Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Davul
Davul — çəkiclər ilə çalınan böyük ikibaşlı təbil. Olduğu ölkələrdən asılı olaraq müxtəlif adlara malikdir. == Tarixi == Davul çubuqlarla səsləndirilən zərb alətidir. Onun adına «Kitabi-Dədə Qorqud» dastanında rast gəlinir. Dastanda təsvir olunan adət-ənənələr, bir sıra tarixi hadisələr III-IV əsrlərlə səsləşir. Lakin dastanın bəzi boylarının yaranması eramızdan əvvələ gedib çıxır. Elə davulun da bizim eradan əvvəl yarandığı ehtimal olunur. XIII əsrə aid «Dastani-Əhməd Hərami» poemasında da davulun adı çəkilir. Türk dünyasında davul çox zaman bayraq, xitbə, sikkə və s. məfhumlar kimi hakimiyyət rəmzi sayılıb, müqəddəs tutulub.
Düzül
Hərbi komanda olub Farağat komandasından əvvəl verilir. == Komandanın icrası == Komanda verilən zaman hərbi qulluqçular başlarını bir qayda olaraq sağ tərəfə çevirirlər.Hərbi qulluqçular sağ tərəfdəki yoldaşlarına baxaraq cərgəni bu üsulla düzəldirlər,beləki o,baxıdığı tərəfdəki dördüncü yoldaşının sinəsini görməlidir. Komandanın icrası yalnız baş sağa elə çevrilirki,sağ qulaq sol qulaqdan bir azca üstün olsun.
Davul (Qars)
Davul — Türkiyənin Qars vilayətinin Mərkəz rayonunda kənd. Əhalisi 19 nəfərdir (2022).
Davul (dəqiqləşdirmə)
Davul — çəkiclər ilə çalınan böyük ikibaşlı təbil. Olduğu ölkələrdən asılı olaraq müxtəlif adlara malikdir.
Duval-jouvea
Topalaq (lat. Cyperus) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin topalaqkimilər fəsiləsinə aid bitki cinsi.
Davil
Davil - İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il siyahıya alınmaya görə kənddə 184 nəfər yaşayır (39 ailə).
Davud
Davud (David; e.ə. 1039, Beytləhm – e.ə. 969, Qüds) — İsrail-Yəhudi dövlətinin (e.ə. 11 əsrin sonu-e.ə. təqr. 950) padşahı. Padşah Şaulun silahdarı və sonra kürəkəni olmuş, lakin sədaqəti şübhəyə alındığı üçün Cənubi Fələstin səhrasına qaçmış və sonra fələstinlilərə xidmət etmişdi. Saul(Şaul) öldükdən sonra Yəhudi padşahı elan edilmişdi. İsrail tayfalarının ərazilərini Yəhudi padşahlığına birləşdirmiş, kənanilərdən Qüds şəhərini almış və paytaxt etmiş, bir sıra qonşu əraziləri tutmuşdu. Davud mərkəzləşdirilmiş İsrail-Yəhudi dövlətini yaratmış, əhalisini siyahıya almışdı (e.ə.
Dryul
Drül (fr. Drulhe, oks. Drulha) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Monbazan kantonuna daxildir. Kommunanın dairəsi — Vilfranş-de-Ruerq. INSEE kodu — 12091. Kommuna təxminən Parisdən 490 km cənubda, Tuluza şəhərindən 110 km şimal-şərqdə, Rodezdən isə 38 km qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 401 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 233 yaşda olan (15-64 yaş arasında) 175 nəfər iqtisadi fəal, 58 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 75,1%, 1999-cu ildə 69.4%).
Dunal
Mişel Feliks Dünal (fr. Michel Félix Dunal; 1789–1856) – Fransız botaniki.
Dunus
Dunus — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Başkeçid rayonunun inzibati-ərazi vahidində kənd. 1 yanvar 2010-cu il vəziyyətinə görə Qantiadi kənd inzibati-ərazi dairəsinə daxildir. == Coğrafiyası == Kənd rayonun inzibati mərkəzi olan Başkeçid şəhərindən 8 km şərqdə, Çapal çayının sol sahilində, Başkeçid yaylasında yerləşir. == Tarixi == Borçalı bölgəsində "Dunus" yaşayış məntəqəsi adına ilk dəfə 1536-ci ilə aid məxəzlərdə rast gəlinmişdir. == Əhalisi == Kənddə 1870-ci ildə 8 ailədə 54 nəfər, 1926-cı ildə 26 ailədə 195 nəfər azərbaycanlı yaşayırdı. 17–24 yanvar 2002-ci il Ümumgürcüstan əhali siyahıyaalınmasının rəsmi yekunlarına əsasən kənddə yaşayan 454 nəfər (223 nəfəri kişilər, 231 nəfəri qadınlar) əhalinin 100 %-i etnik azərbaycanlılardan ibarətdir. 1 yanvar 2010-cu il tarixinə olan rəsmi təxminə əsasən kənddə 612 nəfər əhali yaşayır. == Təhsil == Hazırda kənddə bir ibtidai məktəb fəaliyyət göstərir. Və məktəbdə 84 şagird təhsil almaqdadır.
Düldül
Düldül (ərəb. دلدل‎) — Məhəmməd peyğəmbərə (s.a.a.v) Misir hakimi Mukaukis tərəfindən Yağfurla birlikdə hədiyyə edilmiş bir qatır. Zil qara və ya ağ rəngdə olması nəql edilən Düldül, İslam xəlifəsi Hz Əliyə (ə.s) Məhəmməd peyğəmbər tərəfindən hədiyyə edilmişdir. Şiə alimlərinin sözlərinə görə Hz Əli Cəməl və Süffeyn döyüşlərinə onunla getmişdir. Düldülün dişi olması rəvayət edilir. Daha sonralar klasik ədəbiyyatda bir at şəklində təsvir edilmişdir. Hz Əli fars və türk klassik ədəbiyatında, dini dastanlarda əsasən Zülfüqar adlı qılıncı və Hz Məhəmmədin ona hədiyyə etdiyi atı ilə birlikdə anılır. Əslində isə o bir qatırdır. Xalq arasında Düldül güclü, qüvvətli, çevik, ağıllı kimi anlamlarla işlədilir. Azərbaycanın Şəmkir rayonu ərazisində Düldül dağının adıda buradan götürülmüşdür.
Dürud
Dürud – İranın Luristan ostanının şəhərlərindən və Dürud şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 100,528 nəfər və 23,596 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti lurlardan ibarətdir, lur dilində və bəxtiyari dialektində danışırlar və şiə müsəlmandırlar.
Düyüm
Düyüm — maşınqayırmada iki və daha artıq, aşağı səviyyəli maşın hissəsindən ibarət olan, hər hansı bir funksiyanı yerinə yetirən mexanizmdir. Düyüm bir neçə kiçik düyümlərdən və hissələrdən ibarət olub, yığma prosesi nəticəsində hazırlana bilər. Yığma zamanı istifadə olunan hissələr müəyyən cədvəl şəklində verilir. Bu istər texnoloji, istərsə də alqı-satqı məqsədilə işlədilir. Maşınqayırmada düyüm bütöv qurğunun bir hissəsini təşkil edir. Buraya misal kimi ayrıca silindr və ya kompleks mexaniki və elektrik hissələri aid etmək olar. Hissələrin düyüm şəklində hazırlanması konstruksiya və planlama ərəfəsində işlərin qruplaşdırılmasına imkan yaradır. Təmir zamanı sıradan çıxmış hissə aid olduğu düyümlə birlikdə dəyişməklə maşının dayanma vaxtını azaltmaq olur. Bütöv qurğuya nisbətən kiçik düyümlərdə onların funksionallığını təmin etmək daha asandır.
Düyün
Düyün — hər cür iplərin birləşdirilməsi, bərkidilməsi və bağlanması üsulu. Düyünlər müxtəlif olur. Adi və tez açılan düyünlər və qəliz düyünlər. Adi düyünlərdən gündəlik həyatda (ayaqqabı və başqa geyimlərin bağlanması, paltar qurudulması zivələrində və sairə) istifadə olunur. Qəliz düyünlər bağlamaq üçün müəyyən vərdişlər və peşəkarlıq gərəkdir. Belə düyünlər əsasən yelkənli dənizçilikdə, balıqçılıqda, dağ və paraşüt idman növlərində, kaskadörluqda və b. istifadə olunur. 2. Düyün — nikah mənasında.
Çuval
Çuval — Azərbaycanda böyük kisəyə deyilir. Çuvaldan əsasən taxılın saxlanılması üçün istifadə olunur. Xovsuz xalça üsuluyla toxuyurlar, ancaq bəzən xovlu xalça üsuluylada toxunur. Hələ X əsrə qədər muğan çuvalı artıq məlum idi. Tünd qırmızı rəngli çuvalı türkmənlər qızıl çuval adlandırırlar. Qızıl çuval bayram mərasimlərində, toy-düyündə, şənliklərdə istifadə edirlər.
Qumul
Qumul (şəhər) (uyğurca:uyğ. قۇمۇل , Qumul, K̡umul, çincə:çin. sadə. 哈密市 ; pinyin: Hāmì shì) Sincan-Uyğur Xalq Muxtar Rayonunun cənubunda İpək Yolunun Təkləməkan şimal-şərq marşrutu üzərində yerləşən tarixi vahə şəhəridir. Qumul Çində məşhur Hami qovunları ilə tanınır.> Şəhərə verilmiş digər adlar bunlardır: Ha-mi-hsien, Komul, Chamil, Ha-mi-cheng-chen, Kamil, Ha-mi-chen, Qomul, Kumul, Khamil, Koumoul, Ha-mi-shih, Qumul və Kha - mil. Portuqaliyalı Yezit Benedikt Qoes və italyan Matteo Ricci 1615-ci ildə səyahətləri zamanıbu şəhərin adını öz qeydlərində Camul olaraq qeyd etmişlər. Ən qədim təsdiqlənmiş Çincə adı Kūnmò (昆莫)-dir. Şəhər Han sülaləsi dövrünə aid qeydlərdə Yīwú (伊吾) və ya Yīwúlú (伊吾卢); Tan sülaləsi dövründə Yīzhōu (伊州); Yuan sülaləsi dövründə monqolca Qamil, Çin transliterasiyasında Hāmìlì (哈密力), Min sülaləsi dövründə Qumul, Hāmì (哈密) kimi tanınırdı. Burada Tunc dövrünə və ya erkən Dəmir dövrünə aid Yanbulaq mədəniyyətinə (焉不拉克古墓群; Yanbulake gumuqun və ya 焉不拉克墓地; Yanbulake mudi) aid Yanbulaq qəbirləri var. Həmçinin, qədim Buddist məbədinin xarabalıqları Baiyang He çayının qərb sahilində, Baiyanqou cun kəndində yerləşir.
Düldül dağı
Düldül — Şəmkir rayonu ərazisində dağ. == Tarixi == Hündürlüyü 975 m. Dağın adı oradakı at ayağının izinə oxşayan dağla və həmin dağın guya Həzrət Əlinin Düldül atının izi olması inamı ilə əlaqədardır.
Dürud (Üşnəviyyə)
Dürud (fars. دورود‎) — İranın Qərbi Azərbaycan ostanının Üşnəviyyə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 444 nəfər yaşayır (66 ailə).
Dürud şəhristanı
Dürud şəhristanı— İranın Luristan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Dürud şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 159,026 nəfər və 36,687 ailədən ibarət idi.
Dürvil dənizi
Dürvil dənizi — Cənub okeanının akvatoriyasında, Antarktidanın şərqində, Adeli Torpağı sahilində yerləşir. Cənub hissədə dərinlik 500 m şimalda isə dərinlik 3610 m təşkil edir. İlin böyük hissəsi hərəkət edən buzlarda örtülü olur. Duzluğu 33,7-33,8 ‰ təşkil edir. Dənizin sahilləri yarıya qədər buzla örtülür. Bu ərazilər V Georq sahili və Adel Torpağı ilə birlikdə Viktoriya adlandırılır. Sahillərinə yaxın buz qayaları vardırki, onlar ilin isti vaxtı cəmi bir necə on günlərlə buzdan azad olur Aysberqlər digər dənizlərə nisbətən azdır. Dənizin temperaturu yayda 0 C, qışda -17 C təşkil edir. Burada güçlü küləklər əsir və qasırğalar baş verir. == Kəşfi və örgənilməsi == Dəniz sahillərinə ilk ayaq basan fransız J. Dümon-Dürvil (1837) olmuşdur.
Düyün (ədəbiyyat)
Düyün — bir aktın başlanğıcını təşkil edən hadisə. Bu, ya artıq mövcud olan ziddiyyətləri aşkar edir, ya da özbaşına münaqişələr yaradır. Belə ki, Vilyam Şekspirin "Hamlet" faciəsində düyün baş qəhrəmanın ruhla görüşü və ondan sonra atasının qətlinə görə xain kraldan qisas almaq qərarından ibarətdir. Düyün süjetin əsas elementlərindən biridir. == Ədəbiyyat == Завязка // Литературная энциклопедия терминов и понятий. Институт научной информации по общественным наукам РАН: Интелвак. Под ред. Николюкин, Александр Николаевич. 2001. ISBN 5-93264-026-X. Завязка // Словарь литературоведческих терминов.
Dəhvul ərz
Dəhvul ərz — Müsəlmanlara görə Yer kürəsinin Kəbə evinin altından genişlənməsi günüdür və o gün Hicri-Qəməri təqvimi ilə Zilqədə ayının 25-nə təsadüf edir. Müsəlmanlara görə bu gün il ərzində olan ən fəzilətli günlərindən biridir. Müsəlmanlar üçün o günün orucu çox fəzilətli və məqbul sayılır. İslamı rəvayətlərdə buyurulur ki, Dəhvul ərz gününün orucu yetmiş ilin orucuna bərabərdir. O günün orucunun yetmiş ilin kəffarə orucuna bərabər olması vurğulanır. Hər kəs o günü orucu tutub, gecəsini ibadətlə keçirsə, onun üçün yüz ilin ibadəti yazılar və bu günü oruc tutan şəxs üçün göylər və yer arasında olan hər bir şey istiğfar edər. O gün elə bir gündür ki, Allahın rəhməti hər yeri bürüyür. == İstinadlar == == Mənbə == Əbədi nur jurnalının elmi heyəti. "Kəbə tövhid əhli üçün tikilən ilk evdir" (az.). ebedinur.net.
Hordeum durum
Jül Düpüi
Jül Düpüi (fr. Arsène Jules-Émile Juvenal Dupuit; 18 may 1804, Fossano[d], Pyemont – 5 sentyabr 1866, Parisin 16-cı dairəsi[d] və ya Paris) — fransız mühəndis, mexanik və iqtisadçı, marjinalizmin qabaqcıllarından biri. == Bioqrafiyası == Jül 18 may 1804-cü ildə İtaliyada anadan olub (o dövr Napoleon qoşunları tərəfindən işğal edilmişdi). Jül 10 yaşında olanda ailəsi Fransaya köçdü. 1822-ci ildə Parisdə yerləşən Politexnik məktəbini bitirmişdir. Mühəndis olaraq işləyərək yol obyektlərini dizayn etmiş və 1843-cü ildə bu fəaliyyətinə görə Fəxri Legion Ordenini almışdır. == Elmi fəaliyyəti == === Mexanika === 1830-cu illərdə Jül Düpüi, üfüqi müstəviyə yuvarlandıqda radiusu R {\displaystyle R} olan silindrik bir silindirin yaşadığı müqaviməti təyin etmək üçün bir sıra təcrübələr aparmışdır. Bu məlumatları emal edərək 1837-ci ildə yuvarlanan sürtünmə qüvvəsi üçün R {\displaystyle {\sqrt {R}}} ilə tərs mütənasib bir düstur təklif etdi. Bunun ardından Dupuis ilə başqa bir Fransız mexanik - A. Morin arasında canlı və olduqca sərt bir müzakirə (1839-1841) davam etdi, təcrübə məlumatları Kulon düsturunun etibarlılığını inandırıcı şəkildə təsdiqlədi (ona görə yuvarlanan sürtünmə qüvvəsi R {\displaystyle R} ilə tərs mütənasibdir), sonra niyə Düpüinin yuvarlanan sürtünmə üzərində işi uzun müddət unuduldu. Lakin, XX əsrin ortalarında.
Kurul kətili
Kurul kətili (lat. Sella curulis) — söykənəcəyi olmayan, qaydalara görə tuncdan və fil sümüyündən hazırlanmış "X" şəkilli ayaqları olan, xüsusi bir oturacaq. Qədim Romada kurul kətilinə malik hüququ ancaq konsullara, ali magitratlara (kurullu magistrat — lat. magistratus curulis sözü buradan meydana gəlmişdir.) aid olmuşdur. Beləliklə kurul kətilinə konsullar, senzorlar, pretorlar və ordinar magistratlardan olan kurullu edillər, həmçinin fövqəladə magistratlar malik ola bilərdilər. Qaydalara görə kurul kətili magistratın başlıca dpvlət simvolu olduğu üçün hər zaman onun ardınca daşınmalı idi. Qay Yuli Sezar ilk olaraq qızıldan hazırlanmış kuril kətilinə malik olmuşdur.