Qələbə Günü (Azərbaycan)

Zəfər GünüAzərbaycan Respublikasında İkinci Qarabağ müharibəsində qələbə şərəfinə qeyd edilən gün. Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı "Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında" sərəncama əsasən qeyd edilir.[1]

Zəfər Günü
Bakıda Azərbaycan xalqı Qarabağdakı qələbəni qeyd edir.
Bakıda Azərbaycan xalqı
Qarabağdakı qələbəni qeyd edir.
Rəsmi adı Azərbaycan Respublikasında Zəfər Günü
Ölkə
Növ İş günü olmayan bayram günü
Tarix 8 noyabr
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

27 sentyabr 2020-ci il səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutması nəticəsində, Ermənistan ordusunun döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan ordusunun komandanlığı tərəfindən qoşunların bütün cəbhə boyu sürətli əks-hücum əməliyyatı başlaması barədə qərar verilmişdir.[2][3][4] Qarşıdurmalar nəticəsində Ermənistanda hərbi vəziyyət və ümumi səfərbərlik,[5][6] Azərbaycanda isə hərbi vəziyyət və komendant saatı,[7] 28 sentyabrda qismən səfərbərlik elan edilmişdir.[8] Qarşıdurmalar qısa müddətdə sürətlə alovlanmış və İkinci Qarabağ müharibəsinə çevrilmişdir.[9]

Ermənistan respublikası ilə 44 gün davam edən müharibə ərzində 4 oktyabrda Cəbrayıl,[10][11] 17 oktyabrda Füzuli,[12][13] 20 oktyabrda Zəngilan,[14][15] 25 oktyabrda Qubadlı[16][17] və 8 noyabrda Şuşa şəhəri işğaldan azad edilmişdir.[18][19][20] Moskvada imzalanan müqaviləyə əsasən, noyabrın 10-u Bakı vaxtı ilə saat 01:00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və hərbi əməliyyatların tam dayandırılması, 1 dekabradək Ermənistan qüvvələrinin Dağlıq Qarabağın ətrafında Ermənistan nəzarətindəki Azərbaycan ərazilərindən çıxarılması və Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşasının təmin edilməsi elan edilmişdir.[21]

2020-ci il noyabrın 20-də Ağdam,[22] noyabrın 25-də Kəlbəcər,[22] dekabrın 1-də Laçın rayonları[23] azad edilmişdir.

Zəfər Gününün təsis edilməsi

[redaktə | mənbəni redaktə et]

Azərbaycanda Zəfər Gününün təsis edilməsi haqda prezidentin ilk fərmanı dekabrın 2-də verilmişdi. Bu sərəncama əsasən Zəfər Günü hər il noyabrın 10-da keçirilməli idi.[24] Lakin dekabrın 3-də noyabrın 10-nun Türkiyədə Mustafa Kamal Atatürkün anım günü olduğunu nəzərə alaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Zəfər Gününün tarixinin dəyişdirilməsi barədə qərar qəbul etmişdir.[25] Şuşa şəhərinin və onun işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq qələbə — Zəfər Günü hər il noyabrın 8-də təntənəli şəkildə qeyd edilməsi qərara alınmışdır.[26]

Prezidentin sərəncamı

[redaktə | mənbəni redaktə et]

Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin İkinci Qarabağ müharibəsindəki qələbəsini təmin edən mühüm amillər oldu. Bu müharibədə qələbə Prezident İlham Əliyevin bu qələbəni qeyd etmək üçün xüsusi bayram gününün təsis edilməsi barədə sərəncam imzalamışdır.

Sərəncamda deyilir: "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə qərara alıram:

1. Hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin".[27]

  1. "Azərbaycanda Zəfər Günü təsis edilib – SƏRƏNCAM". 2021-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-04.
  2. "Ermənistan silahlı qüvvələri bütün cəbhə boyu genişmiqyaslı təxribat törədib". mod.gov.az (az.). Azərbaycan Respublikası Müdafiə Nazirliyi. 27 sentyabr 2020. 2020-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 noyabr 2020.
  3. "Ermənilər cəbhə boyu təxribat törədib, ölənlər və yaralananlar var". report.az (az.). Report İnformasiya Agentliyi. 27 sentyabr 2020. 2020-11-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 noyabr 2020.
  4. "Ermənilər cəbhə boyu təxribat törədib – Ölən və yaralılar var". asanradio.az (az.). ASAN Radio. 27 sentyabr 2020. 2021-11-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 8 noyabr 2020.
  5. "Armenia and Azerbaijan fight over disputed Nagorno-Karabakh". bbc.com. BBC News. 27 sentyabr 2020. 2020-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 noyabr 2020.
  6. "Nagorno-Karabakh announces martial law and total mobilization". reuters.com (ingilis). Reuters. 27 sentyabr 2020. 2020-10-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 noyabr 2020.
  7. "Azerbaijan's parliament approves martial law, curfews – president's aide". reuters.com (ingilis). Reuters. 27 sentyabr 2020. 2020-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 noyabr 2020.
  8. "Azerbaijan's president orders partial military mobilization". tass.com (ingilis). TASS. 28 sentyabr 2020. 2020-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 noyabr 2020.
  9. "The humanitarian fallout of the Nagorno-Karabakh conflict". thenewhumanitarian.org (ingilis). The New Humanitarian. 5 noyabr 2020. 2020-11-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 noyabr 2020.
  10. "Cəbrayıl işğaldan AZAD OLUNDU". modern.az (az.). 4 oktyabr 2020. 2021-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 noyabr 2020.
  11. "Prezident: Cəbrayıl rayonunun böyük hissəsinin və Cəbrayıl şəhərinin azad edilməsi xüsusi əhəmiyyət daşıyır". azeridefence.com (az.). 4 oktyabr 2020. 2021-08-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 8 noyabr 2020.
  12. "İlham Əliyev: "Füzuli işğaldan azad olundu"". oxu.az (az.). 17 oktyabr 2020. 2021-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 noyabr 2020.
  13. "Prezident: "Füzuli şəhəri və rayonun daha bir neçə kəndi işğaldan azad olunub"". report.az (az.). Report İnformasiya Agentliyi. 17 oktyabr 2020. 2021-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 noyabr 2020.
  14. "Zəngilan və bu kəndləri azad edildi". qafqazinfo.az (az.). Qafqazinfo. 20 oktyabr 2020. 2021-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 noyabr 2020.
  15. "Ali Baş Komandan: "Zəngilan şəhəri və bir neçə kənd işğaldan azad edildi"". lent.az (az.). 20 oktyabr 2020. 2020-12-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 8 noyabr 2020.
  16. "Qubadlı şəhəri işğaldan azad olundu!". qafqazinfo.az (az.). Qafqazinfo. 25 oktyabr 2020. 2021-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 noyabr 2020.
  17. "Qubadlı şəhəri işğaldan azad edildi – Prezident". sputnik.az (az.). Sputnik Azərbaycanca. 25 oktyabr 2020. 2021-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 noyabr 2020.
  18. "Müstəqillik tariximizin ən möhtəşəm xəbəri – Şuşa azad edildi!". sputnik.az (az.). Sputnik Azərbaycan. 8 noyabr 2020. 2021-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 noyabr 2020.
  19. "Şuşa şəhəri işğaldan azad edildi". report.az (az.). Report İnformasiya Agentliyi. 8 noyabr 2020. 2021-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 noyabr 2020.
  20. "İlham Əliyev: Şuşa işğaldan azad edildi!". oxu.az (az.). 8 noyabr 2020. 2021-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 noyabr 2020.
  21. "Prezident İlham Əliyev Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin iştirakı ilə imzalanmış sənədin mətnini açıqlayıb tam mətn". lent.az (az.). 10 noyabr 2020. 2020-11-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 10 noyabr 2020.
  22. 1 2 "Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin Bəyanatı". 2020. 2020-11-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-02.
  23. "Arxivlənmiş surət". 2021-01-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-02.
  24. "Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2022-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-04.
  25. ""Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 2 dekabr tarixli 2312 nömrəli Sərəncamının ləğv edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2021-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-04.
  26. Sitat səhvi: Yanlış <ref> teqi; azertag.az adlı istinad üçün mətn göstərilməyib
  27. "Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2021-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-04.