Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qjel
Qjel – rus farforu olub, adını yarandığı Qjel şəhərindən götürüb. Adı ilk dəfə 1328-ci ildə çəkilir. Farfordan düzəldilmiş qablar, oyuncaqlar ağ və mavi rəngli boyalarla bəzədilir.
Vel
Vel — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati-ərazi vahidində kənd. 2009-cu ildə Azərbaycanda keçirilən əhali siyahıyaalmasına əsasən kəndin əhalisi 724 nəfərdir.
Vəl
Vəl — Azərbaycanın etnoqrafik bölgələrində geniş yayılmış universal döyüm aləti. Vəl ağır və möhkəm oduncaqlı ağacdan, əsasən, palıddan düzəldilirdi. Yerli iqlim şəraitindən, taxıl növünün bəlimindən və qoşqu qüvvəsindən asılı olaraq, vəlin tay və qoşa olmaqla, quruluşca iki növünə təsadüf olunurdu. Vəl taylarının uzunluğu təxminən 1,5–1,7 m-ə qədər, eni 60–70 sm, qalınlığı isə 7–8 sm olurdu. Döyüm prosesini sürətləndirmək və məhsuldar etmək üçün vəlin işlək alt hissəsində açılmış gəzlərə xırda daş parçaları pərçimlənirdi. Bəzən bu daşları xırda metal parçaları ilə də əvəz edirdilər. Bu isə döyüm prosesini xeyli tezləşdirməyə imkan verirdi. Vəlin qabaq hissəsi bir qədər yuxarıya doğru qatlanmış vəziyyətdə düzəldilirdi. Bunun sayəsində vəlin xırmanda hərəkəti nizama salınır və küləşin topalanıb bir yerə yığılmasının qarşısı alınırdı. Vəlin qabaq hissəsində "vəlbənd" adlanan düzbucaqlı formalı xüsusi çıxıntı düzəldilirdi.
Hörümçək-Qven
Hörümçək-qadın (ing. Spider-Woman) və ya daha çox tanınan adı ilə Hörümçək-Qven (ing. Spider-Gwen) – Marvel Comics tərəfindən nəşr edilən komikslərdə görünən uydurma superqəhrəman. Ceyson Latur və Robbi Rodrigez tərəfindən yaradılmışdır. Personaj ilk dəfə 2014–15-ci illərdə davam edən "Spider-Verse" komiks hekayəsinin bir parçası olan "Edge of Spider-Verse" komiksinin 2-ci sayında peyda olmuşdur. Personajın uğurundan sonra 2015-ci ildə "Spider-Gwen" adlı komiks seriyası buraxılmağa başlanmışdır. Hörümçək-qadın Hörümçək-adamın bir variantı və Qven Steysinin alternativ versiyasıdır. Personaj Yer-65 adlı alternativ kainatda yaşayır. Bu kainatda Qven Steysini radioaktiv hörümçək sancır və Piter Parkerin əvəzinə o, superqəhrəman olur. Hörümçək-qadın Mett Murdok və Frenk Kaslın Yer-65 versiyaları kimi düşmənlərə qarşı döyüşür.
Qael Monfils
Qael Monfils (1 sentyabr 1986 Paris, Fransa) Fransız tennisçi. Monfilsin karierindəki ilk ATP təklər finalı 2005-ci ildə Polşada Sopotda Alman Florian Meyerə qarşı oldu. Monfils iki ay sonra isə yenə finala çıxdı. Ancaq bu səfər işlər onun üçün yaxşı getmədi və məğlub oldu. İndi 3 çempionluğu vardır. Roland Garrosda David Ferreri mağluğp edərək 2001-ci ildən bəri yarı-finala çıxan ilk Fransız tennisçi olmağı bacarmışdır.
Quel parkı
Quel parkı (isp. Parque Güell) —1900–1914 illərdə Antonio Qaudi tərəfindən salınmış Barselonanın yuxarı hissəsində yerləşən park. Park bağların və yaşayış sahələrinin birləşməsindən ibarətdir, sahəsi 17–18 hektardır.
Qven Stefani
Qven Stefani (3 oktyabr 1969, Fallerton[d], Kaliforniya) — ABŞ müğənnisi. Love. Angel. Music. Baby.
Monax Avel
Monax Avel (rus. Монах Авель) və ya Vasili Vasilyev (rus. Василий Васильев; 18 mart 1757, Tula vilayəti[d], Moskva quberniyası[d] – 29 noyabr 1841, Suzdal, Vladimir quberniyası[d]) — Rusiya pravoslav rahibi, falçısı. O, bəzi mənbələrə görə, XVIII əsrin ikinci yarısında və sonrakı əsrlərdə bir sıra tarixi hadisələri, o cümlədən II Yekaterinadan başlayaraq Rusiya avtokratlarının ölüm tarixlərini və şərtlərini, sosial sarsıntıları və müharibələri proqnozlaşdırmışdır. Kəndli ailəsindən gəlir. İmperatriça II Yekaterinanın və imperator I Pavelin ölümünün günləri və hətta saatları, Napoleonun Rusiyaya hücumu və Moskvanın yandırılmasını proqnozlaşdırdığına förə dəfələrlə həbs olunmuşdur. Ümumilikdə 20 ilə yaxın həbsxanada yatmışdır. İmperator I Nikolay Pavloviçin əmri ilə Suzdalda Müqəddəs Yevfim monastırında həbs edilmiş və orada vəfat etmişdir. 1875-ci il üçün "Russkaya starina" jurnalında Avelin məktublarından, "Həyatından" və "çox dəhşətli kitablarından" parçalar dərc edilmişdir. Авель.
Tavr vel
Vel bələdiyyəsi
Lənkəran bələdiyyələri — Lənkəran rayonu ərazisindəki bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Vilyam Vel
Vilyam Vel (24 may 1794[…], Lankaster[d] – 6 mart 1866[…], Kembric) – ingilis alimi, filosofu, dinşünas, keşiş və tarixçi. Vilyam Vel Lankaşir şəhərində, dülgər ailəsində anadan olub. O oxuduğu gimnaziyada riyaziyyatdan yüksək göstəricilər göstərib və xüsusi 1812-ci ildə təqaüdə layiq görülüb.1814-cü ildə isə poeziyaya görə ona Qızıl kansler medalı verilib. O 1817-ci ildə Kembric ittifaqının prezidenti, 1841-ci ildə kollecin sahibi olur. O 1828-ci ildən 1832-ci ilədək minerologiya , 1838-ci ildə 1855-ci ilədək fəlsəfə professoru olub. Vel 1866-cı ildə Kembricdə atdan yıxılaraq dünyasını dəyişib . Vilyam Vel elmin müxtəlif sahələri ilə məşgul olaraq uğur qazanan insan olub. O dünya Okeanındakı qabarıb-çəkilmə üzrə tədqiqat aparıb və buna görə Kral medalı alıb. onun mexanika, fizika, geologiya, astronomiya və iqtisadiyyat üzrə məqalələri çap edilib. Bundan başqa o şeir yazır, traktat hazırlayır, Heteni tərcümə edir və eyni zamanda moizələr yazır və teologiya üzrə materiallar hazırlayırdı.
Dompyer-syur-Vel
Dompyer-syur-Vel (fr. Dompierre-sur-Veyle) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Pon-d’En kantonuna daxildir. Kommunanın dairəsi — Burk-an-Bres. INSEE kodu — 01145. 2010-ci ildə əhalinin sayı 1226 nəfər təşkil edirdi. 2010-cu ildə əmək qabiliyyətli 804 nəfər arasında (15-64 yaş) 605 nəfər iqtisadi cəhətdən fəal, 199 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi - 75.2%, 1999-cu ildə bu 72.5%). 605 fəal sakindən 559 nəfər (310 kişi və 249 qadın) işləyir, 46 nəfər işsizdir (14 kişi və 32 qadın). 199 hərəkətsiz 62 nəfər arasında şagird və ya tələbə, 67 nəfər təqaüdçü, 70 digər səbəblərə görə hərəkətsizdir.
Dompyer-sür-Vel
Dompyer-syur-Vel (fr. Dompierre-sur-Veyle) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Pon-d’En kantonuna daxildir. Kommunanın dairəsi — Burk-an-Bres. INSEE kodu — 01145. 2010-ci ildə əhalinin sayı 1226 nəfər təşkil edirdi. 2010-cu ildə əmək qabiliyyətli 804 nəfər arasında (15-64 yaş) 605 nəfər iqtisadi cəhətdən fəal, 199 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi - 75.2%, 1999-cu ildə bu 72.5%). 605 fəal sakindən 559 nəfər (310 kişi və 249 qadın) işləyir, 46 nəfər işsizdir (14 kişi və 32 qadın). 199 hərəkətsiz 62 nəfər arasında şagird və ya tələbə, 67 nəfər təqaüdçü, 70 digər səbəblərə görə hərəkətsizdir.
Maqua Vel gölü
Maqua Vel — Nauru adasında yerləşən yeraltı göl. Yaren dairəsinə daxildir. Sahəsi 0,2 ha (0,002 km²), ən dərin yeri 5, orta dərinlik 2,5 metr təşkil edir. Adanın əsas turistik ərazilərindən biridir.
Pon-de-Vel
Sen-Jan-de-Qonvil (fr. Chavornay) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01097. Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 70 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. 2010-ci ildə əhalinin sayı 199 nəfər təşkil edirdi. 2010-cu ildə əmək qabiliyyətli 131 nəfər (15-64 yaş arasında) 93 nəfər iqtisadi cəhətdən, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71.0%, 1999-cu ildə 68.8%). Fəaliyyət göstərən 93 sakindən 90 nəfəri (40 kişi və 50 qadın), 3 nəfər işsiz (3 kişi və 0 qadın) idi.
Tez gəl (mahnı)
Hörümçək-qadın (Qven Steysi)
Hörümçək-qadın (ing. Spider-Woman) və ya daha çox tanınan adı ilə Hörümçək-Qven (ing. Spider-Gwen) – Marvel Comics tərəfindən nəşr edilən komikslərdə görünən uydurma superqəhrəman. Ceyson Latur və Robbi Rodrigez tərəfindən yaradılmışdır. Personaj ilk dəfə 2014–15-ci illərdə davam edən "Spider-Verse" komiks hekayəsinin bir parçası olan "Edge of Spider-Verse" komiksinin 2-ci sayında peyda olmuşdur. Personajın uğurundan sonra 2015-ci ildə "Spider-Gwen" adlı komiks seriyası buraxılmağa başlanmışdır. Hörümçək-qadın Hörümçək-adamın bir variantı və Qven Steysinin alternativ versiyasıdır. Personaj Yer-65 adlı alternativ kainatda yaşayır. Bu kainatda Qven Steysini radioaktiv hörümçək sancır və Piter Parkerin əvəzinə o, superqəhrəman olur. Hörümçək-qadın Mett Murdok və Frenk Kaslın Yer-65 versiyaları kimi düşmənlərə qarşı döyüşür.
Gəl-Gör-Get qalası
İbn Ərəbşahın yazdığına görə 28 iyul 1402 tarixdə vaqe olmuş məşhur Ankara döyüşündən Qarabağa geri dönən Əmir Teymur Gürcüstandan keçərkən yolüstü 2 gürcü istehkamını bir müddət mühasirədə saxlamış və son nəhayətdə onları ələ keçirmişdir; bunlardan biri "Mağaralıq" deyilən yer, digəri isə "Gəl-Gör-Get" qalası idi və onlar "Gürcüstan qalaları arasında iki göz kimi idilər". Ehtimal etmək mümkündür ki həmin "Gəl-Gör-Get" qalası indi xarabalığı Şəki rayonunun Kiş kəndindən 1 km şimalda olan "Gələrsən-Görərsən qalası"dır. Qalanın İbn Ərəbşah tərəfindən edilmiş təsviri də məhz, "Gələrsən-Görərsən qalası"na uyğun gəlməkdədir. O ki qaldı "Gəl-Gör-Get" qalasının gürcü istehkamı hesab edilməsinə, nəzərə alınmalıdır ki, sonda müəllif həm də Şirvanşah Şeyx İbrahimin dili ilə qeyd etmişdir ki, həmin qalaların xaçpərəst müdafiəçiləri heç də gürcü yox, əslində "tatar" imişlər! Deməli, bu istehkamların müdafiəçiləri xristian-provoslav məzhəbli "tatar"lar olduğuna görə, müdafiəçilər gürcü, istahkamlar isə "Gürcüstan qüllələri" hesab edilmişdir. Bu qalalardan digər biri Gəl-Gör-Get’in göydələn qalasıdır ki öz adı kimi dikbaşlıq və təkəbbürdən söz açar və onun (adının) mənası türkcə belədir: "gələrsən, görərsən və geri dönərsən", yəni bir kimsə ona baxmaqdan başqa, qeyri bir şeyə nail olmaz, onun binası üç tərəfdən hündür təpəliyin üstündə(dir) və (yüksəkliyi həmin) tərəflərin yüksəkliklərinin hamısından daha yüksəkdir. Digər (dördüncü) tərəfindən dar və nahamar yol (gəlir) və (bu yol) sərt və çətin bir keçiddə başa çatır və o yolu gedən qarşılaşdığı sərtliklərə sinə gərərək hündür bir uçuruma və dərin bir yarğana yetişər ki, onunla qalanın darvazası arasında bir körpü bağlamışlar və körpü götürülərkən qalaya giriş qapadılmış olar. Teymur elə ki o halın həqiqətindən agahlıq tapdı və o pünhan bir xəbər aşkar oldu, bu qərara gəldi ki, öz məqsədinə çatmayanadək o məhlədən köç etməsin; amma o qalanın yaxınlığına, bir məkan ki, ora düşər və ora elə yer ki dalğalanan dəniz onun içində yerləşsə tapmaq olmaz, bəlkə bütün ətrafı qarma-qarışıq idi və uçurum və yüksəklik elə bil, necə ki öz ərinin qarşısında həyasız bir qadının qəzəbli çöhrəsi – bütünlüklə sərt və kobuddur. Amma Teymur tamahkarlığından öz sığınacaq və qərargahını orda, o qalanın göz qabağında qurdurmuşdu və ləşgərləri növbə ilə mühasirə və get-gəl işində olurlar və qala adamları gündüzlər körpünü götürüb müharibə və mübarizə bəlasından amanda idilər, çünki, o ətrafda bir məkan ki, mübarizə üçün yarasın və bir meydan ki, cəng üçün işə keçsin, tapmaq olmaz! Və teymurilər elə ki səhər açılır, uzaqdan ox atmaqla (, döyüşün başqa dəhşətlərindən) qurtulurlar və qane aşiq kimi, bir baxışa məmnun olurlar və gecə düşən kimi öz çadırlarının yolunu tuturlar və o yaxınlıqda bir yer yox idi ki bir gecəni başa vura bilələr, o zaman xaçpərəstlər körpünü yerinə qoyub dar bir yol ki, orda öz ehtiyaclarını təchiz edə bilərlər, [həmin yolu] açırlar və gediş-gəlişə başlayırlar, Teymur üçün o qaladan ümidsizlik nişanı zahir olan kimi və onun (qalanın) fəthini özü üçün xam arzu hesab edən kimi (o,) köç göstərişi verdirdi; amma bu rüsvayçılıqdan qorxuya düşdü və bu geri çəkilməsi üçün bəhanə və (uydurma bir) "səbəb" axtarır.(..) Teymurun ləşgəri içində boyları bir və qolları iki şir qüvvəsində iki cavan var idi ki xasiyyət və görkəm və qorxmazlıq və mərdanəlikdə biri o birindən o qədər də fərqlənmirdi, mübarizə meydanında biri digərinə müvafiq irəli çıxır, tərəzinin iki gözü kimi bərabər olurdular, təsadüf düşdü ki, o ikisindən biri Gürcüstan adamlarından bir kafir ki, şücaətdə şir kimi və boy-buxunda dağ kimi idi, (onunla) qabaq-qabağa çıxdı və Bu onu yerə yıxıb başını kəsib götürdü və Teymurun dərgahına apardı və bu işdən yüksək bir rütbə qazandı; bu "özünü göstərmə" bunun bərabərinin ürəyinə təsir etdi və onu bərk şəkkə gətirib məcbur etdi ki bir çarə fikirləşə ki, bəlkə özünün tayı yanında daha yaxşı bir (iş görüb ad-san) qazansın?; onun adı Pirməhəmməd və ləqəbi Qənbər idi və körpü işində heç kəs ondan çox tanışlıq və səriştəyə malik deyildi.
Gəl-i Espid (Sərdəşt)
Gəl-i Espid (fars. گلاسپيد‎‎) - İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 49 nəfər yaşayır (7 ailə).
Sen-Jan-syur-Vel
Sen-Jyust (fr. Chavornay) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01097. Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 70 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. 2010-ci ildə əhalinin sayı 199 nəfər təşkil edirdi. 2010-cu ildə əmək qabiliyyətli 131 nəfər (15-64 yaş arasında) 93 nəfər iqtisadi cəhətdən, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71.0%, 1999-cu ildə 68.8%). Fəaliyyət göstərən 93 sakindən 90 nəfəri (40 kişi və 50 qadın), 3 nəfər işsiz (3 kişi və 0 qadın) idi.
Sen-Jyulyen-syur-Vel
Sen-Jyulyen-syur-Vel (fr. Saint-Julien-sur-Veyle) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şatiyon-syur-Şalaron kantonuna daxildir. Kommunanın dairəsi — Burk-an-Bres. INSEE kodu — 01368. Kommuna Paris şəhərinin 360 km cənub-şərqində, Lion şəhərindən 50 km şimalda yerləşir və Burk-an-Bres şəhərindən 22 km qərbdə yerləşir. 2010-ci ildə əhalinin sayı 715 nəfər təşkil edirdi. 2010-cu ildə (15-64 yaş) əmək qabiliyyətli 444 nəfər arasında 356 nəfər iqtisadi cəhətdən, 88 nəfər fəaliyyətsiz (fəaliyyət göstəricisi% 80,2, 1999-cu ildə 76,5%). 356 aktiv sakindən 330 nəfər işləyirdi (176 kişi və 154 qadın), 26 işsiz var (11 kişi və 15 qadın).
Zulcəlal-i vəl-İkram
Zulcəlal-i vəl-İkram (ər. ذو الجلال والإكرام) — Allahın adlarından biri.
Ceyş əl-Mühacirin vəl-Ənsar
Ceyş əl-Mühacirin vəl-Ənsar (ərəb. جيش المهاجرين والأنصار‎ Mühacirlər və Dəstəkçilər Ordusu) — Suriya vətəndaş müharibəsinin iştirakçısı olan silahlı birləşmə. Keçmiş adı olan «Mühacirlər Briqadası» («Kətibət əl-Mühacirin») adıyla da tanınır. Silahlı qruplaşma etnik çeçen Əbu Ömər əl-Şişaninin başçılığı ilə «Mühacirlər Briqadası» («Kətibət əl-Mühacirin») adı altında 2012-ci ilin yayında yaradılıb. 2013-cü ilin mart ayında isə suriyalı islamçı Kətibət Xəttab və Ceyş Muhəmməd qruplaşmaları ilə birləşən «Mühacirlər Briqadası» («Kətibət əl-Mühacirin») «Ceyş əl-Mühacirin vəl-Ənsar» («Mühacirlər və Dəstəkçilər Ordusu») adını alıb. Əsasən çeçen, azərbaycanlı, dağıstanlı və digər Qafqazlı döyüşçülərdən təşkil olunan qruplaşmada digər MDB ölkələrindən olan döyüşçülərə də rast gəlinir. 2013-cü ilin sentyabr ayında Rusiya Federal Təhlükəsizlik Xidməti rəsmisinin bildirdiyinə görə Suriya vətəndaş müharibəsində döyüşmək üçün 300-400 Rusiya vətəndaşı ölkəni tərk edib.
Gəl bir olaq (film, 2000)
"Gəl bir olaq" filmi — Udayaşankarın ssenaristi və rejissoru olduğu 2000-ci il Hindistan (teluqu) dram və sevgi filmidir. Bax: Romeo və Cülyetta Raqaviya və Ram Mohan Rao dostdurlar. Lakin, kiçik bir səbəb üzündən Raqaviya ilə Ram Mohan Rao dalaşırlar. İllər ötür. Raqaviyanın 60 yaşı var və 60 yaşı üçün də Bombeydə olan gəlini və nəvələrini çağırmaq qərarına gəlir. Raqhu Raqaviyanın istəkli nəvəsidir. Bombeydən Ramapurama gəldikdən sonra Raqaviya ailəsinin üzvlərindən xəcalət çəkir. Raqhu burada dostdan düşmənə çevrilmiş ailənin üzvü Manqanı görür və ona aşiq olur. Tezliklə, Manqa da Raqhuya aşiq olur. Ancaq heç vaxt bir-birlərinə sevgilərini etiraf etmirlər.
Gəl qohum olaq (film, 2001)
Qarakişi (Rafael İsgəndərov) ilə Minayə (İlahə Səfərova) bir-birini sevirlər. Lakin Minayənin bacısı əri Ədalət (Valeh Kərimov) onların evlənmələrinə qarşıdır. Bundan çıxış yolu tapmaq üçün və Ədaləti razı salmaq üçün Qarakişi bir kələk işlədir və bu minvalla arzusuna çatır.
ATEL
Azərbaycan toponimlərinin ensiklopedik lüğəti — İkicildlik Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. Lüğətdə 12 minə yaxın coğrafi adın izahı verilmişdir. Lüğətin tərtibində Azərbaycanın görkəmli dilçi, tarixçi və toponimist alimlərinin tədqiqatları nəzərə alınmışdır.
Adel
Adel (ing. Adele), Adel Lori Blue Edkins (ing. Adele Laurie Blue Adkins) — Britaniya müğənni və söz yazarı. 2006-cı ildə bir tanışının Adeleyə aid parçanı Myspace`ə göndərməsindən sonra XL Recordings ona səs yazma müqaviləsi təklif edir. 2008-də BBC-nin "2008-in səsi" yarışmasının qalibi olur. Daha sonrakı il BBC-nin "2008-ci ilin səsi" mükafatını qazanır. İlk albomu sayılan 19 ilə o, bir çox tənqidçilərin təqdirini qazanmışdır. Birləşmiş Krallıqda 4 dəfə platin mükafatı almışdır. Bundan başqa 2009-cu ildə Gremmi mükafatına layiq görülüb və "İlin ən yaxşı qadın pop vokalçısı" adını qazanmışdır. "21" adlı albomu ilə Ginnesin Rekordlar Kitabına daxil olmuşdur.
Adəl
Adel (ing. Adele), Adel Lori Blue Edkins (ing. Adele Laurie Blue Adkins) — Britaniya müğənni və söz yazarı. 2006-cı ildə bir tanışının Adeleyə aid parçanı Myspace`ə göndərməsindən sonra XL Recordings ona səs yazma müqaviləsi təklif edir. 2008-də BBC-nin "2008-in səsi" yarışmasının qalibi olur. Daha sonrakı il BBC-nin "2008-ci ilin səsi" mükafatını qazanır. İlk albomu sayılan 19 ilə o, bir çox tənqidçilərin təqdirini qazanmışdır. Birləşmiş Krallıqda 4 dəfə platin mükafatı almışdır. Bundan başqa 2009-cu ildə Gremmi mükafatına layiq görülüb və "İlin ən yaxşı qadın pop vokalçısı" adını qazanmışdır. "21" adlı albomu ilə Ginnesin Rekordlar Kitabına daxil olmuşdur.
Aval
Aval (fr. aval, ehtimala görə ərəb. حوالة‎) — vekseli imzalamış şəxsin və ya veksel üzrə öhdəlik daşıyan digər şəxslərin öhdəliklərini yerinə yetirməsinə görə məsuliyyəti öz üzərinə götürən şəxsin veksel zəmanəti. Avalist vərəqçi ilə bərabər məsuliyyət daşıyır və onun öhdəliyi, hətta onun zəmanət verdiyi öhdəlik forma qüsurundan başqa hər hansı səbəbdən etibarsız olduğu halda da etibarlıdır. Bu baxımdan aval əsas öhdəliyə münasibətdə əlavə (aksesuar) olan təminata deyil, bank təminatına tam bərabərdir. Avalistin məsuliyyəti onun zəmanət verdiyi şəxslə birgə və bir sıra məsuliyyət daşıyır. Aval vekselə və ya çekə yazmaqla həyata keçirilir; o, öz adını ödəyicinin adına aid edir, bunun üzərinə “aval başına” (yaxud “aval üçün hesab” və ya hər hansı ekvivalent düstur) sözlərini əlavə edir və aval verənlərə imza qoyur. Lakin avalın etibarlılığı üçün vekselin və ya çekin üz tərəfində yalnız avalistin imzası kifayətdir, əgər bu imza ödəyici və ya veksel sahibi tərəfindən qoyulmursa. Aval kimin üçün verildiyini göstərməlidir. Belə bir əlamət olmadıqda çekin siyirtməsi və ya çekmecesi üçün verilmiş sayılır.
Aves
Quşlar (lat. Aves) — istiqanlı xordalılar qrupunun Aves sinfinə aid heyvanlar olub, lələk, dişsiz çənə, sərt qabıqlı yumurta qoymaq, yüksək metabolizm sürəti, dörd-kameralı ürək və ağır olmayan, dayanıqlı skelet kimi özünəməxsus xassələrə malikdir. Quşlar onurğalıların ön ətrafları qanad şəklində olan lələkli, yumurtlayan, istiqanlı nümayəndələridir. Yer kürəsində 9600-dən artıq növü yaşayır.[mənbə göstərin] Adətən quşlar uçmaq qabiliyyətləri ilə xarakterizə olunsa da, pinqvin, dəvəquşu və s. kimi uça bilməyən quşlar da mövcuddur. Quşların sağ yumurtası reduksiyaya uğramışdır. Onlar yumurtalarını quraqlıq ərazilərə qoyurlar. Və bədənlərinin tempraturları da, yüksək olur 41–42 dərəcə. Quşlar bir sıra xüsusiyyətlərinə görə digər onurğalılardan fərqlənir. Onlarda dəri quru olub, üzəri lələklərdə örtülmüşdür, vəzilərdən məhrumdurlar.
Avey
Avey kilsəsi — Qazax rayonu ərazisində Aveydağ silsiləsinin ən yüksək zirvəsində yerləşən abidə. Avey Ağstafa FK — 1990-cı ildə Ağstafada yaranmış futbol klubu. Avey (dağ) — Gürcüstan ilə Qazax rayonu arasında yerləşən Kiçik Qafkaz dağlarındakı zirvələrdən biri, ağ bozumtul dağ silsiləsidir.
Avəc
Avəc — İranın Qəzvin ostanında şəhər, Avəc şəhristanının inzibati mərkəzi. 2002-ci ildə baş verən zəlzələ nəticəsində təxminən Avəcin yarısı yıxılsada, sonradan geniş-miqyaslı yenidən qurma işləri burada aparılmışdır. Avəc Qəzvindən 117 km, Tehrandan isə 273 km uzaqda yerləşir. Ərazisi dağlıq və otluqdur. Avəcə ən yaxın dağ 2.560 metr yüksəkliyi olan Gavurqala dağıdır. Bölgədə Aralıq dənizi iqlimi üstünlük təşkil edir. Orta illik yağıntı miqdarı 316 millimetrdir. Ən sulu ay Noyabr, ortalama 51 mm yağıntı , ən quru ay isə sentyabr, 2 mm yağıntı ilə. 2016-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5,142 nəfər və 1,621 ailədən ibarət idi. Əhalisinin hamısı Azərbaycan türklərindən ibarətdir və Azərbaycan türkcəsində danışırlar.
BEEL
Brokhauz və Efronun ensiklopedik lüğəti (rus. Энциклопедический словарь Брокгауза и Ефрона, ЭСБЕ) – Fridrix Brokhauz və İlya Efron aksioner nəşr cəmiyyəti tərəfindən buraxılmışdır. (Peterburq, 1890-1907). Nəşr iki variantda buraxıldı – 41 əsas və 2 əlavə cild; 82 əsas və 4 əlavə cild. Hal-hazırda Brokhauz və Efronun ensiklopedik lüğəti 86 cilddən ibarətdir. Brokhauz və Efronun ensiklopedik lüğətində 121240 məqalə, 7800 şəkil, 235 xəritə vardır. Ensiklopediyanın ilk variantı "Conversations-Lexicon" ensiklopediyasının alman dilindən rus dilinə tərcüməsi təşkil edirdi və oxucuların bir çoxunun tərcümənin keyfiyyətində narazılığına səbəb oldu. Baxmayaraq ki, tərcümədə iştirak etmək üçün nəşriyyata o dövrün ən tanınmış alim və filosofları dəvət edilmişdilər: D.İ. Mendeleyev, V.S. Solovyov, S. A. Venqerova, A. N. Beketova, A. İ. Voeykova və s. Sonralar "Conversations-Lexicon" ensiklopediyasına orijinal rus məqalələri daxil edilir ki, burada da əsas diqqət Rusiyaya, onun tarixinə, mədəniyyətinə və tarixinə aid mövzulara yönəldilmışdir. Tərcümə olunmuş məqalələrin orijinal məqalələrlə əvəz edilməsi, ensiklopediyanın bayağı lüğətdən elm və texnika sahəsində ən son kəşflər və yeniliklər haqqında məqalələr toplusuna çevrilir.
Duel
Duel — iki şəxs arasında olan mübahisənin silahla həll edilməsi. Duel əsasən şərəf, namus və ya millət kimi anlayışlara qarşı açıq və ya dolayı təhqir edildiyi zaman XIX əsr kübar mühitində geniş istifadə edilmişdir. Məşhur insanlarda duel döyüşlərində iştirak etmişlər. Dahi rus şair Aleksandr Puşkin dueldə öldürülmüşdür. Amerika Birləşmiş Ştatlarının 3-cü vitse-prezidenti Aaron Burr isə duel nəticəsində ağır yaralanmışdır. Qədim dövrlərdə qəbilələr arasında olan mübahisələrin həll edilməsində dueldən çox istifadə edilirdi. Həmin duel döyüşləri müasir döyüşlərdən xeyli fərqlənirdi. Əsas fərq ilk duel döyüşləri zamanı odlu silahdan istifadə edilmirdi. Hər iki qəbiləninin rəisi və ya fiziki baxımdan ən sağlam olan şəxsin iştirakı ilə keçirilən döyüşlərdə soyuq silahdan istifadə edilib, edilməməsi əvvəlcədən müəyyənləşirdi. Tərəflər arasında mübarizə bir tərəfin digərini tam məğlub edib, sonda ölürməsinə qədər davam edirdi.
Ezel
Ezel — 2009-cu ildən 2011-ci ilədək yayımlanan Türk istehsalı serial. Ssenarist Kərəm Dərənin 11 martda beyninə qan sızdığına görə teleserial 2 həftə yayımlanmamış, 12 apreldən etibarən yayımını davam etdirmişdir. Ezel teleserialı 2010-cu ildə ilk dəfə təqdim olunan İsmayıl Cem Televiziya Mükafatları müsabiqəsində 14 nominasiyadan 9-da mükafat qazanaraq böyük uğura imza atmışdır.
Qaval
Qaval — Azərbaycanın ən qədim milli zərb alətidir. Birüzlü zərb alətləri qrupuna aiddir. Qaval membranlı zərb alətidir. Sağanağından metal halqalar asılır. Bu halqalar xüsusi səs effekti yaratmaq üçün lazım olur. Qaval ilkin formasını dövrümüzə qədər saxlayan yeganə musiqi alətidir. Birüzlü zərb alətləri qrupuna aiddir. Azərbaycan ərazisində çox geniş yayılmış bu alət barədə klassiklərin əsərlərində, miniatürlərdə kifayət qədər məlumat verilmişdir. Qaval, bəlkə də, yeganə alətdir ki, ilkin formasını dövrümüzə qədər saxlaya bilmişdir. Orta əsrlərdə, əsasən, saray musiqi məclislərində istifadə edilmişdir.
Əhel
Əhel-İranın Fars ostanının Lamerd şəhristanının İşkənan bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,797 nəfər və 606 ailədən ibarət idi.
Byel
Əvəz
Əvəz — kişi adı. Əvəz Şükürov — Kəlbəcər rayonu İcra hakimiyyətinin başçısı (1994–1995). Əvəz Qurbanlı — şair, yazıçı və jurnalist Əvəz Verdiyev — Sovet İttifaqı Qəhrəmanı.