Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Zazeran
Zaziran — İranın İsfahan ostanının Fəlavərcan şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 7,670 nəfər və 2,003 ailədən ibarət idi.
Zəfəran
Zəfəran (lat. Crocus) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin süsənkimilər fəsiləsinə aid bitki cinsi. Bu bitkinin 1 qramı 100 litr suyu sarı rəngə boyayır. Gövdə, demək olar ki, inkişaf etmir. Yarpaqlar kökətrafınada yerləşərək rozet əmələ gətirir. Yazın əvvəllərində çiçək açır. Çiçək yağmurlu havalarda və gecələr qapanır. Zəfəranın çiçəyinin dişiciyindən ədviyyat kimi istifadə olunur. Soyuq və şaxtalı havalara tab gətirə bilən zəfəranın kökü −18°dən +40°-dək temperaturda inkişaf edir. Amma çiçəkləmə dövründə, əksinə olaraq quru və günəşli hava əlverişlidir, çünki zəfəranın çiçəkləri donmağa qarşı çox həssasdır.
Adi zəfəran
Adi zəfəran (lat. Crocus sativus) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin süsənkimilər fəsiləsinin zəfəran cinsinə aid bitki növü. Yeraltı yumruları ilə çoxalan birillik bitkidir. Zəfəran ədviyyatı ağırlığına görə dünyanın ən bahalı olanıdır. Azərbaycanda zəfəran xörəklərdə ətirli ədviyyə kimi çox qədim vaxtdan istifadə olunur. "Zəfəranlı aş", "zəfəranlı piti" adlanan xörəklər çoxlarına məlumdur. == Satışı == Bu ədviyyatın qiyməti 400 ilə 1000 dollar arasında dəyişir. Əlbəttə bunların da arasında qismən keyfiyyəti aşağı olan növləri vardır. Misal olaraq İran zəfəranının kiloqramı 460 dollara satılır. Yunanlara məxsus zəfəranın kiloqramı isə 800 dollara yaxındır.
Gözəl zəfəran
Gözəl zəfəran — (lat. Crocus speciosus Bieb.). Süsənkimilər – (İridaceae Juss.). fəsiləsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir –VU B1ab(iii) + 2ab(iii). Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir, soğanağı yumru, şarvari, 1–2 sm diametrli, əsası əlavə yumrucuqludur. Yarpaqlar xəttvari, 3 mm enində, çiçəkləmədən sonra inkişaf edir, növbəti yazda 10–40 sm hündürlüyünə çatır. Çiçəkyanlığı 3–6 sm uzunluğunda, parlaq – bənövşəyi, əsnəyi ağımtıl, çılpaq, kənarı uzunsov və ya ellipsivari, lansetşəkilli, uzununa tünd-qırmızı zolaqlıdır. Xarici yarpaqların xaricdən əsası tünd – qırmızıdır.
Zəfəran (1976)
Zəfəran (Sabunçu)
Zəfəran — Bakı şəhərinin Sabunçu rayonunun Bilgəh qəsəbə inzibati ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 8 fevral 2000-ci il tarixli, 809-IQ saylı Qərarı ilə Bakı şəhərinin Sabunçu rayonunun Bilgəh qəsəbə inzibati ərazi vahidi tərkibindəki Zəfəran qəsəbəsi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılmışdır. == Toponimikası == Yaşayış məntəqəsi 1930-cu illərin əvvəllərində təşkil edilmiş zəfəran sovxozunun fəhlələri üçün salınmışdır. 1965-ci ildən Zəfəran adlanmışdır. Oykonim zəfəran bitkisinin adı ilə bağlıdır. == Tarixi == === Tarixi abidələri === == Coğrafiyası və iqlimi == Qəsəbə Bilgəh qəsəbəsi yaxınlığında yerləşmişdir.
Zəfəran (dəqiqləşdirmə)
Zəfəran — süsənkimilər fəsiləsinə aid bitki cinsi. Zəfəran (Sabunçu) — Bakı şəhərinin Sabunçu rayonunun Bilgəh qəsəbə inzibati ərazi vahidində qəsəbə. Zəfəran (Qəzvin) — İranda kənd. Zəfəran (film, 1976) — film.
Zəfəran (film, 1976)
Latəran
Latəran (fars. لاطران‎) — İranın Ərdəbil ostanının Səreyn şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 168 nəfər yaşayır (35 ailə).
Saleran
Saleran (fr. Salérans, oks. Salerans) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Ribyer kantonuna daxildir. INSEE kodu — 05160. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 78 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 50 yaş arasında (15-64 yaş arasında) 26 nəfər iqtisadi fəal, 24 nəfər fəaliyyətsiz (fəaliyyət göstərici 52.0%, 1999-cu ildə 44.2%) idi. Fəal olan 26 nəfərdən 20 nəfər (10 kişi və 10 qadın), 6 nəfər işsiz (3 kişi və 3 qadın) idi.
Xavəran
Xavəran - İranın Fars ostanının Sərvistan şəhristanının Xavəran bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5,137 nəfər və 1,303 ailədən ibarət idi.
Zaberqan
Zaberqan (yun. Ζαβεργάν; VI əsr – VI əsr) — 550 və 582-ci illər arasında hökm sürmüş Kutriqur Bulqarlarının hökmdarı və Avropa Hunlarının xanı. Ondan öncə gələn hökmdar Sinnion sondan gələn isə Qostundur.
Zadəgan
Zadəganlar, zadəganlıq — feodal dövlətlərdə ali, imtiyazlı silklərdən (ruhanilərlə bərabər) biri. Onların siyasi qüdrətinin əsasını təhkimli kəndlilərin işlədildiyi torpaq mülkiyyəti təşkil edirdi.
Zahedan
Zahedan — İranın Sistan və Bəlucistan ostanının mərkəzi. Pakistanla sərhəddə yerləşir.
Zaziran
Zaziran — İranın İsfahan ostanının Fəlavərcan şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 7,670 nəfər və 2,003 ailədən ibarət idi.
Bafran
Bafran — İranın İsfahan ostanının Nayin şəhristanının Mərkəzi bəxşində şəhər.
Safran
Safran — aeronavtika, kosmos və müdafiə sahələrində beynəlxalq səviyyədə mövcud olan böyük bir Fransız sənaye və texnoloji qrupudur. 2005 -ci ildə Snecma və Sagem şirkətlərinin birləşməsi ilə yaranıb. 2011-ci ilin sentyabr ayından etibarən CAC 40-da siyahıya alınmışdır. Onun şirkətləri təyyarə mühərriklərinin, helikopterlərin və raketlərin, təyyarə avadanlıqlarının və müdafiənin dizaynı və istehsalıdır. 2018 -ci ildə Zodiac Aerospace-in mənimsənilməsindən sonra, qrupun 2020-ci ilin sentyabr ayının sonunda 81,000-dən çox işçisi var idi.
Adam zəfəranı
Adam zəfəranı (lat. Crocus adami) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin süsənkimilər fəsiləsinin zəfəran cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU B1ab(iii,iv)+2ab(iii). Nadir növdür. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Soğanaqlı yumru-şarvari, yumurtaşəkilli, üzəri, çox sayda dərivari, qəhvəyi örtüklə örtülüdür. Aşağı hissədən halqaşəkilli ayrılmışdır. Yarpaqları 3-7 ədəd çiçəklə bir vaxtda görünür, dar-xətvari, еnində çılpaq çiçəyə bərabərdir. Çiçəkyanlğı bükükdə qızılı-sarı, xarici tərəfdən şırımlı, еrkəkcikləri sarı rəngdə, dişicik ağızcığı narıncı, tozcuqdan hündürdür. == Bioloji, еkoloji və fitosеnoloji xüsusiyyətləri == Çiçəkləmə-mеyvə əmələgətirmə dövrü aprеl-may aylarına təsadüf edir.
Ankara zəfəranı
Ankara zəfəranı (lat. Crocus ancyrensis) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin süsənkimilər fəsiləsinin zəfəran cinsinə aid bitki növü. Türkiyənin endemik bitkisidir. Beynəlxalq Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi Birliyi tərəfindən Kiçik təhlükə altında olan növ kimi göstərilir. Öz elmi adını Ankaranın antik adından almışdır — Ancyra. == Yayılması == Yabanı halda Türkiyənin şimal-şərqində və Mərkəzi Anadolu ərazisində yayılmışdır. Türkiyənin Amasiya, Ankara, Bolu, Çorum, Kastamonu, Kırşəhər, Kayseri, Qəhrəmanmaraş, Samsun, Sivas və Yozğad illəri ərazisində rastlanılır. Əsasən 1000-1600 metr hündürlükdə, qayalı torpaqlarda, quru meşələr, çəmənliklər, kolluqlar və iynəyarpaqlı meşələrdə rastlanılırlar. Şaxtaya davamlı, isti sevməz, suya tələbkar bitkidir. Avropada bahalı dibçək bitki kimi yetişdirilir və "Golden Bunch" (qızıl buket) kimi tanınır.
Karl Zaleman
Karl Qermanoviç Zaleman (28 dekabr 1849 - 13 dekabr 1916) — Rusiya şərqşünası. == Həyatı == Karl Qermanoviç Zaleman orta təhsilini Revalda aldıqdan sonra Sankt-Peterburq Universitetinin şərq dilləri fakültəsinə daxil olmuşdur. 1871-ci ildə bu fakültəni bitirən Zaleman 1873-cü ildə magistraturaya daxil olmuş, 1875-ci ildə "Xəqaninin rübailəri" adlı magistr dissertasiyasını müdafiə etmiş, daha sonra Peterburq Universitetində kitabxana köməkçisi vəzifəsində çalışmışdır. 1875-ci ildə 3 sınaq dərsi tədris etmiş, 1876-cı ildə sanskrit-fars şöbəsində "Avesta" və pəhləvi dərslərini tədris etməyə başlamışdır. Bu şöbədə 40 il professor olaraq çalışmış, çox sayda tələbə yetişdirmişdir. Zaleman türk dili və dialektləri ilə yaxından maraqlanmış, universitetdə tələbə ikən "Rusca-qumuqca lüğət"i yazmışdır (lüğət yazılı şəkildə qalmışdır). Daha sonra Orxon abidələri üzərində tədqiqat aparmışdır. Saleman "Altay dilinin qrammatikası" adlı əsərin müəllifidir. (Onun bu əsərlərinin əlyazıları Rusiya Elmlər Akademiyası Sankt-Peterburq bölməsinin arxivində saxlanılır). 1880-ci ildə Qazanda Qəyyum Nasiridən tatar dilini öyrənmiş, ingilis İncil dərnəyinin təklifi ilə İncili tatar dilinə tərcümə etmişdir.
Məfəran (Urmiya)
Məfəran (fars. ‎‎‎مافران‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 324 nəfər yaşayır (57 ailə).
Xəzər zəfəranı
Xəzər zəfəranı (lat. Crocus caspius) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin süsənkimilər fəsiləsinin zəfəran cinsinə aid bitki növü. == Arealı == Transqafqazdan İrana qədər ərazilərdə yayılmışdır. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Soğanaqlı yumrusu 2 sm hündürlükdə, 1 sm enində, üzəri pərdəli, tünd – qəhvəyi, lifli örtüklüdür. Daxili örtük qısa tükcüklüdür. Bitki 12-17 sm hündürlükdə; yarpaqlar çiçəklərlə birlikdə görünür. 5-7 ədəddir, bəzən çiçəklərdən hündür, çılpaq xətvari, 1,5-2 mm enində itidir. Çiçəklər ağ, əsnək narıncı, şırımısızdır. Çiçəkyanlığının kənarları uzunsov-ellipsivari, kütdür.
Zahedan şəhristanı
Zahedan şəhristanı— İranın Sistan və Bəlucistan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Zahedan şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 663,822 nəfər və 130,763 ailədən ibarət idi.
Şarl Laveran
Şarl Laveran (tam adı: Şarl Lui Alfons Laveran, fr. Charles Louis Alphonse Laveran; 18 iyun 1845[…], Paris – 18 may 1922[…], Paris) — Fransa alimi, həkimi, protistoloqu, epidemioloqu və Fransa ekzotik patologiya cəmiyyətinin banisi. == Həyatı == Görkəmli fransız alimi, həkim, protistoloq, epidemioloq və fransız ekzotik patologiya cəmiyyətinin banisi Şarl Lui Alfons Laveran Parisdə hərbçi və həkim ailəsində anadan olmuşdur. Onun atası hərbi həkim müfəttişi vəzifəsində işləmişdir. Atasının yolunu davam etdirən Laveran Strasburqda İmperator hərbi-tibb məktəbinə daxil olmuş, 1867-ci ildə həkim diplomu almışdır. Gənc Laveran Fransa-Prussiya müharibəsində hərbi həkim kimi xidmət etmişdir. O, 1875-ci ildə yazdığı bir elmi əsərində malyariya xəstəliyini araşdırmışdır. Bu xəstəlik həmin illər Fransada geniş yayılmasa da, Əlcəzairdə qulluq edən fransız əsgərləri üçün təhlükə mənbəyi idi. Buna görə onu malyariya xəstəliyinin yaranmasının səbəblərini araşdırmaq üçün Əlcəzairə göndərmişdilər. Beləliklə, Laveran apardığı tədqiqatlar nəticəsində bu gün tibb elmində plazmodilər (birhüceyrəli heyvanlar — qan parazitləri) kimi tanınan malyariya mikrobunun kəşfinə nail olmuşdur.
Əkin zəfəranı
Adi zəfəran (lat. Crocus sativus) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin süsənkimilər fəsiləsinin zəfəran cinsinə aid bitki növü. Yeraltı yumruları ilə çoxalan birillik bitkidir. Zəfəran ədviyyatı ağırlığına görə dünyanın ən bahalı olanıdır. Azərbaycanda zəfəran xörəklərdə ətirli ədviyyə kimi çox qədim vaxtdan istifadə olunur. "Zəfəranlı aş", "zəfəranlı piti" adlanan xörəklər çoxlarına məlumdur. == Satışı == Bu ədviyyatın qiyməti 400 ilə 1000 dollar arasında dəyişir. Əlbəttə bunların da arasında qismən keyfiyyəti aşağı olan növləri vardır. Misal olaraq İran zəfəranının kiloqramı 460 dollara satılır. Yunanlara məxsus zəfəranın kiloqramı isə 800 dollara yaxındır.