Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qara-qala
Qaraqala — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Məmmədrza Dizə kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 30 sentyabr 2003-cü il tarixli, 500-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Qaraqala kəndi Məzrə kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Məmmədrza Dizə kəndi mərkəz olmaqla, Məmmədrza Dizə kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Toponimikası == == Tarixi == === Tarixi abidələri === Qaraqala kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır: == Coğrafiyası və iqlimi == Kənd rayon mərkəzindən 15 kilometr şimalda, düzənlikdə yerləşir. == Əhalisi == == İqtisadiyyatı == Əhalisi taxılçılıq, heyvandarlıq, meyvəçilik və quşçuluqla məşğuldur. == Mədəniyyəti == Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. == Təhsil == Kənddə Qaraqala kənd tam orta məktəbi fəaliyyət göstərir. == Din == Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. == Səhiyyə == Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
Qara Davud Paşa
Qara Davud Paşa (ö. 5 fevral 1623) — Gənc Osmanın qətl olunub, I Mustafanın üsyançılar tərəfindən yenidən taxta çıxarıldığı qarışıq dövrdə ümumilikdə 23 gün sədrəzəm olmuş Osmanlı dövlət adamıdır. == Həyatı == Əslən bosniyalı olan Davud Paşa Əndərun təhsili aldıqdan sonra sırayla çuxadar, qapıçılar kəndxudası və qapıçıbaşılığa qədər yüksəldi (1600). 1604-cü ilin sentyabrında vəzirliklə yanaşı, Rumeli bəylərbəyliyinə gətirilən Davud Paşa növbəti il Kastamonuya, ardından Anadoludakı Cəlali üsyançılarının üzərinə göndərildi. Ancaq məğlub olaraq geri çəkilən Nasuh Paşanın paytaxta gələrək padşahı səfərə təhrik etməsi nəticəsində Davud Paşa sərdarlıqdan alındı və I Əhməd səfərə özü rəhbərlik etməyi qərarlaşdırdı. Padşahın Bursaya gəldiyini öyrənən bəzi üsyançı sipahilərin sədarət naibi Sofu Sinan Paşa vasitəsilə günahları bağışlandı və Davud Paşanın rəhbərliyi ilə Bursa və Bolu qalalarının qorunması ilə vəzifələndirildi. Bu əsnada III Mehmedin qızı Dilrüba Sultanla evlənən Davud Paşa 1606-cı ilin avqustunda yenidən vəzirliyə gətirildi və Rumeli bəylərbəyi seçildi. Həmin il İzmit qalasının mühafizəsi ilə vəzifələndirilən Davud Paşa ikinci vəzirliyədək yüksəldi. 1616-cı ilin əvvəllərində yenidən Rumeli bəylərbəyliyinə gətirilən Davud Paşa bu vəzifədə ikən Sədrəzəm Öküz Mehmed Paşanın İrəvan səfərinə qatıldı. I Mustafanın ilk səltənətində xanımının da istəyilə, 1617-ci ilin noyabrında kaptan-ı dərya oldu.
Qara Musa Paşa
Qara Musa Paşa (Yunanıstan – 1649, Konstantinopol) — I İbrahim dönəmində 5 günlük Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamıdır. == Həyatı == Əslən yunan olub, dəvşirilərək Əndəruna gətirilmişdir. IV Muradın müsahibi və silahdarı olmuşdur. Sultan İbrahim dönəmində müsahibə Şəkərparə Xatunla evləndirilmiş, daha sonra qapıçıbaşı vəzifəsinə gətirilmişdir. 1640-cı ildə liman emini, daha sonra ard-arda sipahi ağası, şəhər emini, qapıçıbaşı, bölük ağası, 1645-ci ildə isə yeniçəri ağası oldu. 1645-ci ilin dekabr ayında vəzir rütbəsilə başdəftərdar olaraq divana daxil oldu.Kaptan-ı dərya Qoca Musa Paşanın Venesiya ilə apardığı döyüşdə məğlub olaraq şəhid düşməsinin ardından 1647-ci ilin yanvar ayında kaptan-ı dərya olaraq təyin edildi. Ancaq Aralıq dənizindəki yürüşlərinin uğursuzluğu və İraklion qalasının uğursuz mühasirəsindən sonra bu vəzifəsindən azad edildi. Həyat yoldaşı Şəkərparə Xatunun Sultan İbrahimin üzərindəki nüfuzu ilə canını güclə qurtaran Qara Musa Paşa 16 sentyabr 1647 tarixində vəfat edən sədrəzəm Bosniyalı Saleh Paşanın yerinə sədarətə gətirildi. Bu xəbər paytaxta gələn donanmaya dərhal bildirildi. Sədarət möhrü isə qapıçı kəndxudası tərəfindən donanmaya dənizyolu ilə çatdırıldı.
Qara Mustafa Paşa
Qara Mustafa Paşa (ö. 1626) — I Mustafa və IV Murad səltənətlərində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi. == Həyatı == Doğum tarixi və əsli haqqında məlumat yoxdur. Əndərunda yetişdikdən sonra sarayda bərbər olaraq çalışmışdır. Ardından Sultan Mustafa səltənətində baş miraxur, 1623-cü ildə isə yeniçəri ağası təyin edildi.1623-cü ildə qısa müddətliyinə Misir bəylərbəyi oldu. Ardından 1624-cü ildə vəzir rütbəsi alaraq yenidən Misir bəylərbəyliyinə yüksəldi. 1625-ci ildə İstanbula gəldi və Sultan Əhmədin qızı Fatma Sultanla nigahlandı. Ancaq Misir əhalisindən gələn şikayətlərin ardından 1626-cı ildə Sultan Murad tərəfindən edam edildi. == Mənbə == Peirce , Leslie P. (1993) Imperial Harem : Women and Sovereignty in the Ottoman Empire 1993, Oxford University Press, ISBN 0-19-508677-5.
Qara İbrahim Paşa
Qara İbrahim Paşa (ö. iyul 1676) — IV Mehmed səltənətində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, Misir bəylərbəyi. == Həyatı == Doğum tarixi haqqında məlumat yoxdur. Əslən boşnak olub, Əndərunda təlim-tərbiyə edildikdən sonra saray katibi olaraq xidmət etməyə başladı. Ardından tərsanə əmini oldu. Bu vəzifədə ikən 60 gəminin qısa zamanda hazırlanması ilə sədrəzəm Körpülü Mehmed Paşanın diqqətini cəlb etdi. Belə ki, paşanın vəfatından sonra 1661-ci ildə sədarətə gətirilən oğlu Fazil Əhməd Paşaya kəndxuda olaraq xidmətə başladı. Ardından 1668-ci ilin sentyabrında vəzir rütbəsiylə Hələb, 1670-ci ilin yanvarında Misir, 1673-cü ilin iyununda Şam, 1674-cü ildə yenidən Hələb bəylərbəyi olub, Babadağı mühafizəsi ilə vəzifələndirildi. Bu vəzifədə ikən 1676-cı ilin iyulunda Dunay çayı sahilində vəfat etdi. Herseq sancağında öz adına məscid, mədrəsə və çeşmələr, Çorlu və Gəbzədə bir çox yerdə çeşmələr inşa etdirmişdir.
Qara Əhməd Paşa
Qara Əhməd Paşa (ö. 29 sentyabr 1555, İstanbul) — I Süleyman dönəmində 5 oktyabr 1553 - 29 sentyabr 1555 tarixlərində ümumilikdə 1 il 11 ay Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamıdır. == Həyatı == Həyatının ilk illəri haqqında məlumat yoxdur. Alban əsilli olmuş, Əndəruna alınaraq hərəmxanada tərbiyə edilmişdir. Ardından qapıçıbaşı və miraləmliyə gətirilmiş, 1534-cü ilin noyabrında yeniçəri ağalığına yüksəlmişdir. Bu vəzifədə ikən Korfu və Boğdan səfərlərinə qatılmış, 1541-ci ildə Rumeli bəylərbəyiliyinə gətirilmişdir. Esterqon və Şərqi Belqrad torpaqlarının ələ keçirilməsində önəmli rol oynamış, bu səbəbdən 1544-cü ildə üçüncü vəzirliyə gətirilmişdir. 1548-ci ildə İkinci İran səfərinə qatılan Əhməd Paşa yeniçəri və sipahilərlə Ərzincan qalasına daxil olmuş, ardından 25 avqust 1549 tarixində Ərzuruma gedərək buradan Gürcüstan üzərinə hücum etmişdir. Bir çox strateji qalanı ələ keçirən Əhməd Paşa 24 oktyabr 1549 tarixində padşahın qışladığı Diyarbəkirə gəldi.22 aprel 1552 tarixində ikinci vəzir olaraq Macarıstan sərdarı təyin olundu. Çox keçmədən 26 iyul tarixində Temeşvar qalasını, 4 sentyabr tarixində isə Solnok qalasını ələ keçirmişdir.
Qoşa qala qapıları
Qoşa qala qapıları və ya Şamaxı qapısı – Bakı qalasının şimal divarında yerləşən qapıdır. Şamaxıdan gələn qədim karvan yolu üzərində yerləşdiyinə görə Şamaxı qapısı adlandırılmışdır. Qoşa qala qapıları daxildən İçərişəhərin Böyük Qala və Kiçik Qala küçələrinin, xaricdən isə Əziz Əliyev və İstiqlaliyyət küçələrinin kəsişmə nöqtəsində yerləşir. Qoşa qala qapılarından biri XII əsrdə III Böyük Mənuçöhrün sifarişi ilə Bakı qalası inşa edilərkən, ikincisi isə XVII əsrdə — Şah I Abbasın hakimiyyəti dövründə Zülfüqar xanın sifarişi ilə inşa edilmişdir. 1796-cı ildə Bakı xanı Hüseynqulu xan şəhəri təslim edərək qalanın açarını Rusiya imperiyasına təhvil vermişdir. Şəhərin ruslar tərəfindən ələ keçirilməsindən sonra 1809-cu ildə Bakı qalasının planı tərtib edilmişdir. 1883-cü ildə qala divarlarının ikinci sırasının sökülməsi zamanı Zülfüqar qapısı Şamaxı qapısının yanına köçürülməsinə qərar alınmış və 1886-cı ildə köçürülmə tamamlanmışdır. Qoşa qala qapılarında üç dəfə təmir və bərpa işləri aparılmışdır. İlk təmir işi Rusiya imperiyası dövründə — 1864-cü ildə həyata keçirilmişdir. İkinci dəfə qala qapılarında möhkəmləndirmə və bərpa işləri Azərbaycan SSR dövründə — 1952–1957-ci illərdə həyata keçirilmişdir.
Bayburtlu Qara İbrahim Paşa
Bayburtlu Qara İbrahim Paşa (d. 1620/21 - ö. iyun 1687) — IV Mehmed dönəmində ümumilikdə 2 il Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamıdır. == Həyatı == Hicri təqvimin 1030-cu ilində (1620-1621) Bayburtda Qatırçı Əhməd adlı bir kəndlinin evində dünyaya gəlmişdir. Gənclik illərində üsyançı Abxaz Həsənin xidmətində olmuş, üsyan yatırıldıqdan sonra (1659) İrana qaçaraq bir müddət burada qalmışdır. Daha sonra geri dönərək Mustafa Paşanın himayəsinə girdi və burada çuxadar və kəndxuda oldu. Himayədarının ölümünün ardından bəzi dövlət adamlarının xidmətində oldu. Nəhayət, o illərdə sədarət kəndxudası olan Mərzifonlu Mustafa Paşanın xidmətinə girdi və onun Silistrə bəylərbəyliyi dövründə kəndxudası olaraq fəaliyyət göstərdi. Mərzifonlu Mustafa Paşa dövlət idarəsində gücləndikcə nüfuzunu artıran Qara İbrahim ağa fürsətdən istifadə edərək IV Mehmedlə də tanış oldu. Himayədarının sədarət naibi olması ilə, İbrahim ağa da sədarət kəndxudası seçildi və Qara kəndxuda ləqəbi aldı.
Kayserili Qara Əhməd Paşa
Kayserili Qara Əhməd Paşa (ö. 1635) — IV Murad səltənətində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, Misir bəylərbəyi. == Həyatı == Doğum tarixi haqqında məlumat yoxdur. Kayseridə dünyaya gəldi. Əndərunda təlim-tərbiyə edildikdən sonra yüksələrək 1630-cu ildə qapıçılar kəndxudası, 1632-ci ildə miraxur təyin edildi. 1633-cü ildə vəzir rütbəsiylə Misir bəylərbəyi oldu ancaq qəddarlığı səbəbilə 1635-ci ildə vəzifədən alınaraq edam edildi. == Mənbə == Sicill-i Osmani I, səh.
Kəmankeş Qara Mustafa Paşa
Kəmankeş Qara Mustafa Paşa (1592, Vlyora – 31 yanvar 1644, Konstantinopol) — IV Murad və I İbrahim dövrlərində ümumilikdə 5 il 1 ay 7 gün Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamıdır. == Həyatı == Vlyorada dünyaya gəlmiş, əslən albandır. Kiçik yaşlarında İstanbula gələrək yeniçəri ocağına daxil oldu və burada Qara Həsən ağanın yanında yetişdi. Ox atmaqdakı qabiliyyəti səbəbi ilə “Kəmankeş” ləqəbi ilə anılır. Qısa zamanda yeniçəri ağalığına yüksəldi. IV Muradın əmriylə yeniçərilər arasındakı üsyançıları aradan qaldırdı. Bu vəzifədə ikən qatıldığı İrəvan səfərindəki xidmətləri səbəbilə kaptan-ı dəryalığa gətirildi. 1637-ci ilin fevralında kaptan-ı dəryalığa əlavə olaraq sədarət naibi də seçildi. Bu vəzifədə ikən bir yandan dövlət gəlirlərini artırmaq üçün maliyyə planları hazırlamış, digər yandan isə donanma üçün yeni gəmilər inşa etdirmişdir. 1638-ci ilin yazında IV Muradla birlikdə Bağdad səfərinə qatıldı.
Kəmankeş Qara Əli Paşa
Kəmankeş Əli Paşa (ö. 3 aprel 1624) I. Mustafanın ikinci səltənətində və IV. Murad səltənətinin ilk dövrlərində 30 avqust 1623 – 3 aprel 1624 illərində 7 ay 4 gün sədrəzəmlik etmiş Osmanlı dövlət adamıdır. == Həyatı == Türk əsillidir. Təhsilini Əndərunda almışdır. Saraydan çıxdıqdan sonra vəzirlik rütbəsilə Bağdad Bəylərbəyliyinə təyin edildi. Bundan sonra Diyarbəkir hakimi və dördüncü vəzir olaraq divan heyətinə qatılmışdır. 1623 tarixində baş verən sipahi üsyanı və Sədrəzəm Mere Hüseyn Paşanın İstanbuldan qaçması ilə sədarətə gətirildi. Yeni sədrəzəm olaraq İstanbuldakı ayaqlanmaları yatırmaq üçün, ilk öncə dövlət işləri ilə maraqlanmayan I. Mustafanı devirməli idi. Bunun üçün divan vəzirləri və şeyxülislam Zəkəriyyazadə Yəhya Əfəndinin razılığını almışdır. Görülən hazırlıqlardan sonra 9 sentyabr 1623 tarixində I. Mustafa taxtdan endirildi.
Lələ Qara Mustafa Paşa
Lələ Qara Mustafa Paşa (d. 1500 — ö. 7 avqust 1580) — III Murad səltənətində 28 aprel 1580 – 7 avqust 1580 tarixlərində, ümumilikdə 3 ay 9 gün sədrəzəm olmuş Osmanlı dövlət adamıdır. İlk böyük hərbi uğurunu Kipr adasının fəthində göstərdiyi üçün "Kipr fatehi" olaraq tarixdə qeyd olunur. "Lələ" olaraq anılmasında əsas səbəb isə şahzadəlik dönəmində II Səlimə lələlik etməsi idi. Şahzadə Bəyazid və Şahzadə Səlim arasındakı mübarizəni qızışdırması və Şahzadə Bəyazidi edama aparan yolu hazırlaması səbəbilə "Qara" ləqəbi almışdır. == İlk illəri == Bosniya əsilli olub, Sokullu Mehmed Paşa ilə eyni kənddə dünyaya gəlmişdir. Böyük qardaşı Dəli Hüsrəv Paşanın dəstəyilə I Səlim dönəmində saraya girdi. Sultan bərbəri olaraq sarayda işlədi və I Süleymanın gözünə girdi. Daha sonra çeşnigar və mirahor vəzifələrinə gətirildi.
Mərzifonlu Qara Mustafa Paşa
Mərzifonlu Qara Mustafa Paşa (d. 1634 - ö. 25 dekabr 1683) — IV Mehmed dönəmində ümumilikdə 7 il Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamıdır. == Həyatı == 1634-cü ildə Mərzifonun Marınca kəndində dünyaya gəlmişdir. Atası Oruc bəy sipahi əsgəri idi. Atasının IV Muradın Bağdad səfərində şəhid düşməsi ilə 4 yaşında yetim qaldı və bundan sonra atasının dostu olan Amasiya sancaqbəyi Körpülü Mehmed Paşanın himayəsində onun övladlarıyla birlikdə böyüdü. Bu illər ərzində Körpülü Mehmed Paşanın qızı Saliha xanımla evlənən Mustafa Paşa qaynatasının sədarəti dövründə əvvəlcə silahdarlığa, ardından sədarət kəndxudalığına yüksəldi və bu vəzifədə ikən Ərdəl səfərinə qatıldı. Yanova qalasını fəthi xəbərini gətirdiyi üçün IV Mehmed tərəfindən ikinci miraxur təyin edildi (1 sentyabr 1658) və iki il sonra Silistrə bəylərbəyi olaraq saraydan ayrıldı. Bu vəzifədə ikən Ədirnədən paytaxta dönən Validə Turhan Sultanı müşayiət etdi. Ardından vəzirlik rütbəsi alaraq Diyarbəkir bəylərbəyi oldu.
Qara Div Murad Paşa
Qara Murad Paşa (d. 1596 - ö. Oktyabr 1655, İstanbul) — IV Mehmed dönəmində 2 dəfə - ümumilikdə 1 il 5 ay 24 gün müddətinə Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamıdır. == Həyatı == 1596-cı ildə dünyaya gəlmişdir. Əslən alban olub, atasının adı Mustafadır. I Əhmədin dövründə yeniçəri ocağına alınaraq tərbiyə edilmişdir. 1638-ci ildə IV Muradın Bağdad səfərinə qatıldı. Bağdadın fəthindən sonra bir müddət burada qaldı. 1645-ci ildə kəndxudalığa gətirilən Murad ağa, uzun müddətdir unudulmuş, bəzi adət-ənənələri yenidən canlandırdı. Bu vəzifədə ikən yeniçərilərlə birlikdə Kritə getdi və venesiyalılarla vuruşdu.
Qara Mehmed Paşa (1810)
Qara Mehmed Paşa (ö. 12 dekabr 1810) — Osmanlı sultanı II Mahmud dönəmində kaptan-ı dərya olan dövlət xadimi. Kaptan-ı dərya Kiçik Hüseyn Paşanın kəndxudası olub, 1810-cu ildə baş miraxur, 18 noyabr 1810-cu ildə kaptan-ı dərya təyin edildi. Ancaq təyinatının dördüncü günü ağır xəstəliyə tutuldu və 12 dekabr günü vəfat etdi. Cənazəsi Əyyubsultanda Kiçik Hüseyn Paşanın yanına dəfn edilmişdir. == Mənbə == Sicill-i Osmani IV cild, səh. 32.
Qara Mehmed Paşa (1828)
Qara Mehmed Paşa (ö. 1828) — Osmanlı sultanı II Mahmud dönəmində kaptan-ı dərya olan dövlət xadimi. Nüseyri əsilli olub, saraya alınmışdır. Yüksələrək baş qapıçı, topçubaşı və sipahilər ağası olaraq xidmət etdi. 1821-ci ilin iyununda vəzir rütbəsi aldı. 20 aprel 1822-ci ildə kaptan-ı dərya təyin edilsə də, həmin ilin 9 dekabrında vəzifədən alındı və Ankara valiliyinə göndərildi. Çox keçmədən 1823-cü ilin noyabrında vəzifədən alınaraq Limni adasına sürgün edildi. 1828-ci ildə orada vəfat etdi. Əyyubsultanda dəfn edilmişdir. Mahmud bəy adlı oğlunun olduğu bilinir.
Qara Mustafa Şahin Paşa
Qara Mustafa Şahin Paşa (ö. 1565) — Sultan Süleyman Qanuni səltənətində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, Misir bəylərbəyi. == Həyatı == Doğum tarixi və əsli haqqında məlumat yoxdur. Sultan Süleyman Qanuni dönəminin ilk illərində saraya alındığı məlumdur. Əndərunda təlim-tərbiyə aldıqdan sonra 1544-cü ildə Ərzurum, 1548-ci ildə Diyarbəkir bəylərbəyi oldu. Ardından Şahzadə Bəyazidin lələsi təyin edildi və onunla birlikdə təyin olunduğu Konya, Kütahya və Amasya sancaqbəyliklərinə yollandı. Ancaq şahzadənin üsyan edərək Səfəvilərə sığınmasının ardından (1559) o da cəzalandırıldı və Qəzzə sancaqbəyliyi ilə mərkəzdən uzaqlaşdırıldı. Ancaq çox keçmədən günahsız olduğu aşkar oldu və 1560-cı ildə vəfat edən Sofu Əli Paşanın yerinə Misir bəylərbəyliyinə gətirildi. Ancaq 1563-cü ildə vəzifədən alındı və çox keçmədən 1565-ci ildə vəfat etdi. Övladlarından Rizvan Paşa və Bəhram Paşa özü kimi müxtəlif əyalətlərdə fəaliyyət göstərmişdir.
Qara Əhməd Paşa külliyəsi
Qara Əhməd Paşa külliyəsi — İstanbulda XVI əsrə aid külliyə. Osmanlı sultanı I Süleymanın sədrəzəmlərindən Qara Əhməd Paşa tərəfindən inşası başladılan, ancaq paşanın edamından sonra sədarətə gələn Rüstəm Paşa tərəfindən tamamlanan külliyənın memarı Memar Sinandır. Külliyə məscid, mədrəsə, məktəb, çeşmə və türbədən ibarətdir. İnşaatı 21 iyul 1555 tarixində başlamış, ancaq çox keçmədən 29 sentyabrda Əhməd Paşa edam edilmişdir. Bu səbəbdən inşası bir müddət gecikmiş, ancaq 1558-ci ildə külliyənin inşası Rüstəm Paşanın sifarişi ilə davam etdirilmişdir. 25 mart 1565 tarixində külliyənin inşası tamamlanmışdır.
Merzifonlu Qara Mustafa Paşa Məscidi
Merzifonlu Qara Mustafa Paşa Məscidi və ya Paşa Məscidi, Merzifon mahal mərkəzində olan və 1666-cı ildə Osmanlı Sadrazamı Merzifonlu Qara Mustafa Paşa tərəfindən inşa edilən məscid, eyni zamanda nahiyənin ən böyük məscididir. == Tarix == Məscid 19. Osmanlı Sultanı IV. Mehmed dövründə tikilmişdir. == Memarlığı == Məscid düzbucaqlı formada olub, yonma daşdan tikilmişdir. İbadət bölməsi iki hissədən ibarətdir. Məscidin əsas ibadət bölməsi tək günbəzlidir. Sütunlar arası kəsiklərdən orta hissəsi iri yarımqübbəli taxçaya çevrilmişdir. Bölmələr kiçik günbəzlərlə örtülmüş və əsas ibadət yeri ilə birləşdirilmişdir. Orta hissədəki taxçanın hündürlüyü yanlardan hündür olduğundan məscidin daxili tərtibatı fərqli dizayna malikdir. Üç sıra pəncərələr məscidi işıqlandırır.
Çandarlı Qara Xəlil Xeyrəddin Paşa
Çandarlı Qara Xəlil Paşa (ö. 22 yanvar 1387) — Osmanlı sultanı Murad Hüdavəndigar dönəmində baş vəzir olmuş, qazı, qazəsgər, bəylərbəyi vəzifələrində xidmət etmiş dövlət xadimi. == Həyatı == Əsl adı Xəlil olub, gənclik illərində Qara və ya Qaraca ləqəbi, vəzirliyə yüksəldikdən sonra isə Xeyrəddin ünvanı ilə anılmışdır. Qaramanoğulları bəyliyinin Sivrihisar əyalətinə bağlı Çəndərə kəndində Əli ağanın oğlu olaraq dünyaya gəldi. İznik mədrəsəsi müdərrislərindən Tacəddin Kürdinin qızı ilə evləndikdən sonra Şeyx Ədəbaliylə bacanaq olmuş, beləcə Osman Qaziylə də qohum olmuşdur. Bu vasitəylə sürətlə yüksəlməyə başlamışdır. Qara Xəlil Əfəndinin üləma zümrəsindən gəldiyi bilinsə də, kimlərdən dərs aldığı və necə yetişdiyi mübahisəlidir. Ancaq onun Osman Qazinin son illərində, Orxan bəyin atasına vəkillik etdiyi dönəmdə Şeyx Ədəbalinin tövsiyəsiylə Biləcik qazısı olduğu dəqiqdir. Bu vəzifədə ikən gördüyü ən mühüm iş isə müntəzəm piyada birliklərini tənzimləməsi oldu. 1331-ci ildə İznik qalasının fəthindən sonra Orxan bəy tərəfindən şəhərin ilk qazısı olaraq təyin edildi.
Gaia
Gaia astrometriya üçün işləyib hazırlanan Avropa Kosmik Tədqiqatlar İdarəsinin (ESA) insansız kosmik rəsədxanasıdır. Gaia Süd yolu qalaktikası boyu ulduzların dəqiq üçölçülü xəritəsini yaradacaq. Gaia 19 dekabr 2013-cü ildə buraxılıb. O, beş il müddətində fəaliyyət göstərəcək.
Kasa
Kasa (bürc) — Göyün cənub yarımkürəsində bürc. Kasa (mətbəx) — Yemək yemək üçün istifadə olunan qab.
Masa
Masa və ya büro — məktəbdə, ofisdə, evdə və ya oxşar, oxu, yazma və ya kompüter kimi avadanlıqlardan istifadə etmək kimi akademik, peşə və ya məişət fəaliyyəti üçün istifadə olunan düz bir masa tərzi iş səthinə malik bir mebel parçasıdır. == Tarix == Masa üslubunda mebel klassik antik dövrdə və ya Yaxın Şərq və ya Uzaq Şərqdəki savadlı sivilizasiyanın digər qədim mərkəzlərində istifadə edilməmiş kimi görünür, lakin konkret bir dəlil yoxdur.
NASA
NASA (ing. National Aeronautics and Space Administration; "Milli Aeronavtika və Kosmos İdarəsi") — ABŞ-nin mülki kosmik proqramlarını həyata keçirmək üçün yaradılmış icraedici dövlət agentliyi. NASA 1958-ci ilin fevralında yaradılmış Aeronavtika üzrə Milli Məşvərət Komitəsinin (NACA) xələfidir. NASA-nın 2006-cı ilin fevral ayında qəbul edilmiş missiyası "Kosmik tədqiqadlarda və elmi kəşflərdə aparıcı rol oynamaq"dır. NASA-nın həyata keçirdiyi elmi tədqiqatlar əsasən Yer Müşahidə Sistemi vasitəsi ilə Yer planetini daha yaxşı tədqiq etmək, heliofizika və astrofizika elmlərini daha dərindən öyrənmək və avtomatlaşdırılmış sistemlər vasitəsilə Günəş sisteminə daxil olan fəza cisimlərini kəşf etmək işlərini əhatə edir. NASA-nın 18 min nəfər əməkdaşı vardır və agentlik əldə etdiyi məlumatları tez-tez başqa ölkədaxili və beynəlxalq təşkilatlarla paylaşır. == Tarixi == 1957-ci oktyabrın 4-də SSRİ-nin dünyada ilk süni peyki kosmosa buraxması ABŞ-ni özünün yenicə başlanmış kosmik proqramını sürətlədirməyə vadar etdi. ABŞ Konqresi SSRİ-nin bu addımını ölkənin milli təhlükəsizliyinə doğru yönəlmiş təhdid kimi dəyərləndirdi və təcili fəaliyyətə keçmək üçün xəbərdarlıq etdi. 7 ay davam edən müzakirələr nəticəsində yeni kosmik agentliyin yaradılması haqda razılığa gəlindi. Bu agentliyin yaradılması üçün xüsusi komissiya NASA yaradıldı.
Paşa
Paşa — Osmanlı Dövləti zamanında yüksək mülki məmurlara və polkovnikdən yüksək rütbədə olan əsgərlərə verilən ad. Bununla bərabər Osmanlı himayəsində Misir baş rəhbərlərinə də paşa titulu verilmişdir. == Sözün mənşəyi == Sözün qədim Türkcə kişi övladı mənasını verən beşə sözündən gəldiyi və ya baş ağa sözlərinin birləşməsindən yarandığı düşünülməkdədir. Bunun yanında baş ad gövdəsinə -A addan ad düzəldən quruluşum əlavə gətirilərək ən üstdə, başda olan mənasında uydurulan bir söz olduğu da düşünülür. İsgəndər Qəmə da sözün "beşə" sözündən gəldiyinə "Od" romanındakı bu sözlərlə işarə etmişdi: "Çələbi Faruk, Loğman Beş ilanın atası demək. Üç ildir ki, bunu heç bilməmişdim. Halbuki "Paşa" də anlamalıydım" Günümüzdə "Ləqəb və titulların aradan götürülməsi" haqqındakı qanun ilə qadağa olmasına baxmayaraq (26 noyabr 1934) bir çox sahədə general rütbəli zabitlər üçün geniş işlədilməkdədir. [1] Həmçinin paşa Türk mənşəli bir kəlmə olmasına baxmayaraq xarici söz birləşmələrinin tərkibində istifadə edilmişdir.
Ağca Qala (Urmiya)
Ağca Qala (fars. اغچه قلعه‎) - İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 903 nəfər. yaşayır (224 ailə).