Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Nanıc
Nanıc — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Lahıc turizm zonasında yerləşir. Əhalisi 73 nəfərdir ki onunda 33 nəfəri kişi, 40 nəfəri qadındır.. Kənd əhalisi maldarlıqla və bostançılıqla məşğul olur. Kənd elektrik enerjisi ilə təmin edilir. Kənddə yeməkxana və çayxana yoxdur. Kəndə yay mövsümündə avtomobillə, qış mövsümündə isə Lahıc qəsəbəsindən sonra 10 km yolu piyada və ya atla eləcə də Namazgah kəndindən Müdrü çayı boyunca 8 km yolu atla və ya piyada getmək olar. Nanıc kəndindən Küpüc dağını aşmaqla atla Aşağı Cülyan kəndinə gəlmək üçün dağ yolu (cığır) vardır. İlin aprel-may aylarında kəndin ərazisində məşhur "Xarı-bülbül" çiçəyinə rast gəlmək olar.
Ananiy Zayonçkovski
Ananiy Zayonçkovski (pol. Ananiasz Zayączkowski; 12 noyabr 1903, Trakay, Vilen quberniyası[d] – 6 aprel 1970, Roma) — türk əslilli polyak alimi, şərqşünas, türkoloq, Polşa Elmlər Akademiyasının (PEA) akademiki (1952), Varşava Universitetinin professoru (1935-ci ildən). Polşa Karaimlər Birliyinin sədri. == Bioqrafiyası == Ananiy Zayonçkovski 12 noyabr 1903-cü ildə Vilna (indiki Vilnüs) şəhərində anadan olmuşdur. Valideynləri əslən Trakay karaimləri olan Akhiezer (Aleksandr) Zayonçkovski və Emiliya Bezekoviçdir. Ananiy iki il Vilnadakı Siqmund Avqust gimnaziyasında oxumuşdur. 1915-ci ildə, Birinci Dünya Müharibəsi zamanı, almanların Litvanı işğalı təhlükəsi yarananda Zayonçkovskilər ailəsi Krıma, doğma ata-baba yurduna köçürlər. Həmin dövrdə valideynləri Ananiyi Simferopol gimnaziyasına göndərirlər. Orta məktəbdə oxuyanda teatr gənc oğlanı o qədər özünə cəlb edirdi ki, yay tətillərində öz tamaşaları ilə bütün Cənub Sahilini gəzən həvəskar truppa təşkil edirdi. Anani bu tamaşalarda Otello, Onegin və Çatski rollarını canlandırırdı.
Kadir İnanır
Kadir İnanır (15 aprel 1949, Fatsa, Ordu, Türkiyə) — məşhur Türkiyə kino və televiziya aktyoru, rejissor, ssenari müəllifi, "Yeşilçam " kinostudiyasının ciddi və yaraşıqlı aktyorlarından biri. Bədii rəhbər, prodüser, layihə rəhbəri və aparıcı. 192 filmdə rol almışdır. == Həyatı == Qadir İnanır, 15 aprel 1949-cu ildə Orduya bağlı Fatsa rayonunda Mehmet İnanır, Rukiye İnanır cütlüyünün oğlu olaraq doğulmuşdur. Kadir İnanır, böyük bir ailənin son uşağıdır. Onun özündən 14 nəfər böyük qardaş-bacısı var. O, müxtəlif məktəb yarışlarında da qabiliyyətlərini nümayiş etdirdi. Kadir İnanır, oxuduğu İstanbul Heydərpaşa Liseyini və Marmara Universitetinin, Ünsiyyət fakültəsi, Radio Televiziya hissəsini bitirdi. 1967-ci ildə Səs jurnalının təşkil etdiyi "Film Sənətçi Yarışı"nda finala qaldı. Bir sonrakı ildə (1968) təşkil edilən Gizlənpaç qəzetinin "Fotoroman Sənətçi Yarışı"nda da birinci oldu.
Miconia inanis
Miconia inanis (lat. Miconia inanis) — melastomakimilər fəsiləsinin mikoniya cinsinə aid bitki növü.
Qadir İnanır
Kadir İnanır (15 aprel 1949, Fatsa, Ordu, Türkiyə) — məşhur Türkiyə kino və televiziya aktyoru, rejissor, ssenari müəllifi, "Yeşilçam " kinostudiyasının ciddi və yaraşıqlı aktyorlarından biri. Bədii rəhbər, prodüser, layihə rəhbəri və aparıcı. 192 filmdə rol almışdır. Qadir İnanır, 15 aprel 1949-cu ildə Orduya bağlı Fatsa rayonunda Mehmet İnanır, Rukiye İnanır cütlüyünün oğlu olaraq doğulmuşdur. Kadir İnanır, böyük bir ailənin son uşağıdır. Onun özündən 14 nəfər böyük qardaş-bacısı var. O, müxtəlif məktəb yarışlarında da qabiliyyətlərini nümayiş etdirdi. Kadir İnanır, oxuduğu İstanbul Heydərpaşa Liseyini və Marmara Universitetinin, Ünsiyyət fakültəsi, Radio Televiziya hissəsini bitirdi. 1967-ci ildə Səs jurnalının təşkil etdiyi "Film Sənətçi Yarışı"nda finala qaldı. Bir sonrakı ildə (1968) təşkil edilən Gizlənpaç qəzetinin "Fotoroman Sənətçi Yarışı"nda da birinci oldu.
Qədir İnanır
Kadir İnanır (15 aprel 1949, Fatsa, Ordu, Türkiyə) — məşhur Türkiyə kino və televiziya aktyoru, rejissor, ssenari müəllifi, "Yeşilçam " kinostudiyasının ciddi və yaraşıqlı aktyorlarından biri. Bədii rəhbər, prodüser, layihə rəhbəri və aparıcı. 192 filmdə rol almışdır. Qadir İnanır, 15 aprel 1949-cu ildə Orduya bağlı Fatsa rayonunda Mehmet İnanır, Rukiye İnanır cütlüyünün oğlu olaraq doğulmuşdur. Kadir İnanır, böyük bir ailənin son uşağıdır. Onun özündən 14 nəfər böyük qardaş-bacısı var. O, müxtəlif məktəb yarışlarında da qabiliyyətlərini nümayiş etdirdi. Kadir İnanır, oxuduğu İstanbul Heydərpaşa Liseyini və Marmara Universitetinin, Ünsiyyət fakültəsi, Radio Televiziya hissəsini bitirdi. 1967-ci ildə Səs jurnalının təşkil etdiyi "Film Sənətçi Yarışı"nda finala qaldı. Bir sonrakı ildə (1968) təşkil edilən Gizlənpaç qəzetinin "Fotoroman Sənətçi Yarışı"nda da birinci oldu.
Nani
Luiş Nani (17 noyabr 1986, Praya) — (Port. Luís Carlos Almeida da Cunha) Portuqaliyalı futbolçu. Valensiya klubunda oynayır.
Nanə
Nanə (lat. Mentha) — dalamazkimilər fəsiləsinə aid bitki cinsi. Dünyada 25-30 qədər növü olan, sağlamlıq baxımından son dərəcə faydalı, xoş qoxulu bir bitkidir. Daha çox nəmli yerləri sevir. İştah açır. Sinirləri sakitləşdirir və bədənə rahatlıq verir. Stressə və baş ağrısına yaxşı gəlir. Spazm və ürək döyüntüsü riskini azaldır. Qızdırmanı salır. Həzm sistemi və mədə üçün çox faydalıdır.
Nafiə Abid
Nafiə Abid (1903, Yanina) — milliyyətcə alban olan Azərbaycan şairi və yazıçısı. Yazdığı hekayə və şeirlər Azərbaycan türkcəsində olub, əsərlərində Azərbaycanın azadlıq mübarizəsini tərənnüm edib. Bir çox şeirləri Nafiə Şükrü imzasıyla çap olunmuşdur. Əmin Abid Gültəkinin həyat yoldaşıdır. 1903-cü ildə Yanya (indi Yunanıstanın tərkibindədir) şəhərində bir alban ailəsində doğulan Nafiənin ailəsi yunanların Osmanlı dövlətinə qarşı üsyanından sonra İstanbula köçür. Kiçik yaşlarında atası Əhməd Şükrünü itirir. Bundan sonra Nafiənin anası Zəhra Tevfik Tanurə ərə gedir. Beləliklə Nafiənin qızlıq sənədlərində Nafiə Tevfik Tanur qızı yazılır. 7 yaşında ikən İstanbuldakı Camlıq liseyinə daxil olan Nafiə 11 il orada təhsil alıraq, 18 yaşında oranı bitirir. Daha sonra birillik pedaqoji kursu bitirərək 1922-ci ildə İstanbul Universitetinin Tarix-ədəbiyyat fakültəsinə daxil olur.
Azərbaycan nanı
Nani Breqvadze
Nani Georgiyevna Breqvadze (gürc. ნანი გიორგის ასული ბრეგვაძე; 21 iyul 1936, Tbilisi, Gürcüstan SSR, SSRİ) — sovet və gürcü müğənnisi, pianoçu, pedaqoq. SSRİ xalq artisti (1983). Nani Breqvadze 21 iyul 1936-cı ildə (digər mənbəyə əsasən, 1938-ci ildə) Tbilisidə anadan olmuşdur. Musiqiçi ailəsində böyüyüb. Hələ altı yaşı olarkən, qədim rus mahnı və romanslarını ifa edirdi. Əvvəlcə musiqi məktəbini, sonra isə musiqi texnikumunu bitirib. 1956-cı ildən Gürcüstan Politexnik İnstitutunun özfəaliyyət estrada orkestrində iştirak edib. 1957-ci ildə Moskvada "Mən şamı söndürdüm" (rus. Потушила я свечу) 6-cı Ümumdünya gənclər və tələbələr festivalının laureatı olub.
Nanə Ağamalıyeva
Nanə Fazil qızı Ağamalıyeva (12 fevral 1980, Şiyəkəran, Astara rayonu) — Azərbaycan teleaparıcısı. Azad Azərbaycan TV-də aparıcı kimi çalışır. Bir sıra verlişlərin, o cümlədən, "Xalq parad", "Mənə biraz ondan danış", "Nanəli" və s. aparıcısı və müəllifidir. Nanə Fazil qızı Ağamalıyeva 1980-ci il fevralın 12-də Bakida anadan olub. Nanə Ağamalıyeva Azərbaycan Tibb Universitetini bitirib. Universitetdə çox fəal olmuş, "Çinar" rəqs qrupunda rəqs etmişdir. Universiteti bitirdikdən sonra diş həkimi işləmişdir.
Roberto Nani
Roberto Nani (14 dekabr 1988 Sondalo, İtaliya) — İtaliyalı dağ-xizək idmançısı. Roberto Nani İtaliyanı 2014-cü ildə Soçidə təşkil edilən XXII Qış Olimpiya Oyunlarında təmsil etdi. O, slalom və böyük slalom yarışları üzrə iştirak etmişdir. Roberto Nani birinci dəfə Olimpiya Oyunlarına 2014-cü ildə qatıldı. O, Soçidə baş tutan XXII Qış Olimpiya Oyunlarında kişilər böyük slalom yarışlarında iştirak etdi. 1:22.65 saniyəlik nəticəsi ilə 109 atlet arasında 12-ci yeri tutdu. Lakin ikinci mərhələdə oyundan kənarlaşdırıldı.
Sünbüllü nanə
Sünbüllü nanə (lat. Mentha spicata) — dalamazkimilər fəsiləsinin nanə cinsinə aid bitki növü. Mentha aquatica var. crispa (L.) Benth. Mentha cordifolia Mentha crispa Mentha spicata var. ciliata Druce Mentha spicata var. crispa (Benth.) Danert Mentha spicata var. viridis L. Mentha × villosa var.
İstiot nanə
Uzunyarpaq nanə
Uzunyarpaq nanə (lat. Mentha longifolia) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin nanə cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Hündürlüyü 30-100 sm, sürünən kökümsovlu, gövdəsi düz, dördtilli, sıx yumşaq və qısa tüklüdür, çox vaxt ağımtıl rəngdədir, adətən qollu-budaqlı olan çoxillik ot bitkisidir. Hündürlüyü 30-100 sm olan sürünən kokümsovlu çoxillik bitkidir. Gövdəsi düz, adətən budaqlı, kəsikdə dördkünc, yumşaq tüklü, ağımtıl rəngdədir. Yarpaqları oturaq, ucu biz, uzunsovyumurtavari, bəzən uzunsov-lansetvari, qıraqları mişarvari-diş-dişlidir, üstdən bozumtul-yaşıl, tükləşmiş, altdan ağ keçəvaridir. Çiçəkqrupu gövdənin və ya budaqların ucunda sıx, silindrikvari sünbül əmələ gətirir. Kasacığı zəngvari, çox tüklü, tacı 4–5 mm, çəhrayıdır. Qozcuqları yumurtavari, təpəsi tüklüdür. İyul (iyun)-avqust aylarında çiçəkləyir, sentyabr-oktyabr aylarında meyvə verir.
Məryəm Ananın Fərziyyəsi Kilsəsi (Hrubeşov)
Hrubeşovda Məryəm Ananın Fərziyyəsi Kilsəsi (pol. Cerkiew Zaśnięcia Najświętszej Maryi Panny w Hrubieszowie) – Polşanın Hrubeşov şəhərində yerləşən pravoslav kilsəsi. Polşa kilsələri içərisində ən monumental kilsə hesab olunur. Hrubeşovda pravoslav kilsəsinə aid ən qədim yazılı mənbə 1510-cu ilə aiddir. İndiki kilsənin yerində yerləşən kilsə 1520-ci illərdə tikilmişdir. Kilsənin qurucusu və sponsoru Sofroniy Kozula adlı yerli sakin olmuşdur. Bu kilsə 1785-ci ildə sökülmüşdür. İndiki kilsə binası 1873–1875-ci illərdə tikilmişdir. Binanın təməli 11 may 1883-cü ildə atılmışdır. Kilsə 13 may 1876-cı ildə Xelm-Varşava arxiyepiskopu Leontis tərəfindən təqdis olunmuşdur.
Nanə efir yağı
Nanə efir yağı — nanə cinsinə aid bitkilərin hava hissələrindən olan efir yağlarının böyük qrupunun ümumi adı, ilk növbədə nanə və tarla nanə yağlarıdır. Nanə efir yağları bitkinin kəsilmiş torpaq hissəsindən buxar distilləsi yolu ilə alınır. Nanə yağı Nanə yağı nanə yağı ailəsində "klassik"dir. Bu nanə M.viridis L. və M.aquatica arasında təbii növlərarası hibriddir. İngiltərədə onu "qara nanə" adlandırırdılar, uzun müddət ən yüksək keyfiyyət hesab edilən bu efir yağı idi. 20-ci əsrin əvvəllərində bu növ neftin ən böyük istehsalçısı Rusiya (Ukrayna nefti)dir. SSRİ-də ingilis cinsləri əsasında yaradılmış ən çox yayılmış sort Prilukskaya-6 (yağda 40–55% mentol, 20–30% menton) növüdür. Bu sort 1956-cı ildən Rusiya, Ukrayna, Qazaxıstan və digər ölkələrdə yetişdirilir. Tarla nanə yağı Tarla nanə yağı (Mentha arvensis L.) və ya Yapon nanəsi parfümeriya və kosmetika sənayesində (əsasən diş pastalarının bir hissəsi kimi) ən çox istifadə edilən yağlardan biridir. Mentolun yüksək tərkibi (bəzən 80%-dən çox) ilə seçilir Bu nanə bütün dünyada, ilk növbədə Çin və Braziliyada çox geniş şəkildə becərilir.
Müqəddəs Məryəm Ananın Miladı kilsəsi (Bakı)
Müqəddəs Məryəm Ananın Miladı kilsəsi (rus. Собор Рождества Пресвятой Богородицы) — Bakı yeparxiyası tabeliyində kilsə. Kilsə baş rahibi yerey Oleq Kosolapovdur, 3 rahib və 2 dyakon fəaliyyət göstərir. Bazilika formasında olan kilsə 1896-cı ildə ianələr hesabına inşa edilmişdir. Kilsədə prixod məktəbi fəaliyyət göstərmişdir. Oktyabr inqilabından sonra məbəd bağlanmış və hərbi kazarmaya çevrilmişdir. 1944-cü ildə bu ibadət ocağı yenidən Rus Pravoslav Kilsəsinə qaytarılmış və ona Stavropol-Bakı yeparxiyasının Kafedral Kilsəsi statusu verilmişdir. 1946-cı ildə Azərbaycandakı pravoslav kilsələrinin blaqoçini protoyereyi Sergey Kazanskinin təşəbbüsü ilə kilsədə əlavə mehrab quraşdırılmışdır. Kilsədə 1999-cu ildən 2001-ci ilə kimi Bakı və Xəzəryanı Yeparxiyanın yepiskopu Aleksandr İşeinin qayğısı ilə yenidənqurma işləri aparılmışdır. 26 may 2001-ci ildə Moskva və Ümumrusiya Patriarxı II Aleksi Müqəddəs Məryəm kilsəsinə baş çəkmiş və burada dua mərasimini həyata keçirmişdir.