Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Gələcək
Gələcək — zaman oxunun hipotetik hissəsidir, hələ baş verməmiş, lakin baş verə biləcək hadisələr məcmusudur. == Gələcək fəlsəfi termin kimi == Gələcək fəlsəfədə və ümumən insan şüurunda həmişə xüsusi yer tutmuşdur. Nəzəriyyələrdən birinə (indeterminizm) görə gələcək əvvəlcədən təyin olunmur və onu insanlar özləri yarada bilərlər. Başqa bir nəzəriyyəyə (determinizm) görə, gələcək əvvəlcədən müəyyən edilir. O da mümkündür ki, insanlar gələcəyi özləri yaratsınlar, lakin gələcəyi yaratmaq üçün onların qərarları və hərəkətləri əvvəlcədən müəyyən etməlidir. Gələcəkdə zamanın (kainatın) tsiklik modeli çərçivəsində keçmişdə olanlar təkrarlanır. Bir çox dinlər ölümdən sonrakı həyat, eləcə də dünyanın sonu haqqında kəhanətlər təklif edir. Xristianlıqda Allahın gələcəyi bilməsi ilə insanın azad iradəsi arasındakı ziddiyyət qabaqcadan təyinetmə doktrinasına gətirib çıxarır. Gələcəyin əhəmiyyəti insanların başlarına nə gələcəyi ilə bağlı öncəgörmələrə və proqnozlara çox ehtiyac duyması ilə vurğulanır. Ola bilsin ki, insan beyninin inkişafı böyük ölçüdə gələcəyi proqnozlaşdırmaq üçün lazım olan idrak qabiliyyətlərinin, yəni təxəyyülün, məntiqin və induksiyanın inkişafı ilə bağlıdır.
Qələsər
Qələsər — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 163 nəfərdir. == Toponimiyası == Kəndin adı ədəbiyyatlarda Güləsər, Qələsər variantlarında da qeydə alınmışıdır. Kəndin yaxınlığında eyni adlı mineral bulaq da var. Tədqiqatçılar bu oykonimi "qalanın başı, yuxan hissəsi” və yaxud "qoyun sürüsünün başlanğıcı” kimi izah edirlər.
Qeleşe
Qeleşe (alb. qeleshe, plis, qylaf) -Baş geyimi. Albanların yaşadığı ərazilərdə geniş yayılmışdır və hal hazırda Albaniya xalq geyimlərinin tərkib hissəsidir. Baş geyiminin hündürlüyü və ölçusu bölgədən bölgəyə dəyişir . Əsasən Albaniya dağlılarının ənənəvi geyiminin bir hissəsini təşkil edir . Qeleşe Albaniyanın milli simvollarından biri kimi qəbul edilir. == Etimologiya == Baş geyimi Alban dilində qeleshja və plisi adlanır. Qeleşe adı alban dilində olan "lesh" (tərcümədə yun deməkdir) sözundəndir. Baş geyiminin digər adı "plis" adlanır. Plis qədim alban dilində olan p(i)litja sözundəndir və buda öz növbəsində Alman dilində olan filiz, Latın dilindəki pellis və Yunan dilində olan πῖλο ilə əlaqəlidir.
Qələbə
Qələbə (lat. victoria) — əvvəlcə müharibəyə şamil edilir və şəxsi döyüşdə, ümumilikdə hərbi əməliyyatlardan sonra və ya əlavə olaraq istənilən yarışda əldə edilən uğur. İnsan duyğularına gəldikdə, qələbə güclü bir sevinc hissi ilə müşayiət olunur və insan davranışı, hərəkətləri və duruşları ilə bunu göstərir. Mifologiyada qələbə çox vaxt ilahiləşdirilir, məsələn: yunan dilində bu ilahə Nika, Romada Viktoriya adlandırılır. Qalib qəhrəmanın bir əjdaha ilə döyüşə girdiyi variantlar da var. Antik dövrdə dəfnə çələngi qələbənin simvolu idir. == Qələbə jesti == Qələbə simvolu ✌ — "qələbə əli" və ya sülhü bildirən ümumi jestdir.
Gələcək gün
Gələcək gün—Mirzə İbrahimovun əsəri. == Mövzu == İkinci Dünya müharibəsi ərəfəsi və müharibənin ilk ayları Cənubi Azərbaycanın ictimai-siyasi həyatında baş verən hadisələr geniş epik lövhələrdə, fikri dərinliklə və ustalıqla təsvir olunur. Müstəbid Rza şah hakimiyyətinin son dövrü ölkədə ingilis-amerikan imperialistlərinin ağalığı, yerli hakimlərin özbaşınalığı və xəyanəti, yoxsul kəndlilərin ağır, dözülməz həyatı, əsarətə və zülmə qarşı mübarizəsi təsirli, real hadisələr əsasında canlanır. Əsərin qəhrəmanı Firudinin məfkurəvi təkamülü, gərgin mübarizədə yetkinləşməsi ictimai-siyasi həyatın burulğanı fonunda inandırıcı verilir. Yazıçı milli demokratik hərəkatın güclənməsi səbəblərini açır, Kərim xan Azadi, Kürd Əhməd, Rza Qəhrəmani kimi mənəvən saf, yenilməz, mərd inqilabçıların ədalətli mübarizəsinə möhkəm inam oyadır. Əsərdə Səttar xan və Şeyx Məhəmməd Xiyabaninin inqilabi ənənələrini mürəkkəb şəraitdə öz əməllərində yaşadan fars, kürd və azərbaycanlı gənclərin yeni həyat uğrunda əlbir mübarizəsi əsərin tərbiyəvi təsirini və ictimai dəyərini artırır. Ədib romanda Firudin, Sərtib Səlimi, Musa kişi, Hikmət İsfahani kimi bədii surətlər qalereyası yaratmışdır. Böyük ictimai-tərbiyəvi əhəmiyyəti olan “Gələcək gün” müasir Şərqin milli demokratik hərəkatı mövzusunda yazılmış dəyərli abidələrdən biridir. Dövlət mükafatına layiq görülmüş əsər Mirzə İbrahimovun istedadının bir sıra xüsusiyyətlərini açmaqla yanaşı, ona dünya şöhrəti qazandırmışdır. “Gələcək gün” qısa müddət ərzində Azərbaycanın hüdudlarını aşaraq bütün dünya xalqlarının dillərinə tərcümə edilmişdir.
"Qələbə" ordeni
Qələbə ordeni (rus. Орден «Победа») — 1943-cü ildə təsis olunmuş SSRİ ordeni. SSRİ-də ən ali hərbi orden.
Qələbə Günü
Zəfər Günü — ölkələrin tarixindəki əhəmiyyətli döyüşlərdə və ya müharibələrdə qazanılan qələbələri anmaq üçün müxtəlif ölkələrdə fərqli dövlət bayramlarına və xüsusi günlərə verilən addır.
Qələbə Paradı
1945 Moskva Qələbə Paradı
Qələbə abidəsi
Qələbə abidəsi (Xankəndi)
Qələbə bayrağı
Zəfər bayrağı və ya Qələbə bayrağı (rus. Знамя Победы) — 1945-ci il, mayın 1-i günü Qızıl Ordu əsgərləri tərəfindən Berlindəki Reyxstaq binası üzərinə qaldırılan, 188x82 sm ölçülü, üzərində oraq, çəkic və qırmızı ulduz emblemləri olan bayraq. Aleksey Berest, Meliton Kantariya və Mixayıl Yegorov adlı üç Sovet əsgəri tərəfindən göylərə ucaldılan bayraq, II Dünya Müharibəsində Sovet İttifaqının Nasist Almaniyası üzərində qələbə çalmasının rəsmi simvoludur. İndiki keçmiş SSRİ ölkələri və Rusiyada hələ də rəsmi tədbirlərdə, xüsusən Qələbə Günü təntənələrində və Moskva Qələbə Günü Parad Mərasimlərində istifadə edilir. Eyni zamanda 1996-cı ildən bəri Belarus və 2009-cu ildən bəri Dnestryanın (Dnestryanı Moldov Respublikası) rəsmi simvollarından biridir. Orijinal bayraq Moskvadakı Mərkəzi Silahlı Qüvvələr Muzeyində nümayiş etdirilir. == Haqqında == Qələbə Bayrağının üzərində kiril əlifbası ilə yazılıb; "150.Tüfəng, II.Кutuzov sinfi, İdrissa bölüyü, 79.Tüfəng Korpusu, 3.Zərbə Ordusu 1.Belarus Cəbhəsi" Sovet bayrağının oraqsız və çəkicsiz olan bir variantı var idi, prezident Boris Yeltsin 1996-cı il aprel ayının 5-də milli bayrağa bu emblemleri verdi. Prezident Vladimir Putin də zəfər bayrağını rus ordusunun rəsmi bayrağı kimi qəbul etdi. Bu bayraq Reyxstaqda qaldırılan bayraqdan sonra adlandırıldı, lakin bu da "qələbə bayrağı" adlanır. Bu gün bu variant artıq rəsmi rəmz deyil.
Qələbə mağarası
Kinderle mağarası ( və ya Qələbə mağarası, Qələbənin 30 illiyi mağarası) — Rusiya Federasiyası, Başqırdıstan Respublikası, Qafuri rayonu, Taş-Astı kəndi yaxınlığında yerləşən mağara. Mağara Kinderle çayının sol sahilində yerləşir. Mağara 1940-cı illərdə aşkarlanmışdır. Bununla belə mağarada ilk araşdırma işləri 1974-cü ildə gerçəkləşdirlmişdir. Araşdırma işləri A. Andreyevin rəhbərliyi ilə aparılmışdır. Mağara Faşist Almaniyası üzərində qələbənin 30 illiyi münasibətilə Qələbə mağarası olaraq adlandırılmışdır. == Təsviri == Mağarada 4 yarusludur. Çıxış 94 metr hündürlükdə yerləşir və buradan enişli bir tunelə çıxışı vardır. Burada buzlaqlar və çoxlu sayda stalaqmitlər müşahidə edilir. Bundan əlavə aşağı enərkən Çılçıraq zalını görmək mümkündür.
Qələmə qovağı
Qələbə soğanı
Qələbə soğanı (lat. Allium victorialis) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin nərgizçiçəyikimilər fəsiləsinin soğan cinsinə aid bitki növü.
Gələcək Azərbaycan Partiyası
Gələcək Azərbaycan Partiyası və ya qısaca GAP — Azərbaycanın siyasi partiyalarından biri. 23 fevral 2014-cü ildə keçirilən təsis qurultayı ilə əsası qoyulmuşdur. 15 dekabr 2020-ci ildə dövlət qeydiyyatına alınmışdır. 2014-cü ildən etibarən partiyanın sədri Ağasif Şakiroğludur. == Tarixi == 20 dekabr 2013-cü ildə təsis konfransı keçirilib. 23 fevral 2014-cü il tarixində isə 1-ci təsis qurultayı keçirilib. Və bununlada bir partiya olaraq siyasi fəaliyyətinə başlamışdır. GAP-ın ilk və hazır ki sədri Ağasif Şakiroğludur. == Rəhbərlik == === İdarə Heyəti === Ağasif Şakiroğlu — Partiya sədri Aslan Həmidli — Partiya sədrinin Səlahiyyətli Nümayəndəsi Rəşid Nazim — Mərkəzi icra aparatının sədri Zamil Zərbəliyev — Mühacirətda yaşayan azərbaycanlılarla iş üzrə sədr müavini Rəşad Məhəmmədov — İqtisadi Məsələlər üzrə sədr müavini Xətayə Xasməmmədova — Qadınlarla iş üzrə sədr müavini Sabir İbrahimov — Kütləvi Aksiyaların təşkili ilə iş üzrə sədr müavini Elnur Qasımov — Ali Məclisin sədri Namir Həsənli — Gənclər Komitəsinin sədri Cəfər İsmayılov — GAP sədrinin müşaviri === Fəxri üzvləri === Eks spiker — Rəsul Quliyev Eks deputat — Solmaz Ələsgərova Eks deputat — Akif Şahbazov Rejisor — Elşən Məmmədov (rejissor) Sosial Marketinq Mutəxəsisi — Murad Alirzayev AMEA üzvü — Ağa Abdullaoğlu == Seçkilərdə == Partiya 2015-ci il parlament seçkilərində iştirak etmək istəsə də, tam qanunsuz olaraq seçkilərə buraxılmamışdır. 2016-cı il referendum seçkilərini, həmçinin 2018-ci il aprel ayında keçirilmiş növbədənkənar prezident seçkilərini boykot etmiş və nəticələrini tanımamışdır.
Gələcək gün (roman)
Gələcək gün—Mirzə İbrahimovun əsəri. == Mövzu == İkinci Dünya müharibəsi ərəfəsi və müharibənin ilk ayları Cənubi Azərbaycanın ictimai-siyasi həyatında baş verən hadisələr geniş epik lövhələrdə, fikri dərinliklə və ustalıqla təsvir olunur. Müstəbid Rza şah hakimiyyətinin son dövrü ölkədə ingilis-amerikan imperialistlərinin ağalığı, yerli hakimlərin özbaşınalığı və xəyanəti, yoxsul kəndlilərin ağır, dözülməz həyatı, əsarətə və zülmə qarşı mübarizəsi təsirli, real hadisələr əsasında canlanır. Əsərin qəhrəmanı Firudinin məfkurəvi təkamülü, gərgin mübarizədə yetkinləşməsi ictimai-siyasi həyatın burulğanı fonunda inandırıcı verilir. Yazıçı milli demokratik hərəkatın güclənməsi səbəblərini açır, Kərim xan Azadi, Kürd Əhməd, Rza Qəhrəmani kimi mənəvən saf, yenilməz, mərd inqilabçıların ədalətli mübarizəsinə möhkəm inam oyadır. Əsərdə Səttar xan və Şeyx Məhəmməd Xiyabaninin inqilabi ənənələrini mürəkkəb şəraitdə öz əməllərində yaşadan fars, kürd və azərbaycanlı gənclərin yeni həyat uğrunda əlbir mübarizəsi əsərin tərbiyəvi təsirini və ictimai dəyərini artırır. Ədib romanda Firudin, Sərtib Səlimi, Musa kişi, Hikmət İsfahani kimi bədii surətlər qalereyası yaratmışdır. Böyük ictimai-tərbiyəvi əhəmiyyəti olan “Gələcək gün” müasir Şərqin milli demokratik hərəkatı mövzusunda yazılmış dəyərli abidələrdən biridir. Dövlət mükafatına layiq görülmüş əsər Mirzə İbrahimovun istedadının bir sıra xüsusiyyətlərini açmaqla yanaşı, ona dünya şöhrəti qazandırmışdır. “Gələcək gün” qısa müddət ərzində Azərbaycanın hüdudlarını aşaraq bütün dünya xalqlarının dillərinə tərcümə edilmişdir.
Gələsən Görəsən (Meşkinşəhr)
Gələsən Görəsən (fars. گلسن گورسن‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 30 nəfər yaşayır (9 ailə).
Qələbə Günü (Azərbaycan)
Zəfər Günü — Azərbaycan Respublikasında İkinci Qarabağ müharibəsində qələbə şərəfinə qeyd edilən gün. Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı "Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında" sərəncama əsasən qeyd edilir. == Tarixi == 27 sentyabr 2020-ci il səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutması nəticəsində, Ermənistan ordusunun döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan ordusunun komandanlığı tərəfindən qoşunların bütün cəbhə boyu sürətli əks-hücum əməliyyatı başlaması barədə qərar verilmişdir. Qarşıdurmalar nəticəsində Ermənistanda hərbi vəziyyət və ümumi səfərbərlik, Azərbaycanda isə hərbi vəziyyət və komendant saatı, 28 sentyabrda qismən səfərbərlik elan edilmişdir. Qarşıdurmalar qısa müddətdə sürətlə alovlanmış və İkinci Qarabağ müharibəsinə çevrilmişdir. Ermənistan respublikası ilə 44 gün davam edən müharibə ərzində 4 oktyabrda Cəbrayıl, 17 oktyabrda Füzuli, 20 oktyabrda Zəngilan, 25 oktyabrda Qubadlı və 8 noyabrda Şuşa şəhəri işğaldan azad edilmişdir. Moskvada imzalanan müqaviləyə əsasən, noyabrın 10-u Bakı vaxtı ilə saat 01:00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və hərbi əməliyyatların tam dayandırılması, 1 dekabradək Ermənistan qüvvələrinin Dağlıq Qarabağın ətrafında Ermənistan nəzarətindəki Azərbaycan ərazilərindən çıxarılması və Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşasının təmin edilməsi elan edilmişdir. 2020-ci il noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də Laçın rayonları azad edilmişdir. == Zəfər Gününün təsis edilməsi == Azərbaycanda Zəfər Gününün təsis edilməsi haqda prezidentin ilk fərmanı dekabrın 2-də verilmişdi. Bu sərəncama əsasən Zəfər Günü hər il noyabrın 10-da keçirilməli idi.
Qələbə Günü (Türkiyə)
Qələbə Günü (türk. 30 Ağustos Zafer Bayramı) — 30 avqust 1922-ci ildə Dumlupınarda Mustafa Kamal Atatürkün başkomandirliyində, zəfərlə nəticələnən Böyük Qələbəni xatırlatmaq üçün Türkiyə və Şimali Kipr Türk Respublikasında[1] hər il 30 avqust günü qeyd olunan rəsmi, milli bayram. Yunan qoşunları İzmirə qədər təqib edilmiş, 9 sentyabr 1922-ci ildə Türk torpaqları İzmirin xilasetmə yolu ilə yunan işğalından qurtulmuşdu. İşğal qüvvələri ölkənin sərhədlərini daha sonra tərk etməsinə baxmayaraq, 30 avqust, ölkənin ərazi bütövlüyünün tam ələ keçirilməsi simvolik şəkildə təmsil edir. İlk dəfə 1924-ci ildə Afyonda Başkomandir Zəfəri adı altında qeyd olunan 30 avqust, Türkiyədə 1926-cı ildən etibarən Qələbə Günü olaraq qeyd olunmaqdadır. == Arxa plan == Böyük Saldırı, Türk ordusunun İstiqlaliyyət Müharibəsi əsnasında işğal güclərinə son zərbəni təmin etməsi üçün planlaşdırılan gizli bir əməliyyat idi. Türkiyə Böyük Millət Məclisinin 20 İyul 1922-ci il iclasında özünə dördüncü dəfə başkomandir səlahiyyəti verilən Mustafa Kamal Paşa hücum qərarını iyun ayında almış və hazırlıqları gizli olaraq icra etmişdi. Böyük hücum 26 avqust - 27 avqusta keçən gecə Afyonda başladı və Türkiyə torpaqlarının qaytarılması - Türk ordusunun qələbəsi ilə başa çatdı. == Bayramın tarixi == 30 Avqust günü, ilk dəfə 1924 Dumlupınarda Çal Kəndi yaxınlarında Prezident Mustafa Kamalın qatıldığı bir mərasimlə Başkomandir zəfəri adıyla qeyd olunmuşdur. Qələbə Gününü qeyd etmək üçün iki il gözləmənin ən əhəmiyyətli səbəbi 1923-ci il Yeni Türkiyə baxımından həm milli, həm də beynəlxalq sahədə sıxlığın yüksək mərhələdə olması idi.
Qələbə Günü (dəqiqləşdirmə)
Zəfər Günü — ölkələrin tarixindəki əhəmiyyətli döyüşlərdə və ya müharibələrdə qazanılan qələbələri anmaq üçün müxtəlif ölkələrdə fərqli dövlət bayramlarına və xüsusi günlərə verilən addır.
Qələbə abidəsi (Ankara)
Qələbə abidəsi (türk. Zafer Anıtı, həmçinin Ulus Atatürk Anıtı olaraq tanınır) — Türkiyənin Ankara şəhərində Mustafa Kamal Atatürkün monumental atlı heykəli. Abidə 24 noyabr 1927-ci ildə açılmışdır. Ulus meydanında, Qurtuluş müharibəsinin qəhrəmanları şərəfinə Yenigün qəzeti rəhbərliyində türk xaqlının vəsaiti hesabına inşa edilmişdir. Abidə Türkiyədə reallaşdırdığı monumental heykəlləri ilə tanınan avstriyalı heykəltaraş, rəssam, xalkoqraf və illüstrator Heinriç Krippel tərəfindən hazırlanmışdır. == Yerləşməsi == Abidə Ulus meydanında yerləşir. Bu meydan 1950-ci illərə qədər Ankaranın mərkəzi meydanı sayılırdı. Atatürk bulvarından şərqdə yerləşir. == Tarixi == Türk hökumətinin elan elədiyi beynəlxalq yarışmada birinci olan avstriyalı heykəltaraş Heinriç Krippelə 1925-ci ildə sifariş edilən heykəl. Heykəltəraşın Türkiyədə sifariş edilən ən əhatəli işidir.
Qələbə abidəsi (Xankəndi)
Qələbə abidəsi — Xankəndi şəhərində obelisk şəklində abidə. Böyük Vətən müharibəsi və digər silahlı münaqişələrdə həlak olan yerli sakinlərin xatirəsini əbədiləşdirən xatirə kompleksinin bir hissəsidir, == Tarixi == Xatirə kompleksi 1945-ci ildə İkinci Dünya müharibəsi cəbhələrində həlak olmuş Dağlıq Qarabağ Muxtar Vilayətinin 22 min yerli sakinin xatirəsinə obelisk qoyulması ilə quruldu. Obeliskin hündürlüyü 21 metrdir. Əks təpədə kütləvi məzarlıqda müharibədə həlak olanların qalıqları dəfn olunmuşdur. Həmçinin, kompleksə ənənəvi erməni memarlığı üslubunda qurulmuş yeddi axınlı fontan da daxildir. Qranit pyedestal Böyük Vətən müharibəsində iştirak edənlərin adları və portretləri olan barelyefdən ibarətdir. Birinci Qarabağ müharibəsindən sonra xatirə kompleksinə çevrilmiş, buraya münaqişə zamanı həlak olmuş Qondarma Dağlıq Qarabağ Respublikası əsgərlərinin dəfn olunduğu qəbiristanlıq əlavə olunmuşdur.
Qələbə körpüsü (İrəvan)
Qələbə körpüsü (erm. Հաղթանակի կամուրջ) - Ermənistanın paytaxtı İrəvan şəhərində, Zəngi çayı üzərindəki yol körpüsü. İrəvanın mərkəzini Malatya-Sebastia rayonu və Zvartnots və Üçkilsə hava limanları ilə birləşdirir. Körpü İkinci Dünya müharibəsində SSRİ-nin Nasist Almaniyası üzərindəki qələbəsini anmaq üçün qələbə körpüsü olaraq adlandırılır. == Yerləşməsi == Zəngi çayının sağ sahildəki Admiral Isakov prospektini soldakı Mesrop Maştots prospekti ilə birləşdirir. Körpünün sağ sahilində İrəvan Konyak Zavodunu, sol sahilində isə İrəvan Şərab Kombinatının binası var. Bura şəhərin cənub və cənub-qərb kənarından İrəvanın mərkəzinə gələ biləcəyiniz Zəngi dərəsi üzərindəki bir neçə körpüdən biridir. Hava limanından şəhərin mərkəzi hissəsinə daxil olarkən bu körpünü dərin bir dərənin üzərindən keçərkən görməyə bilməzsiniz. Lakin bu mühəndis quruluşunun əsas cəlbediciliyi onun əks tərəflərində yerləşən iki ən məşhur içki fabrikinin "Ararat" və "Noy" un olmasıdır. == Tarix == Layihənin müəllifləri mühəndis S.Hovnanyan, memarlar A. Mamidcanyan və A. Asatryan.
Annuitet məbləğinin gələcək dəyəri
Annuitet – borcun aylıq bərabər hissələr ilə ödənilməsidir. Yəni annuitet ödəniş zamanı sız qalıq məbləğdən asılı olmayaraq, hər ay bərabər miqdarda məbləğ (kredit+ ona görə faiz) ödəyirsiniz. Bu ödənişlər aylar üzrə elə hesablanır ki, kreditin ödəniş müddətinin sonunda borc tamamilə ödənilmiş olsun. Məsələn:Bankın 22% ilə 12 ay müddətində verilmiş 2000 manat dəyərində kreditin aylıq ödənişi 187.79 manatdır.Bu nümunədə aylıq ödəniləcək məbləğ annuitet məbləğini göstərir. Annuitet ödəmənin düsturu: 1. Hər ay annuitet ödəmə: A = K ⋅ S {\displaystyle A=K\cdot S} , burada: A – aylıq annuitet ödəmə, K – annuitet əmsalı, S – kreditin məbləğidir. 2. Annuitet əmsalı: K = i ⋅ ( 1 + i ) n ( 1 + i ) n − 1 {\displaystyle K={i\cdot (1+i)^{n} \over (1+i)^{n}-1}} burada: K – annuitet əmsalı, i – kredit üzrə aylıq faiz dərəcəsidir (=illik dərəcə/12 aya), n – kreditin ödənilməsi müddətində dövrlərin miqdarı. Annuitetin 2 növü var: Müəyyən annuitet və qeyri-müəyyən annuitet Müəyyən annuitet- Müəyyən annuitetlərdə ödənişlər müəyyən bir zaman müddəti ərzində başlayır və müəyyən bir tarixdə bitir. Məsələn, kreditlərin ödənişlərinin başlama və bitmə tarixi bəllidir.
Daha yaxşı gələcək (Bəhrani)
Daha yaxşı gələcək — Əbdüləzim əl-Mühtədi əl-Bəhraninin kitabı. == Məzmun == Bu kitab əksər insanları maraqlandıran və çox aktual olan ailə məişət mövzularına aid suallardan və onlara verilən cavablardan ibarətdir. Müəllif ona verilən suallar əsasında bu kitabı tərtib etmişdir. Bu suallar elə dəqiqliklə seçilmişdir ki, hər bir oxucu onların içində özünə aid olan bir çox mətləbləri tapacaq və bu kitabın sanki özü üçün yazıldığını hiss edəcəkdir. Kitabın əhatə etdiyi suallar insan həyatını tam çılpaqlığı ilə göz önünə gətirir və onlara verilmiş dəqiq cavablarla da oxucuya suallarla dolu həyatda nə cür davranacağını göstərir. == Nəşr == Kitab 2012-ci ildə ərəb dilindən Azərbaycan dilinə tərcümə edilmiş, Bakıda Qədim Qala nəşriyyatında I cildi 160, II cildi isə 176 səhifədə 60x90 ölçüsündə çap edilib. == İstinadlar == == Həmçinin bax == Bəla və səbir (Şəhid Sani) == Xarici keçidlər == "Daha Yaxşı Gələcək (I cild)" ( (az.)). qedimqala.az. 2016-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-07-24.
Vahid Məbləğin Gələcək Dəyəri
Vahid məbləğin gələcək dəyəri (future value) maliyyə sahəsində istifadə olunan əsas alətlərdən biridir və pulun gələcəkdə olacaq dəyəridir. Mürəkkəb faiz dərəcələri – faiz üzərinə faizin hesablanması. Vahid məbləğin gələcək dəyəri – FV = PV • (1+i)n və burada: PV – bugünkü dəyər (Present Value) i – faiz dərəcəsi n – dövr, müddət Məsələn: Hal hazırda sərbəst dövriyyədə olan 100 AZN pulu 5 illik 10% (Normal olaraq yuvarlaq olsun deyə və reallığa yaxın olsun deyə depozit faizi 10% hesablanır) depozit faizi ilə banka depozit olaraq yerləşdirsək 5 il sonra nə qədər pulumuzun olacağına baxaq. FV=PV•(1+10%)5=100•(1+0.1)5=100•1.15=161.051 Əgər rüblük olaraq hesablasaq: 5 il=20Rüb oldugunu nəzərdə saxlayırıq.Və 10/4(ildəki rüb sayı)=2.5% FV=100•(1+0.025)20=163.86 göründüyü kimi illik ilə rüblük arasında az da olsa fərq yaranır).Əsasən maliyyəçilər illik hesablamadan istifadə edirlər.