep fəaliyyəti ilə məşğul olub, konsertlərdə çıxış edib. Promete, Qaraqan, Jamal Ali, Felon De Jure daha öncə ayrı-ayrılıqda və ya birgə rep və beatmakerlik fəaliyyəti məşğul olublar. 2005–2006-cı illər ərzində əsası qoyulan Baku Clan uşaqlıq dostlarını özündə birləşdirib. Baku Clan'ın "Sənsiz (Love Story)" adlanan ilk hiti məhz o dövrdə yazılıb. Elə həmin dövrdə Baku Clan üzvləriylə yaxın dostluq əlaqələrinə malik olan PRoMete də SRB-nin (Sumqayıt Rep Birliyi) nəzdində çıxış edirdi. Birliyin yaradıcısı bir neçə konsert verməklə bərabər Baku Clan'la da bir sıra tracklər yazdırır.
H.O.S.T. Alliance
H. O. S. T (digər adla H.O.S.T. Alliance) — 2007-2012-ci illərdə fəaliyyət göstərmiş, 8 musiqiçidən - AiD, Dərviş, Feck, Felon De Jure, ErranT, Jamal Ali, Qaraqan və Prometedən ibarət rep qrupu. H.O.S.T adı Hava, Od, Su, Torpaq sözlərinin qısaltmasıdır. Qrup 2007-ci ilin fevral ayında Bakı şəhərində yaranmışdır. Azərbaycanda alternativ musiqi mədəniyyətinin formalaşması və kütləviləşməsində bayraqdarlardan biri sayılır. == Tarixi == === Yaranma === Qrupun yaranma tarixinə qədər də, üzvlər ayrılıqda rep fəaliyyəti ilə məşğul olub, konsertlərdə çıxış edib. Promete, Qaraqan, Jamal Ali, Felon De Jure daha öncə ayrı-ayrılıqda və ya birgə rep və beatmakerlik fəaliyyəti məşğul olublar. 2005–2006-cı illər ərzində əsası qoyulan Baku Clan uşaqlıq dostlarını özündə birləşdirib. Baku Clan'ın "Sənsiz (Love Story)" adlanan ilk hiti məhz o dövrdə yazılıb. Elə həmin dövrdə Baku Clan üzvləriylə yaxın dostluq əlaqələrinə malik olan PRoMete də SRB-nin (Sumqayıt Rep Birliyi) nəzdində çıxış edirdi. Birliyin yaradıcısı bir neçə konsert verməklə bərabər Baku Clan'la da bir sıra tracklər yazdırır.
H.O.S.T Alliance
H. O. S. T (digər adla H.O.S.T. Alliance) — 2007-2012-ci illərdə fəaliyyət göstərmiş, 8 musiqiçidən - AiD, Dərviş, Feck, Felon De Jure, ErranT, Jamal Ali, Qaraqan və Prometedən ibarət rep qrupu. H.O.S.T adı Hava, Od, Su, Torpaq sözlərinin qısaltmasıdır. Qrup 2007-ci ilin fevral ayında Bakı şəhərində yaranmışdır. Azərbaycanda alternativ musiqi mədəniyyətinin formalaşması və kütləviləşməsində bayraqdarlardan biri sayılır. == Tarixi == === Yaranma === Qrupun yaranma tarixinə qədər də, üzvlər ayrılıqda rep fəaliyyəti ilə məşğul olub, konsertlərdə çıxış edib. Promete, Qaraqan, Jamal Ali, Felon De Jure daha öncə ayrı-ayrılıqda və ya birgə rep və beatmakerlik fəaliyyəti məşğul olublar. 2005–2006-cı illər ərzində əsası qoyulan Baku Clan uşaqlıq dostlarını özündə birləşdirib. Baku Clan'ın "Sənsiz (Love Story)" adlanan ilk hiti məhz o dövrdə yazılıb. Elə həmin dövrdə Baku Clan üzvləriylə yaxın dostluq əlaqələrinə malik olan PRoMete də SRB-nin (Sumqayıt Rep Birliyi) nəzdində çıxış edirdi. Birliyin yaradıcısı bir neçə konsert verməklə bərabər Baku Clan'la da bir sıra tracklər yazdırır.
H.Q.
Hicri-qəməri təqvim(İranda və Əfqanıstanda); Hicri təqvim, İslam təqvimi, Müsəlman təqvimi (başqa ölkələrdə); (ərəb. الـتـقـويم الـهـجـري‎, ət-təqviməl-hicri). Ay səhifələrinin dəyişməsi nəticəsində yaranan 12 dənə 29, yaxud 30 günlük aydan ibarətdir. Adi illərdə günlərin sayı 354, uzun illərdə isə 355-dir. Ərəbistanda İslam dininin meydana çıxmasına qədər hər biri ay səhifələrinin dəyişməsinə əsaslanan 12, yaxud 13 aydan ibarət 24 illik təqvim stilindən istifadə olunurdu. Bu stildə 15 il 12 aydan, 9 il isə 13 aydan ibarət idi. Lakin Məhəmməd peyğəmbər tərəfindən 13-cü aylar ləğv edildi. Əsas isə Quranın bu ayəsi idi: إِنَّ عِدَّةَ الشُّهُورِ عِندَ اللّهِ اثْنَا عَشَرَ شَهْراً فِي كِتَابِ اللّهِ يَوْمَ خَلَقَ السَّمَاوَات وَالأَرْضَ مِنْهَا أَرْبَعَةٌ حُرُمٌ (Həqiqətən, Allah yanında, Allah kitabında ayların sayı göyləri və yeri yaratdığı gündən on iki aydır).. Hicri-qəməri təqvimində illər hicrətin başladığı gündən — 16 iyul 622-ci il tarixdən nömrələnir. Təqvimdə 0-cı il yoxdur; 1-ci il, yaxud hicri erası 16 iyul 622-ci il tarixində başlayır.
H.Z.Tağıyev adına Tarix Muzeyi
Milli Azərbaycan Tarixi Muzeyi və ya Azərbaycan Tarix Muzeyi — Bakıda yerləşən elmi tədqiqat müəssisəsi. Azərbaycanda fəaliyyət göstərən muzeylərdən biridir. Azərbaycan tarixinə və mədəniyyətinə aid materialların toplanması, tədqiqi, elmi fondlarda qorunması, ekspozisiyada və sərgilərdə nümayiş etdirilməsi ilə məşğul olur. == Muzeyin tarixi == 1920-ci ilin iyun ayında Azərbaycan SSR Xalq Maarif Komissarlığının məktəbdənkənar işlər şöbəsində yaradılmış "Muzekskurs" yarımşöbəsinin nəzdində az sonra "Doğma diyarın tədris muzeyi – İstiqlal" təşkil edildi. Artıq iyul ayından məşhur neft sahibkarı və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin yaşayış mülkündə yerləşdirilmiş bu muzey həmin ilin oktyabr ayının 25-dən Azərbaycan SSR Dövlət Muzeyi adı ilə işləməyə başlamış, 1921-ci ilin may ayından ilk tamaşaçılarını qəbul etmişdir. Yarandığı ilk dövrdə muzeydə tarix, arxeologiya və etnoqrafiya, botanika və zoologiya, minerologiya və geologiya, təsviri incəsənət və bədii sənət, xalq təhsili, köməkçi tədris müəssisələri şöbələri, eləcə də Azərbaycan Doğma Diyarın Tədqiqi Cəmiyyəti və Qədim abidələrin mühafizəsi komissiyası fəaliyyət göstərirdi. 1923-cü ildə yaradılan və muzeylə sıx əlaqədə fəaliyyət göstərən Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti muzeyin tərkibindəki cəmiyyət və komissiyanı özündə cəmləşdirdi. 1925-ci ildə XMK Kollegiyasının təsdiq etdiyi Azərbaycan Dövlət Muzeyinin "Əsasnamə"sinə görə Muzeyin strukturunda edilən dəyişiklik əsasında tarix-etnoqrafiya, incəsənət, biologiya, geologiya şöbələri və Qafqaza və Şərqə dair kitabları əhatə edən zəngin kitabxana fəaliyyətini davam etdirdi. Sonrakı illər dövrün tələbinə uyğun olaraq muzeydə dəfələrlə struktur dəyişikliyi edildi. 30-cu illərin ortalarında böyüməkdə olan nəslin siyasi-tərbiyə məsələlərinə qarşı diqqətin artması, muzey ekspozisiyalarında sosialist cəmiyyətinin üstünlüklərini nümayiş etdirməyin vacibliyinə dair partiya və hökumətin tələbləri tarixin öyrənilməsi və təbliğini günün əsas məsələlərindən biri etdi.
H.Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrı
Sumqayıt Dövlət Dram Teatrı — Sumqayıtda fəaliyyət göstərən peşəkar teatr. == Tarixi == Sumqayıt Dövlət Dram Teatrı 1968-ci ildə yaranmışdır. 1969-cu ildə Azərbaycan hökuməti Hüseyn Ərəblinskinin xatirəsini əbədiləşdirmək haqqında qərar qəbul etmişdir. Bu məqsədlə Sumqayıt Dövlət Gənclər Dram Teatrına Hüseyn Ərəblinskinin adı verilmişdir. 1968-ci ilin sentyabr ayında Azərbaycan SSR Nazirlər Kabinetinin qərarı və Mədəniyyət Nazirliyinin sərəncamı ilə Sumqayıtda ilk professional kollektiv – H. Ərəblinski adına Sumqayıt Dövlət Gənclər Teatrı yarandı. Öz pərdəsini 1969-cu ilin mart ayının 14-də Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundzadənin “Müsyo Jordan və Dərviş Məstəli şah” (rejissoru Cənnət Səlimova) məzhəkəsi ilə açan teatr, sabahısı gün öz tamaşaçılarını ingilis dramaturqu Con Patrikin “Qəribə missis Cəvic” (rejissoru Nəsir Sadiqzadə) tragikomediyası ilə sevindirdi. 1974-cü ildə Mədəniyyət Nazirliyinin qərarı ilə teatra "Sumqayıt Dövlət Dram Teatrı" statusu verildi. == Repertuarı == Teatrın repertuarına klassik və müasir Azərbaycan, rus və xarici ölkə dramaturqlarının pyesləri daxildir. Mixail Lermontovun "Maskarad", Nəcəf bəy Vəzirovun "Müsibəti Fəxrəddin", İ. Ştokun "İlahi komediya"sı ,Əbdürrəhim bəy Haqverdiyevin "Kimdir müqəssir" vodevili (2022) , Dyula Urbanın "Bütün siçanlar pendiri sevir" pyesi Fuad Kazımovun quruluşunda (2024) teatrın səhnəsində məharətlə oynanılmışdır. == Uğurları == Nəriman Həsənzadənin "Bütün Şərq bilsin" əsərinin tamaşası 1981-ci ildə teatr tamaşalarına SSRİ ümumittifaq baxışının diplomuna layiq görülmüşdür.
HD 189733 b
HD 189733 b və ya HD 189733 Ab — Günəş sisteminin xaricində olan bir planet. Günəş sistemin 63 işıq ili uzaqlığında yerləşir. NASA-nın "Habl" teleskopunu istifadə edən alimlər onun görünüşüylə Yer planetini xatırlatdığını, ancaq daha tünd mavi rəngdə olduğunu bildiriblər, lakin planetin mavi rəngdə olmağı orada okeanın olduğuna işarə deyil. Mavi rəngin səbəbi atmosferindəki daşqınlarla bağlıdır. Normal yaşama uyğun olmayan planetdə qeyri-adi atmosfer olduğu düşünülməkdədir. Planet qeyri-adi atmosferindəki ərimiş şüşə yağmurlarına görə gömgöy bir görüntüyə malikdir. Saatda 7 min 242 kilometr sürətlə əsən küləklər və təxminən 1094 dərəcə isti hava olduğu iddia edilir. Bu şiddətli fırtınalar və dəhşətli istilər səbəbindən onun atmosferindəki silikatlar şüşəyə çevrilərək yağış kimi yağır.
HP-7.62
HP-7.62 — Azərbaycan Müdafiə Sənayesi Nazirliyi tərəfindən istehsal olunan hücum pulemyotu. == Tarixi == HP-7.62 hücum pulemyotu ilk dəfə 2012-ci ilin sonlarında ictimaiyyətə təqdim olunub. İlk dəfə beynəlxalq səviyyədə – 2013-cü ildə IDEF sərgisində nümayiş etdirilən pulemyot unikal imkanlarına görə xarici analoqları ilə rəqabət aparır. Hətta bəzi texniki-taktiki xüsusiyyətlərinə görə, İsrailin "Negev NG7" və Belçikanın "FN Minimi 7.62 Mk.3" pulemyotu ilə rəqabət aparacaq səviyyədədir. == Texniki xüsusiyyətləri == MSN mütəxəssislərinin sözlərinə görə intensiv atəş zamanı qızan lülədən yaranan isti hava axınının nişanalmaya təsirini azaltmaq üçün lülənin üzərində istilik yayıcı tətbiq olunub. Pulemyotun əl qundağı yüksək möhkəmliyə malik alüminium ərintidən hazırlanıb. Üst və yanlarda yerləşən piccatini relsləri silaha müxtəlif taktik aksessuarları əlavə etməyə imkan verir. Uzunluğu nizamlanan və yanağın qurulmasına imkan verən plastik qundağa sahib HP-7.62 pulemyotundan atəş qısa (10 atışa qədər), uzun (30 atışadək) qatarlarla və fasiləsiz aparıla bilər. Silahın çəkisi isə 8.2 kq, nişangah məsafəsi 1000 metr, ümumi uzunluğu qundaq açıq vəziyyətdə 1080 mm, atəş tezliyi dəqiqədə 650–750 atış, döyüş atəş tezliyi dəqiqədə 250 atış təşkil edir. Pulemyotda ayaq üstü atışlar zamanı atıcıya maneə yaratmamaq üçün xüsusi dizayna malik xəzinə hazırlanıb.
HRT 3
HRT 3, bütöv adı Hrvatska radio televizija 3 (xorv. Хорватское радио телевидение 3), həmçinin Treti program (xorv. Третья программа) adı ilə məşhurdur — 13 sentyabr 2012-ci il tarixindən etibarən yayımlanan Xorvatiya Radio və Televiziyasının üçüncü teleproqramı. Proqramdaa əsasən bədii filmlər, teleseriallar, mədəni və təhsil verilişləri var.
HTC One X
HTC One X — HTC tərəfindən istehsal olunan mobil telefon. == Xarakteristikası == Smartfon üçüncü nəsil nVidia Tegra platforması əsasında hazırlanıb. Tegra 3 (Kal-El) platformasının əsasını 4 əsas Cortex-A9 (1,5 QHz takt tezliyinə qədər) hesablayıcı nüvəsi ilə olan ARM prosessoru və fon rejimində adi məsələlərin icrası üçün nəzərdə tutulmuş köməkçi zəif nüvə təşkil edir. Bundan əlavə, çip tərkibinə 12 nüvəli GeForce qrafik kontrolleri daxildir. Smartfon 1 Qb əməli yaddaş, 32 QB tutuma malik fləş daşıyıcı, Wi-Fi (802.11b/g/n) və Bluetooth 4.0 simsiz əlaqə adapterləri, HD video dəstəkli 8 meqapikselli əsas kamera, ön kamera və Beats Audio audiosistemi ilə təchiz ediləcək. Sensor ekranın diaqonalı 4,7 düym və onun kəskinliyi 720×1280 nöqtə təşkil edəcək.
Haas (Formula-1 komandası)
Haas (ing. Haas F1 Team) — Formula 1 dünya çempionatında yarışmaq üçün yaradılan amerikalı avto yarış komandası, NASCAR seriyasında iştirak edən Stüart-Haas Reysinq komandasının həmtəsisçisi Cin Haasdır. Komanda 2014-cü ilin aprelində yaradılmış və 2015-ci ildə mövsümün başlanğıcında iştirak etməsi planlaşdırılsa da, 2016-cı il mövsümünə qədər təxirə salınmasına qərar verilmişdir. «Haas» sıx əməkdaşlıqda olduğu Ferrarinin motorları və ötürücü qutularını istifadə edir.. == Tarixi == Haas Formula 1-də iştirak etmək qərarına gələn ilk amerika komandasıdır, çünki 2010-cu ildə başlamağı planlaşdırılan uğursuz ABŞ F1 Team layihəsidir. Həm də çempionata çatmış ilk Amerika komandasıdır. 2014-cü ildə komanda Banberi şəhərində qərargahı satın almışdı və «Marusinin» əmlakının satılması zamanı hərraca çıxarılmışdı. Günther Ştayner komandanın lideri təyin edildi. 2015-ci ildə Rob Teylor komandanın baş dizayneri oldu. Komanda 2016-ci ilə Romen Qrojan ilə, 30 oktyabrda isə Esteban Qutyerres ilə müqavilə imzalamışdır.
Haas Lola (Formula-1 komandası)
Haas Lola (ing. Team Haas (USA) Ltd) 1985-ci ildən 1986-cı ilə qədər Formula 1 Dünya Çempionatında yarışan Amerikanın keçmiş avtomobil yarış komandası. Komanda, 1984-cü ildə Carl Haas və Teddy Mayer tərəfindən yaradılmışdır. Haas Lola qrupunun sponsoru Amerikanın qida şirkəti Beatrice Foods olmuşdur. == Tarixi == 1984-cü ildə Carl Haas, komandasının Championship Auto Racing Teams (CART) Indicar-da iştirakı üçün Amerikanın Beatrice Foods qida şirkəti ilə uğurlu müqavilə imzaladı. Uğurlu müqaviləyə Formula1 –də iştirak və yeni Ford mühərriklərin alınması daxil idi. Ford V6 turboşarjlı mühərriki inkişaf mərhələsində idi və ekskluziv olaraq komanda üç il ərzində bu mühərriklərin alıcısı oldu. Elanın bir hissəsi olaraq, köhnə dünya çempionu Alan Jones 1985-ci ildə komandanın yeni yarış avtomobilini idarə etmək üçün üç illik aradan sonra qayıtdı. Yaxşı maliyyələşdirmə və yeni mühərriklərlə təmin olunan Carl Haas, yeni bir avtomobil inkişaf etdirmək üçün komanda və layihə qrupu təşkil etməyə başladı. Keçmiş rəhbər Teddy Mayer, layihənin ortaq sahibi oldu və İngiltərənin Colnbrook şəhərindəki keçmiş fabrikinə köçürmək üçün komandanı avtomatlaşdırdı və Formula One Race Car Engineering (FORCE) yaratdı.
Hablas (Lahican-i Şərqi dehistanı)
Hablas (fars. هابلس‎) - İranın Qərbi Azərbaycan ostanının Piranşəhr şəhristanı, Lahican-i Şərqi dehistanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 41 nəfər yaşayır (7 ailə).
Hacıhəsən-i Xaləsə (Qoşaçay)
Hacıhəsən-i Xaləsə (fars. حاجي حسن خالصه‎) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 571 nəfər yaşayır (105 ailə).