Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qacar
Qacar dövləti — XVIII–XX əsrlərdə Azərbaycan və İranda mövcud olmuş, türk əsilli Qacarlar sülaləsi tərəfindən idarə edilmiş dövlət. Türk tayfası olan Qacarlar, Monqol işğalı zamanlarında İrəvan ətrafında kök salmışlar və Səfəvi sülaləsini Azərbaycanda və İranda hakimiyyətə gətirən yeddi Qızılbaş-Türk tayfalarından biri olmuşlar. XVI əsrin əvvələrində Azərbaycanda və İranda hakimiyyəti ələ keçirən Səfəvilər indiki Azərbaycan Respublikasının ərazisini yerli türk xanlarına buraxmışlardır və 1554-cü ildə Gəncə şəhərinin Şahverdi Soltan Ziyadoğlu Qacar tərəfindən idarə edildiyi haqda tarixi məlumatlar mövcuddur. Ziyadoğulları ailəsi sonralar Qarabağa da hökmdarlıq etmişdir. 16–17-ci əsrlərdə Qacarlar Səfəvi dövlətində bir sıra rəsmi vəzifələr tutmuşlar. I Şah Abbas Səfəvi dövründə Şahsevən türk tayfaları kimi tanınan Qacarları İranın müxtəlif bölgələrinə yerləşdirmişdir və bunların bir çoxu Astarabad (hal-hazırda Qorqan) ərazisində qoyulmuşdur. Qacar ​​boyları, 18. əsrdə dəvəli qolu və Qoyunlu (Qovanlı) qolu olmaqla iki qoldan ibarət olan boylar birliyi olub iki qol arasında güc mübarizəsi yaşanmaqda idi. Bu mübarizəni qazanan Qoyunlu qolundan Məhəmməd Həsən xan, Əfşar Xanədanının qurcusu Nadir Şahın ölümündən sonra Gilan, Mazandaran və Curcan olmaqla Xəzər dənizi sahilini alaraq Güney İranda Zənd xanədanını quran Kərim xan Zənd ilə mübarizə etməyə başlamışdır. Kərim xan Zənd Qacarların daxili mübarizəsindən istifadə etmək üçün Məhəmməd Həsən xanın oğlu Ağa Məhəmmədi Şirazdakı sarayında əsir götürərək Develilere dəstək vermişdir.
Qalal
Qalal — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd. Əli Bayramlı, Qas Əzgilli və Qarqay kəndləri ilə birlikdə Əli Bayramlı bələdiyyəsinin tərkibindədir.
Qaral
Qaral — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Hamamlı (Spitak) rayonunda kənd. Rayon mərkəzindən 14 km məsafədə, Bəykənd çayının yanında yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim qarael (>qaral) türk etnonimi əsasında əmələ gəlmişdir. «Böyük el, tayfa» mənasını ifadə edir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Erm. SSR AS RH-nin 26.IV.1946-cı il fərmanı ilə adı dəyişdirilib Katnacur qoyulmuşdur.
Qaval
Qaval — Azərbaycanın ən qədim milli zərb alətidir. Birüzlü zərb alətləri qrupuna aiddir. Qaval membranlı zərb alətidir. Sağanağından metal halqalar asılır. Bu halqalar xüsusi səs effekti yaratmaq üçün lazım olur. Qaval ilkin formasını dövrümüzə qədər saxlayan yeganə musiqi alətidir. Birüzlü zərb alətləri qrupuna aiddir. Azərbaycan ərazisində çox geniş yayılmış bu alət barədə klassiklərin əsərlərində, miniatürlərdə kifayət qədər məlumat verilmişdir. Qaval, bəlkə də, yeganə alətdir ki, ilkin formasını dövrümüzə qədər saxlaya bilmişdir. Orta əsrlərdə, əsasən, saray musiqi məclislərində istifadə edilmişdir.
Qaçaq
Qaçaq—Qaçaq hərəkatının üzvü. Məhəmməd Əmin Rəsulzadə yazır: "İstilaya uğrayan, istismar olunan, əsarətdə yaşayan və məhv edilən xalqla, istismar edən, məhv edən rus imperialist rejimi arasında tarix boyunca mübarizə davam etmişdir. Lakin istismarçı və zalım rejimə qarşı aparılan mübarizə formaları müxtəlif olmuşdur. Passiv mübarizə yolu olsa da, bəzən məhkum xalq imperialist idarəsinə vergi verməməklə, onların istehsal etdikləri məhsulu almamaqla, məcburi işlərdən boyun qaçırmaqla öz etirazlarını bildirmişdir. Bəzi hallarda da idarə məmurlarını öldürməklə bunu həyata keçirmişdilər. Biz “Azərbaycanda kəndli hərəkatı” bölümündə bu hadisələrdən misallar vermişik. Azərbaycanda rus işğalçılarına qarşı üsyanlar əsasən Azərbaycan çar üsul-idarəsi tərəfindən işğal edildikdən sonra başlamışdır. Bu barədə biz “Azərbaycanda yeniləşmə hərəkatı” adlı kitabımızın “şair Zakir” bölümündə məlumat vermişik. Kəndli həyəcanları və üsyanları xüsusilə 1840-cı ildə çar tərəfindən təhkimçilik rejimi Azərbaycanda tətbiq edilərək bəylər torpağın tam sahibi, kəndlilər isə torpağa bağlı kölə olduqdan sonra ardı-arası kəsilmədən davam etmişdir. Azərbaycanda qaçaq hərəkatı əsasən rus çar rejiminə və yerli zülmkarlara qarşı mübarizə prosesində meydana gəlmişdir.
Qaçaq Camal
Qaçaq Camal — Tanınmış bəy və qaçaq. Qeyri adi fiziki gücü, sərrast atəş açma, at minmə və şeir yazma qabiliyyətləri ilə ad-san qazanmışdır. Camal Usub oğlu Hacıyev (Qaçaq Camal) 1883-cü ildə Faxralı kəndində anadan olmuşdur. Qeyri adi fiziki gücü, sərrast atəş açmaq, at minməyi və şeir yazmağı var idi. O, qoçaqlığı və mərdliyi ilə Gəncəbasarda və uzaq ellərdə böyük ad-sana malik olmuşdur. Deyilənlərə görə Gəncə Karvansarayına bir Ləzgi pəhləvan gəlibmiş və burada bir çox pəhləvanlara meydan oxuyurmuş. Bu haqda eşidən Camal yaylaqdan enib pəhləvanla şavaşmaq qərarını verib. Savaş meydanı düzənlənib və ləzgi pəhləvan bu zaman Camala lağda edib ki, belə cələf adam mənə nə edəcək. Savaş başlayan kimi Camal əllərini pəhləvanın qabırğalarına keçirərək onu yerə sərib və oranı sakit halda tərk edib. Camal hər zaman fağır- füqarəyə arxa dayaq olarmış.
Eila Qacar
Şahzadə Eila Qacar-Hamuda (Princess Eylah Kadjar-Hamouda) - Qacarlar dövlətinin sonuncu şahı Sultan Əhməd şah Qacarın nəvəsi, Firudin mirzə Qovanlı-Qacarın qızıdır. Hazırda İsveçrənin Cenevrə şəhərində yaşayır.
Josef Vaçal
Josef Vaçal (çex. Josef Váchal; 23 sentyabr 1884[…], Milavçe[d][…] – 10 may 1969[…], Studenanı[d]) — çex yazıçısı, oymaçı, kitab qrafiki, xəttat və mətbəəçi. == Bioqrafiya == Josef Vaçalın atası məşhur sənətçi Mikolaş Aleşin əmisi oğludur. Josef Çexiyanın Cənubunda Pisek şəhərində babası və nənəsinin yanında böyümüşdür. O, 1898-ci ildə Praqaya getmiş, cildləmə sənətini öyrənmiş və əmisi oğlu Mikolaş Aleşlə tanış olmuşdur. XIX əsrin sonu — XX əsrin əvvəllərində ən çox yayılmış memarlıq, dekorativ və tətbiqi incəsənət və sənətkarlıq sahəsində bədii istiqamət olan moderndən təsirlənmişdir. Josef Vaçal 1900-cü ildə şeir yazmağa başlamış və 1903-cü ildə Praqa Teosofiya Cəmiyyətinə qatılmışdır. O, 1904-cü ildə Rəssamlıq Akademiyasına daxil olmuş, Alois Kalvodanın tələbəsi olmuşdur. Josef Vaçal 1910-cu ildə ilk iki kitabını nəşr etdirmişdir. O, Birinci Dünya müharibəsində iştirak etmiş (1916–1918), bu barədə "Cəbhədə rəssam" adlı qeydlərində yazmışdı.
Mahal Qacar
Mahal İbrahimxəlil oğlu Qacar (12 sentyabr 1938, Kosalar[d], Kvemo-Kartli) — tarixçi, alim, Bakı Slavyan Universitetinin dosenti. == Həyatı == Mahal İbrahimxəlil oğlu 12 sentyabr 1938-ci ildə Gürcüstanın Tetriskaro (Ağbulaq) rayonunun Kosalar kəndində ahadan olmuş, ilk təhsilini Kosalar kənd səkkizillik məktəbində aldıqdan sonra 1955–1959-cu illərdə Marneuli şəhər Pedaqoji Məktəbində davam etdirmişdir. Əmək fəaliyyətinə doğma kənd məktəbində müəllim kimi başlamışdır. 1959–1962-ci illərdə əsgəri xidmətə olmuşdur. Sonra doğma kəndində müəllimlik fəaliyyətinə qayıtmışdır. 1963–1967-ci illərdə N.İ.Lobaçevski adına Qorki (Nijni-Novqorod) Dövlət Universitetinin tarix fakültəsini bitirərək tarixçi ixtisasına yiyələnmişdir. Universiteti bitirdikdən sonra yenidən doğma kəndlərinə dönərək 1973-cü ilin oktyabr ayina qədər orada tarıx fənnini tədris etmişdir. 1973-cü il oktyabr ayının 1-dən M.F.Axundov adına APRDƏİ tarix kafedrasında laborant, kabinet müdiri, müəllim, baş müəllim vəzifələrində çalışmışdır. O, İnstitutda pedaqoji fəaliyyətlə yanaşı tarix elmi ilə də məşğul olmuşdur. AQU-nun tarix kafedrasında birillik aspiranturanı bitirdikdən sonra, 1984-cu ildə "Yerli Sovetlərə partiya rəhbərliyi" mövzusunda tarix elmləri namizədlik dissertasiyasını müdafiə etmişdir.
Mahmud Qacar
Mahmud Qacar (Mahmud Mahsud oğlu Quliyev; 1 sentyabr 1949, Qacar, Qaryagin rayonu) — Azərbaycan şairi. == Həyatı == Mahmud Quliyev 1 sentyabr 1949-cu ildə Füzuli rayonunun Qacar kəndində doğulub. 1976-cı ildə BDU-nun jurnalistika fakültəsini bitirərək Füzuli rayonunda çıxan "Araz" qəzetində fəaliyyətə başlayıb. Fəal ictimaiyyətçi olmuşdur. Rayonda "Bilik" və "Kitabsevərlər" cəmiyyətlərinin və Rayon Dövlət İdarələri Həmkarlar İttifaqının Komitəsinin sədri kimi çalışıb. "Təfəkkür" elmi jurnalının və "Əsrin səsi" qəzetlərinin baş redaktoru olmuşdur. Mahmud Qacar səmərəli bədii-publisistik fəaliyyətinə görə 1999-cu ildə Azərbaycan KİV Hİ-nin "Kəmalliyyə" diplomuna və "Qızıl Qələm" jurnalist mükafatına layiq görülüb. == Yaradıcılığı == Ədəbi aləmdə öz dəsti-xətti üslubu, bədii- publisistik yazıları ilə tanınan Mahmud Qacar yaradıcılığının əsas ruhunu yurd həsrəti, müqəddəs amallar uğrunda mübarizə təşkil edən kitablarında təlatümlü şair qəlbinin əks sədası olan müxtəlif səpkili lirik şeirləri və poemaları yer almışdır. Ümumiyyətlə, Mahmud Qacar şeirərində diqqəti cəlb edən zövq oxşayan seçmə qafiyələr, hikmətli qovuşma sözlər, ideomatik ifadələr, təşbeh və təzadlar çoxdur. Müxtəlif illərdə yazdığı təmsillərdə nadanlıq, nankorluq, yaltaqlıq, qohumbazlıq, lovğalıq, hərdəmxəyallıq, biliyi, gücü çatmayan işə can atmaq kimi insanı alçaldan keyfiyyətlər kəskin tənqid olunur.
Mərkəz Qacar
Quliyev Mərkəz Mikayıl oğlu (Mərkəz Qacar) (14 fevral 1948, Qaryagin – 4 noyabr 2013, Bakı) — hüquqşünas, şair. Mərkəz Quliyev 14 fevral 1948-ci ildə Füzuli şəhərində ruhani ailəsində anadan olub. Bakı Dövlət Univetsitetinin Hüquq fakültəsini bitirib. 1976-cı ildən prokurorluq orqanlarında çalışır, Yardımlı və Səlyan rayonlarında müstəntiq, 1991-ci ildən isə Bakı Şəhər Prokurorluğunda şöbə prokuroru kimi əmək fəaliyyətini davam etdirib. Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. M. Qacarın indiyə qədər 30-dan artıq kitabı çap olunmuşdur. Bu kitablara 20 minə yaxın təmsil, 2000-dən artıq rübai, 3000-dən artıq lirik şeir, 500-dən çox bayatı, 1000-dən artıq qəzəl, 10 alleqorik pyes, 8 tarixi dram və 9 poema daxil edilmişdir. Əsərləri ingilis, alman, ispan, rus, fars, kürd və başqa dillərə tərcümə edilmişdir. Dram əsərləri respublikanın müxtəlif teatrlarında tamaşaya qoyulmuş, ssenariləri üzrə çəkilmiş filmlər Azərbaycan televiziyasında dəfələrlə nümayiş etdirilmişdir. Mərkəz Qacar "Araz" Ali ədəbi və "Qızıl Qələm" yaradıcılıq mükafatlarının laureatıdır.
Qab-qacaq
Qab-qacaq — məişətdə, əsasən də mətbəxdə yemək hazırlığı, ərzağın saxlanmsı və emalı üçün işlədilən əşyaların ümumi adı. Qab-qacaq aşağıdakı kateqoriyalara bölünür: Stol süfrəsinə düzülməsi üçün: boşqab, dayaz boşqab, dərin boşqab, salat qabı, fincan, nəlbəki, piyalə, stəkan, rumka, bokal, kiçik stəkan, stəkanaltı; Yeməyin hazırlanması üçün: qazan, tava Köməkçi əşyalar — bıçaq, qaşıq, çəngəl Yeməyin saxlanması üçün qablar. Son əsrlərdə qablar adətən saxsı qablar, daş qablar, çini və ya çini kimi keramika materiallarından hazırlanır. Qab-qacaq, ağac, metallar (məsələn, qalay), temperli şüşə, akril və melamindən də hazırlana bilər. Birdəfəlik qablara kağız və plastik kimi birdəfəlik qablar daxildir. Ətraf mühitlə bağlı narahatlıqlara görə, 2023-cü ilin oktyabrından İngiltərədə birdəfəlik plastik qablar və bıçaqlar qadağan ediləcəkdir. Oxşar qadağa Aİ-də 2021-ci ilin iyul ayından etibarən tətbiq edilir.
Qacar (Füzuli)
Qacar — Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində kənd. Qacar tayfası Hülakülərin hakimiyyəti vaxtında İrana gətirilib. Oradan Suriya və Türkiyəyə keçmiş Teymurləngin 50 min nəfəri Qafqaza köçürülmüş və onlar İrəvanda, Gəncədə, Qarabağda yerləşdirilmişdir. İrəvan və Gəncə xanları qacarlardan çıxmadır. Mənşəcə oğuz tayfalırndan olan Qacar eli XVI əsrdə Səfəvilərin hakimiyyət uğrunda mübarizəsinin fəal iştirakçısı kimi Qızılbaş tayfalarından biri olmuşdur. Qacar ilk yeddi Qızılbaş tayfasından (Rumlu, Ustaclu, Təklə, Əfşar, Zülqədər və Qacar) biridir. Səfəvilər hakimiyyətə keçdikdən sonra Qacar tayfasına Gəncə bölgəsi ərazi və hakimiyyət vermişdi. Bərdə rayonunda Bala Qacar və Böyük Qacarla eynidir. 1912-ci ildəki siyahıyalmanın nəticələrinə əsasən kənddə 1194 nəfər yaşayırdı. Kənd sakinlərinin hamısı milliyətcə azərbaycanlılar olub.
Qacar (dəqiqləşdirmə)
Qacar — Azərbaycan-türk dövləti. Qacar — Azərbaycan-türk sülaləsi. Qacar (Füzuli) — Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində kənd.
Qacar Zeyid
Qəcər-Zeyid — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Alekseyevka bələdiyyəsinin tərkibindədir. Kənd Qaraçayın sahilində, Qusar maili düzənliyində yerləşir. Qəcər Zeyid variantında da qeydə alınmışdır. XIX əsrin ortalarında rayonun dağlıq zonasında yerləşən Zeyid kəndindən çıxmış ailələr həmin kəndə məxsus qışlaqlarda iki yeni məntəqə salmışdılar. Həmin məntəqələri fərqləndirmək üçün biri Qacar kəndi yaxınlığında yerləşdiyinə görə Qacar Zeyid, digəri isə Ağbil kəndi yaxınlığında yerləşdiyinə görə Ağbil Zeyid adlandırılmışdı. Oykonim "Qacar kəndi yaxınlığındakı Zeyid kəndi" mənasındadır. Kəndin əsas gəlir mənbəyinin əsasını meyvəçilik 90% (xüsusəndə alma yetişdiriciliyi) tutur. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 873 nəfər əhali yaşayır.
Qacar dövləti
Qacar dövləti — XVIII–XX əsrlərdə Azərbaycan və İranda mövcud olmuş, türk əsilli Qacarlar sülaləsi tərəfindən idarə edilmiş dövlət. Türk tayfası olan Qacarlar, Monqol işğalı zamanlarında İrəvan ətrafında kök salmışlar və Səfəvi sülaləsini Azərbaycanda və İranda hakimiyyətə gətirən yeddi Qızılbaş-Türk tayfalarından biri olmuşlar. XVI əsrin əvvələrində Azərbaycanda və İranda hakimiyyəti ələ keçirən Səfəvilər indiki Azərbaycan Respublikasının ərazisini yerli türk xanlarına buraxmışlardır və 1554-cü ildə Gəncə şəhərinin Şahverdi Soltan Ziyadoğlu Qacar tərəfindən idarə edildiyi haqda tarixi məlumatlar mövcuddur. Ziyadoğulları ailəsi sonralar Qarabağa da hökmdarlıq etmişdir. 16–17-ci əsrlərdə Qacarlar Səfəvi dövlətində bir sıra rəsmi vəzifələr tutmuşlar. I Şah Abbas Səfəvi dövründə Şahsevən türk tayfaları kimi tanınan Qacarları İranın müxtəlif bölgələrinə yerləşdirmişdir və bunların bir çoxu Astarabad (hal-hazırda Qorqan) ərazisində qoyulmuşdur. Qacar ​​boyları, 18. əsrdə dəvəli qolu və Qoyunlu (Qovanlı) qolu olmaqla iki qoldan ibarət olan boylar birliyi olub iki qol arasında güc mübarizəsi yaşanmaqda idi. Bu mübarizəni qazanan Qoyunlu qolundan Məhəmməd Həsən xan, Əfşar Xanədanının qurcusu Nadir Şahın ölümündən sonra Gilan, Mazandaran və Curcan olmaqla Xəzər dənizi sahilini alaraq Güney İranda Zənd xanədanını quran Kərim xan Zənd ilə mübarizə etməyə başlamışdır. Kərim xan Zənd Qacarların daxili mübarizəsindən istifadə etmək üçün Məhəmməd Həsən xanın oğlu Ağa Məhəmmədi Şirazdakı sarayında əsir götürərək Develilere dəstək vermişdir.
Qacar eli
Qacar tayfası (Qacar qəbiləsi; Qacar oymağı; Qacar soyu) — Oğuz türklərinin Bayat boyuna mənsub oymağı (qəbiləsi). "An Ethnohistorical dictionary of the Russian and Soviet empires"-ə görə bu gün azərbaycanlıların İranın şimalında yaşayan sub-etnik qrupudur. Kompakt şəkildə Gorgan ostanının Sovar-Şaku şəhristanında və Mazandaran ostanının Xəzər-Cərib vadisində yaşıyırlar. Sayları 35 mindən çoxdur. Qacarların əcdadları XIII-XIV əsrlərdə Orta Asiyadan Ön Asiyaya köç etmişlər. Qacar hərbçiləri Səfəvilər dövlətinin hərbi dayağı olmuşlar. Qacarların əksər hissəsi şiə müsəlmanlar, az bir hissəsi isə sünnilərdir. Vadidə əkinçiliklə, dağlarda isə heyvandarlıqla (keçi və qoyun bəsləmənməsi) məşğul olurlar. Bir çox qacarlar şəhərlərdə yaşayırlar və yüksək sosial statusa malikdirlər. Qacarların əhəmiyyətli bir hissəsi farslar tərəfindən assimilə olunmuşdur.
Qacar hamamı
Qacar hamamı (fars. حمام قجر‎)- İranın Qəzvin şəhərində yerləşən Səfəvi dövrü memarlıq abidəsi. Hamam 1647-ci ildə Şahın sifarişi əsasında Əmirgunə xan Qacar tərəfindən tikdirilmişdir. Abidənin bir digər adı Şah hamamıdır. Hamamın sahəsi 1045 m² və iki bölmədən ibarətdir: kişi və qadın bölmələri. Hamamın girişindəki yazıda hamamın memarlıq prinsiplərinin ənənəvi təbabətə uyğun olduğu bildirilir. Ətrafındakı binalardan daha aşağı mövqedə yerləşən hamama giriş pillləkənlər vasitəsilədir. Abidə struktur etibarilə üç əsas hissədən ibarətdir: Sərbinə, Miandar, Gərmxanə. Abidənin qapısı cənuba açılsa da hamamın qərb hissəsində qadınların istifadəsi üçün nəzərdə tutulan ayrı qapı var. Sərbinə hissəsinin planı 8 guşəli olub hər divarda oyuq və tağlar var.
Qacar muzeyi
Qacar muzeyi — Təbriz şəhərinin ən qədim məhəllələrindən biri olan Şeşgilan məhəlləsində yerləşən muzey. Qacarlar sülaləsinin hakimiyyəti dövründə tikilmişdir. Əmir Nizam Gəruslu binası kimi də tanınan bu bina Təbrizin ən görkəmli tikililərindəndir. Bina XIX əsrin sonlarında, Nəsrəddin şah Qacar dövründə və Əmir Nizam Gərusinin xidməti zamanı tikilmişdir. Mənbələrə görə bu bina, həmin dövrdən Qacarların hakimiyyətinin sonunadək İranın "Qacar qorunmuş məmləkətləri" adlanırmış ki, Azərbaycan əyaləti bu ölkənin ən önəmli və ən öncül əyaləti kimi tanınırdı. Bina həm də valilik binası kimi istifadə edilmişdir. Qacar muzeyi kimi istifadəyə verilməsinin səbəbi Təbriz şəhərinin Darülsəltənə (Sultanlıq divanı) olması və Tehrandan sonra "Qacar qorunmuş məmləkətlərin" ən önəmli şəhəri olmasıdır. XVIII əsrin sonlarında Qacarlar sülaləsi hakimiyyətə gəldikdən və Abbas Mirzə vəliəhd olduqdan sonra Təbriz şəhəri vəliəhd və şahzadə şəhəri kimi önə çıxdı. Qacar şahzadələri Təbriz və Azərbaycanda vali və başçı kimi uğur qazansaydılar, şah öləndən sonra Tehrana gedərlərmiş. Bu baxımdan Təbriz gələcəkdə şah olacaq fərdin sınaq və imtahan yeri idi.
Qacar tayfası
Qacar tayfası (Qacar qəbiləsi; Qacar oymağı; Qacar soyu) — Oğuz türklərinin Bayat boyuna mənsub oymağı (qəbiləsi). "An Ethnohistorical dictionary of the Russian and Soviet empires"-ə görə bu gün azərbaycanlıların İranın şimalında yaşayan sub-etnik qrupudur. Kompakt şəkildə Gorgan ostanının Sovar-Şaku şəhristanında və Mazandaran ostanının Xəzər-Cərib vadisində yaşıyırlar. Sayları 35 mindən çoxdur. Qacarların əcdadları XIII-XIV əsrlərdə Orta Asiyadan Ön Asiyaya köç etmişlər. Qacar hərbçiləri Səfəvilər dövlətinin hərbi dayağı olmuşlar. Qacarların əksər hissəsi şiə müsəlmanlar, az bir hissəsi isə sünnilərdir. Vadidə əkinçiliklə, dağlarda isə heyvandarlıqla (keçi və qoyun bəsləmənməsi) məşğul olurlar. Bir çox qacarlar şəhərlərdə yaşayırlar və yüksək sosial statusa malikdirlər. Qacarların əhəmiyyətli bir hissəsi farslar tərəfindən assimilə olunmuşdur.
Qacar Şahbanusu
Qacar şahbanusu və ya Şahənşahül Şahbanuye-Qacariyyə (شهبانو‬) — Qacar imperiyası dövründə ən yüksək dövlət adlarından biridir, Qacar İmperiyasını idarə edən şahın qanuni xanımı olan əsas (baş) xanımına deyilirdi. Qacariyyə Şahbanusu anlayışı XVIII əsrdə formalaşmışdır, şahın anası isə "Məhdi Ülya" adlandırılırdı. Qacarlar sülaləsinin ilk şahbanusu Ağa Məhəmməd şah Qacarın həyat yoldaşı olan Xanbacı adını almış Andriana adlı ABŞ səfirinin qızı olmuş xanımdır. Sonuncu şahbanu isə Əhməd şah Qacarın sonuncu həyat yoldaşı Fatiməbanu xanım olmuşdur. Məlum məsələdir ki, şahbanu adını şahın həyatda olan xanımı əldə edirdi, o vəfat edərdisə, digər bir xanımı və yaxud şahın bacısı şahbanu ola bilirdi. Həyat yoldaşı vəfat edəndən və yaxud hakimiyyətdən gedəndən sonra xanım şahbanu ola bilməzdi. Şahbanu adını alan bir hökmdar xanımının nəvələri və övladları da var idi. Qacar İmperiyasını tarixində 16 nəfər şahbanu olmuş və onlardan 10 nəfəri Azərbaycan Türkü olmayan başqa millətlərin nümayəndələri idilər. Şahbanu (yaxud Şərəbanu) sözünün mənası "Şahın Xanımı" deməkdir. Qacar İmperiyası dövründə heç-vaxt tacqoyma mərasimi keçirilməmiş, yalnız son şahbanu Fərəh Pəhləviyə Tacqoyma Mərasimi keçirilmişdir.
Qaval daşı
Qaval daşı – qədim zərb musiqi aləti, litofon. Bir musiqi aləti kimi istifadəsi təqribi olaraq 10 min il öncəyə aiddir. Əhəng daşından əmələ gəlməsi və tərkibində çınqılların yaratdığı boşluqlar səbəbindən Qaval daşa vurduqda ondan səs çıxır. Neolit dövründə Qobustan ərazisində qədim insanlar bu daşın xüsusiyyətlərini bilmiş və ondan musiqi aləti kimi istifadə edirmişlər. Onlar Qaval daşda musiqini ifa edir və onun ətrafında rəqs edirdilər. Bunu əks etdirən qaya üstü rəsmləri görmək mümkündür. Qobustanda iki ədəd qaval daşı abidə kimi qorunur. Bunlardan birincisi Cingirdağın şimal-şərq ətəyindədir. O Yazılıtəpə qədim qayaüstü təsvirlər kolleksiyası üzrə 114 №-li daş kimi qeydə alınmışdır. Bu daşın orta hissəsidə qalınlıq 70 sm-dir.
Qaçaq Fərzalı
Fərzalı İmamqulu oğlu təxminən 1878-ci ildə Zəngəzur qəzasının (indiki Zəngilan rayonunun) Qaradərə kəndində — bir adı da Taydolaq Baharlıdır — anadan olub. Çarın kazak dəstələri ilə Araz çayı üzərində atışaraq bir neçə kazakı öldürdükdən sonra dağlara çəkilib qaçaqlığa başlamışdır. Bəhlul Əfəndi, Sultan bəy kimi igidlərlə əl—ələ verərək erməni quldurlarının Zəngəzurda törətdikləri türk-müsəlman qırğınının qarşısını almışdır. Nuru Paşanın ordusunun qarşılanmasında iştirak etmiş, yerli özünümüdafiə dəstələrinin rəhbəri olmuşdur. Məşhur Baharlı tayfasından olan Qaçaq Fərzalı Sovet hökuməti qurulandan sonra da silahı yerə qoymamış, bolşeviklərlə döyüşmüşdür. M.C.Bağırovun Bartaz meşəsində onunla şəxsən görüşməsi və ona vəzifə təklif etməsi də bu el qaçağını şirnikləndirməmişdir. Yalnız el-obasının, kəndinin əhalisinin sürgün olunacağı təhdidindən sonra silahı yerə qoyaraq təslim olmuşdur. 1928-ci ildə Bakıya gətirilərək Nargin adasında güllələndiyi güman olunur. Dörd övladı vardı. (Oğlu Rəhim , qızları Tavar, Naran, Təzəgül ) Yazıçı Azad Qaradərəli “Aşiqlər”, “Zəngəzur qazısı Bəhlul Behcət” kitablarında, “Kuma-Manıç çökəkliyi” romanında Qaçaq Fərzalıdan bəhs etmiş, 2016-cı ildə isə ayrıca “Qaçaq Fərzalı” kitab yazıb nəşr etdirmişdir.
Qaçaq Gülsüm
Qaçaq Gülsüm — Qaçaq Süleyman adı ilə 200-dən çox qaçağa rəhbərlik edən Gülsüm 1861-ci ildə Şəmkir rayonunun Sarxan kəndində anadan olub. O, təkcə çar məmurlarına, bəylərə, pristavlara qarşı deyil, eyni zamanda, yerlərdə əhalini çapıb-talayan yerli məmurlara, həmçinin azğın quldur dəstələrinə qarşı da amansız mübarizə aparırdı. Süleymanın bu mübarizəsi artıq Qafqaz canişinliyində böyük marağa səbəb olmuşdur. Gülsüm kəndin ağsaqqallarından sayılan Əmirqulu kişinin böyük qızıydı. Əmirqulu kişinin ondan başqa 6 oğlu, 1 qızı da vardı. Ailə kasıb olduğu üçün Gülsüm imkanlı adamların evində xidmətçi kimi çalışırdı. 18 yaşlı qızı qardaşları işləməyə qoymasalar da, o, ailəsinə dəstək olmaq üçün çalışmağa üstünlük verirdi. Qapıya bir neçə dəfə elçi gəlsə də, cehiz toplamaq imkanları olmadığı üçün imtina etmişdi. Bu həyat belə davam edəcəkdi. Lakin Gülsümün həyatını dəyişən o müdhüş gün olmasaydı.
Qaçaq Həsi
İbalı Həsənxan Məmməd oğlu (Qaçaq Həsi) — qaçaq, mücahid Qaçaq Həsi 1861-ci ildə Şuşa qəzasının Vərəndə sahəsinin Yağləvənd obasında dünyaya gəlmişdi. Oba içində adına qısaca Həsi deyirdilər. Həsi qaçaq həyatı yaşamışdı. Onun qaçaqlığının səbəbi bir əhvalatla bağlıdır. 1883-cü ildə yağləvəndlilər hansı obadansa bir sürü qoyun oğurlayırlar. Heyvan yiyələri pristava şikayət edirlər. Pristav başının atlıları ilə Yağləvəndə gəlir. Sorub-soruşdurmadan bir neçə nəfəri tutub-çataqlayır. Tutulanların içində Düz Məmməd də vardı. Pristav üzünü tutuqlulara tutub deyir: - Qoyunları kim aparıb boynuna alsın, yoxsa obanı yandıracağam.