Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Zola (Salmas)
Zula (fars. زولا‎‎) - İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə‎ 225 nəfər yaşayır (42 ailə).
Zola çayı
Zola çayı, İranın Cənubi Azərbaycan bölgəsində, Urmiya Gölünə axan çaydır. Çay, şimaldan Urmiya və qərbdən Salmas ilə əhatə olunur. Türkiyə ilə sərhədindəki dağlarda yüksələn Salmas Düzü boyu cənub-qərbə doğru axır. Çay, 846 km²lik bir toplam sahəyə malikdir. == Zola Rezervuaru == Çay suvarma məqsədilə bəndlənmişdir. Səddin hündürlüyü 83m, eni 287m olub mərkəzi gil nüvəsinə malik ərazi qaya bəndindən keçirilmişdir. Bənd 85 milyon m³ su tutur. == Ekologiya == Zola çayı, Urmiya gölü ekosisteminin mühüm bir komponentidir. Urmiya gölü hazırda qurumaqdadır və son illərdə fitoplankton səbəbi ilə qırmızı rəng alır. Bu çayın sağlamlığı, hövzənin sağlamlığının əhəmiyyətli bir göstəricisidir və bu səbəblə nəzarəti olduqca yüksək olmalıdır.
Cola
Kola (bitki) — əməköməcikimilər fəsiləsinə aid bitki cinsi. Kola (içki) — sərinləşdirici içki.
Kola
Kola (bitki) — əməköməcikimilər fəsiləsinə aid bitki cinsi. Kola (içki) — sərinləşdirici içki.
Yola
Yola — Nigeriyanın Adamava ştatının paytaxtı. == Adı == Şəhərin adı böyük düzənlik və ya geniş düzənlik torpaq deməkdir.
A Bola
A Bola (İngiliscə: "Top") Lissabonda dərc edilən portuqal dilində idman qəzetidir. == Tarix və Profil == A Bola 1945-ci ildə Kandido de Oliveyra və Ribeyro dos Reis tərəfindən Lissabon şəhərində təsis edilmiş və həftədə 2 dəfə çap edilirdi. 1995-ci ildən etibarən isə qəzet gündəlik olaraq çap edilməyə başlandı. Qəzetin aşağı hissəsində "Bütün idmanların qəzeti" başlığı əks olunsada əslində böyük ölçüdə futbol mövzusunu özündə əks edir. 1952–53 mövsümündən etibarən, qəzet Portuqaliya liqasının bombardirinə Gümüş top (Portuqaliya) mükafatını təqdim etməkdədir. Qəzet həmçinin Portuqaliya müstəmləkəsi olmuş bəzi Afrika ölkələrində çox populyardır. 2006-cı ildən etibarən isə qəzet portuqal əsilli əhalinin geniş yayıldığı Nyuark və Nyu-Cersi kimi Amerika Birləşmiş Ştatları şəhərlərində çap edilməkdədir. 2014-cü ildən isə qəzetin televiziya kanalı fəaliyyət göstərməkdədir.
Aktiv zona
Aktiv zona — nüvə reaktorunda nəzarət olunan zəncirvari reaksiyanın getdiyi boşluq; ağır elementlərin (uran, plutonium) nüvələrinin bölünmə reaksiyası nüvədaxili enerjinin ayrılması (əsasən, istilik şəklində) ilə müşayiət olunur. Aktiv zonada parçalanan maddə (blok və mil şəklində), yavaşıdıcı (əgər reaksiya sürətsiz neytronlarla baş verirsə), istilik daşıyıcısı (reaksiyadan ayrılan istiliyi aparmaq üçün), həmçinin reaktorun idarə olunması, qorunması və nəzarət üçün cihaz və qurğular yerləşir. Heterogen reaktorların (bu növ reaktorlar daha geniş yayılmışdır) aktiv zonasında yanacaq istilikdaşıyıcısı elementlər şəklində yerləşdirilir. Homogen reaktorlarda istilik borularla dövr edən istilikdaşıyıcı vasitəsilə, yaxud bilavasitə yavaşıdıcı yanacaq qarışığı ilə ayrılır. Fiziki baxımdan aktiv zonanın ən yaxşı forması kürə şəklindədir, konstruktiv baxımdan isə çox vaxt silindir şəklində hazırlanır. Neytronların kənara sızmasını azaltmaq məqsədi ilə aktiv zona neytronları əks etdirə bilən maddələrlə əhatə olunur. == Su ilə idarə olunan reaktorlar == Tipik bir təzyiqli su reaktorunun və ya qaynar su reaktorunun nüvəsinin içərisində hər birinin uzunluğu təxminən 4 m olan iri gel tipli mürəkkəb qələminin diametri olan yanacaq çubuqları var və onlar "yanacaq qurğuları" adlanan dəstələrdə yüzlərlə qruplaşdırılır. Hər bir yanacaq çubuğunun içərisində uran qranulları və ya daha çox uran oksidi uçdan uca yığılır. Həmçinin nüvənin içərisində neytronları asanlıqla tutan bor və ya hafnium və ya kadmium kimi maddələrin qranulları ilə doldurulmuş nəzarət çubuqları var. Nəzarət çubuqları nüvəyə endirildikdə, onlar neytronları udur və beləliklə, zəncirvari reaksiyada iştirak edə bilməzlər.
Arktik zona
ARKTİK ZONA (yun. arktos - şimal) — böyük landşaft bölgələrindən biri, Şimal buzlu okean ilə Tayqa meşələri arasındakı zolaq. 1) Yayda buzları tam əriməmiş, hərəkətdə olan şimal qütbünün ətrafı akvatoriya (83 - 80° ş.e.d.); 2) Dünya okeanının 500 – 1000 m dərinliyə qədər yerləşən temperatur zonası (boreal zonadan yuxarıda yerləşir). Burada bütün ilboyu temperatur 0° S - yə yaxındır. Onun mövsüm ərzində tərəddüdü 2 - 3° S – dən artıq olmur. Fotosintez edən bitkilərə rast gəlinmir, ancaq heterotrof bitkilər yaşayır. == İstinadlar == == Ədəbiyyat == R.Ə.Əliyeva, Q.T.Mustafayev. “Ekologiya” dərs vəsaiti. Bakı, “Bakı Dövlət Universiteti” nəşriyyatı, 2004, s. 379 – 384.
Batail zona
== Batail zona == Batail zona- dəniz və okeanların batial zonasında ( sahəsində) çökən vulkanik lillərdən, dərinlik qumlarından və çınqıl daşlarından ibarət, əsasən göy, yaşıl, qırmızı və boz rəngli çöküntülərə deyilir. Batial çöküntülərin tərkibində terrigen materiallar üstünlük təşkil edir. Batial çöküntülər dünya okeanı dibi sahəsinin 15,4%- ni örtür, əsasən materik yamaclarında yayılmışdır.
Batial zona
Batial zona və ya matеrik yamacı — mеylliyi daha yüksək, kifayət qədər parçalanmış, pilləvari, sualtı dağlar, tirələr, yüksəkliklər və çökəkliklərdən ibarət оlub, dünya okeanının 12%-i təşkil еdir. Zоna suyun zəif hərəkəti, tеmpеraturun aşağı оlması, qaranlıq оlması, özünəməхsus hеyvanat aləminin оlması ilə хaraktеrizə оlunur. == Batial fauna == Batial fauna - 500-3000 m də­rin­likdə dibdə və ya dəniz və okeanların su qatında məskunlaşan fauna. Batial fauna ümümi biokütləsi və növ müxtəlifliyi sublitoral şelf faunasına nisbətən az, abissal faunadan isə çoxdur. Batialın az meyilli qitə yamaclarında makrobentosunda detrityeyənlərin, dik yamaclarında isə sestonyeyənlərin biosenozları üstün­­lük təşkil edir. Fossil halda əsasən ikitayqabıqlı molyusklardan Tellinidae və Nuculani­dae qabıqları və süngərlərdən Tetra­xonida dəstəsinin silisium oksidli spikulları, habelə aqlylü­tiniv və sekresion foraminiferlər tapılır. == Həmçinin bax == Dəniz Okean Fauna == Mənbə == БСЭ. Статья "Батиаль". Автор О. К. Леонтьев. Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press.
Coca-Cola
Koka-Kola (ing. Coca-Cola) — 6 may 1886-cı ildə ABŞ- da yaradılmış sərinləşdirici içkilər istehsal edən The Coca-Cola Company şirkəti tərəfindən satışa çıxarılan qazlı sərinləşdirici içkidir. == İstehsalı == Coca-Cola, Amerika Birləşmiş Ştatları mənşəli, karamelize şəkərlə dadlandırılmış, spirtsiz içki markası. Coca-Cola və müxtəlif spirtsiz içki markalarının sahibi, mərkəzi ABŞ- ın Georgia əyalətində, Atlanta şəhərində olan çox millətli şirkətdir. 1886-cı ildə qurulan şirkətin səhmləri, Nyu York Birjasında KO qısaltması ilə əməliyyat göstərilir İkinci Dünya Müharibəsindən sonra Amerika həyat tərzinin bir simvolu olaraq əvvəl Avropada, sonra bütün dünyada məşhur reklam kampaniyaları ilə böyük bazar payı qazandı. Soyuq Döyüşün ardından Sovetlər Birliyi torpaqlarında və Şərqi Avropada istehsal və satışa başladı, bu bölgələrdə də spirtsiz içki bazarında güclü vəziyyətə gəldi. İdarə heyəti Başçısı (CEO) Türk iş adamı Muxtar Kentdir. Coca Cola və Pepsi- nin istehsal edən şirkətlər, Kaliforniya qanunlarına görə, məhsullarına xərçəng xəstəliyinin qonmaması üçün bu içkilərin tərkibini dəyişdirir. Yeni tərkibə görə, içkilərə karamel rəngini verən 4 — metilimidazol maddəsindən daha az istifadə ediləcək. 4 — metilimidazol, Kaliforniya əyalətinin xərçəngə gətirib çıxardığı düşünülən maddələr siyahısında iştirak edir.
Cola acuminata
Sivri kola (lat. Cola acuminata) - kola cinsinə aid bitki növü.
Cola nitida
Parlaq kola (lat. Cola nitida) - kola cinsinə aid bitki növü.
Coğrafi zona
== Coğrafi zona == Coğrafi zona- Coğrafi qurşaq daxilində ayrılan və fiziki-coğrafi rayonlaşdırmanın əsas bölgülərindən biridir. Coğrafi zona istilik və rütubət şəraitinin eyniliyi ilə səciyyələnir ki, bu da landşaftın və torpagın bioloji komponentlərinin, həmçinin ekzogen geomorfoloji proseslərin eyniliyini təyin edir. Coğrafi zona materik sektoru düzənliklərdə adətən enlik istiqamətində yerləşir və xeyli böyük sahə tutur. Bir-birini qanunauyğun əvəz edən coğrafi – zonalar arasında kəskin seçilən sərhəd yoxdur. Dağlıq ərazilərdə coğrafi zonalar azonal, xüsusilə oroqrafik amillərin təsiri nəticəsində, çox vaxt enlik istiqamətini dəyişərək, submeridional itiqamət alırlar ( məsələn, Şimali Amerikada). Coğrafi zonalar Dünya okeanında da (qurudan fərqli əlamətlərə görə ) ayrılır. Quruda coğrafi zona zahiri cəhətdən, adətən özünə xas olan bitki örtüyü ilə müəyyən edilir; ona görə də coxu bitki örtüyünün adı ilə adlanır; tundra zonası, meşə zonası, çöl zonası və s.
Crisalide (Vola)
Crisalide (Vola) — (azərb. Barama (Uç)‎) San-Marinonun 2013 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.
Dominik Kola
Dominik Kola (fr. Dominique Colas; 14 avqust 1944) — fransız politoloq, Parisdəki Siyasi Araşdırmalar İnstitutunun Siyasi Elmlər üzrə adyunkt-professoru. == Həyatı == === Təhsili === Dominik Kola 1967-ci ildə Sorbonnadan fəlsəfə dərəcəsini (DES) , ardından 1972-ci ildə Paris I Universitetində siyasət elmi dərəcəsi almışdır. 1980-ci ildən bəri D. Kola siyasi elmlər namizədidir. Doktorluq dissertasiyasını "Lenin inqilabi partiyası nəzəriyyəsi və onun siyasi nəticələri" mövzusunda yazmışdır. == Fəaliyyəti == 1970–1981-ci illərdə Orta Təhsil Fəlsəfəsi professoru, Saint-Quentin Texniki Məktəbi, daha sonra Lisey, Thiais-də Qiyam Apolliner. 1990–1995-ci illərdə Paris IX Universitetində professor. 1995-ci ildən IET Paris-də Siyasi Elmlər professoru. Elen Karrera d’Ankosanın yerinə DEA və PhD daxil olan Sovet və Şərqi Avropada aspiranturanın direktoru vəzifəsini icra etdi. 1994–1996-cı illərdə Moskva və Sankt-Peterburqda Fransız Universitet Kollecində müəllim.
Emil Zolya
Emil Zolya (fr. Émile Zola; 2 aprel 1840[…], Sen-Jozef küçəsi[d] – 29 sentyabr 1902[…], Paris, Üçüncü Fransa Respublikası[…]) — məşhur fransız yazıçı, XIX əsrin ikinci yarısında realizmin ən görkəmli nümayəndələrindən biri, naturalizm ədəbi cərəyanının rəhbəri və nəzəriyyəçisi. == Həyatı == Emil Zolya 1840-cı il dekabrın 2-də Parisdə yoxsul bir ailədə dünyaya gəlmiş, lakin uşaqlıq illərini Fransanın Ekzi şəhərində keçirmişdir. Atası Venesiya immiqrantı mühəndis Fransua Zolya, anası fransız Emili Ober idi. Atası erkən dünyasını dəyişdiyinə görə kiçik yaşlarından evin bütün yükü Emil Zolyanın üzərinə düşmüşdü. Emil Zolya Burbon kollecində təhsil almışdır. Ədəbiyyata olan marağı məktəb çağında dram, poeziya və teatra olan marağı ilə başlayıb. Aleksandr Düma, Ejen Syu, Pol Feval kimi bir çox məşhur yazıçıların bütün kitablarını oxumuşdur. Məktəb illərində Pol Sezan və onun yaxın dostu Jan Batist Bayl ilə tanış olur. Həmin bu üçlük Viktor Hüqonun əsərlərini oxuduqdan sonra onun şəxsiyyətindən təsirlənərək bir ilə kimi onu özlərinə ustad seçirlər.
Erogen zona
Erogen zona — insan bədəninin bir hissəsi hesab edilir. Erogen zonalar insan orqanizmində cinsi həssaslığı artıran hissələr sayılır. Cinsi fantaziyalar, cinsi oyanma və orqazm kimi cinsi reaksiyalar yarada bilər. Başqasının erogen zonasına toxunmaq fiziki yaxınlıq aktı hesab olunur.
Ezgi Mola
Mercan Ezgi Mola (d. 29 mart 1983, İstanbul) — teatr, film və televizya aktrisası. == Həyatı == 2000-ci ildə Akademiya İstanbulda təhsilinə başladı. Hələ 18 yaşı tamam olmadan Kartal Tibetin yönətdiyi Karate Can serialında ilk televiziya təcrübəsini qazandı. Müjdat Gezen Sənət Mərkəzinə qəbul oldu və 4 il təhsil aldı. Bu arada Aydoğan Temeldən də 2 il teatr təhsili aldı. Yenə Aydoğan Temelin liderliyindəki bir teatr mərkəzində "Çürük Alma" tamaşasında ilk səhnə təcrübəsini yaşadı. 2005-ci ilin Oktyabrında BKM Atölyəsinə qatıldı.2005-ci ildə saf bir saç ustası rolunu canlandırdığı "Hırsız Polis" serialının gördüyü böyük bir maraq sayəsində tanınmağa başladı.2006-cı ildə çəkilən "Hayatımın Kadınısın" filmindəki roluyla uğur qazandı. Bu filmdə şəxsi hədəf olaraq gördüyü Türkan Şoray ilə qarşılıqlı rol almaq fürsəti qazanaraq özünü göstərə biləcəyi bir rolu canlandırma şansı qazandı. Bu roluyla 2007-ci ildə Ən Yaxşı Qadın Yardımcı Oyunçu naminasiyasında Sadri Alışık mükafatına sahib oldu.
Garcinia kola
Garcinia kola (lat. Garcinia kola) — kluzikimilər fəsiləsinin qarsiniya cinsinə aid bitki növü.
Kejsi Tola
Keysi Tola (5 fevral 1992, Tirana) — Albaniya müğənnisi. == Həyatı == Keysi Tola 5 fevral 1992-ci ildə Albaniyanın paytaxtı Tirana şəhərində anadan olmuşdur. Albanian Idol 2007-nin qalibidir. 2009 Avroviziya Mahnı Müsabiqəsində Albaniyanı "Carry Me in Your Dreams" (Azərbaycan dilində: "Məni röyalarına apar") mahnısı ilə təmsil etmişdir. II yarımfinalda 73 xal toplayaraq 7-ci olmuş və finala keçmişdir. Finalda isə 48 xal toplayaraq 17-ci olmuşdur.
Keysi Tola
Keysi Tola (5 fevral 1992, Tirana) — Albaniya müğənnisi. == Həyatı == Keysi Tola 5 fevral 1992-ci ildə Albaniyanın paytaxtı Tirana şəhərində anadan olmuşdur. Albanian Idol 2007-nin qalibidir. 2009 Avroviziya Mahnı Müsabiqəsində Albaniyanı "Carry Me in Your Dreams" (Azərbaycan dilində: "Məni röyalarına apar") mahnısı ilə təmsil etmişdir. II yarımfinalda 73 xal toplayaraq 7-ci olmuş və finala keçmişdir. Finalda isə 48 xal toplayaraq 17-ci olmuşdur.
Kola (şəhər)
Kola — Rusiya Federasiyasında yerləşən şəhər, Murmansk vilayətinə daxildir.
Kola yarımadası
Kola yarımadası (Murman) — Rusiyanın Avropa hissəsinin şimal-qərbində Murmansk vilayətində yerləşir. Barens və Ağ dənizin sahilindədir. Sahəsi 100000 km²-a yaxındır. Yarımadanın qərb hissəsində Xibin (hündürlüyü 1200 m-ə çatır) və Lovozer tundrası (hündürlüyü 1120 m-ə çatır) dağ massivləri var. Şimal hissəsində tundra bitki örtüyünə sahib olsa da, cənub hissəsi meşə-tundra və tayqa zonasına düşür. Əsas gölləri İmandra gölü, Umbozero gölü və Lovozero gölüdür.
Kola şəhəri
Kola — Rusiya Federasiyasında yerləşən şəhər, Murmansk vilayətinə daxildir.
Spişskа Nоvа Vеs
Spişskа Nоvа Vеs (slovak. Spišská Nová Ves, alm. Zipser Neudorf‎, mac. Igló) — Slovakiyanın şərqində şəhər. Koşitse bölgəsində yerləşir. Əhalisi 39 min nəfərdir. === Əhali === === Etnik tərkib === == Siyasət == 1989-cu ildən şəhər icra başçıları: 1989 – 1990 – Ján Borovský 1990 – 1994 – Rastislav Jacák 1994 – 2002 – Karol Mitrík 2002 – 2006 – Anna Fedorová 2006 – 2014 – Ján Volný, PhD. == Qardaşlaşmış şəhərlər == Almaniya Alsfeld (alm. Alsfeld‎) Çexiya Havliçkuv-Brod (çex. Havlíčkův Brod) Polşa Groets (pol. Grójec) Fransa Eql (fr.