Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Elat
Elat (ümumtürk el-ölkə, xalq) — əsasən [[Azərbaycan] ərazisində yarıköçəri(yaylaq -qışlaq)maldarlıqla məşğul olan sosial zümrə. Oturaq rəiyyətdən fərqli olaraq, elat xeyli az vergi yükü daşıyırdı, ancaq əvəzində bir çox elat tayfaları hərbi mükəlləfiyət daşıyırdı. Bir çox hallarda bir ərazinin rəyyəti hansısa elata təhkim olunurdu. Faktiki olaraq həmin ərazidə yaşayan elat, ona təhkim olunmuş rəyyəti qoruyur, onun əvəzinə döyüşə gedirdi. Bunun səbəbi Orta Əsrlərdə qoşunların əsasən atlı olmasında idi. Elat termini daha çox türksoylu xalqlara aid edilirdi.
HEAT
Yüksək partlayıcılı tank əleyhinə mərmi (ing. high-explosive anti-tank) (HEAT) və ya Kumulyativ mərmi - kumulyativ effektdən istifadə olunan əsas artelleriya təyinatlı mərmi növüdür. Zirehli (tank, pzm və sairə), eləcə də dəmir-beton hədəfləri vurmaq üçün nəzərdə tutulur. Kumulyativ mərmi korpusdan, partlayıcı doldurucudan, kumulyativ çuxurcuqdan, partladıcıdan və trasserdən ibarətdir. Yüksək çıxış sürətini Neuman effekti ilə istifadə edərək möhkəm və qalın zirehi daha təsirli bir şəkildə vurur. Səs sürətindən 25 dəfə daha sürətli hərəkət edərək, zirehə yüksək təsir göstərir. Mərminin xarici hissəsi metal astarla örtülmüşdür. İkinci Dünya Müharibəsi dövründə misdən istifadə edilmişdir. Mərmi tank zirehinə çatmazdan 2 metr əvvəl əsasən bölünür və dağılır. HEAT mərmisinin effekttivliyi əsasən döyüş başlığının diametri ilə mütənasibdir.
Ədat
Ədat — sözlərin və cümlələrin təsir gücünü artıran köməkçi nitq hissəsi. Ədatlar cümləyə müxtəlif cəhətdən məna incəlikləri verir, ifadənin səlistləşməsinə və fikrin məntiqi qurulmasına xidmət edir. 'Ən, lap, daha, axı, hətta, artıq, -ca², da, də, ha, düz, bir, ki, necə, nə, belə, olduqca, heç ' ədatları qüvvətləndirici ədatlardır. Məsələn: Lap başımı itirmişəm. Artıq mən belə fikirlə razı deyiləm. Axı o bununla maraqlanırdı? Sən bunu desən belə, heç kəs razı olmayacaq. Bunu mütləq deməlisən ha! Hətta mən də bunu bilmirdim. Düz yanında dayandı.
Əhlat
Əxlat (türk. Ahlat) — Van gölünün şimal-qərb sahilində, əhalisi 35 000 nəfər olan, Bitlis ilinin tərkibində bir ilçə. Şimalında Muş ilinə bağlı Bulanıq və Malazgirt ilçələri, qərbində Muş ili, cənubunda Van gölü, şimal-qərbində Tatvan və Bitlis, şərqində isə yenə Van gölü və Adilcəvaz ilçəsiylə həmsərhəddir. Şəhərin ən qədim sakinləri urartlar buranı Halads adlandırarkən, türklər və iranlılar "Əxlat", kürdlər "Xelat", ermənilər "Xlat", süryanilər "Kelat", ərəblər isə "Xilat" adlandırmışlar. İslam aləmində "Qübbət-ül islam" kimi də tanınır.
Hat
Hat — Azərbaycan Respublikasının Qubadlı rayonunun Başarat kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. == Toponimikası == Hat kəndi Qarabağ silsiləsinin ətəyindədir. Keçmiş adı Böyük Hat olmuş, yaxınlığındakı Kiçik Hat kəndinin əhalisi buraya köçürüldükdən sonra, böyük komponenti ixtisara uğramışdır. Yaşayış məntəqəsini əliyanlı tayfasına mənsub ailələr salmışlar. Tədqiqatçılara görə, oykonim həd (kənar, qıraq) sözündəndir.
Aapravasi-Qhat
Aapravasi-Qhat (hind. आप्रवासी घाट – İmmiqrasiya deposu) — Mavrikinin paytaxtı Port-Luizdə yerləşən və Hindistandan məcburi və ya müqaviləli işçi qüvvəsi alan ilk İngilis koloniyası olan bina kompleksidir. 1849-1923-cü illərdə yarım milyon hindistanlı məcburi köçkün Britaniya İmperiyasındakı plantasiyalara aparılmaq üçün İmmiqrasiya deposundan keçdi. İşçilərin genişmiqyaslı miqrasiyası bir çox keçmiş Britaniya koloniyalarının cəmiyyətlərində silinməz iz buraxdı və hindlilər milli əhalinin əsas hissəsini təşkil etdi. Təkcə Mavritaniyada indiki ümumi əhalinin 68 faizi hind mənşəlidir. Beləliklə İmmiqrasiya Anbarı Mavritaniyanın tarixində və mədəni kimliyində əhəmiyyətli bir istinad nöqtəsinə çevrildi. Ərazidəki bütün kompleksdən üç daş binanın yalnız qismən qalığı qalmışdır. Bunlar indi Mavritaniya milli irsi qanunvericiliyinə əsasən milli bir abidə olaraq qorunur. İmmiqrasiya Anbarının sosial tarixdəki rolu 2006-cı ildə UNESCO tərəfindən Ümumdünya irsi elan edilərək tanınıb. Bəzi zəif binaların 1860-cı illərdəki halına qaytarılması üçün mühafizə işləri aparılır.
Elat mahalı
Elat mahalı — Şirvan xanlığının inzibati ərazilərindən biri. == Tarixi == Kürdəmir, Ağsu, Sabirabad, Hacıqabul, Neftçala, Salyan və Şamaxı rayonlarının ərazisindəki kəndlərdə məskunlaşmışlar. Mahalın hakimi Məmməd bəy Əmirsəliyev (19-cu əsrin birinci yarısı) idi. == Əhalisi == Burada 1821-ci ildə 20 obada (Bəyi, Xalac, Ərəbəbdülkərim, Bozavand, Qovlar, Paşalı, Zəngənə, Qaraimanlı, Karrar, Bayat, Pərdili, Xınıslı, Cəyirli, Birinci Ucarlı, İkinci Ucarlı, Üçüncü Ucarlı, Mirikənd, Taliş, Şamlı, Göylər) 1016 ailə yaşayırdı. == İqtisadiyyatı == Elat mahalının sakinləri maldarlıq, əkinçilik və bağçılıqla məşğul olurdular. == İstinadlar == == Həmçinin bax == Şirvan xanlığı == Xarici keçidlər == Fariz Xəlilli-Tarix üzrə fəlsəfə doktoru. "Şirvan xanlığının süqutu: özündən sonra qalanlar…" (az.). Musavat.az. İstifadə tarixi: 2017-04-03. Fariz Xəlilli-Tarix üzrə fəlsəfə doktoru.
Miami Heat
Mayami Hit — Florida ştatının Mayami şəhərini təmsil edən peşəkar basketbol klubu. NBA-da Şərq Konfransında mübarizə aparır.
Toğrul Erat
Toğrul Erat (17 iyun 1992, Zolingen[d], Şimali Reyn-Vestfaliya) — futbolçu, Almaniyanın Fortuna klubunun və Azərbaycan U-21 yığma komandasının yarımmüdafiəçisi. Toğrul Erat 1992-ci ildə Almaniyada türk ailəsində anadan olub. Uşaqlıqda SC Union Nettetal komandasında oynamağa başlayıb. 2009-cu ildən karyerasını Fortuna Dusseldorf klubunda davam etdirib. 2010–2013-cü illər arasında Toğrul Fortunanın ikinci heyətində çıxış edərək, 74 oyunda 11 dəfə fərqlənib. Daha sonradan əsas komandaya gətirilən T. Erat, 2013-cü ilin dekabr ayında Fortunanın əsas heyətində debüt edib. Bununla da Toğrul, 2-ci Bundesliqada oynayan ilk azərbaycanlı olub. Fortunanın heyətində keçirdiyi ikinci oyunda Toğrul qol hesabını açıb. Hal-hazırda Toğrul Erat Fortuna klubunun əsas heyət oyunçusudur. 2013-cü ildən Toğrul Erat Azərbaycan U21 komandasının şərəfini qoruyur.
What If
True That
True That — Kanada aktyoru və musiqiçisi Maykl Seranın debüt studiya albomu. 8 avqust 2014-cü ildə Bandcamp üzərindən buraxılıb.
Medikan Hat
Medisin-Hat — Kanadanın Alberta vilayətində şəhər.
Medisin-Hat
Medisin-Hat — Kanadanın Alberta vilayətində şəhər.
Elat Yalqızağac (Mərənd)
Elat Yalqızağac (fars. ايلات يالقوزاغاج‎) - İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,501 nəfər yaşayır (352 ailə).
Elat bayramı (Gürcüstan)
Gürcüstandakı etnik Azərbaycanlılar "Elat mədəniyyət günləri" adlı bayram keçirirlər. Həmin gün dünyanın dörd bir yanından olan türk köklü xalqlar bir yerə toplanır. Elat mədəniyyət bayramı ənənəvi olaraq Gürcüstanın Dmanisi rayonunun Armudlu yaylasında təşkil edilir. == Tarixi == Elat nə deməkdir? Bayramın adının Elat olması da təsadüfi seçilməyib. Elat "köçərilik, tərəkəməlik" mənasını verir. Yəni yerini dəyişən, yaylaqdan qışlağa köç edən, zəhmətkeş, əli qabarlı xalqı tərənnüm edir. Bu bayram günü həm də təsərrüfatçıların arandan yaylağa qayıtdığı zamana təsadüf edir. Məhz bu bayramın həvəsinə dağlara çəkilmiş fermerlər malqarasını geri qaytarmağa tələsir. Yaylaqda mal- qara otaran Zaur Məmmədovun sözlərinə görə "Elat bayramı" günü bütün maldarlar Armudluqda olacaq.
Esat Oktay Yıldıran
Əsəd Oqtay İldıran (türk. Esat Oktay Yıldıran; 15 fevral 1949 – 22 oktyabr 1988, İstanbul) — Türkiyə hərbçisi. O, Kipr əməliyyatında iştirak etmiş və 1980-ci il dövlət çevrilişindən sonra Diyarbəkir həbsxanasında daxili təhlükəsizlik komandiri vəzifəsində çalışmışdır. İldıranın Diyarbəkir həbsxanasında işlədiyi müddətdə məhbuslara işgəncə verdiyinə dair iddialar var. O, 22 oktyabr 1988-ci ildə sui-qəsd nəticəsində öldürülmüşdür. İldıranın nəşi Ədirnəqapı şəhidliyində dəfn edilmişdir. == Fəaliyyəti == Əsəd Oqtay İldıran 1974-cü ildə Kipr əməliyyatında xidmət etmişdir. Əsəd Oqtay İldıran 12 sentyabr dövlət çevrilişindən sonra 24 fevral 1981-ci il tarixindən 1983-cü ilə qədər Diyarbəkir E tipli hərbi həbsxanasında təhlükəsizlik rəisi vəzifəsində çalışmışdır. O, Ankaradan Diyarbəkirə göndərilmiş və kiçik gizir Mövlud Ağqoyun əvəzinə bu vəzifənin icrasına başlamışdır. İldıranın vəzifədə olduğu müddətdə məhbuslara işgəncə verməsi ilə bağlı iddialar var.
Internet Relay Chat
Internet Relay Chat və ya IRC (azərb. Retranslasiyalı İnternet Çat‎) – real rejimdə digər insanlar ilə şəbəkə vasitəsilə danışa bilinən retranslasiyalı sistem xidməti. Sistem 1988-ci ildə fin tələbə Yarko Oykarinen tərəfindən (Jarkko Oikarinen) tərəfindən yaradılıb. Sistem qısa olaraq IRC adlandırılır. Dünyada IRC ilk dəfə olaraq Fars körfəzindəki müharibə (Səhrada tufan) zamanı populyarlıq qazanmağa başladı. Məhz o dövrdə, 1991-ci ildə müharibələrin getdiyi dövrdə dünyadan gələn bütün məlumatlar, xəbərlər bir yerdə yığılaraq on-line rejimdə IRC vasitəsilə retraanlasiya edilirdi. == İzahı == IRC serverinə qoşulduqda istifadəçi qarşısında kanallar çıxır. Əgər kanal operatorları və ya sahiblərinin icazəsi varsa ora istənilən istifadəçi daxil ola bilər (qoşula bilər). Kanal virtual otaq rolunu oynayır. Əgər hər-hansı limit yoxdursa bura Planetin istənilən yerindən adam qoşula bilər.
Hat Point yarımadası
Hat Point yarımadası (ing. Hut Point Peninsula) — Eni 4,8 km, uzunluğu 24 km təşkil edir. Cənub-qərbi sıldırımlıdır, Erebus vulkanı və Ross adası onun yaxınlığında yerləşir. Robert Skott 1901-1904-ci illərdə (Diskaveri) əraziyə ilk ekspedisiya təşkil edir. Hat Pointdə xüsusi düşərgə yaradılır. Ernest Seklton əraziyə təşkil etdiyi ekspedisiya zamanı düşərgədən yararlanır (Nimrod). Növbəti dəfə təşkil edilən ekspedisiya zamanı düşərgədən istifadə edilir (Terra Nova 1907-1909). 1914-1917-ci illərdə əraziyə "İmperator transantarktik ekspedisiya" təşkil edilir. Yarımadada MakMedro (ABŞ) və Skott Beys (Yeni Zellandiya) elmi stansiya fəaliyyət göstərir. Antarktida haqqında konvensiyaya görə "Diskoveri" düşərgəsi xüsusi qorunan ərazilərdən biridir.
Red Hat Linux
Red Hat Linux – Linux əməliyyat sisteminin Red Hat şirkətinə məxsus distributivi. İlk versiyası 1995-ci, son versiyası isə 2003-cü ildə buraxılıb. Red Hat Linux əsasında bir sıra başqa distrubutivlər, o cümlədən,Mandriva və ASPLinux yaradılıb. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Whatever People Say I Am, That's What I'm Not
Whatever People Say I Am, That's What I'm Not — ingilis rok qrupu Arctic Monkeys-in 23 yanvar 2006-cı ildə Domino tərəfindən buraxılan ilk albomu. Qrupun keçmiş bas ifaçısı Endi Nikolsonun yer aldığı yeganə albomudur.
Everyway That I Can
That Night (Carousel mahnısı)
That Night (azərb. O gecə‎) — Latviyanın 2019 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Carousel "That Night" mahnısı ilə Latviyanı İsrailin Tel-Əviv şəhərində keçirilən Avroviziya 2019-da təmsil etmişdir. Mahnının musiqisi Markis Vasilyevskis və Aleksandrs Volks, sözləri isə Sabine Juqaya aiddir.
What's the Pressure
What's the Pressure (azərb. Bu nə basqıdır‎) — Belçikanın 2016 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Laura Tesoro "What's the Pressure" mahnısı ilə Belçikanı İsveçin paytaxtı Stokholmda keçirilən Avroviziya 2016-da təmsil etmiş və finalda 10-cu yeri tutmuşdur. Mahnı Sanne Putseys, Luis Favre və Birsen Uçar tərəfindən bəstələnmişdir.
Hear What I Say (albom)
Hear What I Say (azərb. Eşidin mən nə deyirəm‎) – C. C. Catch-in 1989-cu ildə çıxardığı albomudur. Diter Bolen bu alboma prodüserlik etməmişdir.
What if? (Dinə Qaripova mahnısı)
"What if?" (azərb. Nə olardı?‎) — Tatar mənşəli Rusiya müğənnisi Dinə Qaripovanın bəşəriyyətə mərhəmət və vəhdəti təbliğ edən həzin sülh balladası. Mahnı Rusiyanı 2013 Avroviziya Mahnı Müsabiqəsində uğurla təmsil etmişdir. İstedadlı ifaçı Dinə Qaripovanın səsləndirdiyi "What if?" musiqi əsərinin sözləri və bəstəsi Qabriel Alares, Yoakim Byörnberq və Leonid Qutkin tərəfindən ərsəyə gətirildi. Mahnının sözləri bəşəriyyəti əbədi sülh və mərhəmətə səsləyən mühüm sual üzərində qurulmuşdur. İfaçı insanların eyni ulduzu paylaşmasına baxmayaraq, "Mənlik" duyğusu və kinlə silahlanan yer kürəsini "Kosmosda kiçicik bir ada" kimi səciyyələndirir. İsanları vəhdətə dəvət edən, şüar xarakterli "Nə olardı?" sualı kövrək mərhəməti özündə təcəssüm etdirməkdədir. Avroviziya Mahnı Müsabiqəsi 2013 Rusiyanın milli yayım şirkəti (C1R) 19 fevral 2013-cü il tarixində daxili seçim üsulu vasitəsilə ölkəni 2013 Avroviziya Mahnı Müsabiqəsində Dinə Qaripovanın təmsil edəcəyini elan etmişdir. Seçilmiş mahnı 24 fevral 2013-cü il tarixində açıqlandı. Mahnı ifaçı tərəfindən ilk dəfə Moldova milli finalında təqdim edilmişdir.
Ahar
Əhər (azərb. اهر‎) — İranın Şərqi Azərbaycan ostanındakı Əhər şəhristanının inzibati mərkəzi. 2016-cı il hesablamalarına görə Şərqi Azərbaycan ostanının ən çox əhali məskunlaşan IV şəhəridir. Əhalisinin sayı 100,641 nəfər və ya 20,844 ailə olmuşdur. Əhər 18 və 19-cu əsrlərdə Qaradağ xanlığının paytaxtı olmuşdur. == Təbii fəlakətlər == 2012-ci il, 11 avqust tarixdə, şənbə günü, günorta saatlarında Təbriz və Əhər şəhərləri yaxınlığında 6.4 və 6.3 gücündə təkanlar baş vermiş və bundan sonra 55-dən artıq afterşok qeydə alınmışdır. Zəlzələdə xeyli sayda insan həlak olmuşdur. == İqtisadiyyatı == 1960-cı illərin əvvələrinə qədər Əhər Qaradağ vilayətinin iqtisadi mərkəzi olmuşdur. Qaradağ vilayətində yaşayan köçəri tayfalar hər il Əhər bazarında öz məhsullarını dəyişdirmiş və ya satmışdırlar. Qaradağ vilayətindən çıxarılan kömür Əhərə gətirilir və buradan da Təbrizə göndərilir.
Arat
Arhat
Arhat (sanskritcə: ləyaqətli, hörmətli, məşhur) — buddizmdə "nirvanaya daxil olmağa layiqli" olan; Budda müqəddəsi, ilk dəfə Budda Şakyamuni özünü arhat adlandırmış, ondan sonra şagirdləri va ardıcılları da bu adı ("Buddadan sonrakı Buddalar") daşımışlar. Hinayana məktəblərində, xüsusilə therevadada arhatliq ruhani kamilliyinin yüksək pilləsidir; arhat həyatını başa vurduqdan sonra bir daha yenidəndoğulma vərhələsini yaşamır, birbaşa nirvanaya keçir. İnsan təbiətinin bütün qeyri-kamilliklərindən, "mən" haqqında yanlış fikirlərdən tam azad olmuş arhat (kişi, yaxud qadın) üçlü biliyə (özünün əvvəlki doğulmaları, başqa şəxslərin doğulmaları və əqli pozuntunun aradan qaldırılması haqqında) malikdir. Mahayana ədəbiyyatinda arhatlarin "Budda torpaqlarında (buddha-kşetra) yaşamasında bəhs olunur. Mahayana ikonoqrafiyasında arhatın təsvirinə tez-tez rast gəlinir: məsələn, "Budda 16 böyük arhatın əhatəsində" adlı məşhur əsərdə.
BMAT
Beynəlxalq Mülki Aviasiya Təşkilatı və ya qısaca ICAO — BMT-nin agentliyi, qərargahı Monrealdadır (Kanada). 1947-ci ilin aprel ayında formalaşmışdır. 190 üzvü var, rəsmi dilləri ingilis, ərəb, çin, fransız, ispan və rus dilləridir. ICAO-nun məqsədi bütün dünyada Beynəlxalq Mülki aviasiyanın təhlükəsiz, nizamlı inkişafını və mülki aviasiyanın, o cümlədən beynəlxalq daşımaların bütün məsələləri üzrə beynəlxalq əməkdaşlığın təşkili və əlaqələndirilməsinin digər aspektlərini təmin etməkdir. ICAO-nun qaydalarına uyğun olaraq beynəlxalq hava məkanı uçuş informasiyasının rayonlarına və hava hərəkətinə nəzarət vasitələrinin imkanları nəzərə alınmaqla sərhədləri müəyyən edilən hava məkanına bölünmüşdür. ICAO-nun funksiyalarından biridə aeroportlara aeronaviqasiya və hava limanları üzrə meteoroloji məlumatların ötürülməsi üçün istifadə olunan dörd hərfli fərdi identifikator — kodların, uçuş planlarının (flight-plans), mülki aerodromların radionaviqasiya xəritələrində təyin olunması və s. təyin edilməsidir. 1992-ci ildə ICAO dekabrın 7-ni Mülki aviasiya günü elan edib. Gələcəkdə bu qərar BMT tərəfindən dəstəklənib. == ICAO nizamnaməsi == Hal-hazırda 190 deyil, 193 üzv vardır.(2022) Beynəlxalq Mülki Aviasiya Konvensiyası (həmçinin Çikaqo Konvensiyası adı ilə tanınır) zamanı təqdim olunan doqquzuncu redaksiya ICAO-nun rəsmi nizamnaməsi hesab olunur ki, bu da 1948-ci ildən 2006-cı ilə qədər olan dəyişiklikləri əhatə edir (ICAO Doc 7300/9).
EBay
eBay — internet üzərindəki ən böyük hərrac üsulu alver saytıdır. 1995-ci ildə İran əsilli Pyer Omidyar tərəfindən qurulmuşdur. Şirkət mərkəzi Amerika Birləşmiş Ştatları ilə yanaşı Argentina, Avstraliya, Avstriya, Belçika, Braziliya, Kanada, Çin, Fransa, Almaniya, Honq Konq, Hindistan, İran, İrlandiya, İtaliya, Koreya, Malayziya, Meksika, Niderland, Yeni Zelandiya, Filippin, Sinqapur, İspaniya, İsveç, İsveçrə, Tayvan, İngiltərə və Türkiyədə də fəaliyyət göstərməkdədir. Satıcı və alıcı arasında, məhsulu saytında nəşr edərək, vasitəçilik etməkdədir. Satılacaq məhsul üçün əvvəl siyahılama pulu və əgər məhsul satılsa bir də satış qiyməti üzərindən kəsilmə olmaq üzrə satıcını qiymətləndirər. Alıcı bağlanış qiyməti və ifadə edilən məktub ödənişi xaricində bir ödəniş ödəməz. Beynəlxalq pul göndərmək üçün ödəmə şəklinə və tərzinə görə vasitəçi təşkilata pul ödəmək lazım gəlmir. Ən məşhur ödəmə şəkli PayPal olmaqla birlikdə Western Union, kredit kartları və banklar arası pul transferi də bəzi satıcılar tərəfindən qəbul edilməkdədir. eBayda hər məhsulun satıcısı fərqli olduğundan hər təqdim edilən məhsulun tərifi və ödəmə şəkli müxtəlifdir. Ən çox problem bu sahədə olmaqla birlikdə, məktubda itmə və zərər görməyə qarşı sığorta, əgər təqdim edilmişsə, əlavə olunması tövsiyə edilər.
Edam
Edam və ya ölüm hökmü, ya da ölüm cəzası — cəza növü kimi insanı həyatdan məhrum etmək. Həm hüquqi, həm cinayət aktı kimi ola bilər. Bir sıra ölkələrdə ölüm hökmü ən ağır cinayətlərə görə cəza növü kimi təyin olunmuş və hələ də qalmaqdadır. Bir sıra ölkələrdə isə o qanunla ləğv edilib. Ölüm hökmünün ən yayılmış növü güllələnmədir. Digər növləri zəhərli iynə vurulması, elektrik stulu, dar ağacı, baş kəsilməsi və daşqalaqdır. == Tarixi == Dünyada hazırda edam cəzaları öncədən planlaşdırılmış cinayətlər, casusluq, vətənə xəyanət, əxlaqsızlıq və s. cinayətlərə görə tətbiq edilir. İslam ölkələrində isə zina, uşaqbazlıq kimi cinayətlərə, həmçinin dinini dəyişənlərə ölüm hökmü kəsilir. İranda parlamentin 2007-ci ildə çıxardığı son qərarla pornoqrafik çəkilişlərlə məşğul olan şəxslər, internetdə erotik və pornoqrafik çəkilişlər yayımlayan şəxslər də edam edilir.
Deşat
Deşat (alb. Vargmali i Deshatit, mak. Дешат) — Albaniya və Şimali Makedoniya sərhəddində yerləşən dağ massivi. Massiv özünün dik zirvələri ilə tanınır. == Ümumi məlumat == Deşat massivi Şar — Korab — Deşat — Stoqovo — Karaorman dağ silsiləsinin bir hissəsidir. Ərazinin ən yüksək zirvəsi Velivardı. Onun hündürlüyü dəniz səviyyəsindən 2369 metrdir. Digər hündür zirvələr Krçin (2345 m), Deli-Senisa (2179 m) və Suva-Varadır (2140 m). Deşat silsiləsi şimaldan Korab silsiləsi ilə, qərbdən və şərqdən Qara Drin, Radika çaylarının vadiləri ilə həmsərhəddir. Radika çayı Deşat massivini Bistra və Stoqovo massivlərindən ayırır.
Brat
Brat — İngiltərə müğənnisi Charli XCX-nin altıncı studiya albomu. 7 iyun 2024-cü ildə Atlantic Records tərəfindən buraxılıb.