Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Doboy
Doboy (bosn. Doboj, serb. Добој / Doboj, xorv. Doboj) — Serb Respublikasında, Bosniya və Herseqovinanın şimalında yerləşən şəhər. Bosna çayının sahilində yerləşir. Böyük dəmiryol qovşağı hesab olunur. == Tarixi == Doboy haqqında ilk məlumat 1415-ci ilə aid olub, Dubrovnisa respublikasının sənədlərində qeydə alınmış. Ancaq ərazidə aşkar edilən arxeoloji qazıntılara əsasən ilkin daş dövründə belə bu ərazi yaşayış məskəni olmuşdur. Bizim eranın I ci yüzilliyində müasir Doboy ərazisində roma hərbi düşərgəsi (kastrum) mövcud olmuş. Yaxınlıqda isə Canabea yaşayış məntəqəsi aşkarlanmış.
Koci
Koci — ad. Koci Funamoto — keçmiş Yaponiya futbolçusu. Koci Kondo — keçmiş Yaponiya futbolçusu. Koci Miyata — keçmiş Yaponiya futbolçusu. Koci Nakata — keçmiş Yaponiya futbolçusu.
Nori
Nori, (yap. 海苔) – Uzaq Şərqdə yayılmış yosun növü. Yaponiya, Koreya və Çin norinin əsas istehsalçılarıdır. == Xüsusiyyətləri == Omeqa-3 yağ turşusuna, EPK-ya və provitamin A-ya malikdir. Bu yosun asan hazırlanır, mətbəxdə universaldır. Nori dəyişməz olaraq ənənəvi şərq yeməklərində olur. O, balıq və molyusk iyi verir. Tünd rəngli nazik lövhələr şəklində satılır == İstifadəsi == Nori adətən suşi və oniqirini bükmək üçün istifadə olunur. Nori parlaq iyə və incə xoş dada malikdir. Əriştələrdə və şorbalarda bir qarnir və ya dadvericidir.
Soçi
Soçi — Rusiya Federasiyasının Krasnodar diyarında şəhər. == Tarixi == Soçi — Rusiya Federasiyasının Krasnodar diyarının şəhəri. Müasir Soçi Krasnodar ölkəsində, Qara dəniz sahillərində kurort şəhəridir. Bu qədim Abaza şəhəri gözəlliyi ilə məşhur olan səfalı Üç Dərə yaylağında yerləşir. 1829-cu ildə Ədirnə sülhü ilə Rusiyaya keçən bu torpaqlar faktiki olaraq 1838-ci ildə Rus dövlətinə daxil olmuş, həmin ildəcə qəsəbəyə Aleksandriysk (rus taxt-tacının vəliəhdi şahzadə Aleksandrın şərəfinə; həmin il onun həddi buluğa- dolması bayram edilirdi) adı verilərək burada rus istehkam-qalası tikilir. O sonra Navaginski keşikçi postu adlanır. Burada kazak hərbi qarovul məntəqəsi yerləşirdi. Kırım müharibəsində Abaza Rusiyanın əlindən çıxsa da, 1864-cü ildə yenidən ələ keçir və Daxovski kazak postu adlanır. Bu şəhər tarixi Abaza torpağında yerləşir və adı yerli xalq olan abazalarla əlaqədardır. Abas~abaz xəzərlərdə və peçeneqlərdə nəsil adı olaraq göstərilir.
Aşe (Soçi)
Aşe — Krasnodar diyarının Soçi rayonunda yerləşən mikrorayon. Kurort rayonu olan Aşe Lazarevski rayonuna daxildir. Lazarevski isə Soçi kurort-şəhəri ərazisində olan 4 rayondan birirdir. == Coğrafiyası == Mikrorayon Qara dəniz sahilində, eyniadlı Aşe çayının mənsəbində yerləşir. Lazarevski regional mərkəzdən 2 km şimal-qərbdə, Mərkəzi Soçidən 57 km və Krasnodar şəhərindən 133 km cənubda (düz xəttdə) yerləşir. Rayon ərazisindən A-147 "Cubqa-Adler" federal avtomobil yolu və Şimali Qafqaz dəmir yolunun qolu keçir. Şimal-qərbdən Sovet-Kvaje, şimal-şərqdən Şxafit və Tixonovka, şərqdə Mamedov Şel və cənub-şərqdə Lazarevskoye yaşayış məntəqələrinin ərazilər ilə həmsərhəddir. Aşe Qara dəniz sahilinin dağətəyi zonasında dar alçaq bir vadidə yerləşir. Kəndin orta hündürlüyü dəniz səviyyəsindən 38 metr yüksəklikdədir. Yaxınlıqdakı dağlıq ərazidə dəniz səviyyəsindən 300 metrlik zirvə var.
Blinovo (Soçi)
Blinovo — Krasnodar diyarının Soçi şəhərində mikrorayon. Blinovo mikroroyonu Adler rayonunun ərazisində yerləşir. İmeretin düzənliyinin şimal-qərbində yerləşir. Qara dəniz sahillərindən 3,5 km aralıdadır. == Coğrafiyası == Üç tərəfdən meşə zolağı ilə əhatə olunmuşdur. Meşə zolağı dənizkənarı zonadan federal avtomobil yolu ilə ayrılır. Bu ərazi Kaspiyskaya küçəsi adlanır. Blinovoda iki uşaq bağçası, bir məktəb, sənaye malları və ərzaq mağazaları var. Adler və Soçinin mərkəzinə ictimai nəqliyyatla çatmaq olar. Ərazinin iqlimi əsasən subtropikdir.
Cuniçi Koçi
Cuniçi Koçi (yap. 幸内純) — yaponiyalı animator. Animenin "ata"larından biri hesab olunur.
Françesko Moçi
Françesko Moçi (29 iyul 1580 – 6 fevral 1654) əsasən Roma və Orvietoda fəaliyyət göstərmiş erkən Barokko dövrü İtaliya heykəltəraşıdır. == Həyatı == O, Montevarkidə doğulmuş və Romada vəfat etmişdir. Onun erkən sənət müəllimi anti-manyerist Florensiya rəssamı Santi di Tito olmuş, Titonun emalatxanasında Moçi xəttin aydınlıq və ilkliyini öyrənmişdir. 1599-cu ildə Romaya köçən Moçi Venesiya heykəltəraşı Kamillo Marianinin emalatxanasında öyrənməyə davam etmişdir. Moçi Covanni Lorenso Bernini və onun atası Pyetro ilə eyni dövrdə fəaliyyət göstərmişdir. == Fəaliyyəti == Moçi, Stefano Maderno ilə birlikdə mühüm Papa sifarişinin yerinə yetirərək Santa-Mariya-Maccore kilsəsindəki Paolina kapellasında çalışmış, burada “Müqəddəs Matfey və Mələk” əsərini yaratmışdır. Onun ilk böyük əsəri olan “Müjdə” (“Mələk” 1605-ci ildə, “Bakirə” isə 1608-ci ildə tamamlanmışdır, hər iki heykəl Orvieto kafedralında saxlanılır) iki heykəldən ibarətdir. Sənət tarixçisi Rudolf Uittkoverin “heykəltəraşlığı yuxudan oyandıran fanfar” adlandırdığı əsər ölçülü emosionallığı ilə barokko heykəltəraşlığını geridə qoyur. Moçi həm də bürünc və çuqunla işləməyi bacaran azsaylı XVII əsr heykəltəraşlarından biri olmuşdur. O, Pyaçentsadakı Pyaçça Kavallidə ucaldılmış I Ranuçço Farneze və Parma hersoqu Alessandro Farnezenin atlı bürünc heykəllərinin müəllifidir.
Herseq Novi
Herseq Novi (mont. Херцег Нови, Herceg Novi) - Monteneqroda şəhər. Eyniadlı bələdiyyənin mərkəzidir. Əhalisi 12.739 nəfərdir. Adriatik dənizinin sahilində yerləşir.
Kalinovka (Soçi)
Kalinovka — Krasnodar diyarının Soçi şəhərində yerləşən mikrorayon. Kalinovka mikrorayonu Lazarevski rayonuna aiddir. == Coğrafiyası == Lazarevski rayonunun şimal hissəsində, Vodopadnaya və Makopsinka çaylarının qovşağında yerləşir. Lazarevskoye regional mərkəzdən 10 km şimal-qərbdə , Mərkəzi Soçidən 65 km və Krasnodar şəhərindən 133 km cənubda (düz xəttdə) yerləşir. A-147 "Cubga-Adler" federal magistral yolu Kalinovkadan keçir. Şimali Qafqaz dəmiryolunun Krasnodar qolunun ən yaxın stansiyası Sputnikdir. Şimal-qərbdən Vişnyovka və cənub-şərqdə Makopse yaşayış məntəqələrinin əraziləri ilə həmsərhəddir. Kalinovka Qara dəniz sahilinə yaxın meşəli dağətəyi ərazidə yerləşir. Kəndin orta hündürlüyü dəniz səviyyəsindən təxminən 30 metr yüksəklikdədir. Yaxınlıqdakı mütləq yüksəkliklər dəniz səviyyəsindən 250 metr hündürlüyə çatır.
Koci Funamoto
Koci Funamoto (12 avqust 1942, Hiroşima) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 19 oyun keçirib.
Koci Kondo
Koci Kondo (futbolçu) (28 aprel 1972 - 17 aprel 2003) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 2 oyun keçirib.
Koci Matsuşita
Koci Matsuşita (松下 浩二, Matsuşita Koci, 28 avqust 1967, Toyohaşi, Ayçi prefekturası) — Yaponiyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Koci Matsuşita Yaponiyanı 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci, cüt turnirdə isə 9-cu pillənin sahibi olub. Daha sonra Koci Matsuşita Yaponiyanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 9-cu, cüt turnirdə isə 5-ci pillənin sahibi olub. Koci Matsuşita Yaponiyanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 9-cu, cüt turnirdə isə 17-ci pillənin sahibi olub. Daha sonra Koci Matsuşita Yaponiyanı 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü pillənin sahibi olub.
Koci Miyata
Koci Miyata (d. 15 yanvar 1923) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 6 oyun keçirib.
Koci Nakata
Koci Nakata (d. 9 iyul 1979) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 57 oyun keçirib, 2 qol vurub.
Koci Noquçi
Koci Noquçi (d. 5 iyun 1970) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Koci Sasaki
Koci Sasaki (d. 30 yanvar 1936) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 14 oyun keçirib, 1 qol vurub.
Koci Tanaka
Koci Tanaka (d. 2 noyabr 1955) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 20 oyun keçirib, 3 qol vurub.
Koçi (şəhər)
Koti, Koçi (yap. 鹿児島市) — Yaponiyanın Çubu adasında və Şikoku regionunda yerləşən Koçi prefekturasının eyniadlı paytaxtı. Yeyinti, metallurgiya, sement sәnayesi, gәmi tәrsanәlәri var. Abraziv, kağız, xüsusi növ toxuculuq mәmulatları, taxta-şalban isteһsal edilir. Sәnәtkarlıq inkişaf etmişdir.
Koçi birəotu
Koçi birəotu - (lat. Pyrethrum kotschyi Boiss.) Asterkimilər - (Asteraceae Dumort.) fəsiəsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == Əsasında çoxbudaqlı, 15-25 (30) sm hündürlükdə, alçaqboylu yarımkolcuqdur. Yarpaqları barsız zoğlarda və aşağıdakı uzun saplaqlarda, demək olar yarpaq ayası ilə bərabərdir, saplaqlarla bir yerdə 1,5–3 mm uzunluğunda; orta gövdə yarpaqları lələk və ya üç yerə bölünmüş şəkildə, yuxarı yarpaqları bütöv, xətlidir. Səbətləri tək olur. Dilşəkilli çiçəkləri ağ rəngli, 10 mm uzunluğunda, 4 mm enindədir. Toxumcuqların diş tacı uzun, çəp şəkildə kəsilib və ya qulaqvari formadadır. == Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri == Çiçəklənmə və meyvəgətirmə dövrü iyun-iyul aylarına təsadüf edir.
Koçi bəy
Koçi bəy (ö. təq. 1650) — Sultan IV Murad və qardaşı Sultan I İbrahimə təqdim etdiyi risalələri ilə tanınan XVII əsr Osmanlı müəllif, filosof və dövlət adamı. == Həyatı == Əsl adının Mustafa olduğu və "Koçi"nin isə ləqəbi olduğu bildirilir. Digər qaynaqlarda ləqəbi "Koca" və "Kuçi" olaraq da keçməkdədir. Doğum tarixi, həyatı və vəfat tarixi haqqında dəqiq bilgilər əlimizdə yoxdur. Qardaşının Rusiyada, Koçi bəyin Osmanlıda olduğu kimi yüksək müşavirlik etdiyi bildirilir. Gəncliyində Rumelidə Albaniyanın Göricə (Korçë) qəsəbəsindən devşirilərək Əndərun məktəbinə qəbul edilmişdir və burada təhsil görmüşdür. Sultan I Əhməddən (1603-1617) IV Murada qədər Əndərunda müxtəlif odalarda vəzifədə olmuşdur. IV Murad (1623-1640) dövründə xas odaya alındı.
Koçi kəklikotu
Koçi prefekturası
Koçi prefekturası (yap. 高知県 Kōchi ken) — Yaponiyanın Şikoku adasında yerləşən Şikoku regionunda prefektura.
Koçı laləvəri
Maresuke Noqi
Maresuke Noqi (乃木 希典, 25 dekabr 1849 – 13 sentyabr 1912[…]) — Yaponiya imperiyasının generalı və Tayvanın üçüncü general-qubernatoru. == Həyatı == === İlk illər === Noqi samuray ailəsində doğulmuşdur. 1869-cu ildə o, orduda xidmətə başlamış, 1871-ci ildə mayor rütbəsinə yüksəlmişdir. Sayqo Takamorinin başçılıq etdiyi üsyançılara qarşı döyüşmüş və podpolkovnik rütbəsinə layiq görülmüşdür. Ağır döyüşlərdən birində Noqi 14-cü piyada alayının bayrağını itirmişdir. Bu rüsvayçılıq onu bütün ömrü boyu izləmişdir və sonradan o bu hadisəni intiharının əsas səbəblərindən biri adlandırmışdır. 1876-cı il avqustun 27-də də Noqi o zaman 20 yaşında olan samuray Yudzi Sadanonun qızı Sidzuko ilə evlənmişdir. 1877-ci il avqustun 28-də onların ilk oğlu Katsunori dünyaya gəldi və Noqi Tokioda ev aldı. 1878-ci ildə o, polkovnik rütbəsinə yüksəldildi. 1879-cu ildə onun ikinci oğlu anadan oldu.
Dobri Dobrev
Dobri Dimitrov Dobrev (bolq. Добри Димитров Добрев, 20 iyul 1914 – 13 fevral 2018), digər adları ilə Dobri baba, Böyük Dobri (bolq. Дядо Добри) və ya Baylovo müqəddəsi – bolqar xeyriyyəçi. Hər gün 20 kilometr məsafəni piyada qət edərək Sofiyada yerləşən Aleksandr Nevski kafedralının önündə xeyriyyə məqsədilə pul yığırdı. Yığdığı pulu xeyriyyə qurumlarına, kilsələrə, monastırlara, yetimxanalara bağışlayırdı. Adı bolqar dilində "yaxşı" və ya "mehriban" deməkdir. == Erkən həyatı == Dobrev 20 iyul 1914-cü ildə Bolqarıstanın Baylovo kəndində anadan olub. Atası Birinci dünya müharibəsində həlak olub və anası Katerina uşaqları təkbaşına böyütməli olub. Dobrev gəncliyini və məktəb illərini xatırlamır. == Yetkin həyatı == Dobrev illər keçdikcə özünü ruh dünyasına və Ortodoks kilsəsinə həsr etməyə qərar verib.
Bobrov
Bobrov — Rusiya Federasiyasında yerləşən şəhər, Voronej vilayətinə daxildir. == Tarixi == Bityuq çayı (Donun sol qolu) üstündə yerləşən Bityuq yurt vaxtilə bu ətrafda yeganə yaşayış məntəqəsi idi. Yaxınlıqda heç bir ev gözə dəymirdi. Lakin bu sakit və dinc həyat Voronejdən bura qazanc və səadət arayan hünərli adamların ayağı açılmaqla pozuldu. Voronej özü bu zaman 100 ildən də az bir müddər idi ki, rusların sərhəd qalasına çevrilmişdi. 1677-ci ildə Voronejli imkan sahibi iş adamı bir dəstə kəndlisi ilə hökumətdən xahiş etdi ki, Bityuq çayında balıq ovlamaları üçün onlara icazə versin. Lazımi icazə aldıqdan sonra o, başının adamları ilə Bityuq çayına enib Bityuq yurtda məskunlaşdılar. Su porsuqlarının (boburların) burada çox olduğunu görüb porsuq ovlamağa girşdilər. Bundan sonra Bityuq yurdu Bobrovıy Yurt adlandırmağa başladı.1. 1684-cü ildə Bityuq çayı boyu bu torpaqlar Troitsk monastırına verildi.
Dobri
Dobri (mac. Dobri) — Macarıstanın Zala medyesində yerləşən kənd.
Ebröy
Ebröy (fr. Ébreuil) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Ebröy kantonuna daxildir. Kommunanın dairəsi — Monlüson. INSEE kodu — 03107. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 1270 nəfər təşkil edirdi. == İqtisadiyyatı == Ocaqda əhəng daşı hasil olunur. 2007-ci ildə əmək qabiliyyətli 703 nəfər (15-64 yaş arasında) 457 nəfər iqtisadi cəhətdən fəal, 246 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 65.0%, 1999-cu ildə 61.4%). Fəal 457 nəfərdən 427 nəfəri (228 kişi və 199 qadın), 30 nəfəri işsiz (10 kişi və 20 qadın) idi.
Qoboy
Qoboy (alm. Oboe‎, fr. hautbois, hərfi mənası – hündür ağac) — ağac nəfəsli musiqi aləti. Konus formalı alət olub klapanlar sistemi ilə təchiz olunur. == Tarixçə == Qaboy hələ qədim zamanlardan, e.ə. III minillikdə "memet" adı altında mövcud olmuşdur. Qədim ney alətindən törəmişdir. XVIII əsrin I yarısından peşəkar musiqidə istifadə olunur. == Quruluşu == Ağacdan düzəldilir. 17-ci əsrin 2-ci yarısında Fransada yaranmışdır.
Kristian Dobrev
Kristian Dobrev (bolq. Кристиан Добрев; 27 aprel 2001-ci ildə anadan olub) — Botev Plovdiv PFK komandasında hücumçu kimi çıxış edən peşəkar Bolqarıstan futbolçusudur. == Karyerası == Kristian öz peşəkar karyerasına yerli komandalardan olan Neftoximik Burqas klubunun gənclər komandasında start vermişdir. 2014-cü ilin may ayında isə Botev Plovdiv PFK klubunun akademiyasına qəbul olmuşdur. Dobrev öz peşəkar karyerasında debütünü Botev Plovdiv klubu ilə 26 noyabr 2016-cı ildə Ludoqorets Razqrad klubu ilə oyunda etmişdir. O, Omar Kossokonu əvəz etmişdir. Həmin görüşdə Botev Ludoqoretsə evdə 1-3 hesabı ilə məğlub olmuşdur.
Nina Dobrev
Nina Dobrev (bol. Нина Константинова Добрева; 9.1.1989) —bolqar mənşəli Kanada aktrisası. Aktrisanın debütü Degrassi: The Next Generation serialında tənha gənc ana rolu Mia Cons (Mia Jones) ilə olmuşdur. Lakin aktrisa The CW telekanalının dram janrında lentə aldığı "Vampirin gündəlikləri" teleserialından sonra dünya şöhrəti qazanmışdır. == Həyatı == Dobrev Bolqarıstanın paytaxtı Sofiya şəhərində doğulub. İki yaşında ikən o, ailəsi ilə birgə sonradan məşhurluq qazandığı Kanadanın Ontario vilayətinin Toronto şəhərinə köçüb. Onun anası rəssam, atası isə bilgisayar mütəxxəsisidir. Onun Aleksandr adlı mühəndis təhsili alan böyük qardaşı var. Aktrisa Ontarioda J. B. Tyrrell Sr. Ümumi məktəbində və "Wexford Collegiate School for the Arts in Scarborough"da təhsil alıb.