Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Davul
Davul — çəkiclər ilə çalınan böyük ikibaşlı təbil. Olduğu ölkələrdən asılı olaraq müxtəlif adlara malikdir. == Tarixi == Davul çubuqlarla səsləndirilən zərb alətidir. Onun adına «Kitabi-Dədə Qorqud» dastanında rast gəlinir. Dastanda təsvir olunan adət-ənənələr, bir sıra tarixi hadisələr III-IV əsrlərlə səsləşir. Lakin dastanın bəzi boylarının yaranması eramızdan əvvələ gedib çıxır. Elə davulun da bizim eradan əvvəl yarandığı ehtimal olunur. XIII əsrə aid «Dastani-Əhməd Hərami» poemasında da davulun adı çəkilir. Türk dünyasında davul çox zaman bayraq, xitbə, sikkə və s. məfhumlar kimi hakimiyyət rəmzi sayılıb, müqəddəs tutulub.
Düzül
Hərbi komanda olub Farağat komandasından əvvəl verilir. == Komandanın icrası == Komanda verilən zaman hərbi qulluqçular başlarını bir qayda olaraq sağ tərəfə çevirirlər.Hərbi qulluqçular sağ tərəfdəki yoldaşlarına baxaraq cərgəni bu üsulla düzəldirlər,beləki o,baxıdığı tərəfdəki dördüncü yoldaşının sinəsini görməlidir. Komandanın icrası yalnız baş sağa elə çevrilirki,sağ qulaq sol qulaqdan bir azca üstün olsun.
Davul (Qars)
Davul — Türkiyənin Qars vilayətinin Mərkəz rayonunda kənd. Əhalisi 19 nəfərdir (2022).
Davul (dəqiqləşdirmə)
Davul — çəkiclər ilə çalınan böyük ikibaşlı təbil. Olduğu ölkələrdən asılı olaraq müxtəlif adlara malikdir.
Davil
Davil - İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il siyahıya alınmaya görə kənddə 184 nəfər yaşayır (39 ailə).
Davud
Davud (David; e.ə. 1039, Beytləhm – e.ə. 969, Qüds) — İsrail-Yəhudi dövlətinin (e.ə. 11 əsrin sonu-e.ə. təqr. 950) padşahı. Padşah Şaulun silahdarı və sonra kürəkəni olmuş, lakin sədaqəti şübhəyə alındığı üçün Cənubi Fələstin səhrasına qaçmış və sonra fələstinlilərə xidmət etmişdi. Saul(Şaul) öldükdən sonra Yəhudi padşahı elan edilmişdi. İsrail tayfalarının ərazilərini Yəhudi padşahlığına birləşdirmiş, kənanilərdən Qüds şəhərini almış və paytaxt etmiş, bir sıra qonşu əraziləri tutmuşdu. Davud mərkəzləşdirilmiş İsrail-Yəhudi dövlətini yaratmış, əhalisini siyahıya almışdı (e.ə.
Dryul
Drül (fr. Drulhe, oks. Drulha) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Monbazan kantonuna daxildir. Kommunanın dairəsi — Vilfranş-de-Ruerq. INSEE kodu — 12091. Kommuna təxminən Parisdən 490 km cənubda, Tuluza şəhərindən 110 km şimal-şərqdə, Rodezdən isə 38 km qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 401 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 233 yaşda olan (15-64 yaş arasında) 175 nəfər iqtisadi fəal, 58 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 75,1%, 1999-cu ildə 69.4%).
Dunal
Mişel Feliks Dünal (fr. Michel Félix Dunal; 1789–1856) – Fransız botaniki.
Dunus
Dunus — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Başkeçid rayonunun inzibati-ərazi vahidində kənd. 1 yanvar 2010-cu il vəziyyətinə görə Qantiadi kənd inzibati-ərazi dairəsinə daxildir. == Coğrafiyası == Kənd rayonun inzibati mərkəzi olan Başkeçid şəhərindən 8 km şərqdə, Çapal çayının sol sahilində, Başkeçid yaylasında yerləşir. == Tarixi == Borçalı bölgəsində "Dunus" yaşayış məntəqəsi adına ilk dəfə 1536-ci ilə aid məxəzlərdə rast gəlinmişdir. == Əhalisi == Kənddə 1870-ci ildə 8 ailədə 54 nəfər, 1926-cı ildə 26 ailədə 195 nəfər azərbaycanlı yaşayırdı. 17–24 yanvar 2002-ci il Ümumgürcüstan əhali siyahıyaalınmasının rəsmi yekunlarına əsasən kənddə yaşayan 454 nəfər (223 nəfəri kişilər, 231 nəfəri qadınlar) əhalinin 100 %-i etnik azərbaycanlılardan ibarətdir. 1 yanvar 2010-cu il tarixinə olan rəsmi təxminə əsasən kənddə 612 nəfər əhali yaşayır. == Təhsil == Hazırda kənddə bir ibtidai məktəb fəaliyyət göstərir. Və məktəbdə 84 şagird təhsil almaqdadır.
Düldül
Düldül (ərəb. دلدل‎) — Məhəmməd peyğəmbərə (s.a.a.v) Misir hakimi Mukaukis tərəfindən Yağfurla birlikdə hədiyyə edilmiş bir qatır. Zil qara və ya ağ rəngdə olması nəql edilən Düldül, İslam xəlifəsi Hz Əliyə (ə.s) Məhəmməd peyğəmbər tərəfindən hədiyyə edilmişdir. Şiə alimlərinin sözlərinə görə Hz Əli Cəməl və Süffeyn döyüşlərinə onunla getmişdir. Düldülün dişi olması rəvayət edilir. Daha sonralar klasik ədəbiyyatda bir at şəklində təsvir edilmişdir. Hz Əli fars və türk klassik ədəbiyatında, dini dastanlarda əsasən Zülfüqar adlı qılıncı və Hz Məhəmmədin ona hədiyyə etdiyi atı ilə birlikdə anılır. Əslində isə o bir qatırdır. Xalq arasında Düldül güclü, qüvvətli, çevik, ağıllı kimi anlamlarla işlədilir. Azərbaycanın Şəmkir rayonu ərazisində Düldül dağının adıda buradan götürülmüşdür.
Dürud
Dürud – İranın Luristan ostanının şəhərlərindən və Dürud şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 100,528 nəfər və 23,596 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti lurlardan ibarətdir, lur dilində və bəxtiyari dialektində danışırlar və şiə müsəlmandırlar.
Düyüm
Düyüm — maşınqayırmada iki və daha artıq, aşağı səviyyəli maşın hissəsindən ibarət olan, hər hansı bir funksiyanı yerinə yetirən mexanizmdir. Düyüm bir neçə kiçik düyümlərdən və hissələrdən ibarət olub, yığma prosesi nəticəsində hazırlana bilər. Yığma zamanı istifadə olunan hissələr müəyyən cədvəl şəklində verilir. Bu istər texnoloji, istərsə də alqı-satqı məqsədilə işlədilir. Maşınqayırmada düyüm bütöv qurğunun bir hissəsini təşkil edir. Buraya misal kimi ayrıca silindr və ya kompleks mexaniki və elektrik hissələri aid etmək olar. Hissələrin düyüm şəklində hazırlanması konstruksiya və planlama ərəfəsində işlərin qruplaşdırılmasına imkan yaradır. Təmir zamanı sıradan çıxmış hissə aid olduğu düyümlə birlikdə dəyişməklə maşının dayanma vaxtını azaltmaq olur. Bütöv qurğuya nisbətən kiçik düyümlərdə onların funksionallığını təmin etmək daha asandır.
Düyün
Düyün - hər cür iplərin birləşdirilməsi, bərkidilməsi və bağlanması üsulu. Düyünlər müxtəlif olur. Adi və tez açılan düyünlər və qəliz düyünlər. Adi düyünlərdən gündəlik həyatda (ayaqqabı və başqa geyimlərin bağlanması, paltar qurudulması zivələrində və sairə) istifadə olunur. Qəliz düyünlər bağlamaq üçün müəyyən vərdişlər və peşəkarlıq gərəkdir. Belə düyünlər əsasən yelkənli dənizçilikdə, balıqçılıqda, dağ və paraşüt idman növlərində, kaskadörluqda və b. istifadə olunur. 2.Düyün - nikah mənasında.
Rumul
Rumul (fr. Roumoules, oks. Romolas) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Rye kantonuna daxildir. Kommunanın dairəsi — Din-le-Ben. INSEE kodu — 04172. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 722 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 78 nəfər (15-64 yaş) arasında 37 nəfər iqtisadi fəal, 41 nəfər fəaliyyətsiz olmuşdur (fəaliyyət göstərici 47.4%, 1999-cu ildə 66.0%). Fəal olan 37 nəfərdən 33 nəfəri (16 kişi və 17 qadın), 4 nəfər işsiz (2 kişi və 2 qadın) idi.
Rutul
Rutul — Rusiya Federasiyasının Dağıstan Respublikasında kənd, Rutul rayonunun inzibati mərkəzi.
Çuval
Çuval — Azərbaycanda böyük kisəyə deyilir. Çuvaldan əsasən taxılın saxlanılması üçün istifadə olunur. Xovsuz xalça üsuluyla toxuyurlar, ancaq bəzən xovlu xalça üsuluylada toxunur. Hələ X əsrə qədər muğan çuvalı artıq məlum idi. Tünd qırmızı rəngli çuvalı türkmənlər qızıl çuval adlandırırlar. Qızıl çuval bayram mərasimlərində, toy-düyündə, şənliklərdə istifadə edirlər.
Qumul
Qumul (şəhər) (uyğurca:uyğ. قۇمۇل , Qumul, K̡umul, çincə:çin. sadə. 哈密市 ; pinyin: Hāmì shì) Sincan-Uyğur Xalq Muxtar Rayonunun cənubunda İpək Yolunun Təkləməkan şimal-şərq marşrutu üzərində yerləşən tarixi vahə şəhəridir. Qumul Çində məşhur Hami qovunları ilə tanınır.> == Tarixi == Şəhərə verilmiş digər adlar bunlardır: Ha-mi-hsien, Komul, Chamil, Ha-mi-cheng-chen, Kamil, Ha-mi-chen, Qomul, Kumul, Khamil, Koumoul, Ha-mi-shih, Qumul və Kha - mil. Portuqaliyalı Yezit Benedikt Qoes və italyan Matteo Ricci 1615-ci ildə səyahətləri zamanıbu şəhərin adını öz qeydlərində Camul olaraq qeyd etmişlər. Ən qədim təsdiqlənmiş Çincə adı Kūnmò (昆莫)-dir. Şəhər Han sülaləsi dövrünə aid qeydlərdə Yīwú (伊吾) və ya Yīwúlú (伊吾卢); Tan sülaləsi dövründə Yīzhōu (伊州); Yuan sülaləsi dövründə monqolca Qamil, Çin transliterasiyasında Hāmìlì (哈密力), Min sülaləsi dövründə Qumul, Hāmì (哈密) kimi tanınırdı. Burada Tunc dövrünə və ya erkən Dəmir dövrünə aid Yanbulaq mədəniyyətinə (焉不拉克古墓群; Yanbulake gumuqun və ya 焉不拉克墓地; Yanbulake mudi) aid Yanbulaq qəbirləri var. Həmçinin, qədim Buddist məbədinin xarabalıqları Baiyang He çayının qərb sahilində, Baiyanqou cun kəndində yerləşir.
Amsar (Rutul)
Amsar — Rusiya Federasiyasının Dağıstan Respublikasının Rutul rayonunda kənd. Kənd əhalisinin sayı 460 nəfərdir (2010). 1 yanvar 2014-cü ilə olan rəsmi təxminə əsasən Amsar və Qala kəndlərini əhatə edən Amsar kənd sovetliyində 790 nəfər əhali yaşayır. "Ləzgi federal milli-mədəni muxtariyyatı" ictimai təşkilatının mənbə göstərmədən təqdim etdiyi qeyri-rəsmi məlumata əsasən kənd əhalisini etnik rutullar təşkil edir.
Aşağı Düyün
Aşağı Düyün - İrəvan xanlığında kənd adı. == Tarixi == Aşağı Düyün - İrəvan xanlığında kənd adı. Düyün kəndindən bir qrup ailənin kənar yerdə məskunlaşması nəticəsində yaranmışdır. 1935-ci ildə kənd Dvin adlandırılmış və onun əsasında Dvin inzibati rayonu yaradılmışdır.
Busul Xan
Busul Xan - türk və altay mifologiyasında keşikçi tanrısı. Buzul Xan olaraq da tanınır. Kayra Xanın sarayına gedən yolu qoruyan gözətçidir. Bunçak Xan ilə birlikdə xatırlanır. Sibir bölgəsi üçün buzlar və buzlu sahələr gündəlik həyatın davamlı bir parçasıdırlar. Bu səbəblə soyuqla bağlı anlayışların mifologiyadakı əks olunmaları çox şişirdilmiş hesab olunmamalıdır. == Etimologiya == (Bus / Pus) kökündən törəmişdir. Bulandıran, puslandıran mənasını verər. Bir yerə sinmeyi, pusquya yatmağı da ifadə edir. Bus/Pus sözü qədim altaycada buxar mənasını verər və yarı şəffaf bir görünüşü bildirir.
Davud Danişdust
Davud Danişdust (6 avqust 1985) — İran futbolçusu, müdafiəçi. Danişdust 2010-cu ildən Təbrizin Traktor Sazi klubuna qoşulmuşdur. O Traktor Sazi klubuna gələndən öncə Məşhədin Əbumüslüm klubunda oynamışdır.
Davud Hacıyev
Davud Novruz oğlu Hacıyev (14 iyul 1998, Xaçmaz – 10 oktyabr 2020, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Davud Hacıyev 1998-ci il iyulun 14-də Xaçmaz şəhərində anadan olub. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Davud Hacıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın və Hadrut qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Davud Hacıyev oktyabrın 10-da Hadrutun azad edilməsi zamanı şəhid olub. Xaçmaz şəhərində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Davud Hacıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Davud Hacıyev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Davud Həsənov
Davud Gülalı oğlu Həsənov (11 iyul 1932, Kür Qaraqaşlı, Salyan rayonu) — kimyaçı alim. Azərbaycan Milli Elmlər Akademiyasının akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunda laboratoriya müdiri, baş elmi işçi, texnika üzrə elmlər doktoru. == Həyatı == Həsənov Davud Gülalı oğlu 11 iyul 1932-ci ildə Salyan rayonunun Kür Qaraqaşlı kəndində anadan olub. 1941-ci ildə Kürqaraqaşlı kənd "7" illik məktəbinə daxil olmuş və 1947-ci ildə məktəbi bitirərək, Salyan tibb məktəbinə daxil olmuş, 1949-cu ildə oranı bitirdikdən sonra Saatlı rayonunda feldşer vəzifəsində çalışmışdir, Saatlı rayonunda işlədiyi müddətdə məktəbin 10-cu sinfini bitirib. 1952-ci ildə Az\ərbaycan Sənaye Universitetinə daxil olub və 1957-ci ildə oranı bitirərək "Azərneftyağ" Neft Emalı zavoduna təyinat almış, 1957-ci ildən 1962-ci ilədək "Azərneftyağ" Neft Emalı zavodunda müxtəlif vəzifələrdə çalışnışdır. 1962-ci ildə АМЕА-nın Neftkimya Prosesləri İnstitutunda aspiranturaya daxil olub və 1967-ci ildə müdafiə edərək texnika elmlər namizədliyinə layiq görülmüşdür.1991-ci ildə doktorluq dissertasiyasını müdafiə edərək texnika elmlər doktoru adını alıb, 1988-ci ildən AMEA-nın AKİ-də "Aşqarların texnologiyası" laboratoriyasının müdiri vəzifəsində çalışır. == Elmi fəaliyyəti == O, Aşqarlar Kimyası İnstitutunda sintez olunmuş CБ-3, СК-3, БФК-1,БФКу, ИХП-21, ИХП-101, AKİ-114 və AKİ-130 aşqarlarının istehsala tətbiqi üçün texnoloji proseslərin işlənib hazırlanmasında və eləcə də onların istehsalata tətbiqində yaxından iştirak etmişdir. O, hazırda institutda yaradılan effektli aşqarların istehsalı üçün fasiləsiz işləyən texnoloji proseslərin üzərində çalışır. == Elmi əsərləri == D.Həsənov 135 elmi əsərin müəllifidir. === Elmi məqalələri === Mövsümzadə M.M., Həsənov D.G., Fəttayeva Ç.Ş., İmanov N.İ. "Siokar-2 katalizatorun iştirakı ilə yüksək indeksli sintetik yağların alınması", N.Q.Ç. problemləri və KETİ-əsərləri.
Davud Kazımov
Davud Mehdi oğlu Kazımov (9 noyabr 1926, Bakı – 14 fevral 2015, Bakı) — Azərbaycan boyakarı, Azərbaycan Respublikasının xalq rəssamı (1992). == Həyatı == Davud Kazımov 1926-cı ildə Bakıda anadan olmuşdur. Sənətin sirlərini ilk olaraq Azərbaycanın xalq rəssamı Kamil Xanlarovun rəssamlıq dərnəyində alıb. 1945-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirib, 1947-ci ildən isə respublika və ümumittifaq sərgilərinin daimi iştirakçısı olmuşdur. Yaradıcılığının erkən dövrlərində çəkdiyi "Zuğulba", "Dəniz sahili" kiçik həcmli lirik mənzərələr olub. == Yaradıcılığı == Rəssamın yaradıcılığında əmək mövzusu əsas yerlərdən birini tutur. Sonrakı illərdə Azərbaycanın müxtəlif bölgələrində yaşayan insanların həyat tərzi, adət-ənənələri, etnoqrafik incəllikləri, rəngarəng milli geyimləri rəssamın yeni mövzuları olub. Bu səfərlərindən gətirdiyi bir sıra etüdləri əsasında işlədiyi əsərlər dəfələrlə Azərbaycan və SSRİ sərgilərində uğurlar qazanıb. "Xəzərin təkində", "Sağıcılar", "Yollar" və əsərləri xüsusi fərqlənir. Davud Kazımov Azərbaycan təsviri sənətində qrafika ustası kimi də tanınır.
Davud Müzəffərli
Davud Müzəffərli — Ssenari müəllifi. Kino redaktoru. == Həyatı == Davud Müzəffərli 19 dekabr 1974-cü il tarixində Yardımlı rayonunun Ostair kəndində doğulmuşdur. Ostair kənd orta məktəbini bitirmişdir. 1993-cü ilin aprel ayından 1996-cı yanvar ayınadək həqiqi hərbi xidmətdə olmuşdur. Ağdam rayonu uğrunda savaşda iştirak etmişdir, Qarabağ müharibəsi veteranıdır. 1999-cu ildə Lənkəran Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olmuşdur. 2003-cü ildə universiteti fərqlənmə diplomu ilə bitirmişdir. 2003-cü ilin sentyabr ayından Lider televiziyasında (Lider Media Holding) Sənədli filmlər redaksiyasında redaktor və ssenari müəllifi vəzifəsində yaradıcı fəaliyyətə başlamışdır. 2007-ci ildən "MZ Production" MMC-də ssenari müəllifi kimi çalışmış, "Vətən sağ olsun" adlı hərbi-vətənpərvərlik layihəsinin (İctimai televiziyada yayımlanmışdır) ssenari müəllifi olmuşdur.