Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Züy
Züy — Nəfəslə çalınan musiqi alətlərində səsi əsas alətin ahənginə uyğunlaşdırma, onun çaldığı havanı təkrar etmə.
Zeyd kəndi
Zeyd kəndi (fars. زيدكندي‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Şahindej şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 299 nəfər yaşayır (65 ailə).
Zuid-Beveland
Zuid-Beveland (nid. Zuid-Beveland) — Niderlandiyanın cənub-qərbində yerləşən yarımada. == Coğrafiyası == Niderlandın Zelandiya vilayəti ərazisində yerləşən, Şimal dənizi suları ilə yuyulan yarımada. Yarımadanln sahəsi 344,33 km² təşkil edir. == Əhali və iqtisadiyyat == Yarımadada 92 081 nəfər (2006) yaşayır. İnzibati cəhətdən Bosele (22 311 nəfər), Qus (36 616 nəfər), Kapelle (11 611 nəfər) və Reymersval (20 952 nəfər) icmalarına bölünmüşdür. Yarımadanın mərkəzi Qus şəhəridir. Qərbi Şeld sahillərində atom ekektik stansiyası olan Borseel yerləşir.
İmam Zeyd
Zeyd ibn Əli (ərəb. زَيْد ٱبْن عَلِيّ‎) — Əli ibn Hüseynin oğlu və Hüseyn ibn Əlinin nəvəsi idi. Öldürüldüyü Əməvilər xilafətinə qarşı uğursuz bir qiyama başçılıq etdi. Bu hadisə Əli ibn Hüseyndən sonrakı imam olaraq qəbul edən Şiə İslamın Zeydilik məzhəbinin yaranmasına səbəb oldu. Buna qarşılıq olaraq böyük qardaşı Məhəmməd əl-Baqir On iki imam şiəliyi və İsmaili şiələrinin sonrakı imamıdır. Buna baxmayaraq, o, şiələr tərəfindən mühüm inqilabçı şəxs və İslamın bütün məktəbləri, sünnilər və şiələr tərəfindən şəhid hesab olunur. Onun ölümünə və bədəninin vəhşicəsinə göstərilməsinə görə qisas çağırışı Abbasilərin inqilabına kömək etdi. Zeyd din alimi idi. Ona müxtəlif əsərlər, o cümlədən Musnad əl İmam Zeyd, bəlkə də İslam hüquq qanunlarının ən erkən bilinən əsəridir. Ancaq təyinatı mübahisəlidir; bunlar, ehtimal ki, erkən Kufə ​​qanunu ənənəsini təmsil edir.
Abdullah ibn Zeyd
Abdullah ibn Zeyd (580-ci illər, Mədinə – 644, ərəb. عبد الله بن زيد‎) — Məhəmməd peyğəmbərin səhabələrindən biri. Yuxuda Məhəmməd peyğəmbərin təsdiq etdiyi azan qaydalarını və sözlərini görən şəxs. Bu səbəbdən ona Sahib əl-azan (azanın banisi) ləqəbi verilmişdir. == Bioqrafiya == Abdullah ibn Zeyd Mədinənin Xəzrəc qəbiləsindən idi. O, Əqəbədə Məhəmməd peyğəmbərə beyət edən ənsarlardan və Mədinədə ilk müsəlmanlardan biri idi. Müsəlmanlar Məkkədən Mədinəyə hicrətindən sonra müsəlmanların müşriklərlə döyüşlərində və digər mühüm tarixi hadisələrdə iştirak etmişdir. Məkkənin fəth edildiyi gün o, Xəzrəc qəbiləsinin dəstələrinin bayraqdarı idi. Hicri 1-ci ildə Məscidül-Nəbi məscidinin tikintisi başa çatdıqdan sonra Abdullah yuxuda azan səsini eşidir və bu barədə Məhəmməd peyğəmbərə xəbər verir. Abdullah ibn Zeydin dediyi bildirilir Abdullah ibn Zeyd xəlifə Osman ibn Əffanın hakimiyyəti dövründə təxminən 64 yaşında vəfat etmişdir.
Kumeyt bin Zeyd
Kumeyt bin Zeyd (679-743) — Ərəb şairi. == Həyatı == Bəni Əsəd qəbiləsindəndir. 679-cu ildə Kufədə dünyaya göz açmış və bu şəhərdə qəbiləsi arasında böyümüşdür. Kumeyt təhsilinə Quranı əzbərləməklə başlamış və eyni zamanda Hədis elmini də öyrənmişdir. O, ərəb dili, şeir, əyyamu-l-arab və xüsusilə nəsəb sahələrində alim idi. O, həmçinin öz nənələrindən Cahiliyyə dövrü haqqında ətraflı məlumat almışdır və bununla bağlı bir çətinliyi olanda onlardan öyrəndiyi söylənilir. Həmçinin sistemli bir təhsil alan Kumeyt Kufə məscidində dərs də demişdir. Onun məşhur şair Fərəzdəqlə uşaq yaşlarında görüşdüyü haqda rəvayətlər vardır. Əgər Fərəzdəqin qohumu olması ilə bağlı olan rəvayət doğrudursa onda onların tez-tez görüşdüyünü söyləmək olar. Əməvi dövrünün başlıca elm mərkəzlərindən biri olan Kufə məscidində müəllimlik etmiş olan Kumeyt, dövrünün tanınmış şəxsiyyətləri ilə əlaqəsi olmuşdur.
Reyhanə binti Zeyd
Reyhanə binti Zeyd (ərəb. ريحانة بنت زيد‎; güm. 590-cı illər, Hicaz – 631, Mədinə) — İslam peyğəmbəri Məhəmmədin (s.a.v) həyat yoldaşlarından biri. O, yəhudi əsilli ərəb qadın idi. Şimali Ərəbistan yarımadasında yaşayan Bənu Qureyzadan olan gənc qadın olmuşdur. Tam adı:Reyhanə binti Şəmun ibn Yezid və ya Reyhanə binti Zeyd ibn Amr ibn Hənəfe bin Şəmun bin Yezid. Dəqiq doğum tarixi məlum deyildir. == Bioqrafiyası == Reyhanə binti Zeyd yəhudi Qureyza qəbiləsindən idi. Onun birinci əri Bənu Qureyzadan olan Həkəm adlı birisi idi. O, Bənu-Qureyza döyüşündən sonra edam edilən ərinin ardından əsir düşmüş, sonra isə İslamı qəbul etmişdir, lakin onun müsəlman olması çox güman ki, məcburiyyətdən irəli gəlir.
Səid ibn Zeyd
Səid ibn Zeyd ibn Əmr (ərəb. بد الله بن انيس الجهني‎) — Məhəmməd peyğəmbərin səhabəsi ilk iman gətirənlərdən biridir. Məhəmməd peyğəmbərin cənnət müjdəsi ilə sevindirdiyi on nəfərdən ibarət səhabələr kateqoriyasına daxildir (əşara əl-mübəşşirə). == Bioqrafiyası == Onun tam adı Səid ibn Zeyd ibn Əmr ibn Nufeyl ibn Əbdül-Uzza ibn Ziyah ibn Abdullah ibn Kurt ibn Riza ibn Ədi ibn Kəb ibn Luaydir. Səidin atası hənifi olan Zeyd ibn Əmr idi. Səid ibn Zeydin özü 613-cü ildə hələ iyirmi yaşı belə olmayanda müsəlmanların Ərqam evindəki məclislərində iştirak edən ilk İslamı qəbul edənlərdən biri olmuşdur. O, Ömər ibn Xəttabın bacısı Fatimə ilə evlənmişdi. Səid və Fatimə Quran oxuyarkən Ömər onları yaxalayır və o, özü də İslamı qəbul edir. İslamın doğulmasının ilk illərində müsəlmanlar, o cümlədən Səid ibn Zeyd ciddi təqiblərə məruz qalır, nəticədə onlar Mədinəyə köçməli olurlar. === Hərbi fəaliyyət === Səid ibn Zeyd bütün mühüm tədbirlərdə iştirak etmişdir.
Usamə ibn Zeyd
Usamə ibn Zeyd (615, Məkkə – 678, ərəb. ‎) — İslam peyğəmbəri Məhəmmədin səhabələrindən biri. == Bioqrafiya == Usamənin atası Zeyd ibn Harisə Məhəmmədin həyat yoldaşı Xədicənin qulu, Usamənin anası Ümmü Əymən isə peyğəmbərin atası Abdullahın köləsi idi. Atasının ölümündən sonra Məhəmməd Ümmü Əyməni azad edir, Məhəmmədin Xədicə ilə nikahından sonra isə Zeydi ərinə verir. Məhəmməd Zeydi azad edir və Ümmü Əymənlə evləndirir. Təxminən Məhəmmədin peyğəmbərliyinin başlanğıcının 4-cü ilində (614) Üsamə Zeyd və Ümmü Əyməndən dünyaya gəlir. Məhəmməd peyğəmbərin vəfatı zamanı Üsamə təxminən 19 yaşında idi. Məhəmməd peyğəmbər Usaməni və atası Zeydini çox sevir və ona hörmət edirdi. Usamə azlığına görə Bədr və Uhud döyüşlərində iştirak etməmişdir. Usamə döyüşə getməyə çalışırdı, lakin Məhəmməd peyğəmbər ona bunu qadağan edir.
Zeyd ibn Harisə
Zeyd ibn Harisə (581, Ərəbistan yarımadası – 629, ərəb. زيد بن حارثة الكلبي‎) — Məhəmməd peyğəmbərin səhabələrindən biri və onun oğulluğu. Quranda adı Zayd olaraq keçir. == Bioqrafiya == Tam adı Zeyd ibn Harisə ibn Şuraxil ibn Əbdül-Uzzadır. Erkən uşaqlıqda əsir düşən Zeyd ibn Harisə Hakim ibn Xəzəm tərəfindən fidyə alınaraq Xədicə binti Xuveylidə təqdim edilir. Məhəmməd peyğəmbərlə evləndikdən sonra Xədicə Zeydi ərinə verir. İslamı qəbul edən ikinci şəxs Zeyd, ondan sonra həyat yoldaşı Ümmü Eymun olur. Zeyd ibn Harisə Məhəmməd peyğəmbərin ən sevimli səhabələrindən biri idi. == Övladlığa götürmə == Peyğəmbərlik missiyasına başlamazdan əvvəl Məhəmməd peyğəmbər Zeydi oğlu və varisi elan edir. Övladlığa götürüldükdən sonra onun adı Zeyd ibn Muhəmməd idi.
Zeyd ibn Sabit
Zeyd ibn Sabit əl-Ənsari (ərəb. زيد بن ثابت الأنصاري‎; təqribən 615, Mədinə — təqribən 665, Mədinə) — həzrəti Məhəmməd peyğəmbərin səhabəsi, katibi. == Həyatı == Ümmətin içində fəraizi (miras hüququnu) ən yaxşı bilən sə­habə Zeyd ibn Sabitdir. O uca vəhyin katibi (katibül vəhiy, ka­tibül-Rəsulullah), fəraizi ən yaxşı bilən, ən dəqiq hökmlər verən və ən yaxşı Quran oxuyan məşhur imamlardan biri idi. Əbu Bəkrin dövründə Quranın toplanması ilə məşğul olan heyətin başında duran və Quranı yaxşı bilən Həzrət Zeyd “Cəmiül-Quran” ünvanını almışdır. Rəsulullahın “Fəraizi ən yaxşı bilən Zeyddir” hədisi onun fəraiz elminə necə bələd olduğunu göstərir. Ömər Suriyaya gedəndə Mədinədə olan Zeyd ibn Sabitlə mək­tublaşar, məktublarında Zeydin adını öz adından əvvəl yazardı. Bir gün miras məsələsində çətinliklə qarşılaşmış, birbaşa Zeyd ibn Sabitin evinə getmişdi. Nə Ömər, nə də Osman hökm, fitva, fəraiz və qiraət məsələlərində Zeyd ibn Sabit ola-ola kimsəyə müraciət etməmişdir. Zeyd ibn Sabit vəfat edəndə İbn Ömər belə demişdi: “Bu gün insanların alimi öldü”.
Zeyd ibn Əli
Zeyd ibn Əli (ərəb. زَيْد ٱبْن عَلِيّ‎) — Əli ibn Hüseynin oğlu və Hüseyn ibn Əlinin nəvəsi idi. Öldürüldüyü Əməvilər xilafətinə qarşı uğursuz bir qiyama başçılıq etdi. Bu hadisə Əli ibn Hüseyndən sonrakı imam olaraq qəbul edən Şiə İslamın Zeydilik məzhəbinin yaranmasına səbəb oldu. Buna qarşılıq olaraq böyük qardaşı Məhəmməd əl-Baqir On iki imam şiəliyi və İsmaili şiələrinin sonrakı imamıdır. Buna baxmayaraq, o, şiələr tərəfindən mühüm inqilabçı şəxs və İslamın bütün məktəbləri, sünnilər və şiələr tərəfindən şəhid hesab olunur. Onun ölümünə və bədəninin vəhşicəsinə göstərilməsinə görə qisas çağırışı Abbasilərin inqilabına kömək etdi. Zeyd din alimi idi. Ona müxtəlif əsərlər, o cümlədən Musnad əl İmam Zeyd, bəlkə də İslam hüquq qanunlarının ən erkən bilinən əsəridir. Ancaq təyinatı mübahisəlidir; bunlar, ehtimal ki, erkən Kufə ​​qanunu ənənəsini təmsil edir.
Zeyd ibn Ərkam
Zeyd ibn Ərkam (ərəb. بِشْرِ بْن بَراء‎; Əl-Mədinə[d]) — Məhəmməd peyğəmbərin səhabəsi. Xəzrəc qəbiləsindən olmuşdur. Məhəmmədlə 17 müharibədə iştirak etmiş və hicri 66-cı ildə vəfat etmişdir. Abdullah ibn Üveyin islam düşmənləri ilə əlaqələrinin olması Zeyd ibn Ərkam tərəfindən onun yaşamasını istəyən Peyğəmbərə deyilir. İbn Übey belə şeylər dediyini inkar edərək and içir və buna görə də azad edilir. Lakin sonradan Zeyd bin Ərkamın şahidliyi Munafiqun surəsinin nazil olması ilə təsdiqlənir. O, Əbu Bəkrə beyət etdiyi bilinir. == Səqaleyn hədisi == Məhəmmədin "Sizə 2 şeyi geridə qoyuram və onlara əməl etsən əsla azmazsan! Biri Allahın kitabı, digəri isə mənim Əhli-beytimdir" sekaleyn hədisini Zeyd böyüyərkən Əməvi xilafətində təkrar edir.
Zeyd əl-Xeyr
Zeyd əl-Xeyr (ərəb. أبو مكنف زيد بن مهلهل الطائي النبهاني‎) — Müsəlmanların sonuncu peyğəmbəri Məhəmməd peyğəmbərin səhabələrindən biri. O, Nəcdin şimal hissəsində yaşayan Tayy qəbiləsindəndir. O, əvvəlcə Zeyd əl-Xeyl (ərəb. زيد الخيل‎ - "At Zeydi", cəngavərliyinə işarədir) kimi tanınırdı, lakin müsəlman olduqdan sonra Məhəmməd peyğəmbər onun adını Zeyd əl-Xeyrə (ərəb. ﺯﻳﺪ ﺍﻟﺨﻴﻞ‎ - "Xeyrxaqlıq Zeydi" və ya "alicənablıq") olaraq adlandırır. == Bioqrafiyası == Məhəmməd peyğəmbərdən xəbər tutandan sonra Zeyd qəbiləsinin Zurr ibn Sudus, Malik ibn Cubeyr, Əmirə ibn Duveyn və digər nüfuzlu nümayəndələrinin də daxil olduğu qəbilə heyətinin başında Mədinəyə gedib onunla görüşmək qərarına gəlir. Onlar Mədinəyə çatdıqda, Məhəmməd peyğəmbər camaat qarşısında çıxış edərkən Məscidül-Nəbiyə daxil oldular. Zeyd və onun heyəti müsəlmanların diqqətinə və sözlərinin onlara olan təsirinə heyran qalır. Məhəmməd deyir: “Mən sizin üçün Uzzadan və bütün ibadət etdiklərinizdən daha xeyirliyəm.
Əbu Zeyd Bəlxi
Əbu Zeyd əl-Bəlxi (850–934), İranlı müsəlman coğrafiyaçı, riyaziyyatçı, həkim və psixoloqdur. Bundan başqa, o, ilahiyyat ilə də məşğul olmuş, ilahiyyatın kəlam və fiqh kimi qolları ilə maraqlanmışdır. Əfqanıstanın Bəlx şəhərində doğulmuş, Əl-Kindinin şağirdlərindən biri olmuşdur. Maraqlandığı bir çox elmlərdə önəmli əsərlər yazsa da, günümüzə qədər gəlib çatan yeganə əsəri "Məsalihül-Əbdan vəl-Ənfüs" adlı kitabıdır. == Əsərləri == Məsalihül-Əbdan və'l-Ənfüs Günümüzə qədər gəlib çatan əsərin iki nüsxəsi İstanbulda Süleymaniyyə Kitabxanasında saxlanılır. Bir çox baxımdan tibb tarixi üçün əhəmiyyətli olan əsərdə mövzu olaraq ortaya qoyulan ağıl sağlamlığı və ağıl xəstəliyi kimi anlayışlar İslam psixologiyası və sinir elmi tarixində ilk dəfə Bəlxi tərəfindən ortaya atılmışdı. Bundan başqa, əsərdə medikal psixologiya, idraki psixologiya və müalicə mövzusuna da toxunulmuş, psixofizioloji və psixosomatik tibbə də yer ayrılmışdır. "Məsalihül Əbdan vəl-Ənfüs" adlı kitabı "Bədən və Ruh Sağlamlığı" adı altında türk dilinə tərcümə olunmuşdur. Əbu Zeyd əl-Bəlxi, ağıl sağlamlığını və ağıl xəstəliyini "ruhani səhiyyə" ilə əlaqələndirmiş və ilk dəfə bu əsərində ehtiyac bədənə gərəkli "ruh" xəstəliklərini mövzu olaraq qeyd etmişdir. Ruhani və psixoloji sağlamlığı təsvir etmək üçün "əl-Tibb əl-Ruhani" (yəni "Ruhani Tibb") terminindən, tibbin ağıl sağlamlığı ilə maraqlanan qolu üçün isə "Tibb əl-Qəlb" terminindən istifadə etmişdir.
Züd-Ost Qoltuq
Züd-Ost Qoltuq — (Cənub-Şərqi Qoltuq) Azərbaycan Respublikasının Neftçala rayonunun inzibati ərazi vahidində mövcud olmuş kənd. == Tarixi == Kürün deltasında, çayla Xəzərin əmələ gətirdiyi bucaqda Qoltuq adlı iki yaşayış məskəni var. Züd-Ost (Cənub-Şərq) və Nord-Ost (Şimal-Şərq) adlanan Qoltuq kəndləri XIX əsrin son rübündə təşəkkül tapmış, əsrimizin əvvəllərində isə xeyli genişlənmişdir. Bucaq mənası bildirən Qoltuq əsl türk sözüdür və körfəz kimi coğrafi anlayış bildirir. Bu söz dilimizin izahlı lüğətində çay və dəniz sahilində su girintisi, körfəz kimi mənalandırılır. Z.O.Qoltuq hazırda Neftçala şəhərinin cənub tərəfində geniş bir ərazini əhatə edir. Kənddə bir neçə məhəllə adı mövcuddur. Vaxtı ilə rusların KOÇEVKA (düşərgə, köç yeri) adlandırdığı məhəllədə ruslarla yanaşı Cənubi Azərbaycandan gələnlər də yaşayırdı (həmşərilər). Burada Sayıllılar məhəlləsi var. Əsl Qoltuğun özü isə Kürün indiki Axmaz qobu qolunun cənubunda salınmışdı.
Əbu Zeyd əl-Bəlxi
Əbu Zeyd əl-Bəlxi (850–934), İranlı müsəlman coğrafiyaçı, riyaziyyatçı, həkim və psixoloqdur. Bundan başqa, o, ilahiyyat ilə də məşğul olmuş, ilahiyyatın kəlam və fiqh kimi qolları ilə maraqlanmışdır. Əfqanıstanın Bəlx şəhərində doğulmuş, Əl-Kindinin şağirdlərindən biri olmuşdur. Maraqlandığı bir çox elmlərdə önəmli əsərlər yazsa da, günümüzə qədər gəlib çatan yeganə əsəri "Məsalihül-Əbdan vəl-Ənfüs" adlı kitabıdır. == Əsərləri == Məsalihül-Əbdan və'l-Ənfüs Günümüzə qədər gəlib çatan əsərin iki nüsxəsi İstanbulda Süleymaniyyə Kitabxanasında saxlanılır. Bir çox baxımdan tibb tarixi üçün əhəmiyyətli olan əsərdə mövzu olaraq ortaya qoyulan ağıl sağlamlığı və ağıl xəstəliyi kimi anlayışlar İslam psixologiyası və sinir elmi tarixində ilk dəfə Bəlxi tərəfindən ortaya atılmışdı. Bundan başqa, əsərdə medikal psixologiya, idraki psixologiya və müalicə mövzusuna da toxunulmuş, psixofizioloji və psixosomatik tibbə də yer ayrılmışdır. "Məsalihül Əbdan vəl-Ənfüs" adlı kitabı "Bədən və Ruh Sağlamlığı" adı altında türk dilinə tərcümə olunmuşdur. Əbu Zeyd əl-Bəlxi, ağıl sağlamlığını və ağıl xəstəliyini "ruhani səhiyyə" ilə əlaqələndirmiş və ilk dəfə bu əsərində ehtiyac bədənə gərəkli "ruh" xəstəliklərini mövzu olaraq qeyd etmişdir. Ruhani və psixoloji sağlamlığı təsvir etmək üçün "əl-Tibb əl-Ruhani" (yəni "Ruhani Tibb") terminindən, tibbin ağıl sağlamlığı ilə maraqlanan qolu üçün isə "Tibb əl-Qəlb" terminindən istifadə etmişdir.
Məhəmməd bin Zeyd Əl-Nəhayan
Məhəmməd bin Zayedibn Sultan Əl-Nəhayan (ərəb. محمد بن زايد بن سلطان آل نهيان‎; 11 mart 1961, Əl-Əyn) — Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti və Əbu-Dabi Əmiri (13 və 14 may 2022-ci il tarixlərindən). 2004-cü il dekabrın 8-dən Əbu-Dabi Əmirliyinin İcraiyyə Şurasının sədri. BƏƏ-nin qurucusu və prezidenti Şeyx Zeyd ibn Sultan Əl-Nəhayanın üçüncü həyat yoldaşı Fatimə ibn Mübarək Əl Kətbidən olan üçüncü oğlu. Əvvəllər o, böyük qardaşı, BƏƏ-nin keçmiş prezidenti Xəlifə ibn Zayed Əl Nəhayanın müşaviri olub. O, insult keçirəndə 2014-cü ildən bütün əsas qərarları qəbul edərək, Əbu-Dabi əmirliyinin və bütün Birləşmiş Ərəb Əmirliklərinin faktiki hökmdarı idi. 2019-cu ildə "The New York Times" onu dünyanın ən güclü ərəb hökmdarı və ən nüfuzlu adamlarından biri adlandırıb. "Time" jurnalına görə, o, 2019-cu ilin ən nüfuzlu 100 adamından biridir. Kral İslam Strateji Araşdırmalar Mərkəzinin məlumatına görə, Məhəmməd 2023-cü ildə dünyanın səkkizinci ən nüfuzlu müsəlmanı kimi tanınıb. == Həyatı == 11 mart 1961-ci ildə o vaxtlar Atəşkəs dövlətləri adlanan ölkənin Əl-Əyn şəhərində anadan olub.
Məhəmməd ibn Zeyd Əl-Nəhayan

Mənsur ibn Zeyd Əl Nəhayan
Mənsur ibn Zeyd Əl Nəhayan (ərəb. خَالِد بن مُحَمَّد بن زَايد آل نَهيَان‎; 20 noyabr 1970, Əbu-Dabi) — Birləşmiş Ərəb Əmirliklərində siyasi xadim, Əbu-Dabi Əmirliyinin hakim ailəsi olan Əl Nəhayan sülaləsinin üzvü, Vəliəhd Şahzadə, ADUG şirkətinin prezidenti, Mançester Siti futbol klubunun sahibi. 29 mart 2023-cü ildən BƏƏ-nin vitse-prezidenti. Şeyx Mənsur Dubay hökmdarı Şeyx Məhəmməd Əl Məktumun qızı ilə evlidir. == Həyatı == Şeyx Mənsur ibn Zeyd Əbu-Dabi əmiri Şeyx Zeyd ibn Sultan Əl-Nəhayan həyat yoldaşı Fatimədən olan beşinci oğludur. Şeyx Mənsur vətənində orta məktəbi bitirmiş və ali təhsil almaq üçün ABŞ-a getmişdir. 1993-cü ildə burada siyasətdən bakalavr dərəcəsinə yiyələnmişdir. == Karyerası == 1997-ci ildə o, o zaman atası BƏƏ prezidenti olan Şeyx II Zeyd tərəfindən BƏƏ Prezident Dəftərxanasının müdiri təyin edilib. Atasının ölümündən sonra prezident olan böyük ögey qardaşı II Xəlifə onu Birləşmiş Ərəb Əmirliklərinin ilk Prezident İşləri Naziri təyin etdi (bu vəzifə Prezident Aparatının və Prezident Dəftərxanasının birləşməsi nəticəsində yaranmışdı). Mənsur həmçinin qardaşı vəliəhd şahzadə Məhəmməd ibn Zeyd Əl-Nəhayanı dəstəkləmək üçün Əbu-Dabidə bir sıra vəzifələrdə çalışıb.
Şeyx Zeyd ibn Sultan ƏL-Nəhayan
Şeyx Zeyd ibn Sultan ibn Zayed ibn Xəlifə Əl Nəhyan (ərəb. زايد بن سلطان بن زايد بن خليفة آل نهيان‎; 6 may 1918, Əbu-Dabi – 2 noyabr 2004[…], Əbu-Dabi) — 1971–2004-cü illərdə Birləşmiş Ərəb Əmirliklərinin qurucusu və ilk prezidenti. 1966–2004-cü illərdə Əbu-Dabi əmiri. Dövlətin birləşməsində Şeyx Rəşid ibn Səid Əl-Məktumla yanaşı o da mühüm rol oynamışdır. Onlar birlikdə buna 2 dekabr 1971-ci ildə nail olublar. Yeddi əmirliyi birləşdirən əsas hərəkətverici qüvvə kimi tanınan Valid əl-Ümmə ("Millət Atası") kimi hörmətlə anılır. Körfəz Əməkdaşlıq Şurasının yaradılmasında Şeyx Cabir Əl-Əhməd Əl-Sabah ilə də çalışıb. 25 may 1981-ci ildə Əbu-Dabidə Körfəz Əməkdaşlıq Şurasının ilk zirvə toplantısı keçirilib. == Həyatı == Şeyx Zeyd 6 may 1918-ci ildə Əbu-Dabidə anadan olub. O, 1855–1909-cu illərdə Əbu-Dabi əmirliyini idarə edən babası Şeyx Zayed I bin Xəlifə Əl-Nəhayanın şərəfinə adlandırılıb.
Şeyx Zeyd ibn Sultan Əl-Nəhyan

Şeyx Zeyd ibn Sultan ən-Nəhayan

Ostrıy adası
Ostrıy — Şimal Torpağı arxipelaqı ərazisinə daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisinə yerləşir. == Yerləşməsi == Laptevlər dənizini ərazisində, Şimal Torpağı Arxipelaqının şərq hissəsində, Axmatov körfəzinin şimal-şərqində yerləşir. Bolşevik adasında yerləşən Dalnı burnundan 1 km aralıda yerləşir. Ostrıy adasının ətrafında Şimal Torpağına daxil iki ada vardır: Cənub adası (700 m) və Nizkiy adası (1,3 km). Ada uzunsov formaya malikdir və 300 metrən artıq məsafədə uzanır. Adada seçilən yüksəklik yoxdur.
Bund
Bund — Litva, Polşa və Rusiyada Ümumi yəhudi fəhlə ittifaqı. 1897-ci ildə Vilnoda yəhudi sosial-demokrat qruplarının təsis qurultayında təşkil edilmişdi. Bund, əsas etibarilə Rusiyanın qərb vilayətlərinin yəhudi sənətkarlarının yarımproletar ünsürlərini birləşdirirdi. O Rusiya fəhlə hərəkatında millətçilik və separatizm təmsilçisi idi. Bundçular RSDFP daxilində daim partiyanın opportunist qanadına ("iqtisadçılara", menşeviklərə, təsviyəçilərə) tərəfdar çıxır, bolşevizmə qarşı mübarizə edirdilər. Xarici hərbi müdaxilə və vətəndaş müharibəsi illərində Bundun rəhbərləri əksinqilab qüvvələri ilə birləşdilər. Bununla bir zamanda Bundun sıravi üzvləri arasında Sovet hakimiyyəti ilə əməkdaşlıq xeyrinə dönüş əmələ gəldi. 1921-ci ilin martında Bund öz-özünü ləğv etdi və onun üzvlərinin bir hissəsi ümumi əsaslarla RK(b)P-yə qəbul olundu. == Mənbə == V. İ. Lenin, "Partiyanın nizamnaməsi haqqında", Bakı, "Azərnəşr", 1973, səh. 251–252.
Ceyd
Ceyd (Mortal Kombat) — "Mortal Kombat" oyun seriyasının personajlarından biridir. Ceyd (Nəmin) — İranın Ərdəbil ostanının Nəmin şəhristanı ərazisinə daxil olan kənd.
Duyu
Düyü taxıl və yemək növüdür. Mənşəcə bataqlıq otudur. Asiyanın bir çox yerində əsas yemək kimi yeyilir. Dünyanın isti yerlərində, əsasən Asiya, Afrika, İtaliyanın şimalında və Şimali Amerikanın qərb sahillərində yetişdirilir.
Düym
Düymə — ölçü vahidi. Niderland dilində mənası baş barmaq deməkdir. == Ümumi məlumat == Düymə ("düym" sözündəndir, niderland dilində "duim" — baş barmaq) xalq arasında bu gün də işlənən ölçü vahididir. Əsasən bəzi Avropa ölkələrində qeyri-metrik ölçü sistemində uzunluq vahididir. Tarixən kişi baş barmağının eni kimi götürülmüşdür. Müasir dövrdə "düymə" dedikdə adətən ingilis düyməsi başa düşülür: 1 düymə 25,4 mm-ə və ya 2,54 sm-ə bərabər götürülmüşdür. Düymədən daha çox boruların iç diametrini ölçmək üçün istifadə olunur. Bir düymə borunun daxili diametri 25,4 mm-ə, yarım düymə borunun iç diametri isə 25 mm-in yarısına yox, 15 mm-ə bərabərdir. == Mənbə == Azərbaycan etnoqrafiyası, Bakı-2007, "Şərq-Qərb" nəşriyyatı. Üç cilddə.
Fuad
Fuad (ərəb. فؤاد‎) — ərəb dilində "ürək" mənasını verən kişi adı. Bu adı olan tanınmış şəxslər Fuad Poladov — Azərbaycan aktyoru, lirik-psixoloji üslublu aktyorluq məktəbinin qabaqcılsənətkarlarından biri Fuad Aslanov — azərbaycanlı boksçu. Fuad Əliyev Fuad Əliyev (siyasətçi) — siyasətçi Fuad Əliyev (akademik) — kimya elmləri doktoru, professor, 2014-cü ildən AMEA-nın həqiqi üzvü (akademik).
GUID
GUID (Global unikal identifikator) (ing. Globally Unique Identifier) — 128-bitlik unikal identifikator. Onun başlıca özəlliyi, üst-üstə düşmə səbəbindən yaranan toqquşmalar təhlükəsindən çəkinmədən genişlənən servislər və tətbiqi proqramlar yaratmağa imkan verən bənzərsizlikdir. Hər bir ayrıca GUID üçün unikallığa zəmanət verilməsə də, bənzərsiz açarların ümumi sayı o qədər böyükdür ki, (2128 və ya 3.4028×1038) dünyada bir-birindən asılı olmadan üst-üstə düşən iki açarın generasiya olunması ehtimalı son dərəcə azdır. Bununla belə, üst-üstə düşmə halı olmuşdur: Windows 95 əməliyyat sistemində DOS-proqramların (.pif) və ZipMagic 2000 proqramının başlatma simgəsinin GUID-ləri üstə-üstə düşmüşdür. Mətndə GUID defislərlə qruplara bölünmüş və fiqurlu mötərizəyə alınmış 32 ədəd onaltılıq rəqəmdən ibarət sətir şəklində yazılır. Məsələn: {6F9619FF-8B86-D011-B42D-00CF4FC964FF} Java proqramlaşdırma dilinin ehtimalını hesablamaq üçün proqram: == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Kurd
Kürd — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. == Coğrafiyası == Kürd kəndi mərkəzdən 25 km. cənub-qərbdə, Ərəş düzündə-dir. Torpağı dəmyə ərazilərdən sayılır və spesifik məhsullar əkilir. Əsasən üzüm sahələrinin artımı nəzərə çarpır. Kənddəki Şərab emalı zavodunda xeyli sayda işçi qüvvəsi çalışır. Burada da əhalinin rahatlığı üçün hər cür şərait yaradılıb. Yolu hamar, işığı fasiləsizdir. == Toponimikası == Qəbələ r-nunun eyniadlı i.ə.v.-də kənd. Kənd Qəbələ şəhərindən cənub istiqamətdə, Düz Yengicə adlanan ərazidə yerləşir.
Kuyu
Kuyu adası (ing. Kuiu Island) — Aleksandr arxipelaqına aid olan, Alyaskanın cənub-şərqində yerləşən ada. == Coğrafiya == Adanın uzunluğu 105 km, eni 20–30 km və 1936 km² ərazisi vardır. Ərzisinə görə ABŞ-nin 16-cı ən böyük adasıdır. Yaxın adalara olan məsafə: Baranov adası — 15 kilometr. Kupreyanov adası — təxminən 500 metr. Adanın ən cənub nöqtəsi olan Desijn burnunda mayak yerləşir. == Fauna == Ada tamamilə Tonqass Milli Meşəsinin bir hissəsidir. Kuyuda qonur ayılar və bariballar çoxluq təşkil edir. Zooloq Elizabet Pikokun hesablamalarına görə, onların sayı hər km²-ə 1,2–1,9 baş təşkil edir.
Lund
Lund — İsveçin cənubunda yerləşən şəhər. Şəhər Baltik dənizinin sahillərində meşə ilə əhatə olunmuş ərazidə yerləşir. Lund İsveçin cənubunda, Skandinaviyanın Skaniya (və ya Skone) bölgəsində yerləşir və ölkənin ən təhlükəsiz, sağlam, zəngin, əksəriyyəti gənc əhalidən ibarət olan şəhərdir. Lund İsveçin ən önəmli şəhərlərindən sayılan Malmönün yaxınlığındadır. Şəhər qədim tarixə sahibdir. X əsrə aid tarixi mənbələrdə şəhərin adı qeyd edilir. Şəhərdə ən qədim tikili Lund kilsəsi hesab edilir. Kilsə 1103-cü ildə inşa edilmişdir. Lund şəhəri daha çox Lund Universiteti ilə məşhurdur. 1666-cı ildən fəaliyyət göstərən ali təhsil mərkəzi Skandinaviyada və bütün dünyada yüksək təhsil verən ali məktəb kimi tanınır.