Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Azərbaycan Şəhid Mədani Universiteti
Azərbaycan Şəhid Mədəni Universiteti (fars. دانشگاه شهید مدنی آذربایجان‎‎) - Şərqi Azərbaycan ostanının Təbriz şəhərində yerləşən universitet. 1987-ci ildə yaradılmış bu universitet daha çox sadəcə Azərbaycan Universiteti adlandırılır. Bakalavr və magistr dərəcələrində ümumilikdə 7500 nəfər tələbə təhsil alır. Universitetdə əsasən mühəndislik, təməl elm sahələri, ədəbiyyat və teologiya tədris edilir."Research Gate"nin son reytinq cədvəlində görə 1716,47 bal toplamışdır. == Tarixi == Bu universitet 1987-ci ildə Tehran Tərbiyət Müəllim Universitetinin Təbrizdəki filialı kimi yaradılmışdı. Bu Tehrandakı pedoqoji universitetin Təbrizdə filialını yaratmaqda məqsəd İran İslam Respublikasının təhsil siyasətinin lisey və texniki məktəblərə tədbiqinə yardım etmək olmuşdur. 1988-ci ildə universitet Təbriz Tərbiyət Müəllim Universiteti adı altında müstəqil universitet oldu. Bir müddət sonra universitetin adı Azərbaycan Tərbiyət Müəllim Universiteti olaraq dəyişdirildi. 2012-ci ildə İranın təhsil siyasətinin dəyişməsi nəticəsində universitetin təhsil təyinatı da dəyişdirildi və o, ümumi təhsil verən universitetə çevrildi.
Şeyx Əhməd Mədani üsyanı
Şeyx Əhməd Mədani üsyanı — İranın Qamsirat bölgəsində 1730-cu ilin yanvarında başlayıb 1734-cü ilin may ayına qədər davam edən üsyan. Üsyan Səfəvi imperiyasına qarşı olmaqla birlikdə, əfqanların imperiya ərazilərindən qovulması ilə eyni dövrdə başlamış, Şeyx Əhməd Mədaninin ələ keçirilməsi ilə də sonlanmışdır. Şeyx Əhməd Mədani ələ keçirildikdən sonra da üsyan zəifləsə də bir müddət davam etmiş və iyun ayının ortalarında tamamilə yatırılmışdır. == Arxa plan == İsfahanın ələ keçirilməsindən sonra Səfəvi sülaləsi hakimiyyətdən devrilmiş və Hotakilərin komandanı Mir Mahmud özünü şah elan etmişdi. Lakin onlar bütün imperiya ərazisinə nəzarət etmirdilər. Əvvəlcə İsfahan ətrafındakı məntəqələr tabe etdirildi, daha sonra İraqi Əcəmdə bir sıra ərazilər ələ keçirildi. Yalnız bundan sonra onlar cənuba doğru yönəlməyə başladılar. Onlar əvvəldə ərəb dərəbəylərindən olan Hacı Baqeri tabe etdirdilər. Hacı Baqer Şəhrza bölgəsini idarə etməkdə idi. Bundan sonra 28 iyulda Şiraz mühasirəyə alındı və 1724-cü ilin aprelində ələ keçirildi.
Mədain
Ktesifon (yun. Κτησιφῶν (Ktēsiphōn), pəhl. Tyspwn, fars. تیسفون‎ (Tisfun), ərəb. قطسيفون‎ (Qaṭaysfūn), erm. Տիզբոն (Tizbon)) — Parfiyanın, sonra Sasanilərin paytaxtı. Azərbaycan tarixi ədəbiyyatında Mədain kimi xatırlanır. == Tarixi == Mədain-digər adı ilə Ktesifon şəhəri əvvəlcə Parfiyanın, sonra Sasanilər imperiyasının paytaxtı idi. İndi xarabalıqları İraqın şərqində yerləşir. Ərəblər Mədaini Səvad adlandırırdılar.
Pedant
Pedant (it. Pedante tərbiyəçi, müəllim) xırdaçıl, izafi dərəcədə dəqiqçil, məlumatfüruş, özünü hərtərəfli bilikli göstərməyə, öz biliyini nümayiş etdirərək, başqalarna ağıl öyrətməyə çalışan adam. Bu cür yersiz formal hallar isə pedantizm sayılır.Xalq arasında çox vaxt bu cür insanlar "xırdaçıl", "zəhlətökən", "hərfbaz", "bürokrat" adlandırılırlar. Məsələn; bir dinləyicinin mühazirəçiyə əhəmiyyət kəsb etməyən ədədi (99 qəpik əvəzinə 1 manat; saat 12:29 əvəzinə 12:30; oksigenin atmosferdə miqdarı:20,942 % əvəzinə 21 %) yuvarlaq ifadə etməsinə görə nümayişkarcasına tututduğu irad. Ziqmund Freyd psixoseksual inkişafın fazaları mülahizəsində pedantizmi "anal fazanın" bir xarakter tipi hesab edir.
Tsedani
Tsedani (gürc. ცედანი) — Gürcüstanın Xaşuri bələdiyyəsinin inzibati ərazi vahidində kənd. == Əhali == 2002 siyahıyaalmaya görə kəndin əhalisi 104 nəfər idi. 2014-cü ildə 59 nəfər yaşayırdı. == Ədəbiyyat == Gürcüstan Sovet Ensiklopediyası, XI cild, səh.
Zegani
Zegani (gürc. ზეგანი) – Gürcüstanın Abxaziya bölgəsinin Suxumi ərazisində yerləşən kənd. Dəniz səviyəsindən 280m hündürlüktə, Suxumidən 12 km uzağlıktadır. 2008-ci ildə Rusiya Federasiyası tərəfindən işğal edilib. == Ədəbiyyat == ენციკლოპედია „საქართველო“, ტ. 3, თბ., 2014. — გვ. 329..
Fədai
Fədai (ərəb. الفدائي‎, əsli "fidai"dir, ərəbcədən din naminə, ideya naminə özünü qurban verən deməkdir) — əsasən Yaxın və Orta Şərqin müsəlman ölkələrinə işlədilən termindir. Fədai dedikdə sosial, sosial-dini xarakter, milli azadlıq və millətçilik xarakteri daşıyan şüarlar altında aparılan silahlı mübarizənin iştirakçısı başa düşülür. == Mənbə == İslam (qısa məlumat kitabı). Azərbaycan Sovet Ensiklopediyasının Baş Redaksiyası. Bakı: 1989, səh.111.
Medan
Medan — İndoneziyanın Şimali Sumatra əyalətinin paytaxtı. Sumatranın ən böyük şəhəri və İndoneziyada şəhərlərin ölçüsünə görə 2016-cı ildə təxmini əhalisi 2.229.408 olan beşinci ən çox əhalisi olan şəhərdir. Rəsmi olaraq Mebidanqro (metropol olaraq) olaraq bilinən Medan metropol bölgəsində 4.6 milyon insan yaşayır.Bu ölkənin beşinci ən böyük metropol bölgəsidir və Yava xaricində ən böyükdür. Medan çox mədəniyyətli bir paytaxt və Malakka boğazı ilə həmsərhəd bir ticarət şəhəridir. İndoneziyanın qərb hissəsinə açılan bir qapı olan Medan Belavan limanı və Kualanamu Beynəlxalq Hava Limanı tərəfindən dəstəklənir, hər ikisi də şəhərin mərkəzinə pullu yol və dəmir yolu ilə bağlanır. Milli İnkişaf Planlaşdırma Agentliyinə görə Medan Cakarta, Surabaya və Makasarla yanaşı İndoneziyanın dörd əsas mərkəzi şəhərlərindən biridir.
"Layell" medalı
Layell medalı (Lyell Medal) — London Geologiya Cəmiyyətinin geologiya sahəsində yüksək nailiyyətlərə görə elmi təltifi. Medal müasir geologiya elminin banisi, "XIX əsrin ən görkəmli alimlərindən biri olan" İngiltərə geoloqu Çarlz Layellin (1797–1875) şərəfinə adlandırılmışdır..
"Müharibə" medalı
Hərb medalı — Osmanlı imperiyası tərəfindən yaradılmış hərbi medal. İngilislər tərəfindən Gelibolu ulduzu (The Gallipolli Star), almanlar tərəfindən isə Dəmir hilal (Eiserner Halbmond) deyə adlandırılmışdır. Sultan V Mehmed tərəfindən döyüşlərdə fərqlənənləri mükafatlandırmaq üçün yaradılmışdır. Bu medal daha çox I Dünya müharibəsi zamanı döyüşən Osmanlı hərbçilərinə və Osmanlı ərazisində döyüşən Osmanlı müttəfiqi olan dövlətlərin hərbçilərinə verilmişdir. == Dizaynı == Medalın üz tərəfindən beş guşəli qırmızı ulduz, onun ortasında göstərişli hilal vardır. Hilalın içində Osmanlı sultanı Mehmed Rəşadın tuğrası vardır. Bundan əlavə tuğranın altına, hicri təqvimə görə medalın verildiyi tarix olan 1333 (miladi 1915-ci il) ili işlənmişdir. == Taxılması == Rəsmi geyim zamanı medal formanın mərkəz tərəfinə, sağ sinə cibinni altına taxılırdı. Hər gün lent dəyişilməli idi. Lent formanın ikinci düymə yerindən birləşdirilirdi.
"Sənətkar" medalı
"Sənətkar" medalı — Azərbaycan Teatr Xadimləri İttifaqı tərəfindən təsis edilən mükafat. Azərbaycan Milli Peşəkar Teatrı günüdə dramaturqlara, yazıçılara səhnəmizdə xidmətləri olan sənət adamlarına təqdim olunur.
"Tərəqqi" medalı
"Tərəqqi" medalı — Azərbaycanın dövlət təltifi. "Tərəqqi" medalı, Azərbaycan Prezidenti Əbülfəz Elçibəyin 1992-ci il 10 noyabr tarixli 370 nömrəli Qanunu ilə təsis edilib. Heydər Əliyevin 1993-cü il 6 dekabr tarixli 758 saylı Qanunu ilə isə, medalın əsasnaməsi və təsviri təsdiq edilib. == Əsasnaməsi == "Tərəqqi" medalının əsasnaməsi, Heydər Əliyevin 1993-cü il 6 dekabr tarixli 758 saylı Qanunu ilə təsdiq edildi. 1. "Tərəqqi" medalı Azərbaycan vətəndaşlarına, əcnəbi vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə aşağıdakılara görə verilir: 1.1. Kənd təsərrüfatı və sənaye sahəsində qazandıqları uğurlara görə; 1.2. Böyük əhəmiyyətli ixtiralara və səmərələşdirici təkliflərin verilməsinə görə; 1.3. Elm, mədəniyyət, ədəbiyyat, incəsənət, hüquq, təhsil və səhiyyə sahələrində xidmətlərinə görə; 1.4. Xalq təsərrüfatı obyektlərinin inşasında, yenidən qurulmasında görkəmli xidmətlərinə görə; 1.5.
Abay meydanı
Abay Meydanı (qaz. Абай алаңы) Qazaxıstanın Almatı şəhərindəki bir meydandır. Meydan Abay Kunanbayevin adını daşıyır. Meydanda ümumi bir bağ və fəvvarələr var. Meydan Respublika Sarayının qarşısında yerləşir. Ətrafında Qazaxıstan oteli, Arman kinoteatrı və Kök Töbe Parkına birləşdirən kanat dayanacağı var.Abay meydanında tez-tez xalq yığıncaqları, mərasimlər və konsertlər keçirilir. == Tarixi == Meydan 19-cu əsrin sonunda yaradılmışdır. Abay və Lenin Küçələrinin küncündə 1960-cı ildə Abay Kunanbayevə abidə qoyulmuşdur. Sonrakı illərdə "Arman" kinoteatrı və Kök Töbe kanat stansiyası ilə birlikdə binalar tikildi. 1970-ci ildə Lenin Sarayı (indiki Respublika Sarayı), ardından Qazaxıstan oteli və fəvvarələrlə təchiz olunmuş hovuz tikildi.Meydana adı verilən Abay Kunanbayev, 19-cu əsrin sonlarında yaşamış bir Qazax türkü idi.
Amblyseius lemani
Amblyseius lemani (lat. Amblyseius lemani) — phytoseiidae fəsiləsinin amblyseius cinsinə aid heyvan növü. == İstinadlar == Amblyseius lemani Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Analıq medalı
Analıq medalı - SSRİ Ali Sovetinin 8 iyul 1944-cü il tarixli qanunu ilə təsis olunmuş SSRİ medalı. == Qalereya == == Xarici keçidlər == Медаль Материнства.
Aviceda jerdoni
Jerdon kəkilli çalağanı (lat. Aviceda jerdoni) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin kəkilli çalağan cinsinə aid heyvan növü.
Azadi meydanı
Azadi meydanı (fars. میدان آزادی; Meydane Azadi‎) — Azadlıq meydanı mənasını daşıyan meydan, İranın paytaxtı Tehranın simvollarından biridir. 50 m hündürlüyü olan Azadi qülləsi meydanın mərkəzində yerləşir. İran İslam İnqilabından əvvəl Şahyad meydanı (fars. شهیاد‎) "Şahın yadı" meydanı adlandırılırdı.
Azadlıq meydanı
Azadlıq meydanı (Bakı) — Bakının ən böyük və mərkəzi meydanı.
Azneft meydanı
Azneft meydanı – Bakı şəhərinin Səbail rayonunda meydan. == Tikililəri == === Seyid Mirbabayevin sarayı === Azneft meydanında yerləşən və vaxtilə Azərbaycanın neft milyonçularından biri olan Mirtağı Babayevə məxsus olmuş saraydır. === Four Seasons Hotel Baku === Azneft meydanında yerləşən və gözəl memarlıq üslubuna malik tikililərdən biri də dəbdəbəli Four Seasons otelidir. === Heydər Əliyev Fondu === === Bakı bulvarı === Azneft meydanının cənub hissəsi Bakı bulvarına açılır.
Azərbaycan medalı
Azərbaycan medalı (fars. نشان آذرآبادگان‎) — İran şahı Məhəmməd Rza Pəhləvi tərəfindən 12 dekabr 1946-cı il tarixində təsis edilmiş medal. 1945-ci ilin dekabrında Azərbaycan Demokrat Firqəsi Seyid Cəfər Pişəvəri öndərliyindəki Azərbaycan Milli Hökumətini təsis etmişdir. Buna baxmayaraq, İran ordusu ABŞ və Böyük Britaniyanın dəstəyi ilə Təbriz şəhərinə yenidən daxil olur və Azərbaycan Milli Hökumətini işğal edir. Şah Azərbaycan böhranı zamanı vuruşmuş hərbi qulluqçuları bu medalla mükafatlandırmışdı.
Babək meydanı
Babək meydanı — Naxçıvan şəhərində dəmiryolu vağzalının qarşısında, Əliqulu Qəmküsar küçəsi və Əlincə məhəlləsinin kəsişdiyi ərazidə yerləşir == Haqqında == 1989-cu ildən Babək meydanı adlandırılmışdır. Meydanda Babəkin at üstündə abidəsi ucaldılmışdır (heykəltaraş Naxçıvan Muxtar Respublikasının əməkdar incəsənət xadimi E.Cəfərovdur). Babək meydanında dəmiryol işçiləri parkı, məişət, iaşə, ticarət və s.xidmət obyektləri var. == Mənbə == Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 54-55. ISBN 5-8066-1468-9.
Bartolomeo Şedoni
Bartolomeo Skedoni (it. Bartolomeo Schedoni; doğum 1578 - ölüm 1615) — Recco nel Emiliyadan olan italyan erkən barokko rəssamı. Skedoni adı ilə də tanınır.Skedoni Modenada anadan olub və sonra atası ilə Parmaya köçüb. O, 1598-ci ildən sonra Romada Federiko Zukarinin yanında Parma hersoqu Ranussi I Farnesenin himayədarlığı ilə dərslər keçib. Sonra Skedoni Parmaya geri dönüb. Barokko incəsənət tarixçisi Karlo Sezar Malvaziya onun Bolonyada Anibal Karraçinin yanında dərslər keçdiyini iddia edir. Skedoni qumarda böyük məğlubiyyətindən bir gecə sonra intihar edərək öldüyü ehtimal olunur. Onun rəsmləri Karavacconun işlərini bildiyini göstərir. Onun şah əsərləri Parma Milli Qalereyasında saxlanılır.
Bayraq Meydanı
Dövlət Bayrağı Meydanı
Bazar Meydanı
Sıratağlı dini-memarlıq kompleksi, Bazar meydanı və ya Xanəgah kompleksi — İçəri Şəhərdə yerləşən və ölkə əhəmiyyətli abidə olan sıratağlı dini-memarlıq kompleksi. Qız Qalasının şimаl tərəfində 1964-cü ildə aparılan arxeoloji qazıntı işləri zаmаnı mаrаqlı quruluşа mаlik sıratağlı аbidə аşkаr оlunmuşdur. == Quruluşu == Abidənin hər tərəfdən səki və sütunlu tağlarla əhatə olunması Məscidül-Həramı xatırladır. Aparılan arxeoloji qazıntılar nəticəsində bu ərazidən 52 qəbir aşkar olunmuşdur. Qəbirlərin əksəriyyəti "əmanət meyitlər"dir. Abidə ərazisində və tağlar altında olan qəbirlər yəqin ki, başqa yerdən gətirilən "əmanət meyitlər"ə məxsus olmuşdur. Müsəlman adətlərinə görə bəzi şəxslər öldükdən sonra müqəddəs yerlərdə basdırılmalarını vəsiyyət edirdilər. Nəzərdə tutulmuş müqəddəs yer çox uzaq olduqda meyiti əmanət olaraq yaxın yerlərdə basdırırdılar. Həyətin ortasında, qəbirlərin yanında silindrik formalı bir quyu və ondan bir qədər aralı cənub-şərq tərəfdə səkkizguşəli böyük bir sütun aşkar olunmuşdur. Sütün daşla hörülmüş səkkizguşəli, üç pilləli səki üzərində dayanmışdır.
Bədavi Hüseynov
Bədavi Hüseynov (11 iyul 1991[…], Kaspiysk, Dağıstan) —Azərbaycanlı futbolçu. Mövqeyi müdafiəçi olan Bədavi Hüseynov, 2012-ci ildən Azərbaycan Premyer Liqasında çıxış edən "Qarabağ" komandasında mübarizə aparır. Milliyyətcə ləzgidir.Bədavi Hüseynov həmçinin 2012-ci ildən Azərbaycan yığmasının uğurları üçün çalışır. Azərbaycan yığmasında 24 oyunda meydana daxil olan Bədavi Hüseynov, karyerası ərzində 3 dəfə Azərbaycan Premyer Liqasının, 2 dəfə isə Azərbaycan Kubokunun çempionu olub. == Həyatı == Bədavi Hüseynov 11 iyul 1991-ci ildə Dağıstanın Kaspiysk şəhərində anadan olub. Bədavi Hüseynov 2007-ci ildə futbol karyerasına yerli "Dağdizel" komandasının heyətində başladı. 2010-cu ilin avqust ayında Bədavi Hüseynov "Anji" komandasının əvəzedici heyətinə transfer olundu. O burada mövsüm ərzində 11 oyunda meydana daxil oldu. 2011-ci il mövsümündə isə Bədavi Hüseynov bir oyun istisna olmaqla "Anji"-nin heyətində bütün çempionat oyunlarında meydana daxil oldu. Növbəti mövsüm o "Anji"-nin əvəzedici heyətinin kapitanı olmasına baxmayaraq Azərbaycan Premyer Liqasında mübarizə aparan "Sumqayıt" komandasına 2011/2012 mövsümünün sonuna gədər icarəyə verildi.
Copli Medalı
Kopli medalı (ingiliscə Copley medal) — elm adamları üçün İngiltərədə yaranmış Royal Society tərəfindən verilən elmi mükafatdır. Bu mükafat həm Royal Society tərəfindən, həm də dünyada ən qədim medal kimi tanınır. Kopli medalı ilk dəfə 1731-ci ildə verilməyə başlanıb və bu günə qədər hər il bu davam etdirilir. Medal öz adını varlı bir torpaq sahibi və özü də Royal Society təşkilatının üzvü olan Godfrey Koplidən alıb. Medalın səthi gümüşdən olub 5000 sterlinlik pul mükafatı ilə verilir. Bu medalı qazanan elm adamları arasında Çarlz Darvin, Albert Eynşteyn və Léon Foucault və 52 Nobel mükafatı (17-si fizika,14-ü kimya,21-i fiziologiya və tibb üzrə) qazanmış Con Dezaguilers də var. Bu medalı qazanan yeganə qadın elm adamı 1976-cı ildə Doroti Hodkin olmuşdur.
Corc meydanı
Corc meydanı (ing. George Square) — Qlazqonun mərkəzində yerləşən meydan.